Məhkəmə qərarları › İş №1(005)-290/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-290/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-290/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X5, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında, məhkəmə hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş X1 Pərvanə Qurban qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, təhqir hesab edilən hərəkətlər 17 mart 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 20 saylı Laçın rayon tam orta məktəbin binasında fəaliyyət göstərən Laçın rayon X3 15 nəfər kollektiv üzvü və 4 nəfər online olmaqla 19 nəfərdən ibarət X11 baş vermişdir. Daha sonra isə 20 iyul 2023-cü il tarixdə Pərvanə Rüstəmova “Whatsapp” ani mesajlaşma proqramında Ülviyyə İsmayılova adlı müəlliməyə səs ataraq təhqir etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-258/2024 nömrəli, 06 may 2024-cü il tarixli qərarı ilə xüsusi ittiham qaydasında şikayət baxılması üçün X2 yaşayış yeri üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab etmişdir ki, X9 şikayətində X2 onu 20 iyul 2023-cü il tarixdə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə təhqir etdiyini, “Whatsapp” ani mesajlaşma mübadilə sisteminin internet informasiya ehtiyatı olduğunu və hüquqi ünvanı isə X4 Kaliforniya Ştatında yerləşdiyindən təhqir xarakterli məlumatları yaymış X2 axırıncı yaşayış yerinin Bakı şəhəri, Nərimanov rayonunda olduğundan şikayətə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-290/2024 nömrəli, 21 may 2024cü il tarixli qərarına əsasən X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X5 xüsusi ittiham qaydasında şikayəti ilə əlaqədar məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həlli üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 1(103)-1455/2024 nömrəli məktubu ilə hazırkı material aidiyyəti üzrə Laçın Rayon Məhkəməsinə göndərilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmışdır. Məktubda göstərilmişdir ki, X5 şikayətinə əsasən təhqir xarakterli ifadələr sonuncu dəfə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə göndərilmişdir. Qənaətlərinə görə “Whatsapp” ani mesajlaşma proqramının hüquqi ünvanı xaricdə yerləşdiyinə görə cinayət işinə barəsində şikayət verilmiş şəxs X2 qeydiyyatda olduğu yer üzrə Laçın Rayon Məhkəməsində baxılmalıdır. Qeyd edirlər ki, müxtəlif apelyasiya məhkəmələrinin yurisdiksiyasına aid məhkəmələrdə baxılan işlərin ərazi aidiyyəti ilə əlaqədar məhkəmələr arasında yaranmış fikir ayrılığı Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən həll edilir. Laçın Rayon Məhkəməsi Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olduğundan hazırkı material aidiyyəti üzrə Laçın Rayon Məhkəməsinə göndərilməsi üçün qaytarılır. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 hazırkı materialın aidiyyəti üzrə Laçın Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 da çıxış edərək hazırkı materialın aidiyyəti üzrə Laçın Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq və Bakı Apelyasiya Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 1(103)-1455/2024 nömrəli məktubunu nəzərə alıb hesab edir ki, xüsusi ittiham qaydasında şikayət ərazi aidiyyəti üzrə baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2014-cü il tarixli Qərarının 12-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X5 xüsusi ittiham qaydasında verdiyi şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Laçın Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 293, 298-300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X5 xüsusi ittiham qaydasında verdiyi şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Laçın Rayon Məhkəməsinə göndərilsin. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar