Məhkəmə qərarları › İş №1(005)-29/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-29/2022

29.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-29/2022 29.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, ev 118, mənzil 89 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Albalı qəsəbəsi, döngə 10, fərdi tikilidə yaşayan, Azərbaycan Respublikası CM-nin 178.2.4 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 əlillik dərəcəsi ilə pensiyaya çıxartdıracağına yalandan vəd edib aldadaraq 24 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 21 ünvanında fəaliyyət göstərən “Mothercare” adlı uşaq geyimləri satışı mağazasının qarşısında avtomobil yolunda özünün idarə etdiyi “Hyundai Elantra” markalı **-SN-*** qeydiyyat nişanlı avtomobildə 2.000 manat, 2020-ci ilin fevral ayının ortalarında həmin ünvanda, özünün idarə etdiyi “Hyundai Elantra” markalı **-SN-*** qeydiyyat nişanlı avtomobildə 1.500 manat nağd pulunu ələ keçirməklə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 cəmi 3.500 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibarından sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə təkrarən tanışı Zərərçəkmiş şəxs2 aldığı pensiyanın məbləğini artırtdıracağına yalandan vəd edib aldadaraq 2019-cu ilin dekabr ayında ünvan 3 ünvanında yerləşən Respublika X2rşısında 4.000 manat, 2020ci ilin fevral ayında həmin ünvanda 3.500 manat, 2020-ci ilin mart ayında həmin ünvanda 1.500 manat, 2020-ci ilin aprel ayında həmin ünvanda Zərərçəkmiş şəxs2 qardaşı oğlu Şahid2 vasitəsi ilə göndərdiyi 5.000 manat nağd pulunu ələ keçirməklə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 xeyli miqdarda- cəmi 14.000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsinin pensiya şöbəsində mühasib vəzifəsində işləmiş, ancaq 2018-ci ildə işdən çıxmışdır. 2020-ci ilin yanvar ayının təxminən 18-19-da tanışı Şahid3 ona unutduğu mobil telefon nömrəsindən onun ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək, Zərərçəkmiş şəxs1 adlı qohumuna əlilliklə pensiya düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. O da Şahid3 onun tanışına əlilliklə pensiya düzəldə biləcəyini dedikdə Raul danışmaq üçün tefefonu Mehparəyə vermişdir. Mehparə ilə danışdıqda, Mehparə ərinin vəfat etdiyini və əlilliklə pensiyaya çıxmaq istədiyini və bu işdə onun ona kömək edib edə bilməyəcəyini soruşmuşdur. O da Mehparəyə kömək edə biləcəyini demişdir. Eləcə də o, Mehparəyə ikinci qrup əlillik verdirməklə onu pensiyaya çıxartdıra biləcəyini, bunun üçün ona 4.000 manat verməli olduğunu demişdir. Mehparə razı olduğundan Mehparədən lazım olan sənədləri, yəni, ərinin ölümü haqqında şəhadətnamənin, özünün şəxsiyyət vəsiqəsini surətlərinin istəmişdir. Buna görədə 21 yanvar 2020-ci il tarixdə Mehparə özünün istifadəsində olan ***-***-**-** saylı mobil telefonun "Whatsapp'’ proqramı vasitəsilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna həmin sənədlərin foto şəkillərini göndərmişdir. Bundan sonra o, Mehparəyə zəng edərək, göndərdiyi sənədləri gördüyünü bildirməklə ondan iş üçün 4.000 manat pul istəmişdir. Ancaq sonradan Mehparə ona həmin məbləğdə pulu olmadığını bildirdiyindən, onunla 3.500 manata razılaşmışlar. 24 yanvar 2020-ci il tarixdə Mehparə ilə onun yaşadığı ünvanın yaxınlığında yəni, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 21 ünvanında fəaliyyət göstərən “Mothercare” adlı uşaq geyimləri satışı mağazasının qarşısında avtomobil yolunda “CAR RENT BAKU” adlı “Rent a Cardan kirayəyə götürdüyü, yol vərəqəsi əsasında idarə etdiyi “Hyundai Elantra” markalı **-SN-*** qeydiyyat nişanı avtomobilində görüşmüşdür. Görüş zamanı o, Mehparəyə demişdir ki, onu əlilliklə təqaüdə çıxarmaq üçün əvvəlcə onun adını “Dəmir yol” xəstəxanasına ürək xəstəsi kimi qeydiyyata aldıracaq, 21 gün adı xəstə kimi həmin xəstəxanada qeydiyyatda olduqdan sonra, xəstəxanadan onun xəstəliyinə aid epikriz alacaqdır. Daha sonra isə qalan işləri görəcəkdir. Təxminən 3-4 ay ərzində onun pensiyaya çıxması məsələsi həll olunacaqdır. Bunun üçün də o, Mehparədən ilkin olaraq, yəni epikrizi almaq üçün 2.000 manat istəmişdir. Qalan 1.500 manatı isə epikrizi alandan sonra verməli olduğunu demişdir. Mehparə də həmin avtomobildə sayaraq ona 2.000 manat pul və şəxsiyyət vəsiqəsini vermişdir. Sabahısı gün Mehparəyə zəng edərək, onu ürək xəstəsi kimi “Dəmir yol” xəstəxanasında qeydiyyata saldırdığını və onun yaşadığı ünvanın yaxınlığından keçəcəyini bildirərək, görüşüb şəxsiyyət vəsiqəsini qaytarmaq istədiyini demişdir. Buna görə də o, Mehparə ilə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 21 ünvanında fəaliyyət göstərən “Mothercare” adlı uşaq geyimləri satışı mağazasının qarşısında avtomobil yolunda özünün idarə etdiyi avtomobilində görüşmüş və Mehparənin şəxsiyyət vəsiqəsini ona qaytarmışdır. Təxminən 20-25 gün keçdikdən sonra Mehparəyə zəng edərək bildirmişdir ki, yeni qaydalara görə epikriz verilmir, ancaq elektron qaydasında sistemə oturulur. Bundan sonra Mehparədən qalan 1.500 manatı da istəmişdir. Təxminən 2020-ci ilin fevral ayının əvvəllərində Mehparə ilə yenidən əvvəllər görüşdüyü yerdə, özünün idarə etdiyi avtomobildə görüşmüş və Mehparə sayaraq ona 1.500 manat pul vermişdir. Mehparə ilə ilk dəfə telefonda danışanda Mehparəyə “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlədiyini bildirmişdir. Əslində isə həmin vaxt heç bir yerdə işləmirmiş və hər hansı bir şəxsə təqaüd düzəltmək səlahiyyəti yox imiş. O, həmin vaxt işsiz olduğundan və pula ehtiyacı olduğundan Mehparənin pulunu aldadıb, ələ keçirmək istəyirmiş ki, ehtiyacına xərcləsin. Mehparəyə söz verdiyi müddət keçdikdə, Mehparə ona zəng edib, işin nəticəsi barədə maraqlanmağa başladıqda, o, Mehparəni aldadaraq, ona “Covid 19” xəstəliyi ilə əlaqədar olaraq işlərin dayandığını, lakin tezliklə qaydasına düşəcəyini bildirmişdir. Bununla belə vaxt keçdikcə, Mehparə ondan mütəmadi olaraq işin nəticəsi barədə soruşmağa başlamışdır. O da Mehparəyə gözləməsini dedikdə, Mehparə ondan pulunu geri qaytarmasını tələb etməyə başlamış və pulunu qaytarmasa ondan polisə şikayət edəcəyini bildirmişdir. O da Mehparəyə tezliklə pulunu qaytaracağım bildirmişdir. Mehparənin ona verdiyi 3.500 manat puldan bu günədək iki dəfəyə bir dəfə 2020-ci ilin noyabr-dekabr ayında 1.000 manat, ikinci dəfə 2021-ci ilin yanvar ayının əvvəllərində 500 manat yəni cəmi 1.500 manatı Mehparəyə qaytarmışdır. Qalan 2.000 manatı isə qardaşı Həsən Əhmədov tərəfindən Mehparəyə qaytarılmışdır. Hazırda Mehparəyə borcu qalmamışdır. Mehparədən pulları həmişə özünün idarə etdiyi avtomobilində sayaraq almışdır və avtomobildə ikisindən başqa şəxs olmamışdır. Təqsirləndirilən şəxs eləcədə ifadəsində göstərmişdir ki, anasının dayısı qızı Sevda xanımın xəstəliyi ilə əlaqədar olaraq, anası ilə birlikdə Sevda xanımı ziyarət etmək üçün 2019-cu ilin axırlarında onun yaşadığı Şəki şəhərində olan zaman Sevda xanımın əri Zərərçəkmiş şəxs2 pensiyaçı olduğunu, ancaq aldığı təqaüdün məbləğinin az olduğunu özü ona demişdir. Onun da həmin vaxt pula ehtiyacı olduğunun ancaq bunun üçün pul verməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 da bununla razılaşmışdır. Əslində isə onun nə belə bir səlahiyyəti, nə də imkanı olmamışdır. Bakı şəhərinə qayıtdıqdan sonra 2019-cu ilin dekabr ayında öz istifadəsində olan ***-***-**-** mobil nömrə ilə, Zərərçəkmiş şəxs2 istifadəsində olan unutduğu mobil nömrəyə zəng edərək, onun aldığı pensiyanın məbləğini artırmaq üçün təcili 4.000 manat pul lazım olduğunu bildirmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs2la ünvan 5 ünvanında yerləşən Respublika X2rşısında görüşmüş və ondan 4.000 manat pul almışdır. Bundan sonra 2020-ci ilin təxminən fevral ayında yenidən Zərərçəkmiş şəxs2 zəng edərək ondan daha 3.500 manat istəmişdir. Zərərçəkmiş şəxs2 da həmin günlərdə onunla Bakı şəhərində Respublika X2rşısında görüşüb ona 3.500 manat pul vermişdir. Daha sonra 2020-ci ilin mart ayında Zərərçəkmiş şəxs2 zəng edib iş üçün daha 1.500 manat verməli olduğunu demiş və onunla yenədə Bakı şəhərində Respublika X2rşısında görüşüb ondan 1.500 manat almışdır. Təxminən bir ay sonra Zərərçəkmiş şəxs2 zəng edərək işin düzəlməsi üçün təcili əlavə olaraq 5.000 manat verməli olduğunu demişdir. Zərərçəkmiş şəxs2 da özünün təcili işi olduğundan pulu qardaşı vasitəsi ilə qardaşı oğlu Mübariz adlı şəxsə göndərdiyini və onunla görüşüb, pulu ondan götürməyi dediyindən Mübarizlə Bakı şəhərində Respublika X2rşısında görüşüb Zərərçəkmiş şəxs2 göndərdiyi 5.000 manat pulu almışdır. Ümumilikdə Zərərçəkmiş şəxs2 14.000 manat pul almışdır. Sonrakı günlərdə Zərərçəkmiş şəxs2 onun pensiya pulunun artırılmadığını görüb, ona verdiyi 14.000 manat pulu qaytarmasını tələb etdikdə, o, həmin pulları öz ehtiyacına xərclədiyindən qaytara bilməmişdir. Ancaq Zərərçəkmiş şəxs2 ondan pulunu qaytarmasını tələb etməyə davam etdiyindən o, ilk əvvəl 600 manat, daha sonra 1.000 manat pulu ümumulikdə, 1.600 manat pulu onun qızı Rasimə vasitəsilə göndərmişdir.. Zərərçəkmiş şəxs1, onu ürək xəstəsi kimi “Dəmir yol” xəstəxanasında və ya hər hansı bir xəstəxanada ürək xəstəsi kimi qeydiyyata saldırmamışdır. Ancaq onu aldatmaq üçün ona onu qeydiyyata saldırdığını demişdir. Hazırda hər iki zərər çəkmiş şəxlə barışmışdır, onların şikayət və tələbi yoxdur. Həmçinin vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 2004-cü ildən “ANAMA”-da həkim reanimatoluq vəzifəsində işləmiş, 3 il orda işlədikdən sonra xəstəliyi ilə və yaş həddi ilə əlaqədar təqaüdə çıxmışdır. “ANAMA”-da işləməmişdən əvvəl başqa xəstəxanalarda həkim işləmişdir. Pensiyaya çıxdıqdan sonra 288 manat pensiya pulu alırmış. Sonuncu işlədiyi “ANAMA”-da infakt olduğuna görə ikinci qrup əlilik dərəcəsi almışdır. Bu səbəbdən də xəstəliklə əlaqədar olaraq, əvvəllər 150 manat pensiya alırdı, daha sonra yaş həddinidə əlavə etdikdən sonra 288 manat pensiya alırmış. 2020-ci ilin yanvar ayının 27-də arvadı Sevda Cəlilova xərçəng xəstəliyindən vəfat etmişdir. Vəfat etməmişdən əvvəl qohumları arvadı Sevdanın ziyarətinə gəlirmişlər. Sevdanın bibisi qızı Təqsirləndirilən şəxsda onların yaşadığı evə tez-tez gedib-gəlirmiş. Bildiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə fondunun Pirallahı rayon şöbəsinin pensiya şöbəsində inspektor (mütəxəssis) işləyirmiş. İlahə arvadı Sevdanın xəstə olduğundan və maddi vəziyyətlərinin aşağı olduğunu görüb ona Pirallahı və Xəzər rayonlarında pensiya üzrə mütəxəssis işlədiyini və onun təqaüdünü artırtdıra biləcəyini demişdir. O da İlahədən bunun neçə olacağını soruşmuşdur. İlahə də həm özü orada işlədiyinə, həm də tanışları olduğuna görə onun “ANAMA”-dan xəstəliyi ilə əlaqədar pensiyaya çıxmağına görə ona artıq pensiya verilməli olduğunu demiş və bunun düzəltməsi müqabilində 4.000 manat pul istəmişdir. İlahə ona deməsinə görə ki, onun pensiyası qanuni olaraq 288 manatdan 800 manata qalxmalı imiş. O, 4.000 manatı İlahəyə vermək üçün 2019-cu ilin dekabr ayında ünvan 6 ünvanında yerləşən Respublika X2rşısında İlahə ilə görüşmüş və İlahəyə 4.000 manat pulu sayaraq, vermişdir. İlahə də ona təxminən 1 aya təqaüdünün 800 manat olacağına söz vermişdir. 2020-ci ilin yanvar ayının 27-də arvadı Sevda rəhmətə getmişdir. Təxminən fevral ayında İlahə ilə əlaqə saxlayanda İlahə ona iş üçün əlavə 3.500 manat lazım olduğunu demişdir. O da artıq bu işə başladığına və 4.000 manat pul verdiyinə görə bununla razılaşmışdır. Təxminən 2020ci ilin fevral ayında yenidən İlahə ilə ünvan 6 ünvanında yerləşən Respublika X2rşısında görüşmüş, İlahəyə 3.500 manat pul sayıb vermişdir. İlahə də işin qısa bir müddətdə həll olacağına söz vermişdir. Bundan sonra təxminən 2020-ci ilin mart ayında İlahə yenidən onunla əlaqə saxlayaraq, 1.500 manat lazım olduğunu demişdir. O da məcbur olub, yenidən onunla razılaşmışdır. Yenidən 2020-ci ilin mart ayında İlahə ilə ünvan 6 ünvanında yerləşən Respublika X2rşısında görüşərək, ona 1.500 manat pul vermişdir. Bundan təxminən 1 ay sonra İlahə yenidən ona zəng edərək, əlavə sonuncu dəfə 5.000 manat pul lazım olduğunu demişdir. Rasimdə xəstəliyi ilə əlaqədar olaraq, Bakı şəhərinə gələ bilməmişdir. Ona görədə qardaşı Natiqə demişdir ki, onun (Natiqin) oğlu Mübariz Bakı şəhərində yaşadığı üçün 5.000 manat pulu İlahə ilə görüşüb, ona versin. Natiqdə bununla razılaşmışdır. O, qardaşı Natiqə Şəki şəhərində 5.000 manat pul vermişdir. Natiqdə pulu İlahəyə vermək üçün oğlu Mübarizə göndərmişdir. Mübariz də İlahə ilə ünvan 6 ünvanında yerləşən Respublika X2rşısında görüşüb 5.000 manat pul İlahəyə vermişdir. Ümumilikdə o, İlahəyə 14.000 manat pul vermişdir. İlahə ona zəng eləyib, pulu elə həyacanlı formada istəyirmiş ki, o, məcbur olub ilk dəfə 4.000 manatı verdikdən sonra, digər pulları da İlahəyə vermişdir. Fikirləşirmiş ki, yəqin əlavə pul verməsə həm pensiyası artmayacaq həmdəki verdiyi pullar batacaqdır. Aprel ayından sonra İlahə ilə telefon əlaqəsi saxladıqda İlahə ona hər dəfəsində narahat olmamağı və qısa müddətdə pensiyasının artırılması məsələsi həll olacağını deyirmiş. Lakin o, artıq İlahənin onu aldatdığını başa düşdüyündən, həmdə ona verdiyi 14.000 manata görə borc aldığı şəxslər borclarını istədiklərindən İlahədən verdiyi pulları qaytarmasını tələb etmişdir. Təxminən 2 ay bundan qabaq İlahə ona verməsi üçün Bakı şəhəri, Nərimanov rayonunda yaşayan qızı Rasiməyə 1.600 manat pul vermişdir. Rasimə də həmin 1.600 manatı poçtla ona göndərmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs1 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 vermiş olduğu ifadəsində göstərimişdir ki, o, ürək xəstəsi olduğu üçün işləyə bilmədiyindən əlilliklə bağlı pensiya almaq istəmişdir. 2020-ci ilin yanvar ayının təxminən 18-19-da qohumu Şahid3 evində qonaq olduğu zaman söhbət arası bu barədə danışarkən Raul pensiyaya çıxması ilə bağlı ona köməklik edə biləcək bir nəfər qadın tanışının olduğunu bildirmişdir. O da Rauldan həmin qadınla ona bu işdə kömək etməsini üçün danışmasını xahiş etdikdə Raul onun yanında həmin qadınla telefonla əlaqə saxlayaraq, onunla danışmışdır. Həmin qadın ona kömək edə biləcəyinə razılıq verdiyindən o, özü də həmin vaxt telefonla onunla danışmışdır. Qadın adının Təqsirləndirilən şəxs olduğunu və “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona 2-ci qrup əlillik verdirməklə, pensiya ala biləcəyini və bunun üçün ona təxminən 4.000 manat verməli olduğunu demişdir. O, razı olduqda İlahə ona lazım olan sənədləri, yəni, ərinin ölümü haqqında şəhadətnaməni, özünün şəxsiyyət vəsiqəsinin surətlərini istəmişdir. Buna görə də 21 yanvar 2020-ci il tarixdə o, özünün istifadəsində olan ***-***-**-** saylı mobil telefonun “Whatsapp” proqramı vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna həmin sənədlərin foto şəkillərini göndərmişdir. Təqsirləndirilən şəxs da ona zəng edərək, göndərdiyi sənədləri gördüyünü bildirməklə ondan iş üçün 4.000 manat pul istəmişdir. Ancaq sonradan o, Təqsirləndirilən şəxs həmin məbləğdə pulu olmadığını bildirmiş və Təqsirləndirilən şəxs 3.500 manata razı olmuşdur. 24 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ilə özünün yaşadığı ünvanın yaxınlığında yəni, Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 21 ünvanında fəaliyyət göstərən “Mothercare” adlı uşaq geyimləri satışı mağazasının qarşısında avtomobil yolunda Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı qeydiyyat nişanı yadında qalmayan avtomobilində görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs ona demişdir ki, onu əlilliklə təqaüdə çıxarmaq üçün əvvəlcə onun adını “Dəmir yol” xəstəxanasına ürək xəstəsi kimi qeydiyyata aldıracaq, 21 gün adı xəstə kimi həmin xəstəxanada qeydiyyatda olduqdan sonra, xəstəxanadan onun xəstəliyinə aid epikriz alacaq, daha sonra isə qalan işləri görəcəkdir. Təxminən 3-4 ay ərzində işlər başa çatacaqdır. Bunun üçün də Təqsirləndirilən şəxs ondan ilkin olaraq, yəni epikrizi almaq üçün 2.000 manat istəmiş, qalan 1.500 manatı isə epikrizi alandan sonra verməli olduğunu demişdir. O da həmin avtomobildə sayaraq Təqsirləndirilən şəxs 2.000 manat pul və şəxsiyyət vəsiqəsini vermişdir. Sabahısı gün Təqsirləndirilən şəxs ona zəng edərək, onu ürək xəstəsi kimi “Dəmir yol” xəstəxanasında qeydiyyat saldırdığını bildirmiş və onun yaşadığı ünvanın yaxınlığından keçəcəyini bildirərək, görüşüb, şəxsiyyət vəsiqəsini qaytarmaq istədiyini demişdir. Buna görədə o, Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 21 ünvanında fəaliyyət göstərən “Mothercare” adlı uşaq geyimləri satışı mağazasının qarşısında avtomobil yolunda onun idarə etdiyi avtomobilində görüşmüş və Təqsirləndirilən şəxs onun şəxsiyyət vəsiqəsini ona qaytarmışdır. Təxminən 20-25 gün keçdikdən sonra Təqsirləndirilən şəxs ona zəng edərək, yeni qaydalara görə epikriz verilmədiyini, ancaq elektron qaydasında sistemə oturulduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs sözlərindən bir şey başa düşməsə də ona inanmışdır. Bundan sonra İlahə ondan qalan 1.500 manatıda istəmişdir. Buna görədə təxminən 2020-ci ilin fevral ayının əvvəllərində İlahə ilə yenidən əvvəllər görüşdüyü yerdə, onun idarə etdiyi avtomobildə görüşüb, 1.500 manatı sayaraq ona vermişdir. Lakin həmin müddətdən xeyli vaxt keçsə də Təqsirləndirilən şəxs xəbər çıxmadığından, onunla əlaqə saxladıqda o, “Covid 19” xəstəliyi ilə əlaqədar olaraq işlərin dayandığını, lakin tezliklə qaydasına düşəcəyini bildirirmişdir. Bununla belə vaxt keçdikcə, bir nəticə olmadığından aldadıldığını başa düşdüyündən ona zəng edib, pulunu qaytarmasını tələb etmişdir. Sonradan bilmişdir ki, İlahə Raulun da pensiya məsələsini həll etməyib, onunda 3.500 manat pulunu ələ keçirmişdir. X11 rayon polis idarəsinə şikayət etdikdən sonra, istintaq müddəti ərzində İlahə Rauldan aldığı 3.500 manat pulu tam olaraq qaytarmışdır. Həmin dövrdə o da şikayət etmək istəyəndə, İlahə azyaşlı uşağı olduğunu bildirərək, şikayət etməməyini xahiş etmişdir. Lakin İlahə müxtəlif bəhanələr gətirərək, bu günədək iki dəfəyə bir dəfə 2020-ci ilin noyabr-dekabr ayında 1.000 manat, ikinci dəfə 2021-ci ilin yanvar ayının əvvəllərində 500 manat yəni cəmi 1.500 manat pulunu qaytarmışdır. O, pulları İlahə Əhmcdovaya həmişə onun avtomobilində sayaraq vermiş və avtomobildə ikisindən başca şəxs olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, atası Zərərçəkmiş şəxs2 təxminən 2004-cü ildən “ANAMA”-da həkim reanimatoluq vəzifəsində işləmişdir. İşlədiyi müddətdə ürək xəstəliyinə tutulduğundan ikinci qrup əlil kimi təqaüdə çıxmaqla təqaüd almışdır. Sonradan isə yaş həddinə görə təqaüd almışdır. Təxminən 288 manat təqaüd pulu alırmış. 2020-ci ilin yanvar ayının 27-də anası Sevda Cəlilova xərçəng xəstəliyindən vəfat etmişdir. Vəfat etməmişdən bir müddət xəstə yatmışdır. Həmin müddətdə qohumları anasının ziyarətinə gəlirmişlər. Anasının bibisi qızı Təqsirləndirilən şəxsda atasının yanına gedib-gəlirmiş. Həmin vaxt Təqsirləndirilən şəxs onlara Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə fondunun Pirallahı rayon şöbəsinin pensiya şöbəsində inspektor(mütəxəssis) işlədiyini deyirmiş. Atası Zərərçəkmiş şəxs2la söhbət zamanı İlahə atasına onun aldığı pensiyasının məbləğini qanuni yolla artıra biləcəyini demiş və bunun müqabilində atasından 4.000 manat pul istəmişdir. İlahə atasına deməsinə görə ki, atasının təqaüdü qanuni olaraq, 288 manatdan 800 manata qalxmalı imiş. Atası həmin 4.000 manatı İlahəyə vermək üçün 2019-cu ilin dekabr ayında onun yaşadığı evin qarşısında İlahənin özü ilə şəxsən görüşmüş və həmin 4.000 manat pulu sayaraq, ona vermişdir. İlahə də atasına təxminən 1 aya təqaüdünün 800 manat olacağına söz vermişdir. Təxminən 2020-ci ilin fevral ayında atası İlahə ilə əlaqə saxlayanda İlahə atasına iş üçün əlavə 3.500 manat lazım olduğunu demişdir. Atası da razılaşmışdır. Təxminən 2020-ci ilin fevral ayında atası yenidən İlahə ilə onun yaşadığı evin qarşısında görüşərək, ona 3.500 manat pul vermişdir. İlahə də atasına işin qısa bir müddətdə həll olacağına söz vermişdir. Bundan sonra təxminən 2020-ci ilin mart ayında İlahə yenidən atası ilə əlaqə saxlayaraq, daha 1.500 manat lazım olduğunu demişdir. Atası da yenidən 2020-ci ilin mart ayında onun yaşadığı evin qarşısında görüşərək, ona 1.500 manat pul vermişdir. Bundan təxminən 1 ay sonra İlahə yenidən atasına zəng edərək, əlavə 5.000 manat pul lazım olduğunu demişdir. Atası həmin vaxtı xəstə olduğundan Bakı şəhərinə gələ bilmədiyindən, əmisi Natiqə demişdir ki, onun (Natiqin) oğlu Mübariz Bakı şəhərində yaşadığı üçün 5.000 manat pulu İlahə ilə görüşüb, İlahəyə versin. Bundan sonra atası əmisi Natiqə Şəki şəhərində 5.000 manat pul vermişdir. Əmisi Natiqdə həmin pulu İlahəyə vermək üçün Bakı şəhərində yaşayan oğlu Mübarizə göndərmişdir. Mübariz də İlahə ilə onun yaşadığı evin qarşısında görüşüb 5.000 manat pul İlahəyə vermişdir. Ümumilikdə atası İlahəyə 14.000 manat pul vermişdir. Ancaq məsələ uzandığından atası 2020-ci ilin aprel ayından sonra İlahə ilə telefon əlaqəsi saxladıqda İlahə atasına hər dəfəsində narahat olmamağı və qısa müddətdə təqaüdünün artırılması məsələsi həll olacağını demişdir. Bununla belə atası İlahə tərəfindən aldadıldığını başa düşdüyündən ondan ona verdiyi 14.000 manat pulu qaytarmasını tələb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumu X5 vasitəsi ilə 2020-ci ilin fevral ayından tanımışdır. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə fondunda mühasib vəzifəsində işlədiyini bildirmişdir. Onun övladı anadan gəlmə daun sindromlu olduğundan ona və qaynanası Rəna Şükürlüyə böyrək çatışmazlığı ilə əlaqədar əlillik təqaüd düzəltdirmək istəyirmiş. Ancaq bunu necə ediləcəyini bilmədiyindən, ona bu işdə köməklik etmək üçün Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs ona köməklik edə biləcəyini, ancaq bunun üçün ona 3.500 manat verməli olduğunu bildirmiş, o da razı olmuşdur. Bunun üçün 2020-ci ilin fevral ayında Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergcy Yesenin küçəsində yerləşən Mahmud Qarayevin evində Təqsirləndirilən şəxs ilə görüşüb, ona 3.500 manat pul və lazımı sənədləri vermişdir. İlahə də ona 2-3 ay müddətində işi həll edəcəyini bildirmişdir. Deyilən vaxt keçdikdə, övladının və qaynanasmın təqaüd məsələsi düzəlmədiyindən, o, Təqsirləndirilən şəxs pulunu geri qaytarmasını tələb etmişdir. Ancaq Təqsirləndirilən şəxs pulunu qaytarmadığına görə ondan Xəzər RPİ-nin 1-ci PŞ-nə şikayət etmişdir. Ancaq həmin ərəfədə Təqsirləndirilən şəxs ona verdiyi 3.500 manat pulu tam olaraq qaytardığından, o, təkrar ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs şikayəti tələbi olmadığını bildirmişdir. Hazırdada ondan hər hansı tələbi, şikayəti, iddiası yoxdur. 2020-ci ilin yanvar ayında qohumu Zərərçəkmiş şəxs1 onunevində qonaq imiş. Söhbət arası Mehparə xəstəsi olduğu üçün işləyə bilmədiyindən əlilliklə bağlı təqaüdə çıxmaq istədiyini, ancaq bunun necə edildiyini bilmədiyini demişdir. Həmin ərəfədə o, Təqsirləndirilən şəxs ilə tanış olmuş və onun uşağı üçün əlilliklə təqaüd düzəldəcəyinə ona söz vermişdir. O, bu barədə Mehparəyə bildirdikdə, Mehparə ondan Təqsirləndirilən şəxs ilə ona kömək etməsi üçün danışmasını xahiş etdikdə, o, Mehparənin yanında İlahəyə zəng edib, Mehparə barədə ona demişdir. Təqsirləndirilən şəxs da Mehparəyə kömək edə biləcəyinə razılıq verdiyindən, Mehparənin özü də həmin vaxt telefonla İlahə ilə danışmışdır. Təqsirləndirilən şəxs Mehparəyə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlədiyini bildirərək, ona 2-ci qrup əlillik verdirməklə, təqaüd ala biləcəyini bildirmiş və bunun üçün Mehparədən təxminən 4.000 manat istəmiş, Mehparədə razı olmuşdur. Bundan sonrakı günlərdə öyrənmişdir ki, Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs1 3.500 mana: pul alsa da vədinə əməl etməyərək, onu aldadıb. Bildiyinə görə hazırda Təqsirləndirilən şəxs Mehparədən aldığı pulu tam olaraq qaytarmışdır. Ancaq onun Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs pul verməsində və ya Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pul qaytarmasında hər hansı bir iştirakı olmamışdır. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Şahid2 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı Şahid2 vermiş olduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun əmisidir. Təxminən 2020-ci ilin aprel ayında Şəki şəhərində yaşayan atası X6 ona zəng edərək, ona yol maşını ilə 5.000 manat pul göndərdiyini bildirərək, həmin pulu alıb, İlahə adlı qadınla görüşüb, həmin pulu ona verməyini istəmişdir. Eləcədə İlahə ilə əlaqə yaratmaq üçün ona İlahənin mobil telefon nömrəsini vermişdir. Ancaq həmin mobil telefon nömrəsini unutmuşdur və telefonunun yaddaşından silinmişdir. O, atasının verdiyi mobil telefon nömrəsinə yəni İlahə ilə telefon əlaqəsi saxlayıb, ona verilməsi üçün 5.000 manat göndərildiyini demişdir. İlahə də bundan xəbəri olduğunu bildirmişdir. Bundan sonra İlahə ilə Nərimanov rayonu, Təbriz küçəsində, “Nərimanov” metrostansiyasının girişində, uşaq stomotoloji poliklinikasının qarşısında görüşmüş və həmin 5.000 manat pulu sayaraq İlahəyə vermişdir. Bildiyinə görə İlahə əmisi Rasimin təqaüdünü artırmaq üçün əmisindən pul istəmişdir. Həmin vaxt əmisi Şəki şəhərində xəstə yatdığından, pulu atası Natiqə vermişdir ki, ona göndərsin, o da İlahəyə versin. Eşitdiyinə görə İlahə ümumilikdə əmisi Rasimdən 14.000 manat pul almışdır, ancaq verdiyi vədə əməl etməyərək, onu aldatmışdır. Həmin 14.000 manatdan cəmi 1.600 manatını geri qaytarmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxsnun əvvəllər məhkum olunmasına dair əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. “Tutma haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Əməlin tövsif edilməsi haqqında” 23 fevral 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 24 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X3 24 fevral 2021-ci il tarixli vəsatətinin müdafiəsindən imtina edilmişdir. “Təqsirləndirilən şəxssin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 24 fevral 2021-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs1 28 sentyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam olaraq ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır,ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 17 dekabr 2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam olaraq ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır,ona qarşı heç bir şikayət və tələbi yoxdur. "xxxx" ASC-nin vasitəsi ilə ödənilmiş ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 4.390 manat dövlət büdcəsinə ödənilmişdir Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası CM- nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın zərərçəkmiş şəxslərə tamamilə ödənilməsini, zərərçəkmiş şəxslərlə barışmasını, həmçinin təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs hazırda Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunan əməllərə görə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin: 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin Təqsirləndirilən şəxsnun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar