Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-288/2023 21.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, onun vəkili X5 Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, onun müdafiəçi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022ci il tarixli hökmü ilə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 02 saylı Cəzaçəkmə Müəsissəsində cəza çəkən Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid7 cinayət yolu ilə ələ keçirdiyi 42000,0 manat dəyərində bir ədəd «X11» markalı lazer aparatını Zərərçəkmiş şəxs1, guya özünə məxsus, heç bir problemi olmayan və istismara yararlı əmlakı kimi təqdim edib, ehtiyacı olduğu üçün dəyərindən aşağı qiymətə satmasını bildirib onu özünə inandıraraq 10 oktyabr 2020-ci il tarixdə saat təxminən 12:45 radələrində ünvan 2 ünvanda yerləşən “Zenni Studio” gözəllik slonunda sonuncunun sözləri ilə həmin tibbi avadanlığı atası Şahid2 satıb Zərərçəkmiş şəxs1 məxsus 30.000 manat məbləğində, yəni xeyli miqdarda pulunu ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf edib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid7 cinayət yolu ilə ələ keçirdiyi 9800,0 manat dəyərində bir ədəd “BDEM 3in1” markalı lazer aparatını Zərərçəkmiş şəxs2, guya özünə məxsus, heç bir problemi olmayan, istismara yararlı əmlakı kimi təqdm edib 17 oktyabr 2020-ci il tarixdə saat təxminən 19 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Nərimanov adına parkın yaxınlığında onun sözləri ilə Şahid3 satıb ona məxsus həmin dövrün məzənnəsi ilə 3400 manat təşkil edən 2000 ABŞ dolları pulunu ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf edib Zərərçəkmiş şəxs2 3400 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək istintaqda verdiyi ifadəsini təsdiq etmiş və ifadəsində göstərmişdir ki, tanışı Nəzakətin işlədiyi gözəllik salonuna gəlmiş, sonuncu işlətdiyi obyektini təmir etdirmək istəməsini bildirib bu işdə ona köməklik göstərməsini xahiş etmişdir. Onun təklifinə razılıq vermişdir. Təxminən 3 gündən sonra Nəzakətin obyektinə gəlib ondan obyekti təmir etmək üçün obyektdəki mebelləri və iki ədəd lazer aparatlarını saxlamağa yeri olub- olmadığını soruşmuş, sonuncu həmin əşyaları saxlamağa yeri olmamasını bildirmişdir. Ona Şüvəlan qəsəbəsində yaşadığı ünvanda əşyaları saxlamağa yeri olmasını bildirmiş, obyektdən mebelləri, kondisioneri, bir ədəd «X21» markalı və bir ədəd «BDEM 3in1» markalı lazer aparatlarını, eyni zamanda digər əşyaları götürüb Bilgəh qəsəbəsində kirayədə yaşadığı evinə aparıb yıgmışdır. Təxminən 7-8 gün sonra Nəzakətdən, guya saxlamaq adı ilə götürdüyü lazer aparatlarını satıb pul əldə etmək məqsədi ilə internetdə «X11» markalı lazer aparatınının qiyməti və onun satışı ilə maraqlanan zaman lazer aparatının qiymətinin 45000 manat olduğunu bilmiş, həmçinin internetdə Aqil adlı soyadını bilmədiyi şəxsin mobil telefon nömrəsini götürüb onunla bu barədə danışmışdır. Aqilə özündə bir ədəd «X11» markalı lazer aparatı olmasını və həmin aparatı satmaq istəməsini bildirib istəyən olduğu halda, ona məlumat verməsini xahiş etmiş və ona «X11» markalı lazer aparatını 35000 manata satdığını bildirmişdir. Aqil lazer aparatı istəyən olduğu halda ona bildirəcəyini demişdir. Səhəri gün, yəni 09 oktyabr 2020-ci ildə Şövkət adlı qadın ona məxsus ***-***-**-** mobil telefon nömrəsinə zəng edib onda «X11» markalı lazer aparatı olduğunu bildirib həmin aparatı hansı qiymətə satmasını soruşmuş və lazer aparatını almaq istədiyini bildirmişdir. Telefonda Şövkətə lazer aparatını 45000 manata satdığını bildirmiş, sonuncu lazer aparatını almaq istədiyini, ancaq o, qədər nagd pulu olmadığını, pulu hissə-hissə verəcəyini bildirmişdir.Onun təklifinə razı olmamış, pulu nagd şəkildə verməsini istəmişdir. Şövkət nağd pulu olmadığını ona deyəndən sonra ona lazer aparatını nağd pula satdığını təkrar olaraq bildirmişdir. Sonradan əvvəllər tanımadığı Zabir adlı şəxs 2 nəfər şəxsi onun yanına göndərmiş, həmin 2 nəfər şəxslər lazer aparatı ustaları olduqlarını bildirmişlər. Həmin şəxslər lazer aparatına baxıb aparatın yaxşı vəziyyətdə olduğunu göstərmişlər. Həmin ustaları Zabir adlı şəxs göndərmiş, ona qədər sonuncuları tanımamışdır. Sonra ustalardan Zabirin mobil telefon nömrəsini götürüb onun özü ilə əlaqə saxlamış, sonuncuya nağd 30000 manat pul verdiyi halda lazer aparatını ona sata biləcəyini bildirmiş, Zabir aparatı özünə alacağını bildirib onu heç kimə satmamasını xahiş etmişdir. 09 oktyabr 2020-ci ildə saat 19:30 radələrində Zabir anası Arzu ilə bir yerdə Zabrat qəsəbəsi dairəsinə gəlmiş, onları qarşılamış və birlikdə Bilgəh qəsəbəsi, qocalar evinin yanında kirayədə yaşadığı ünvansız evə getmişlər. Zabir aparata baxıb bir daha aparatı özünə aldığını bildirmiş və ona 500 manat beh olaraq pul vermiş, bundan sonra bir ədəd «X11» markalı lazer aparatını anası Arzu ilə birlikdə götürüb aparan zaman Arzu adlı qadın həmin lazer aparatının yanında əlavə bir ədəd “BDEM 3in1” markalı lazır aparatını da görüb ondan həmin “BDEM 3in1” markalı aparatını satıb-satmadığını soruşmuş, aparatın başqa şəxsə məxsus olmasını bildirmişdir. Axşam vaxtı Zabir 350 manat pulu qeyri-rəsmi nigah münasibətində olduğu X2 adına olan «Kapital Bank» banka məxsus ödəniş kart hesabına ödəmişdir. 10 oktyabr 2020-ci ildə səhər saatlarında Zabirin Nəsimi rayonu ərazisində yerləşən gözəllik salonuna gəlib aparatın puluna görə gəldiyini bildirdikdə Zabir anasının bankdan kreditə pul götürəcəyini, müsbət halda 30000 manata lazer aparatını özünə alacağını, götürə bilmədiyi halda aparatı başqa şəxsə satacağını bildirmiş, lakin Zabirin anasına bank kreditə pul verməmiş və Zabir bank kredit vermədiyi üçün aparatı ala bilmədiyini bildirmişdir. Həmin vaxtı Şövkətin atası Abdulhəmid, Zabirlə əlaqə saxlayıb aparatı almaq istədiyini bildirmiş, Zabirə saat 12-yə qədər pul verilməli olmasını, aparatı satacaqlarını bildirmiş, sonradan Abdulhəmid Zabirə zəng edən vaxtı Zabir demişdir ki, aparatı başqa adam almaq istəyir. Abdulhəmid hazırda işi olmasını bildirdikdə Zabirə birlikdə gedib Abdulhəmidi evindən götürüb gətirmələrini təklif etmiş, bundan sonra Zabirlə bir yerdə sonuncuya məxsus «Chevrolet Cruze» markalı avtomobillə Abşeron rayonu Masazır qəsəbəsinə Abdulhəmidin yanına gedib onu götürərək Zabirə məxsus obyektə gəlmişlər. Yolda «Şamaxinka» adlanan yerdə Abdulhəmid avtomobili saxlatdırıb bankomatdan pul çıxartmış, bundan sonra üçü də birlikdə Zabirin işlədiyi gözəllik salonuna gəlmişlər. Obyektdə Abdulhəmid satılan lazer aparatına baxıb xoşuna gəlməsini və buna görə də aparatı almaq istəməsini, qızı Şövkətin özünün də gəlib aparata baxmaq istəməsini bildirmişdir. Abdulhəmidə demişdir ki, tələsir getməlidir. Abdulhəmid bundan sonra pulu sayıb gözəllik salonunun içərisində olan jurnal masasının üstünə qoymuş, o, pulu götürüb saymış, pulun 30000 manatdan 40 manat çox olmasını görmüş, özündə 40 manat pul olmadığına görə Zabir özündən 40 manat pulu Abdulhəmidə vermiş, sonuncudan 30000 manat pulu götürüb çıxıb getmiş və 30000 manat pulu öz ehtiyaclarına sərf etmişdir. Bundan təxminən 3-4 gün sonra yenidən Zabirə zəng edib pula ehtiyacı olmasını, buna görə də Nəzakətdən götürdüyü “BDEM 3in1” markalı lazer aparatını və digər əşyaları satdığını bildirmiş, həmin günü Bakı Metropolitenini Nərimanov stansiyasının yanında Zabirin anası Arzu ona 2000 ABŞ dolları pul vermiş, Nəzakətdən götürdüyü bir ədəd “BDEM 3in1” markalı lazer aparatını ona satmışdır. Abdulhəmiddən aldığı 30000 manat puldan Zabirə heç bir məbləğdə pul verməmiş, həmin lazer aparatının satılmasında 30000 manat pulu Abdulhəmiddən o, özü almış, Zabirlə razılaşmalarına görə o, 500 manat beh, sonradan 350 manat bank kartına pul köçürən vaxtı ona lazer aparatını ala bilmədiyi halda ona verdiyi 850 manat beh pulunu qaytarmayacağını bildirmişdir. Şahid3 09 oktyabr 2020-ci il tarixdə tanımış, ona qədər Zabiri tanımamışdır. Zabir özü onun mobil telefon nömrəsini kimdənsə alıb ona zəng etmişdir. Zərərçəkmiş şəxs1 və atası Abddulhəmidi yalnız 09 oktyabr 2020-ci il tarixdə tanımış, ona qədər onların heç birini tanımamışdır. Şövkət özü ilk dəfə onun ***- ***-**-** nömrəli mobil telefon nömrəsini tapıb lazer aparatı satan şəxs kimi ona zəng edib onunla danışmış, həmin danışıq vaxtı lazer aparatını ondan alıb pulunu hissə-hissə vermək istəmiş, ancaq o, buna razı olmamış və Şövkətə demişdir ki, lazer aparatını almaq istəyirsə pulu nağd şəkildə verməlidir. Daha sonra isə Şövkətin atası Abdulhəmid özü də ona zəng etmiş, o, onunla da lazer aparatı ilə bağlı danışmışdır. Buna qədər isə onları tanımamışdır. Nəzakətə məxsus gözəllik salonundan əşyaları götürməsindən Zabirin xəbəri olmamış, həmin vaxtı ona təcili pul lazım olduğundan lazer aparatının ona məxsus olmamasına baxmayaraq aparatı satıb pul əldə etmək istəmiş, ona görə də aparatın tez alınması üçün onu 45000 manatdan ucuz satmaq istəmişdir. Bu səbəbdən də aparatı Abdulhəmidə dəyərindən aşağı qiymətə, yəni 30000 manata satıb pul əldə etmişdir. Şövkət və atası Abdulhəmid onun bir neçə şəxsi aldadıb onların pullarını ələ keçirməsini və heç kimə vurduğu maddi ziyanı ödəməməsini bilir, bu səbəbdən də Şövkət və atası Abdulhəmid 30000 manat pulu ona deyil, Zabirə verdiklərini deyərək əslində ona verdikləri pulu Zabirdən almaq istəyirlər. Bakı şəhəri, Səbail Rayon Polis İdarəsində, Abşeron Rayon Polis İdarəsində və Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsində Zərərçəkmiş şəxs1 Əliş qızı, Şahid2 ilə üzləşmə zamanı 30000 manat pulu Abdulhəmiddən məhz özü aldığını onların üzünə demişdir. Pula ehtiyacı olduğu üçün Zabirə və digər şəxslərə yalandan demişdir ki, lazer aparatları və digər əşyalar onun özünə məxsusdur. Zərərçəkmiş şəxs1 və onun atası Şahid2 həmin lazer aparatının satılması ilə bağlı danışıqlar apardığını Şahid3 deməmiş, Zabirin onlarla bu barədə danışmağından və ilk dəfə lazer aparatını Şövkətə satmaq istəməsindən məlumatı və xəbəri olmamışdır. Şövkət və atası Abdulhəmidlə mobil telefonla danışdığı vaxtları o, Zabiri tanımamışdır. Zabiri isə Şövkət və atası Abdulhəmidlə mobil telefonla danışdığı vaxtdan sonra tanımışdır. Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirmişdir ki, lazer aparatını Nəzakətdən götürüb satmış, maddi problemləri olduğu üçün belə bir əməl törətmiş, aparatın qiymətini Aqilə əvvəlcə 50 000 manat demiş, lakin təcili pula ehtiyacı olduğu üçün Zabirə aparatı 30 000 manata satacağı barədə razılığa gəlmiş, 850 manat ona beh verilmiş, əvvəllər Zabiri tanımamışdır. Aparatla bağlı birinci Şövkət ilə danışmışdı. Zabirin aparatın oğurluq olmasında xəbəri olmamış, aparatın onun olmasını və pula ehtiyacı oldugundan satmasını, aparat üçün Şövkətin atası Abdulhəmiddən 30.000 manatı şəxsən götürmüş və həmin puldan Zabirdə bir manat olsun verməmişdir. Zərərçəkmiş Şövkət və atası aparatın onun olmasını bilmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, müəllimə işləsə də sonradan qərara gəlmişdir ki, qazanclı başqla işlə məşğul olsun. Bunun üçün bir müddət «Azbeauty» şirkətinin təşkil etdiyi lazeroloq kurslarına getmiş və lazer ustası kimi işləmək istəmişdir. Həmin ərəfədə şirkətin sahibi Aqil adlı şəxslə münasibətləri olduğu üçün ondan xahiş etmişdir ki, hər-hansı bir ucuz lazer aparatı tapsa ona xəbər etsin. Bundan sonra icarə əsasında işlətmək üçün gözəllik salonu axtarmağa başlamış və Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində «Sabina Beauty» adlı salonu icarəyə götürmək istəmişdir. 2020ci ilin oktyabr ayının əvvəllərində Aqil zəng edərək Şahid3 adlı şəxsin əlində satılıq ucuz lazer aparatı olduğunu və satmaq istədiyini bildirib Zabir adlı şəxsin mobil telefon nömrəsini ona vermiş, əvvəllər Zabir adlı şəxsi tanımamış və onunla heç bir münasibəti olmamışdır.10 oktyabr 2020-ci il tarixdə Zabir adlı şəxsə zəng edib ondan lazer aparatı barədə soruşanda sonuncu onda satəlıq «X11» markalı lazer aparatı olmasını təsdiq etmiş və həmin lazer aparatını 45000 manata satmasını bildirmişdir. Telefonda Zabirdən lazer aparatının onun özünə məxsus olub-olmadığını soruşanda sonuncu lazer aparatının onun özünə məxsus olmasını və pula ehtiyacı olduğu üçün satmasını bildirmiş, həmin günü atası Qəniyev X4 lazer aparatına görə telefonda danışmış, Zabir öz avtomobili ilə onların yaşadığı evə gələrək atasını özünün avtomobili ilə işlətdiyi «Zenni» gözəllik salonuna aparmışdır. Atası orada olarkən Zabir «WhatsApp» proqramı vasitəsi ilə ona satmaq istədiyi lazer aparatının fotoşəkillərini göndərmiş, o, da atası ilə danışıb lazer aparatını bəyəndiyini, almaq üçün etirazının olmadığını demişdir. Həmin gün yəni 10 oktyabr 2020-ci il tarixdə atası Abdulhəmid ona məxsus içərisində 12 ədəd 100 ABŞ dolları olmaqla ümumilikdə 30040 manat məbləğində pulu sayaraq Şahid3 sonuncunun arvadı Vüsalə adlı qadının yanında vermiş, Zabir pulları sayaraq cibinə qoymuşdur. Hətta həmin vaxt atası Zabirdən təkidlə bir daha lazer aparatının onun özünə məxsus olduğunu soruşmuş, sonuncu lazer aparatının onun özünə məxsus olduğunu bildirmişdir. Zabir ona məxsus 30040 manat pulu atası Abdulhəmiddən aldıqdan sonra atasına 40 manat qalıq pul da qaytarmış və atasından cəmi 30000 manat pul almışdır. Zabir atası Abdulhəmiddən qalan 15000 manat pulu 2021-ci ilin fevral ayında tam ödəməsini tələb etmişdir. Atası 30000 manat pulu Zabirə ödədikdən sonra Zabirdən lazer aparatının sənədlərini istəmiş, lakin Zabir sənədləri atasına verməkdən imtina etmiş, 45000 manat pulu tam ödəyib bitirdikdən sonra lazer aparatının sənədlərini onlara təqdim edəcəyini bildirmiş, atası da Zabirə inanıb razılaşmışdır. X17 30000 manat pul versə də lazer aparatını ondan götürməmiş, lazer aparatı Zabirə məxsus gözəllik salonunda qalmışdır. 1-2 gün sonra Zabir dəfələrlə zəng edərək lazer aparatını aparmağını, oğurlanma ehtimalı olmasını demiş, ona görə də 14 oktyabr 2020-ci il tarixdə «Sabina Beauty» gözəllik salonunu icarəyə götürüb Zabirdən aldığı lazer aparatını onun gözəllik salonundan götürüb həmin gözəllik salonunda yerləşdirərək işlətməyə başlamışdır. 06 noyabr 2020-ci il tarixdə özü Aqilə zəng etmiş, sonuncu bir ədəd oğurluq lazer aparatı olmasını bildirib aldığı lazer aparatının şifrə nömrəsi və istehsalı ilinin həmin oğurluq lazer aparatı ilə eynilik təşkil edib etməməsini yoxlamasını bildirmişdir. Müvafiq yoxlama apardıqdan sonra ona məlum olmuşdur ki, həqiqətən Şahid3 tərəfindən ona 30000 manata satılmış, 2013-cü il istehsalı olan «X11» markalı lazer aparatı oğurluq lazer aparatıdır. Dərhal Zabirə zəng edib nəyə görə ona oğurluq lazer aparatı satdığını soruşmuş və DİN-nin 102 xidmətinə zəng edib Şahid3 tərəfindən ona oğurluq lazer aparatının satıldığını bildirmişdir. 06 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin əməkdaşları işlədiyi «Sabina Beauty» gözəllik salonuna gəlib «X11» markalı lazer aparatını protokollaşdırıb özləri ilə aparmışlar. Bu vaxta kimi Şahid3 ona vurduğu 30000 manat puldan heç nə qaytarılmamışdır. Dəfələrlə Zabirdən 30000 manat pulunu tələb edən zaman Zabir hər dəfə ona müxtəlif bəhanələr gətirir və pulunu qaytarmır. Şahid3 cinayət məsuliyyətinə cəlb olunaraq 30000 manat pulunun qaytarılmasında köməklik edilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 suallara cavab olaraq bildirmişdir ki, Cavadla 2-3 dəfə telefon əlaqəsi saxlamış, lakin aparatı ona Zabir satmiş, aparatın qiymətini Zabir 45 000 manat demişdi. Atası aparat üçün 30.000 manatı şəxsən Zabirə vermiş, yerdə qalan 15.000 manatı isə sonra ödəyəcəyini bildirmişdir. Ona görə də pulunu Zabirdən tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Şahid3 oğludur. 2020-ci ilin oktyabr ayının əvvəllərində oğlu Zabir satlıq 2 ədəd lazer aparatının olduğunu deyib həmin aparatları almaqda ona maddi köməklik etməsini xahiş etmiş, oğlu Zabirlə razılaşmış və onunla birlikdə özünü Cavid kimi təqdim edən Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən evinə getmişlər. Cavadın yaşadığı evin həyətinə daxil olanda evin həyətində gözəllik salonuna aid stullar, iki ədəd lazer aparatları və digər müxtəlif əşyalar olduğunu görmüşlər. Cavad həmin aparatların və salona aid digər əşyaların özünə məxsus olduğunu, əvvələr özünün gözəllik salonunun olmasını, indi isə avtomobil ticarəti ilə məşğul olduğunu, ona görə də gözəllik salonuna aid əşyaların hamısını satdığını bildirmişdir. Lazer aparatının qyməti ilə maraqlandıqda Cavad kiçik ölçülü “BDEM 3in1” markalı lazer aparatını 2000 ABŞ dollarına, böyük ölçülü lazer aparatını isə 30000 manata satdığını bildirmiş, oğlu Zabir böyük ölçülü lazer aparatını, özü isə kiçik ölçülü lazer aparatını almaq qərarına gəlmişdir. Cavad aparatı almaq üçün 1000 manat beh istəmiş, Zabir isə üzərində 500 manat və kartında 350 manat pulunun olduğunu bildirmişdir. Zabir onun yanında Cavada 500 manat beh vermiş, həmçinin Cavad həyat yoldaşı Təranənin adına olan kart hesabının nömrəsini Zabirə vermiş, oğlu Zabir həmin kart hesabına 350 manat pul köçürmüşdür. Cavadla 30000 manat dəyərində olan lazer aparatını hissə-hissə və ya tam şəkildə, lakin bir müddətdən sonra verəcəklərini ona bildirmişlər. Cavad da onlarla razılaşmış, behi verdikdən sonra böyük ölçüdə olan lazer aparatını götürüb öz avtomobillərinə yerləşdirib həmin böyük lazer aparatını oğlu Zabir işlətdiyi salona aparıb qoymuşlar. Səhəri günü, yəni 10 oktyabr 2020-ci il tarixdə Cavad, oğlu Zabirə zəng edib Bakı Gömrük İdarəsinin həyətində saxlanılan avtomobillərini müvafiq rüsum ödəyib götürməli olduğunu bildirmiş, ona görə də ona təcili pul lazım olduğu üçün lazer aparatının pulunu ona verməsini tələb etmişdir. Əllərində nağd pul olmadığından onunla razılaşmamışlar. Zabir də Cavada zəng edib 30000 manat pulun olmadığını bildirdikdə, Cavad Zabirdən həmin lazer aparatının başqa bir şəxsə satılmasında ona köməklik etməsini xahiş etmişdir. Ona görə də oğlu Zabir lazer aparatının satışı ilə məşğul olan Aqil adlı şəxslə əlaqə saxlamış, Aqil də ona Zərərçəkmiş şəxs1 lazer aparatını almaq istədiyini bildirmişdir. X15 mobil telefon nömrəsini Şövkətə vermiş, Şövkətlə Zabir danışdıqdan sonra Zabir Şövkətin atası Abdulhəmidlə telefon vasitəsi ilə əlaqə saxlamışdır. Həmin vaxt oğlu Zabirin yanında Cavad da olmuşdur. Abdulhəmid Masazır qəsəbəsində olduğunu bildirdikdə Cavad, Zabirdən xahiş etmişdir ki, Abdulhəmidi gedib birlikdə Masazır qəsəbəsindən götürüb salona gətirsinlər. Onlar birlikdə oğlu Zabirə məxsus avtomobillə Masazır qəsəbəsinə gedib Abdulhəmidi götürüb oğlu Zabirin işlətdiyi salona gətirmişlər. Salonda Abdulhəmid lazer aparatına baxmış və qızı Şövkətlə məsləhətləşdikdən sonra lazer aparatını almaq istədiyini bildirmişdir. Həmin vaxt Abdulhəmid, Zabir, gəlinləri Vüsalə, Gülnarə, salonun işçisi Cavidan, həmçinin salonda olan müştəri İlkinin yanında 30000 manat pulu Cavada vermişdir. Cavad pulu Abdulhəmiddən aldıqdan sonra sayaraq tələsdiyini deyib salondan çıxıb getmişdir. Təxminən bir həftə sonra, yəni 17 oktyabr 2020-ci il tarixdə Cavadda olan “BDEM 3in1” markalı lazer aparatını alması üçün oğlu Zabirə 2000 ABŞ dolları pul vermiş, Zabir də həmin günü saat təxminən 19 radələrində Cavadla Bakı şəhəri, Nərimanov rayon ərazisində yerləşən Nərimanov parkının yaxınlığında görüşüb 2000 ABŞ dollarını verib “BDEM 3in1” markalı lazer aparatını ondan almışdır. Həmin vaxt Cavad da hədiyyə olaraq Zabirə 04 ədəd gözəllik salonu üçün güzgülər, 01 ədəd inzibatçı masası, 01 ədəd manikür stolu, 03 ədəd stul, 03 ədəd kreslo və 03 ədəd kamotu hədiyyə etmişdir. Zabir də “BDEM 3in1” markalı lazer aparatını gətirib ona vermiş, oğlu Zabirə hədiyyə olunan əşyaları isə oğlu Zabir işlətdiyi salona aparmış, sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onlara satdığı “BDEM 3in1” markalı lazer aparatı, hədiyyə etdiyi salona əşyaları, həmçinin oğlu Zabirin vasitəsi ilə Zərərçəkmiş şəxs1 satılmış lazer aparatı Cavada məxsus deyildir, Cavad həmin əşyaları cinayət yolu ilə əldə etmişdir. Bunları bildikdən sonra Təqsirləndirilən şəxs aldıqları əşyaların hamısını sahiblərinə qaytarılması məqsədi ilə istintaqa təhvil vermişlər. Zərərçəkmiş şəxs2 suallara cavab olaraq bildirmişdir ki, onlar həmin aparatların oğurluq olduğunu bilməmişlər, Cavad Zabirə demişdir ki, aparatlar özünündür, satmağa kömək etsin. Oğlu Zabir onların oğurluq olduğunu bilsəydi bu işə əl qoymazdı. Ona 2.000 ABŞ dolları zərər dəymişdir, bilsəydi ki bu mallar oğurluqdu heç vaxt almazdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 qızıdır. Qızı Şövkət qazanclı başqa işlə məşğul olmaq üçün bir müddət lazer kurslarına getmiş və lazer ustası kimi işləmək istəmişdir. Şövkət həmin ərəfədə Aqil adlı soyadını bilmədiyi şəxslə əlaqə saxlayıb hər-hansı bir ucuz lazer aparatı tapsa xəbər verməsini xahiş etmiş, eyni vaxtda Şövkət işlətmək üçün icarə əsasında gözəllik salonu axtarmış və Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində «Sabina Beauty» adlı gözəllik salonunu icarəyə götürmək istəmişdir. 2020-ci ilin oktyabr ayında Aqil adlı soyadını bilmədiyi şəxs qızı Şövkətə, Şahid3 adlı şəxsin əlində satılıq ucuz lazer aparatı olduğunu və satmaq istədiyini bildirib Zabirin mobil telefon nömrəsini vermişdir. 10 oktyabr 2020-ci il tarixdə qızı Zərərçəkmiş şəxs1, Şahid3 adlı şəxsə zəng edib lazer aparatı ilə maraqlandıqda öyrənmişdir ki, Zabir «X21» markalı lazer aparatını 45000 manata satır. Həmin günü evdə olarkən Şahid3 adlı şəxslə danışmış, Zabir öz avtomobili ilə onun yaşadığı evə gəlmiş və onu götürüb özü işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Azərbaycan Tibb Universitetinin yaxınlığında yerləşən «Zenni» adlı gözəllik salonuna aparmışdır. Orada Zabirdən lazer aparatının kimə məxsus olduğunu soruşan zaman Zabir lazer aparatının onun özünə məxsus olmasını və pul lazım olduğu üçün satdığını bildirmişdir. Daha sonra Zabir öz mobil telefonu ilə «WhatsApp» sosial şəbəkə vasitəsi ilə qızı Şövkətə satmaq istədiyi lazer aparatının fotoşəkillərini göndərmiş, qızı Şövkət onunla danışıb həmin lazer aparatını bəyəndiyini, alması üçün etirazı olmadığını demişdir. Həmin gün, yəni 10 oktyabr 2020-ci il tarixdə içərisində 12 ədəd 1000 ABŞ dolları pul əskinasları da olmaqla, ümumilikdə 30040 manat məbləğində pulu sayıb Zabirə onun arvadı Vüsalə adlı qadının yanında vermiş, Zabir pulları sayaraq cibinə qoymuş, hətta 40 manat məbləğində qalıq pul da ona qaytarmışdır. Aralarında olan razılaşmaya əsasən qalan 15000 manat pulu 2021-ci ilin yanvar ayı ərzində, yəni 2021-ci ilin fevral ayına kimi tam ödəməli idilər. 30000 manat pulu Zabirə ödədikdən sonra Şahid3 lazer aparatının sənədlərini istəsə də o, sənədləri verməkdən imtina edib 45000 manat pulu tam ödəyib bitirdikdən sonra lazer aparatınının sənədlərini təqdim edəcəyini bildirmişdir. 30000 manat pulu Zabirə ödədikdən sonra Zabir onun yanında Aqilə zəng edib 30000 manat pulu ondan almasını, qalan 15000 manat pulu yaxın vaxtlarda ödəyəcəklərinə vəd vermələrini bildirmiş, 1-2 gün sonra, yəni 11-12 oktyabr 2020-ci il tarixlərində Şahid3 dəfələrlə qızı Şövkətə zəng edərək lazer aparatını aparmasını, oğurlanma ehtimalınının olmasını demiş, ona görə də 14 oktyabr 2020-ci il tarixdə qızı Şövkət «Sabina Beauty» adlı gözəllik salonunu icarəyə götürmüş və Zabirdən aldığı lazer aparatını aparıb həmin gözəllik salonunda yerləşdirərək işlətməyə başlamışdır. 06 noyabr 2020-ci il tarixdə qızı Şövkət zəng edərək Şahid3 tərəfindən ona satılmış lazer aparatının oğurluq olmasını bildirmiş, bundan sonra qızı Şövkət onunla məsləhətləşdikdən sonra DİN-nin 102 xidmətinə zəng edib Şahid3 tərəfindən ona dələduzluq yolu ilə lazer aparatı satıldığını bildirmiş, həmin tarixdə polis əməkdaşları qızı Şövkətin işlədiyi gözəllik salonuna gələrək protokollaşdırdıqdan sonra həmin lazer aparatını aparmışlar. Özü Zabirin avtomobilində Zabirdən soruşmuşdur ki, lazer aparatı birdən yanındakı şəxsin olar. Həmin vaxtı Zabirin yanında olan şəxsin adını bilməmiş, Zabir yanındakı şəxsin onun tanışı olmasını, xarici ölkələrdən avtomobil gətirib Bakı şəhərində satışı ilə məşğul olmasını bildirmişdir. Sonradan Zabirin yanında olmuş şəxsin Cavad adlı şəxs olmasını bilmişdir. Ona qədər Cavadı tanımamışdır. Ümumiyyətlə Cavadı tanımamış, onunla lazer aparatı barədə heç vaxt danışmamış, lazer aparatını Zabir onlara satmış və 30000 manat pulu da Zabir ondan almışdır. Şahid2 oglu suallara cavab olaraq bildirmişdir ki, hadisədən 3-4 gün əvvəl ona və qızına Cavid və ya Cavidan (adını dəqiq xatırlamır) adlı oğlan lazer aparatı ilə bağlı zəng etmişdir. Sonra onunla əlaqələri kəsilmişdir. O aparata görə pulu şəxsən Zabirə vermiş, aparatı onlara Zabir satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, müxtəlif markalı lazer aparatlarının xarici ölkələrdən Bakı şəhərinə gətirib satışı ilə məşğul olur, eyni zamanda Bakı şəhərində ucuz qiymətə də lazer aparatlarının alışı-satışı ilə məşğul olur. Həmçinin Bakı şəhərində obyekt icarəyə götürüb kişi gözəlik salonu kimi fəaliyyət göstərir. ünvan 3 ünvanda yerləşən 28 kv sahəsi olan obyekt atası Şahid8 adınadır. 2020-ci ilin avqust ayından həmin obyekti «Z Studio» gözəlik salonunu kimi işlədir. Həmin salonda bir nəfər Cavidan adlı şəxs bərbər kimi, o, özü də lazeroloq kimi fəaliyyət göstərirlər. 2020-ci ilin oktyabr ayının əvvəllərində təxminən saat 16 radələrində gözəllik salonunda olan zaman əvvəllər tanımadığı, təxminən 31-32 yaşlarında bir nəfər şəxs yaxınlaşıb adının Tural olduğunu deyərək bildirmişdir ki, Kənan adlı şəxsdə bir ədəd «X21» markalı lazer aparatı var, satır, həmin lazer aparatının satılmasına köməklik etsin. Tural adlı şəxsə demişdir ki, lazer aparatına baxandan sonra fikrini bildirər, lazer aparatının satılmasına köməklik edər. Sonra Tural ona Kənana məxsus ***-***-**-** saylı mobil telefon nömrəsini vermiş, o, da Kənana zəng edib onunla bu barədə danışmışdır. Kənan telefonda lazer aparatının qohunu Cavadda olmasını, Cavad özünün ona zəng edəcəyini bildirmişdir. Bir qədər sonra Cavad zəng edib lazer aparatının onun kirayədə yaşadığı Maştağa qəsəbəsində olmasını, nə vaxt istəsə gəlib baxa biləcəyini bildirmişdir. Sonra isə Cavad ondan bu gün mütləq gəlib aparata baxmasını tələb etmiş, həmin günü anası Zərərçəkmiş şəxs2 ilə birlikdə ona məxsus avtomobillə Cavadın dediyi Maştağa qəsəbəsinə Cavadın yaşadığı evə getmişlər. Cavad onları qarşılamış və aparatı göstərərək aparatın özünə məxsus olmasını, pul lazım olduğu üçün 30000 manata satdığını bildirmişdir. Lazer aparatı təzə, işlək vəziyyətdə və Amerika istehsalı olmuşdur. Cavada inanıb ona 500 manat pul beh vermiş, bundan sonra Cavadla ikisi aparatı onun avtomobilinə yükləmişlər. Cavadın arvadı Təranənin adına olan «Kapital Bank»məxsus kart hesabına, özünə məxsus «Kapital Bank» Bankı hesabından 350 manat pulu köçürmüş və aparatı aparıb özünə məxsus «Z Studio» gözəllik salonuna qoymuşdur. Sonra «Akses Banka» ona kredit verilməsi üçün müraciət etmiş, lakin bankdan ona adına kredit olduğu üçün ona əlavə kredit verilməsinin mümkün olmaması bildirilmişdir. Bu barədə Cavada bildirmiş və gəlib aparatı aparmasını xahiş etmişdir. Cavad onun iş yerinə gəlmiş və aparatının satılmasında ona köməklik etməsini xahiş etmişdir. Uzun müddət tanıdığı «Azbuety» şirkətinin satış təmsilçisi Şahid9 zəng edib bir ədəd lazer aparatının olduğunu və satılmasında köməklik edilməsini xahiş etmiş və ona aparatın 30000 manata satılmasını bilşdirmişdir. Aqil 30000 manatın aşağı olmasını bildirmiş və əlavə pul qoyub 45000 manata satmalarını təklif etmişdir. Bunlardan Cavadın xəbəri olmamış, Aqil Şövkət adında qadın olmasını və onun aparat almaq istəməsini bildirmiş, bir qədər sonra Şövkət ona zəng edib aparat almaq istəməsini, aparatı almağı ona Aqil bildirməsini göstərmişdir. Şövkətə aparatın 45000 manata satılmasını bildirmiş, Şövkətlə bu söhbətləri 10 oktyabr 2020-ci il tarixdə baş vermişdir.Bir qədər sonra Şövkətin atası ilə əlaqə saxlamış, sonuncu Abşeron rayonu, Masazır qəsəbəsində olmasını bildirmişdir. Həmin vaxtı Cavad da onun yanında olmuş, sonuncu Şövkətin atasını aparata baxması üçün birlikdə götürüb gəlmələrini təklif etmiş, bundan sonra Cavadla ona məxsus qara rəngli «Chevrolet Cruze» markalı **-KY-*** dövlət qeydiyyatlı avtomobillə Masazır qəsəbəsinə gedib Şövkətin atası Abdulhəmidi götürüb ona məxsus gözəllik salonuna gəlmişlər. Salonda Abdulhəmid aparata baxıb aparatın kimə məxsus olmasını soruşmuş, Cavad aparatın ona məxsus olmasın bildirmişdir. Onun yanında Abdulhəmid 30000 manat pulu sayıb Cavada vermiş, sonuncu 30000 manat pulu alıb saymamış və cibinə qoyub çıxıb getmişdir. Cavad çıxanda ona yaxınlaşıb aparatın satılmasına köməklik etməsini bildiribi verdiyi 850 manat pulu qaytarmasını tələb etmişdir. Cavad isə tələsdiyini, işlərini görüb, 1-2 saata gələcəyini bildirimiş və çıxıb getmişdir. Lakin Cavad həmin günü gəlib çıxmamış və verdiyi 850 manat beh pulu Cavad qaytarmamışdır. Abdulhəmid aparatı həmin günü aparmamış, təxminən 2 gündən sonra Şövkətin adını bilmədiyi tanışı gəlib aparatı Şövkətin gözəllik salonuna aparmışdır. Təxminən 15 gündən sonra Şövkət zəng edb aparatın oğurluq olduğu halda ona pul verib, onu tanımasını və aparatı heç kimə verməyəcəyini bildirmişdir. Bundan 2-3 gün sonra işlədiyi gözəllik salonuna Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin əməkdaşları gəlib aparatı satdığı şəxsin adını deməsini tələb etmiş, polis əməkdaşları ilə birlikdə gedib Şövkətin işlədiyi gözəllik salonunu polis əməkdaşlarına göstərmişdir. Bir neçə saatdan sonra Şövkət zəng edib onu aldadıb lazer aparatı satmasını, aparatın polis əməkdaşaları tərəfindən aparıldığın bildirib ona iradını bildirmiş, bundan bir neçə gün sonra Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin əməkdaşları onu polis idarəsinə dəvət etmiş, sonradan isə Abşeron Rayon Polis İdarəsindən çağırılmış, Şövkətin ondan şikayət etməsini bilmişdir. 17 oktyabr 2020-ci il tarixdə saat təxminən 19 radələrində Cavad zəng edib Bakı metrosunun Nərimanov stansiyasının yanına gəlməsini, “BDEM 3in1” markalı lazer aparatınını anası Arzuya satmaq üçün gətirirdiyini bildirib 2000 ABŞ dolları pul gətirməsini tələb etmiş, anası Zərərçəkmiş şəxs2 anasına məxsus 2000 ABŞ dolları pulu götürüb Cavadla Nərimanovda yerləşən Nərimanov parkının yaxınlığında görüşüb Cavada 2000 ABŞ dolları pulu verib ondan bir ədəd “BDEM 3in1” markalı lazer aparatı alıb aparıb anasına təhvil vermişdir. Bir müddətdən sonra Səbail Rayon Polis İdarəsinin əməkdaşları ona zəng edib Cavaddan bir ədəd “BDEM 3in1” markalı lazer aparatı almasını bildirib aparatı təhvil verməsini tələb etmişlər. Sonradan protokolla lazer aparatını istintaqa təqdim etmişlər. Abdulhəmiddən 30000 manat pul almamış, pulu Abdulhəmid onun yanında Cavada vermiş, Cavad isə ona heç bir məbləğdə pul verməmişdir. Abdulhəmid pulu Cavaddan ala bilməyəcəyinə, lazer aparatının yerini polislərə dediyinə və aparatın satılmasına köməklik göstərdiyinə görə Şövkət ondan şikayət edir və yalandan pulu ona verdiklərini bidirirlər.Təqsirləndirilən şəxs qeyd edilən lazer aparatlarını və Nəzakətə məxsus digər əşyaları cinayət yolu ilə ələ keçirməsini o və anası Arzu bilməmişlər. Əgər lazer aparatlarının Təqsirləndirilən şəxs tərəfindən cinayət yolu ilə əldə edildiyini bilsəydi heç vaxt Cavadla lazer aparatının satılması proseslərində iştirak etməzdi və Cavada anası Arzuya məxsus 2000 ABŞ dolları pul verib ondan “BDEM 3in1” markalı lazer aparatı almazdı. Lazer aparatlarını Cavad kirayədə yaşadığı evdə onlara göstərən zaman aparatların onun özünə məxsus olduğunu və gözəllik salonu işlətdiyini bildirdiyindən ona inanmışlar. Cavadı yalnız 09 oktyabr 2020-ci ildə tanımış, bu vaxta kimi Cavadı tanımamışdır. Dəfələrlə Cavada zəng edib ondan pulunu qaytarmasını istəmiş, hər dəfə Cavad onu müxtəlif yerlərə çağırmış, lakin onunla görüşməmiş, müxtəlif bəhanələrlə 850 manat məbləğində beh kimi verdiyi pulunu verməmiş, onu hər dəfə aldatmışdır. Cavad bu vaxta kimi onun və anasının pulunu qaytarmamışdır. Şahid3 suallara cavab olaraq bildirmişdir ki, Cavad ona zəng edib lazer aparatının satmağa kömək etməsini, ona aparatı 30000 manat satmasını bildirmişdir. Şövkətgilə lazer aparatının satılmasında vasitəçilik etməkdə məqsəd onu aldatmaq deyil, sadəcə qazanc əldə etmək olmuşdur. Belə ki, Cavad həmin lazer aparatını 30000 manat satmasını bildirsə də, Şövkətgilə aparatın 45000 manata satıldığını demişdir. Cavad 30000 manatı alıb getdikdən sonra qalan 15000 manat pulu alıb əvvəlcədən razılaşdıqları kimi Şahid9la öz aralarında bölüşdürəcəkdilər. Təqsirləndirilən şəxs törətdiyi dələduzluq cinayətlərinə görə barəsində 8 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edildiyindən Zərərçəkmiş şəxs1 Cavaddan pulunu ala bilməyəcəyini bilib onu şərləyərək guya lazer aparatına görə 30000 manat pulu ona verməsini bildirməklə, pulunu ondan tələb edir. O müstəntiqin diqtəsi ilə öz xətti ilə yazdığı və oxumadığı iltizam yazaraq imzalamışdır ki, Şövkətə məxsus 30000 manat pulu 30 aprel 2021-ci il tarixədək ödəyəcəkdir. Həmin iltizamı qorxusundan yazmışdır, müstəntiq ona iltizamı yazmayacağı təqdirdə tutacağı, həbs edəcəyi ilə hədə qorxu gəlmişdir, buna görə də belə bir iltizam yazmışdır. Həmçinin Şahid3 suallara cavab olaraq bildirdi ki, lazer aparatı ilə bağlı ona qədər Şövkət özü bir neçə dəfə Cavadla telefonla danışmış və həmin aparatın Cavada məxsus olmasını bilmişdir. Hətta Cavadın ona lazer aparatının qiymətinin 35000 manat olmasını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 və atası Abdulhəmidi bir neçə il olar ki, tanıyır. 2020-ci ilin oktyabr ayının ortalarında Şövkət zəng edib bir nəfər Zabir adlı şəxsin mobil telefon nömrəsini göndərərək həmin şəxsə pul verib lazer aparatı aldığını, aparatı ondan götürməsini xahiş etmişdir. Bundan sonra Zabir adlı şəxsin mobil telefon nömrəsinə zəng etmiş, onun Bakı şəhəri, Nəsimi rayonu, 1 saylı şəhər kliniki xəstəxanası ilə üzbəüz gözəllik salonunda olduğunu və lazer aparatının həmin salonda olduğunu bildirmişdir. Həmin salona gedib Zabir adlı şəxslə görüşərək aparatı götürüb aparmaq istəyən zaman onun ağır olmasına görə yük avtomobili çağırıb həmin avtomobillə lazer aparatını Şövkətin gözəllik salonuna çatdırmaq barədə razılığa gəlmişlər. Sonradan yük avtomobili gəlmiş və lazer aparatını yük avtomobilinə yükləyib Şövkətin Nərimanov rayonu ərazisində işlətdiyi gözəllik salonuna aparıb sonuncunun qardaşının arvadına təhvil vermişdir.O aparata görə pulun verilib alınmasında iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, 2008-ci ildə Şahid3 ilə ailə quraraq rəsmi nigaha daxil olmuşlar. Birgə nigahdan 2 azyaşlı övladları var. Özünün lazer araratı xidməti göstərilən obyekti var və orada xidmət göstərir. Əri Zabirin özünün Nəsimi rayon ərazisində kişilərə xidmət göstərən gözəllik salonu vardır. Zabir həmdə xaricdən lazer aparatlarının ölkəyə gətirilərək satışı ilə də məşğul olur. Eyni zamanda Zabir Bakı şəhərində də lazer aparatlarının alışı-satışı ilə məşğul olur. 2020-ci ilin oktyabr ayının əvvəllərində bacısı Şahid6 ilə bir yerdə Zabirin işlətdiyi gözəllik salonuna getmişlər. Həmin vaxt orada bərbər Cavidan, bir nəfər adını bilmədiyi müştəri və Zabir olmuşlar. Bu vaxt görmüşdür ki, 3 il bundan qabaq tələbə kimi tanıdığı Şövkət adlı qadının sonradan adını bilidyi atası Abdulhəmid, əri Zabir və həmin vaxt adını bildiyi Cavadla gözəllik salonuna gəlmişlər. Cavad Zabirə satmaq istədiyi lazer aparatını Şövkətə 30.000 manata satmış, Şövkətin atası Abdulhəmid həmin vaxt cibindən 30.000 manat pulu çıxardıb sayaraq Cavada vermiş, Cavad pulu Abdulhəmiddən alıb sayaraq 30000 manat olduğunu təsdiq edərək cibinə qoyub tələsdiyini deyərək gözəllik salonundan çıxıb getmiş, əri Zabirdən Cavada verdiyi 850 manat behin ondan almasıın tələb etmiş, Zabir Cavadın tələsdiyini, sonradan 850 manat pulu Cavaddan alacağını bildirmişdir. Həmin vaxt Abdulhəmid gözəlik salonunda bərbər işləyən Cavidana saçlarını da kəsdirmişdir. Bundan bir neçə gün sonra məlum olmuşdur ki, lazer aparatının əsl sahibi Məmmədova Lalədir və Lalə aparatını axtarır. Həmin vaxt bilmişdir ki, Lalə də aparatı Nəzakət adlı qadına icarəyə vermiş, Cavad isə Nəzakətin icarəyə götürdüyü gözəlik salonunu təmir etdirmək adı ilə aldadıb aparatı salondan götürüb yaşadığı evə aparmış, daha sonra isə Zabirdən 850 manat beh pul alıb ona satmışdır. Abdulhəmid onun yanında 30000 manat pulu sayıb Cavada vermiş, Cavad pulu götürüb çıxıb getmiş, verdiyi 30000 manat puldan Zabirə heç bir məbləğdə pul verməmişdir. Şahid5 suallara cavab olaraq bildirmişdir ki,o Şövkəti əvvəldən tələbə kimi tanımışdır. Onlar salonda olan zaman Zabir, Cavad və Abdulhəmid kişi salona gəlmişlər. Abdulhəmidlazer aparatına görə 30.000 manat pulu pulu şəxsəm sayıb Cavada vermiş, pula Zabir əlini belə vurmamışdır. Cavad pulu götürüb çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, 2011-ci ildə X8 ilə ailə quraraq rəsmi nigaha daxil olmuşlar. 2020-ci ilin oktyabr ayının əvvəllərində bacısı Şahid5 ilə bir yerdə Zabirin işlətdiyi gözəllik salonuna getmişlər. Həmin vaxt orada bərbər Cavidan, bir nəfər adını bilmədiyi müştəri və Zabir olmuşdur. Bu vaxt görmüşdür ki, bacısı Vüsalənin 3 il qabaq tələbə kimi tanıdığı Şövkət adlı qadının sonradan adını bilidyi atası Abdulhəmid, bacısının əri Zabir və Zabirin tanıdığı Cavad gözəllik salonuna gəlmişlər. Orada bilmişdir ki, Cavad 850 manat beh aldığı və Zabirə satmaq istədiyi lazer aparatını Şövkətə 30000 manata satır və Şövkətin atası Abdulhəmid həmin vaxt cibindən 30000 manat pulu çıxardıb sayaraq Cavada vermişdir. Cavad pulu Abdulhəmiddən alıb sayaraq 30000 manat olduğunu təsdiq edərək cibinə qoyub tələsdiyini deyərək gözəllik salonundan çıxıb gedən vaxtı bacısı Vüsalə əri Zabirə demişdir ki, nə üçün Cavada verdiyi 850 manat pulu ondan almır. Zabir demişdir ki, Cavad tələsir getsin, sonra 850 manat beh kimi verdiyi pulu Cavaddan alacaq. Həmin vaxt Abdulhəmid gözəlik salonunda bərbər işləyən Cavidana saçlarını da kəsdirmişdir. Bundan bir neçə gün sonra məlum olmuşdur ki, lazer aparatının əsl sahibi Məmmədova Lalədir və Lalə aparatını axtarır. Həmin vaxt məlum olmuşdur ki, Lalə də aparatı Nəzakət adlı qadına icarəyə vermiş, Cavad isə Nəzakətin icarəyə götürdüyü gözəlik salonunu təmir etdirmək adı ilə aldadıb aparatı salondan götürüb yaşadığı evə aparmış, daha sonra isə Zabirdən 850 manat beh pul alıb ona satmışdır. Şahid6 suallara cavab olaraq bildirmişdir ki, Abdulhəmid onun yanında 30000 manat pulu sayıb Cavada vermiş, Cavad pulu götürüb çıxıb getmiş, Cavad 30000 manat puldan Zabirə heç bir məbləğdə pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Mirağa qızı ifadəsində bildirmişdir ki, 2020-ci ilin mart ayının ortalarından ünvan 4 ünvanında yerləşən obyekti icarəyə götürüb «Naz Beauty» adlı gözəllik salonu kimi işlətməyə başlamışdır. 06 avqust 2020-ci il tarixdə X10 məxsus bir ədəd 65000 manat dəyərində «X11» markalı lazer aparatını hər ay üçün 2000 manat ödəməklə icarə müqaviləsi əsasında almışdır. Buna görədə ilk dəfə aldığı «BDEM 3 in 1 laser» markalı lazer aparatına ehtiyac olmadığı üçün satmaq qərarına gəlmişdir. Bu məqsədlə bir neçə gözəllik salonlarına zəng edərək onlara həmin lazer aparatını təklif etməyə başlamış, 2020-ci ilin sentyabr ayı ərzində salon işlədən şəxs kimi Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib onunla danışmış və ona satış üçün «BDEM 3 in 1 DİOD laser» markalı lazer aparatının olduğunu bildirmişdir. Cavad əvvəlcə onunla kobud danışmış və salon işlətmədiyini demiş, sonradan Cavad özü ona zəng etmiş, ondan işlətdiyi salonunun ünvanını soruşaraq salona gəlib özünü Cavid adı ilə təqdim etmişdir. Cavad özünü salon sahibi kimi təqdim edib «BDEM 3 in 1 laser» markalı lazer aparatına baxmaq istədiyini demişdir. 01 oktyabr 2020-ci ildə Cavad salona gəldikdə salonun tavanından su damdığını görüb salonu təmir etdirməkdə köməlik etməyi təklif etmişdir. Bir dəfə kömək etdiyinə və tanışı Günay İsayevanın ona məxsus salonda təmir işləri aparacaqlarına görə Cavada etibarı yarandığından onunla razılaşmışdır. Bu məqsədlə 01 oktyabr 2020-ci ildə Cavad «166» yük daşıma şirkətinə zəng edib salonda olan ona məxsus bütün malları, o, cümlədən də Lalə Məmmədovaya məxsus «X11» markalı lazer aparatını yük avtomobilinə yüklətdirib arvadı Təranə adlı qadının Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən evinə boşaldacağını bildirərək salonu tamamilə boşaltmışdır. Cavad iki ay ərzində gözəllik salonunda köklü dəyişiklər edib salondan apardığı malları geri gaytaracağını demişdir. 2020-ci ilin oktyabr ayının ortalarında Lalə Məmmədova onunla əlaqə saxlayaraq özünə məxsus «X12» markalı lazer aparatını ondan istəmiş və aparatı onun öz ofisində saxlamağı təklif etmişdir. Lalə razılaşmış və Cavada zəng edərək nə üçün salonda təmir işlərinin başlatmamasını ondan soruşmuş, həmçinin təmir başlamasa həm onun özünün əşyalarını, həm də Laləyə məxsus «X18» markalı lazer aparatını geri qaytarmasını tələb etmişdir. Cavad bir neçə gün ona və Laləyə müxtəlif vədlər verib onları aldatmışdır. 22 oktyabr 2020-ci ildə Cavad onları arvadı Təranə adlı qadının yaşadığı Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki evinə dəvət etmişdir. Təranə adlı qadın da Kənan adlı şəxs kimi onu guya Cavadın həqiqətən salonunun təmiri ilə maraqlandığına və malların onun evində olduğuna inandırmağa çalışmışdır. Lalə Məmmədova ilə birlikdə Şüvəlan qəsəbəsinə gedib malların orada olmadığını görmüşlər. Bundan sonra Cavadla əlaqə saxladıqda Cavad onları Badamdar qəsəbəsinə çağırmış, onlar Badamdar qəsəbəsinə gəlsələr də Cavad Badamdar qəsəbəsinə gəlib çıxmadıgı üçün ertəsi gün, yəni 23 oktyabr 2020-ci ildə Bakı şəhər Baş Polis İdarəsinə şikayət etmişdir. Bu ərəfədə öz əşyalarını və Lalə Məmmədovaya məxsus «Gandella MGL» markalı lazer aparatını axtarmağa davam etmiş, Cavad isə telefon zənglərinə cavab verməmişdir. Lazer aparatını axtaran zaman sosial şəbəkələrdə «AzBeauty» şirkəti ilə rastlaşmış, həmin şirkətin sahibi Aqil adlı şəxslə əlaqə saxladıqda öyrənmişdir ki, Lalə Məmmədovaya məxus «X18» markalı lazer aparatını Aqilə, Zabir adlı şəxs satmağa təklif etmişdir. Xatırlamadığı tarixdə Cavad onun işlətdiyi salonda olan zaman telefonla Zabir adlı şəxslə danışmış, Cavaddan Zabirin kim olduğunu soruşduqda sonuncu Zabirin onun dostu və lazer ustası olduğunu, salon işlətdiyini bildirmişdir. Sonra Zabirin «X11» markalı lazer aparatını Zərərçəkmiş şəxs1 adlı qadına 30000 manata satdığını öyrənmişdir. Daha sonra Zabirin mobil telefon nömrəsini tapıb 05 noyabr 2020-ci ildə onunla əlaqə saxlamışdır. Telefonda danışanda Zabirə «X13» markalı və “BDEM 3in1” markalı lazer aparatını Cavid adlı şəxsin aldadaraq ələ keçirdiyini, həmin aparatlardan xəbəri olub-olmadığını soruşmuş, Zabir isə Cavadın «X13» markalı lazer aparatını ona satmaq istədiyini və 850 manat pul beh aldığını, amma “BDEM 3in1” markalı lazer aparatından xəbərinin olmadığını bildirmişdir. Sonra isə eşitmişdir ki, Laləyə məxus lazer aparatı Zabirin vasitəsi ilə Şövkətə satılmış, Şövkət də həmin aparatın cinayət yolu ilə əldə olunduğunu bildikdən sonra onu dərhal Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil vermiş və polislər də həmin lazer aparatını Lalə Məmmədovaya qaytarmışdır. Sonradan ona məxsus lazer aparatıın da Zabirin evində olması müəyyən olunmuş və özünə məxsus “BDEM 3in1” markalı aparatını Səbail Rayon Polis İdarəsinin əməkdaşı ilə Zabirin evindən gedib götürmüşdür. Lalə Məmmədova ilə aralarında olan müqaviləyə və şifahi razılaşmaya əsasən həmin aparat onda olduğu müddət ərzində aparata cavabdeh şəxs birbaşa özü olmuş, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ələ keçirərək ona vurduğu maddi ziyanı bu vaxta kimi ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 qızı doğma qızıdır. 2016-2017-ci illərdə qızı Şövkət qazanclı başqa işlə məşğul olmaq üçün bir müddət Şahid3 arvadı Vüsalənin işlədiyi lazer kurslarına getmiş və lazer ustası kimi işləmək istəmişdir. Həmin ərəfədə qızı Şövkət «Aqil» adlı şəxslə əlaqə saxlayıb xahiş etmişdir ki, hər-hansı bir ucuz lazer aparatı tapsa xəbər etsin ki, alıb işlətmək istəyir. Eyni vaxtda Şövkət işlətmək üçün icarə əsasında gözəllik salonu axtarmış və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində «Sabina Beauty» adlı salonu icarəyə götürmək istəmişdir.2020-ci ilin oktyabr ayında «Aqil» adlı şəxs qızı Şövkətə Şahid3 adlı şəxsin əlində satlıq ucuz lazer aparatı olduğunu və satmaq istədiyini bildirib Zabirin mobil telefon nömrəsini vermişdir. 10 oktyabr 2020-ci il tarixdə qızı Zərərçəkmiş şəxs1, Şahid3 adlı şəxsə zəng edib lazer aparatı ilə maraqlandıqda öyrənmişdir ki, Zabir «X21» markalı lazer aparatını 45000 manata satır. Həmin günü evdə olarkən əri Abdulhəmid, Şahid3 adlı şəxslə danışmış, ona demişdir ki, lazer aparatını almaq istəyir. Sonra Zabir öz avtomobili ilə onların yaşadıqları evə gəlib əri Abdulhəmidi götürüb özü işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Azərbaycan Tibb Universitetinin yaxınlığında yerləşən «Zenni» adlı gözəllik salonuna aparmışdır. Orada əri Abdulhəmid, Zabirdən lazer aparatının kimə məxsus olduğunu soruşan zaman Zabir demişdir ki, lazer aparatı onun özünə məxsusdur, pul lazım olduğu üçün satır. Daha sonra Zabir öz mobil telefonu ilə «WhatsApp» sosial şəbəkə vasitəsi ilə qızı Şövkətə satmaq istədiyi lazer aparatının fotoşəkillərini göndərmiş, qızı Şövkət onunla danışıb həmin lazer aparatını bəyəndiyini, alması üçün etirazı olmadığını demişdir. Həmin gün yəni 10 oktyabr 2020-ci il tarixdə içərisində 12 ədəd 1000 ABŞ dolları pul əskinasları da olmaqla, ümumilikdə 30040 manat məbləğində pulu əri Abdulhəmid sayıb Zabirə onun arvadı Vüsalə adlı qadının yanında vermiş və Zabir pulları sayaraq cibinə qoymuşdur. Aralarında olan şifahi razılaşmaya əsasən qalan 15000 manat pulu 2021-ci ilin yanvar ayı ərzində, yəni 2021-ci ilin fevral ayına kimi tam ödəyib bitirəcəkdilər. 06 noyabr 2020-ci il tarixdə qızı Şövkət zəng edərək Şahid3 tərəfindən ona satılmış lazer aparatının oğurluq olmasını demiş, ona görə də onunla məsləhətləşdikdən sonra qızı Şövkət DİN-nin 102 xidmətinə zəng edib Zabir Bayramov tərəfindən ona dələduzluq yolu ilə lazer aparatı satıldığını bildirmiş, həmin tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları qızı Şövkətin işlədiyi gözəllik salonuna gələrək protokollaşdırdıqdan sonra həmin lazer aparatını aparmışlar. Həmçinin əri Abdulhəmid özü Zabirin avtomobilində Zabirdən soruşmuşdur ki, lazer aparatı birdən yanındakı şəxsin olar. Həmin vaxtı əri Abdulhəmid Zabirin yanında olan şəxsin adını bilməmiş, Zabir demişdir ki, yanındakı şəxs tanışıdır, xarici ölkələrdən avtomobil gətirib Bakı şəhərində satışı ilə məşğul olur. Sonradan bilmişlər ki, Zabirin yanında olmuş şəxs Cavad adlı şəxs olmuşdur. Ona qədər Cavadı tanımamışlar. Ümumiyyətlə Cavadı tanımamışlar, onunla lazer aparatı barədə heç vaxt danışmamışlar. Lazer aparatını Zabir onlara satıb və 30000 manat pulu da Zabir əri Abdulhəmiddən almışdır. 06 noyabr 2020-ci il tarixdə səhər saatlarında qızı Şövkət, Zabirə zəng edib ona demişdir ki, nə üçün cinayət yolu ilə ələ keçirilmiş lazer aparatını ona satmışdır. Zabir telefonda demişdir ki, lazer aparatını o, onlara satıb, 30000 manat pulu da o, əri Abdulhəmiddən alıb və 30000 manat pulu qaytaracaqdır. Telefonu qızından alıb Zabirə demişdir ki, onlara cinayət yolu ilə ələ keçirilmiş lazer aparatı lazım deyil, onların 30000 manat pulunu qaytarsın. Zabir özü də telefonda demişdir ki, narahat olmasınlar, 30000 manat pulu onlardan alıb aparatı satıb, onların 30000 manat pulunu yaxın günlərdə qaytaracaqdır. Məhkəmə iclasında şahid qismində Şahid8 ifadəsində bildirmişdir ki, Şahid3 böyük oğludur. Zabir təxminən 4-5 il olar ki, lazeroloq kursunu bitirərək lazeroloq kimi işləyir. Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən təxminən 29 kv metr sahəsi olan obyekt ona məxsusdur. 2020-ci ildə oğlu Zabir həmin obyektdə lazeroloq fəaliyyəti ilə məşğul olmuş, yanında Cavidan adlı şəxs bərbər işləmişdir. 2020-ci ilin təxminən sentyabr-oktyabr aylarında Cavad adlı şəxsin tanışı olan Tural adlı şəxs oğlu Zabirin instaqram sosial şəbəkəsində olan hesabından mobil telefon nömrəsini götürüb zəng edərək daha sonra Zabirin iş yerinə gələrək bir ədəd «X21» markalı lazer aparatı olduğunu, həmin lazer aparatını münasib qiymətə satdıqlarını demişdir. Həmin vaxtları oğlu Zabir qeyd edilən aparatı alıb işlətmək istəmişdir. Bundan sonra oğlu Zabir arvadı Arzu ilə birlikdə Cavadın yaşadığı Maştağa qəsəbəsinə gedərək Cavadın təqdim etdiyi lazer aparatlarına baxmışlar. Orada Cavad bir ədəd «X22» markalı və bir ədəd «BDEM 3in1» markalı lazer aparatlarını göstərərək həmin lazer aparatlarından «X22» markalı aparatı 30000 manata, bir ədəd «BDEM 3in1» markalı lazer aparatlarını satdığını, aparatların özünə məxsus olduğunu demişdir. Oğlu Zabirin 30000 manat nağd pulu olmadığına görə orada Cavada beh kimi 500 manat nagd pul vermiş, danışıqlarına görə qalan pulu oğlu bankdan kreditə pul götürüb Cavada ödəməli idi. Zabir 500 manat beh kimi Cavada vermiş, daha sonra isə 350 manat pul da Cavadın adını bilmədiyi arvadının kart hesabına köçürdükdən sonra lazer aparatını oğlu Zabir işlətdiyi gözəllik salonuna gətirmişdir. Lakin oğlu Zabir Bankdan kreditə pul götürüb həmin aparatı nağd şəkildə ala bilməmişdir. Buna görə Cavada zəng edib pulu olmadığı üçün aparatı ala bilməyəcəyini demişdir. Cavad isə oğlu Zabirdən xahiş etmişdir ki, həmin aparatın satılmasında ona köməklik etsin. Zabir aparatının satışı ilə məşğul olan şirkət nümayəndəsi Aqil adlı şəxsə zəng edib lazer aparatının satılmasında köməklik edilməsini xahiş etmişdir. Sonra Şövkət adlı qadın Zabirə zəng edərək lazer aparatını almaq istədiyini bildirmişdir. Zabir də aparatın işlətdiyi gözəllik salonunda olduğunu, nə vaxt istəsə gəlib aparata baxa biləcəklərini demişdir. Bir qədər sonra Şövkətin atası Abdulhəmid adlı şəxs Zabirə zəng edib Masazır qəsəbəsində olduğunu, onu götürüb gözəllik salonuna aparmasını xahiş etmişdir. Cavadda həmin vaxtı oğlu Zabirin yanında olmuş Cavadla biryerdə Zabirə məxsus avtomobillə Masazır qəsəbəsinə gedərək Abdulhəmidi avtomobilə götürüb gözəllik salonuna gəlmişlər. Gözəllik salonunda olan vaxt Abdulhəmid 30000 manat pulu çıxardıb Cavada vermiş, Cavad həmin məbləğdə pulu saydıqdan sonra təcili işinin olduğunu deyib salondan çıxıb getmişdir. Bir neçə gündən sonra Şövkət lazer aparatını Zabirin gözəllik salonundan götürüb aparmışdır. Bir müddətdən sonra onlara məlum olmuşdur ki, Cavadın, Şövkətə satdığı lazer aparatını Cavad, Nəzakət adlı qadından dələduzluq yolu ilə ələ keçirmişdir. Oğlu Zabirin bunlardan xəbəri olmamışdır. Bundan sonra Şövkət polisə şikayət etmiş, Səbail Rayon Polis İdarəsinin əməkdaşları Zabirə zəng edib lazer aparatını kimə satıldığını soruşmuş, Zabirdə aparatın Şövkətə satlıdığını deyərək Şövkətin işlətdiyi gözəllik salonunun yerini polis əməkdaşlarına göstərmiş, polis əməkdaşları gedib aparatı Şövkətin işlətdiyi gözəllik salonundan götürüb aparmışlar. Sonradan Səbail Rayon Polis İdarəsinin əməkdaşları oğlu Zabir və arvadı Arzunu çağıraraq onlardan bu barədə ifadələr almışlar. Oğlu Zabirdə müstəntiqin diqtəsi ilə öz xətti ilə yazdığı və oxumadığı iltizam yazaraq imzalamışdır ki, Şövkətə məxsus 30000 manat pulu 30 aprel 2021-ci il tarixədək ödəyəcəkdir. Oğlu Zabir həmin iltizamı qorxusundan yazmışdır. Bir neçə gündən sonra Abşeron Rayon Polis İdarəsindən cinayət işini Suraxanı Rayon Polis İdarəsinə göndərmişlər və ailəlikcə Suraxanı Rayon Polis İdarəsinə gedib ifadə vermişlər. Orada Cavad özü ifadə verərək Şövkətin atası Abdulhəmiddən 30000 manat pulu aldığını etiraf etmişdir. Şövkətə məxsus 30000 manat pulu Cavad almış, həmin puldan Zabirə heç bir məbləğdə pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, ünvan 5 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə satış müdiri işləyir. Şirkətin əsas fəaliyyəti qadınlar üçün lazer aparatlarının satışının təşkil edilməsindən ibarətdir. X14 və Zərərçəkmiş şəxs1 şirkətin müştəriləri olmuş və Lalə Məmmədova şirkətdən bir ədəd «X7 Les» markalı, Zərərçəkmiş şəxs1 isə «3D Max» markalı lazer aparatlarını almışlar. Zərərçəkmiş şəxs1 şirkətə dəfələrlə ödənişlər edərkən ondan ucuz qiymətə lazer aparatı satan şəxs axtardığını və bu işdə ona köməklik göstərməyini xahiş etmişdir. Şirkətdə işləyən Vüsalə adlı qadının əri Şahid3 da tanıyır və Zabirin də pərakəndə lazer aparatı alıb-satdığını bilmişdir. 2020-ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1 ondan yenidən ucuz qiymətə lazer aparatı tapmağını istəyəndə ona Şahid3 da lazer aparatlarının satışı ilə məşğul olduğunu bildirmiş, Zərərçəkmiş şəxs1 Zabirin mobil telefon nömrəsini vermiş, daha sonra onların nə kimi münasibətləri olması barədə heç bir məlumatı olmamışdır. Təxminən bir ay sonra lazer aparatı ustası kimi tanıdığı Nikolay adlı şəxs zəng edərək bir ədəd «X11» markalı lazer aparatının oğurlandığını bildirərək kimsə ona həmin markalı lazer aparatı ilə bağlı icarəyə götürmək, satmaq və ya hər-hansı digər bir formada müraciət edərsə bu barədə Nikolaya məlumat verməyini xahiş etmiş, ona görə də bir neçə ay ərzində «X11» markalı lazer aparatı satdığı və ya ona müraciət edən şəxslərə bir-bir zəng edərək bu barədə maraqlanmışdır. Daha sonra Zərərçəkmiş şəxs1 da zəng edib ondan da lazer aparatı alıbalmadığını soruşduqda sonuncu həqiqətən də lazer aparatını aldığını bildirmiş və ondan lazer aparatını kimdən aldığını soruşduqda Şövkət «X11» markalı lazer aparatını Vüsalənin əri Zabirdən aldığını demişdir. Bu səbəbdən də Şövkətə aldığı «X11» markalı lazer aparatının şifrəsini Nikolayın oğurlandığı dediyi lazer aparatının şifrəsi ilə eyniliyini diqiqləşdirməkdən ötrü bir-biri ilə əlaqə yaratmaqlarını bildirmişdir. Bir müddət sonra isə məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 aldığı «X11» markalı lazer aparatı elə Nikolayın oğurluq olduğunu dediyi həmin lazer aparatı olmuşdur. Ona görə də Şövkətə bu barədə hüquq mühafizə orqanlarına məlumat verməyini və lazer aparatını polis əməkdaşlarına geri qaytarmağını demişdir. Bundan sonra polisə çağırıldıqda öyrənmişdir ki, Zərərçəkmiş şəxs1 həqiqətən də 30000 manat pul verib aldığı «X11» markalı lazer aparatını polis əməkdaşlarına təhvil verib və həmin lazer aparatı Lalə Məmmədovanın onlara məxsus şirkətdən aldığı eyni lazer aparatıdır. Şahid9 suallara cavab olaraq bildirmişdir ki, aparatın kimə məxsus olmasını bilməmiş, aparatı 45.000 manata satacaqdılar ki, yerdə qalan 15 000 manatı isə Zabirlə yarı-yarıya böləcəkləri barədə razılığa gəlmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində bildirmişdir ki, 2004-cü il tarixdən ev təmiri və santexnik işi ilə məşğul olur. Təqsirləndirilən şəxs 2011-ci il tarixdən Sumqayıt şəhəri, 12-ci m/r-dan tanımışdır. 2020-ci ilin oktyabr ayının əvvəllərində Cavad ona zəng edib Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində obyekti olduğunu, həmin obyektdə təmir işləri görmək lazım olmasını demişdir. Sonra Cavad idarə etdiyi avtomobillə onun yaşadığı Biləcəri qəsəbəsinə gəlmiş və onu götürüb Badamdar qəsəbəsində yerləşən obyektə aparmışdır. Həmin obyektə gedən zaman görmüşdür ki, obyekt gözəllik salonudur, obyekt təmirsiz olmuşdur. Sonra Cavad bir nəfər qadına zəng edib onu obyektə çağırmış, orada ona məlum olmuşdur ki, həmin qadının adı Nəzakətdir. Cavad orada həmin Nəzakət adlı qadını ona göstərib demişdir ki, həmin qadını obyektə adminstrator kimi işə götürəcəkdir. Sonra Cavad obyektin içərisində hansı işləri görəcəyini ona göstərmiş və demişdir ki, obyektin içərisində olan avadanlıqları söküb bir yerə yığsın, Nəzakət adlı qadın ona nə işləri görmək lazımdırsa göstərəcək. Cavad demişdir ki, obyektdə olan avadanlıqların hamısını söksün, 166 yük avtomobili gəlib avadanlıqları aparacaqdır. Obyektdə olan bütün avadanlıqları sökmüş, bir qədər sonra 166 yük avtomobili gəldikdən sonra obyektdən çıxmışdır. Nəzakət orada demişdir ki, həmin avadanlıqlar Cavada məxsus Şüvəlan qəsəbəsində yerləşən bağ evinə aparılacaqdır. Görmüşdür ki, obyektdə avadanlıqlardan başqa 2 ədəd lazer aparatları da var. Lazer aparatlarından bir ədədini sökən zaman Cavad demişdir ki, həmin lazer aparatlarından bir ədədi çox bahalıdır, həmin aparatı ehtiyatla söksün. Səhəri günü Cavadla Biləcəri qəsəbəsində görüşmüş və orada Cavad ona 100 manat pul vermişdir. Cavadın dediyi gözəllik salonuna hansı mal-material lazım olacaqsa onları yazıb Cavada vermişdir. Cavad ona demişdir ki, Nəzakətə məxsus gözəllik salonundan götürülən lazer aparatlarını satıb yeni müasir aparatlar almaq istəyir və gözəllik salonundan apardığı aparatların satılmasında ona köməklik etsin, lazer aparatlarının satışından ona da hörmət edəcəkdir. Cavad lazer aparatının qiymətini 35000 manat olduğunu, ona aparatı istəyən olsa həmin şəxsə 36000 manat qiymət deyilməsini demişdir. Cavada demişdir ki, lazer aparatının satışı ilə məşğul olan olsa deyəcək. Həmin vaxtı tanışı olan Turala demişdir ki, bir ədəd lazer aparatı var satılmasına köməklik etsin, özləri də öz qazanclarını götürəcəklər, lazer aparatı satılan kimi sahibi onlara hörmət edəcəkdir. Bir müddətdən sonra Tural zəng edib demişdir ki, lazer aparatı ilə bir nəfər şəxs maraqlanır, aparatı almaq istəyir. Bir qədər sonra ona bir nəfər şəxs zəng edib aparatı almaq istədiyini, aparatın markasını, neçənci il olduğunu və qiymətini soruşmuş, telefonda həmin şəxs özünü ona Zabir kimi təqdim etmişdir. Zabirə demişdir ki, aparatın markasını, neçənci il olduğunu və qiymətini bilmir. Sonra Zabirə demişdir ki, aparatı satan şəxs Cavad adlı şəxsdir və Cavadın ***-***-**-** mobil telefon nömrəsini Zabirə demişdir ki, lazer aparatı ilə bağlı özləri danışsınlar. Sonrakı proseslərdən xəbəri olmamış, lakin 1 həftədən sonra Cavada zəng edib ondan gözəllik salonunun təmirinə lazım olan mal-materialı alıb-almadığını soruşmuşdur. Həmin vaxt Cavaddan lazer aparatını satıb-satmadığını soruşmuş, Cavad demişdir ki, lazer aparatını satmayıb, aparatın satılması alınmayıb. Təxminən 1 aydan sonra Zabir onun mobil telefonuna zəng edib demişdir ki, «Cavadla bir yerdə başıma oyun gətirdiniz, lazer aparatı Cavad tərəfindən cinayət yolu ilə əldə edildiyini bilirdiniz». Zabirə demişdir ki, Cavadın lazer aparatını cinayət yolu ilə əldə etməsindən xəbəri olmayıb. Cavad lazer aparatını obyektin sahibi kimi tanıdığı Nazəkətin razılığı ilə götürdüyünü bilmişdir. Cavad özü də ona demişdir ki, obyekti təzə alıb, təmir işi ilə məşğul olub obyekti Nəzakətlə bir yerdə gözəllik salonu kimi işlədəcəkdir. Cavadın həmin lazer aparatını və digər avadanlıqları cinayət yolu ilə ələ keçirməsini bilsəydi heç vaxt bu proseslərdə iştirak etməzdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci il tarixdən tanıyır, onunla qeyri rəsimi ailə həyatı qurmuşlar. Cavadla iki övladları var. Cavad Sabunçu rayonu, Bilgəh qəsəbəsində kirayə ev tutmuş və orada birlikdə yaşamışlar. 2020-ci ilin oktyabr ayının əvvəllərində Cavad kirayədə yaşadıqları evin həyətinə iki ədəd lazer aparatları və gözəllik salonuna aid digər əşyaları gətirib qoymuş, Cavaddan həmin əşyaları haradan almasını soruşmuş, ona bildirmişdir ki, həmin əşyaları Nəzakət adlı qadınla şərik gözəllik salonu açıb işlədəcəklər. İki gündən sonra Cavad bildirmişdir ki, salonun təmiri üçün ona təcili pul lazımdır, bu səbəbdən də «Urle» 2020 markalı, 5 funksiyalı diod lazer aparatını internetdə satışa yerləşdirsin. Sosial şəbəkə olan «WhatsApp» qrupunda «Urle» 2020 markalı 5 funksiyalı diod lazer aparatını səhifəyə yerləşdirmiş, ikinci əl əşyalarını satan «Mehri» kimi tanıdığı xanım da həmin lazer aparatını öz səhifəsində paylaşmışdır. Səhəri günü Cavad bildirmişdir ki, həmin lazer aparatı artıq satılmışdır. Ona görə Mehri kimi tanıdığı xanıma bildirmişdir ki, lazer aparatı satılmışdır, aparatı satılan əşyaların elanından çıxartsın. Təxminən 2-3 gündən sonra evdə olan zaman evə adını sonradan bildiyi Zabir və anası Arzu adı qadın gəlmişlər. Cavad onlarla evin həyətində söhbət etmiş və onlar həmin salon əşyalarını almaq istəmişlər. Cavad onu evdən həyətə çağırmış və ona bildirmişdir ki, «Kapital Bank» məxsus kartını ona versin, Zabir alacağı lazer aparatı üçün beh verməlidir, lakin Zabirin üzərində nağd pulu yoxdur. O, da «Kapital Bank» məxsus kartını Cavada vermiş, Zabir onun kart hesabına mobil telefonu vasitəsi ilə 350 manat pul köçürmüşdür. Zabir anası Arzu ilə biryerdə bir ədəd lazer aparatını Cavaddan alıb avtomobillərinə yükləyib özləri ilə aparmışlar. Daha sonra Cavad həmin 350 manat pulu kartın balansından çıxardıb xərcləmişdir. Təqsirləndirilən şəxs başqa kimləri dəqiq aldatmasını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində bildirmişdir ki, 2015-ci il tarixdən fərdi əməklə məşğuldur, həmin tarixdən özünə məxsus gözəllik salonu var və həmin gözəllik salonunu icarəyə vermişdir. Şahid3 2019-cu il tarixdən lazer alışı-satışı ilə məşğul olan şəxs kimi tanıyır və bilir ki, Zabirin Bakı şəhəri, Nəsimi rayon ərazisində gözəllik salonu var. Şahid11 2020-ci ilin əvvəllərindən usta kimi tanımışdır. Kənan həmin vaxtları ona məxsus Yasamal rayon ərazisində yerləşən gözəllik salonunda təmir işləri aparmış, buna görə də Kənanı həmin vaxtdan tanıyır. 2020-ci ilin oktyabr ayının əvvəllərində usta kimi tanıdığı Kənan zəng edib demişdir ki, bir ədəd «X11» markalı lazer aparatı var, təcili dəyərindən ucuz qiymətə satılır, istəyirsə aparatı alsın. Kənan demişdir ki, aparat işlək vəziyyətdədir, lazer aparatının qiyməti 60000 manatdır, son qiyməti 45000 manata satılır. Kənan demişdir ki, aparatı özü üçün alsın, ucuz qiymətədir, satan şəxs aparatı təcili satır, endirim də edəcəkdir. Kənana demişdir ki, nagd pulu yoxdur, ala bilmir. Sonra Kənan demişdir ki, gedib aparata baxsınlar. Kənanla birlikdə aparatın saxlanıldığı Maştağa qəsəbəsinə gedib orada aparata baxmışlar. Həmin «X11» markalı lazer aparatının yanında başqa gözəllik salonuna aid, mebellər, stol-stullar, avadanlıqlar və bir ədəd «BDEM 3in1» markalı balaca lazer aparatı olduğunu görmüşdür. Həmin «X11» markalı lazer aparatına baxmış, lakin aparatı bəyənməmişdir. Həmin vaxtı aparatı ona Kənan göstərmiş, Kənana demişdir ki, onun özündə təzə vəziyyətdə işləyən lazer aparatı var, eyni zamanda o, qədər pulu yoxdur ki, aparatı alsın. Kənan demişdir ki, onda aparatın satılmasına köməklik etsin, alan şəxs olsa xəbər etsin, aparatı satsınlar. Həmin vaxtları təsadüfən Zabirin Nəsimi rayonunda yerləşən gözəllik salonuna getmiş və orada Zabiri tanıdığı üçün ona belə bir lazer aparatının ucuz qiymətə satılmasını demişdir. Zabir demişdir ki, lazer aparatına baxdıqdan sonra aparatın qiymətini və almaq istəyə biləcəyini deyə bilər. Bundan sonra Kənanın mobil telefon nömrəsini Zabirə vermiş və ondan sonra baş vermiş proseslərdən xəbəri olmamışdır. 2021-ci ilin təxminən aprel ayında Zabir zəng edib irad bildirərək demişdir ki, onu kimlərlə calaşdırıb, lazer aparatına görə başı ağrıyıb, polisə düşmüşdür. Zabirdən lazer aparatı alışı-satışı ilə məşğul olduğunu, bu işi gözəl bildiyini ona deyən vaxtı Zabir demişdir ki, Cavad adlı şəxs lazer aparatına görə onun özünü və anası Zərərçəkmiş şəxs2 da aldadıb onun 850 manat pulunu, anası Zərərçəkmiş şəxs2 isə 2000 ABŞ dolları pulunu da ələ keçirmişdir. Zabir demişdir ki, Cavad adlı şəxs həmin lazer aparatını cinayət yolu ilə əldə edib ona məxsus gözəllik salonunda bir nəfər qadına 30000 manata satmış, həmin puldan ona heç bir məbləğdə verilməmiş və o heç kimdən pul almamışdır. Bundan sonra bir neçə dəfə Zabirlə telefon əlaqəsi saxlamış, lakin sonralar baş verən proseslərdən xəbəri olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirmişdir ki, əvvəllər Şahid3 məxsus salonda bərbər işləmişdir. Həmin salonda Zabir özü də lazer ustası kimi işləmişdir. 10 oktyabr 2020-ci il tarixdə işdə olan zaman Şahid3 adını sonradan bildiyi Təqsirləndirilən şəxs və Şahid2 ilə birlikdə işlədiyi salona gəlib salonda olan divanda əyləşib söhbət etmişlər. Sonra Şahid2 onun yanına gəlmiş və onun saçını kəsmişdir. Saçını kəsdikdən sonra Abdulhəmid yenidən gedib divanda əyləşmiş və onlarla söhbət etməyə başlamışdır. Eşitdiyinə görə Şahid2 adını sonradan bildiyi qızı Şövkət üçün lazer aparatı almaq istəmişdir. Həmin vaxt salonda Zabirin arvadı və baldızı da orada olmuşlar. Şahid2 lazer aparatını almaq üçün 30000 manat pulu sayıb hamının yanında Təqsirləndirilən şəxs vermiş, Cavad Abdulhəmiddən pulu götürdükdən sonra çıxıb getmək istəmişdir. Həmin vaxt Şahid3, Təqsirləndirilən şəxs ona verdiyi 850 manat behi istəmiş, Cavad isə hal-hazırda tələsdiyini, sonra behi qaytaracağını deyib salondan çıxıb getmişdir. Təxminən 1 saatdan sonra Şövkət işlədiyi salona gəlmiş, sözü gedən lazer aparatı salonda olmuşdur. Şövkət də salonda divanda əyləşib Zabir və atası Abdulhəmidlə söhbət edib getmişdir. Onun və salonda olmuş digər şəxslərin yanında Şahid2 30000 manat pulu sayaraq Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs də pulu Abdulhəmiddən götürüb salondan çıxıb getmiş, Abdulhəmid 30000 manat pulu Zabirə verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 1(101)-773/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.3.2 maddəsi ilə təqsirli bilinib, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 3 gün təyin olunmuş cəzadan çıxılmaqla qəti olaraq 8 (səkkiz) il 5 (beş) ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkməsinin əvvəlinin 09 iyul 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İş üzrə Zərərçəkmiş şəxs1 istintaqa içərisində səs yazıları olan bir ədəd Disk təqdim etmiş, tərəfimdən həmin diskdə olan səs yazıları dinlənilərək baxış keçirmilş və bu barədə 13 oktyabr 2022-ci il tarixli protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. Həmin diskdə olan səs yazıları ilə Şahid3 və Təqsirləndirilən şəxs Rüstətm oğlu arasında aparılan səs yazılarında Şahid3la, Təqsirləndirilən şəxs arasında bir ədəd «X11» markalı lazer aparatı ilə bağlı danışıqlar aparılmış, danışıqlar zamanı Şahid3, Təqsirləndirilən şəxs tərəfindən həmin lazer aparatının nə vaxt, hansı yolla və haradan ələ keçirilməsindən məlumatı olmaması bir daha təsdiq edilir. İş materiallarına əlavə edilmiş 22 yanvar 2021-ci il tarixli əşyanın könüllü təqdim edilməsi və götürülməsi haqqında protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 və Şahid8 yaşadığı ünvan 6 ünvanın qarşısında 01 ədəd “BDEM 3in1” markalı lazer aparatını könüllü surətdə istintaqa təqdim etmiş, həmin lazer aparatı iş üzrə sübut əhəmiyyəti kəsb etdiyinə görə götürülmüş, daha sonra həmin lazer aparatı X1 qaytarılmışdır. Məhkəmə-fonoskopik ekspertizasının 14 noyabr 2022-ci il tarixli 4/1485 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş 1 ədəd «Verbatim» markalı CD diskdə olan mübahisəli fonoqramlar eyniləşdirici tədqiqat üçün yararlıdır. Ekspertiza tədqiqatına təqdim olunmuş 1 ədəd «Verbatim» markalı CD diskdə olan mübahisəli fonoqramlardakı tədqiqatı tələb olunan danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertiza tədqiqatına təqdim olunmuş 1 ədəd «Verbatim» markalı CD diskdə olan mübahisəli fonoqramlardakı tədqiqatı tələb olunan danışıqlar üç nəfər kişi diktor və dörd nəfər qadın diktor tərəfindən aparılmışdır.Ekspertiza xərci 200 manat təşkil edir. Azərsell Telekom MMC-dən xx.xx.2022-ci il tarixli, 27979 nömrəli məktubla istintaq orqanına daxil olmuş özündə telefon zəngləri, SMS yazışmaları və anten dairələri, eləcə də nömrələrin kimlərə məxsus olmasını əks etdirən bir ədəd DVD diskə xidməti istifadəmdə olan HP markalı kompüterdə baxış keçirilərək müəyyən edilmişdir ki, həmin diskdə olan faylda xx.xx.2020-ci il tarixdə saat 16:39:49 saniyədə Şahid9 istifadəsində olan ***-***-**-** saylı Baksell nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsinə zəng olunaraq 65 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 16:41:37 saniyədə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsindən, Şahid9 istifadəsində olan ***-***-**-** Baksell nömrəsinə zəng olunaraq 12 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 16:42:20 saniyədə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsindən, Şahid9 istifadəsində olan ***-***- **-** Baksell nömrəsinə zəng olunaraq 95 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 16:47:43 saniyədə Şahid9 istifadəsində olan ***-***-**-** saylı Baksell nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsinə SMS yazılmış, xx.xx.2020-ci il tarixdə saat 16:47:48 saniyədə Şahid9 istifadəsində olan ***-***-**-** saylı Baksell nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsinə zəng olunaraq 166 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 16:51:25 saniyədə Şahid9 istifadəsində olan ***-***-**-** saylı Baksell nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsinə Təqsirləndirilən şəxs istifadəsində olan +994 70 *** ** ** rəqəmlərlə Azərfon nömrəsi olan mobil telefon nömrəsinin SMS-i yazılmış, xx.xx.2020-ci il tarixdə saat 16:51:26 saniyədə Şahid9 istifadəsində olan ***-***-**-** saylı Baksell nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***- ***-**-** saylı Azərsell nömrəsinə SMS yazılmış, xx.xx.2020-ci il tarixdə saat 16:52:51 saniyədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı Azərfon nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsinə zəng olunaraq 273 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 16:57:57 saniyədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı Azərfon nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsinə zəng olunaraq 8 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 16:58:53 saniyədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı Azərfon nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsinə SMS yazılmış, xx.xx.2020-ci il tarixdə saat 16:59:25 saniyədə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsindən, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı Azərfon nömrəsinə zəng olunaraq 20 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 17:00:36 saniyədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı Azərfon nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***- ***-**-** saylı Azərsell nömrəsinə zəng olunaraq 25 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 17:05:26 saniyədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı Azərfon nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsinə SMS yazılmış, xx.xx.2020-ci il tarixdə saat 17:11:18 saniyədə Şahid9 istifadəsində olan ***-***-**-** saylı Baksell nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsinə zəng olunaraq 87 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 17:16:31 saniyədə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Baksell nömrəsindən, X6 istifadəsində olan ***-***-**-** saylı Baksel nömrəsinə Təqsirləndirilən şəxs istifadəsində olan 70-905-05-05 rəqəmlərlə Azərfon nömrəsi olan mobil telefon nömrəsinin SMS-i yazılmış, xx.xx.2020-ci il tarixdə saat 17:24:16 saniyədə Şahid9 istifadəsində olan ***-***-**-** saylı Baksell nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsinə zəng olunaraq 184 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 17:28:04 saniyədə Şahid9 istifadəsində olan ***-***-**-** saylı Baksell nömrəsindən, Şahid2 istifadəsində olan ***-***-**-** saylı Azərfon nömrəsinə zəng olunaraq 71 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 17:34:04 saniyədə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsindən, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı Azərfon nömrəsinə zəng olunaraq 302 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 17:44:46 saniyədə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsindən, Şahid2 istifadəsində olan ***-***-**-** saylı Azərfon nömrəsinə zəng olunaraq 63 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 17:51:39 saniyədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı Azərfon nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsinə zəng olunaraq 13 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 17:52:05 saniyədə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsindən, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı Azərfon nömrəsinə zəng olunaraq 3 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 18:03:56 saniyədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı Azərfon nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsinə zəng olunaraq 9 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 18:04:48 saniyədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı Azərfon nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsinə zəng olunaraq 10 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 18:06:51 saniyədə Şahid2 istifadəsində olan ***-***-**-** saylı Azərfon nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsinə zəng olunaraq 107 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 18:58:12 saniyədə Şahid9 istifadəsində olan ***-***-**-** saylı Baksell nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***- ***-**-** saylı Azərsell nömrəsinə zəng olunaraq 308 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 20:26:45 saniyədə Şahid9 istifadəsində olan ***-***-**-** saylı Baksell nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsinə zəng olunaraq 158 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 20:30:57 saniyədə Şahid9 istifadəsində olan ***-***-**-** saylı Baksell nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsinə zəng olunaraq 118 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 10:01:16 saniyədə Şahid9 istifadəsində olan ***-***-**-** saylı Baksell nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***- ***-**-** saylı Azərsell nömrəsinə zəng olunaraq 60 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 10:38:47 saniyədə Şahid9 istifadəsində olan ***-***-**-** saylı Baksell nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsel nömrəsinə Şahid3 istifadəsində olan +994 55 *** ** ** rəqəmlərlə Baksell nömrəsi olan mobil telefon nömrəsinin SMS-i yazılmış, xx.xx.2020-ci il tarixdə saat 10:38:51 saniyədə Şahid9 istifadəsində olan ***-***-**-** saylı Baksell nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsinə SMS yazılmış, xx.xx.2020-ci il tarixdə saat 10:39:07 saniyədə Şahid9 istifadəsində olan ***-***-**-** saylı Baksell nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsel nömrəsinə Zabitdir adı zengivizi gözləyir sözləri ilə SMS-i yazılmış, xx.xx.2020-ci il tarixdə saat 10:39:09 saniyədə Şahid9 istifadəsində olan ***-***-**-** saylı Baksell nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsinə SMS yazılmış, xx.xx.2020-ci il tarixdə saat 11:13:09 saniyədə Şahid9 istifadəsində olan ***-***-**-** saylı Baksell nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsinə zəng olunaraq 17 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 11:19:38 saniyədə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsindən, Şahid3 istifadəsində olan ***-***-**-** saylı Baksell nömrəsinə zəng olunaraq 190 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 11:26:01 saniyədə Şahid2 istifadəsində olan ***-***-**-** saylı Azərfon nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***- ***-**-** saylı Azərsell nömrəsinə zəng olunaraq 409 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 11:36:13 saniyədə Şahid2 istifadəsində olan ***-***-**-** saylı Azərfon nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsinə zəng olunaraq 164 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 11:46:09 saniyədə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsindən, Şahid3 istifadəsində olan ***-***-**-** saylı Baksell nömrəsinə zəng olunaraq 222 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 11:50:01 saniyədə Şahid2 istifadəsində olan ***-***-**-** saylı Azərfon nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***- ***-**-** saylı Azərsell nömrəsinə zəng olunaraq 156 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 11:58:21 saniyədə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsindən, Şahid2 istifadəsində olan ***-***-**-** saylı Azərfon nömrəsinə zəng olunaraq 12 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 12:18:47 saniyədə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsindən, Şahid2 istifadəsində olan ***-***-**-** saylı Azərfon nömrəsinə zəng olunaraq 51 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 12:52:17 saniyədə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsindən, Şahid2 istifadəsində olan ***-***-**-** saylı Azərfon nömrəsinə zəng olunaraq 23 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 13:17:14 saniyədə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsindən, Şahid3 istifadəsində olan ***-***-**-** saylı Baksell nömrəsinə zəng olunaraq 9 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 13:23:57 saniyədə Şahid2 istifadəsində olan ***-***-**-** saylı Azərfon nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsinə zəng olunaraq 18 saniyə danışılmış, xx.xx.2020-ci il tarixdə saat 14:14:20 saniyədə Şahid9 istifadəsində olan ***-***-**-** saylı Baksell nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsinə SMS yazılmış, xx.xx.2020-ci il tarixdə saat 14:14:28 saniyədə Şahid9 istifadəsində olan ***-***-**-** saylı Baksell nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***- ***-**-** saylı Azərsell nömrəsinə zəng olunaraq 219 saniyə danışılmış, xx.xx.2021-ci il tarixdə saat 11:53:48 saniyədə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell mobil telefon nömrəsindən, Şahid14 istifadəsində olan ***-***-**-** saylı Azərsell mobil telefon nömrəsinə «Cavad tutulub» sözləri ilə SMS yazılmışdır. Baxış zamanı ***-***-**-**, ***-***-**-** saylı Azərsell mobil telefon nömrələri Zərərçəkmiş şəxs1, ***-***-**-** saylı Azərfon mobil telefon nömrəsi Şahid2, ***-***-**-** saylı Baksell mobil telefon nömrəsi Şahid9, ***-***-**-** saylı Baksell mobil telefon nömrəsi Şahid3, ***-***-**-** saylı Baksel mobil telefon nömrəsi X6, ***-***-**-** saylı Azərsell mobil telefon nömrəsi Şahid14 və ***- ***-**-** saylı Azərfon mobil telefon nömrəsinin isə Təqsirləndirilən şəxs istifadəsində olması müəyyən edilmişdir. Qeyd edilən mobil telefon nömrələri ilə olan danışıqlar və iş üçün əhəmiyyət kəsb edən SMS yazışmaları protokola əlavə olunmuşdur. Baxış zamanı bir ədəd DVD diskdə olan fayıllara baxıldıqdan sonra qablaşdırılaraq möhürlənmiş və iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq cinayət işinə əlavə olunmuşdur. Azərsell Telekom MMC-dən xx.xx.2022-ci il tarixli, 27979 nömrəli məktubla istintaq orqanına daxil olmuş özündə telefon zəngləri, SMS yazışmaları və anten dairələri, eləcə də nömrələrin kimlərə məxsus olmasını əks etdirən bir ədəd DVD diskdə olan mobil telefon danışıqlarının 09-10 oktyabr 2020-ci il tarixlərində Zərərçəkmiş şəxs1, Şahid2 Təqsirləndirilən şəxs həmin «X11» markalı lazer aparatının alınması ilə bağlı bir-biri ilə danışmaları bir daha təsdiq olunur. Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Pərviz Mustafayev tərəfindən tərtib edilmiş 06 noyabr 2020-ci il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 ünvan 7 ünvanda yerləşən “Sabina Beauty” gözəllik salonunun zirzəmisindən 9914-0880-5897№-2012-ci il istehsalı olan, üst hissəsi tünd bənövşəyi rəngli, ətraf hissəsi boz rəngli, üzərində latın hərfləri ilə «Candella” sözləri yazılmış, işlək vəziyyətdə olan 01 ədəd Gentlelase Mini» markalı lazer aparatını təqdim etmişdir. ünvan 8 ünvanında yaşayan X14 tərəfindən yazılmış 07 noyabr 2020-ci il tarixdi qəbzdən görünür ki, 9914-0880-5897№-2012-ci il istehsalı olan 01 ədəd Gentlelase Mini» markalı lazer aparatını araşdırma bitənə qədər saxlanılması üçün təhvil almışdır. İşdə olan Şahid3 tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli iltizamdan görünür ki, Şahid3 bu iltizaml verir Abşeron RPİ-nin istintaq şöbəsində ona görə ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 dəymiş zərər 30.000 manatı 30 aprel 2021-ci il tarixədək vericəyinə söz verir. Əks təqdirdə iltizamı pozduğu halda AR CPM-nin 179.1 maddəsi ilə məsuliyyət daşıyacagına söz verir. Baksell MMC-dən xx.xx.2023-cü il tarixli, BKC/LGL-2169/23 nömrəli məktubla istintaq orqanına daxil olmuş özündə telefon zəngləri, sms yazışmaları və anten dairələri, eləcə də nömrələrin kimlərə məxsus olmasını əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin diskdə olan faylda xx.xx.2020-ci il tarixdə saat 16:51:25 saniyədə Şahid9 istifadəsində olan ***-***-**-** saylı Baksell nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***- ***-**-** saylı Azərsell nömrəsinə Təqsirləndirilən şəxs istifadəsində olan +994 70 *** ** ** rəqəmlərlə Azərfon nömrəsi olan mobil telefon nömrəsinin SMS-i yazılmış, xx.xx.2020-ci il tarixdə saat 10:38:47 saniyədə Şahid9 istifadəsində olan ***-***-**-** saylı Baksell nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsinə Şahid3 istifadəsində olan +994 55 *** ** ** rəqəmlərlə Baksell nömrəsi olan mobil telefon nömrəsinin SMS-i yazılmış, xx.xx.2020-ci il tarixdə saat 10:39:07 saniyədə Şahid9 istifadəsində olan ***-***-**-** saylı Baksell nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı Azərsell nömrəsinə «Zabitdir adı zəngivizi gözləyir» sözləri ilə SMS-i yazılmışdır. Qeyd edilən mobil telefon nömrələri ilə olan danışıqlar və iş üçün mühüm sübut əhəmiyyət kəsb edən SMS yazışmaları kompüter vasitəsi ilə printerdə 1 vərəqdən ibarət çap olunaraq protokola əlavə olunmuşdur. Baxış zamanı bir ədəd DVD diskdə olan fayıla baxıldıqdan sonra qablaşdırılaraq möhürlənmiş və iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq cinayət işinə əlavə olunmuşdur. Baksell MMC-dən xx.xx.2023-cü il tarixli, BKC/LGL-2169/23 nömrəli məktubla istintaq orqanına daxil olmuş özündə telefon zəngləri, sms yazışmaları və anten dairələri, eləcə də nömrələrin kimlərə məxsus olmasını əks etdirən bir ədəd DVD diskdə olan mobil telefon danışıqları ilə 09-10 oktyabr 2020-ci il tarixlərində Zərərçəkmiş şəxs1, Şahid2 Təqsirləndirilən şəxs həmin «X11» markalı lazer aparatının alınması ilə bağlı bir-biri ilə danışmalarını bir daha təsdiq edir. Azərfon MMC-dən xx.xx.2023-cü il tarixli, AZF/LGL-2365/23 nömrəli məktubla istintaq orqanına daxil olmuş özündə telefon zəngləri, SMS yazışmaları və anten dairələri, eləcə də nömrələrin kimlərə məxsus olmasını əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** Azərfon mobil telefon nömrəsinin anten dairəsi 10 oktyabr 2020-ci il tarixdə 09:58:28 saniyədə Tibb Universitetinin yaxınlığında yəni, ünvan 9 ünvanında, 10 oktyabr 2020-ci il tarixdə 11:09:38 saniyədə Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi ilə ünvan 9 ünvanının kəsişməsində, 10 oktyabr 2020-ci il tarixdə 11:23:33 saniyədə Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi 23 ünvanının kəsişməsində, 10 oktyabr 2020-ci il tarixdə 11:38:31 saniyədə Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi 23 ünvanının kəsişməsində, 10 oktyabr 2020-ci il tarixdə 11:48:23 saniyədə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən Oboy evinin yaxınlığında, 10 oktyabr 2020-ci il tarixdə 12:04:49 saniyədə ünvan 11 ünvanında, 10 oktyabr 2020-ci il tarixdə 12:05:38 saniyədə ünvan 11 ünvanında, 10 oktyabr 2020-ci il tarixdə 12:06:19 saniyədə ünvan 11 ünvanında, 10 oktyabr 2020-ci il tarixdə 12:11:45 saniyədə Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan köçkün şəhərciyində, 10 oktyabr 2020-ci il tarixdə 12:20:12 saniyədə ünvan 11 ünvanında, 10 oktyabr 2020-ci il tarixdə 12:21:00 saniyədə ünvan 13 ünvanında, 10 oktyabr 2020ci il tarixdə 12:26:00 saniyədə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesində yerləşən «Oscar Petrolun yaxınlığında, 10 oktyabr 2020-ci il tarixdə 12:48:20 saniyədə ünvan 15 ünvanının yaxınlığında, 10 oktyabr 2020-ci il tarixdə 13:02:07 saniyədə ünvan 16 ünvanının yaxınlığında, 10 oktyabr 2020-ci il tarixdə 13:27:12 saniyədə Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi 23 ünvanının yaxınlığında, 10 oktyabr 2020-ci il tarixdə 13:28:08 saniyədə ünvan 17 ünvanda yerləşən 634 saylı aptekin yaxınlığında, 10 oktyabr 2020-ci il tarixdə 13:29:58 saniyədə ünvan 18 ünvanının yaxınlığında, 10 oktyabr 2020-ci il tarixdə 13:32:13 saniyədə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 368-ci kvartalın yaxınlığında yerləşən Təzə-bazarın yaxınlığında, 10 oktyabr 2020-ci il tarixdə 13:34:00 saniyədə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 368-ci kvartalın yaxınlığında yerləşən Təzə-bazarın yaxınlığında, 10 oktyabr 2020-ci il tarixdə 13:37:09 saniyədə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 34 nömrəli binanın yaxınlığında, 10 oktyabr 2020-ci il tarixdə 13:38:44 saniyədə Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 40 nömrəli binanın yaxınlığında, 10 oktyabr 2020-ci il tarixdə 13:39:47 saniyədə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 45 nömrəli binanın yaxınlığında, 10 oktyabr 2020-ci il tarixdə 13:40:35 saniyədə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 45 nömrəli binanın yaxınlığında, 10 oktyabr 2020-ci il tarixdə 13:52:33 saniyədə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 92 nömrəli binanın yaxınlığında, 10 oktyabr 2020-ci il tarixdə 13:53:08 saniyədə Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi ilə Nizami küçəsi 92 nömrəli binanın kəsişməsində, 10 oktyabr 2020-ci il tarixdə 13:59:50 saniyədə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 92 nömrəli binanın yaxınlığında, 10 oktyabr 2020-ci il tarixdə 14:01:39 saniyədə Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsi ilə Nizami küçəsi 92 nömrəli binanın kəsişməsində, 10 oktyabr 2020-ci il tarixdə 14:03:06 saniyədə Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsi ilə Nizami küçəsi 92 nömrəli binanın kəsişməsində, 10 oktyabr 2020-ci il tarixdə 14:04:40 saniyədə Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsi ilə Nizami küçəsi 92 nömrəli binanın kəsişməsində, 10 oktyabr 2020-ci il tarixdə 14:06:51 saniyədə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 92 nömrəli binanın yaxınlığında, 10 oktyabr 2020-ci il tarixdə 14:08:27 saniyədə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 92 nömrəli binanın yaxınlığında, 10 oktyabr 2020-ci il tarixdə 14:12:35 saniyədə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 92 nömrəli binanın yaxınlığında, 10 oktyabr 2020-ci il tarixdə 14:14:14 saniyədə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 92 nömrəli binanın yaxınlığında, 10 oktyabr 2020-ci il tarixdə 14:26:36 saniyədə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 92 nömrəli binanın yaxınlığında, 10 oktyabr 2020-ci il tarixdə 14:33:15 saniyədə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 92 nömrəli binanın yaxınlığında olması müəyyən edilmişdir. Eləcə də Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** Azərfon mobil telefon nömrəsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** Azərfon mobil telefon nömrəsinin anten dairəsi 10 oktyabr 2020-ci il tarixdə saat 13:39:12 saniyədə Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi ilə ünvan 19 ünvanının kəsişməsində olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən 10 oktyabr 2020-ci il tarixdə günorta saatlarında ünvan 2 ünvanda yerləşən «Zenni Studio» adlı gözəllik salonunda Şahid2 30000 manat pul alınan zaman Zərərçəkmiş şəxs1 atası Şahid2 tərəfindən Təqsirləndirilən şəxs 30000 manat pul verildiyi vaxt həmin prosesdə iştirak etmədiyini və o, anda orada olmadığını göstərir. Azərfon MMC-dən xx.xx.2023-cü il tarixli, AZF/LGL-2365/23 nömrəli məktubla istintaq orqanına daxil olmuş özündə telefon zəngləri, SMS yazışmaları və anten dairələri, eləcə də nömrələrin kimlərə məxsus olmasını əks etdirən bir ədəd DVD diskdə olan məlumatlarla Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin anten dairəsinin 10 oktyabr 2020-ci il tarixdə saat 12:45 radələrində ünvan 2 ünvanda yerləşən «Zenni Studio» adlı gözəllik salonunda olmasını və Şahid2 30000 manat pul alması bir daha təsdiq edilir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** Azərfon mobil telefon nömrəsinin anten dairəsinə olan məlumatlarla Təqsirləndirilən şəxs 10 oktyabr 2020-ci il tarixdə günorta saatlarında Şahid3 ilə bir yerdə Şahid3 məxsus qara rəngli «Chevrolet Cruze» markalı **-KY-*** dövlət qeydiyyatlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsinə gedib Zərərçəkmiş şəxs1 atası Şahid2 yaşadığı evdən götürüb Şahid3 məxsus ünvan 2 ünvanda yerləşən «Zenni Studio» adlı gözəllik salonuna gəlmələrini, salonda Şahid2 «X11» markalı lazer aparatına baxıb lazer aparatının kimə məxsus olmasını soruşması, Təqsirləndirilən şəxs lazer aparatının ona məxsus olması, Şahid3 və gözəllik salonunda olmuş digər şahidlərin yanında Şahid2 30000 manat pulu sayıb Təqsirləndirilən şəxs verməsi, Təqsirləndirilən şəxs 30000 manat pulu Şahid2 alıb salondan çıxıb getməsi bir daha təsdiq olunur. Sübutların qiymətləndirilmısi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilərək o, həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmiş və barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli hökmü ilə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq hazırda cəzasını Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində çəkməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs Şahid3 850 manat beh pul alması xüsusatı ilə bağlı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkibi olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli hökmündən əvvəl törətməsi nəzərə alınmış və iş üzrə cinayət əməlində residiv kimi qiymətləndirilməmiş, Şahid3 və Şahid9, Təqsirləndirilən şəxs bir ədəd «X11» markalı lazer aparatı alıb üzərində 15000 manat pul qazanc əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 satmaq niyyətlərinin olmasında hər-hansı bir cinayət faktının olmaması nəzərə alınmış, Şahid3 və Şahid9 barəsində həmin xüsusat üzrə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs ilə Şahid3 aralarında özgə əmlakının talanması ilə bağlı özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək qabaqcadan belə bir əlbirlik olmaması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməməsi, Şahid3 tərəfindən icraçı Təqsirləndirilən şəxs bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edilməməsi, eyni zamanda cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərilməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, əmlakın özgəninkiləşdirilməsi və s. ilə ədaqədar məsləhətlər və göstərişlər ilə cinayətin törədilməsinə kömək edilməməsi xüsusatları üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1, Şahid3 əməllərində isə Azərbaycan Respublikası CM-nin 32, 33, 34, 35, 178.2.1 və 178.2.4-cü maddələrinin tərkibi olmadığından barələrində həmin maddələrlə cinayət təqibi rədd edilmiş, Şahid3 anası Zərərçəkmiş şəxs2 məxsus 2000 ABŞ dolları pulu Təqsirləndirilən şəxs verib ondan aldığı bir ədəd “BDEM 3in 1” markalı lazer aparatı, Təqsirləndirilən şəxs hədiyyə olaraq 04 ədəd gözəllik salonu üçün güzgülər, 01 ədəd inzibatçı masası, 01 ədəd manikür stolu, 03 ədəd stul, 03 ədəd kreslo və 03 ədəd kamotu Şahid7 dələduzluq yolu ilə ələ keçirilməsindən əvvəlcədən hər-hansı bir məlumatı olmadığından, Şahid3 bir ədəd “BDEM 3in 1” markalı lazer aparatı, 04 ədəd gözəllik salonu üçün güzgülər, 01 ədəd inzibatçı masası, 01 ədəd manikür stolu, 03 ədəd stul, 03 ədəd kreslo və 03 ədəd kamotu Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təqdim etdiyindən barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibi rədd edilmiş, Şahid13 və Şahid11 barələrində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət təqibi rədd edilmiş, Şahid3 tərəfindən 13 aprel 2021-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı Şahid14 ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 dəymiş 30000 manat pulu 30 aprel 2021-ci il tarixədək ödəyəcəyinə söz verməsi ilə bağlı yazdığı iltizamın məzmununda olan sözlər istintaq orqanına şübhə doğurduğundan və digər sübutlarla təsdiq olunmadığından iş üzrə sübut növü kimi qiymətləndirilməmiş, Şahid3, Təqsirləndirilən şəxs 850 manat pulu beh kimi verib ondan bir ədəd «X11» markalı lazer aparatını almaq istəməsi, lakin bankdan kredit ala bilmədiyi üçün həmin lazer aparatını ala bilməməsi, nəticədə Təqsirləndirilən şəxs tərəfindən ona 850 manat məbləğində maddi ziyan vurulması hissəsində Şahid3 həmin xüsusat üzrə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuş, İstintaq zamanı əldə olunmuş bir ədəd «X11» markalı lazer aparatı və bir ədəd “BDEM 3in1” markalı lazer aparatı iş üzrə əhəmiyyətli olduğundan maddi sübut qismində tanınması və zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmış, Zərərçəkmiş şəxs1 və şahid qismində dindirilmiş atası Şahid2 ilkin və sonrakı ifadələri arasında onların 30000 manat pulu gözəllik salonunda məhz Şahid3 verməsi hissəsində dedikləri xüsusatında kəskin ziddiyətlər olduğundan istintaq orqanına şübhə doğurması və digər sübutlarla təsdiq edilməməsi, Zərərçəkmiş şəxs1 və atası Şahid2 ifadələrində göstərdikləri, yəni 30000 manat pulu gözəllik salonunda sayıb məhz Şahid3 verməsi hissəsində dedikləri xüsusatları istintaq orqanına şübhə doğurması və digər sübutlarla təsdiq edilməməsi ibtidai istintaq zamanı nəzərə alınmış, Məhkəməfonoskopik ekspertizasının 14 noyabr 2022-ci il tarixli 4/1485 nömrəli rəyi iş üçün kifayət qədər mühüm əhəmiyyət kəsb etmədiyindən ibtidai istintaq zamanı sübut növü kimi qiymətləndirilməmiş, İş üzrə zərərçəkmiş şəxs və şahidlərin ifadələri, üzləşdirmə protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 fevral 2021-ci il tarixli, 9/811 №-li ekspert rəyi və özündə telefon zəngləri, SMS yazışmaları və anten dairələri, eləcə də nömrələrin kimlərə məxsus olmasını əks etdirən «Azərsell Telecom MMC, Baksell MMC və Azərfon MMC”-dən əldə edilmiş üç ədəd DVD diskdəki mobil telefon danışıqları ibtidai istintaq zamanı sübut növü kimi qiymətləndirilmişdir. Zərərçəkmiş şəxs1 səs yazıları əks olunmuş diski dinləyərkən onunla Zabir arasında lazer aparatı ilə bağlı ümumi söhbətlərin olması, konkret iş üzrə sübut əhəmiyyətli hallar müəyyən edilməmişdir. Şövkətin təqdim etdiyi həmin səs yazılarının içərisində lazer aparatlarının alqı-satqısı ilə məşğul olan Nikolay adlı şəxslə Cavadın telefon danışığı vardır ki, həmin telefon danışığı zamanı Nikolay Cavada satdığı lazer apartalarının oğurluq olmasını bildirir, Cavad isə ona söyüşlə cavab verərək aparatların ona məxsus olmasını, oğurluq ya başqa yolla əldə etmədiyini bildirməsi, həmçinin həmin vaxt Zabirin də danışığa qoşularaq Cavaddan nə baş verməsini, nəyə görə satdığı lazer aparatları ilə bağlı problem yaranmasını, Cavadın isə yenə də həmin aparataların özünə aid olmasını təkidlə bildirməsi və birlikdə görüşüb aydınlıq gətirə biləcəklərini, Nikolayın ona dərhal görüşmək istədiyini bildirsə də Cavad başqa vaxtı görüşə biləcəyini bildirərək görüşdən yayınır. Həmin səs yazısı barədə Zabir məlumat verərək Nikolayın onun yanında telefonundan Cavada zəng edərək danışdığını bildirmişdir. Cavad da həmin səs yazısındakı söyüşlə danışan şəxsin ona aid olmasını təsdiq etmişdir. Nikolay xaric ölkəyə köçüb orada yaşadığından nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı ifadəsini almaq mümkün olmamışdır. İbtidai istintaq zamanı Şahid3 cinayətin törədilməsində iştirakı müəyyən edilmədiyindən, xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərara əsasən onun barəsində əməlində cinayət tərkibinin olmaması əsası ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Həmçinin həmin qərarda Şahid3 tərəfindən yazılmış “Zərərçəkmiş şəxs1 dəymiş 30.000 manat maddi ziyanı xx.xx.2021-ci il tarixədək qaytaracağına dair” öhdəlik götürməsi barədə xx.xx.2021-ci il tarixli İltizamın qanunamüvafiq qaydada götürülmədiyi müəyyən edildiyindən sübut növü kimi qiymətləndirilməmişdir. İş üzrə vurulmuş maddi ziyan ödənilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Həmin Qərarın 34-cü bəndində göstərilir ki, CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-in 178.2.1-ci maddəsi) hesab edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin, iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli tam etiraf edərək səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Agır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-773/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 08 il 06 ay azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə toplanılmalı və ona qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış bir ədəd «X11» markalı lazer aparatı və bir ədəd “BDEM 3in1” markalı lazer aparatının sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Agır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-773/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və ona 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Agır Cinayətlər Məhkəməsində baxılmış iş üzrə Təqsirləndirilən şəxs 03 gün həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 09 (doqquz) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 09 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut –bir ədəd «X11» markalı lazer aparatı və bir ədəd “BDEM 3in1” markalı lazer aparatının sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim :Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-288/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-288/2023
21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver