Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-285/2024 29.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 və onun müdafiəçisi “LCG” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X6 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş X1 Miranə Gəray qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-537/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarı ilə xüsusi ittiham qaydasında şikayət baxılması üçün ehtimal edilən əməlin törədildiyi yer üzrə, yəni “Mediatv.az” internet informasiya ehtiyatının hüquqi ünvanı üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-135/2024 nömrəli, 01 may 2024-cü il tarixli qərarı ilə xüsusi ittiham qaydasında şikayət baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İşin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarında qeyd edilənlərlə fikir ayrılığı yaranır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanlanmış xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, böhtan və təhqir hesab edilən məlumatlar X5 tərəfindən “Mediatv.az” informasiya portalında yayılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi təqsirləndirilən şəxs X3 müdafiəçisi Müdafiəçi2 ərazi aidiyyətinə dair yazılı vəsatətini əsaslı hesab etmiş və qərarda qeyd etmişdir ki, mübahisələndirilən məqalə “Hürriyət.az” informasiya portalında paylaşılmış, “Mediatv.az” informasiya portalı isə “Hürriyət.az” informasiya portalına istinadən dəyişiklik və düzəliş edilmədən paylaşmışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, xüsusi ittiham qaydasında şikayətə “Hürriyət.az” informasiya portalının hüquqi ünvanının Bakı şəhəri Nərimanov rayonunda yerləşdiyindən şikayətə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuş xüsusi ittiham qaydasında şikayət üzrə materiallar diqqətlə nəzərdən keçirərkən müəyyən edilir ki, həqiqətən də “Hürriyət.az” informasiya portalının hüquqi ünvanı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin yurisdiksiyasına aiddir, lakin böhtan və təhqir hesab edilən məlumatların sonuncu yayıldığı yer “Mediatv.az” informasiya portalıdır. “Mediatv.az” informasiya portalının hüquqi ünvanı isə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, V.Bədəlov 24 A ünvanıdır. Beləliklə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarındakı həmin əsaslandırmaya haqq qazandıran həm qərarda göstərilən hüquqi əsasla, həm də faktiki əsasla razılaşıla bilinməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2014-cü il tarixli Qərarının 12-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X10 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə ehtimal olunan cinayətin törədildiyi yerin məhkəməsində, yəni Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlər Suraxanı Rayon Məhkəməsinin qərarında qeyd edilənlərlə fikir ayrılığının yaranmasına səbəb olmuşdur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Belə ki, CPM-nin 77.1-ci maddəsinə əsasən məhkəmə aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ olduğundan, həm şikayətçinin, həm də barəsində şikayət verilən şəxsin bu hüququnu təmin etmək üçün aidiyyət düzgün müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 77-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X6 xüsusi ittiham qaydasında şikayəti ilə əlaqədar məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həlli üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-285/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-285/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver