Məhkəmə qərarları › İş №1(005)-286/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-286/2022

08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-286/2022 08.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, subay, məhkumlugu olmayan, Ağdam rayonu, Bağbanlar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Fransa Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2 X8 həmin ölkənin istehsalı olan 03 ədəd “İphone 13” markalı mobil telefon aparatını gətizdirəcəyinə dair yalan vəd vərməklə aldatmış, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək 30 sentyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi 25 ünvanında yerləşən "xxxx" MMC-nin ofisində 5.100 manat, yəni xeyli miqdarda pulunu ələ keçirərək verdiyi vədə əməl etməyib dələduzluq elmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədilə İran İslam Respublikasının vətəndaşı X1 X8 həmin ölkənin istehsalı olan 03 ədəd “İphone 13” markalı mobil telefon aparatını gətizdirəcəyinə dair yalan vəd verməklə aldatmış, onun etibarından suiistifadə edərək 30 sentyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi 25 ünvanında yerləşən "xxxx" MMC-nin ofisində 5.610 manat, yəni xeyli miqdarda pulunu ələ keçirərək verdiyi vədə əməl etməyib dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 X8 həmin ölkənin istehsalı oları 01 ədəd “İphone 13 Pro 256 GB” markalı mobil telefon aparatını gətizdirəcəyinə dair yalan vəd vərməklə aldatmış, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək 18 oktyabr 2021-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 26 ünvanın qarşısında 2380 manat ekvivalentli 1400 ABŞ dolları və 30 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 2.410 manat pulunu ələ keçirərək verdiyi vədə əməl etməyib dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs3 və X7 X8 03 ədəd “İphone 13” markalı mobil telefon aparatını gətirmək adı ilə pul almamışdır. Belə ki, əksinə Maghsoud və onu şəriki Mohammadalı ona onlara məxsus "xxxx" MMC üçün gördüyü işə görə təxminən 3200 manat borcları qalmışdır. O, Maghsoud və Mohammadalı birlikdə elektonika məhsullarının Azərbaycana Respublikasına gətirərək satışı ilə məşğul olmaq barədə birlikdə müqavilə tərtib elmişlər və bütün şərtlər həmin müqavilədə göstərilmişdir. Həmçinin o, həmin müqavilənin fars dilində tərcümə etdirib şirkətə məxsus mail adresinə göndərmişdir. Həmçinin bütün bəndləri Maghsoud və Mohammadalı aralarında müzakirə olunmuşdur. O, bu müqaviləni tərtib etdikdən sonra növbəti günlərdə öz şəxsi vəsaiti hesabına X12 bir neçə növ elektronika məhsulu sifariş etmişdir. O, 1 ədəd “Bets” markalı qulaqlıq, 1 ədəd “Apple” markalı 6-cı nəsil ağıllı qol saatı, 1 ədəd “Apple 13” markalı mobil telefon aparatı və “Sony Playstation 4” markalı oyun konsulu sifariş etmişdir. Lakin sonradan müştəri kimi razılaşdıqları Durna 1 ədəd “Apple 13” markalı mobil telefon aparatını gətirmə barədə dəqiq bir söz demədiyi üçün telefon sifarişi ləğv olunmuş, lakin əşyalar gətirilmişdir. Maghsoud və Mohammadalı ilə aralarında əsassız narazılıq olduğu üçün onların iş ortaqları davam etməmiş və o, gələn məhsulları özü “tap.az” saytına satışa qoyub satmışdır. O, Mohammadalıdan, Maghsouddan və onun adından kimdənsə pul almamışdır. O, həqiqətən Durna Şükürovudan 1400 ABŞ dolları və 30 manat pul almışdır. O, Durnadan pul almamışdan əvvəl öz pulu ilə sifariş verdiyi “İphone 13 Pro 256GB” markalı mobil telefon aparatını ona satacaqmış, lakin Zərərçəkmiş şəxs1 fikrində dəqiq olmadığı üçün o, sifarişi ləğv etmiş və Zərərçəkmiş şəxs1 pulu geri qaytaracağını bildirmişdir. Lakin sifariş ləğv olunandan sonra pul hesaba geri oturduğu üçün Durnanın pulunu verə bilməmiş və ondan gözləməsini xahiş etmişdir, lakin sonradan aralarında mübahisələr olduğundan hesablaşa bilməmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayından "xxxx" MMC-də mühasib işləyir. 2021-ci ilin sentyabr ayında "xxxx" MMC-də marketinq işi ilə bağlı Təqsirləndirilən şəxs işçi kimi qəbul edilmişdir. Lakin Təqsirləndirilən şəxs şirkətdə sınaq müddəti təyin edilmişdir. 2021-ci ilin oktyabr ayının əvvəllərində qızı Səma ilə telefon vasitəsilə danışarkən Kənan onub telefon danışığını eşitmişdir. Belə ki, o, telefon danışığı zamanı qızı Səmaya ad günü üçün yeni “İphone 13” markalı mobil telefon almaq istədiyini bildirmişdir. Qızı ilə telefonla danışıb qurtardıqdan sonra Kənan ona X8 Azərbaycana müxtəlif növ orijinal mobil telefon aparatları gətirib satışı ilə məşğul olması bildirmişdir. Kənan ona təklif etmişdir ki, əgər istəsə ona da ucuz qiymətə X8 həmin ölkənin istehsalı olan orijinal mobil telefon aparatları gəlirə bilər. O, Kənana demişdir ki, hələ dəqiq bilmir, qızına ad günü üçün ya telefon, ya da noutbuk almalıdır. Kənana fikrini dəqiqləşdirib bu barədə ona məlumat verəcəyini bildirmişdir. Həmin gündən sonra Kənan ondan dəfələrlə telefon almaq fikrinin olub-olmadığını soruşmuşdur. O, sonda Kənanın təklifi ilə razılaşmışdır. Belə ki, 18 oktyabr 2021-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində Təqsirləndirilən şəxs X10 istehsal olunmuş 01 ədəd “İphone 13 Pro 256 GB” markalı mobil telefon aparatı gətirmək üçün 1400 ABŞ dolları və 30 manat pul vermişdir. O, pul verən zaman qızı və yeznəsi onun yanında olmuşdur. Kənan telefonu oktyabr ayının sonlarında gətirəcəyinə söz vermişdir. Lakin sonra Kənan işə gəlməmiş və telefonlara cavab verməmişdir Bundan sonra o bilmişdir ki, Əhmədli X11 Maghsouddan və Kahnamoueı Mohammadlıdan da telefon gətirmək adı ilə pul almışdır. Sonra Kənanla əlaqə yarada bilmədiyi üçün o, Zərərçəkmiş şəxs2 və Kahnamoueı Mohammadlı qərara gəlmişdir ki, Kənan barəsində polisə şikayət etsinlər. Onlar bundan sonra yəni 29 oktyabr 2021-ci il tarixdə Nərimanov RPİ-nin 16-cı PB-nə getmiş və orada Təqsirləndirilən şəxs barəsində şikayət yazmışdır. Kənan ondan pulu aldıqdan sonra o, Kənana ondan telefon gəlirmək məqsədilə pul alınası barədə qəbz yazdırmışdır. O, reallıqda Təqsirləndirilən şəxs onun üçün X8 həmin ölkənin istehsalı olan “İphone 13 Pro 256GB” markalı mobil telefon aparatı gətirmək məqsədilə 1400 ABŞ dolları və 30 manat pul vermişdir. Lakin Kənan tərəfindən yazılmış əlyazmada Kənan tərəfindən alınmış məbləğ 1420 ABŞ dolları göstərildiyi üçün o, ilkin təhqiqat araşdırması zamanı Kənana 1420 ABŞ dolları pul verdiyini göstərmişdir. O, Kənana 1400 ABŞ dolları və 30 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs 1400 ABŞ dolları və 30 manat pulu verərkən yanınıda qızı Şahid2 və yeznəsi Şahid1 olmuşdur. Ona dəyən zərər ödənilib. Təqsirləndirilənə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.1954-ci ildə İran İslam Respublikası, Miyandoab şəhərində anadan olmuşdur. Lakin milliyəti azərbaycanlıdır. O, orta və ali təhsilini İran İslam Respublikasında almışdır. 1983-cü ildə magistratura təhsili almaq üçün Fransa Respublikasına getmişdir. O, təhsilini orada davam etdirib və Fransa Respublikasında qalaraq həmin ölkənin vətəndaşlığını almışdır. Azərbaycan Respublikasına 2006-cı ildə gəlmişdir və burada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Hazırda "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. "Santrading” MMC-nin ofisi ünvan 3 ünvanda yerləşir. MMC-nin əsas fəaliyyəti tikinti və təmir işləri görməkdən ibarətdir. 2021-çi ilin sentyabr ayında şirkətin təsisçisi olan Zərərçəkmiş şəxs3 Mohammadlı ilə birlikdə şirkətə marketinq işi bilən işçi axtarmağa başlamışdırlar. Belə ki, “Boss.az” saytında Təqsirləndirilən şəxs adlı şəxsin marketinq işi axtarması barədə elan görmüşdürlər. Bundan sonra Zərərçəkmiş şəxs3 Mohammadlı elanda qeyd edilən ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq həmin şəxsi onların ofisinə dəvət etmişdir. O və Zərərçəkmiş şəxs3 Mohammadlı Təqsirləndirilən şəxs '”Santrading” MMC-nin ünvan 3 ünvanda yerləşən ofislərində qəbul etmişdirlər. Təqsirləndirilən şəxs ilə söhbət zamanı onun marketinq sahəsində biliklərinin olmasını görmüşdür. Həmçinin Kənan onlara kompüter sahəsində xüsusi bilikləri olduğunu, müxtəlif növ internet səhifə və saytları yarada bildiyini demişdir. Onlar Kənanı işə qəbul etmək qərarına gəlmiş və onu sınaq müddəti ilə işə götürmüşdür. Kənan işlədiyi müddətdə MMC-nin bəzi işlərini görmüşdür. Söhbətlərin birində Kənan ona və Zərərçəkmiş şəxs3 Mohammadlıya bildimişdir ki, o, X8 X14, oradan isə Azərbaycana müxtəlif növ orijinal mobil telelon aparatları gəlirib satışı ilə məşğul olur. Kənan onlara təklif etmışdir ki, əgər istəsələr onlara da ucuz qiymətə X8 həmin ölkənin istehsalı olan mobil telefon aparatları gətirə bilər. O və Zərərçəkmiş şəxs3 Mohammadlı belə qərara gəlmişdirlər ki, Təqsirləndirilən şəxs vasitəsilə özlərinə mobil telefon aparatları gətizdirsinlər. Belə ki, o, 30 sentyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində işlədikləri ofisdə Təqsirləndirilən şəxs X8 həmin ölkənin istehsalı olan 3 ədəd “İphone 13” mobil telefon aparatı gətirmək üçün 5100 manat pul vermişdir. Həmçinin Zərərçəkmiş şəxs3 Mohammadlı da Kənana onun üçün X8 həmin ölkənin istehsalı olan 3 ədəd “İphone 13” mobil telefon aparatı gətirmək məqsədilə 5610 manat pul vermişdir. Bundan sonra onlar arasında müqavilə imzalanmışdır, lakin Təqsirləndirilən şəxs söz verdiyi müddət ərzində onların mobil telefonlarını gətirməmişdir. Daha sonra isə heç işə də gəlməmiş və onların telefonlarına cavab verməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs onların şirkətinin mühasibi Zərərçəkmiş şəxs1 da telefon gətirmək adı ilə 1420 ABŞ dolları pul almışdır. Lakin Təqsirləndirilən şəxs onlara verdiyi sözə əməl elmədiyi üçün onlar onun barəsində polisə şikayət etmişlər. O, Təqsirləndirilən şəxs özü üçün 3 ədəd X10 istehsal olunmuş “İphone 13” markalı mobil telefon aparatı gətirmək üçün 5100 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs pulları "xxxx" MMC-nin ünvan 3 ünvanda yerləşən ofisində vermiş və həmin vaxt yanında Zərərçəkmiş şəxs3 Mohammadlı olmuşdur. Təqsirləndirilən şəxs pulu ilk öncə o vermiş, ondan sonra isə Najjarı X6 vermişdir. Təqsirləndirilən şəxs ilə əmək müqaviləsi bağlanmamışdır. Belə ki, Kənan şirkətə gəldikdən sonra öz aralarında razılaşmışdırlar ki, o, iş yerlərinə gələrək işlərinin nədən ibarət olmasını öyrənsin. Bundan sonra Kənan hərdən bir onların iş yerinə gəlir və işlərinin nədən ibarət olmasına baxırmış. Odur ki, onlar bu səbəbdən Kənanla əmək müqaviləsi bağlamamışdırlar. Onlar Kənana pul verdikdən sonra ona pul verməkləri ilə bağlı onlara hər hansı bir sənəd verməsini istəmişdir. Kənan hundan sonra kompüter vasitəsilə özü dediyinə görə müqavilə yazmışdır. Həmin müqavilə Azərbaycan dilində yazılmasına baxmayaraq o və Zərərçəkmiş şəxs3 Mohammadlı həmin müqaviləni imzalamışdır. Lakin müqavilənin mətnində nə olmasından xəbərləri olmamışdır. Həmçinin bundan sonra Təqsirləndirilən şəxs onlardan pul alması barədə hər biri üçün özü əl yazma ilə A4 vərəqində yazı yazmış, onlara həmin yazılarda pul verməklərini qeyd edib kağızları imzalamışdırlar. Hətta Kənan ona pul verməsi ilə əlaqədar yazdığı kağızı özündə olan möhür ilə möhürləmişdir. Təqsirləndirilən şəxs yalan deyir. Onunla biznes münasibəti qurmamışlar. Belə ki, o, onların şirkətə işçi kimi qəbul olunmalı olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs ondan və Najjarı X3 pulu onlar üçün X8 həmin ölkənin istehsalı olan “İphone 13” markalı mobil telefonu gətirmək adı ilə almışdır. Məhkəmə prosesi gedişində Kənan ona dəyən zərərdən 2.000 manat ödəmişdir. Şikayətçidir, zərərini tam tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Najjarı X6 ifadəsində göstərmişdir ki, xx.xx.1962-ci ildə İran İslam Respublikası, Təbriz şəhərində anadan olmuşdur, lakin milliyyətcə azərbaycanlıdır. O, orta və ali təhsilini İran İslam Respublikasıda, magistr təhsilini isə Azərbaycan Respublikasında almışdır. Azərbaycan Respublikasına 1997-ci ildə gəlmiş və burada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Hazırda "xxxx" MMC-nin təsisçisidir. "Santrading” MMC-nin ofisi ünvan 3 ünvanda yerləşir. MMC-nin əsas fəaliyyəti tikinti və təmir işləri görməkdən ibarətdir. 2021-ci ilin sentyabr ayında şirkətin direktoru olan Zərərçəkmiş şəxs2 ilə birlikdə şirkətə marketinq işi bilən işçi axtarmağa başlamışdırlar. Belə ki, “Boss.az” saytında Təqsirləndirilən şəxs adlı şəxsin marketinq isi axtarması barədə elan görmüşdürlər. Bundan sonra o, elanda qeyd edilən 051-5190-07-96 saylı mobil nömrəsinə zəng vuraraq həmin şəxsi onların ofisinə dəvət etmişdir. O və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs "xxxx" MMC-nin ünvan 3 ünvanda yerləşən ofislərində qəbul etmişdirlər. Təqsirləndirilən şəxs ilə söhbət zamanı onun marketinq sahəsində biliklərinin olmasını görmüşdürlər. Həmçinin Kənan onlara kompüter sahəsimlə xüsusi bilikləri olduğunu, müxtəlif növ internet səhifə və saytları yarada bildiyini demişdir. Onlar Kənanı qəbul etmək qərarına gəlmiş və onu sınaq müddəti ilə işə götürmüşdürlər. Kənan işlədiyi müddətdə MMC-nin bəzi işlərini görmüşdür. Söhbətlərin birində Kənan ona və Zərərçəkmiş şəxs2 Əİi oğluna bildirmişdir ki, o, X8 X14, oradan isə Azərbaycana müxtəlif növ orijinal mobil telefon aparatları gəlirib satışı ilə məşğul olur. Kənan onlara təklif etmişdir ki, əgər istəsələr onlara da ucuz qiymətə X8 həmin ölkənin istehsalı olan mobil telefon aparatları gəlirə bilər. O və Zərərçəkmiş şəxs2 belə qərara gəlmişdirlər ki, Təqsirləndirilən şəxs vasitəsilə özlərinə mobil telefon aparatları gətizdirsinlər. Belə ki, o, 30 sentyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində işlədikləri ofisdə Təqsirləndirilən şəxs X8 həmin ölkənin istehsalı olan 3 ədəd “İphone 13” mobil telefon aparalı gətirmək üçün 5610 manat pul vermişdir. Zərərçəkmiş şəxs2 da Kənana onun üçün X8 həmin ölkənin istehsalı olan 3 ədəd “İphone 13” mobil telefon aparatı gəlirmək məqsədilə 5100 manat pul vermişdir. Bundan sonra onlar arasında müqavilə imzalanmışdır. Lakin onlar müqavilənin mətnində nə yazıldığını oxumamış və oxumadan imzalamışlar. Həmçinin Kənan onlardan pul alması barədə qəbz yazmışdır. Lakin Təqsirləndirilən şəxs söz verdiyi müddət ərzində onların mobil telefonlarını gətirməmişdir. Daha sonra isə heç işə də gəlməmiş və onların telefonlarına cavab verməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs şirkətin mühasibi Zərərçəkmiş şəxs1 da telefon gətirmək adı ilə 1420 ABŞ dolları pul almışdır. Lakin Təqsirləndirilən şəxs onlara verdiyi sözə əməl etmədiyi üçün onlar onun barəsində polisə şikayət elmişdirlər. O, Təqsirləndirilən şəxs özü üçün 3 ədəd X10 istehsal olummış “İphone 13” markalı mobil telefon aparatı gətirmək üçün 5610 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs pulları "xxxx" MMC-nin ünvan 3 ünvanda yerləşən ofisində vermişdir və həmin vaxt vanında Zərərçəkmiş şəxs2 olmuşdur Təqsirləndirilən şəxs pulu ilk öncə Zərərçəkmiş şəxs2 vermiş, ondan sonra isə o vermişdir. Təqsirləndirilən şəxs ilə əmək müqaviləsi bağlanmamışdır. Belə ki, Kənan şirkətə gəldikdən sonra öz aralarında razılaşmışdırlar ki, o, iş verlərinə gələrək işlərinin nədən ibarət olmasını öyrənsin. Bundan sonra Kənan hərdən bir onların iş yerinə gəlir və işlərinin nədən ibarət olmasına baxırmış. Odur ki, onlar bu səbəbdən Kənanla əmək müqaviləsi bağlamamışdırlar. Onlar Kənana pul verdikdən sonra ondan onların ona pul verməyi ilə bağlı onlara hər hansı bir sənəd verməsini istəmişdirlər. Kənan bundan sonra kompüter vasitəsilə özü dediyinə görə müqavilə yazmışdır. Həmin müqavilə Azərbaycan dilində yazılmasına baxmayaraq o və Zərərçəkmiş şəxs2 həmin müqaviləni imzalamışdırlar. Lakin müqavilənin mətnində nə olmasından xəbərləri olmamışdır. Həmçinin bundan sonra Təqsirləndirilən şəxs onlardan pul alması barədə hər biri üçün əlyazma ilə A4 vərəqində yazı уazmışdır, onlar da həmin yazılarda pul verməklərini qeyd edib kağızları imzalamışdırlar. Hətta Kənan Zərərçəkmiş şəxs2 ona pul verməyi ilə əlaqədar yazdığı kağızı özündə olan möhür ilə möhürləmişdir. Təqsirləndirilən şəxs yalan devir. Onlarla aralarında biznes münasibəti qurulmamışdır. Belə ki, Kənan onların şirkətinə işçi kimi qəbul olunmalı imiş. Həmçinin Təqsirləndirilən şəxs ondan Zərərçəkmiş şəxs2 pulu onlar üçün X8 həmin ölkənin istehsalı olan “İphone 13” markalı mobil telefonu gətirmək adı ilə almışdır. Məhkəmə prosesi gedişində Kənan ona dəyən zərərdən 1.300 manat ödəmişdir. Şikayətçidir, zərərini tam tələb edir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 və Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 17 dekabr 2021-ci il tarixli cavabından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli, 1(101)-1185/2017 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 20 fevral 2017-ci il tarixdən 27 sentyabr 2017-ci il tarixədək 07 ay 07 gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 06 il 04 ay 23 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 03 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi hökm edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli, 7(008)-148/2018 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Bakı Ağır Cinayətlər məhkəməsinin 1(101)- 1185/2017 saylı, 27 sentyabr 2017-ci il tarixli hökmündən “külli miqdar” ifadəsi xaric edilmiş, Təqsirləndirilən şəxs əməli Bakı Ağır Cinayətlər məhkəməsinin 1(101)-1185/2017 saylı, 27 sentyabr 2017-ci il tarixli hökmünə əsasən məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif olunmaqla azadlıqdan məhrum etmə cəzasının müddəti 05 ilə endirilməsi qərara alınmışdır. “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 01 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə” 03 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 03 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Rəşad Həsənovun xx.xx.2022-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs saxlandığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 03 fevral 2022-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X15 Hüquqi Şəxsinin 26 fevral 2022-ci il tarixli, 473 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətməmişdən əvvəl tibbi sənədlərə əsasən anamnezində keçirilmiş “Davranış pozuntuları ilə psixi pozuntularla gedən bas beyinin üzvi xəstəliyi dekompensasiya, toksiokomaniya” qeyd edilmişdir. Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur Təqsirləndirilən şəxs hal-hazırda hərhansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də K.P.Əhmədov ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Zərərçəkmiş şəxs1 20 mart 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 1420 ABŞ dolları pulu ona qaytarmışdır. Zərərçəkmiş şəxs2 14 iyun 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 5100 manat ziyandan 2.000 manat ödənilmişdir. Najjarı X5 14 iyul 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona 1.300 manat qaytarılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, o cümlədən, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin verdikləri ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətmədiyinə dair verdiyi ifadəyə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin ifadəsində göstərdikləri xüsusatlar, nəinki, öz təsdiqini tapmamış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin, zərərçəkmişlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri və işdə olan digər sənədlərlə tam təkzib edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Həmin Qərarın 34-cü bəndində göstərilir ki, CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-in 178.2.1-ci maddəsi) hesab edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin, iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, zərərdən qismən ödəniş olmasını cəzasını yüngülləşdirici hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs əməllərində cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq tutulduğu vaxtdan hesablanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 saata görə 300 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 08 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 50 iş saatına görə 300 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar