Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-285/2020 18.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs6, müdafiəçi- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 5 ünvanında qeydiyyatda olan və ünvan 1 mənzil 11 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə edilən qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Xarici dairəvi yolu, 8 saylı ünvanda inşa edilmiş “Yasamal yaşayış kompleksi”nin binalarından iki otaqlı mənzilin ipoteka yolu ilə alınmasına kömək edəcəyini yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs1 ilkin ödəniş və sair xərclər adı ilə 2019-cu ilin fevral ayının sonlarında sonuncunun qohumu Şahid2 vasitəsilə ünvan 2 ünvanının qarşısında 2000 manat, 2019-cu ilin mart ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən “Bazar Store” supermarketinin qarşısında 3000 manat, 2019-cu ilin mart ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Nərimanov istirahət parkı”nın qarşısında şəxsiyyəti istintaqa məlum olmayan “Ramil” adlı taksi sürücüsü vasitəsilə göndərilmiş 1700 manat, 2019-cu ilin iyul ayında Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, ev 14 D ünvanında yerləşən “X16”nin qarşısında 1700 manat və 2019-cu ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Nərimanov istirahət parkı”nın qarşısında şəxsiyyəti istintaqa məlum olmayan “Rza” adlı taksi sürücüsü vasitəsilə göndərilmiş 400 manat olmaqla ümumilikdə 8.600 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda 8.600 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, vahid niyyətlə əhatə edilən qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Səbail rayonu, Yeni Səlyan şossesi, 22 saylı ünvanda inşaa edilmiş “jurnalistlərin binası” kimi tanının binadan iki otaqlı mənzilin ipoteka yolu ilə alınmasına kömək edəcəyini yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs2 ilkin ödəniş və sair xərclər adı ilə 2019-cu ilin mart ayının ortalarında ünvan 5 ünvanının qarşısında 8.000 manat və 2019-cu ilin avqust ayının əvvəllərində həmin ünvanda 7.000 manat olmaqla ümumilikdə 15.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda 15.000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, vahid niyyətlə əhatə edilən qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Xarici dairəvi yolu, 8 saylı ünvanda inşaa olunmuş “Yasamal yaşayış kompleksi”nin binalarından iki otaqlı mənzilin ipoteka yolu ilə alınmasına kömək edəcəyini yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs3 ilkin ödəniş və sair xərclər adı ilə 2019-cu ilin mart ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Memar Əcəmi” metrostansiyasının qarşısında 4000 manat, xx xxxxx 2019-cu il tarixdə ünvan 6 ünvanında yerləşən “xxxxxxxxxxxxxxx” ASC-nin Nərimanov filialının qarşısında 6000 manat və 2019-cu ilin avqust ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən “Lalə Studio” gözəllik salonunun qarşısında 680 manat olmaqla ümumilikdə 10.680 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda 10.680 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, vahid niyyətlə əhatə edilən qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs7 Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Xarici dairəvi yolu, 8 saylı ünvanda inşa olunmuş “Yasamal yaşayış kompleksi”nin binalarından iki otaqlı mənzilin ipoteka yolu ilə alınmasına kömək edəcəyini yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs7 ilkin ödəniş və sair xərclər adı ilə 2019-cu ilin may ayının sonlarında ünvan 7 ünvanında yerləşən “McDonalds” restoranının qarşısında 400 manat və 2019-cu ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik” metrostansiyasının qarşısında 3800 manat olmaqla ümumilikdə 4.200 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs7 4.200 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Xarici dairəvi yolu, 8 saylı ünvanda inşa olunmuş “Yasamal yaşayış kompleksi”nin binalarından üç otaqlı mənzilin ipoteka yolu ilə alınmasına kömək edəcəyini yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs5 ilkin ödəniş və sair xərclər adı ilə xx xxxx 2019-cu il tarixdə ünvan 8 ünvanında yerləşən “32 Beauty” stomotoloji klinikasının qarşısında 8.000 manat pulu alıb aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda 8.000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Xarici dairəvi yolu 8 ünvanında inşa olunmuş “Yasamal yaşayış kompleksi”nin binalarından bir otaqlı mənzilin ipoteka yolu ilə alınmasına kömək edəcəyini yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs4 ilkin ödəniş və sair xərclər adı ilə 2019-cu ilin iyun ayının sonlarında ünvan 9 A ünvanının qarşısında 10.000 manat pulu alıb aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda 10.000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, vahid niyyətlə əhatə edilən qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs6 Azərbaycan Respublikası Milli Məclisinin Protokol şöbəsinə məsləhətçi vəzifəsinə təyin etdirilməsinə kömək edəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs6 2019-cu ilin iyul ayının sonlarında Bakı şəhəri, Nərimanov rayon ərazisində yerləşən “Nərimanov istirahət parkı”nın qarşısında 4.000 manat və 2019-cu ilin avqust ayının əvvəllərində ünvan 10 ünvanında yerləşən “Baku Elektronics” mağazasının qarşısında 2.000 manat olmaqla ümumilikdə 6.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs6 xeyli miqdarda 6.000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Azərbaycan Dövlət Mədəniyyət və X1 fakültəsini bitirmişdir. 2014-2015-ci illərdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-də praktika keçmişdir. Başqa heç bir yerdə işləməmişdir. Universitetdə olan zaman qrup yoldaşı Fəridə adlı qızın bacısı Aynur adlı şəxs tez-tez bacısının yanına gəlib getmişdir. Aynur Bakı Dövlət Universitetinin filologiya fakültəsində oxumuşdur. Aynurla söhbət edən zaman o müəllimlərindən birinin Azərbaycan Respublikası Milli Məclisinin deputatı Jalə Əliyeva olduğunu bildirmişdir. Aynur tez-tez Jalə xanım haqqında danışmışdır. O Jalə Əliyevanı televiziyadan tanımış və bundan başqa Aynur da Jalə xanım haqqında çox danışmışdır. Hətda söhbətlərin birində Aynur Jalə xanımın istifadəsində olan mobil nömrələrini də onlara vermişdir. O da həmin nömrələri telefonunun yaddaşına qeyd etmişdir. Aynur Jalə xanımı söhbətlərində çox tərifləyərək onun çox mehriban, xeyirxah, insanları başa düşən qadın kimi təqdim etmiş və tələbələrin hər hansı bir problemi olarsa həll etməyə çalışdığını da bildirmişdir. O da fikirləşmiş ki, Jalə xanımla əlaqə saxlayar və ondan öz yanında və yaxud başqa bir yerdə iş təşkil etməsini istəyər. Həmin zaman o, elə zənn etmişdir ki, Jalə xanımla danışan zaman onu öz yanında işə götürəcəkdir. Buna görə özünün “Nazrinka A-va” adlı facebook sosial səhifəsində profilində iş yeri olaraq Milli Məclisi qeyd etmişdir. Bundan sonra bir çox tanışları onu yeni işi münasibəti ilə təbrik etməyə başlamışlar. O deputat Jalə Əliyevanı ümumiyyətlə tanımır, onunla heç bir tanışlığı, ədavəti və yaxud da düşmənçiliyi olmamışdır. Bundan sonra o tanışlarına deputat Jalə Əliyevanın köməkçisi olduğunu bildirmişdir. Həmin ərəfələrdə MİDA-nın Yasamal rayonu ərazisində tikilən mənzillərindən ev almaq istəmişdir. Çünki evləri olmamış və kirayədə yaşamışlar. Bununla bağlı maraqlandıqda həmin mənzillərin yanında işləyən adını bilmədiyi bir şəxs ona həmin mənzillərdən qanunsuz yolla, yəni növbədən kənar şəkildə almağın mümkün olduğunu bildirmişdir. O da fikirləşmiş ki, imkanı olsa oradan ucuz qiymətə ev alar. Lakin pulu olmadığı üçün heç bu məsələnin üstünə belə düşməmişdir. 2019-cu ilin iyun ayının ortalarında anası Solmazın işlədiyi X2 işləyən Rima həkimin yanında olan zaman o söhbət əsnasında evini qızına verdiyini və hazırda evinin olmadığını bildirmişdir. O, Rima həkimi uşaqlıqdan tanıyır, anasının iş yoldaşı olmaqla yanaşı anası ilə yaxşı münasibəti olmuşdur. Onu da öz qızı kimi çox istəmişdir. Həmçinin onlara da yalandan Milli Məclisdə deputat Jalə Əliyevanın köməkçisi kimi işlədiyini demişdir. O, evinin olmadığını bildirdikdə ona Jalə xanımın vasitəsi ilə güzəştli mənzillərdən ev təşkil edə biləcəyini bildirmişdir. Bunun üçün ilkin ödəniş kimi 10000 manat pul lazım olduğunu da demişdir. Bunu onun üçün eləmiş ki, həmin zaman onun başqa şəxslərə də borcu olmuş və ondan pullarını tələb etmişlər. O elə fikirləşmiş ki, bu adla Rima xanımdan pul alıb onlara verər və sonra Rima xanıma da evin alınmadığını deyər. Bu söhbətlərdən anasının xəbəri olmamışdır. Rima xanım da onunla razılaşmış və 2019-cu ilin iyul ayının sonlarında yaşadığı Bilgəh qəsəbəsindəki evinin qarşısında ona 10000 manat pul vermişdir. Ona qısa müddətdə evin sənədləşmə işlərini tamamlayıb evin təhvil veriləcəyini bildirmişdir. Həmin ərəfələrdə o, özünü Jalə xanımın köməkçisi kimi təqdim etdiyindən tez-tez yalandan Jalə xanım barəsində danışmışdır. İş dalınca göndərdiyini demişdir. Hətta Nərimanov rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan Ramil adlı şəxsin **-MR-*** dövlət nömrə nişanlı, Kia optima markalı avtomobili ilə tez-tez anasının iş yerinin yanına getmiş və Ramili Jalə xanımın sürücüsü kimi təqdim etmişdir. Həmin zaman Ramil heç kimlə görüşüb söhbət etməmişdir. Yəni Ramil taksi sürücüsü kimi onu aparıb həmin yerə düşürür və orada onu gözləmiş və yenidən evə gətirmişdir. Ramil onu Jalə xanımın sürcüsü kimi təqdim etməsini bilməmişdir. Rima xanım tez-tez ondan ev barədə soruşmuşdur. Rima xanım evin alınmadığını görükdə artıq ondan pulunu tələb etməyə başlmışdır. O da buna görə yalandan bir ərizə yazaraq Rima həkimə göndərmiş ki, guya onun verdiyi pul Əmək və Əhalinin Sosial Müdafiəsi Fonduna köçürülmüş və həmin pulu geri qaytarmaq üçün evdən imtina etmək barədə həmin məzmunda ərizə yazmaq lazımdır. Rima həkim də ərizəni yazıb ona vermişdir. Ondan aldığı pulların bir qismini borclarına vermiş qalanını isə şəxsi ehtiyaclarına xərcləmişdir. İstintaq zamanı həmin pul Zərərçəkmiş şəxs4 qaytarılmışdır. Hamıya yalandan Milli Məclisdə işə düzəldiyini dediyindən onu tanıyanlar əlaqə saxlayaraq təbrik etmişlər. Təxminən 2019-cu ilin fevral ayında tanışı İradə Ağayeva ilə danışan zaman ona MİDA-nın Yasamal rayon ərazisində tikilən binalarından ev almaq istədiyi bildirmişdir. O özü də həmin evlərlə maraqlandığını və növbədən kənar şəkildə ev almağın mümükün olduğunu ona bildirmişdir. O İradə Ağayevanı AzTV-də praktikada olduğu zaman tanımış, İradə xanım da AzTv-də diktor işləmişdir. O İradə xanıma deputat Jalə Əliyevanın vasitəsilə mənzillərin alınmasının mümkün olduğunu yalandan bildirmişdir. Bundan sonra İradə xanım ona gəlinlərinin bacısı Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, Bakıda kirayədə yaşadığını və ona da köməklik etməyimi xahiş etmişdir. O da yalandan İardə xanıma köməklik edə biləcəyini bildirmişdir. O özü üçün həmin yerdən mənzillərə baxdığından həmin mənzillərin şərtlərini bilmişdir. Buna görə də onlara mənzillərin şərtləri barədə məlumat da vermişdir. Mənzil üçün müəyyən bir məbləğin ilkin ödəniş verilməli olduğunu, qalan pulu isə 25 illik ipoteka ilə ödəniləcəyini bildirmişdir. O, Yeganəyə 2 otaqlı tam təmirli 65 kvadrat metr sahəsi olan mənzil üçün 8600 manat pul verməli olduğunu bildirmiş, Yeganə də onunla razılaşmışdır. Həmin zaman, yəni 2019-cu ilin fevral ayının sonlarında o, Yeganənin yeznəsi Şahid2lə onun Nərimanov rayonu ərazisində yerləşən iş yerinin qarşısında görüşmüş və ona Yeganənin göndərdiyi 2000 manat pulu vermişdir. Bundan sonra 2019-cu ilin mart ayında Yeganə ilə Yasamal rayonunda yerləşən “Bazar Store”nin qabağında görüşmüş və Yeganə ona 3000 manat pul vermişdir. Bundan sonra Yeganə qalan puldan 2500 manatını onun göndərdiyi Ramil adlı digər anket məlumatlarını bilmədiyi taksi sürücüsünə həmin “Bazar Store”nin qabağında vermiş və Ramil də həmin pulu Nərimanov rayonu ərazisində yerləşən “Nərimanov parkı”nın qabağında ona vermişdir. Bundan sonra 2019-cu ilin iyul ayında Yeganə ilə onun işlədiyi “X16”nin qarşısında görüşmüş və ona 1700 manat pul vermişdir. Bundan başqa da 2019-cu ilin sentyabr ayında “Bazar Store”nin qarşısından digər anket məlumatlarını bilmədiyi Rza adlı taksi sürücüsü Yeganədən 400 manat pul alaraq Nərimanov rayonu ərazisində yerləşən “Nərimanov parkı”nın qabağında ona vermişdir. O, Yeganədən qeyd olunan adla ümumilikdə 8600 manat pul almışdır. Yeganə ilə təzə tanış olan zaman ona tanışlarının da həmin mənzillərdən almaq istədiklərini bildirmişdir. O da Yeganəyə əgər onun vasitəsilə kimlərəsə mənzil təşkil etsə ona da hörmət edəcəyini bildirmişdir. Bundan sonra ona zəng edərək onun nömrəsini öz tanışlarına verdiyini bildirmişdir. O da ona zəng edən həmin şəxslərlə eyni qaydada danışaraq onlardan da müxtəlif məbləğlərdə pul alıb ələ keçirmişdir. Belə ki, Yeganənin tanışı Zərərçəkmiş şəxs2 Səbail rayonu ərazisində jurnalistlər üçün tikilən binada 2 otaqlı 62 kvadrat mənzili təşkil etmək adı ilə ondan 2019cu ilin mart ayının ortalarında Nəsimi rayonu, F.Əmirov küçəsi 10 ünvanın qarşısında 8000 manat almışdır. Bundan sonra 2019-cu ilin avqust əvvəllərində həmin yerdə ondan 7000 manat pul almışdır. Olqa ilə danışan zaman o, MİDA-nın Yasamalda tikilən binalarından mənzil istəmədiyi üçün ona yalandan Səbail rayonu ərazisində tikilən “Jurnalistlərin binasından” mənzil təşkil edə biləcəyini demişdir. Bundan başqa, Zərərçəkmiş şəxs3 Yasamal rayonu ərazisində MİDA tərəfindən inşa olunan 12 mərtəbəli binanın 5-ci mərtəbəsində 2 otaqlı təxminən 60-62 kvadratlıq mənzil üçün təxminən 2019-cu ilin mart ayının sonlarında onunla “Memar Əcəmi” metrostansiyasının qarşısında görüşmüş və həmin zaman 4000 manat pul vermişdir. xx xxxxx 2019-cu il tarixdə yenidən onunla Nərimanov rayonu ərazisində yerləşən “xxxxxxxxxxxxxxx” ASC-nin Nərimanov filialının qarşısında görüşmüş və orada ona 6000 manat pul vermişdir. Sonuncu dəfə 2019-cu ilin avqust ayında ondan əlavə olaraq 680 manat pulu işlədiyi Nərimanov rayonunda yerləşən “Lalə Studio” gözəllik salonunun qarşısında almışdır. Bununlada o, Zərərçəkmiş şəxs3 ümumilikdə 10.680 manat pul alıb ələ keçirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs7 MİDA-nın Yasamal rayonu ərazisindəki həmin binaların birindən 3-cü mərtəbədə yerləşən 2 otaqlı 65 kvadrat metr sahəsi olan mənzilin satılmasını təşkil etmək adı ilə 2019-cu ilin may ayının sonlarında Nərimanov metrostansiyasının yaxınlığında yerləşən “McDonalds” restoranının qarşısında görüşmüş və ondan 400 manat pul almışdır. Bundan sonra 2019cu ilin iyun ayının əvvəllərində onunla Nərimanov rayonu, Gənclik metrostansiyasının qarşısında görüşmüş və ondan 3800 manat pul almışdır. Bununla da ondan ümumilikdə 4200 manat pul almışdır. Bundan başqa, Zərərçəkmiş şəxs5 MİDA-nın Bakı şəhəri, Yasamal rayonu ərazisində tikilən binalarından 3 otaqlı mənzil təşkil etmək adı ilə ondan xx xxxx 2019-cu il tarixdə işlədiyi Nərimanov rayonunda yerləşən “32 Beauty” stomotoloji klinikasının qarşısında 8.000 manat pul almışdır. Həmin zaman ondan 8.000 manat alması və ona 5.000 manat borcunun qalması və həmin pulu dekabr ayına qədər ödəməli olması barədə A4 formatda kağıza qeyd etmişdir. Zərərçəkmiş şəxs6 isə AzTV-də işlədiyi zamanlardan tanımışdır. Onunla arada bir sosial şəbəkələrdə danışmışdır. Təxminən 2019-cu ilin yay aylarında onunla danışan zaman Fuad ona işsiz olduğunu və ona Milli Məclisə işə düzəlməsinə köməklik etməsini xahiş etmişdir. Ona yalandan Milli Məclisin Protokol Şöbəsinə məsləhətçi vəzifəsinə düzəlməsinə köməklik edə biləcəyini, bunun qarşılığında 10.000 manat pul verməli olduğunu bildirmişdir. Fuad ona maksimum 6000 manat verə biləcəyini bildirmişdir. Onunla razılaşmış və 2019-cu ilin iyul ayının sonlarında onunla Nərimanov rayon ərazisində yerləşən “Nərimanov istirahət parkı”nın qarşısında görüşmüş və ondan 4000 manat pulu almışdır. Həmin zaman ondan şəxsiyyət vəsiqəsinin və diplomunun surətlərini və fotoşəkilini almışdır. Bundan sonra 2019-cu ilin avqust ayının əvvəllərində Fuadla Nərimanov rayonu ərazisində yerləşən “Baku Elektronics” mağazasının qarşısında görüşmüş və ondan 2000 manat pulu almışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 14 ildir ki, Bakı şəhəri ərazisində kirayədə yaşayır. Təxminən 2019-cu ilin fevral ayında bacısının qaynanası İradə Ağayeva onunla əvvəl “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-də bir yerdə işləyən Təqsirləndirilən şəxs adlı tanışının Milli Məclisin deputatı Jalə Əliyevanın köməkçisi işlədiyini bildirərək həmin qızın MİDA-nın Yasamal rayonu ərazisində tikilən güzəştli mənzillərdən ucuz qiymətə mənzil təşkil etdiyini bildirmişdir. O, həmçinin Nezrinə onun üçün də ev təşkil etməsini xahiş etdiyini bildirmişdir. O da İradə xanıma evin şərtləri ilə bağlı maraqlandıqda ona ilkin ödəniş, eləcə də işi düzəldən adamlar üçün ümumilikdə 8500 manat pul lazım olduğunu bildirmişdir. Onunla razılaşaraq pul verə biləcəyini demişdir. Elə ilk dəfə 2019-cu ilin fevral ayının sonlarında o, 2000 manat pulu bacısının həyat yoldaşı Şahid2 yaşadığı evdə vermişdir. İlkin də həmin pulu Nezrinlə görüşərək ona vermişdir. Nezrinin mobil nömrəsini götürərək özü onunla əlaqə saxlamış və ondan ev barəsində soruşmuşdur. Nezrin ona 2 otqalı 65 kvadrat tam təmirli ev təşkil edəcəyini bildirmişdir. Onun verdiyi 8500 manat pulun bir qisminin ilkin ödəniş olacağını, qalanının isə “Şapka” yəni işi düzəldən adamlara çatacağını bildirmişdir. Bundan sonra o, ev üçün 25 il ərzində ayda 260 manat pul verməli olduğunu bildirmişdir. Bundan sonra təxminən 2019-cu ilin mart ayının əvvəllərində Yasamal rayonunda yerləşən “Bazar Store”nin qabağında Nezrinlə ilk dəfə görüşmüş və həmin zaman 3000 manat pulu ona vermişdir. Bundan sonra mart ayının ortalarında “Bazar Store”nin qabağında özünü Nezrinin sürücüsü kimi təqdim edən “Ramil” adlı şəxsə 2500 manat pul vermişdir. 2019-cu ilin iyul ayında işlədiyi “X16”ndə Nezrinə 1700 manat pul vermişdir. Daha sonra 400 manat pulu 2019-cu ilin sentyabr ayının əvvəllərində Yasamal rayonunda yerləşən “Bazar Store”nin qabağında Nezrinin göndərdiyi Rza adlı şəxsə vermişdir. Nezrinə ümumilikdə 8600 manat pul vermişdir. Sonuncu dəfə onunla danışan zaman ona mənzili almağı barədə müqavilə verməsini tələb etmişdir. Nezrin ona qısa müddətdə müqavilə verəcəyini bildirmişdir. Ona müqavilə verməyəcəyi təqdirdə hüquq mühafizə orqanlarına müraciət edəcəyini bildirmişdir. Bundan sonra Nezrin onun mobil telefonlarına cavab verməməyə başlamışdır. Nezrin ondan pulu aldıqdan sonra ona təklif etmiş ki, öz yaxınlarına ev barəsində məlumat versin. Əgər o, 10 nəfərə yaxın şəxsin ev almasını təşkil etsə, onda ona bir ədəd bir otaqlı ev təşkil edəcəyini bildirmişdir. Buna görə də o, tanışlarına bu barədə məlumat vermişdir. Lakin onlara özünün evi verildikdən sonra Nezrin adlı şəxsə pul vermələrini bildirmişdir. Tanışları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs5 da onun evinin verilməsini gözləmədən mənzil almaq üçün Nezrinə pul vermişlər. Onlar sonradan Təqsirləndirilən şəxs onları aldadaraq xeyli miqdarda pullarını ələ keçirdiyini başa düşmüşlər və bu barədə hüquq mühafizə orqanlarına müraciət etmişlər. Sonda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2019-cu ilin aprel-may aylarında tanışı Zərərçəkmiş şəxs1 ilə söhbət edən zaman ona Təqsirləndirilən şəxs adlı şəxsin MİDA-nın Yasamal rayonu ərazisində tikilən binalarından ucuz qiymətə ev almasına köməklik etməsi üçün pul verdiyini və həmin şəxsin ona ev təşkil edəcəyini bildirmişdir. O, evin şərtləri ilə maraqlandıqda Yeganə ona evin qiymətinin bir qismini ilkin ödəniş kimi verildiyini, qalan məbləği isə 25 illik ipoteka ilə ödəyəcəklərini bildirmişdir. O daha dəqiq şərtləri öyrənmək üçün Təqsirləndirilən şəxs telefon nömrəsini vermiş və onunla əlaqə saxlamağa başlamışdır. Nezrin də ona Yasamal rayonu ərazisindəki həmin binaların birindən 3-cü mərtəbədə yerləşən 2 otaqlı 65 kvadrat metr sahəsi olan mənzilin satılmasını təşkil etməsi üçün ilkin ödəniş kimi 8000 manat verməli olduğunu, qalan məbləği isə 25 il ərzində ödəyəcəyini bildirmişdir. O da evdə ailə üzvləri ilə məsləhətləşmiş və onun üçün ev almaq qərarına gəlmişlər. Belə ki, onun özünün pulu olmuş və istəmiş ki, həmin pulu ilkin ödəniş kimi versin və qalan məbləği isə aybaay ödəsin. Ailə üzvləri də onunla razılaşmışdır. Hətta qardaşı X4 (ona Həsən deyirlər) da özü Təqsirləndirilən şəxs ilə danışmış və gedib həmin yerdə binalara baxmışlar. Lakin Nezrin ona mənzilləri göstərməmiş, sadəcə kənardan binaları göstərmişdir. Bundan sonra o, Nezrinlə əlaqə saxalayıb pul vermək istədiyini bildirmişdir. Nezrinlə belə razılaşmış ki, pulun bir qismini qabaqcadan verəcək, qalanını isə hissə-hissə verəcəkdir. Nezrin onunla razılaşmışdır. 2019-cu ilin may ayının sonlarında Təqsirləndirilən şəxs ilə Nərimanov metrostansiyasının yaxınlığında yerləşən “McDonalds” restoranının qarşısında görüşmüş və ilkin olaraq ona 400 manat pul vermişdir. Bundan bir müddət sonra Nezrin əlaqə saxlayaq heç olmasa pulun yarısını verməsini bildirmişdir. Bundan sonra təxminən 2019-cu ilin iyun ayının əvvəllərində o, Nezrinlə Nərimanov rayonunda Gənclik metrostansiyasının qarşısında görüşmüş və həmin zaman ona 3800 manat pul vermişdir. Nezrin 2019-cu ilin sentyabr ayına qədər evin açarını onlara verəcəyini bildirmişdir. Qalan 3800 manatı da həmin tarixədək verməliydilər. Bundan bir müddət keçdikdən sonra Nezrin təkidlə ondan qalan 3800 manatı istəmişdir. Onun bu təkidlərindən o şübhələnməyə başlamış və belə qərara gəlmişlər ki, evlə bağlı onlara hər hansı bir sənəd verməsə qalan pulu verməsinlər. O, Nezrinin özünə də bu sözləri demişdir. Nezrin onların şübhələndiklərini gördükdən sonra artıq nə pul istəməyə, nə də onun zənglərinə cavab verməyə başlamışdır. Beləcə onlar başa düşmüş ki, Təqsirləndirilən şəxs onu aldadaraq ümumilikdə 4200 manat pulunu ələ keçirmişdir. Bundan sonra o, Yeganə və digər şəxslərlə əlaqə saxladıqda ona məlum olmuş ki, Nezrin digər şəxsiləri də bu üsulla aldatmışdır. Buna görə də ondan hüquq-mühafizə orqanlarına şikayət etmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində ona ümumilikdə 4200 manat məbləğində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Nərimanov rayonunda yerləşən “32 Beauty” stomotoloji klinikasında həkim stomotoloq işləyir. Həyat yoldaşı X5 təxminən 2019-cu ilin mart-aprel aylarında tanışı Həsən adlı şəxsin bacısına MİDA-nın Yasamal rayonu ərazisində tikilən binalarından ucuz qiymətə ev aldığını, həmin mənzillərin sərfəli qiymətə satıldığını bildirmişdir. O, Həsən üçün evi Həsənin Nezrin adlı bir nəfər tanışının təşkil etdiyini bildirmişdir. Nezrin adlı şəxsi onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi kimi, yəni həmin evlərin alqı-satqısına məsul şəxs kimi təqdim etmişlər. Yoldaşı ilə məsələlərlə bağlı danışdıqdan sonra ev almaq qərarına gəlmişlər. Yoldaşı Həsənlə danışdıqda ona bir miqdarda ilkin ödəniş verildiyini və qalan pulun isə 25 illik ipoteka ilə veriləcəyini bildirmişdir. Bundan sonra daha xırda detalları danışmaq üçün Həsəndən Təqsirləndirilən şəxs mobil nömrəsini götürmüş və onunla əlaqə saxlayıb ev məsələlərində onlara köməklik etməsini bildirmişlər. Bundan sonra o Nezrinlə “Neftçilər” metrostansiyasının yaxınlığında görüşmüşdür. Ona 3 otaqlı ev almaq üçün ilkin olaraq 13.000 manat verməli olduğunu bildirsə də, ona sadəcə 8.000 manat pulları olduqlarını bildirmişdir. Belə olan təqdirdə onunla razılaşmış və qalan 5.000 manatı isə 2019-cu ilin dekabr ayında verə biləcəyini bildirmişdir. Mənzilin qalan pulunu isə 25 illik ayda 163 manatdan olmaqla ödəyəcəklərini bildirmişlər. O da yoldaşı ilə məsləhətləşdikdən sonra Təqsirləndirilən şəxs həmin 8.000 manat pulu verməyə razılaşmışlar. xx xxxx 2019-cu il tarixdə Nezrin onun işlədiyi “32 Beauty” stomotoloji klinikasının qarşısına gələrək orada ondan 8.000 manat pulu almışdır. Həmin zaman ondan 8.000 manat alması və onun 5.000 manat borcunun qalması və həmin pulu dekabr ayına qədər ödəyəcəyi barədə A4 formatda kağıza qeyd etmiş və həmin qeydi özü və o da imzalamışdır. Həmin yazının şəklini də telefonuna çəkmişdir. Ona söz vermiş ki, bir ay ərzində gedib evə baxmalıdır. Danışığa əsasən ev 3-cü mərtəbədə, tam təmirli vəziyyətdə olmalıdır. Bundan sonra o, Nezrinlə danışıb evə baxmaq istədiklərini bildirdikdə Nezrin hamam və tualetin təmirsiz olduğunu və təmir edilməsi üçün əlavə 1000 manat da pul verməli olduğlarını bildirmişdir. Bundan sonra onun bu formada danışığından şübhələnmiş və ondan pulu qaytarmasını tələb etmişdir. O da problem olmadığını bildirmişdir. Bundan sonra o, yenidən həmin nömrə ilə yazışan zaman özünü Təqsirləndirilən şəxs köməkçisi kimi təqdim edən Nurlana adlı şəxs ona problem barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adına ərizə, yəni mənzildən imtina etməyi və ilkin ödənişinin geri qaytarılması barədə ərizə yazmağı bildirmişdir. Lakin o, hiss etmiş ki, həmin şəxs elə Nezrinin özüdür. Bundan sonra o, həmin məzmunda ərizə yazmış və yoldaşı Nezrinlə Nərimanov rayonu ərazisində görüşərək həmin ərizəni ona təqdim etmişdir. Lakin ərizə də verildikdən sonra Nezrin müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən imtina etmişdir. Lakin bundan sonra onlar Həsənlə danışan zaman Həsən özünün və digər 5-6 nəfər şəxsin də bu formada aldadıldığını bildirmişdir. Buna görə də onlar Təqsirləndirilən şəxs şikayət etmişlər. Sonda Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təxminən 2007-ci il tarixdən Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda kirayədə yaşamışdır. Zərərçəkmiş şəxs1 ilə gözəllik salonunda bir yerdə işləmişdir. Onunla yaxın münasibəti olmuşdur. Yeganə də onun kimi Bakı şəhərində kirayədə yaşamışdır. Təxminən 2019-cu ilin mart ayında Yeganə ilə söhbət edən zaman ona bacısının qaynanası ilə əvvəllər bir yerdə işləmiş və hazırda Milli Məclisdə işləyən Təqsirləndirilən şəxs adlı xanımın vasitəsi ilə özünə güzəştli mənzillərdən ev almaq üçün həmin şəxsə pul verdiyini bildirmişdir. Yeganə ona verdiyi pulun bir qisminin ilkin ödəniş olacağını, qalanının isə həmin şəxsin özünə çatacağını bildirmişdir. Həmçinin Yeganə bildirmişdir ki, Nezrin başqa şəxslərə də mənzil təşkil edə biləcəyini ona bildirmişdir. O da qeyd etdiyi kimi uzun müddətdir ki, kirayədə yaşadığından ev almaq istədiyini bildirmişdir. O, Yeganədən Nezrin barəsində soruşduqda ona Nezrinə inandığını bildirsə də, hələ tələsməməsini, onun evi alındıqdan sonra Nezrinə pul verməyi təklif etmişdir. Ondan Nezrinin ********** saylı mobil nömrəsini götürmüşdür. Həmçinin Yeganə də özü Nezrinlə əlaqə saxlayaraq onun mənzil almaq istədiyini bildirmişdir. Bundan sonra onunla əlaqə saxlayaraq, nömrəsinin Yeganədən aldığını və mənzil almaq istədiyini bildirərək ondan mənzil barəsində soruşmuşdur. Nezrin ona Yasamal rayonu ərazisində MİDA tərəfindən inşa olunan 12 mərtəbəli binanın 5-ci mərtəbəsində 2 otaqlı təxminən 60-62 kvadratlıq mənzil üçün 10000 manat ilkin ödəniş verməli olduğunu və 25 il ərzində də ayda 260-280 manat arası pul verəcəyini bildirmişdir. Ona fikirləşib bir xəbər deyəcəyini bildirmişdir. Bundan sonra o, ailə üzvlərinə bu barədə məlumat vermiş və onlar ona Nezrinin təklifinin sərfəli olduğunu və razılaşmasını bildirmişlər. Bundan sonra Nezrin ona tez-tez zəng edərək mənzil almaq istəyib-istəmədiyini soruşmuşdur. Ona mənzillərin satıldığını, tez qərar verməsə növbəti binanın tikilməsini gözləməli olacağını bildirməklə psixoloji təsir göstərmişdir. Buna görə də ona pulu verə biləcəyini bildirmişdir. Bundan sonra anası Balakən rayonunda təxminən 2019-cu ilin mart ayında ona 4000 manat pul göndərmişdir. O da 2019-cu ilin mart ayının sonlarında Nezrinlə “Memar Əcəmi” metrostansiyasının qarşısında görüşmüş və həmin zaman Nezrinin gəldiyi “Vito” markalı nömrəsini xatırlamadığı avtomobilin içərisində ona 4000 manat pul vermişdir. Nezrin ona qalan 6000 manat pulu da qısa müddətə verməsini bildirmişdir. xx xxxxx 2019-cu il tarixdə anası yenidən ona 6000 manat pul göndərmiş və o həmin pulu Nərimanov rayonu ərazisində yerləşən “xxxxxxxxxxxxxxx” ASC-nin Nərimanov filialından çıxardıb elə həmin filalın qarşısında da Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra o, Nezrinlə mütəmadi olaraq əlaqə saxlamış və ona əvvəlcə sistemdə qeydiyyatdan keçdiyini, sonradan isə mənzili aldığını bildirmişdir. Nezrin hətta ondan mənzil üçün mətbəx mebelinin və qapıların rənginidə soruşmuşdur. Sonuncu dəfə 2019-cu ilin avqust ayında Nezrin ona bütün sənədləşmənin başa çatdığını, sadəcə olaraq mənzilin hamamının təmiri üçün əlavə olaraq 680 manat pul lazım olduğunu bildirmişdir. Ondan hamamın təmirli veriləcəyini dediyini bildirdikdə, ona hamamın təmirsiz olduğunu və qeyd olunan pulun verilməsinin könüllü olduğunu bildirmişdir. İstəsə pul verməyib özü də təmir etdirə biləcəyini bildirmişdir. Lakin o, mənzilin hamamını təmir etdirmək üçün ona 680 manat pul verəcəyini bildirmişdir. Bundan sonra 2019-cu ilin avqust ayının sonlarında işlədiyi Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən “Lalə Studio” gözəllik salonunun qarşısında Nezrinə 680 manat pul vermişdir. Bundan sonra Nezrin ona 10-15 günə notariusa gedərək alqı-satqı edəcəklərini və mənzilin açarını ona təhvil verəcəyini bildirmişdir. Lakin Nezrinin qeyd etdiyi müddət keçsə də, Nezrin hər dəfəsində ona müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra ona məlum olmuş ki, Nezrin ondan başqa Yeganə, eləcə də digər şəxsləri anoloji qaydada aldatdığını gördüyündən kollektiv qaydada müraciət etmişlər. O Təqsirləndirilən şəxs ümumilikdə 10680 manat pul vermişdir. Sonda Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun uzaq qohumu olsa da, onunla yaxın münasibəti olmuşdur. Təxminən 2019-cu ilin mart ayında Yeganə onunla söhbət edən zaman Milli Məclisin deputatı Jalə Əliyevanın köməkçisi Təqsirləndirilən şəxs adlı qadının vasitəsi ilə özünə güzəştli mənzillərdən ev almaq üçün həmin şəxsə pul verdiyini bildirmişdir. Yeganə həmçinin qeyd etmiş ki, Nezrin başqa şəxslərə də mənzil təşkil edə biləcəyini bildirmişdir. Oğlu və gəlini ilə birlikdə 3 otaqlı evdə qaldığından fikirləşmişdir ki, başqa bir iki otaqlı ev alsa daha rahat yaşayarlar. Buna görə də Nezrinin nömrəsinin Yeganədən almaq istəmiş və Yeganə hələ tələsməməsini, onun evi alındıqdan sonra pul verməsini təklif etsə də, ona narahat olmamasını bildirmiş və Nezrinin nömrəsini alaraq onunla əlaqə saxlamışdır. Nezrin ona Səbail rayonu ərazisində jurnalistlər üçün tikilən binada 2 otaqlı 62 kvadrat metrlik mənzili 19000 manata təşkil edə biləcəyini bildirmişdir. Həmin mənzil çox ucuz başa gəldiyindən o, razılıq vermişdir. Ona ilk əvvəl 8000 manat verməli olduğunu və mənzilin may ayında veriləcəyini bildimişdir. O, 2019-cu ilin mart ayının ortalarında Nəsimi rayonu, Fikrət Əmirov küçəsi 10 ünvanın qarşısında əvvəlcədən ondan istədiyi sənədləri və 8000 manat pulu sürücüsü kimi təqdim etdiyi şəxsin yanında Nezrinə vermişdir. Bundan sonra 2019-cu ilin avqust ayının əvvəllərində həmin yerdə Təqsirləndirilən şəxs özünə 7000 manat da pul vermişdir. Həmin zaman Nezrin mənzilin sentyabr ayında veriləcəyini və ona müqavilə verəcəyini bildirmişdir. Lakin müqavilə də vermədiyini gördükdə Nezrindən pulunu qaytarmasını tələb etmişdir. Lakin bu günədək onun pulunu qaytarmamışdır. Sonda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, xatırlamadığı tədbirlərin birində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-də praktikant işləyən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Onunla normal münasibəti olmuşdur. Arada bir sosial şəbəkələrdə danışmışlar. Təxminən 2019-cu ilin yay aylarında Nezrinlə danışan zaman ona işsiz olduğunu və maddi vaziyyətinin çətin olduğunu bildirmişdir. Nezrin həmin zaman Milli Məclisin deputatı Jalə Əliyevanın köməkçisi işlədiyini bildirmiş və ona həmin yerdə vəzifəli şəxslərlə münasibətlərinin yaxşı oduğunu demişdir. O da işsiz olduğundan fikirləşmiş ki, bəlkə Nezrin ona da bir iş təşkil edə bilər. O, təxminən 2019-cu ilin iyul ayında Nezrinlə danışan zaman ondan Milli Məclisdə bir iş təşkil etməsini xahiş etmişdir. Nezrin isə ona maraqlanıb bir məlumat verəcəyini bildirmişdir. Bir müddət sonra Nezrin onunla danışan zaman onu Milli Məclisin Protokol Şöbəsinə məsləhətçi vəzifəsinə düzəldə biləcəyini, bunun qarşılığında 10.000 manat pul verməli olduğunu bildirmişdir. O, Nezrinə 10.000 manata gücünün çatmadığını, hansı məbləğə gücü çatdığına baxıb ona deyəcəyini bildirmişdir. Bundan sonra o, Nezrinlə əlaqə saxlayıb Milli Məclisə Protokol şöbəsinə məsləhətçi vəzifəsinə işə düzəlməsinə köməklik etməsi üçün 6000 manat verə biləcəyini bildirmişdir. Ona bu işi minimum 8000 manata həll edə biləcəyini bildirərək qalan 2000 manatı da özü verəcəyini demişdir. O da Nezrindən pulu düzəltmək üçün bir az vaxt istəmişdir. Təxminən 2019-cu ilin iyul ayının sonlarında o, Nezrinlə əlaqə saxlayaraq 4000 manat pul tapdığını və qalan pulu da qısa müddətdə verəcəyini bildirmişdir. 2019-cu ilin iyul ayının sonlarında əmisi Şahid3 ilə birlikdə Nərimanov rayon ərazisində yerləşən “Nərimanov istirahət parkının” qarşısında Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Həmin zaman o, ağ rəngli “Hyundai” markalı avtomobillə, sürücüsü kimi təqdim etdiyi Ramil adlı şəxslə gəlmişdir. Lakin həmin şəxs maşından düşərək kənarda gözləmişdir. O, həmin avtomobildə sayaraq 4000 manat pulu Nezrinə vermişdir. Həmin zaman o, Nezrinə şəxsiyyət vəsiqəsini və diplomunun surətlərini və fotoşəkilini vermişdir. Bundan bir müddət sonra Nezrin onunla əlaqə saxlayaraq işinin həll edildiyini, qalan 2000 manat pulu təcili vermək lazım olduğunu bildirmişdir. O da 2019-cu ilin avqust ayının əvvəllərində Nezrinlə Nərimanov rayonunda yerləşən “Baku Elektronics” mağazasının qarşısında görüşmüş və 2000 manat pulu ona vermişdir. Həmin zaman Nezrin ona deputatların oktyabr ayında işə çıxacaqlarını, buna görə də onun bir az qabaq yəni sentyabr ayının ortalarında işə çıxacağını bildirmişdir. Həmin tarixə qədər o gözləsə də Nezrin müxtəlif bəhanələr gətirərək ona gözləməsini bildirmişdir. O artıq onu aldatdığını başa düşmüş və Nezrindən pulunu qaytarmasını tələb etmişdir. Həmin zaman o pulu qaytaracağını bildirmişdir. Lakin bundan sonra da Nezrin onun zənglərinə cavab verməməyə başlamış və o aldanıldığını başa düşərək hüquq mühafizə orqanlarına müraciət etmişdir. Nezrin onun işini “müəllim” deyə müraciət etdiyi adını çəkmədiyi şəxsin vasitəsilə düzldəcəyini bildirmişdir. Hadisə nəticəsində ona 6000 manat məbləğində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs4 teleqram vuraraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 58-60-cı vərəqələrində olan Zərərçəkmiş şəxs4 istintaq orqanına verdiyi ifadəsindən görünür ki, X2 həkim-kardioloq vəzifəsində işləyir. X6 uzun illərdir Solmaz Əjdər qızı adlı qadın masajçı işləyirŞahid1la normal münasibəti olmuşdurŞahid1 Nezrin adlı qızı olmuş və həmin qız uşaqlıqdan anasının yanına gəlib-getmişdir. Təxminən 2019-cu ilin yanvar ayında Facebook sosial şəbəkəsində Solmazın qızı Təqsirləndirilən şəxs öz səhifəsində Azərbaycan Respublikası Milli Məclisinə işə düzəlməsi ilə bağlı qeyd etdiyni görmüşdür. O və onun kimi digər iş yoldaşları onu belə yüksək yerə işə düzəlməsi münasibəti ilə təbrik etmişlər. Onunla söhbət zamanı Nezrin Milli Məclisdə deputrat Jalə Əliyevanın köməkçisi vəzifəsinə düzəldiyini bildirmişdir. Onun necə, hansı yolla işə düzəlməsini maraqlanmamışdır. Həmin ilin aprel may aylarında Nezrin tez-tez sanatoriyaya gəlib-getmişdir. Gələn zaman ona da baş çəkmişdir. Təxminən 2019-cu ilin iyun ayının ortalarında Nezrinlə söhbət edən zaman ona bildirmiş ki, özünə məxsus evi qızına vermişdir. Özü də hazırda bağ evində yaşayır. Bu söhbətdən bir müddət sonra Nezrin ona Whatsapp ani mesajlaşma proqramı vasitəsi ilə yazaraq problemi ilə bağlı Jalə xanıma dediyini və Jalə xanımın MİDA-nın Yasamal rayonu ərazisində tikilən binalarından bir otaqlı mənzil verdirə biləcəyini bildirmişdir. Ona demişdir ki, mənzilin qiyməti 29000 manatdır və ilkin olaraq 10000 manat pul verməli olduğunu və 10 il ərzində aylıq 129 manat ödəməli olduğunu bildirmişdir. O da onun təklifi ilə razılaşmış və 2019-cu ilin iyun ayının sonlarında Nezrinə yaşadığı Bilgəh qəsəbəsində yerləşən evində 10000 manat pul vermişdir. Həmin zaman Nezrin onun həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini də götürmüşdür. O da təəcüblə başqa sənədlərin lazım olub-olmadığını soruşmuşdur. Lakin Nezrin lazım olarsa deyəcəyini bildirmişdir. Bundan sonra Nezrindən şübhələnməyə başlamış və evi tələb etmişdir. Ona müxtəlif bəhanələr gətirmişdir. İyul ayının sonlarından ondan evi yox, pulunu tələb etməyə başlamışdır. Onlara gələn zaman Ramil adlı şəxslə gəlmiş və həmin şəxsi Jalə xanımın sürücüsü olduğunu bildirmişdir. Bundan sonra onun iş yoldaşlarına öz xətti ilə yazdığı ərizələri gətirib vermişdir ki, o həmin ərizəni yazsın ki, pulu qaytarıb versinlər. Nezrinin yazdığı 02 vərəq ərizəni izahatına əlavə etmişdir. Ərizəni yazdıqdan bir həftə sonra ona ***-***-**-** saylı nömrədən zəng gəlmişdir. Zəng edən oğlan özünü Ədalət Qurbanov kimi təqdim etmiş və Sosial Müdafiə Fondunda şöbə müdiri olduğunu bildirmiş və ondan aldığı mənzildən nəyə görə imtina etdiyini soruşmuşdur. O da ona Nezrinin onu aldatdığını, heç bir evin olmadığını, elə həmin şəxsində Nezrinlə birlikdə olduğunu bildirmişdir. Övladları həmin nömrəni də “Get kontak” proqramı vasitəsi ilə yoxlamış və həmin şəxsin adı “Nəzrin Aztv” kimi qeyd olunmuşdur. Bundan sonra o, tanışları vasitəsi ilə Jalə Əliyeva ilə əlaqə saxlamağa və onun belə bir köməkçisi olubolmadığını öyrənməyə çalışmışdır. X17 ilə əlaqə saxlamış və ona belə bir adamı tanımadığını bildirmişdir. Jalə xanım ona polisə müraciət etməsini də məsləhət görmüşdür. Bundan sonra Nezrin ilə əlaqə saxlayaraq ondan pulunu qaytarmasını bildirmişdir. O, həmçinin Nezrinin anası Solmaz Əjdər qızı ilə də əlaqə saxlamış və qızı pulu qaytarmayacağı təqdirdə şikayət edəcəyini bildirmişdirŞahid1 da qızının Jalə Əliyevanın köməkçisi olduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Solmaz Əjdər qızı ifadəsində göstərmişdir ki, o, 20 ilə yaxındır ki, X3 tibb bacısı işləmişdir. Yeganə övladı olan Nezrinə də tək baxmışdır. 2019-cu ilin yanvar ayında Nezrin ona Milli Məclisdə Jalə Əliyevanın köməkçisi kimi işə düzəldiyini və həmin işin qeyri-rəsmi iş olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs4 ilə birlikdə işləyir onunla səmimi münasibəti olmuşdur. Təxminən 2019cu ilin iyul ayında Rima xanım ona bildirmiş ki, Nezrin ona mənzil almaqda kömək etmək üçün ondan 10000 manat pul almışdır. O da bu barədə qızı ilə danışdıqda ona həqiqətən də Rima xanımdan qeyd olunan məsələ ilə bağlı 10000 manat pul aldığını və həmin pulu Nurlana adlı qadına verdiyini bildirmişdir. O da qızına pulu alıb Rima həkimə qaytarmasını bildirmişdir. Lakin Nezrin hər dəfəsində Nurlananın pulu vermədiyini bildirmişdir. O da buna görə Rima həkimdən xahiş etmiş ki, onlara biraz vaxt versin, pulu Nurlanadan alıb qaytarsınlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs6 onun doğma qardaşı oğludur. Təxminən 2019-cu ilin yay aylarında Fuadın işsiz olduğunu və iş axtardığını bilmişdir. Bir müddət sonra o, Fuadla danışanda Fuad ona bir tanış adam olduğunu və onun vasitəsilə Milli Məclisə işə düzələcəyini bildirmişdir. Fuad həmin şəxsin adının Nezrin olduğunu və həmin xanımı uzun müddətdir tanıdığını bildirmişdir. Nezrinin onu Milli Məclisin Protokol Şöbəsinə məsləhətçi vəzifəsinə düzəltməsinin nüqabilndə 10.000 manat pul istədiyini, lakin sonda 6000 manata razılaşdığını bildirmişdir. Təxminən 2019-cu ilin iyul ayının sonlarında Fuad ona Nezrinlə görüşüb, ona 4000 manat pul verəcəyini bildirmişdir. Təxminən 2019-cu ilin iyul ayının sonlarında Fuadla birlikdə Nərimanov rayon ərazisində yerləşən “Nərimanov istirahət parkı”nın qarşısında Nezrinlə görüşmüşlər. Həmin zaman Nezrin ağ rəngli “Hyundai” markalı avtomobillə, sürücüsü kimi təqdim etdiyi şəxslə gəlmişdir. Lakin həmin şəxs maşından düşərək kənarda gözləmişdir. Fuad həmin avtomobildə onun yanında sayaraq 4000 manat pulu Nezrinə vermişdir. Həmin zaman Nezrinə bir neçə sənəd də vermişdir. Fuad onu təqdim edərək əmisi olduğunu bildirmişdir. Nezrin də ona narahat olmamaqlarını, Fuadın qısa müddətdə işə çıxacağını bildirmişdir. Bundan sonra bilmişdir ki, Fuad Nezrinə əlavə olaraq 2000 manat da pul vermişdir. Lakin sonradan məlumatı oldu ki, Nezrin Fuadı aldadaraq 6000 manat pulunu ələ keçirmişdir. Buna görə də Fuad ondan hüquq mühafizə orqanlarına şikayət etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cinayət işinin 85-87-ci vərəqələrində olan Şahid2 istintaq orqanına verdiyi ifadəsindən görünür ki, anası İradə Ağayeva ilə uzun illərdir ki, AzTV-də diktor vəzifəsində çalışmışdır. Hal-hazırda da həmin vəzifədə işləyir. Təxminən 2014-2015-ci illərdə anasının yanına Nezrin adında praktikant gəlib-getmişdir. Bundan sonra Nezrin onunla arada bir əlaqə saxlamış, hal-əhval tutmuşdur. Təxminən 2019-cu ilin fevral ayında Nezrin anası ilə söhbət edərkən anasına işi ilə bağlı ev növbəsinə yazıldığını bilmişdir. Həmin zamanlar da Nezrin Azərbaycan Respublikası Milli Məclisində işlədiyini bildirmişdir. Anasına belə işlərlə məşğul olduqlarını bildirərək əgər istəsə MİDA-nın Yasamal rayonu ərazisində tikilən binalarından mənzil təşkil edə biləcəyini bildirmişdir. Həmin zaman anasına ilkin ödəniş vermək lazım olduğunu bildirmişdir. Anası da onunla məsləhətləşdikdə o, maddi imkanı olmadığından Nezrinin təklifindən imtina etmişlər. Zərərçəkmiş şəxs1 onun həyat yoldaşının bacısıdır. Onun həyat yoldaşı xeyli müddətdir rəhmətə getmişdir. O da uzun illərdir Bakı şəhərində kirayədə yaşayır. O da Nezrinin təklifini baldızı Yeganəyə bildirmişdir. Həmin zaman Yeganə anası ilə də danışmış, lakin anası, eləcə də o özü də Yeganəyə Nezrini yaxşı tanımadığını, diqqətli olmasını bildirmişdir. Həmin zaman o anasından Nezrinin mobil nömrəsini alıb Yeganəyə vermiş və özləri danışmışlar. Bundan sonra Yeganə onunla danışarkən Təqsirləndirilən şəxs ilə razılaşdığını və Nezrinin ondan MİDA-nın Yasamal rayonu ərazisində tikilən binalarından 2 otaqlı mənzil təşkil etməsi üçün ilkin ödəniş və sair xərclər adı ilə 8600 manat pul istədiyini bildirmişdir. Bundan sonra təxminən 2019-cu ilin fevral ayının sonlarında o, Yeganəgildə olan zaman 2000 manat pulu ona verərək həmin pulu Təqsirləndirilən şəxs verməsini xahiş etmişdir. Yegənə ona mobil nömrəsini Nezrinə verəcəyini və onun özünün əlaqə saxlayacağını bildirmişdir. Növbəti gün hazırda xatırlamadığı mobil nömrədən ona zəng gəlmiş, həmin şəxs özünü Nezrin kimi təqdim edib gəlib ondan pulu götürmək istədiyini bildirmişdir. O da həmin zaman ünvan 12 ünvanında yerləşən ofislərində olmuşdur. Həmin zaman Nezirin qeyd olunan ünvana gəlmiş və ofisin qarşısında ona 2000 manat pulu vermişdir. O qalan məsələləri Yeganə ilə danışacağını bildirmişdir. Bundan başqa onun Təqsirləndirilən şəxs ilə heç bir danışığı olmamışdır. Sonradan onun məlumatı olmuş ki, Yeganə müxtəlif vaxtlarda Nezrinə ümumilikdə 8600 manat pul vermişdir. Lakin Nezrin onu aldadaraq vəd verdiyi mənzili təşkil etməmiş, nə də pulu qaytarmamışdır. Buna görə də Yeganə ondan hüquq mühafizə orqanlarına şikayət etmişdir. Cinayət işinin 32-ci vərəqində olan iltizamdan görünür ki, Təqsirləndirilən şəxs bu iltizamı ona görə vermişdir ki, Zərərçəkmiş şəxs4 ələ keçirdiyi on min manat və Dilarə Cəfərovadan ələ keçirdiyi beş yüz manat pulun bir hissəsini xx.xx.2019-cu il tarixinədək, qalan hissəsini xx.xx.2019-cu il tarixinədək ödəyəcəkdir. Müstəntiqin çağırışlarına vaxtında gələcəkdir. İstintaqdan gizlənməyəcəkdir. Əks təqdirdə barəsində prosessual məcburiyyət tədbirləri tətbiq olunacağı ona xəbərdar edilmişdir. Cinayət işinin 34-35-ci vərəqələrində olan Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla X8 Yeganə Fazil qızı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs5 tərəfindən ünvanlanmış və imzaları ilə təsdiq edilmiş ərizədən görünür ki, Nezrin Əjdər qızı tərəfindən onlardan, yəni Zərərçəkmiş şəxs1 2019cu ilin fevral ayında 10000 manat, Zərərçəkmiş şəxs2 2019-cu ilin mart ayında 15000 manat, Zərərçəkmiş şəxs3 2019-cu ilin mart ayında 15000 manat, Zərərçəkmiş şəxs7 2019-cu ilin iyun ayında 6000 manat, Zərərçəkmiş şəxs5 2019-cu ilin iyun ayında 10000 manat pulu aldatma yolu ilə dələduzluq edərək almışdır. Həmin pulun zəminində Nezrin Əjdər qızı onlara MİDA şirkətindən evlər almağa köməklik etməyi bildirmişdir. Nezrin Əjdər qızı özünü millət vəkili Jalə Əliyevanın köməkçisi kimi təqdim etmiş və bildirmişdir ki, onun vasitəsilə MİDA şirkətindən evləri almağa köməklik edəcəkdir. Lakin indiyənə kimi heçbir tədbir görülməmişdir. Son vaxtlar telefon zənglərinə cavab vermir, heçkimdən qorxmadığını bildirmişdir. Bu səbəbdən dələduzluq edərək onları aldatmış Nezrin Əjdər qızı barəsində qanuni tədbir görülməsini xahiş etmişlər. Cinayət işinin 61-ci vərəqində olan “Vurulmuş ziyanın ödənilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla X9 və Təhqiqat İdarəsinin müstəntiqi X12, icraatında istintaq edilən ********* nömrəli cinayət işi üzrə həmin protokolu Zərərçəkmiş şəxs4 iştirakı ilə tərtib edir ondan ötrü ki, Solmaz Əjdər qızının təqdim etdiyi 10000 manat pulu cinayət işi üzrə Zərərçəkmiş şəxs4 təqdim etmişdir. Təqdim etdiyi 10000 manat pul Zərərçəkmiş şəxs4 tərəfindən götürülmüşdür. Cinayət işinin 62-ci vərəqində olan Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla X7 Rima Mehdi qızı tərəfindən ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam olaraq ödənildiyindən, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Gələcəkdə də olmayacaqdır. Cinayət işinin 63-cü vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdur. Cinayət işinin 123-cü vərəqində olan “Baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı X13 Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsini rəhbər tutaraq Zərərçəkmiş şəxs6, müdafiəçinin və hal şahidlərinin iştirakları ilə həmin protokolu tərtib etmişdir ondan ötrü ki, Zərərçəkmiş şəxs6 6000 manat pulunun Nezrin adlı şəxs tərəfindən ələ keçirilməsi barədə etdiyi şikayəti əsasında hadisə yerinə baxış keçirtmişdir. ünvan 10 ünvanının qarşısına çatdıqda vətəndaş Zərərçəkmiş şəxs6 orada yerləşən “Baku Electronics” mağazasının qarşısını göstərib bildirdi ki, o sonuncu dəfə Nezrin adlı şəxsə 2000 manat pulu burada vermişdir. Zərərçəkmiş şəxs6 göstərdiyi ünvanın Nərimanov RPİ-nin 18-ci PŞ-si ilə heç bir əlaqəsinin olmadığı məlum oldu. Belə ki, qeyd olunan ərazinin Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati ərazisinə aid olduğu müəyyən edildi. Cinayət işinin 184-cü vərəqində olan Bakı şəhəri Yasamal RİH-nin Mənzil Kommunal Təsərrüfatı Birliyinin 24 saylı MKİS tərəfindən verilmiş 61/x saylı, xx.xx.2020-ci il tarixli Xasiyyətnamədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 5-də qeydiyyatda olan xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs barəsində yazılı və ya şifahi surətdə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 228-230-cu vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ittihama hüquqi qiymət verərək, həmçinin təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs gənc olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Zərərçəkmiş şəxs4 vurulmuş ziyanın tamamilə ödənilməsini və sonuncunun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi çox epizodlu cinayət əməli (7 epizod) üzrə zərərçəkmiş şəxslərə ümumilikdə dəymiş 62480 manat ziyandan cəmi 10000 manat (1 epizod üzrə) ödəniş edilmiş, digər 6 epizod üzrə ziyan ödənilməmiş və bunun nəticəsində zərərçəkmiş şəxslər haqlı olaraq Təqsirləndirilən şəxs şikayətçi olmuşlar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, cəzaçəkməsinin əvvəli xx xxxxxx 2020-ci tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müvafiq olaraq ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X14 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkillər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X14 ibtidai istintaq zamanı iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X15 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-in Nərimanov rayon filialındakı (Filialın kodu 200093,VÖEN: **********, hesablaşma hesabı: AZ39AİİB********************,) hesabına köçürülsün. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-285/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-285/2020
18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver