Məhkəmə qərarları › İş №1(005)-284/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-284/2025

12.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-284/2025 12.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs2, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs1, Müdafiəçi – “Presedent” Vəkil Bürosunun vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs – X3 iştirakları ilə, xx xxxxxxx 1985-ci ildə Ağdam rayonu, Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən X5 verilmiş ittihama əsasən, o, tamah məqsədilə özgənin əmlakını gizli talayıb zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, X6 oğurluq, yəni özgə əmlakım gizli olaraq talama məqsədi ilə 09 yanvar 2025-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs1 məxsus olan ünvan 2 saylı fərdi yaşayış evinin qarşısında, yolun kənarında saxladığı “BMW" markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ yan pəncərəsinin şüşəsini özü ilə gətirdiyi alışdırma şamı ilə sındıraraq, arxa oturacağın üzərindən içərisində Zərərçəkmiş şəxs1 məxsus AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsi, BA418476 seriya nömrəli sürücülük vəsiqəsi, sözügedən avtomobilin texniki şəhadətnaməsi, 1 ədəd 350 manat dəyərində qızıl boyunbağı, 1 ədəd 600 manat dəyərində qızıl qolbağı, 1 ədəd tək halda 70 manat dəyərində qızıl sırğa, 1 ədəd tək halda 100 manat dəyərində qızıl sırğa, 1 ədəd 300 manat dəyərində qolbağı, 1 ədəd 100 manat dəyərində “İphone 14 pro" markalı mobil telefonun enerji kabeli, 1 ədəd 100 manat dəyərində “İydə" ətiri, 1 ədəd 400 manat dəyərində tünd göy rəngli “Prada" markalı pul qabı, 20 manat dəyərində 3 ədəd açar toplusu, 1 manat dəyərində sellofan torba, həmin dövrün valyuta məzənnəsi ilə 26073 (iyirmi altı min yetmiş üç) manata bərabər 14485 (on dörd min dörd yüz səksən beş) avro və 3872 (üç min səkkiz yüz yetmiş iki) manat pul olan çantasını heç kimin xəbəri olmadan götürməklə Zərərçəkmiş şəxs1 əmlakını gizli olaraq talayıb ümumilikdə sonuncuya 31986 (otuz bir min doqquz yüz səksən altı) manat məbləğində olmaqla xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrar oğurluq, yəni təkrar özgə əmlakını gizli olaraq talama məqsədi ilə 12 fevral 2025-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 38 ünvanında yerləşən “İpoteka Fondunun" qarşısında yolun kənarında saxladığı, etibarnamə əsasında idarə eldiyi “Toyota Rav-4" markalı Az **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol yan pəncərəsinin şüşəsini özü ilə gəlirdiyi alışdırma şamı ilə sındıraraq, avtomobilin ön sağ sərnişin oluracağının qarşısındakı əşya qoyulmaq üçün nəzərdə tutulan boşluqdan içərisində 1700 (min yeddi yüz) manat olan 60 (altmış) manat dəyərində pul kisəsini heç kimin xəbəri olmadan götürməklə ələ keçirib ümumilikdə 1760 (min yeddi yüz alımış) manat məbləğində Zərərçəkmiş şəxs2 ziyan vuraraq təkrar özgənin əmlakını gizli olaraq talamaqla oğurluq elmişdir. Bununla da, X6 Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin faktiki halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs X6 ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuş və 2024cü ilin iyul ayında azadlığa çıxmışdır. O, azadlığa çıxdıqdan sonra müxtəlif yerlərdə günəmuzd işlərdə işləmişdir. Lakin həmin işlərin onun dolanışığını təmin etmədiyini görmüş və oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 22:00 radələrində o, Bakı şəhəri, Binəqədi rayonu, C.Cabbarlı küçəsində piyada hərəkətdə olmuş, yolboyu yolun kənarında dayanan avtomobillərin şüşələrindən içərisinə baxabaxa getmişdir. Yolun kənarında “BMW” markalı qara rəngli avtomobili görüb, yan şüşələrindən içərisinə boylandıqda avtomobilin arxa oturacağında qadın çantası olduğunu görmüşdür. O, üzərində olan “Sveça” adlanan avtomobil şamı ilə “BMW” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ şüşəsini sındırmış, əlini içəri salıb qadın çantasını götürərək oradan uzaqlaşmışdır. Bir az irəlidə çantanın içərisinə baxdıqda çantanın içərisində ağ rəngli sellofan bükülünün olduğunu, həmin sellofan bükülüyə baxdıqda onun içərisində avro ilə xarici valyutanın və milli pul olan manatın olduğunu görmüşdür. Bundan əlavə, çantada qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, qızıl sırğa və əlavə 1 ədəd də pul qabı olduğunu görmüşdür. O həmin vaxt çantaya ətraflı baxmamış, çanta ilə şübhəli görünə biləcəyindən qorxmuş və çantanın içərisində olan nə varsa, hamısını pullar olan ağ sellofana qoymuşdur. Oğurladığı çantanı məhlələrin birində zibil qabına atmış və dərhal yaşadığı Biləcəri qəsəbəsində yerləşən evə getmişdir. Evdə təklikdə oğurladığı əşyalara baxarkən məlum olmuşdur ki, həmin ağ sellofanda 10000 avro və 3800 manat pul vardır. Bundan əlavə, sellofanın içərisinə baxdıqda 1 ədəd qızıl boyunbağı, 1 ədəd qolbağı, 2 ədəd qızıl sırğa, 1 ədəd qırıq vəziyyətdə olan qolbağı, 1 ədəd ağ rəngli telefonun enerji kabeli, 1 ədəd “İydə markalı” ətir, 1 ədəd avtomobilin texniki şəhadətnaməsi, 1 ədəd şəxsiyyət vəsiqəsi, təxminən 10 ədəd açar, 1 ədəd “Prada” markalı pul qabı və həmin pul qabının içərisində 10-15 manat pul olduğunu görmüşdür. O, oğurladığı pullardan özünün şəxsi ehtiyaclarına xərcləmişdir. 10000 avro pulu 28 may metrostansiyasının yaxınlığında, 8-ci kilometr bazarının yaxınlığında, “20 yanvar” metrostansiyasının yaxınlığında tanımadığı şəxslərdən milli valyutaya çevirmişdir. Yanvar ayının 18-də qeyd etdiyi avtomobildən oğurladığı qızılları satmaq qərarına gələrək Nəsimi rayonu ərazisində “Moskva univermağı” adlanan ticarət mərkəzində qızıl alqı-satqısı ilə məşğul olan Şahid1 yanına getmişdir. Faiq onun həmkəndlisidir, Ağdam rayonu, Seyidli kənd sakinidir. Faiqə yaxınlaşıb: “Evdəkilərə məxsus qızıllar var və onları satmaq istəyir.” - deyə bildirmiş, Faiq işinin olduğunu, bu səbəbdən tələsdiyini demişdir. O, Faiqə təcili 150 manat pul lazım olduğunu dedikdə Faiq qızıllara baxaraq ona üzərində olan 50 manatı vermişdir. O isə Faiqə oğurladığı 1 ədəd qızıl sep, 1 cüt qızıl sırğa və 1 ədəd qolbağı təqdim etmişdir. Faiq tələsdiyindən alqı-satqını həmin vaxt elməmişdir. Həmin gün 1 saat yarım sonra yenidən Faiqin işlədiyi univermağa getmiş və orada Faiqə yaxınlaşmış, Faiq onun verdiyi qızılları tərəzidə çəkmiş və çəkisinin 11,3 qram olduğunu müəyyən edib, qızıllar qarşılığında ona ümumilikdə 900 manat pul vermişdir. Şəxsiyyət vəsiqəsini Faiqə verdikdən sonra sənədləşmə aparılmışdır. O, Faiqin ona imzalamaq üçün verdiyi “Qızıl və brilyantların alqı-satqı kitab”ına Faiqə 1 ədəd sep, 1 ədəd qolbağı, 1 cüt qızıl sırğanı 900 manata satmağı ilə bağlı imza etmişdir. Bundan sonra o, oğurladığı mallardan əldə etdiyi 900 manat pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. 12 fevral 2025-ci il saat 17:00 radələrində Nərimanov rayonu, Z.Bünyadov prospekti 38 ünvanında olarkən yolun kənarında saxlanılmış avtomobillərə baxaraq nəzərətsiz olan hər hansı birindən oğurluq etmək qərarına gəmişdir. Bir qədər irəlidə yolun kənarında “Toyota Rav 4” markalı **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobilin olmasını görmüş və üzərində avtomobillərin şüşəsini sındırmaq üçün gəzdirdiyi “Sveça” adlanan avtomobil şamı ilə avtomobilin qabaq sol qapısının şüşəsini sındırmışdır. Əynində olan gödəkçəni qapının sınmış pəncərəsi üzərinə sərməklə orada avtomobilin içərisinə doğru uzanıb baxmış və sağ oturacağın ön hissəsində olan açıq yerdən pul kisəsini görməklə onu götürmüş və dərhal oradan qaçaraq uzaqlaşmışdır. Bir qədər kənarlaşdıqdan sonra həmin pul qabının içərisinə baxdıqda orada 1700 manat pulun olmasını görmüş və pulu götürməklə pul qabını yolun kənarına atmışdır. Oğurladığı həmin pulu şəxsi işləri üçün xərcləmişdir. Həmin oğurluq hadisələrini tək törətmişdir, həmin cinayətləri törədərkən ona heç kim kömək etməmişdir. Faiqin qızıl əşyaların oğurluq olmasından məlumatı olmamışdır. O, Faiqi qızılın anasına məxsus olduğunu deyərək aldatmışdır. Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi 14485 avro və 3872 manatla onun ifadəsində göstərdiyi məbləğlər arasında ziddiyyətlə bağlı qeyd edir ki, ola bilsin o, məbləği dəqiq xatırlamır, bəlkə də deyilən miqdarda ola bilər. Zərərçəkmiş şəxslərə vurulmuş ziyandan heç bir ödəniş etməmiş və etmək imkanı da yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2021-ci ildən "xxxx" adlı MMC-nin sahibidir. Həmin şirkət vasitəsi ilə turizm fəaliyyəti ilə məşğul olur. MMC-nin ofisi Nəsimi rayonu ərazisində “Şərq Bazarının” yaxınlığında yerləşir. **-VM-*** dövlət qeydiyyat nömrə nişanlı “BMW” markalı avtomobil 2024-cü ilin iyul ayından ona məxsus olmaqla istifadəsindədir. xx.xx.2025-ci il axşam saatlarında işlədiyi ofisdə orakən uzun müddətdir tanıdığı Şahid2 onun ora gəlmişdir. O, İlkini 2010-cu ilə qədər Nəsimi rayonu, 9-cu Mikrorayon ərazisində “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında bir binada yaşadıqları vaxtdan tanımış, qonşu olmuşlar. Ofisdən işdən çıxıb evə getmək istədikdə İlkin maşınsız olduğu üçün birlikdə 4-cü Mikrorayon ərazisində “Tərlan” şadlıq sarayının yaxınlığına, ünvan 2 ünvanına getmişlər və İlkini həyət evlərinin qarşısında düşürmüşdür. Həmin vaxt İlkinin anası Güldanə xalanın qapının qarşısına çıxdığını görmüş, maşından düşüb görüşmüşdür. Güldanə xala onu çay içməyə dəvət etmiş, onların evinə girdikdə saat təxminən 21:30 olmuşdur. Həmin günü saat 23:00 radələrində oradan çıxıb öz evinə getmək üçün avtomobilinə əyləşmiş, təxminən 50 metr irəlilədikdən sonra avtomobilinin arxa oturacağından səs və külək gəldiyini hiss etmiş, arxa oturacağa boylandıqda avtomobilinin şüşəsinin sındırıldığını və arxa oturacağa qoyduğu çantanın oğurlandığını aşkar etmişdir. Dərhal avtomobili saxlayıb İlkinə zəng edərək avtomobilinin şüşəsinin sındırıldığını və çantasının oğurlandığını demişdir. İlkin ona hadisə olan yerə qayıtmağını demişdir. O, hadisə yerindən təxminən 50-100 metr uzaqda olmuş və geri qayıtmışdır. İlkin və ailə üzvləri onun yanına gəlmişlər. İlkin dərhal hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişdir. Polis əməkdaşlarının iştirakı ilə avtomobilinə baxış keçirilmiş və avtomobilin arxa sağ oturacağının şüşəsinin sındırıldığı və arxa oturacaqda içərisində özünə məxsus olan şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin texniki şəhadətnaməsi, 1 ədəd 350 manat dəyərində qızıl boyunbağı, 1 ədəd 600 manat dəyərində qızıl qolbağı, 2 ədəd, biri 70 manat, digəri 100 manat dəyərində tək qızıl sırğa, 1 ədəd 300 manat dəyərində qırıq vəziyyətdə naxışlı qolbağı, 1 ədəd 100 manat dəyərində ağ rəngli “İphone 14 Pro” markalı mobil telefonun enerji kabeli, 1 ədəd 400 manat dəyərində tünd göy rəngli “Prada” markalı pul qabı, həmin pul qabının içərisində 72 manat pul, 1 ədəd 100 manat dəyərində “İydə” adlı ətir, 14485 avro və 3800 manat pulunun olduğu qara rəngli “Prada” markalı çantanın oğurlandığını müəyyən etmişdir. 14485 avro və 3800 manat pulun dəqiqliklə miqdarını ona görə bilir ki, bu pullar işə aid idi və sayıb, ayrıca çantasına qoymuşdur. Ona görə də pulun sayını dəqiq qeyd edə bilir. O turizm sahəsində işlədiyindən üzərində çox vaxt külli miqdarda pul olur. Oğurlandığını qeyd etdiyi əşyaları işlədiyi ofisdə olan zaman çantasına əşyalarını qoyduqda görmüşdür. Avtomobilindən enib İlkinin evinə getdikdə çantası avtomobilinin arxa oturacağında olmuşdur. İbtidai istintaq zamanı oğurluq hadisəsini törədən şəxsin X6 olduğu müəyyən edilmiş, həmin vaxtdan bəri ona vurulmuş maddi ziyandan heç bir ödəniş edilməmiş, təqsirləndirilən şəxslə barışmamışdır. Buna görə də barəsində ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o xx.xx.2025-ci il tarixdə saat 16:40 radələrində etibarnamə əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus olan “Toyota Rav-4” markalı **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobili işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 38 ünvanında yerləşən İpoteka Fondunun qarşısında, yolun kənarında saxlayaraq işə getmişdir. Həmin gün saat 18:20 radələrində işdən çıxıb avtomobilinə yaxınlaşanda ön sol yan pəncərəsinin şüşəsinin naməlum şəxs tərəfindən qəsdən sındırıldığını və avtomobilin ön sağ sərnişin oturacağı qarşısında olan açıq saxlanc yerinə qoyduğu özünə məxsus içərisində 1700 manat pul olan qara rəngli 60 manat dəyərində pul kisəsinin oğurlanmasını aşkar etmiş və baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gələrək onun iştirakı ilə baxış keçirmişdir. Hadisə nəticəsində ona məxsus 60 manat dəyərində qara rəngli pul kisəsi və onun içərisində olan 1700 manat məbləğində pul vəsaiti oğurlanmış, ümumilikdə ona 1760 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı oğurluq hadisəsini törədən şəxsin X6 olduğu müəyyən edilmiş, həmin vaxtdan bəri ona vurulmuş maddi ziyandan heç bir ödəniş edilməmiş, təqsirləndirilən şəxslə barışmamışdır. Bu şəxs əvvəllər də eyni qaydada oğurluq cinayətləri törətdiyinə görə məhkum olunmuşdur, buna görə də barəsində ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, zərgərdir, 20 ilə yaxındır ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində fəaliyyət göstərən “Moskva Univermağın”da həm zərgər işləyir, həm də qızıl alqı-satqısı ilə məşğul olur. X6 onun həm kəndlisidir. Mübariz ilə onun heç bir münasibəti olmamışdır. Mübarizin atası və digər qohumlarını tanıyır. xx.xx.2025-ci ildə Mübariz onun işlədiyi “Moskva Univermağı”na gəlmiş və ona anasına məxsus qızıl olduğunu, borcları olduğundan məcbur qalıb satmaq istədiyini demişdir. O, həmin vaxt tələsdiyindən Mübarizə bildirmişdir ki, ala bilmir, gedir. Mübariz ona bildirmişdir ki, təcili 150 manat pul lazımdır. Ona təklif etmişdir ki, qızıllar onda qalsın, nə vaxt qayıtsa, o da gələr alqı-satqı edərlər. Onunla razılaşmış və cibində olan 70 manat pulun 50 manatını Mübarizə vermişdir. İşini həll etdikdən təxminən 1 saat yarım sonra univermağa gəlmişdir. Həmin vaxt Mübariz onu orada gözləmişdir. O, Mübarizin gətirdiyi qızıllara baxmış və həmin qızılların 1 ədəd sep, 1 ədəd qolbağı və 1 cüt sırğa olduğunu görmüşdür. Onun gətirdiyi qızılları tərəzidə çəkmiş və çəkisinin 11,3 qram olduğunu görmüşdür. Mübarizə qramını 79 manatdan alacağını demiş və ümumilikdə onun gətirdiyi qızılın qarşılığında ona 900 manat verəcəyini demişdir. Mübarizə 1 saat yarım əvvəl 50 manat verdiyinə görə 850 manat vermişdir. Ümumilikdə, Mübarizin gətirib satdığı qızıllara görə ona 900 manat pul vermişdir. Onlar arasında olan qızıl alqı-satqısı ilə bağlı onda olan qızıl və brilyantların alqı-satqısı kitabında alqı-satqı qəbzi hazır etmişlər. O, Mübariz tərəfindən ona satılan qızıl məmulatlarının adlarını, sayını, qramını və alış qiymətini həmin qəbzdə qeyd etmişdir. Qəbz həm Mübariz tərəfindən, həm də onun tərəfindən imzalanmışdır. O həmin alqı-satqı kitabını araşdırmaya təqdim etmişdir. Bu gün, yəni xx.xx.2025-ci il tarixdə polis əməkdaşları ona zəng edərək, Mübariz adlı şəxsin ona qızıl satıb-satmadığını soruşmuş, o da onlara hansı Mübarizin olduğunu soruşmuşdur. Sonra bilmişdir ki, söhbət onun həmkəndlisi olan Mübarizdən gedir. Məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi, Zərərçəkmiş şəxs1 ilə oxşar məzmunlu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında baş vermişdir. Həmin ünvanın qarşısında parklanmış “BMW” markalı, **-VM-*** dövlət qeydiyyatlı avtomobilə baxış keçirilərkən Zərərçəkmiş şəxs1 deməsinə görə avtomobilinin arxa sağ pəncərəsinin şüşəsi sındırılmaqla arxa oturacağın üzərində olan ona məxsus çantanın içərisindən şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, avtomobilin texniki şəhadətnaməsini, 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl qolbağı, 14485 avro və 3800 manat pul oğurlanmışdır. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X6 ünvan 4 ünvanında “BMW” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobildən törətdiyi oğurluq əməlini və oğurladığı qızıl-zinət əşyalarını satdığı yeri əyani şəkildə göstərmişdir. Təqdim olunan əşyaya baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi “Qızıl və Brilyantların alqı-satqı kitabı”nın içərisində olan xx.xx.2025-ci il tarixli alqı-satqı qəbzindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X6 AA ******* nömrəli şəxsiyyət vəsiqəsini təqdim edərək 3 ədəd, ümumilikdə, 11,3 qram çəkidə olan qızıl sep, klon, sırğanı 900 manat müqabilində Şahid1 qəbzin tərtib edildiyi tarixdə satmışdır. Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şahid1 təqdim etdiyi “Qızıl və Brilyantların alqı-satqı kitabı” iş üçün sübut əhəmiyyəti daşıdığından maddi sübut hesab edilmiş və Nərimanov RPİ-nin “Maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 38 ünvanında yerləşən İpoteka Fondunun qarşısında yolun kənarında baş vermişdir. Baxış zamanı məlum olmuşdur ki, naməlum şəxs Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi “Toyota Rav 4” markalı **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan pəncərəsinin şüşəsini qəsdən sındırılaraq avomobilin salonundakı saxlanc yerinin üzərinə qoyulmuş qara rəngli pul kisəsi ilə birlikdə 1700 manat pul vəsaitini oğurlamışdır. Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan X1 etiraf etmə barədə xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Binəqədi rayonunda oğurluq hadisəsi törətdiyinə görə məhkəmənin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq təcridxanasında göndərilmişdir. Burada saxlanılarkən polis əməkdaşlarının onunla apardıqları söhbət zamanı qərara gəlmişdir ki, xx.xx.2025-ci il saat 17 radələrində Nərimanov rayonu ərazisində törətdiyi oğurluq barədə könüllü etiraf etsin. Belə ki, qeyd olunan vaxtda Nərimanov rayonu, Z.Bünyadov prospekti 38 ünvanında yerləşən piyada keçidinin qarşısında “Toyota Rav 4” markalı avtomaşının qabaq qapısının şüşəsini avtomobilin alışma şamı (sveça) ilə sındıraraq sağ oturacağın qarşısında yerləşən saxlanc yerinin yanına qoyulmuş içərisində 1700 manat olan pul qabını oğurlamışdır. Hazırda etdiyi oğurluq hadisəsinə görə peşmandır və ərizəsinin nəzərə alınmasını xahiş edir. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X2 rayonu, Z.Bünyadov prospekti 38 ünvanında “Toyota Rav 4” markalı **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobildən törətdiyi oğurluq əməlini əyani şəkildə göstərmişdir. Şübhəli şəxsin tutulması haqqında 25 fevral 2025-ci il tarixli protokoldan görünür ki, X6 həmin gün saat 18:20-də Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyinə görə tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)-167/2025 nömrəli qərarından görünür ki, X6 barəsində həbsdə saxlanılma müddətinin xx.xx.2025ci ildən hesablanmaqla 2 ay 3 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)- 512/2025 nömrəli qərarından görünür ki, X3 həbsdə saxlanılma müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, X6: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 326.2 maddələri ilə təqsirli bilinib CM-in 66.3-cü maddəsinə əsasən 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 326.1 və 326.2-ci maddələri ilə təqsirli bilinib CM-in 66.3 və 67.1-ci maddələrinə əsasən 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib CM-in 67.1-ci maddəsinə əsasən 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinə edilmiş xx.xx.2017-ci il tarixli 816 VQD saylı dəyişiklik tətbiq edilməklə xx.xx.2018-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-сi il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib CM-in 66.2-ci maddəsinə əsasən 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-сi il tarixli 1(001)-97/2020 nömrəli hökmündən görünür ki, X6 Azərbaycan Respublikası CM-in 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 177.2.2-ci maddəsi ilə 4 il, CM-in 234.1-ci maddəsi ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinə müvafiq olaraq oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin “təkrarlıq” əlamətləri üzrə tövsif edilməsi üçün həmin Məcəllənin 177, 178, 180, 181-ci maddələri ilə, habelə 179, 182, 183, 184 və 185-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsi (hər hansı ardıcıllıqla) əsas ola bilər (15-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi, ifadələrin yerində yoxlanılması, təqdim olunan əşyaya baxış keçirilməsi, iş üzrə maddi sübut, könüllü etiraf barədə ərizə və toplanılmış digər sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, X3 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayətin tərkib əlamətləri vardır və ibtidai istintaq orqanı tərəfindən onun əməlləri düzgün tövsif edilmişdir. Məhkəmə iclasında X6 Zərərçəkmiş şəxs1 avtomobilindən gizli yolla taladığı pul vəsaitlərin miqdarında qeyri-dəqiq ifadə versə də, onun həmin pul vəsaitlərinin konkret olaraq miqdarını bilməməsi ağlabatan və qəbul ediləndir. Həmin hissədə məhkəmə Zərərçəkmiş şəxs1 ifadəsini daha düzgün və dəqiq hesab edir. Belə ki, Zərərçəkmiş şəxs1 hadisənin baş verdiyi ilkin vaxtdan talanmış pul vəsaitləri barəsində dəqiqliklə eyni miqdarı göstərmiş, pul vəsaitlərini sayıb qoyduğuna görə konkret olaraq miqdarını bildiyini qeyd etmişdir. Bu səbəbdən pul vəsaitlərinin miqdarına münasibətdə zərərçəkmiş şəxsin ifadəsi daha inandırıcı olduğuna görə əsas götürülməlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 53.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını X3 cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Həmçinin məhkəmə qeyd edir ki, X6 CM-in 177.2.2 və 234.1-ci maddələri ilə qəsdən törətdiyi az ağır cinayətlərə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-сi il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayətləri törətmişdir ki, bu da cinayətlərin residivini yaradır. Bu halı məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 60.1. Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən cinayətkar vərdişini, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətin törətməsini, bununla da yüksək ictimai təhlükəli şəxs olaraq qalmasını nəzərə alaraq hesab edir ki, X5 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. X6 cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı andan – 25 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut - “Qızıl və Brilyantların alqı-satqı kitabı” hökm qanuni qüvvəyə minəndən sonra Şahid1 qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 dövlət hesabına hüquqlarını müdafiə edən “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat olmaqla 38 iş saatı üçün 418 manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza müddətinin əvvəli tutulduğu andan, yəni 25 fevral 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut - “Qızıl və Brilyantların alqı-satqı kitabı” hökm qanuni qüvvəyə minəndən sonra Şahid1 qaytarılsın. X3 dövlət hesabına hüquqlarını müdafiə edən “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat olmaqla 38 iş saatı üçün 418 manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar