Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-286/2025 16.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1972-ci ildə Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 308.2cimaddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında , qismən qapalı məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 2020-2024-cü illər ərzində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika idarəsinin Afrika şöbəsinin İ katibi, eləcə də Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fəaliyyət göstərən səfirliyində müşavir vəzifəsində işlədiyi müddətdə vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar ona məlum olan və əldə etdiyi mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyəti, həmin orqanlarda xidməti işin təşkili, vəzifəli şəxslər, həyata keçirilən vəzifə təyinatları, müvafiq dövlət qulluqçuları ilə bağlı və digər xidməti məlumatları təhrif edilmiş formada özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə 27 iyun 2013-cü il tarixdən 27 iyul 2015-ci il tarixədək Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı səfirliyinin İİİ katibi vəzifəsində işləmiş Şahid1 Bakı şəhərində və Misir Ərəb Respublikasındakı səfirliyində olarkən mediada gizli olaraq yayması üçün “WhatsApp” ani mesajlaşma tətbiqi və digər sosial şəbəkə hesabları vasitəsilə təqdim edib, bu məqsədlə hazırlanmış məqalələrin başlıq və məzmununa müvafiq əlavə və düzəlişlər etməklə sonuncuya bu barədə təlimatlar verib, dövlətin qanunla qorunan mənafelərinə, fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq, dövlət orqanlarının beynəlxalq nüfuzuna xələl gətirməklə ağır nəticələrə səbəb olan əməlləri ilə vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Bu hərəkətlərilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs etirafedici ifadələrində göstərmişdir ki, o, xx xxxxx 1972-ci il tarixdə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. Xarici İşlər Nazirliyində əmək fəaliyyətinə 2000cı ilin mart ayında referent vəzifəsində başlamış, daha sonra XİN ATŞ, İİİ katib, 2002-2007-ci illərdə Azərbaycan Respublikasının Türkmənistanda fəaliyyət göstərən səfirliyində İİ və İİİ katib vəzifələrində, 2007-2008-ci illərdə XİN-də İ katib, 2008-2012-ci illərdə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən səfirliyində İ katib və müşavir, 2012-2014-cü illərdə XİN-də ümumi katiblik idarəsində şöbə rəisi, 2014-2015-ci illərdə Azərbaycan Respublikasının Livan Respublikasında fəaliyyət göstərən səfirliyində müşavir vəzifəsində çalışmış, 2015-ci il iyun ayında vəzifəsindən azad olmuş, 2020-ci ildə XİN-ə bərpa olaraq İ katib vəzifəsinə təyin olunmuş, 2021-2024-cü illərdə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fəaliyyət göstərən səfirliyində müşavir vəzifəsində işləmiş, 2024-cü ilin 19 sentyabr tarixindən etibarən isə sərəncama götürülmüşdür. İstifadəsində ********** mobil telefon nömrəsi mövcuddur. 2000-2024-cü illər aralığında XİN-in müxtəlif vəzifələrində işləmiş, işlədiyi dövrlərdə əsas vəzifələri siyasi məsələlər, yəni beynəlxalq təşkilatlarda dəstək, Azərbaycan Respublikası ilə digər ölkələr arasında səfərlər, Misir Ərəb Respublikasında işlədiyi dövrdə isə mətbuat məsələləri ilə məşğul olmuş, XİN-ə operativ və analitik məlumatlar yazmışdır. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində işlədiyi dövrdə müəyyən məlumatları əldə etmək səlahiyyəti olmuş, belə ki, tutduğu vəzifələrdə təlimata uyğun müxtəlif məlumatlar əldə etmiş, yəni, səlahiyyətləri çərçivəsində əldə etdiyi məlumatların dairəsi çox geniş olmuşdur. Məsələn, Misir Ərəb Respublikası və Azərbaycan Respublikası arasında iqtisadi komissiyanın fəaliyyəti ilə əlaqədar müxtəlif vaxtlarda “Azpromo” şirkəti ilə, kitab sərgisi ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əlaqədə olub müxtəlif məlumatlar əldə etmişdir. Azərbaycan Respublikasının Avstraliya İttifaqında fəaliyyət göstərən səfirliyində çalışmış Şahid1la əlaqələrinin olduğunu, Şahid1 2012-2014-cü illərdə XİN-də ümumi katiblik idarəsində şöbə rəisi işlədiyi dövrdə onun işçisi olmuş, yəni rəhbəri olduğu şöbənin İİİ katib vəzifəsində işləmişdir. Məlumatı olduğu qədərilə təxminən 2015-ci ildə Şahid1, Azərbaycan Respublikasının Avstraliya İttifaqında fəaliyyət göstərən səfirliyində tutduğu vəzifədən azad olmuş, daha sonra Azərbaycana geri dönməyərək orada yaşamışdır. Həmin dövrlərdə Anar, müəyyən sahələrdə iş tapması üçün onu tanıyan şəxslərdən mobil telefon nömrəsini əldə etmiş, işçi barədə xasiyyətnamə verməsini onadan xahiş etmiş, o da Anara köməklik edərək xasiyyətnaməni istifadəsində olan email ünvanına göndərmişdir. Anarla hazırda əlaqəsi yoxdur. Anar müxtəlif vaxtlarda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində işləyən şəxslər barədə sosial şəbəkələrdə paylaşılan məqalələri ona göndərmiş, o da Anara təkidlə belə məzmunlu paylaşımları ona göndərməməsini tələb etmiş, yalnız whaysapp ani mesajlaşma tətbiqi və teleqram sosial şəbəkəsindən istifadə etdiyini bildirmişdir. Gündəlik müxtəlif xəbər saytlarında dərc olunan paylaşımlar, ən çox isə Azərtac, “gol.az”, “tərəf.az”, “moderator.az”, “oxu.az”, “axar.az” və digər xəbər portallarında dərc olunan paylaşımları oxuduğunu qeyd etmişdir. Ümumi işlədiyi dövr ərzində yeni səfir təyin olunması və digər yerdəyişmələr barədə məlumatlar əvvəlcədən bilindiyi üçün məlumatlı olmuş, həmin məlumatları iş yoldaşları ilə arasında müzakirə edib, bölüşmüşdür. Bildiyi qədərilə “Mediafakt.com” xəbər portalını Şahid1 təsis etdiyini, lakin maliyyə mənbəyi barədə dəqiq məlumatının olmadığını bildirmişdir. Belə ki, Şahid1 mütəmadi olaraq “mediafakt.com” xəbər portalında dərc edilən məqalələri ona whatsapp mobil tətbiqi vasitəsilə göndərmiş, o da Anara belə xəbər portallarında dərc edilən məqalələri oxumamağı və ona göndərməməsini tələb etmişdir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin fəaliyyəti, struktur daxili proseslər, rəhbər şəxsləri, həyata keçirilmiş vəzifə təyinatları, Azərbaycan dövlətinin xarici ölkələrdəki səfirləri, o cümlədən müxtəlif vaxtlarda müvafiq səfirlərin geri çağırılması və yeni səfir təyinatları ilə bağlı məlumatları mediada gizli yayılması üçün Şahid1 göndərmiş, lakin bunların hamısı Şahid1 təkidi ilə olduğunu bildirmişdir. Belə ki, Şahid1 ondan əl çəkməmiş, hər dəfə belə məzmunlu yazılar göndərmiş, ondan məlumatlar istəmiş, o da Anara köməklik edərək məlumatları bildirmiş, yazılarını redakte etmişdir. O Anarın toruna düşdüyünü bildirərək əməlindən də çox peşman olduğunu, “Mediafakt.com” internet saytının təsisçisinin Şahid1 olduğunu bildiyini, rəsmi təsdiq edilməmiş, yəni mətbuatda dərc olunmadan vəzifə təyinatları barədə məlumatları Anara təqdim etdiyini, həmin internet saytını Anarın onunla məsləhətləşərək təsis etdiyini, Şahid1la 02 noyabr 2022-ci il tarixdən 2024-cü ilin iyun ayınadək olan yazışmalarının həmin telefonda olduğunu qeyd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək, istintaq zamanı verdiyi ifadəsinə oxşar məzmunlu ifadə verərək göstərmişdir ki, istintaqa ilk dəfə ifadə verərkən o sərxoş olmuş, ifadəsini oxumamış, ifadə yazılı formada ona təqdim olunmuş və oda imzalamışdır. 2011-ci ildə Şahid1 Ruminiyadan qayıdan zaman Eldar Həsənov ilə problemləri olmuşdur. Şahid1 ona 2016-cı ildə bildirmişdir ki onun kod adı “Cavanşir” olmuşdur. “Mediafakt.com” internet saytını Anar təsis etmişdir. Anarın telefonundan çıxan yazışmalara görə o həbs edilmişdir. O, 2016-cı ildən Anar haqqında məlumatları bilsədə, onunla yazışmış, işdən çıxandan sonra onunla mütəmadi əlaqəsi olmuş, lakin onun göndərdiyi məlumatlarda hər hansı məxfi və ya qanunsuz məlumat olmamış, sadəcə fikir mübadiləsi aparmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2013-2024-cü illərdə X1 şəhərində ailəsi ilə birlikdə yaşamış, 2007-2015-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləmişdir. Belə ki, 2007-ci ilin iyun ayından dekabr ayınadək stajor, 2008-ci ilin yanvar ayından etibarən Konsulluq idarəsinin konsulluq-hüquq məsələləri şöbəsində attaşe, 2009-cu ilin avqust ayında Azərbaycan Respublikasının Ruminiyada fəaliyyət göstərən səfirliyində atteşe vəzifəsinə təyin olunmuş, daha sonra 2010-cu ilin dekabr ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində ümumi katiblik idarəsində attaşe daha sonra İİİ katib vəzifələrində işləmiş, sonda isə Azərbaycan Respublikasının Avstraliya İttifaqında fəaliyyət göstərən səfirliyində İİİ katib vəzifəsinə təyin olunmuş, 2015-ci ilin iyul ayında isə vəzifədən azad olunmuşdur. 2015-ci ildə Avstraliya İttifaqında əmək fəaliyyətinə son verildikdən sonra ailə vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikasına geri dönməmiş, orada yaşamışdır. Qeyd etmişdir ki, onun Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindəki əmək fəaliyyətinə heç bir əsas olmadan son qoyulmuş, bununla bağlı müxtəlif dövlət orqanlarına çox saylı müraciətlər etsə də heç bir nəticəsi olmamışdır. Bu səbəbdən o, Xarici İşlər Nazirliyinin siyasəti, rəhbərlik edən şəxslərlə bağlı müxtəlif səhifələrdə, məsələn “dia.az”, “tərəf.az” və s kimi səhifələrin email adreslərinə anonim elektron poçt vasitəsilə hazırladığı materialları göndərmiş, onlar da öz növbəsində səhifələrində həmin yazıları dərc etmişlər. “Mediafakt.com” , “Azeriherald.com” internet saytları və “Facebook” sosial şəbəkəsində “Fərd Med” adı ilə qeydiyyatdan keçirilən səhifələrin təsisçisinin özü olduğunu 2015-2021-ci illər ərzində yazdığı məqalələri müxtəlif saytlara göndərib dərc etdirməyə nail olsa da, son zamanlarda yəni 2021-ci ilin əvvəllərindən etibarən həmin səhifələr artıq göndərdiyi məqalələri dərc etməməyə başlamış, bu səbəbdən 06 may 2021-ci il tarixdə “Mediafakt.com” saytını təsis etmişdir. “Azeriherald.com” saytını 2023-cü ilin sonu, 2024-cü ilin əvvəllərində təsis etmiş, həmin səhifədə məqalələri ingilis dilində dərc etmişdir. “Fərd Med” facebook səhifəsini isə təxminən 2020-ci ildə təsis etmiş, həmin səhifədə isə “Mediafakt.com” facebook səhifəsində dərc edilən məqalələri daha geniş oxucu kütləsinə çatdırmaq üçün paylaşmışdır. Əlavə etmişdir ki, təxminən 8 il Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi sistemində işlədiyinə görə bir çox diplomat və sistemdə işləyən şəxslərlə bağlı məlumatları olmuşdur. Bundan əlavə həmin məqalələrin tərtib olunmasında ona Təqsirləndirilən şəxs kömək etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2015-ci ildə heç bir əsas olmadan Azərbaycan Respublikasının Livanda fəaliyyət göstərən səfirliyindəki müşavir vəzifəsindən geri çağırılaraq vəzifəsindən azad edilmişdi. 2015-ci ildən etibarən müxtəlif səhifələrdə dərc edilən məqalələrində Təqsirləndirilən şəxs düzəlişlər etmiş, başlıqlar qoymuş, onun səhv bildiyi vəzifələrlə bağlı Anara kömək etmişdir. Təqsirləndirilən şəxs 2020-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə bərpa olunmuş, 2021-ci ildə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fəaliyyət göstərən səfirliyində müşavir vəzifəsinə təyin edilmişdir. O, 2021-ci il 06 may tarixində “Mediafakt.com” səhifəsini Təqsirləndirilən şəxslə məsləhətləşib yaratmışdır. Təqsirləndirilən şəxs 2021-ci ildə təyin olunduğu Misir Ərəb Respublikasında fəaliyyət göstərən səfirliyində müşavir vəzifəsində işləyərkən də “Mediafakt.com” internet saytında dərc etdiyi məqalələrdə düzəlişlər etmiş, rəsmi təsdiq olunmamış səfir təyinatları, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin daxili strukturu barədə məlumatları ona whatsapp mobil tətbiqi vasitəsilə göndərmişdir. Təqsirləndirilən şəxs istifadəsində 2 mobil nömrə olduğu üçün Azərbaycan Respublikası mobil operatoruna məxsus olan mobil nömrəsini “Ramiz Sec”, Misir Ərəb Respublikasına məxsus olan mobil nömrəsini isə “Cairo” kimi qeyd etmişdir. “Mediafakt.com” və “Fərd Med” səhifələrinin təsisçisinin özü olduğunu əvvəllər Avstraliya İttifaqında fəaliyyət göstərən səfirliyində İİİ katib vəzifəsində işləmiş Şahid2 bildirmiş, lakin orada gedən yazılara Şahid2 heç vaxt müdaxilə etməmiş, yalnız həmin səhifələrin varlığından və ona məxsus olmasından məlumatlı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 istintaq zamanı verdiyi ifadəsinə oxşar məzmunlu ifadə verərək bildirmişdir ki, 2015-ci ildən etibarən müxtəlif səhifələrdə dərc edilən məqalələrində öz tənqidi və sərbəst fikrini bildirmiş, kiminsə ona təsiri olmamış, Təqsirləndirilən şəxs onu kimisə tənqid etməyə təhrik etməmiş, “Mediafakt.com” saytını və başqa saytları özü təsis etmiş, onun tənqidi fikirləri hər hansı ağır nəticəyə gətirib çıxarmamış, qabaqcadan dərc edilməli olan məqalələri Təqsirləndirilən şəxs göndərmiş, Ramiz isə məqaləyə baxıb öz fikrini ifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin sonlarından etibarən "xxxx" ASC-də transformasiya proqramların idarə olunması üzrə nəzarətçi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır. 2012-2013-cü illərdə o Xarici İşlər Nazirliyində katiblik idarəsində şöbə müdüri kimi çalışmışdır. Hazırki iş yerindən əvvəl isə Avstraliya İttifaqında fəaliyyət göstərən “PWC” şirkətində baş məsləhətçi, Avstraliya İttifaqının Sosial Müdafiə Nazirliyində tələbələr və gənclərə müavinatların verilməsi şöbəsində mütəxəssis və Azərbaycan Respublikasının Avstraliya İttifaqında fəaliyyət göstərən səfirliyində atteşe, daha sonra isə İİİ katib vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Avstraliya İttifaqında fəaliyyət göstərən səfirliyindən 2015-ci il iyun ayının 18-də geri çağırılaraq vəzifəsindən azad edilmiş, səfirlikdəki əmək fəaliyyətinə son verildikdən sonra 2023-cü il iyun ayınadək Azərbaycana geri dönməyərək, Avstraliyada yaşamışdır. O, Şahid1 tanıdığını bildirərək qeyd etmişdir ki, Anarla eyni vaxtda Azərbaycan Respublikasının Avstraliya İttifaqında fəaliyyət göstərən səfirliyində işləmişlər, Anarla münasibətləri yaxşı olmuş, Anar o işdən azad olunduqdan təxminən 1 ay sonra işdən azad olunmuşdur. Şahid1 və Təqsirləndirilən şəxs Xarici İşlər Nazirliyində eyni şöbədə işləmişlər. Təqsirləndirilən şəxs Anarın şöbə müdiri olmuş, iş yoldaşı kimi dostluq münasibətləri olmuşdur. “Mediafakt.com” internet saytından məlumatlı olduğunu bildirərək, əlavə etmişdir ki, həmin saytı Anar təsis etmişdir.Belə ki, Anar özü bu məlumatı ona demişdir. Təxminən 2021-ci ilin sonlarında Anar “Mediafakt.com” adlı sayt təsis etdiyini bildirərək orada Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində işləyən Eldar Həsənov barədə məqalələr yazdığını bildirərək həmin saytda dərc etdiyi məqaləni ona göstərmişdir. Daha sonra o “Twitter” sosial şəbəkəsi vasitəsilə həmin saytda dərc edilən məqalələrin bəzilərini oxumuş, həmin səhifədə dərc edilən məqalələrin mahiyyətinə gəldikdə Azərbaycan Respublikasının xarici siyasət sahəsində işləyən və rəhbərlik edən şəxslərin ailə üzvləri, Azərbaycan Respublikasının xarici siyasəti barədə məlumatların yazıldığını görmüşdür. Təqsirləndirilən şəxs də həmçinin tanıdığını bildirərək əlavə etmişdir ki, Ramiz Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində katiblikdə işləyib, onu orada görmüşdür. Daha sonra Anar işdən azad olunduğunu, yenidən işə bərpa olmaq istədiyini ona bildirmişdir. O, Anarla Təqsirləndirilən şəxs münasibətinin mövcud olduğunu bildirərək qeyd etmişdir ki, Ramiz təxminən 2020-ci ildə Xarici İşlər Nazirliyində işə bərpa olunduqdan sonra Anarın məlumatı olmuş və bu barədə ona da bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, o, 08 dekabr 2024-cü il tarixdə saat təxminən 10:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Pulotnikov küçəsi yaxınlığında olarkən 1 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etmiş, yaxınlıqda yerləşən ünvanda bir nəfərin mənzilinə keçiriləcək axtarış zamanı hal şahidi qismində iştirak etməyi təklif etmişdir. O da könüllü olaraq təklifi qəbul etmiş və DTX əməkdaşı ilə birlikdə Nərimanov rayonu, Pulotnikov küçəsi, ev 83A ünvanında yerləşən evin qarşısına getmişdir. DTX əməkdaşları axtarış prosesində hal şahidi qismində iştirak etmək üçün digər bir nəfər şəxsi oraya dəvət etmiş, bir neçə dəqiqə sonra DTX əməkdaşları həmin ünvana daxil olaraq özlərini təqdim etmiş, həmin vaxt orada kişi cinsindən bir nəfər şəxs də olmuşdur. Onun adının Əbil olduğunu eşitmiş, həmin şəxslə onun hər hansı bir münasibəti olmamışdır. Daha sonra Əbil adlı şəxsə məhkəmə qərarı elan olunmuş və həmin qərar əsasında həmin şəxsin yaşadığı mənzilə baxış keçiriləcəyi bildirilmiş, Əbil buna etiraz etməmiş və könüllü şəkildə ünvanda axtarış keçirilməsinə icazə vermişdir. Orada ona və digər hal şahidinə malik olduqları hüquq və vəzifələri izah edilmiş, daha sonra mənzildə axtarış keçirilməyə başlanmışdır. DTX əməkdaşları mənzilə baxış keçirərkən otağın giriş hissəsində sağ tərəfdə yerləşən otaqda olan qəhvəyi rəngli dolabın içərisindən 01 ədəd “İphone 5S” markalı mobil telefon və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq əmrlərinin surətlərinin olduğunu müəyyən etmişdirlər. Daha sonra aşkar edilmiş həmin əşya və sənədlər DTX əməkdaşı tərəfindən müvafiq qaydada qablaşdırılaraq, möhürlənmiş və götürülmüşdür. Baxış başa çatdıqdan sonra baxışın nəticələrinə dair müvafiq protokol tərtib edilmiş, o, digər hal şahidi eləcə də baxış iştirakçısı Əbil protokolla tanış olub onun doğruluğunu imzaları ilə təsdiq etmiş, bununla da baxış başa çatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 istintaq zamanı verdiyi ifadəsinə oxşar məzmunlu ifadə verərək, hazırda 37 saylı MKİS-də fəhlə işləməsini, 2024-cü ilin dekabr ayının əvvəlində hal şahidi qismində DTX əməkdaşı ilə birlikdə Nərimanov rayonu, Pulotnikov küçəsi, ev 83A ünvanında yerləşən mənzilə baxış keçirilərkən 01 ədəd “İphone 5S” markalı mobil telefon və digər sənədlər aşkar olmasını bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, o, 08 dekabr 2024-cü il tarixdə saat təxminən 10:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Pulotnikov küçəsi yaxınlığında olarkən 1 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etmiş, yaxınlıqda yerləşən ünvanda bir nəfərin mənzilinə keçiriləcək axtarış zamanı hal şahidi qismində iştirak etməyi təklif etmişdir. O da könüllü olaraq təklifi qəbul etmiş və DTX əməkdaşı ilə birlikdə Nərimanov rayonu, Pulotnikov küçəsi, ev 83A ünvanında yerləşən evin qarşısına getmişdir. DTX əməkdaşları axtarış prosesində hal şahidi qismində iştirak etmək üçün digər bir nəfər şəxsi oraya dəvət etmiş, bir neçə dəqiqə sonra DTX əməkdaşları həmin ünvana daxil olaraq özlərini təqdim etmiş, həmin vaxt orada kişi cinsindən bir nəfər şəxs də olmuşdur. Onun adının Əbil olduğunu eşitmiş, həmin şəxslə onun hər hansı bir münasibəti olmamışdır. Daha sonra Əbil adlı şəxsə məhkəmə qərarı elan olunmuş və həmin qərar əsasında həmin şəxsin yaşadığı mənzilə baxış keçiriləcəyi bildirilmiş, Əbil buna etiraz etməmiş və könüllü şəkildə ünvanda axtarış keçirilməsinə icazə vermişdir. Orada ona və digər hal şahidinə malik olduqları hüquq və vəzifələrini izah edilmiş, daha sonra mənzildə axtarış keçirilməyə başlanmışdır. DTX əməkdaşları mənzilə baxış keçirərkən otağın giriş hissəsində sağ tərəfdə yerləşən otaqda olan qəhvəyi rəngli dolabın içərisindən 01 ədəd “İphone 5S” markalı mobil telefon və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq əmrlərinin surətlərinin olduğunu müəyyən etmişdirlər. Daha sonra aşkar edilmiş həmin əşya və sənədlər DTX əməkdaşı tərəfindən müvafiq qaydada qablaşdırılaraq, möhürlənmiş və götürülmüşdür. Baxış başa çatdıqdan sonra baxışın nəticələrinə dair müvafiq protokol tərtib edilmiş, o, digər hal şahidi eləcə də baxış iştirakçısı Əbil protokolla tanış olub onun doğruluğunu imzaları ilə təsdiq etmiş, bununla da baxış başa çatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 istintaq zamanı verdiyi ifadəsinə oxşar məzmunlu ifadə verərək, hazırda 37 saylı MKİS-də fəhlə işləməsini, 2024-cü ilin dekabr ayının əvvəlində hal şahidi qismində DTX əməkdaşı ilə birlikdə Nərimanov rayonu, Pulotnikov küçəsi, ev 83A ünvanında yerləşən mənzilə baxış keçirilərkən 01 ədəd “İphone 5S” markalı mobil telefon və digər sənədlər aşkar olmasını bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Dövlət Təhlükəsizliyi Xidmətinin Kriminalistika və Təhqiqat idarəsindən daxil olmuş 07 dekabr 2024-cü il tarixli 9-3447 saylı arayışın məzmunundan görünür ki, aparılmış araşdırmalar zamanı “Mediafakt.com”, “Azeriherald.com” və “Facebook” sosial şəbəkəsində “Fərd Med” istifadəçi adı ilə qeydiyyatdan keçirilmiş hesab vasitəsilə Azərbaycan Respublikasının xarici siyasəti, həmçinin bu istiqamətdə rəhbərlik edən və fəaliyyət göstərən şəxslərin əleyhinə təhrif edilmiş formada məqalələr dərc edilərək Azərbaycan Respublikasının qanunla qorunan maraqlarına mühüm ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilmişdir. İlkin araşdırmalar nəticəsində “Mediafakt.com” internet saytının domeninin xx.xx.2011-ci il tarixdə qeydiyyatda alındığı, 2011-2013-cü illərdə fəaliyyət göstərdiyi və sonuncu dəfə domen adresinin xx.xx.2021-ci il tarixdə “GoDaddy İnc” şirkətindən satın alınaraq yenidən fəaliyyətə başlaması müəyyən edilmişdir. Qeyd olunan internet saytı həmçinin “Azeriherald.com” internet saytı və Facebook sosial şəbəkəsində “Fərd Med” istifadəçi adı ilə qeydiyyatdan keçirilmiş hesab vasitəsilə məqalələr dərc edilmişdir. “Mediafakt.com” internet saytının domen məlumatları “X2” şirkəti tərəfindən qorunur. Davam edən araşdırmalarla “Mediafakt.com” internet saytının 27 iyul 2015-ci il tarixədək Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı səfirliyində İİİ katib vəzifəsində işləmiş Şahid1 tərəfindən, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində (XİN) Katiblikdə şöbə rəisi (həmin vaxt Şahid1 müdiri), daha sonra müxtəlif məsul vəzifələrdə, son olaraq hazıradək Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyində müşavir vəzifəsində işləmiş Təqsirləndirilən şəxs tapşırığı və rəhbərliyi altında yaradıldığı və fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs istifadəsində ümumilikdə 05 ədəd - “Xiaomi 13T Duos”, “Redmi 12 Pro+”, “Nokia 105”, “Xiaomi Note 5” və “İphone 5S” markalı mobil telefonun olduğu müəyyən edilmişdir. 07 dekabr 2024-cü il tarixdə DTX Kriminalistika və Təhqiqat idarəsindən 02 dekabr 2024-cü il tarixli məktubla daxil olmuş yaddaş qurğusuna baxış zamanı “Sübutlar” adlı qovluqda “Ramiz Sec” və “Cairo” adlı 02 ədəd qovluğun olduğu, “Ramiz Sec” adlı qovluqda “çat şəkilləri” və “danışıqlar” adlı 02 ədəd “Microsoft World” formatında faylın olduğu, “Ramiz Sec” adlı qeydiyyata alınan istifadəçinin mobil nömrəsinin “+**********59” olduğu, profil şəklinə Azərbaycan Respublikasının bayrağının yerləşdirildiyi, “Ramiz Sec” adlı istifadəçi ilə yazışmalar 10 sentyabr 2015 - 20 iyul 2021-ci il tarixlər aralığında olduğu, “Ramiz Sec” adlı istifadəçinin Şahid1 müxtəlif sosial şəbəkə və internet saytlarında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin daxili strukturu, Azərbaycan Respublikasının xarici siyasət sahəsində qanunla qorunan mənafelərini təmsil edən rəhbər şəxslər və onların ailə üzvləri barədə həqiqətə uyğun olmayan məlumatların ötürüldüyü, müvafiq olaraq Şahid1 tərəfindən isə həmin məlumatları müxtəlif sayt və sosial şəbəkələrdə dərc etdirdiyi və “Ramiz Sec” adlı istifadəçinin həmin məqalələrə əlavə və düzəlişlər etdiyi, 05 may 2021-ci il tarixdə Şahid1 02 ədəd məqalənin şəkilini “Ramiz Sec” adlı istifadəçiyə göndərməsi və 06 may 2021-ci il tarixdə aralarında baş tutan yazışmada Şahid1 “Ramiz Sec” adlı istifadəçiyə “mediafakt.com, nece addi), sayt uchun” yazdığı, qarşı tərəfin isə “smilelər” şəklində cavab verdiyi müəyyən olunmuşdur. Digər qovluqa keçirilən baxış zamanı “Cairo” adı ilə qeydiyyatdan keçən istifadəçinin mobil nömrəsinin Misir Ərəb Respublikasının mobil operatorlarına məxsus “+**********02” mobil telefon nömrəsinin olduğu, “Cairo” adlı istifadəçi ilə yazışmaların 16 iyul 2021-ci il – 16 iyun 2024-cü il tarixləri aralığında olması, “Cairo” adlı istifadəçinin Şahid1 müxtəlif sosial şəbəkə və internet saytlarında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin daxili strukturu, rəsmi təsdiq edilməmiş vəzifə təyinatları və yerdəyişmələr, Azərbaycan Respublikasının xarici siyasət sahəsində qanunla qorunan mənafelərini təmsil edən rəhbər şəxslər və onların ailə üzvləri barədə həqiqətə uyğun olmayan məlumatların ötürüldüyü, müvafiq olaraq Şahid1 tərəfindən isə həmin məlumatları müxtəlif sayt və sosial şəbəkələrdə dərc etdirdiyi və “Ramiz Sec” adlı istifadəçinin həmin məqalələrə əlavə və düzəlişlər etdiyi, Şahid1 adlı istifadəçinin Cairo adlı istifadəçiyə “Mediafakt meselesinin uze chixmamasının vacibliyinin daim nezerinizde olmasini yadiniza salir ve xahish edirem”, “Layihe, emeliyyat oz vezifesini yerine yetirene qeder gizli qalmalidi” məzmunlu mesajlar yazdığı, Cairo adlı istifadəçinin isə cavabında “Lazım olduqda bu saytın mənə məxsus olduğunu deyə bilərəm” yazdığı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş “İphone 5S” markalı mobil telefona keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs “Şahid1” adı ilə qeyd edilmiş “+**********1” mobil telefon nömrəsi ilə 10 aprel 2015-ci il tarixdən 25 avqust 2018-ci il tarixədək “WhatsApp” mobil tətbiqində davamlı olaraq əlaqə saxlanıldığı, mətbuatda yayılması üçün müxtəlif xəbərlərin hazırlandığı və Təqsirləndirilən şəxs həmin məlumatlara düzəlişlər edərək Şahid1 “Yuxarıda göndərdiyin emrin qeydiyyatını men aparmışam. Xettimi görmürsən???”, “Xetden baxıb kimin metbuata ötürdüyünü bilmek olar?” , “Qalsın. Bir abzasda verin! Fikirlərdə bir az ardıcıllıq ve lakanokliklik olsun, Yani, abzas-abzas fikirlerinizi ifade edin!”, “Yaxşıdır. Keçen defe kimi kiçik saytda yox, daha geniş oxucu kütləsi olan saytda olsa sevinerdim)))” tipli mesajlar yazması müəyyən edilmişdir Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fəaliyyət göstərən səfirliyinin əməkdaşları tərəfindən müvafiq akt ilə istintaqa təhvil verilmiş, Təqsirləndirilən şəxs məxsus “Xiaomi Note 5” markalı mobil telefon və “HP” markalı noutbooka keçirilmiş baxış zamanı mobil telefona Misir Ərəb Respublikasının mobil operatoruna məxsus olan +**********02 mobil telefon nömrəsinin yerləşdirildiyi, “Şahid1” adı ilə qeyd edilmiş **********3 mobil telefon nömrəsinin kontaktlara əlavə edildiyi, mobil telefonda mövcud olan “Whatsapp” ani mesajlaşma tətbiqində Təqsirləndirilən şəxs “Şahid1” adı ilə qeyd edilmiş “+**********1” mobil telefon nömrəsi ilə 27 noyabr 2018-ci il tarixdən 02 noyabr 2022-ci il tarixədək davamlı olaraq əlaqə saxladığı, sonuncunun Şahid1 müxtəlif sosial şəbəkə və internet saytlarında, xüsusilə “Mediafakt.com” və “Facebook” sosial şəbəkəsində “Fərd Med” istifadəçi adı ilə qeydiyyatdan keçirilmiş profildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin daxili strukturu, xidməti işin təşkili, Azərbaycan Respublikasının xarici siyasət sahəsində qanunla qorunan mənafelərini təmsil edən rəhbər şəxslər və onların ailə üzvləri barədə həqiqətə uyğun olmayan məlumatların ötürüldüyü, müvafiq olaraq Şahid1 tərəfindən isə həmin məlumatları məqalə şəklində dərc etdiyi, Təqsirləndirilən şəxs həmin məqalələri redaktə edərək əlavə və düzəlişlər etdiyi, “HP” markalı noutbookda “XİN” başlıqlı 14 aprel 2023-cü il saat 7:13 PM-də PDF faylın mövcud olduğu, həmin faylda “Azərbaycan XİN və Səfirlikləri” , “Diplomatiya yoxsa Korrupsiya və qeyri-peşakarlıq?” “Qalmaqallar, Yalanlar, Ədalətsizlik, Qanunsuzluq, Böhtan və Xəyanət” Antologiyası başlıqlı elektron kitab formasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin fəaliyyəti, nazirlik daxilində xidməti işin təşkili, nazirliyin vəzifəli şəxsləri, həyata keçirilmiş vəzifə təyinatları, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin əməkdaşları, habelə mərkəzi icra hakimiyyəti orqanları və dövlət qulluqçuları ilə bağlı və digər xidməti məlumatlardan məqalələrin hazırlanaraq müxtəlif internet saytlarında ( Mediafakt.com, Dia.az, Teref.az və sair) tarixləri qeyd olunmaqla paylaşılması və kitab şəklinə salınması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2025-ci il tarixli, 5/113 nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunması üçün təqdim edilmiş “Xiaomi Note 5” markalı mobil telefonun yaddaşında “+**********1” və “+**********3” abonent nömrələri cihazın yaddaşına “Şahid1” kimi qeyd edilərək “+**********3” mobil telefon nömrəsi ilə “WhatsApp” ani mesajlaşma tətbiqində danışıqlar mövcuddur. Tədqiq edilməsi üçün təqdim edilmiş “Xiaomi 13T” markalı mobil telefonun yaddaşında +**********1” və “+**********3” abonent nömrələrinin yadda saxlanılması müəyyən olunmasa da, mobil telefonda mövcud olan “WhatsApp” ani mesajlaşma tətbiqində “+**********3” mobil telefon nömrəsinə dair rəqəmsal izlər aşkar edilmişdir. “İphone 5S” markalı mobil telefonun yaddaşında “+**********1” abonent nömrəsi cihazın yaddaşına “Şahid1” kimi qeyd edilərək həmin nömrə ilə “WhatsApp” ani mesajlaşma tətbiqində danışıqlar mövcuddur. “HP” markalı notebook tipli kompüterdə mövcud olan “Download” bölməsində “Azərbaycan XİN və Səfirlikləri” , “Diplomatiya yoxsa Korrupsiya və qeyri-peşakarlıq?” adlı başlıq şəklində 146 vərəqdən ibarət “.pdf” formalı fayl aşkar olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(009)-651/2024 nömrəli qərarından görünür ki, CM-in 308.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır; Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(009)-83/2025 nömrəli qərarından görünür ki, CM-in 308.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri müddəti 07 may 2025-ci il tarixə kimi uzadılmışdır; Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(009)-214/2025 nömrəli qərarından görünür ki, CM-in 308.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri müddəti 07 iyul 2025-ci il tarixə kimi uzadılmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan 37 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəlki iş yeri üzrə müsbət xarakterizə olunur. “Sübutların qiymətləndirilməsi haqqında” 05 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “İphone 5S”, “Xiaomi Note 5” markalı mobil telefonlar və “HP” markal notebook maddi sübut kimi tanınaraq DTX Maddi sübutlar otağına təhvil verilmişdir. Verilmiş ittiham ilə müəyyən olunur ki, “Təqsirləndirilən şəxs 2020-2024-cü illər ərzində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika idarəsinin Afrika şöbəsinin İ katibi, eləcə də Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fəaliyyət göstərən səfirliyində müşavir vəzifəsində işlədiyi müddətdə vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar ona məlum olan və əldə etdiyi mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyəti, həmin orqanlarda xidməti işin təşkili, vəzifəli şəxslər, həyata keçirilən vəzifə təyinatları, müvafiq dövlət qulluqçuları ilə bağlı və digər xidməti məlumatları təhrif edilmiş formada özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə 27 iyun 2013-cü il tarixdən 27 iyul 2015-ci il tarixədək Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı səfirliyinin İİİ katibi vəzifəsində işləmiş Şahid1 Bakı şəhərində və Misir Ərəb Respublikasındakı səfirliyində olarkən mediada gizli olaraq yayması üçün “WhatsApp” ani mesajlaşma tətbiqi və digər sosial şəbəkə hesabları vasitəsilə təqdim edib, bu məqsədlə hazırlanmış məqalələrin başlıq və məzmununa müvafiq əlavə və düzəlişlər etməklə sonuncuya bu barədə təlimatlar verib, dövlətin qanunla qorunan mənafelərinə, fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq, dövlət orqanlarının beynəlxalq nüfuzuna xələl gətirməklə ağır nəticələrə səbəb olan əməlləri ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 308.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (144-146-cı maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 308.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməməsi barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadələrin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, həmçinin məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyi və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. İşin hüquqi məsələləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda –iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 308.2-ci maddəsinə əsasən bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə- üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: Bu fəslin maddələrində “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür:
1. hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları;
2. dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər;
3. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri;
4. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər;
5. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər;
6. xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri;
7. beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən arbitrlər, xarici andlı iclasçılar. CM-nin 308-ci maddəsinin məzmunundan və mənasından göründüyü kimi, vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir, vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri isə müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Bu isə o deməkdir ki, şəxsə qarşı vəzifədən sui-istifadəyə görə ittiham irəli sürülərkən ilk növbədə onun malik olduğu səlahiyyətlərinə istinad edilməklə bu səlahiyyətlərin nədən ibarət olması və hansı normativ və ya qeyri-normativ aktlarla tənzimlənməsi ittihamda əksini tapmalı, digər tərəfdən isə onun məhz həmin səlahiyyətlərindən və ya onların bir hissəsindən sui-istifadə etməsi müəyyən edilməldir. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur: vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl; - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; - əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı hərəkətlərdə ifadə oluna bilər. Lakin cinayət tərkibi belə hərəkətlər qulluq mənafeyinə qəsdən zidd olaraq həyata keçirildikdə yaranır. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri də fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Fiziki və ya hüquqi şəxslərin hüquqlarına və ya qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticə real maddi ziyanda, əldən çıxmış mənfəətdə, eləcə də, qanunla qorunan müxtəlif dəyərlərə dəymiş zərərdə (vətəndaşların konstitusiya hüquq və azadlıqlarının pozulması, hakimiyyət orqanlarının nüfuzdan salınması, onların işində maneələr yaradılması və s.) ifadə oluna bilər. Maddi hüquq normasına (CM-nin 308.1-ci maddəsinə) yuxarıda göstərilən qaydada verilmiş təfsirə uyğun olan hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, vəzifə səlahiyyətlərindən sui-istifadənin obyekti dövlət, yerli özünüidarə orqanlarının, kommersiya və qeyri-kommersiya təşkilatlarının normal fəaliyyətidir. Əlavə obyekt qismində fiziki və ya hüquqi şəxslərin hüquqları və qanuni mənafeləri, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 30-cu bəndində qeyd olunur ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Eynilə, əgər şəxsin təqsirli bilindiyi CM-in müvafiq maddəsinin dispozisiyasında başa çatmış cinayətin mövcudluğu konkret halların qiymətləndirilməsindən asılı olan “ağır nəticə”, “mühüm zərər”, “əhəmiyyətli zərər” kimi kriminal nəticələrin baş verməsi ilə əlaqələndirilirsə, cinayət əməlinin təsvirində həmin nəticələrlə uyğunluq təşkil edən konkret hallar da öz əksini tapmalı və hökmün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin hansı kriteriyalara və sübutlara əsasən nəticəni “ağır” və yaxud zərəri “mühüm” və s. kimi qiymətləndirdiyi əsaslandırılmalıdır. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hal kimi nəzərə alır: ilk dəfə cinayət törətməsi, müsbət xarakteristikası Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş diplomatik xidmət orqanlarında rəhbər, maddi məsul vəzifə tutma və ya hər hansı fəaliyyət növü ilə məşğul olma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cinayət işi üzrə maddi sübut – DTX-nin maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş “İphone 5S”, “Xiaomi Note 5” markalı mobil telefonlar və “HP” markal notebook hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1), CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 308.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə diplomatik xidmət orqanlarında rəhbər, maddi məsul vəzifə tutma və ya hər hansı fəaliyyət növü ilə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 07 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut DTX-nın maddi sübutlar otağına təhvil verilmiş -Təqsirləndirilən şəxs istifadəsində olmuş “İphone 5S”, “Xiaomi Note 5” markalı mobil telefonlar və “HP” markalı notebook hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 200(iki yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim : Gültəkin Əsədova