Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-291/2023 22.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi – X1, Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi – Nümayəndə1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştiraklar ilə, xx xxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxxxx 1982-ci ildə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib saxlanc yerinə qanunsuz daxil olaraq təkrarən oğurluq etməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, xx.xx.2023-ci il tarixdə saat 02 radələrində onların cinayətkar niyyətindən məlumatsız olan və şəxsiyyəti istintaqla müəyyən edilməyən sürücünün idarə etdiyi taksi ilə ünvan 3 ünvanında fəaliyyət göstərən “Araz Xalisə” adlı marketin qarşısındakı avtobus dayanacağında quraşdırılmış "xxxx" MMC-yə məxsus 20030 saylı elektron ödəmə aparatının yanına gəldikdən sonra aralarındakı rol bölgüsünə uyğun olaraq qrup üzvü Təqsirləndirilən şəxs2 ətrafı müşahidə etməklə kənarda gözləmiş, o, həmin ünvandakı "xxxx" MMC-уə məxsus 20030 saylı elektron ödəmə aparatının əskinas qəbuledicisini qoruyan dəmir çərçivəni özü ilə gətirdiyi dəmir parçası ilə yerindən qoparıb digər mühüm işlək hissələrini sıradan çıxarmaqla aparatın saxlanc yerinə qanunsuz daxil olub ödəmə aparatının 1251 (bir min iki yüz əlli bir) manat dəyərində “MEİ” pul qəbuledicisini, 210 manat dəyərində “SCL-1200” əskinazlıq pul kasetini içərisindəki 4255 manat nağd pulla birlikdə oğurlayaraq "xxxx" MMC-yə ümumilikdə 5716 manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, xx.xx.2023-ci il tarixdə saat 05 radələrində sonuncunun idarə etdiyi **-VK-*** dövlət qeydiyyat nişanlı, “Toyota” markalı, “Prius” modelli avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, 131A ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs ASCnin baş ofisinin yaxınlığına gəldikdən sonra aralarındakı rol bölgüsünə uyğun olaraq qrup üzvü Təqsirləndirilən şəxs2 ətrafı ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs ASC-nin baş ofisinin inzibati binasının hərəkət sensorlu giriş-çıxış qapısından bankın elektron xidmətlər üçün nəzərdə tutulmuş hissəsinə keçib, həmin gün 05:19-dan 05:21-dək olan müddət ərzində elektron xidmət sahəsindəki Zərərçəkmiş şəxs ASC-ə məxsus ******* seriyalı, “SAGA” modelli elektron terminalın əskinas qəbuledicisini qoruyan dəmir çərçivəni özü ilə gətirdiyi dəmir parçası ilə yerindən qoparıb digər mühüm işlək hissələrini sıradan çıxarmaqla terminalın saxlanc yerinə qanunsuz daxil olub həmin terminalın 350 manat dəyərində “MEİ ADVANCE 1200” markalı əskinazlıq pul kasetini içərisindəki 28751 manat nağd pulla birlikdə oğurlayaraq Zərərçəkmiş şəxs ASC-yə ümumilikdə 29101 manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib saxlanc yerinə qanunsuz daxil olaraq təkrarən oğurluq etməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, xx.xx.2023-ci il tarixdə saat 02 radələrində onların cinayətkar niyyətindən məlumatsız olan və şəxsiyyəti istintaqla müəyyən edilməyən sürücünün idarə etdiyi taksi ilə ünvan 3 ünvanında fəaliyyət göstərən “Araz Xalisə” adlı marketin qarşısındakı avtobus dayanacağında quraşdırılmış "xxxx" MMC-yə məxsus 20030 saylı elektron ödəmə aparatının yanına gəldikdən sonra aralarındakı rol bölgüsünə uyğun olaraq ətrafı müşahidə etməklə kənarda gözləmiş, qrup üzvü Təqsirləndirilən şəxs1 isə həmin ünvandakı "xxxx" ММС-yə məxsus 20030 saylı elektron ödəmə aparatının əskinaz qəbuledicisini qoruyan dəmir çərçivəni özü ilə gətirdiyi dəmir parçası ilə yerindən qoparıb digər mühüm işlək hissələrini sıradan çıxarmaqla aparatın saxlanc yerinə qanunsuz daxil olub ödəmə aparatının 1251 manat dəyərində “MEİ” pul qəbuledicisini, 210 manat dəyərində “SCL-1200” əskinaslıq pul kasetini içərisindəki 4255 manat nağd pulla birlikdə oğurlayaraq "xxxx" MMC-yə ümumilikdə 5716 manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, xx.xx.2023-ci il tarixdə saat 05 radələrində idarə etdiyi **-VK-*** dövlət qeydiyyat nişanlı, “Toyota” markalı, “Prius” modelli avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, 131A ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs ASC-nin baş ofisinin yaxınlığına gəldikdən sonra aralarındakı rol bölgüsünə uyğun olaraq ətrafı müşahidə etməsi üçün idarə etmiş olduğu həmin avtomobildə gözləmiş, qrup üzvü Təqsirləndirilən şəxs1 isə Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, 131A ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs ASC-nin baş ofisinin inzibati binasının hərəkət sensorlu giriş-çıxış qapısından bankın elektron xidmətlər üçün nəzərdə tutulmuş hissəsinə keçib həmin gün 05:19-dan 05:21-dək olan müddət ərzində elektron xidmət sahəsindəki Zərərçəkmiş şəxs ASC-yə məxsus ******* seriyalı, “SAGA” modelli elektron terminalın əskinaz qəbuledicisini qoruyan dəmir çərçivəni özü ilə gətirdiyi dəmir parçası ilə yerindən qoparıb digər mühüm işlək hissələrini sıradan çıxarmaqla terminalın saxlanc yerinə qanunsuz daxil olub həmin terminalın 350 manat dəyərində “MEİ ADVANCE 1200” markalı əskinazlıq pul kasetini içərisindəki 28751 manat nağd pulla birlikdə oğurlayaraq Zərərçəkmiş şəxs ASC-yə ümumilikdə 29101 manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM- nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, sosial şəbəkələrdə olan videoçarxları izləməklə ödəmə terminallarını qarət etməyin üsul və formalarını mənimsəmiş və qısa müddət ərzində ödəmə terminalının pul yığılan kassasını terminaldan ayırmaqla oğurlamağı bacarmışdır. 21 fevral 2023-cü il tarixdə saat təxminən 23 radələrində yaşadığı evdən məhəllə ilə gedərkən qonşuluğunda yaşayan Xəyalı görmüşdür. Xəyal ilə qısa müddətdə tanış olsa da onunla səmimi münasibəti olmuşdur. Xəyalı gördükdə ona 9-cu mikrorayona getməli olduğunu bildirib onunla birlikdə getməsini xahiş etmişdir. Xəyal da həmin vaxt heç bir işi olmadığı üçün onunla razılaşmışdır. Bundan sonra Xırdalan şəhərində yoldan keçən markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksini saxlatmış və həmin taksi ilə Xəyalla birlikdə həmin ünvana getmişlər. Xəyal ondan nə üçün getməyi barədə maraqlanmamışdır. xx.xx.2023-cü il tarixdə təxminən 02 radələrində ünvan 3 ünvanında fəaliyyət göstərən “Araz Xalisə” adlı marketin yanına çatmışlar. Taksidən düşüb bir nəfər tanış şəxslə görüşmək üçün getmişdir, lakin orada baş vermiş oğurluğa onun aidiyyəti və oğurluqla bağlı məlumatı yoxdur. Bundan başqa, 28 fevral 2023-cü il tarixdə saat 18 radələrində şəxsi işləriylə əlaqədar olaraq ünvan 5 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs ASC-nin baş ofisinin qarşısından keçərkən bankın inzibati binasının avtomotik açılıb-bağlanan qapılarından daxil olduqda elektron ödəmə terminalının olduğunu görmüşdür. Həmin elektron ödəmə terminalı yerləşmə yerinə görə oğurluq etmək üçün ona daha uyğun gəlmiş və həmin ərəfələrdə maddi sıxıntıları olduğundan həmin terminaldan oğurluq etmək qərarına gəlmişdir. Buna görə də yaşadığı Xırdalan şəhərinə getmiş və hazırda dəqiq xatırlamadığı ünvandakı aptekdən tibbi əlcək almış, özündə də tibbi maska var imiş, yaşadığı evin yaxınlığından da dəmir parçası tapıb özündə saxlamış və oğurluq etmək üçün münasib vaxtı gözləmişdir. 01 mart 2023-cü il tarixdə saat 04 radələrində qonşusu olan Xəyal adlı şəxslə danışıb tanışı Nicatın avtomobili ilə onu Bakı şəhərinə aparmağını ondan xahiş etmişdir. Xəyala toyuyla əlaqədar şəxsi işləri olduğunu bildirib ondan bir neçə gün ərzində onu avtomobili ilə bəzi yerlərə aparmasını istəmişdir. Xəyal da tanışı olan Nicata məxsus “Toyota” markalı avtomobili götürüb onun yaşadığı evin yaxınlığına gəlmişdir. Tibbi əlcəyi və tibbi maskanı cibinə qoymuş, dəmir parçasını isə şalvarının altında küçəsinə aparmasını istəmişdir. ünvan 5 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs ASC-nin baş ofisinin yanından təxminən 500 metr keçdikdən sonra Xəyaldan avtomobili saxlamasını istəmişdir. Xəyal dayanacaqda avtomobili saxlamış, Xəyaldan avtomobildə onu gözləməsini, işini həll edib bir neçə dəqiqəyə qayıdacağını bildirmişdir. Avtomobildən düşdükdən sonra piyada ünvan 5 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs ASC-nin baş ofisinin qarşısına gəlmişdir. Baş ofisin avtomotik açılıb-bağlanan şüşə qapısından içəri daxil olmamışdan tibbi əlcəyi və tibbi maskanı taxmış, başında isə idman papağı olmuşdur. İçəri daxil olduqdan sonra ödəmə terminalına yaxınlaşmış və bir neçə saniyə terminalın yanında durub ətrafda heç kimin olmadığına əmin olmuşdur. Əlindəki dəmir parçası ilə ödəmə terminalının pul yığılan kassasının qarşısındakı dəmir lövhəni qırmaq üçün bir neçə dəfə zərbə vurmuş və dəmir lövhəni açmışdır. Bundan sonra ödəmə terminalının pul yığılan plastmas kassasını götürüb çölə çıxmaq istəmişdir. Bankın avtomotik açılıb-bağlanan şüşə qapısının açılmadığını görüb əlində olan dəmir parçası ilə həmin şüşə qapını sındırmış və binadan çıxaraq qaçaraq avtomobilə tərəf getmişd r. Şüşə qapını sındırdıqda şüşə əlini zədələmiş və əlindən qan axmışdır. Avtomobilə çatıb arxa sol oturacaqda oturmuşdur. Xəyal isə sükanın arxasındaymış. Xəyaldan avtomobili Xırdalan şəhərinə yaşadığı evə sürməsini istəmişdir. Xəyal avtomobili hərəkət etdirdikdə ödəmə terminalının pul yığılan plastmas kassasını tam olaraq açmışdır. Terminalın dəmir lövhəsini açmaq üçün dəmir parçası ilə terminala zərbələr vurduqda ödəmə terminalının pul yığılan plastmas kassası zədələnərək qırıldığından onu əli ilə açmışdır. Ödəmə terminalının pul yığılan plastmas kassasını açaraq içərisindəki pulu götürmüşdür. Pulu saydıqda ümumilikdə 22 min 37 manat pul olduğunu bilmişdir. Xəyal əlindəki qanı gördükdə ondan şübhələnmiş, o isə Xəyala bankın ödəmə terminalının pul yığılan plastmas kassasını oğurladığını və kassada 22 min 37 manat pul olduğunu bildirmişdir. Xəyal isə avtomobili saxlayıb ona etiraz edərək, onu öz əməlinə qatmağını ona irad bildirmişdir. Xəyalı razı salmaq üçün oğurladığı pulun 10000 manatını avtomobilin sürətlər qutusunun yanına qoyaraq həmin pulu ona verdiyini bildirmişdir. Xırdalan şəhəri ərazisinə çatdıqda qəbristanlığın yanında Xəyaldan avtomobili saxlamasın istəmişdir. Xəyal avtomobili saxladıqda ödəmə terminalının içi boş olan pul yığılan plastmas kassasını, özüylə götürdüyü və oğurluq vaxtı istifadə etdiyi dəmir parçasını, tibbi əlcək və tibbi maskanı həmin ərazidəki zibilliyə tullamışdır. Yenidən avtomobilə əyləşmiş və Xəyalla birlikdə yaşadıqları evin yanına getmişlər. Xəyalın qorxduğunu görüb onun barəsində məlumaİ verəcəyindən ehtiyatlanmış və ona birlikdə istirahət üçün rayona getməyi təklif etmişdir. Bir neçə saat sonra Xəyalla görüşüb tanımadıqları taksi ilə Bakı şəhərindən Xaçmaz rayonuna yola düşmüşlər. Xaçmaz rayonuna çatdıqdan sonra istirahət üçün Xəyal Bakı şəhərindən iki nəfər qız çağırmışdır. Həmin qızları Xəyalın tanışı olan Nicat öz avtomobili ilə gətirmiş, Nicata 150 manat yol pul vermişdir. Həmin günü Xaçmaz rayonunda qalmışlar. Növbəti gün isə birlikdə Bakı şəhərinə qayıtmışlar. İstirahət üçün xərcləri o ödəmişdir. Oğurladığı pulun bir hissəsini isə sosial şəbəkələr vasitəsilə onlayn qaydada kazino oyunlarına xərcləmişdir. Qalan 2700 manat pul isə onun üzərində olmuş və saxlanılan zaman polis əməkdaşlarına təqdim etmişdir. Xəyal onun oğurluq edəcəyindən əvvəlcədən məlumatsız olmuş, oğurluq etdikdən sonra ona bu barədə bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Binəqədi rayonunda baş vermiş cinayəti törətməmişdir və təzyiq altında həmin epizodu etiraf etmiş və ilkin ifadəsində oğurluq etdiyini qeyd etmişdir. İkinci epizod üzrə isə bildirir ki, o, Zərərçəkmiş şəxs ASCdən oğurluq etməyə gedən zaman dəmir parçasını üzərində saxlamış və gödəkçəsinin cibinə qoymuşdur. Taksiyə qayıdan zaman Xəyal onun əlindən qan axdığını görmüş və nə olduğunu soruşmuşdur. Bundan sonra Xəyal onun oğurluq etdiyini bilmişdir. 22.037 manat pul oğurlamışdır. Xəyal ondan 10.200 manat pul almış və polisə təhvil verəcəyini bildirmişdir. Xaçmaza həmin gün, xx.xx.2023-cü il tarixdə Xəyalla birlikdə səhər saat 09:00-da getmişlər. Xaçmaz şəhərinə Həyalı aparmaqda məqsədi onun fikrini yayındırmaq olmuşdur. Həmçinin taksi sürücüsü Nicatı da polisə məlumat verməsindən qorxduğundan Xaçmaza çağırmışdır. Xəyalın Nicata pul verməsindən məlumatlı olmamışdır. Xəyalla aralarında pulu bölməmişlər. Sadəcə Xəyal onun əlində pulu görərək əlindən almışdır. Xaçmaz şəhərində 2000-3000 manat aralığında pul xərcləmişdir. Qalan pulu isə onlayn qaydada qumar oynamış və uduzmuşdur. Oyuna pulu terminal vasitəsi ilə ödəmiş və daha sonra oynamağa başlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs (müli cavabdeh) Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyək ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında 2 azyaşlı övladı və arvadı ilə birlikdə yaşayır. Oğlu 6-cı sinifdə oxuyur və qulağındakı linfa düyümü xəstəliyindən əziyyət çəkir. Təxminən 2 ildir ki, fərdi olaraq Abşeron rayonu ərazisində mənzillərin təmiri ilə məşğul olaraq usta işləyir. Rəşadı təxminən 15 gündür ki, tanıyır, Rəşad onun yaşadığı evin yaxınlığındakı məhlədə yaşayır. Rəşadla yeni tanış olmaqlarına baxmayaraq aralarında səmimi münasibət yaranmışdır. 21 fevral 2023-cü iyul tarixdə saat təxminən 23 radələrində yaşadığı ünvanın yaxınlığında olarkən tanışı Rəşad ona yaxınlaşaraq bildirmişdir ki, 9-cu mikrorayona getməlidir. Bu səbəbdən onunla getməyini xahiş etmişdir. O da həmin vaxt heç bir işi olmadığı üçün onunla razılaşmışdır. Bundan sonra Rəşad Xırdalan şəhərində yoldan keçən markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili saxlatdırmış və 9-cu mikrorayona getmək istədiklərini bildirmiş və birlikdə həmin ünvan getmişlər. Rəşaddan nə üçün getməsi barədə maraqlanmamışdır. Saat təxminən 02 radələrində Rəşadın istədiyi ünvena çatdıqda avtomobildən düşmüşlər və Rəşad taksidə gözləməsini xahiş etmişdir. Təxminən 3-4 dəqiqə sonra Rəşad gəlib taksiyə əyləşmiş və birlikdə Xırdalan şəhərinə qayıtmışlar. Bundan əlavə mütəmadi olaraq təxminən 6 aydır ki, tanış olduğum Nicat adlı qonşusu və dostunun “Toyota” markalı “Prius” markalı, dövlət qeydiyyat nişanını dəqiq xatırlamadığı avtomobilini götürüb övladlarını məktəbə aparırmış və yenidən avtomobili Nicata qaytarırmış. 28 fevral 2023-cü il tarixdə axşam saatlarında Nicatla telefonla danışaraq ondan avtomobili ı açarlarını dayanacaqdakı nəzarətçiyə verməsini istəmişlər. Nicat da avtomobilin açarlarını onun istəyinə uyğun olaraq dayanacaqdakı nəzarətçiyə verərək bu barədə ona məlumat vermişdir. Həmin gün gec saatlarında işdən evə qayıtmışdır. Evə qayıtdıqdan sonra pulu olmadığından uşaqlan məktəbə aparana qədər Xırdalan şəhərindən Bakı şəhərinə taksilik etmək qərarım gəlmişdir. Buna görə də 01 mart 2023-cü il tarixdə saat 04 radələrində dayanacağa gəlit avtomobilin açarlarını götürmüş və avtomobili dayanacaqdan çıxartmışdır. Avtomobili dayanacaqdan hərəkətə salıb çıxdıqda Rəşad avtomobilə yaxınlaşaraq avtomobilin pəncərəsini döymüş və ondan hara getdiyini soruşmuşdur. Rəşada 20 Yanvar metrosuna getdiyini bildirmişdir. Rəşad ondan Nərimanov rayonu ərazisinə aparmağını istəyərək ona yol pulu verəcəyini bildirmişdir. O da Rəşadla razılaşmış, Rəşad isə avtomobilə əyləşmiş və birlikdə Bakı şəhərinə yola düşmüşlər. Bakı şəhəri, Nərimanov rayonu, ak.Həsən Əliyev küçəsində avtomobili saxlamağını istəmişdir. Avtomobili saxladıqda Rəşad hansısa tanışı ilə görüşəcəyini bildirib ondan gözləməyəni istəmişdir. Rəşad getdikdən sonra bir qədər aralıda avtomobili saxlayıb onu gözləmişdir. Bir qədər gözlədikdən sonra Rəşadın gəlmədiyini görüb avtomobili işə salaraq getmək istədikdə Rəşadın düşdüyü yerdə onu gözlədiyini görmüşdür. Avtomobili saxladıqda Rəşad arxa sol oturacaqda əyləşmiş və Xırdalan şəhərinə getmələrini istəmişdir. Avtomobili sürüb Xırdalan şəhəri istiqamətində getmişdir. Rəşad yolda olan zaman əlindəki sellofan torbanın içərisində nəsə eşələnmişdir. Rəşaddan nə iş gördüyünü soruşduqda Rəşad oğurluq etdiyini və oğurladığı pulları saydığını bildirmişdir. Bundan sonra Rəşad oğurladığı pulu ona göstərmişdir. Rəşadla arasında mübahisə yaranmış, Rəşada öz əməllərinə onu qoşduğunu irad bildirmişdir. Avtomobildə Rəşadla mübahisə etmişər və Rəşadın cibindən pulu alaraq avtomobilin saxlanc yerində qoymuşdur ki, polisə təhvil verər. Rəşad ona təklif etmişdir ki, onunla birlikdə istirahət üçün rayona getsin. Birlikdə qərara gəlmişlər ki, Rəşadla birlikdə istirahət üçün Xaçmaz rayonuna getsinlər. Buna görə də 01 mart 2023-cü il tarixdə Rəşadla birlikdə taksi ilə Bakı şəhərindən Xaçmaz rayonuna yola düşmüşlər. Xaçmaz rayonuna çatdıqdan sonra Rəşad ona bildirmişdir ki, istirahət üçün iki nəfər qız çağırsın. O da tanışları vasitəsi ilə pul qarşılığında onlarla görüşəcək iki nəfər qız tapmış və Nicatdan xahiş etmişdir ki, həmin qızları öz avtomobili ilə Xaçmaza gətirsinlər. Nicat əvvəlcə razılıq verməsə də sonradan onu razı salmış və Nicat qızları Xaçmaz rayonuna gətirmişdir. Rəşad Nicata yol pulu verməyi üçün ona 150 manat pul vermiş, o də həmin pulu Nicata yol pulu olaraq vermişdir. Nicat pulu aldıqdan sonra Bakı şəhərinə qayıtmış, qızlar isə onlarla birlikdə qalmışlar. Növbəti gün isə biz Abşeron rayonu, Xırdalan şəhərinə qayıtmışlar. Xaçmaz rayonunda bütün xərcləri Rəşad qarşılamışdır. Rəşadın ona vermiş olduğu 10200 manat pulun bir manatını da olsun xərcləməmişdir. Qorxduğunda görə bu barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Tutulduqdan sonra həmin puldan 10200 manat pulu polis əməkdaşlarına təhvil vermişdir. Rəşadın oğurluq edəcəyindən qabaqcadan məlumatı olmamışdır. Rəşad oğurluq edib qayıtdıqdan sonra avtomobildə ona oğurluq etdiyini bildirmişdir. Rəşad ona dostu ilə görüşməyə getdiyini bildirmişdir. Xaçmaz rayonunda o an zaman Rəşad ona demişdir ki, Nicata avtomobilin icarə haqqını ödəməyə köməklik edəcək. Buna görə də ondan xahiş etmişdir ki, Nicata pul göndərsin o, həmin pulu qaytaracaqdır. O da buna görə Rəşadın ona verdiyi puldan 500 manatını övladları vasitəsi ilə Nicata göndərmişdir. Təqsirləndirilən şəxs1 xx.xx.2023-ci il tarixdə saat 05:19-dan 05:21-dək olan müddət ərzində ünvan 5 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs ASC-nin baş ofisində yerləşən elektron xidmət sahəsindəki ödəmə terminalından oğurluq edəcəyi barədə qabaqcadan məlumatı olmamışdır. Rəşad ona oğurluq etdikdən sonra bu barədə məlumat vermişdir. Rəşad onun barəsində polisə məlumat verəcəyindən qorxaraq onu susdurmaq üçün həmin məbləği ona vermişdir. Sonda məhkəmədən barəsində bəraətverici əsaslarla hökm çıxarılmasını xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Rəşad Binəqədi rayonunda dostu ilə görüşməli olduğunu bildirərək onunla birgə getməsini təklif etmişdir və o da Rəşadla birlikdə Binəqədi rayonuna getmişdir. O, taksidə əyləşərək Rəşadı gözləmişdir. Daha sonra Rəşad taksiyə qayıtmışdır və əlində də heç nə olmadığından Rəşaddan şübhələnməmişdir. O, taksi sürücüsünü tanımamışdır. Rəşad taksidə ona pul verməmişdir. O, ilkin ifadəsini təzyiq altında vermiş və Rəşadın Binəqədidə oğurluq etdiyini təsir altında demişdir. Digər epizod üzrə həmin gün dostu Nicatın avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur və Rəşad ona oğurluq edəcəyi adresin ünvanını deyərək sadəcə ora aparmasını demişdir. Onun benzin üçün pulu olmadığından narazılıq etmiş və Rəşad ona benzin almaq üçün pul verəcəyini demişdir. Bundan sonra Rəşadla razılaşmış və Nərimanov rayonuna gəlmişlər. Ünvana çatdıqdan sonra Rəşad avtomobildən düşmüş və təqribən 5 dəqiqə sonra geri qayıtmışdır. 20 yanvar ərazisində körpünü keçdikdən sonra Rəşad ona oğurluq etdiyini demişdir. O, Rəşaddan oğurluq etdiyi pulu götürüb saxlanc yerinə qoymuşdur ki, polisə təhvil versin. Lakin həmin pulu saymamışdır. Sonradan polisə məlumat verməyə qorxmuşdur. O, Xaçmaz rayonuna qonaq qəbul etməyə getmişdir. Nicata verdiyi pul evin kirayə puludur. Rəşad isə Nicata sadəcə yol pulu vermişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ASCnin nümayəndəsi X3 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs ASC-nin hüquq şöbəsinin rəisi Nümayəndə2 işə gələrkən ona məlum olmuşdur ki, bankın baş ofisindən oğurluq olmuşdur. Belə ki, məlum olmuşdur ki, üzünə maska geyinmiş naməlum şəxs xx.xx.2023-cü il tarixdə saat 05:19-dan 05:21-dək olan müddət ərzində ünvan 7 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs ASC-nin baş ofisində yerləşən elektron xidmət sahəsindəki ******* seriyalı, “SAGA” modelli elektron terminalın 4000 manat dəyərindəki mühüm işlək hissələrini sıradan çıxarmaqla yararsız hala salıb, həmin tcrminaldakı 28,75l(iyirmi səkkiz min yeddi yüz əlli bir) manat nağd pulu oğurlamışdır. Daha sonra ərazidən uzaqlaşmaq istədikdə bankın hərəkət sensorlu(avtomatik), 1350 manat dəyərli şüşəli giriş-çıxış qapısını əlindəki dəmir parçası ilə sındıraraq oradan uzaqlaşmışdır. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmədən tərəflərindən verilmiş mülki iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 ifadəsində bildirmişdir ki, "xxxx" MMC-də təhlükəsizlik departamentinin Sətəm, rejim və təhlükəsizlik sistemləri şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyən hüquqşünasdır. xx.xx.2023-cü il tarixdə ünvan 8 ünvanında yerləşən “Araz Xalisə” marketin qarşısında quraşdırılmış Milliön ödəniş terminalından oğurluq olması barədə MMC-nə məlumat daxil olmuşdur. Bundan sonra hadisə yerinə gedilərək baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, naməlum şəxs(lər) quraşdırılmış Milliön aparatına naməlum əşya ilə ola bilsin ki, dəmir alətdən istifadə edilərək aparatın əskinazqəbul cdicinin üzərinə quraşdırılmış dəmir çərçivəni qopararaq daxildə quraşdırılmış 210 manat dəyərində SCL-1200 əskinazlıq pul kasetini, 310 manat dəyərində Cash Box cihazı və onun dəmir korpusunu, 350 manat dəyərində MEİ pul qəbuledicisini, 33 manat dəyərində NFC qutunu sındırmışdırlar. Bundan sonra dəyəri 1251 manat olan ödəmə aparatın MEİ pul qəbuledicisini və pul kasetinin içərisində olan 4255 manat pulu oğurlamışdırlar. Ödəmə terminalı aparatının təmiri üçün əlavə 140 manat vəsait istifadə tələb edilir, Bundan başqa aparatın sındırılması zamanı ümumilikdə 1043 manat maddi ziyan vurulmuşdur. Hadisə nəticəsində aparatın sınıdırlması zamanı 1043 manat ziyan vurulmuşdur. Bundan başqa MEİ pul qəbuledicisinin və 4255 manat pulun oğurlanması nəticəsində 5506 manat ziyan vurulmuşdur. Konkret olaraq "xxxx" MMC-nə ümumilikdə 6549 manat maddi ziyan vurulmuşdur. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmədən tərəflərindən ibtidai istintaq zamanı vermiş olduqları mülki iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində tanınaraq dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, etibarnamə əsasında idarə etdiyi **-VK-*** dövlət qeydiyyat nişanlı, “Toyota” markalı, “Prius” modelli avtomobillə Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Avtomobili yaşadığı evin yaxınlığındakı dayanacaqda saxlayıb avtomobilin açarlarını dayanacağdakı nəzarətçiyə verir. Təqsirləndirilən şəxs2 təxminən 6 aydır ki, tanıyır. Xəyal da onun yaşadığı evin yaxınlığında yaşayır və aralarında səmimi münasibət vardır. Xəyalın övladı xəstə olduğundan qış vaxtı avtomobili Xəyala verir ki, övladlarını məktəbə aparsın. Belə ki, Xəyala avtomobil lazım olduqda ona zəng edərək səhər avtomobili götürmək üçün ondan icazə alır, sonra isə nəzarətçidən avtomobilin açarlarını alıb övladlarını məkətəbə aparır, sonra isə yenidən avtomobili dayanacaqda saxlayaraq açarları nəzarətçiyə təhvil verirmiş. 01 mart 2023-cü il tarixdə səhər saatlarında Xəyal ona zəng edərək axşam avtomobili götürərək taksilik etdiyini, ümumilikdə 24 manat pul qazandığını, həmin pulun 20 manatını isə avtomobilə benzin tökdüyünü bildirmişdir. Xəyal həmişə avtomobili götürməmişdən öncə ona xəbər versə də nədənsə həmin gün ona xəbər etmədən avtomobili götürmüşdür. Xəyalla danışdıqdan sonra öz şəxsi işləriylə məşğul olmuşdur. Həmin gün, yəni 01 mart 2023-cü il tarixdə Xəyal ona zəng edərək Rəşadla birlikdə Siyəzən rayonunda dəniz kənarında olduğunu, Bakı şəhərindəki 2 nəfər qızı onların yanına aparmağını istəmişdir. Əvvəlcə razılaşmasa da Xəyalın israrlarından sonra 100 manat yol pulu qarşılığında qızları aparmağa razılıq vermişdir. Qızları Bakı şəhərindən götürdükdən sonra Rəşadın nömrəsi ilə “Whatsap” vasitəsi ilə göndərilən məkana aparmışdır. Xaçmaz rayonunda yerləşən həmin məkanda Xəyal və Rəşadla görüşmüşdür. Qızlar onların yanında qalmış, Xəyal isə 150 manat ona yol pulu vermişdir. Bundan sonra Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərinə qayıtdıqdan sonra Xəyal övladları vasitəsi ilə ona avtomobilin kreditini ödəməyi üçün 500 manat pul göndərmişdir. Həmin pul barədə Xəyaldan soruşduqda bildirmişdir ki, həmin pulu ona qardaşı Şahin göndərmiş, hazırda özünün ehtiyacı olmadığından ona köməklik üçün verir, onun isə həmin pulu hissə-hissə ona qaytarmağını bildirmişdir. Həmin pulu özündə saxlayaraq xərcləməmişdir. Sonradan bilmişdir ki, Xəyal Rəşadla birlikdə ondan xəbərsiz onun avtomobilində olmuşlar, Rəşad isə oğurluq etmişdir. Buna görə də Xəyalın ona verdiyi 500 manat pulun oğurluq nəticəsində əldə edildiyini zənn etsiyindən və həmin pulu istintaqa təqdim etmək istəyir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Xəyal taksi fəaliyyəti ilə məşğul olmamışdır. Yalnız ona məxsus avtomobillə uşaqlarını dərsə aparıb gətirmişdir. Əvvəllər avtomobili götürən zaman həmişə öncədən Xəyal ona xəbər vermişdir. Bu dəfə isə Xəyal avtomobili götürüb getdikdən sonra zəng edərək ona xəbər vermişdir. Xəyal ona xx.xx.2023cü il tarixində Siyəzən rayonuna gəlməyi təklif etmişdir və o da etiraz etmişdir. Daha sonra iki qız gətirməyi xahiş etmişdir və qarşılığında yol xərci kimi 100 manat verəcəyini demişdir. Bundan sonra razılaşmışdır. Daha sonra Xəyal qızları Xaçmaz rayonuna gətirməsini xahiş etmişdir. Ona yol xərci kimi Xəyal 150 manat pul vermişdir. Bakı şəhərinə qayıdan zaman Xəyal ona avtomobilin kreditini ödəmək üçün 500 manat pul göndərmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun əridir. 2007-ci ildə rəsmi olaraq ailə həyatı qurmuşlar, bu nigahdan 2009-cü il təvəllüdlü qızları və 2012-ci il təvəllüdlü oğulları vardır. Ailə həyatları normal olmuş, hər hansı bir narahatçılıqları və narazıçılıqları olmamışdır. Əri Xəyalın ifadəsində yazdıqları düzgün deyil. Onun və Rəşadın törətdiyi cinayət əməlindən xəbərsiz olmuşlar. xx.xx.2023-cü il tarixdə gecə saat 04 radələrində yuxudan oyandıqda Xəyahn yatdığını görmüş və yenidən yuxuya getmişdir. Saat təxminən 06 radələrində Xəyal onu yuxudan oyadaraq ona pul uzadıb 2000 manat olmasını, başqa bir şəxsin olmasını deyib həmin pulu saxlamağını, sahibinin gəlib götürəcəyini bildirmişdir. Həmin pulu götürüb şkafa qoymuş və Xəyal ona işə aparmışdır. Bundan sonra həmin gecə Xəyal evə gəlməmiş, lakin zəng edərək ona bildirmişdir ki, evə qoyduğu puldan Nicat adlı dostuna 500 manat pul verməyini istəmiş və o, da uşaqlardan Nicata 500 manat pul göndərmişdir. Həmin vaxt pullara baxdıqda orada 2000 manat yox, daha çox olduğunu görmüşdür, lakin saymamışdır. xx.xx.2023-cü il tarixdə işdən evə qayıdarkən Xəyal ona zəng edərək pulu hara qoyduğunu tapa bilmədiyini bildirmişdir. Evə çatdıqda bir neçə şəxsin evdə olduğunu görmüş və şkafda pulu yerini göstərmiş və Xəyal həmin pulları götürmüşdür. Həmin vaxt nə məsələ olmasını soruşduqda Xəyal “uşaqlardan muğayət ol” deyərək getmişdir. Daha sonra bilmişdir ki, evə gələn şəxslər polislərdir. Xəyal və Rəşadın oğurluq etməsi barədə nə əvvəldən nədən sonradan məlumatı olmamışdır. Xəyalın ifadəsində qeyd etdiyi xüsusatlar yalandır. Evə qoyulmuş puldan əlavə heç bir məbləğdə pul götürməmiş, xərcləməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 01 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 9 ünvanında yerləşən Zərərçəkmiş şəxs ASC-nin baş ofisidir. Baxış zamanı baş ofisin binasının girişindəki hərəkət sensorlu şüşə qapının sındırıldığı, girişdən sol tərəfdəki elektron xidmət sahəsindəki ******* seriyalı, “SAGA” modelli elektron terminalın mühüm işlək hissəsinin sındırıldığı, ödəmə terminalındakı pul yığılan plastmas kassasının çıxardılıb aparıldığı müəyyən edilmişdir. Baxışda iştirak edən Rövşən Məmmədov 28.751 manat nağd pulun ödəmə terminalından oğurlandığını bildirmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. 02 mart 2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf edərək oğurlanmış pulun bir hissəsini təqdim etmək istədiyini bildirmiş və yaşadığı evdən götürərək 7600 manat nağd pulu sayaraq istintaqa təqdim etmişdir. 02 mart 2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf edərək oğurlanmış pulun bir hissəsini təqdim etmək istədiyini və üzərində olduğunu bildirərək 1850 manat nağd pulu sayaraq istintaqa təqdim etmişdir. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 02 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 02 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqdim edilən video görüntüyə baxış keçirilməsi haqqında” 02 mart 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ASC-nin baş ofisində yerləşən elektron xidmət sahəsindəki videomüşahidə kamerası tərəfindən qeydə alınmış videogörüntüyə baxış zamanı hərəkət sensorlu şüşə qapının açılması və əynində qara cins şalvar, qara gödəkçə, başında idman papağı, əllərində rezin tibbi əlcək, üzündə tibbi maska olan, xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs1 bənzəyən bir nəfər şəxs Zərərçəkmiş şəxs ASC-nin baş ofisində yerləşən elektron xidmət sahəsinə daxil olur, girişdən sol tərəfdə yerləşən elektron ödəmə terminalına yaxınlaşır, terminalın ekranında hansısa bank əməliyyatı icra etməyə başlayır, sonra isə həmin şəxs şalvarının altında gizlətmiş olduğu dəmir parçasını çıxararaq elektron ödəmə terminalının pul yığılan kassasının qarşısındakı dəmir lövhəni açmağa çalışması müəyyən edilmişdir. Ümumilikdə 47 saniyə ərzində həmin dəmir lövhəni elektron ödəmə temrinalından ayırmaq üçün əlindəki dəmir parçası ilə bir neçə cəhd etdikdən sonra dəmir lövhəni elektron ödəmə terminalından ayırmağa nail olur. Lövhənin arxa hissəsində olan elektron ödəmə terminalından pul yığılan qara rəngli plastmas kassasını götürərək hərəkət sensorlu şüşə qapıya yaxınlaşır. Həmin qapını açmaq üçün bir neçə cəhd etdikdən sonra əlindəki həmin dəmir parçası ilə şüşə qapıya bir neçə zərbə vurub qapının mərkəz hissəsini sındırır və həmin yerdən çıxaraq uzaqlaşır. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 02 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 02 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Əşyanın götürülməsi haqqında” 03 mart 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 tərəfindən könüllü olaraq təqdim edilən və şübhəli şəxs qismində tuutlmuş Təqsirləndirilən şəxs2 ona vermiş olduğu 500 manat nağd pul baş müstəntiq X2 tərəfindən götürülmüşdür. “İfadənin yerində yoxlanılması haqqında” 03 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş və göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 05 radələrində ünvan 9 ünvanında yerləşən Zərərçəkmiş şəxs ASC-nin baş ofisinə gəlmiş və baş ofisin avtomatik açılıb bağlanan şüşə qapısından içəri daxil olmuşdur. İçəri daxil olmamışdan əvvəl tibbi maskanı və əlcəyi taxmışdır. Bir neçə saniyə dayanıb terminalın ətrafındakı heç kimin olmadığından əmin olmuşdur. Əlindəki dəmir parçası ilə ödəmə terminalının pul yığılan kassasının qarşısındakı dəmir lövhəni qırmaq üçün bir neçə dəfə zərbə vurmuş və dəmir lövhəni açmışdır. Bundan sonra ödəmə terminalının pul yığılan plastmas kassasını götürüb çölə çıxmaq istəmiş, lakin bankın şüşə qapısının açılmadığını görüb əlindəki dəmir parçası ilə həmin şüşə qapını sındırmış və binadan çıxaraq qaçıb avtomobilə tərəf getmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 oğurladığı plastmas qara kassanı Xırdalan şəhərində yerləşən qəbirstanlıqda boş əraziyə atdığını bildirərək həmin ünvana yollanmış və kassanı taparaq istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi ödəmə terminalının pul yığılan plastmas kassası iş üçün sübut əhəmiyyətinə malik olduğundan baxış keçirilərək götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-282/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 02 mart 2023-cü il tarixdən saat 20:00-dan hesablanmışdır. Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 04 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs2 saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır. “Qətimkan tədbiri seçilməsi haqqında” 04 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 06 mart 2023-cü il tarixli qərardan görünür ki, hadisənin videogörüntülərinin və Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılan zaman aşkar edilən ödəmə terminalının pul yığılan plastmas pul kasetinin əks olunduğu bir ədəd DVD formatlı disk və Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılan zaman aşkar edilən ödəmə terminalının pul yığılan plastmas pul kaseti cinayət işi üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etdiyi ümumilikdə 9450 manat nağd pul və Şahid1 təqdim etdiyi 500 manat nağd pul zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə qaytarılmışdır. Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılan zaman aşkar edilən ödəmə terminalının pul yığılan plastmas pul kaseti saxlanılmasından ötrü Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. “Təqdim edilən diskə baxış keçirilməsi haqqında” 17 mart 2023-cü il tarixli protokoldan görünür ki, **-VK-*** nömrəli avtomobilin xx.xx.2023-cü il tarixdə saat 03:40:13-də Xırdalan şəhəri, H.Əliyev prospekti istiqamətində xx.xx.2023-cü il tarixdə saat 04:5:18-də Xırdalan şəhəri, H.Əliyev prospekti istiqamətində, xx.xx.2023-cü il tarixdə saat 04:59:24-də Bakı- Quba yolunun 8-ci kilometrliyində şəhər istiqamətində, xx.xx.2023-cü il tarixdə saat 05:03:43-də Nərimanov rayonu Z.Bünyadov prospekti ilə N.Nərimanov küçəsinin kəsişməsi yaxınlığında Koroğlu metrosu istiqamətində, xx.xx.2023-cü il tarixdə saat 05:07:10-da İ.Rəcəbli-11 küçəsi ilə F.Xoyski və ya Təbriz küçəsi istiqamətində, xx.xx.2023-cü il tarixdə saat 05:25:12-də N.Yusifbəyli küçəsi ilə C.Hacıbəyli küçələrinin kəsişməsində N.Yusifbəyli küçəsi istiqamətində, xx.xx.2023-cü il tarixdə 05:27:50-də S.Vurğun küçəsi ilə N.Yusifbəyli küçəsinin kəsişməsində S.Vurğun küçəsi istiqamətində, xx.xx.2023-cü il tarixdə saat 05:29:31-də Bakı şəhəri, Ak.H.Əliyev 209 ünvanı istiqamətində, xx.xx.2023-cü il tarixdə saat 05:30:53-də Yasamal rayonu Moskva prospekti avtovağzal istiqamətində və xx.xx.2023-cü il tarixdə, saat 05:39:06-da Bakı-Quba yolu 12-ci km Sumqayıt şəhəri istiqamətində hərəkətdə olması müəyyən edilmişdir. “Axtarışda olan şəxsin tutulması barədə” 19 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Nərimanov rayonu ərazisində saxlanılaraq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. “İfadənin yerində yoxlanılması haqqında” 20 mart 2023-cü il tarixli protokoldan görünür ki, X4 təklif olnumuşdur ki, istintaq gedişində ifadəsində dediklərini yerində göstərsin. Təqsirləndirilən şəxs2 ifadəsində dediklərini yerində göstərmiş və müəyyən edilmişdir ki, 21 fevral 2023-cü il tarixdə saat təxminən 23 radələrində yaşadığı ünvanın yaxınlığında olarkən tanışı Rəşad ona yaxınlaşaraq 9-cu mikrorayona gtməli olduğunu bildirib onunla getməyini xahiş etmişdir. Bundan sonra Rəşa d Xırdalan şəhərində yoldan keçən markasının və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili saxlatdırmış, birlikdə ünvan 12 ünvanın qarşısına gəlmişlər, Avtomobildən düşüb bir qədər getdikdən sonra Rəşad yolun kənarında olan MilliÖn ödəmə teürminalına yaxınlaşdıqda Rəşada yaxınlaşmış, Rəşadın terminalı nəzərdən keçirərək onu qurdaladığını gördükdə nə etdiyini soruşmuşdur. Bu zaman Rəşad həmin terminalda olan pulları oğurlayacağını bildirmiş, Rəşada etiraz etmiş, lakin Rəşadın fikrinin ciddi olmasını görüb oğurluq etməyəcəyini bildirmiş və ondan uzaqlaşaraq gəlib taksiyə əyləşmişdir. Təxminən 3-4 dəqiqə sonra Rəşad gəlib taksiyə əyləşmiş və birlikdə Xırdalan şəhərinə qayıtmışlar. Taksidə hadisə ilə əlaqədar heç bir danışıq aparmamışlar, çatdıqda ondan 350 manat borc pul istəmişdir. Bu zaman Rəşad ona həmin məbləğdə pul vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-391/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 02 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 19 mart 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 01 il 05 ay 03 günə endirilmişdir. xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkməsinin əvvəli xx.xx.2015-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ləğv edilmiş və Təqsirləndirilən şəxs1 bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü dəyişdirilmiş və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və cəzaçəkməsinin əvvəli xx.xx.2017-ci il tarixdən hesablanmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 05 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etdiyi ümumilikdə 9450 manat nağd pul və Şahid1 təqdim etdiyi 500 manat nağd pulun, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılan zaman aşkar edilən ödəmə terminalının pul yığılan plastmas pul kasetinin əks olunduğu bir ədəd DVD formatlı diskin maddi sübut hesab edilməsi və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etdiyi ümumilikdə 9450 manat nağd pul və Şahid1 təqdim etdiyi 500 manat nağd pulun zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə qaytarılması nəzərə alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamın birinci epizodu üzrə, Təqsirləndirilən şəxs2 isə ona qarşı irəli sürülmüş ittihamın hər iki epizod üzrə özünü təqsirli bilməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin, habelə şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməlləri etiraf etməmələri barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadələrin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəflərinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında birbirini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Hazırki halda məhkəmə təqsirləndirilən şəxslərin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verilmiş ifadələrini işin halları, iş materiallarında olan çoxsaylı sübutlar və ibtidai istintaq zamanı dindirilmiş şahid ifadələri ilə əlaqəli şəkildə tədqiq edərək, təqsirləndirilən şəxslərin ifadələrini dəyişdirmə səbəbi ilə bağlı əsaslı bir hala istinad edə bilmədiklərini, onların cinayət prosesini həyata keçirən orqanın, o cümlədən müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə hüquq mühafizə orqanlarına hər hansı müraciətlərinin olmadığını nəzərə alaraq onların ibtidai istintaq zamanı verdikləri ifadələri həqiqəti əks etdirən ifadələr qismində mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun Qərarında göstərilir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Qərarda həmçinin qeyd edilir ki, «CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin qərarda qeyd edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında qeyd olunur: «CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir.» Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların hər birinin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.6-cı maddəsinə əsasən məhkəmə baxışı bir neçə təqsirləndirilən şəxs barəsində aparıldıqda müvafiq mahkəmənin hökmündə bu Məcəllənin 353.2.3-353.2.9, 353.3-353.5-ci maddələrində göstərilmiş məsələlər təqsirləndirilən şəxslərdən hər birinə dair ayrı-ayrılıqda qeyd edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini və vurulmuş zərərin qismən ödənilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində onun cəzasını ağırlaşdıran hallar yoxdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə təqsirli hesab etdiyi cinayət əməlini törədənədək dəfələrlə mülkiyyət əleyhinə olan cinayətlər törətməyə görə məhkum olunması, təyin olunmuş cəzalara baxmayaraq Təqsirləndirilən şəxs1 islah yoluna qədəm qoymaması onun şəxsiyyətini mənfi səciyyələndirlən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan – 02 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki azyaşlı uşağının olmasını (əsas: portaldan çıxarış) və vurulmuş zərərin qismən ödənilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan – 19 mart 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 391/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 02 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 19 mart 2023-cü il tarixdən hesablanmışdır. Həmçinin Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut – Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılan zaman aşkar edilən ödəmə terminalının pul yığılan plastmas pul kaseti zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə qaytarılmalıdır. İş üzrə maddi sübut - 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Bundan başqa, məhkəmə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər (mülki cavabdeh) – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onların vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyətləri yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ümumilikdə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə 29101 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmçinin maddi ziyandan 9950 manat təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilindikləri üçün bu əməlin törədilməsi ilə əlaqədar mülki iddiaçı Zərərçəkmiş şəxs ASC-yə vurduğu maddi ziyan da onlar tərəfindən ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddia tam təmin olunmalı, maddi ziyana görə ödənilməmiş 19151 manat və ödənilmiş dövlət rüsumuna görə 147,45 manat məbləğində pul təqsirləndirilən şəxslər (mülki cavabdehlər)- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" MMC tərəfindən ibtidai istintaq dövründə verilmiş mülki iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC tərəfindən ibtidai istintaq zamanı mülki iddia ilə müraciət edilmiş və mülki iddiaçı qismində tanınmışdır. Lakin hüquqi şəxs tərəfindən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Bununla da məhkəmə hesab edir ki, mülki iddia qanunvericiliyin tələblərinə uyğun olaraq verilməmişdir və bu səbəbdən də həmin ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 02 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu cəmi 02 gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 19 mart 2023-cü il tarixdən hesablansın İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılan zaman aşkar edilən ödəmə terminalının pul yığılan plastmas pul kaseti zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə qaytarılsın. İş üzrə maddi sübut - 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ASC tərəfindən verilmiş mülki iddia tam təmin olunsun, maddi ziyana görə ödənilməmiş 19151 manat və ödənilmiş dövlət rüsumuna görə 147,45 manat məbləğində pul təqsirləndirilən şəxslər (mülki cavabdehlər)- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin xeyrinə ödənilsin. Zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" MMC tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-291/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-291/2023
22.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver