Məhkəmə qərarları › İş №1(005)-286/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-286/2023

09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-286/2023 09.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 14:45 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Bakı Şəhəri 16 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1988-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və 03 azyaşlı övladı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda dörd ədəd kibrit qutusunda təmiz çəkisi 29,667 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına qanunsuz daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 31 yanvar 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:55-də qeyd edilən ünvanda saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilmiş, Baş İdarədə saat 14:30-dan etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki cins şalvarının sağ yan cibindən iki ədəd, həmin şalvarın sol yan cibindən isə əlavə iki ədəd kibrit qutusunda satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə dörd ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 7,777 qr, 7,877 qr, 7,66 qr, 6,353 qr, ümumi təmiz çəkisi 29,667 qr olan eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 31 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olarkən ona mülki geyimdə olan şəxslər yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını bildirib, onu BMCMİ-nin İnzibati binasına dəvət etmişlər. O, etiraz etməmiş və bundan sonra idarədə dövlət hesabına vəkillə təmin olunmuş və üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da buna etiraz etməmişdir. Beləliklə də onu saxlayan polis əməkdaşlarının və dəvət edilmiş vəkilinin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə üzərinə şəxsi axtarış keçirilmiş və bu vaxt ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etsin. O da həmin vaxt polis əməkdaşlarına üzərində narkotik vasitə “nəşə” olduğunu bildirmiş və masaya yaxınlaşaraq üzərində olan bütün əşyaları, konkret olaraq isə əynində olan cins şalvarın yan ciblərində hərəsində iki ədəd kibrit qutusunda olmaqla marixuana kütlələrini, bundan əlavə cibində olan mobil telefonu ilə nağd pulu çıxarıb təqdim etmişdir. Daha sonra üzərinə əlavə olaraq polis əməkdaşı tərəfindən axtarış keçirilmiş, lakin əlavə heç bir əlavə maddə və predmet aşkar edilməmişdir. Təqdim etdiyi əşyalara keçirilən baxış zamanı nağd pul əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra təqdim etdiyi kibrit qutularına baxış keçirilmişdir. Aşkarlanmış maddələr götürülüb qablaşdırılmış, onlar da həmin zərfi imzalamışlar. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, ibtidai istintaq orqanı tərəfindən saxlanılarkən ona qarşı heç bir şiddət və təzyiq olmamışdır. Üzərindən aşkar edilmiş narkotik maddələri iki gün əvvəl tanımadığı şəxsdən şəxsi istifadə məqsədilə 320 manat müqabilində əldə edib üzərində saxladığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və onlar həmin protokolu imzalamışlar. Son olaraq qeyd olunanların və himayəsində yoldaşının və azyaşlı övladlarının olmasının nəzərə alınmasını barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 31 yanvar 2023-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və üzərində saxlamaqla daşıması bildirilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilmiş və əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmişdir. Həmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupuna rəhbərlik edilməsi ona həvalə edilmiş, əməliyyat qrupunun üzvləri qismində isə həmin idarənin əməliyyat müvəkkilləri polis mayoru Şahid2 və əməliyyat müvəkkili polis leytenantı Şahid3 təyin edilmişlər. 31 yanvar 2023-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 12:55-də ünvan 3 ünvanının yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxs saxlanılmış və onlar xidməti vəsiqələrini göstərərək özlərini həmin şəxsə təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə yerində şəxsi axtarış keçirməyə şərait olmadığından sonuncu oların müşaiyəti altında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuşdur. Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən saxlanılmış şəxsə dövlət hesabına vəkili dəvət edilərək təqdim edildikdən sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. İlk öncə Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirərək əynində olan cins şalvarın ciblərindən dörd ədəd kibrit qutusunda narkotik vasitə, bunda başqa öz mobil telefonunu, nağd pulunu çıxarıb təqdim etmişdir. Bu vaxt Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutularına keçirilən baxış zamanı məlum oldu ki, hər bir qutunun içərisində yaşıl rəngli qurudulmuş ota bənzər maddə kütlələri vardır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilsə də əlavə heç bir maddə və ya predmet aşkar edilmədi. Saxlanılmış şəxs şifahi sorğu zamanı bildirdi ki, qeyd edilən maddəni iki gün öncə 320 manata Ağdaş rayonu ərzisində tanımadığı şəxsdən öz istifadəsi üçü əldə etmişdir. Məhkəmə iclasının yeri və vaxtə barədə məlumat verilməsinə baxmayaraq gəlməyən və bu barədə heç bir məlumat verməyən iş üzrə şahidlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 izahatları məhkəmədə elan edilmiş və iş üzrə şahid qismində dinidirilmiş Şahid1 ilə eyni məzmunlu ifadələr olması qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 31 yanvar 2023-cü il tarixli protokola və DVD diskə baxış keçirilərkən aydın olmuşdur ki, Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs oolduqdan dərhal sonra Azərbaycan Respublikası CPM-nin 14-cü maddəsinə əsasən tutulmanın olmanın səbəbləri, şübhənin mahiyyəti, ifadə verməmək və müdafiəçi tərəfindən hüquqi yardım almaq hüquqları ona aydın olan dildə, yəni Azərbaycan dilində bildirildi. Həmçinin Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, olduğu andan müdafiəçinin yardımından istifadə etmək, həmin Məcəllənin 26-cı maddəsinə əsaən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edildi. Eyni zamanda izah edildi ki, Azərbaycan Respublikası CPM-in 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və ona görə hər hansı təqibə məruz qala bilməz. Şəxsi axtarış, baxış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin icarıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarı və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verildi, Təqsirləndirilən şəxs buna etiraz etmədiyini dindirdikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana bildirib əynində olan cins şalvarının sol yan cibindən 02 ədəd kibrit qutusunu, həmin şalvarının sağ yan cibindən digər 02 ədəd kibrit qutusunu, şalvarının sağ yan cibindən “Nokia” markalı mobil telefonu, şalvarının sağ arxa cibindən 20 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. 04 ədəd kibrit qutusuna baxış keçirilərkən qutuların içərisində narkotik vasitə qurudulmmuş marixuanaya oxşar kütlə aşkar edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 04 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs aşkar edilmiş 20 manat pul Təqsirləndirilən şəxs geri qaytarıldı. Həmçinin Aşkar edilmiş 01 ədəd “Nokia” markalı mobil telefon tərəfindən dən götürüldü. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının 01 fevral 2023cü il tarixli 7/141 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 04 ədəd kibrit qutularda ayrı-ayrılıqda təmiz çəkiləri 7,777 qram, 7,877 qram, 7,66 qram, 6,353 qram, ümumi çəkisi 29,667 qram bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış anrkotik vasitə-qurudulmuş marixuanadır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Narkoloji X8 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 2009 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniydadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X10 ünvanlamış sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumilikdə 29,667 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanadan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 29,467 qramı maddi sübut kimi tanınmış və narkotik vasitə qurudulmuş marixuana saxlanc üçün DİN-nin BMCMİ-nin saxlanc anbarına təhvil verilmişdir. Şəxsin üzərinə aparılmış videgörünütü əks etdirən disk, Azərfon MMC, Azərcell MMC və Bakcell MMC-dən əldə edilmiş CD disklər maddi sübut kimi tanmışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixili hökmu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərk barəsində 01 il, 11 ay, 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün cəza çəkdiyi probasiya şöbəsindən qeydiyyatdan çıxarılmışdır. "xxxx" MMC-yə, "xxxx" MMC-yə və "xxxx" MMC-yə ünvanlanmış sorğulara əsasən cavab məktublarından və əlavə edilmiş DVD diskdən aydın olur ki, Təqsirləndirilən şəxs adına sorğulanan nömrələrdən iş üçün hər hansı əhəmiyyətli hal müəyyən edilməmişdir. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması haqqında” 31 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Məhkəmədə tədqiq olunan Nərimanov Rayon Məhkəməsinin 4(005)-146/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 31 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq olunan Mingəçevir Şəhər İcra Hakimiyyətinin 3 saylı Mənzil istismar sahəsi tərəfindən verilən xasiyyətnamədə göstərilmişdir ki, Rzayev X3 şəhəri, D.Əliyeva ev 2 mənzil 85 ünvanında qeydiyyatdadır. Həmin ünvanda yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmədə tədqiq olunan Mingəçevir Şəhər İcra Hakimiyyətinin 3 saylı Mənzil istismar sahəsi tərəfindən verilmiş 59 nömrəli ayarışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X4, 2008-ci il təvəllüdlü X5, 2016-ci il təvəllüdlü X7, 2022-ci il təvəllüdlü Rzayev Əsmanur qızından ibarətdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərin edildiyini, 1.0.9-cu maddəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərin edilməsini, 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərin edildiyini nəzərdə tutmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı ilkin verdiyi etirafedici ifadəsi, cinayət işində olan xx.xx.2023-cü il tarixli tibbi müayinə aktına əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması, məhkəmə bioloji ekspertizasının rəyinə əsasən çəkisi 29,667 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın olması aşkar olunan narkotik vasitənin çəkisinin düzgün olduğunu və Təqsirləndirilən şəxs tərəfindən şəxsi istifadəsi üçün əldə edərək saxladığını və daşıdığını bir daha təsdiq edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və himayəsində üç azyaşlı övladının və həyat yoldaşının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də eyni xarakterli cinayət törədərək barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi, xx.xx.2021-ci il tarixdən cəzadan azad edilməsinə baxmayaraq yenidən cinayət törətməkdə davam etməsi onun islah yoluna qədəm qoymaması və şəxsiyyəti mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzası azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu olsa da, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Lakin narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrində göstərilmişdir ki, məhkəmə cinayət törətmiş narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirləri təyin edir. Azərbaycan Respublikası CM-in 93-1.1-ci maddəsində göstərilir ki, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respulikası DİNnin BMCM-nin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 29,667 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işinə əlavə edilmiş 04 (dörd) ədəd disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki manat) pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Bakı şəhəri 16 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Bakı şəhəri 16 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından görə “Bakı şəhəri 16 saylı” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Azərbaycan Respulikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkill Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlancına təhvil verilmiş 29,667 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Cinayət işinə əlavə edilmiş 04 (dörd) ədəd CD disk cinayət işinə əlavə edilərək saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) saata görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Bakı şəhəri 16 saylı” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar