Məhkəmə qərarları › İş №1(005)-290/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-290/2020

02.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-290/2020 02.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Hüseynli Cavid Əli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi - Nümayəndə, Müdafiəçi –14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, «Socar» Nəqliyyat İdarəsi 5 saylı X1 sürücü vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi ev 46, mənzil 26-da qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 00:45-də «BC» kateqoriyalı AC 039200 nömrəli sürücülük vəsiqəsi əsasında özünə məxsus «Mercedes- Benz E 220» markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə «Koroğlu» metrostansiyası istiqamətində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36ci maddəsinin l-ci hissəsinin 3-cü bəndinin və 37 maddəsinin 5-ci hissəsinin 2-ci bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətlərdə iştirak etməməli, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etməməli olduğu halda, bunlara riayət etməyərək, mobil telefonla danışdığından diqqəti idarəetmədən yayınmış və Bakı şəhəri, Heydər Əliyev prospekti 72-78 ünvanın qarşısında yolda dayanmış vəziyyətdə olan “xxxxxx” ASCyə məxsus“ MAN TGS 26.440” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə toqquşmuş, sonra həmin yerdə çirkab suların təmizlənməsinin təmiri ilə məşğul olan xx.xx.1967-ci il təvəllüdlü X5 avtomobilin sağ qarşı tərəfi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Ə.Zeynalova bir araya sığmayan politravma, baş beyin toxumasının əzilib-dağılması (hissəvi evakuasiyası), kəllə qapaq sümüklərinin kəllə əsasına keçən açıq, qəlpəli sınıqları, sağ alın gicgah nahiyəsinin əzilib-cırılmış yarası, hər iki bazu sümüklərinin, sağ said sümüklərinin qapalı yerdəyişən sınıqları, sağ baldır sümüklərinin açıq, qəlpəli yerdəyişən sınıqları, bədənin çoxsaylı sürtünmə xarakterli sıyrıqları kimi dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək hadisə yerində ölümünə və «xxxxxx» ASC-nin Nəqliyyat və X9 məxsus MAN TQS 26.440 markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində 444 manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham edildiyi əməldə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, işdən asudə vaxtlarında özünə məxsus “Mercedes Benz E 220'’ markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə evdə olan zaman müştəri tərəfindən ona sifariş verilmiş və o, həmin sifarişi qəbul edib yaşadığı evdən çıxıb Xətai prospekti ilə gələrək H.Əliyev prospektinə çıxmışdır. Heydər Əliyev prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətində təxminən saatda 80-90 km sürətlə hərəkət edən zaman “Günəş” şadlıq sarayına çatmamış bir əli sükanda olduğu halda digər əlində olan mobil telefona baxmışdır. Bir neçə saniyə sonra başını yuxarı qaldırıb yola baxdıqda ondan təxminən 5-6 metr irəlidə yük avtomobilinin dayandığını görmüşdür. İdarə etdiyi avtomobili sola tərəf manevr etməyinə baxmayaraq avtomobilin ön hissəsi ilə həmin yük avtomobilinin arxa sol hissəsi ilə toqquşmuş, avtomobil hərəkətdə olarkən qabaq hissəsində zərbə hiss edərək qabaq alın şüşəsinə kişi cinsindən olan şəxsin çırpıldığını görmüşdür. Daha sonra avtomobilini saxladıqdan sonra yerdə uzanan şəxsə yaxınlaşmış, bir qədər keçmiş təcili yardım avtomobili gələrək yaralını xəstəxanaya aparmışlar. Həmin vaxt hadisə yerinə polis əməkdaşlarının gəldiyini görərək onlara yaxınlaşıb yol-nəqliyyat hadisəsinin onun tərəfindən törədildiyini bildirmişdir. Son olaraq əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zeynalova Könül Məmmədağa qızı ifadəsində bildirmişdir ki, X6 onun əri olmuşdur. 1992-ci ildən onunla rəsmi nikahdadır. Üç övladları vardır. Əri Nərimanov rayonu Sukanal idarəsinin qəza bərpasının rəisi vəzifəsində işləmişdir. xx xxxx 2020-ci il tarixdə gecə əri işdə olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 02 radələrində ərinin iş yoldaşlarından biri mobil telefonla zəng edərək qəza baş verdiyini və Əlqamətin 5 saylı xəstəxanada olduğunu söyləmişdir. O evdən çıxıb taksi ilə xəstəxanaya gəlmişdir. Xəstəxanada ona məhkəmə tibbi ekspertizasının Nərimanov rayon şöbəsinə müraciət etməyini bildirmişlər. Ekspertiza şöbəsində ona məlum olmuşdur ki, əri həmin gecə H.Əliyev prospektində çirkab sularının axıdılması quyusunda qəza işlərinin bərpası zamanı avtomobillə vurulduqdan sonra ölmüşdür. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, “xxxxxx" X7 Nərimanov rayon Sukanal İdarəsinin hüquq məsləhətçisi vəzifəsində işləyir. Ona məlum olmuşdur ki, xx xxxx 2020-ci il tarixdə Nərimanov rayonu. Heydər Əliyev prospektində «Mercedes Benz» markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin «xxxxxx» ASC-yə məxsus Man TGS 26.440 markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmaqla baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin zədələnməsi ilə bağlı ASC-ə 444 manat maddi ziyan dəymişdir. Qeyd edilən ziyanını ödənilməsi ilə əlaqədar «Mercedes Benz» markalı 90- VJ-026 dövlət qeydiyyat nişanlı avtomobilin sığortalandığı «Ata Sığorta» şirkətinə müraciət etmiş və dəymiş maddi ziyanın ödənilməsi vəd edilmişdir. Odur ki, «Mercedes Benz» markalı **-VJ- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə qarşı iddia tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, «xxxxxx» ASC-nin Bakı Sukanal İdarəsində sürücü işləyir. xx xxxx 2020-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən «Kral» mebel salonun qarşısında «Günəş» şadlıq sarayı ilə üzbəüz metronun «Koroğlu» stansiyası istiqamətində yolda çirkab suların axıdılması quyusunda qəza ilə əlaqədar o, çilingərlər Şahid4 və Şahid3la birlikdə idarə etdiyi MAN TQS 26440 markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəza baş verən ünvana gəlmişlər. Qəza yerinə gəldikləri zaman Nərimanov rayonu Sukanal idarəsinin qəza bərpasının rəisi X6 qəza yerində olmuşdur. O avtomobilin sükanı arxasında oturmuşdur. Qəza xidmət avtomobilinin arxasına yol nişanları düzülmüşdür. Nurlan, Rəşad və Əlqamət qəza xidmət avtomobilinin arxasında olmuşlar. İşə başlanıldıqdan təxminən 15 dəqiqə keçmiş avtomobilin arxa hissəsindən taqqıltı səsi eşitmişdir. Oturduğu sükanın arxasından pəncərədən sola baxarkən «Mersedes» markalı avtomobilin qabaq hissəsində kişi cinsindən olan şəxsin ayaqları yerdə sürüyüb apardığını görmüşdür. Daha sonra avtomobil bir qədər irəli hərəkət edərək dayanmışdır. Avtomobildən düşərək həmin şəxsə yaxınlaşdıqda onun Əlqamət olduğunu və xırıldadığını görmüşdür. Bundan sonra təcili yardım avtomobili gələrək Əlqaməti xəstəxanaya aparmışdır. Sonra isə polis əməkdaşları hadisə yerinə gələrək hadisəni sənədləşdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, «xxxxxx» ASC-nin Bakı Sukanal İdarəsində qəza-bərpa işləri üzrə çilingər vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən «Kral» mebel salonun qarşısında «Günəş» şadlıq sarayı ilə üzbəüz metronun «Koroğlu» metrostansiyası istiqamətində yolda çirkab suların axıdılması quyusunda qəza ilə əlaqədar çilingər Şahid4 və təmir-qəza avtomobilinin sürücüsü Şahid2lə birlikdə onun idarə etdiyi MAN TQS 26440 markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin ünvana gəlmişlər. Onlar qəza yerinə gəldikləri zaman Nərimanov rayonu Su Kanal idarəsinin qəza bərpasının rəisi X6 qəza yerində olmuşdur. Qəza xidmət avtomobilinin arxasına yol nişanlarını düzərək işə başlamışlar. O, Rəşad və Əlqamət qəza xidmət avtomobilinin arxasında olmuşlar. O, Rəşadla birlikdə qəza avtomobilinin arxasında sağ hissədə olmuşlar. Əlqamət isə avtomobilin arxa tərəfdən sol hissəsində dayanmışdır. İşə başladıqlarından təxminən 15 dəqiqə keçmiş bir də onu görmüşdür ki, şəhər istiqaməti ilə hərəkət edən «Mersedes» markalı avtomobil qəza avtomobilinin sol hissəsi ilə toqquşaraq Əlqaməti avtomobilin sağ hissəsi ilə vurub sürüyərək təxminən 20-30 metr qabağa aparmışdır. Əlqamətin avtomobilin qabaq hissəsindən yolun sağına düşdüyünü görmüşdür. Avtomobil bir qədər irəli hərəkət edərək dayanmışdır. O, Rəşad və sürücü Kəramət Əlqamətə yaxınlaşdıqda onun artıq xırıldadığını görmüşlər. Daha sonra təcili yardım avtomobili gələrək Əlqaməti xəstəxanaya aparmışdır. Sonra isə polis əməkdaşları hadisə yerinə gələrək hadisəni sənədləşdirmişlər. Əlqaməti vuran avtomobil sürücüsü polis əməkdaşları ilə birlikdə hadisə yerində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, «xxxxxx» ASC-nin Bakı Sukanal İdarəsində qəza-bərpa işləri üzrə çilingər vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən «Kral» mebel salonun qarşısında «Günəş» şadlıq sarayı ilə üzbəüz metronun «Koroğlu» metrostansiyası istiqamətində yolda çirkab suların axıdılması quyusunda qəza ilə əlaqədar o, çilingər Nurlan Qərəmanov və təmir-qəza avtomobilinin sürücüsü Şahid2 ilə birlikdə onun idarə etdiyi MAN TQS 26440 markalı **- JZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə həmin ünvana gəlmişlər. Onlardan başqa təşkilatın «Reno» markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı su avtomobilin sürücü Şahid1 qəza yerində olmuşdur. Su avtomobili qəza xidməti avtomobilinin qarşısında dayanmışdır. Onlar qəza yerinə gəldikləri zaman Nərimanov rayonu Sukanal idarəsinin qəza bərpasının rəisi X6 qəza yerində olmuşdur. Qəza xidmət avtomobilinin arxasına yol nişanlarını düzərək işə başlamışlar. Qəza işləri apardıqları yer işıqlı olmuşdur. O, Nurlan və Əlqamət qəza xidmət avtomobilinin arxasında olmuşlar. O və Nurlan qəza avtomobilinin arxa sağ hissəsində dayanmışlar. Əlqamət isə avtomobilin arxa tərəfdən sol hissəsində dayanmışdır. İşə başladıqlarından təxminən 15 dəqiqə keçmiş görmüşdür ki, şəhər istiqaməti ilə hərəkət edən «Mersedes» markalı avtomobil qəza avtomobilinin sol hissəsi ilə toqquşaraq Əlqaməti avtomobilin sağ hissəsi ilə vurub sürüyərək təxminən 20-30 metr qabağa aparmışdır. Əlqamətin avtomobilin qabaq hissəsindən yolun sağına düşdüyünü görmüşdür. Avtomobil bir qədər irəli hərəkət edərək dayanmışdır. O, Rəşad və sürücü Kəramət Əlqamətə yaxınlaşdıqda onun artıq xırıldadığını görmüşlər. Daha sonra təcili yardım avtomobili gələrək Əlqaməti xəstəxanaya aparmışdır. Sonra isə polis əməkdaşları hadisə yerinə gələrək hadisəni sənədləşdirmişlər. Əlqaməti vuran avtomobilin sürücüsü polis əməkdaşları ilə birlikdə hadisə yerində olmuşdur. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında iştirak etməmiş, onun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş və onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. (i.v. 1); Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 2/9307 nömrəli xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluq vəziyyəti yoxdur.(i.v. 31); AC seriyalı 039200 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2014-cü il tarixdə “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir, sənədin bitmə tarixi isə xx.xx.2024-cü ildir. (i.v. 33); xx xxxx 2020-ci il tarixli ziyan aktından görünür ki, Man TGS 26.440 markalı **-JZ-*** dövlət nömrə nişanlı avtomobilə cəmi 444 manat ziyan dəymişdir. (i.v. 53); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əməliyyatsorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. (i.v. 54); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X14 xx.xx.2020-ci il tarixli 016-58315-1220 nömrəli məktubdan görünür ki, DİN-in Baş Dövlət X13 Qeydiyyatimtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə AC 039200 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur (i.v. 73); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasının xx xxxx 2020-ci il tarixli, 62 nömrəli rəyindən görünür ki, mərhum X3 meyitinin məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- həyatla bir araya sığmayan politravma, baş beyin toxumasının əzilib-dağılması (hissəvi evakuasiyası), kəllə qapaq sümüklərinin kəllə əsasına keçən açıq, qəlpəli sınıqları, sağ alın gicgah nahiyəsinin əzilib- cırılmış yarası, hər iki bazu sümüklərinin, sağ said sümüklərinin qapalı yerdəyişən sınıqları, sağ baldır sümüklərinin açıq, qəlpəli, yerdəyişən sınıqları, bədənin çoxsaylı sürtünmə xarakterli sıyrıqları həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidirlər. Mərhum X3 ölümünə səbəb - həyatla bir araya sığmayan politravma, baş beyin toxumasının əzilib-dağılması (hissəvi evakuasiyası) olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən təxminən 6-8 saat əvvələ uyğun gəlir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi təsdiq edir. Mərhum X3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (i.v. 77-79); “CD diskə baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı videogörüntünün 03 dəqiqə 34 saniyəsində bir sedan tipli avtomobilin H.Əliyev mərkəzi istiqamətindən üzü Koroğlu metrostansiyası istiqamətində hərəkətdə olaraq gəlib dayanmış vəziyyətdə olan yük avtomobilinin arxa sol künc hissəsindən vurması və sonra həmin avtomobilin yanında dayanmış piyadanı vurması və biraz irəliyə gedərək qarşı hərəkət yolu ilə ayrıcı xəttin yanında saxlaması müəyyən olundu. (i.v.83); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə xx xxxx 2020-ci il tarixli 8/1136 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 5-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.(i.v. 90-93); Sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin NHİX-dən alınmış TŞ-6-034 nömrəli kameranın qeydə aldığı iki ədəd DVD diski iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və cinayət işinə əlavə olunmuşdur. (i.v. 109-114); “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 125-127); Qətimkan tədbiri seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 142-146); Zərərçəkmiş şəxsin hüquqi varisi Zeynalova Könül Məmmədağa qızının məhkəmə iclasında təqdim etdiyi yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—ki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə xx xxxx 2020-ci il tarixli 8/1136 nömrəli ekspert rəyindən görünür ki, Mercedes Benz minik markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 5-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 37-ci maddəsinin 5-ci hissəsinin 2-ci bəndinə əsasən Mexaniki nəqliyyat vasitəsinin sürücüsünə nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək qadağandır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2‑ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxs X3 hüquqi varisi Zeynalova Könül Məmmədağa qızı ilə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbi olmamış və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.10‑59.1.13‑cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1‑ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 100 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış - 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X4 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin ona 01 (bir) il 06 (altı) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış - 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri – 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlıq Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X4 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar