Məhkəmə qərarları › İş №1(005)-29/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-29/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-29/2023 09.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxx 1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşgul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 dalan 9, ev 32-də yaşayan, “barəsində başqa yerə getməmək haqqında İltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 28 D ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşadığı həmin evdə dayə işləyərkən, evin paltar dəyişmə otağında Zərərçəkmiş şəxs şalvarını çıxararaq dolabın üzərinə qoymasından istifadə edib gizli olaraq cibindən hissə-hissə olmaqla xx.xx.2021 -ci il tarixdə saat 05:32 və 05:34-də, xx.xx.2021 -ci il tarixdə saat 04:05-də, xx.xx.2021ci il tarixdə saat 04:43-də, xx.xx.2021 -ci il tarixdə saat 02:14-də, xx.xx.2021 -ci il tarixdə saat 03:35-də, xx.xx.2021 -ci il tarixdə saat 02:11 -də, xx.xx.2021 -ci il tarixdə saat 01:40-da, xx.xx.2021-ci il tarixdə saat 03:57-də, xx.xx.2021-ci il tarixdə saat 03:07-də, xx.xx.2021-ci il tarixdə saat 05:38-də, xx.xx.2021-ci il tarixdə saat 05:52-də, sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə saat 08 radələrində 100 manat pulu talayıb vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 770 manat pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 770 (yeddi yüz yetmiş ) manat maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayından sentyabr ayının 8-nədək Nərimanov rayonu Atatürk prospekti, ev 28D-də yaşayan ailənin uşağının dayəsi işləmiş, aylıq maaşı da 500 manata olmuşdur. Belə ki, qeyd olunan evdə dayə işlədiyi müddət ərzində işini layiqincə yerinə yetirirdi. Maddi ehtiyacının çox zəif olmasını və onunla birlikdə yaşayan anası Şahid2 xəstə olması səbəbindən onun müalicəsi üçün pul lazım olduğunu, bu səbəbdən işlədiyi evdən pul oğurluğu edib, anasının müalicəsini həyata keçirmək qərarına gəlmişdir. Belə ki, 2021-ci ilin iyun ayının ortalarından başlayaraq iyul ayının əvvəllərinədək müxtəlif günlərdə dəfələrlə həmin evdə yaşayan Sadığın şalvarının cibindən pul götürərək oğurlamış, bu oğurluğu da yalnız iyul ayı ərzində müxtəlif günlərdə etmişdir. Belə ki, Sadığ həmişə evə gələrək evin paltar dəyişmə otağına keçərək orada paltarlarını dəyişib əynindəki şalvarı isə həmişə otaqda olan tumbanın üzərinə qoyurdu, o da bunu kənardan izləyərək hər dəfə səhər tezdən Sadığın işə getməzdən öncə paltar dəyişmə otağına girərək gizlincə onun şalvarından pul oğurlamışdır. Sonuncu dəfə isə sentyabr ayının 8-də yenədə səhər saat təxminən 08 radələrində paltar dəyişmə otağına daxil olaraq Sadığın şalvarını götürüb cibindən 100 manat pulu götürüb oğurluq etdiyi zaman Sadığın anası olan Tünzalə həmin otaqda olan dolabın içərisindən çıxaraq onu pul oğurluğu etdiyi vaxt tutmuşdur. Bundan sonra onlar onu işdən çıxartmışlar. O, 2021-cilin iyun ayının ortalarından sonra 3 dəfə olmaqla hər dəfəsində 30-50 manat məbləğində, 2021-ci ilin iyul ayının əvvəllərində isə 5 dəfə olmaqla hərdəfəsində 50-100-200 manat məbləğində olmaqla ümumilikdə 770 manat pul oğurluğu etmiş və sentyabr ayının 9-da onun anası Tükəzban Sadığın evinə gələrək Sadığın anası olan Tünzalə xanıma onun 770 manat pul oğurluğu etdiyi üçün ona 800 manat pulu verərək geri qaytarmışdır. Lakin Sadığın isə onun həmin evdən ümumilikdə 34.600 manat pulu oğurladığını qeyd etdiyini bildirmişdir. Amma bu tam yalan və şər böhtandır. Bir daha qeyd edir ki, o həmin evdən ümumilikdə 770 manat pul oğurlamışdır. Əlavə olaraq bildirmişdir ki, o yalnız iyul ayı ərzində müxtəlif vaxtlarda və sonuncu dəfə sentyabr ayının 8-də oğurluq etmişdir. Etdiyi əməldən peşmandır. İki qardaşı cavan rəhmətə gedib, himayəsində yaşlı anası var. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oglu ifadəsində göstərdi ki, direktoru olduğu SNG-Lubricants MMC-də maşın yağlarının satışını təşkil edir. Bu səbəbdən Bakı şəhərində bir çox şirkətlərə maşın yağları satdığı üçün onların ona pul ödənişlərini etdiyini, o da gün ərzində yağ satışından yığmış olduğu pulları axşam evə gətirərək, səhəri gün işə getdikdə həmin pulları bank hesabına köçürdüyünü bildirmişdir. Eyni zamanda da 2021-ci ilin mart ayının əvvəlindən onun yaşadığı evdə Təqsirləndirilən şəxs bacısının azyaşlı övladının dayəsi işləmişdir. Belə ki, o işi ilə əlaqədar olaraq qeyd etdiyi kimi həmişə axşamlar evə cibində işin pulu ilə gəlirdi və hər dəfə cibində müxtəlif məbləğdə məsələn ən azı 500-600 və ən çoxu 2500-3000 manat olmuşdur. Belə ki, son aylarda onun cibində olan pulların hər dəfə azaldığını hiss etmiş, bu səbəbdən də evdə işləyən dayədən şübhələndikləri üçün sentyabr ayının 8-də saat təxminən 07.30 radələrində dayə Yeganənin işə gəlməzdən öncə anası paltar otağında dolaba girərək orada gizlənmiş və Yeganə gələndə onun hərəkətlərini izləmək istəmişdir. Belə ki, anası həmin vaxt dolabda gizləndiyini zaman Yeganə paltar dəyişmə otağına gələrək bir başa onun orada olan şalvarını götürüb əlini cibinə salaraq pulu çıxardıb 100 manat pulu götürüb digər pulları isə təkrarən şalvarın cibinə qoyduqda dərhal anası mobil telefonla bu səhnənin şəklini çəkərək dolabdan çıxıb Yeganəni hadisə başında tutmuşdur. Yeganənin də oğurluq etdiyini səmini etiraf edərək götürmüş olduğu 100 manat pulu təkrara geri yerinə qoymuşdur. Bundan sonra həmin günü Yeganəni işdən çıxartmışlar, lakin artıq dəfələrlə cibindən müxtəlif məbləğlərdə pulun yoxa çıxması səbəbindən işədə mart ayından sentyabr ayınadək ümumi işin pul hesabatını apardıqda, bu müddət ərzində ümumilikdə 34.600 manat pulun əksik olduğu ona məlum olmuşdur. Bu səbəbdən evə qayıdaraq həmin aylar ərzində evdə olan video müşahidə kameralarına baxdıqda müxtəlif vaxtlarda Yeganənin onun şalvarından pul oğurladığını müəyyən etmiş, lakin əvvəlki ayların video görüntüləri kamera yaddaşından silindiyindən onları müəyyən etməyin mümkün olmamışdır. Yeganə onlara 800 manat ödəsədə, oğurlanmış məbləg 34.600 manatdır. Hazırda şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 09 mart 2021-ci il tarixdən 08 sentyabr 2021-ci il tarixədək onların evlərində dayə işləmişdir. Təqsirləndirilən şəxs onların evində dayə işlədiyi vaxt ərzində oğlu Zərərçəkmiş şəxs dolabda olan şalvarının cibindən müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pullar götürərək oğurluq etmişdir. Belə ki. oğlu Sadıq hər gün axşam işdən evə gəldikdə paltarını qardirob otağında dəyişir və şalvarı qardirob otağında olurdu. Təqsirləndirilən şəxs bundan istifadə edib, müxtəlif vaxtlarda oğlunun qardirob otağında olan şalvarının cibindən müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pullar götürmüşdür. Bir gün oğlu Sadığ ona cibindən pulların əskik olduğunu bildirmiş, o isə oğluna cibində olan pulları nə üçün saymadığını və harda itirdiyini soruşduqda oğlu Sadığın isə işdən evə gələndə pulun cibində olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhələnməyə başlamışlar, çünki evlərində olan qardirob otağını Təqsirləndirilən şəxs yığışdıriqdi, bu səbəbdən də ondan şübhələnmişlər. Onlar Təqsirləndirilən şəxs şübhələndikləri üçün evlərində olan video kameralara baxmışlar, sonra Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda qardirob otağına daxil olaraq oğlu Sadığın şalvarının cibindən pul götürdüyünü görmüşlər. Bundan sonra oğlu ilə Təqsirləndirilən şəxs iş başında yaxalamaq üçün qərara gəlmişlər. 08 sentyabr 2021-ci il tarixdə o, qardirob otağında olan dolabın içərisində gizlənmişdir. Təqsirləndirilən şəxs otağa daxil olub oğlu Sadığın şalvarının cibindən 100 manat məbləğində pul götürən zaman dolabın içərisindən qapını asta açaraq onun şəklini çəkmiş və bundan sonra dərhal qardirob otağına daxil olaraq Yeganəni pulu oğurladığı yerdə yaxalamışlar. Onlar Təqsirləndirilən şəxs nə üçün belə bir hərəkət eldiyini soruşduqda Yeganənin Sadığın şalvarının cibindən ümumilikdə 770 manat pul götürdüyünü demişdir. Belə ki, 04-05-06 və 07 sentyabr 2021-ci il tarixlərdə oğlu Sadığın şalvarının cibindən ümumilikdə 770 manat pulun əskik olmuşdur. O Yeganəyə bu barədə bildirdikdə Yeganə həmin günlər ərzində qeyd olunan məbləgdə pulları hissə-hissə götürdüyünü etiraf etmişdir. Bundan sonra video kameranın yaddaşında olan günlərdə olan görüntülərə baxdıqda hər gün Təqsirləndirilən şəxs oğlu Sadığın şalvarının cibindən müxtəlif məbləğlərdə pullar götürdüyünü görmüşlər. Evdə ailəliklə söhbət edən zaman Təqsirləndirilən şəxs onların evində işə başladığı müddətdən, işdən çıxdığı müddətədək, yəni 08 sentyabr 2021-ci il tarixədək davamlı olaraq hər gün oğlu Sadığın cibindən pullar götürmüşdür. Götürülən məbləği dəqiqləşdirmək üçün oğlu Sadığ Təqsirləndirilən şəxs işə başladığı tarixdən, işdən çıxdığı tarixədək öz firmasında hesabat aparmış və sonda Təqsirləndirilən şəxs oğlu Sadığın şalvarının cibindən işlədiyi müddət ərzində 34.600 manat məbləğində pul götürdüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qızıdır. Yeganə 2021-ci ilin mart ayından sentyabr ayının 8-nədək Nərimanov rayonu Atatürk prospekti, ev 28D-də yaşayan ailənin uşağının dayəsi işləmişdir. Aylıq maaşı da 500 manata olmuşdur. Belə ki, qızı qeyd olunan evdə dayə işlədiyi müddət ərzində işini layiqincə yerinə yetirmiş, lakin maddi ehtiyacları çox zəif olması və onun qızı ilə birlikdə yaşayaraq xəstə olması səbəbindən onun müalicəsi üçün pul lazım olmuş, bu səbəbdən də qızı işlədiyi evdən pul oğurluğu edib, onun müalicəsini həyata keçirmək qərarına gəlmişdir. Belə ki, qızı işlədiyi evdən ümumilkdə 770 manat pul oğurlamış və oğurluq eldiyi zaman ev sahibinin onu tutduğunu göstərmişdir. Bu barədə ona qızı Təqsirləndirilən şəxs özü ev sahibi tərəfindən tutulduqdan sonra, yəni 08 sentyabr 2021-ci il tarixdə demişdir. O, bunu eşitdikdə qızı Təqsirləndirilən şəxs öz narazılığını bildirərək, tanışları ilə oynadığı lotereyadan əldə etdiyi 800 manat pulu götürüb qızının dayə işlədiyi evə getmiş və orada ev sahibinin anası Tünzalə xanımla görüşüb 800 manat pulu ona vermiş, 800 manat pulu Tünzalə xanıma verdikdə Tünzalə xanım ona qızının oğurladığı məbləği qaytardın deyə bildirmişdir. Qeyd etmişdir ki, o 800 manat pulu Tünzalə xanıma qaytardıqdan sonra Tünzalə xanımın onu təhqir edərək oğru böyütdüyünü bildirmiş, lakin qızı Yeganənin 34.600 manat pul oğurlaması barədə ona heçnə deməmişdir. O, sonradan yəni xx.xx.2021-ci il tarixdə Tünzalə xanımın oğlu Sadığın qızı Təqsirləndirilən şəxs 16-cı PB-nə şikayət edərək, qızının guya onun cibindən 34.600 manat pul oğurladığın bilmişdir. X2 cibindən həmin məbləğdə, yəni 34.600 manat məbləğində pulu ogurlanması yalandır, bunun onun qızına atılmış şər və böhtandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi, ona təqdim edilmiş vodeogörüntülər əsasında təqsirləndirilən şəxsə ittiham verilmişdir. İşdə olan şübhəli məqamlar təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş 01 ədəd video görüntü olan disk, mühüm sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınaraq və maddi subut olaraq cinayət işi materiallarına əlavə edilmiş, həmçinin diskə baxış protokolu, şahid ifadələri, üzləşdirmə protokolu mühüm sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1367 saylı rəyinin nəticə hissəsində qeyd olunur ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 69-cu vərəqində xx.xx.2021-ci il tarixli zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında qərarda “Tanış oldu: nümayəndə “Pərvin Mənsimov” qrafasındakı imza, 70-ci vərəqində vəzifələr haqqında bildirişdə "Zərərçəkmiş şəxsin nümayəndəsi Pərvin Mənsimov” qrafasındakı imza və 71-ci vərəqində xx.xx.2021-ci il tarixli zərərçəkmiş şəxsin nümayəndəsinə hüquq və vəzifələrinin izah edilməsi, hüquq və vəzifələri barədə bildirişin surətinin) və zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarın surətinin ona verilməsi haqqında protokolda zərərçəkmiş şəxsin nümayəndəsi Pərvin Mənsimov” qrafasındakı imza - Müdafiəçi2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 112 manat təşkil edir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1369 saylı rəyinin nəticə hissəsində qeyd olunur ki, Ekspertizaya təqdim olunmuş videoyazıda tədqiqatı tələb olunan hissələrdə qeydə alınmış "taym kod” zaman göstəricisində 02:17:30 - 02:17:38 və 02:19:13 - 02:19:22 kimi kəskin dəyişikliklə müşayiət olunan və kardlararası montaj əlamətləri üçün xarakterik olan kəskin səhnə keçidləri müəyyən olunmuşdur. Videoyazı ilkin olmadığından və videoyazının qeydə alındığı yazı qurğusu vasitəsi ilə qeydə alınmış eksperimental videoyazı tədqiqata təqdim olunmadığından kəskin səhnə keçidlərinin hansı səbəbdən yaranmasını və videoyazıda digər dəyişikliklərin olub olmamasını müəyyən etməf mümkün olmadı. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1751 saylı rəyinin nəticə hissəsində qeyd olunur ki, Ekspertizaya təqdim olunmuş videoyazının tədqiqatı tələb olunan hissələrində (xx.xx.2021-ci il tarixli saat 02:17 və xx.xx.2021-ci il tarixli saat 02:20-də olan video görüntülərin) qeydə alınmış “taym kod” zaman göstəricisində 02:17:30 - 02:17:38 və 02:19:13 - 02:19:22 kimi kəskin zaman dəyişikliyi və kəskin səhnə keçidləri ilə müşaiyət olunan kardlararası montaj üçün xarakterik əlamətlər müəyyən olundu. Videoyazı ilkin olmadığından və videoyazının qeydə alındığı yazı qurğusu vasitəsi ilə qeydə alınmış eksperimental videoyazı tədqiqata təqdim olunmadıgından qeyd olunan montaj əlamətlərinin hansı səbəbdən yaranmasının və videoyazıda digər dəyişikliklərin olub-olmamasını müəyyən etmək mümkün olmadı. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Tutma haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin günü saat 18:20-də şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 15 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; 15 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır; “sübutların qiymətləndirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 1 ədəd disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, məhkəməyədək icraat materialı üzrə alınmış mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. CM-in 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi əməli etiraf edib peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini, himayəsində yaşlı anasının olmasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmə, iş üzrə maddi sübut – 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 512 manat təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsin maddi durumunu nəzərə alıb həmin məbləgin ondan tutulmaması və dövlət nəfinə aid edilməsi qənaətinə gəlir. CPM-nin 198.2 maddəsinə əsasən - Məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil Müdafiəçi1 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 maddəsi ilə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 1 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd gününə bərabər olmaq hesabı ilə 4 (dörd) gün ona təyin edilmiş islah işləri cəzasından çıxılsın və üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. İslah işləri cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 512 manat dövlət nəfinə aid edilsin. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar