Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-287/2021 23.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Qazaxıstan Respublikasının Tulkibatskiy rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib, üzərində saxlayaraq daşımış və özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,520 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 30.03.2021-ci il tarixdə saat 16 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 132 ünvanının qarşısında saxlanılaraq şübhəli şəxs qismində Nərimanov RPİ-nin 16-cı PB-nə gətirilərək müdafiəçinin iştirakı ilə video çəkiliş aparılaraq üzərinə keçirilən baxış zamanı sonuncunun əynində olan göy rəngli cins parçadan olan şalvarın sağ yan kiçik cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,520 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə 30 mart 2021-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 132 ünvanında yerləşən avtobus dayanacağında 133 saylı sərnişin avtobusundan düşən Zərərçəkmiş şəxs qızma məxsus əl çantasından 20 manat dəyərində tünd göy rəngli, içərisində Zərərçəkmiş şəxs qızma məxsus şəxsiyyət vəsiqəsi, idman vəsiqəsi, 210 manat pul, 01 ədəd **********520464 nömrəli “Bank Respublika” tərəfindən verilmiş plastik kart və 01 ədəd **********219149 seriyalı “Araz” marketə məxsus bonus kartı olan pul kisəsini gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs 230 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, o, 29.03.2021-ci il tarixində axşam saatlarında öz istifadəsi üçün Sumqayıt şəhərində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 50 manata 01 ədəd bükümdə narkotik vasitə olan heroin almışdır. 30.03.2021-ci il tarixdə saat təxminən 08 radələrində o, Binəqədi rayonu, Mərkəz adlanan ərazidən 133 saylı sərnişin avtobusuna minmişdir. Həmin avtobus hərəkət edərək Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsində olan avtobus dayanacağına yaxınlaşdıqda həmin dayanacaqda tanışı olan X2 həmin avtobusa minmişdir. Onlar avtobusun içərisində bir-birlərini görsələr də yaxınlaşıb görüşməmişlər. Daha sonra avtobus hərəkət edərək yoluna davam etmişdir. Avtobus bir neçə dayanacaq getdikdən sonra Binəqədi rayonu, Azadlıq prospektində olan avtobus dayanacağında bir qadının avtobusa mindiyini görmüşdür. Saat təxminən 08:30 radələri olmuşdur. O, həmin qadının üzərində əl çantasını olduğunu görmüş və ona tərəf yaxınlaşaraq qərara gəlmişdir ki, həmin qadından oğurluq etsin. O, həmin qadını avtobusun içərisində izləməyə başlayaraq ona tərəf daha da yaxınlaşmşdır. Amma bu barədə Şahinə heç bir söz deməmişdir. 133 saylı sərnişin avtobusu Nərimanov rayonu, Azadlıq prospekti 132 saylı ünvanda yerləşən avtobus dayanacağına yaxınlaşdıqda həmin qadının oradakı dayanacaqda düşmək istədiyini görmüşdür. Bu zaman qadın əl çantasının içərisindən pul kisəsini götürərək gediş haqqını ödədikdən sonra həmin pul kisəsini əl çantasının yan cibinə qoymuş və avtobusun ön qapısına yaxınlaşıb avtobusdan düşdüyü zaman o da dərhal həmin qadına yaxınlaşaraq onun əl çantasının cibində olan pul kisəsini gizlin olaraq götürmüşdür. Bundan sonra həmin qız oradan getmişdir. Onun avtobusdan düşdüyünü görən Şahin də arxasınca avtobusdan düşərək onun yanına gəlmişdir. O, oradan uzaqlaşan zaman arxasınca kiminsə gəldiyini zənn edərək oğurlamış olduğu pul kisəsini açıb içərisindən 01 ədəd bank kartı və Araz marketə məxsus bonus kartını götürüb pul kisəsini yolun kənarına atmış və oradan uzaqlaşmışdır. Bundan sonra həmin gün saat 15:30 radələrində tanışı Şahinlə birlikdə ünvan 3 ünvanında yerləşən avtobus dayanacağında olan zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib onları 16-cı PB-nə dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin 16-cı PB-nə getmişlər. Polis bölməsində üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı o, 01 ədəd bank kartını, 01 ədəd “Araz” marketə məxsus bonus kartını və 01 büküm heroini könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Son olaraq əməlindən səmimi peşmanlıq çəkməsini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 30.03.2021-ci il tarixdə saat 08:30 radələrində o, Gənclik metro stansiyasına getmək üçün Binəqədi rayonu, Azadlıq prospektində yerləşən “Baku Elektronics” mağazasının yanından 133 saylı sərnişin avtobusuna minmişdir. Avtobusda sıxlıq olduğu üçün o, ayaq üstə avtobusun qabaq qapısının yanında dayanmışdır. Saat təxminən 09 radələrində avtobus "Gənclik Mall” ticarət mərkəzinin qarşısında yerləşən dayanacaqda dayanmışdır. O da həmin dayanacaqda düşmək üçün sürücüyə yaxınlaşıb özünə məxsus qara rəngli əl çantasında olan pul qabından pulu çıxarıb gediş haqqını ödəmiş və avtobusdan düşmüşdür. Ödəniş etdikdən sonra pul qabını yenidən çantaya qoymuşdur. Daha sonra yeraltı keçidlə yolun digər tərəfinə keçmişdir. O, yenidən avtobusa minmək üçün əl çantasından pul qabını götürmək istədikdə pul qabının çantasında olmadığını görmüşdür. O, çantanı axtarsa da lakin pul qabını tapmamışdır. Həmin vaxt ona məlum olmuşdur ki, pul qabı oğurlanmışdır. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barəsində məlumat vermişdir. Son olaraq təqsirləndirilən şəxs barəsində şikayətçi olduğunu bildirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PBnin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 30.03.2021-ci il tarixdə saat 15:30 radələrində o, Nərimanov RPİ-nin 16-cı PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və həmin idarənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə ünvan 4 ünvanda yerləşən avtobus dayanacağında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus pul kisəsinin oğurlanması faktı üzrə şübhəli şəxs qismində saxlanılaraq saat 16 radələrində 16-cı PB-nə gətirilmişdir. İdarənin inzibati binasında, xidməti otaqda müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə şəxsi axtarış aparıldı. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş maddə və ya əşya varsa çıxarıb onu stolun üzərinə qoyması təklif edildi. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən Zərərçəkmiş şəxs məxsus bank kartını, sağ yan kiçik cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan şəffaf sellofana bükülmüş 01 ədəd bükümü könüllü olaraq təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi bükümün içərisindəki maddə narkotik vasitə hesab olunan “kakos” adı ilə tanınan heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni 29.03.2021-ci il tarixdə axşam saatlarında yaşadığı Sumqayıt şəhərindən anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən 50 manata almışdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 Şahid3 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 31 mart 2021-ci il tarixli qərardan görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaq aparılmışdır. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 30 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında 30 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı göy rəngli cins parçadan olan şalvarının sol yan cibindən Zərərçəkmiş şəxs məxsus 5357 ****0464 nömrəli “Bank Respublika” bank kartı, 01 ədəd **********219149 seriyalı “Araz” marketə məxsus bonus kartı, sağ yan kiçik cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan şəffaf sellofana bükülmüş 01 ədəd bükümü könüllü olaraq təqdim etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2021-ci il tarixli 6/1261 nömrəli ekspert rəyindən görünür ki, üzərində “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,520 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81.82 manatdır. Cinayət işinin bir icraata birləşdirilməsi və cinayət işinin tövsif edilməsi haqqında 01.04.2021-ci il tarixli qərarından görünür ki, AR CM-nin 177.2.5-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi AR CM-nin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işinə birləşdirilərək bir icraatda ********* saylı nömrə altında istintaqı davam etdirilmiş və ********* saylı cinayət işi üzrə əməl AR CM-nin 234.1-ci maddəsindən həmin məcəllənin 177.2.5 və 234.1-ci maddələrinə tövsif ediliməsi qərara alınmışdır. “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 31 mart 2021-ci il tarixli qərardan görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaq aparılmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 01 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli 4(005)-323/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 30.03.2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Maddi sübut kimi tanınma haqqında 01 aprel 2021-ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 1.520 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmalı və ekspertizadan sonra qalıq çəkisi 1.470 qram heroin saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 21.05.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 14.06.2002-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Yasamal Rayon Məhkəməsinin 05.08.2002-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 66.3, 66.5-ci maddəsi tətbiq edilməklə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28.10.2005-ci ildə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.10.2006-cı il tarixli hökmü ilə AR CM-nin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 66.3-cü maddəsi ilə təqsirli bilinib 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03.07.2010-cu ildə cəzasının sonu ilə azad olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 05.10.2012-ci il tarixli hökmü ilə AR CM-nin 234.1, 93.1.4-cü maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03.07.2013-cüi ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28.06.2013-cü il tarixli qərarı ilə AR Milli Məclisin 07.05.2013-cü il tarixıi Amnistiya Qərarının 3-cü bəndinə əsasən azad olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 30.04.2014-cü il tarixli hökmü ilə AR CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30.10.2017-ci ildə cəzasının sonu ilə azad olunmuş, Sumqayıt ŞPİ-nin icraatında olmuş ********* nömrəli cinayət işi 08.01.2021-ci il tarixdə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Şəxsinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 1629 nömrəli, 29.05.2021-ci il tarixli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Sübutların qiymətləndirilməsi haqqında 01.06.2021-ci il tarixli qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.5 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması və barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması, narkotik vasitə heroinin maddi sübut kimi tanınması barədə 01.04.2021-ci il tarixli qərarın dəyişdirilmədən qüvvədə saxlanılması, 01 ədəd CD diskin maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilməsi, Zərərçəkmiş şəxs məxsus 01 ədəd **********520464 nömrəli “Bank Respublika” bank kartı və 01 ədəd **********219149 seriyalı “Araz” marketə məxsus bonus kartı iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 30.07.2021-ci il tarixli 1(060)-178/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Taryel oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin 22.10.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə şərti məhkum etmə ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən həmin cəza təyin olunmuş cəza ilə qismən birləşdirilməklə ona 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının CMnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Taryel oğlunun 13.10.2020-ci il tarixdən 15.10.2020-ci il tarixə kimi onun məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmalqa üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs Taryel oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı 30.07.2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Zərər çəkmiş şəxsin məhkəmə iclasında təqdim etdiyi 05.10.2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs Taryel oğlu ilə barışmış və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci maddəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3- 2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və zərər çəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli 30.03.2021-ci il tarixdə yəni Sumqayıt Şəhər Məhkəməsinin 30.07.2021-ci il tarixli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir Məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 30.07.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə onun üzərində qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 30.03.2021-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində saxlanılan narkotik vasitənin qalığı- 1,470 qram çəkidə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Maddi sübut Zərərçəkmiş şəxs məxsus 01 ədəd **********520464 nömrəli “Bank Respublika” bank kartı və 01 ədəd **********219149 seriyalı “Araz” marketə məxsus bonus kartı Zərərçəkmiş şəxs qaytarılmalıdır. Eyni zamanda ekspertiza tədqiqatının ümumi dəyəri 81.82 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 35 (otuz beş) saat üçün cəmi 210 (iki yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, CMnin 177.2.5-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 30.07.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 30 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində saxlanılan narkotik vasitənin qalığı- 1,470 qram çəkidə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut - Zərərçəkmiş şəxs məxsus 01 ədəd **********520464 nömrəli “Bank Respublika” bank kartı və 01 ədəd **********219149 seriyalı “Araz” marketə məxsus bonus kartı Zərərçəkmiş şəxs qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 81.82 manat Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət büdcəsinə ödənilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 35 (otuz beş) saat üçün cəmi 210 (iki yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-287/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-287/2021
23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver