Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-292/2020 17.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs- Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1961-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, «X4-1» X5 direktoru vəzifəsində işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxx 2018-ci il tarixli, 2(005)-1632/2018 saylı qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmiş, eyni zamanda həmin məhkəmənin qanuni qüvvəyə minmiş xx xxxx 2019-cu il tarixli, 2(005)-1142/2019 saylı qətnaməsini təkrar qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Belə ki, Təqsirləndirilən şəxs Baki şəhəri, Nərimanov Rayonu, N.Hacıyev küçəsi, ev 22A, mənzil 12 hüquqi ünvanında yerləşən «X4-1» ASC-nin xx xxxxx 2008-ci il tarixdən təsisçisi və direktoru kimi vəzifəli şəxs olaraq orada istehsalın təşkili üzrə mühəndis (baş mexanik) vəzifəsində işləmiş Zərərçəkmiş şəxs işdən azad olunmasına dair xx xxxxxx 2017-ci il tarixli əmrinin ləğv edilməsi, həmin vəzifəyə bərpa edilməsi, ona xx xxxxxx 2016cı il tarixdən xx xxxxxxx 2017-ci il tarixədək əməkhaqqının verilməsinin gecikdirilməsinə, dəymiş mənəvi ziyanın əvəzi həmçinin göstərilmiş hüquqi yardıma görə cəmi 8488,00 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxx 2018-ci il tarixli, 2(005)-1632/2018 saylı qətnaməsini icra məmurunun qanuni tələblərini yerinə yetirmədən üzrsüz səbəbdən icra etmədiyindən həmin məhkəmənin xx xxxx 2019-cu il tarixli, 2(005)-521 /2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 1200,00 manat məbləğində inzibati cərimə edilməsinə, məhkəmə aktının icra edilməsi üçün ona yeni müddət təyin olunmaqla məsuliyyəti barədə xx xxxx 2019-cu il tarixdə bildiriş təqdim edilməsinə baxmayaraq məlum qətnaməni şəxsi maraqları niyyəti ilə qərəzli olaraq icra etməmişdir. Bundan başqa o, nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş avadanlıqların alınmasına Zərərçəkmiş şəxs tərəfindən çəkilmiş xərc kimi 2000,00 ABŞ dolların ödəniş günü Azərbaycan manatı ilə və 12030.00 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxx 2019cu il tarixli, 2(005)-1142/2019 saylı qətnaməsini icra məmurunun qanuni tələblərini yerinə yetirmədən üzrsüz səbəbdən icra etmədiyindən həmin məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli, 2(005)-2542/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 1200,00 manat məbləğində inzibati cərimə edilməsinə, məhkəmə aktının icra edilməsi üçün ona yeni müddət təyin olunmaqla məsuliyyəti barədə xx xxxxxx 2020-ci il tarixdə bildiriş təqdim edilməsinə baxmayaraq məlum qətnaməni şəxsi maraqları niyyəti ilə təkrar qərəzli olaraq icra etməmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2016-cı ildə onun əmri ilə Zərərçəkmiş şəxs cəmiyyətdə istehsalın təşkili üzrə mühəndis (baş mexanik) vəzifəsinə təyin edilmişdir. Həmin vaxt cəmiyyətə məxsus «Şaqman» markalı yük avtomobilləri Cəlilabad-Masallı və Beyləqan-Ağcabədi yollarında aparılan təmir tikinti işlərində istifadə olunan zaman Zərərçəkmiş şəxs müəssisənin mühəndisi olaraq avtomobillərə nəzarət etməsi üçün oraya təhkim edilmişdir. Bir müddətdən sonra avtomobillər yararsız vəziyyətə düşdüyünə görə onu işdən azad etmişdir. O, isə işə bərpa olunmaq üçün və xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxxx 2017-ci il tarixədək əməkhaqqının verilməsinin gecikdirilməsinə tələbi ilə «X4-1» ASC-yə qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin xx xxxxx 2018-ci il tarixli, 2(005)- 1632/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnaməyə əsasən xx xxxxxx 2017ci il tarixli əmr ləğv edilmiş və Zərərçəkmiş şəxs orada istehsalın təşkili üzrə mühəndis (baş mexanik) vəzifəsinə bərpa edilməklə ona xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxxx 2017-ci il tarixədək əməkhaqqının verilməsinin gecikdirilməsinə, dəymiş mənəvi ziyanın əvəzi həmçinin göstərilmiş hüquqi yardıma görə cəmi 8488,00 manat məbləğində pul vəsaiti tutularaq ona ödənilməsi qət edilmişdir. Bundan başqa borc öhdəliyinə görə həmin məhkəmədə «X4-1» ASC-yə qarşı iddia qaldırmışdır. Məhkəmənin xx xxxx 2019-cu il tarixli, 2(005)-1142/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək cəmiyyətdən 2000,00 ABŞ dollar ödəniş günü Azərbaycan manatı ilə və 12030,00 manat məbləğində pul vəsaiti tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru ona bildirişlər təqdim etmişdir. Həmin bildirişlərə əsasən işə bərpa olunması və borcun ödənilməsi tələb edilmişdir. O, isə direktoru olduğu qurumun fəaliyyəti olmaması səbəbindən məhkəmə aktlarını icra edə bilməyəcəyini bildirmişdir. İcra məmuru qətnamələrdə göstərilən tələbin təmin edilməsi üçün ona dəfələrlə bildirişlər vermiş və onun izahatlarını almışdır. Hətta Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Hazırda isə qətnamələr üzrə icra sənədlərini tam icra etmiş, zərərçəkmiş şəxsə dəymiş zərərin əvəzi tam olaraq ödənilmiş və xx.xx.2020-ci il tarixindən Zərərçəkmiş şəxs işə bərpa edilmişdir. Həmin gündən də onun ərizəsi ilə o, işdən azad edilmişdir. Hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur və aralarında barışıq əldə edilmişdir. Bu səbəblə də göstərilənləri nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2016-cı ildə «Neft- X6-1» ASC-də istehsalın təşkili üzrə mühəndis vəzifəsinə təyin edilmişdir. Orada işlədiyi müddətdə ona əməkhaqqı ödənilmədiyinə görə pulunu tələb edən zaman cəmiyyətin rəhbərliyi xx xxxxxx 2017-ci il tarixli əmrlə onu işdən azad etmişdir. Belə olan halda o, işə bərpa olunması və xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxxx 2017-ci il tarixədək əməkhaqqının verilməsinin gecikdirilməsinə, dəymiş mənəvi ziyanın əvəzinə görə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin xx xxxxx 2018-ci il tarixli, 2(005)-1632/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək «X4-1» ASC-nin xx xxxxxx 2017-ci il tarixli əmri ləğv edilməsi, onun həmin vəzifəyə bərpa edilməklə xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxxx 2017-ci il tarixədək əməkhaqqının verilməsinin gecikdirilməsinə, dəymiş mənəvi ziyanın əvəzi həmçinin göstərilmiş hüquqi yardıma görə cəmi 8488,00 manat məbləğində pul vəsaitinin ona ödənilməsi qət edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs rəhbərlik etdiyi cəmiyyətin adından ondan 2000.00 ABŞ dolları və 16000,00 manat məbləğində pul vəsaiti qaytarmaq məqsədi ilə xx xxxxxx 2017-ci ildə borc müqaviləsi ilə borc almışdır. Bir müddət sonra pulu qaytarmaqdan boyun qaçırdığına görə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq pulunu tələb etmişdi. Məhkəmənin xx xxxx 2019-cu il tarixli, 2(005)-1142/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan 2000,00 ABŞ dolların ödəniş günü Azərbaycan manatı ilə və 12030,00 manat məbləğində pul vəsaiti tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə aktlarının icrası ilə Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları məşğul olmuş və bununla əlaqədar Təqsirləndirilən şəxs bildirişlər təqdim edilmişdir. Lakin buna baxmayaraq o, qətnamələrin icrasını təmin etməkdən imtina etmişdir. Bu səbəblə də məhkəmənin xx xxxx 2019-cu il tarixli, 2(005)- 521/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Son olaraq yazılı ərizəsini məhkəməyə təqdim edib Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(005)-1632/2018 saylı qətnaməsi ilə ona dəymiş maddi zərərin tam ödənildiyini, xx.xx.2020-ci il tarixdə işə bərpa olunduğunu və elə həmi gündə də yazılı ərizəsi əsasında işdən azad olunduğunu, həmçinin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, «Neft- X6-1» ASC-də istehsalın təşkili üzrə mühəndis (baş mexanik) vəzifəsində işləmiş Zərərçəkmiş şəxs işdən azad olunmasına dair xx xxxxxx 2017-ci il tarixli əmrin ləğv edilməklə onun həmin vəzifəyə bərpa edilməsi və xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxxx 2017-ci il tarixədək əməkhaqqının verilməsinin gecikdirilməsinə, dəymiş mənəvi ziyanın əvəzi həmçinin göstərilmiş hüquqi yardıma görə cəmi 8488,00 manat, həmçinin 2000,00 ABŞ dolların ödəniş günü Azərbaycan manatı ilə və 12030,00 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(005)-1632/2018 saylı və xx xxxx 2019cu il tarixli, 2(005)- 1142/2019 saylı qətnamələri icra edilməsi məqsədilə Bakı Şəhəri Nərimanov Rayon icra və Probasiya Şöbəsinə daxil olmuşdur. İcra sənədləri şöbə rəhbəri tərəfindən ona həvalə edilmişdir. O, isə icra vərəqələrini icraata qəbul edilərək xx xxx 2018-ci il və xx xxxxx 2019-cu il tarixlərdə icraata başlanma haqqında qərarlar qəbul etmiş və tələbin 10 gün müddətində könüllü təmin edilməsi ilə əlaqədar ASC-nin direktoru Təqsirləndirilən şəxs bildirişlər təqdim edilmişdir. Qətnamələri könüllü icra müddətində icra etmədiyində aidiyyəti orqanlara verilmiş sorğulara alınmış cavablaradan «Neft- X6-1» ASC-nin adına olan əmlakları aşkar etmək mümkün olmamışdır. Müxtəlif tarixlərdə E. C. Cəfərli İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatlar alındığını, qanunun tələbləri və məsuliyyəti izah olunmuşdur. O, isə izahatlarında rəhbərlik etdiyi qurumun hesabında maliyyə vəsaiti olmadığından məhkəmə aktlarının icrasını təmin edə bilmədiyini bildirmişdir. Üzərindən uzun müddət keçməsinə baxmayaraq qətnamələri qərəzli icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından həmin məhkəmənin xx xxxx 2019-cu il tarixli, 2(005)-521/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 1200,00 manat və xx xxxxxxx 2019-cu il tarixli, 2(005)-2542/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 1200,00 manat məbləğlərində inzibati cərimələr edilmişdir. Məhkəmə aktlarının icrasının təmin edilməsinə dair ona yenidən müddət təyin edilsə də hərəkətlərini davam etdirməklə qətnamələrin icrasından qərəzli yayınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş icra məmurları Şahid2, Şahid3 və Şahid4 şahid qismində dindirilmiş icra məmuru Şahid1 ifadəsinə oxşar məzmunda ifadələr verdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikasının CM-nin 306.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v. 1) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(005)- 1632/2018 nömrəli qətnamədən görünür ki, iddia qismən təmin edilərək cavabdeh “X4-1” ASC-nin xx.xx.2017-ci il tarixli əmri ləğv edilməsi, Zərərçəkmiş şəxs “X4-1” ASC-nə mühəndis istehsalın təşkili üzrə başqa mexanik vəzifəsinə işə bərpa edilməsi, Zərərçəkmiş şəxs xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixə kimi aylıq 600 manat olmaqla, cəmi 6000 manat məbləğində əmək haqqı və əmək haqının verilməsinin gecikdirilməsinə görə cəmi 1458 manat məbləğində ödənc “X4-1” ASC tərəfindən ödənilməsi, dəymiş mənəvi ziyanın əvəzi olaraq 500 manat məbləğində, göstərilmiş hüquqi yardıma görə nümayəndəyə çəkilmiş xərcin əvəzi olaraq 500 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul vəsaiti “X4-1” ASC tərəfindən tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2018-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Borclu "X4-1" ASC-nin xx.xx.2018-ci il tarixli əmri ləğv edilməli, Zərərçəkmiş şəxs "X4-1" ASC-nə mühəndis istehsalın əşkili üzrə baş mexanik vəzifəsinə işə bərpa edilməli, icra sənədi üzrə borclu "X4-1" ASC-dən xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək aylıq 600 manat olmaqla, cəmi 6000 manat məbləğində əmək haqqı və əmək haqqının verilməsinin gecikdirilməsinə görə 1458 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməli, dəymiş mənəvi ziyanın əvəzi olaraq 500 manat, göstərilmiş hüquqi yardıma görə nümayəndəyə çəkilmiş xərcin əvəzi olaraq 500 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq borclu "X4-1" ASC-dən tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməli, bununla da icra sənədinə aid olan tələblər “icra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olduğu üçün icra sənədinin icraatına başlanılması haqqında qərar qəbul edilmişdir. (i.v. 20) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3604/2018 nömrəli, xx.xx.2018ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh "X4-1" ASC-dən 2.000 ABŞ dolları məbləğində pul öhdəliyin icra edildiyi gün AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 16.000 manat məbləğində pul, habelə 30 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. (i.v. 52) xx xxxx 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs 300 manat məbləğində pulu Zərərçəkmiş şəxs bank hesabına köçürmüşdür. (i.v. 68) xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(005)-1632/2018 nömrəli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 1200 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs tərəfindən alınmışdır. (i.v. 69) xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(005)-1632/2018 nömrəli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 1000 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs tərəfindən alınmışdır. (i.v. 69) xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(005)-1632/2018 nömrəli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 800 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs tərəfindən alınmışdır. (i.v. 81) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx.xx.2019-cu il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. ( i. v. 133); İttiham elan edilməsi üçün şəxsin axtarışa verilməsi və tutulması haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və onun tutularaq Bakı şəhəri Nərimanov RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. (i.v. 135-136) Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə X9 Şöbəsinin əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. (i.v. 155-156) Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (i.v. 168-169) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1142/2019 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh “X4-1” ASC-dən 2.000 (iki min) ABŞ dolları məbləğində pul öhdəliyin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 12.000 (on iki min) manat məbləğində pul, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. (i.v. 182-186) İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2019-cu il tarixli «İcraata başlamaq haqqında» Qərarın və müvafiq bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu cavabdeh “X4-1” ASC-dən 2.000 (iki min) ABŞ dolları məbləğində pul öhdəliyin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 12.000 (on iki min) manat məbləğində pul, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi, bununla da icra sənədinə aid olan tələblər “icra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olduğu üçün icra sənədinin icraatına başlanılması haqqında qərar qəbul edilmişdir. (i.v. 188) Sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 306.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 306.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. (i.v. 261-262) xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs 5190 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs bank hesabına köçürülmüşdür. (i.v. 278) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-429/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş, barəsində 03 ay müddətində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi qərara alınmışdır. (i.v. 283-285) “xxxxxxxx” MMC-yə məxsus xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs 2016.00 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs bank hesabına köçürülmüşdür. (i.v. 291) Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki,Təqsirləndirilən şəxs borclu olduğu 23918 manat puldan xx xxxx 2019-cu il tarixdə 300 manat , xx xxxx 2019-cu il tarixdə 1200 manat, xx xxxxx 2019-cu il tarixdə 1000 manat, xx xxxx 2019-cu il tarixdə 800 manat, xx xxxx 2020-ci il tarixdə 5190 manat və xx xxxxxx 2020-ci il tarixdə 2000 manat, ümumilikdə 10490 (on min dörd yüz doxsan) manat ona ödəmiş və 12978 manat borcu qalmışdır. İş üzrə cavabdeh Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə ona olan 12978 (on iki min doqquz yetmiş səkkiz) manat borcunu tamamilə ilə ödəmişdir. Təqsirləndirilən şəxs ona olan borcunu tamamilə ödədiyi üçün onun barəsində heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaq. Əlavə olaraq qeyd etmişdir ki, ərizədə göstərilməyən 2000 ABŞ dolları məbləğində pul da cavabdeh tərəfindən ödənilmişdir. xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə mexanik vəzifəsi üzrə “Neft X6-1 ” ASC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən işə götürülmüşdür. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, tərəflərin təşəbbüsü ilə xx.xx.2020-ci il tarixdə “Neft X6-1 ” ASCnin direktoru Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxsBakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(005)-1632/2018 saylı qətnaməsi ilə ona dəymiş maddi zərərin əvəzini tam ödədiyini, xx.xx.2020-ci il tarixdə işə bərpa olunduğunu və elə həmin gündə də yazılı ərizəsi əsasında işdən azad olunduğunu, həmçinin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hər tərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun təqsirini boynuna alması ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə tövsif edilmişdir Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə qətnamələrini hökm qanuni qüvvəyə minənədək tam icra etdiyinə görə cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmiş vəzifəli şəxs tərəfindən törədildikdə — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin qeyd hissəsində göstərilir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. Beləliklə məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin məhkəmə qətnamələrini icra etməsi ilə əlaqədar olaraq cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini, Təqsirləndirilən şəxs məhkəmə qətnamələrini tam icra etməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs həmin maddənin Qeydinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Həmçinin barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 156, 321, və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs həmin maddənin Qeydinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi gündən 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-292/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-292/2020
17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver