Məhkəmə qərarları › İş №1(005)-288/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-288/2020

23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-288/2020 23.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs X4 iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 78, mənzil 44-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X9 istintaqa adı “Natiq” kimi məlum olan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd bükümdə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan təmiz çəkisi 0,171 qram heroin və 01 ədəd bükümdə ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə olan təmiz çəkisi 0,028 qram metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 1 saylı ünvanın qarşısında saxlanılaraq şübhəli şəxs qismində Nərimanov RPİ-nin 17-cı PŞ-yə gətirilərək müdafiəçinin iştirakı ilə video çəkliş aparılaraq üzərinə keçirilən baxış zamanı sonuncunun əynində olan açıq yaşıl rəngli cins şalvarın qabaq sağ cibindən 2 ədəd adi kağıza bükülmüş 01 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan təmiz çəkisi 0,171 qram heroin və 01 ədəd bükümdə ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə olan təmiz çəkisi 0,028 qram metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində bədənində ağrılar olduğu üçün Binəqədi rayonu, Dərnəgül qəsəbəsi “TAYQA” marketin yaxınlığında əvvəllər tanıdığı lakin hər hansı anket məlumatını bilmədiyi yalnız adının Natiq olduğunu bildiyi şəxsdən 1 büküm narkotik vasitə olan heroin və 1 büküm narkotik maddə olan metonfetamini 8 manata almışdır. xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində yaşadığı Nərimanov rayonu, A.Neymətulla küçəsi 78 saylı binanın qarşısında olarkən 2 nəfər mülkü geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olmalarını bildirmişlər. Daha sonra həmin polis əməkdaşları ondan şübhələndikləri üçün polis şöbəsinə dəvət etmişlər. O, həmin polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin 17-ci PŞ-nə getmişdir. Polis şöbəsinə gəldikdən sonra onu şöbənin xidməti otaqlarının birinə aparmışlar. Həmin otaqda polis əməkdaşları və vəkil olmuşdur. Daha sonra polis əməkdaşları üzərində hər hansı əşya varsa təqdim etməsini xahiş etmişlər. O da əynində olan yaşıl rəngli cins şalvarın sol cibindən 3 manat pulunu, 1 ədəd göy rəngli “WEST” markalı siqaret qutusunu, 1 ədəd qara rəngli alışqanı, həmin şalvarının sağ cibindən isə 2 ədəd adi kağızda içərisində 1 ədəd bərk formalı bükümü və 1 ədəd şəffaf rəngli kristal formalı narkotik vasitəyə bənzər bükümü təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd bərk formalı bükümün narkotik maddə olan heroin olmasını və 1 ədəd şəffaf rəngli kristal formalı narkotik vasitəyə bənzər bükümün isə psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun təqdim etdiyi 1 ədəd narkotik vasitə olan heroini və 1 ədəd şəffaf rəngli kristal formalı psixotrop maddə metamfetamini götürərək zərfə qoymuşlar və protokol tərtib etmişlər. Onun və polis əməkdaşlarının iştirakı ilə həmin zərf möhürlənmiş və imzaları ilə təsdiq edilmişdir. Üzərinə baxış video çəkiliş vasitəsi ilə keçirilmişdir. Sonda təqsirləndirilən şəxs X9 törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində o, Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə ünvan 1 saylı ünvanda xidmətdə olarkən 1 nəfər şəxsin yerişi, davranışı, gözlərinin forması, bədən quruluşu hərəkətləri narkotik vasitə istifadəçisinə bənzədiyindən onlar həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxsə onlarla birlikdə Nərimanov RPİ-nin 17-ci PŞ-nə getməsini təklif etmişlər. Həmin şəxs onlarla razılaşdıqdan sonra birlikdə Nərimanov RPİ-nin 17-ci PŞ-nə getmişdir. Polis Şöbəsində həmin şəxsin şəxsiyyəti yoxlanılarkən onun X9 olması müəyyən edilmişdir. Sonra Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasında, xidməti otaqda onun, Şahid2, Nərimanov RPİ-nin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru-kriminalisti Hamlet Nəsibovun və müdafiəçi X12 iştirakları ilə bütün iştirakçılara hüquq və vəzifələri izah edildikdən sonra X7 təklif edilmişdir ki, üzərində qanunla dövriyyəsi qadağan olunmuş maddə və ya əşya varsa çıxarıb onu stolun üzərinə qoysun. İştirakçıların iştirakı ilə video çəkilişin müşahidəsi altında X4 üzərinə şəxsi axtarış aparılan zaman o, əynində olan göy rəngli cins şalvarın sol cibindən 01 ədəd göy rəngli “West” markalı siqaret qutusunu, 01 ədəd qara rəngli alışqanı, 3 manat pulunu həmin şalvarın sağ cibindən isə 02 ədəd adi kağıza bükülmüş bükümü təqdim etdi və təqdim etdiyi həmin bükümlərdən birinin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olmasını və hər iki bükümün ona məxsus olmasını bildirmişdir. Bundan əlavə X4 üzərində hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. X9 bildirmişdir ki, təqdim etdiyi narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən “Tayqa” marketin yaxınlığından əvvəllər tanıdığı, lakin hər hansı anket məlumatlarını bilmədiyi yalnız adının Natiq olmasını bildiyi şəxsdən 8 manata almışdır. Bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 15-16-cı vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, X9 xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 23-24-cü vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı X5 həmin protokolu tərtib etmişdir ondan ötrü ki, Azərbaycan Respublikası CPM-nin 51, 86 və 246.2.1-ci maddələrinin tələbinə əsasən Nərimanov RPİ-nin 17-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri Şahid1, Şahid2, inspektorkriminalist Hamlet Nəsibovun, müdafiəçi X12 və cinayət törətməkdə şübhəli şəxs X4 iştirakları ilə şübhəli şəxs X4 üzərinə baxış keçirilmişdir. 17-ci PŞ-də X7 üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etməsi təklif olunmuşdur. İştirakçıların iştirakları ilə X4 üzərində şəxsi axtarış aparılmışdır. X4 üzərinə şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sol cibindən 01 ədəd göy rəngli “West” markalı siqaret qutusunu, 01 ədəd qara rəngli alışqanı, 3 manat pulunu həmin şalvarın sağ cibindən isə 02 ədəd adi kağıza bükülmüş bükümü təqdim etdi və təqdim etdiyi həmin bükümlərdən birinin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olmasını və həmin hər iki bükümün ona məxsus olmasını bildirmişdir. Şübhəli şəxs X9 bildirmişdir ki, təqdim etdiyi narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən “Tayqa” marketin yaxınlığından əvvəllər tanıdığı, lakin hər hansı anket məlumatlarını bilmədiyi yalnız adının Natiq olmasını bildiyi şəxsdən 8 manata almışdır. X1 təqdim etdiyi 2 ədəd adi sellofanda içərisində 1 ədəd bərk formalı narkotik vasitəyə bənzər büküm və 1ədəd narkotik vasitəyə bənzər büküm özünün və polis əməkdaşlarının iştirakı ilə qablaşdırılmış, 219 nömrəli möhürlə möhürlənmişdir. Cinayət işinin 37-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/1233 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Marat Sultanovun üzərindən..» və s. yazılar olan DİN-nin “Zərflər üçün №219” möhür əksi olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,171 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Aparılmış tədqiqatın dəyəri 109,9 manat təşkil edir. Cinayət işinin 42-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/1234 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Marat Sultanovun üzərindən..» əl yazıları və DİN-nin “Zərflər üçün №219” möhür əksi olan bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,028 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 109,9 manat təşkil edir. Cinayət işinin 75-77-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, X4 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Kənan Məmmədzadənin xx.xx.2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə təqsirləndirilən şəxs X4 barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, X7 qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 78-ci vərəqində olan “Qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X9 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 81-82-ci vərəqələrində olan “Maddi sübut kimi tanınması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X3 aşkar edilərək götürülmüş təmiz çəkisi 0,171 qram narkotik vasitə heroin və təmiz çəkisi 0,028 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və ekspertizadan sonra qalıq çəkisi 0,121 qram heroin və ekspertizadan sonra qalıq çəkisi 0,008 qram metamfetaminin saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına verilməsi qərara alınmışdır. Cinayət işinin 85-ci vərəqində olan 116 saylı MKİS-i tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, X9 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 90-91-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X2 xx.xx.2020-ci il tarixli, 1875 nömrəli rəyindən görünür ki, müayinə zamanı X6 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 93-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X8 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, X9 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 100-105-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, X4 üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd CD diskin maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunması qərara alınmışdır. Məhkəmə iclasında X4 üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd CD diskə baxış keçirilərkən X4 əynindəki əynindəki cins şalvarın sağ qabaq cibindən 02 ədəd adi kağıza bükülmüş narkotik vasitələrin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X9 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının xx xxxx 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs X4 üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,171 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar X4 cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X9 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs X4 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X4 təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X4 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X7 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar (cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, X4 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı (04-xx xxxx 2020-ci il) 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - X4 üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən X4 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs X7 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 16 iş saatına görə 96 (doxsan altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X4 istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X4 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. X4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin saxlancına verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,121 qram olan heroin və ümumi qalığı 0,008 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - X4 üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 219,80 (iki yüz on doqquz manat səksən qəpik) manat X3 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs X4 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 16 iş saatına görə 96 (doxsan altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar