Məhkəmə qərarları › İş №1(005)-287/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-287/2025

13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-287/2025 13.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:50 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Hüseynova Gülsüm Üzeyir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) X1 və zərərçəkmiş şəxs (mülki iddiaçı) X3, müdafiəçi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ev 18, mənzil 15-də yaşayan, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(005)-287/2025 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah məqsədi ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək üçün X2 BƏƏ-nin Dubay şəhərindən “X10” markalı minik avtomobili gətirəcəyi barədə yalan vəd verib aldadaraq 09 may 2024-cü il tarixdə saat 14 radələrində ünvan 1 ünvanda yerləşən kafedə Ruslan Məmmədovdan 10350 manat məbləğində pul vəsaitini alıb ələ keçirdikdən sonra, cinayət əməlini davam etdirib 14 may 2024-ci il tarixdə saat 13 radələrində həmin kafedə sonuncudan 2050 manat pul vəsaitini alıb ələ keçirərək Ruslan Məmmədovun vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 12.400 manat məbləğində pul vəsaitini ələ keçirməklə vədinə əməl etməyərək Ruslan Məmmədova qarşı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək üçün X5 BƏƏ-nin Dubay şəhərindən “X10” markalı minik avtomobili gətirəcəyi barədə yalan vəd verib aldadaraq 14 may 2024-cü il tarixdə saat 14 radələrində ünvan 1 ünvanda yerləşən kafedə 10350 manat məbləğində pul vəsaitini ələ keçirməklə vədinə əməl etməyərək Anar Ələkbərova qarşı xeyli miqdarda ziyan vurmaqla dələduzluq elmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə qonşusu Seymur ona zəng vurub bildirmişdir ki, ona Dubaydan maşın gətirilməsində kömək etmək lazımdır və razılaşmışdır. F.X.Xoyski küçəsi 115 saylı ünvanda yerləşən çayxanada görüşüb bu barədə danışan zaman qonşuları Seymur, Anar və Ruslan adlı şəxslərlə çayxanada görüşmüş, görüş zamanı sonuncular ona bildirmişlər ki, taksi fəaliyyəti ilə məşğul olmaq üçün Dubaydan ucuz qiymətə «X10» markalı maşın gətirmək istəyirlər. O, həmin vaxt sonuncuların yanında Dubayda yaşayan İran Respublikasının vətəndaşı olan Tohid adlı şəxslə telefon vasitəsi ilə əlaqə saxlayıb ondan qeyd olunan markada maşının yaşadığı ölkəyə gətirilməsi üçün hansı məbləğdə pul lazım olduğunu soruşmuş, Tohid satışda istədiyi markada maşının olduğunu bildirib sonra maşınların şəkillərini ona göndərmişdir. Ruslan maşınlara baxıb bəyəndiyini və almaq istədiyi bildirmişdir. Danışıqdan sonra bir həftə müddətində qeyd olunan çayxanada Ruslan ona maşının ölkəyə gətirilməsi üçün 12.400 manat pul vermiş və Anar isə 10.350 manat pul vermişdir. O, sonunculardan qeyd olunan məbləğdə pulları aldıqdan sonra Dubayda yaşayan Tohid adlı şəxsə göndərmiş, həmin pulları hava limanında tanımadığı şəxsə verərək Dubayda hava limanında onunla görüşəcək Tohidə verməsini xahiş elmişdir. Həmin şəxsi tanımır, şəxsiyyəti barədə heç bir məlumatı yoxdur. Tohid pulları həmin şəxsdən qəbul etdikdən sonra bildirmişdir ki, sifariş olunan maşınlardan biri 20 gün müddətində Bakı şəhərində gömrükdə onlara təhvil veriləcəkdir. 20 gün sonra Tohidlə əlaqə saxlalıqda sonuncu ona demişdir ki, İran Respublikası ilə sərhəddə maşınların daşınması ilə bağlı problemlər yarandığından maşın 10 gün gecikir. Tohidin dediklərini dəqiq etmək üçün 2024-cü ilin iyun ayında dəqiq xatırlamadığı tarixdə BƏƏ-nin Dubay şəhərinə getmiş və ondan bir həftə sonra Anar Ələkbərovun özüdə Dubay şəhərinə gəlmişdir. Həmin vaxt Tohid İran Respublikasında olduğundan onunla görüşə bilməmiş və sonuncu ilə ancaq telefon vasitəsi ilə danışmışdır. Danışıq zamanı Tohid ona demişdir ki, aldığı pulla bir maşın alıb, lakin ikincini ala bilməyib. Buna görə Anar Dubay şəhərində olduğu müddətdə sonuncuya maşın almaq niyyətilə onunla birlikdə maşınların satışı auksionuna getmiş və orada satışda olan maşınların qiymətləri ilə maraqlanmışlar. Həmin vaxt maşının qiyməti bahalaşdığından Anar maşın almaq fikrindən daşınmışdır. Buna görə ona demişdir ki, maşın almaq üçün ona verdiyi 10.400 manat pulu özünə qaytarsın. O, Tohidlə pulun qaytarılması ilə bağlı danışdıqda sonuncu bildirmişdir ki, Anar Bakı şəhərinə qayıtsın və iki günə Anarın verdiyi pulu Bakı şəhərində özünə qaytaracaqdır. Bundan sonra Anar Bakı şəhərinə qayıtmış və bir neçə gün sonra o da Bakı şəhərinə qayıtmışdır. Bundan sonra xeyli müddət keçməsinə baxmayaraq Tohid Anara aid olan pulu göndərməmiş, Tohidin vəd verdiyi maşın ölkəyə gəlməmiş və səbəbini aydınlaşdırmaq üçün zəng vurub Tohiddən soruşduqda əvvəl sonuncu yalan danışaraq tezliklə Ananı pulunu göndərəcəyini və digər alnımış maşını onlara təhvil verəcəyini desə də sonradan telefonu söndürdüyündən onunla əlaqə saxlamaq mümkün olmamışdır. Həmin şəxs onu aldatdığı üçün tanışları Ruslanın və Anarın maşınını almaq üçün ona verdikləri ümumilikdə 22.750 manat pulun qarşılığında onlara vəd verilən maşınları verə bilməmiş və verdikləri puluda qaytara bilməmişdir. Bu səbəbdən aralarında narazılıqlar yarandığından sonuncular onun barəsində polisə şikayət etmişlər. Məhkəmənin sualına cavab olaraq hazırda qeyd olunan pulları qaytarmaq imkanının olmadığını söyləmişdir. Dələduzluq niyyətinin olmadığını, lakin avtomobilləri də gətirə bilmədiyini qeyd etmişdir. Əməlindən səmimi peşman olmasını, ailənin yeganə dolanışıq gətirən şəxsi olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş (mülki iddiaçı) X4 ifadəsində göstərmişdir ki, X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xeyli müddətdir tanıyır, bibisi oğlu Zakirin qonşusu olduğuna görə tanımış, lakin onunla sıx münasibəti olmamışdır. Mercedes Benz markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Qeyd olunan maşının buraxılış ili köhnə olduğundan və qanunla həmin maşınla taksi fəaliyyətinə icazə verilmədiyindən dəyişib yeni maşın almaq qərarına gəlmişdir. 2024-cü ilin may ayının əvvəllərində o, tanışları Ruslan, Seymur və Paşa ilə ünvan 2 ünvanda yerləşən kafedə oturub çay içərək müxtəlif mövzularda söhbət etmişlər. Danışıq zamanı bildirmişdir ki, idarəetdiyi maşınla taksi fəaliyyətinə icazə verilmədiyindən idarəetdiyi «Mercedes Benz» markalı maşını satıb yeni maşın almaq məcburiyyətindədir. Həmin vaxt yanlarında olan tanışı Anar da bildirmişdir ki, onun taksi kimi idarə etdiyi «Toyota Prius» markalı maşının buraxılış ili köhnə olduğundan həmin maşınla taksi fəaliyyəti ilə məşğul olmaq üçün davam etməyə icazə vermirlər və məcburi maşını satıb yeni maşın almalıdır. Danışıq zamanı yanlarında olan Paşa soruşmuşdur ki. «hansı markada maşın almaq istəyirsiz». O və Anar bildirmişlər ki, maşını satıb taksi fəaliyyəti ilə məşğul olmaq üçün «X10» markalı naşın almaq istəyirlər. Həmin vaxt Paşa ona və Anara bildirmişdir ki, onun BƏƏ-nin Dubay şəhərindən ucuz qiymətə istədiyi maşını gətirmək üçün tanışları var və onlara bu işdə köməklik edə bilər. Belə ki, Paşa danışıq zamanı əvvəllər dəfələrlə Dubay şəhərindən maşınları gətirdiyini və bu işdə səriştəsinin olduğunu bildirmişdir. Onlar sonuncuya bu işdə köməklik etməsinə razılıq verdikdən sonra Paşadan soruşmuşlar ki, qeyd olunan maşını hansı qiymətə gətirəcəkdir. Bundan sonra Paşa «X10» markalı maşının hansı qiymətə gətirilməsini tanışları ilə dəqiq etmək üçün güya kiminləsə danışacağını bildirib onlardan aralaşıb kənara getmişdir. Təxminən 3-4 dəqiqə keçmiş Paşa geri qayıdıb bildirmişdir ki, Dubay şəhərində olan tanışı ilə danışıb və həmin şəxs ona deyib ki, hazırda istədiyi markada maşın onda var və göndərə bilər. Onlar Paşadan maşının hansı qiymətə gətirəcəyini soruşmuş, sonuncu bildirmişdir ki, maşının satış qiymətinin 10350 manat olmasını, sükanının sağ tərəfdən sol tərəfə keçirilməsi və Azərbaycan Respublikasına gətirilməsi üçün yol xərcinin birlikdə 2050 manat təşkil etməsini nəzərə alaraq 1 avtomobilin gətirilmə xərci 12.400 manat olacaqdır. Paşanın dediyi qiymət sərfəli olduğu üçün o və Anar Dubay şəhərindən istədiyi markada maşının gətirilməsinə razılıq vermişlər. Aralarında olan bu barədə söhbəti yanlarında olan Seymurda eşidərək şahidi olmuşdur. Onun və Anarın maşının gətirilməsi üçün nəğd pulun olmadığına görə Paşaya demişlər ki, bir neçə günə idarə etdikləri maşınları satıb tələb olunan 12.400 manat pulu düzəldib ona verəcəklər. Bu danışıqdan sonra maşını satıb 12.400 manat pulu düzəltmiş və Paşaya pulu vermişdir. Qeyd olunan pullar Paşaya verilərkən orada o. Anar və tanışı Seymur olmuşdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslə barışıq əldə etmədiyini və ondan şikayətçi olduğunu bildirmiş, mülki iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş (mülki iddiaçı) X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xeyli müddətdir tanıyır, yaxın qonşuluqda yaşayır, onunla yaxşı münasibəti olmuşdur. Heç bir yerdə işləmədiyi üçün əvvəllər idarə eldiyi Toyota Prius markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Qeyd olunan maşının buraxılış ili köhnə olduğundan və qanunla həmin maşınla taksi fəaliyyətinə icazə verilmədiyindən dəyişib yeni maşın almaq qərarına gəlmişdir. 2024-cü ilin may ayının əvvəlləri dəqiq xatırlamadığı tarixdə o, tanışları Ruslan, Seymur və Paşa ilə ünvan 2 ünvanda yerləşən kafedə oturub çay içərək müxtəlif mövzularda söhbət etmişlər. Danışıq zamanı o bildirmişdir ki, idarə eldiyi maşınla taksi fəaliyyətinə icazə verilmədiyindən idarə etdiyi «Toyota Pirus» markalı **-XS-*** nömrəli maşını salıb yeni maşın almaq məcburiyyətindədir. Həmin vaxt yanılannda olan tanışı Ruslanda bildirmişdir ki, onun taksi kimi idarə etdiyi Mercedes Benz markalı maşının buraxılış ili köhnə olduğundan həmin maşınla taksi fəaliyyəti ilə məşğul olmaq üçün davam etməyə icazə vermirlər və məcburi maşını satıb yeni maşın almalıdır. Danışıq zamanı yanlarında olan Paşa soruşmuşdur ki. hansı markada maşın almaq istəyirsiz, o və Ruslan bildirmişlər ki, maşını salıb taksi fəaliyyəti ilə məşğul olmaaq üçün «X10» markalı maşnı almaq istəyirlər. Həmin vaxt Paşa ona və Ruslana bildirmişdir ki. onun BƏƏ-nin Dubay şəhərindən ucuz qiymətə istədiyi maşını gətirmək üçün tanışları vardır və onlara bu işdə köməklik edə bilər. Belə ki, Paşa danışıq zamanı əvvəllər dəfələrlə Dubay şəhərindən maşınları gətirdiyini və bu işdə səriştəsinin olduğunu bildirmişdir. Onlar sonuncuya bu işdə köməklik etməyinə razılıq verdikdən sonra Paşadan soruşmuşlar ki, qeyd olunan maşını hansı qiymətə gətirəcəkdir?!. Bundan sonra Paşa «X10» markalı maşının hansı qiymətə gətirilməsini tanışları ilə dəqiq etmək üçün guya kiminləsə danışacağını bildirib onlardan aralaşıb kənara getmişdir. Təxminən 3-4 dəqiqə keçmiş Paşa geri qayıdıb bildirmişdir ki, o, Dubay şəhərində olan tanışı ilə danışıb və həmin həmin şəxs ona deyib ki, hazırda istədiyi markada maşın onda vardır və göndərə bilər. Onlar Paşadan maşının hansı qiymətə gətirəcəyini soruşmuş, sonuncu bildirmişdir ki, maşının satış qiyməti 10350 manat olması, sükanının sağ tərəfdən sol tərəfə keçirilməsi və Azərbaycan Respublikasına gətirilməsi üçün yol xərcinin birlikdə 2050 manat təşkil etməsini nəzərə alaraq 1 avtomobilin gətirilmə xərci 12.400 manat olacaqdır. Paşanın dediyi qiymət sərfəli olduğu üçün o və Ruslan sonuncunun Dubay şəhərindən istədiyi markada maşının gjətirilməsinə razılıq vermişlər. Onun və Ruslanın maşının gətirilməsi üçün nağd pulu olmadığına görə Paşaya demişlər ki, bir neçə günə idarə eldikləri maşınları satıb tələb olunan 12.400 manat pulu düzəldib ona verəcəklər. Bu danışıqdan sonra 09 may 2024-cü il tarixdə Ruslan idarəetdiyi maşını satıb 10.350 manat pulu düzəltmiş və bu barədə Paşaya deyərək pulun ona verilməsi üçün kafedə görüşərək pulu ona vermişdir. Paşa demişdir ki, ona maşının satış pulunu yəni 10.350 manat pulu verdikdən sonra sonuncu həmin pulu Bakı şəhərindən Dubay şəhərinə gedəcək hanısa tanışına vercəkdir. Həmin tanışı pulu Dubay şəhərində maşın satışı auksionunda olan tanışlarına çatdırdıqdan sonra həmin şəxslər auksiona istədiyi markada maşın gələn kimi alıb sonra Bakı şəhərinə göndərəcəklər. Daha sonradan Özü də Dubay şəhərinə getsə də Paşanın pulu verdiyi adamı görə bilməmişdir. Dəfələrlə pulunun qaytarılmasını istəsə də ona pulu qaytarılmamışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslə barışıq əldə etmədiyini və ondan şikayətçi olduğunu bildirmiş, mülki iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmiş iş üzrə Şahid ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. İttiham aktında qeyd olunan xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Məhkəmə baxışında tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 03 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 dekabr 2024-cü il tarixdə cinayət törətməkdə şabhəli şəxs qismində tutulmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş “Şübhəli şəxsin X6 azad edilməsi haqqında” 04 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov Rayon Polis İdarəsinin MSY-dən azad edilməsi qərara alınmışdır. Məhkəmə baxışında tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 22 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2025-ci il tarixdə cinayət törətməkdə şabhəli şəxs qismində tutulmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş “Müvəqəti saxlama yerindən çıxarılması haqqında” 24 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Məhkəmə baxışında tədqiq edilmiş “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirnin seçilməsi barədə” 24 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə baxışında tədqiq edilmiş “mülki iddiaçı qismində tanınma haqqında” 31 may 2025-ci il tarixli qərardan görünür ki, X4 mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə baxışında tədqiq edilmiş “mülki iddiaçı qismində tanınma haqqında” 23 may 2025-ci il tarixli qərardan görünür ki, X7 mülki iddiaçı qismində tanınmışdır. “Elektron Məhkəmə” informasioya sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan (xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X12) övladları var. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(005)-287/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasının və Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif etdiyindən o, həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi, iki azyaşlı övladının olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallaı və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətdə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə şübhəli şəxs qismində tutulduğu üç gün (03-04 dekabr 2024-cü il tarixi və 22-24 may 2025-ci il tarixi) müddət müddət ona təyin edilmiş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 23 oktyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, məhkəmə təqdim edilmiş mülki iddiaların dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, (mülki iddiaçı) X4 və X7 tərəfindən verilmiş mülki iddialar tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə cinayət əməli nəticəsində mülki iddiaçı X2 vurulmuş 12.400 (on iki min dörd yüz) manat mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçıya ödənilməsi tələbi ilə razılaşır. Həmçinin məhkəmə cinayət əməli nəticəsində mülki iddiaçı X5 oğluna vurulmuş 10.350 (on min üç yüz əlli) manat mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçıya ödənilməsi tələbi ilə razılaşır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Beləliklə, zərəçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən maddi ziyan və əldən çıxmış faydanı təsdiq edən sübutlar təqdim edildiyindən, mülki iddia həmin hissədə təmin edilməlidir. Hal-hazırki vəziyyətdə məhkəmə hesab edir ki, mülki iddiaçı X2 vurulmuş 12.400 (on iki min dörd yüz) manat maddi zərərin mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçıya ödənilməsi tələbi tam təmin edilməli, həmçinin mülki iddiaçı X5 oğluna vurulmuş 10.350 (on min üç yüz əlli) manat maddi zərərin mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçıya ödənilməsi tələbi tam təmin edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 02 (iki) il, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu üç gün (03-04 dekabr 2024-cü il tarixi və 22-24 may 2025-ci il tarixi) ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 23 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı X3 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası tam təmin edilsin. Maddi ziyana görə 10.350 (on min üç yüz əlli) manat təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş (mülki iddiaçı) X3 xeyrinə ödənilsin. Mülki iddiaçı X1 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası tam təmin edilsin. Maddi ziyana görə 12.400 (on iki min dörd yüz) manat təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş (mülki iddiaçı) X1 xeyrinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar