Məhkəmə qərarları › İş №1(005)-292/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-292/2023

25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-292/2023 25.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1989-cu ildə Bərdə rayonunda anadan olmuş, azərbaycanlı, AR-sı vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Mollalı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, «Donuzçuluq» massivində fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İT-da həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxslərə ziyan vurmaqla oğurluqlar etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid ilə qabaqcadan əlbir olan cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 20 mart 2022-ci il tarixdə saat 07 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus «Palma» adlı kafenin çöl hissəsirdə quraşdırılmış «Efıniti» markalı kondisionerin mühərrikini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 600 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Şahid ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 mart 2022-ci il tarixdə saat 07:15 radəlorində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus «Şirin su» şirkətinə məxsus binanın çöl hissəsində quraşdırılmış kondisionerin mühərrikini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 450 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 177.2.1, 177.2.2 maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, evlərin tikintisi və təmiri ilə məşğul olmaqla özünü dolandırır. Şahid təxminən 2015ci ildə tanımış, belə ki, onlara məxsus Binə qəsəbəsindəki evlərini tikmiş, lakin, sonradan Coşqunla hər hansı bir münasibəti olmasa da, yalnız salam-sağolu olmuşdur. Sonradan isə təxminən 2020-ci ildə Coşqunun tutulduğunu eşitmiş, lakin onun nəyə görə və hansı əməlinə görə tutulması barədə heç bir məlumatı olmamışdır. Təxminən 2-3 ay bundan əvvəl təsadüfən Coşqunu Binə qəsəbəsində mərkəzi salamlaşıb bir-birindən hal-əhval tutmuşlar. Sonradan isə yenə də, Coşqun ilə heç bir ünsiyyəti olmamışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə Novxanı qəsəbəsində fərdi ev tikintisi ilə məşğul olduğu yerdən işdən çıxıb öz evinə gələrkən, Coşqun ona zəng vuraraq harada olduğunu soruşmuş, o, da yaşadığı evə gəldiyi yolda olduğunu bildirmişdir. Həmin vaxt Coşqun ona icarəyə avtomobil götürməyi və birlikdə avtomobil ilə şəhər ətrafında gəzməyi təklif etmişdir. O da etiraz etməmiş və Coşqunla həmin gün 19 radələrində Binə qəsəbəsində görüşmüşdür. Bundan sonra, Coşqun özü icarə haqqını verəcəyini bildirib, birlikdə «Nəriman Nərimanov» heykəli yaxınlığında avtomobil icarə yerinə gələrək, oradan onun adına «Kia Cerato» markalı, dövlət nömrə nişanını xatırlamadığı avtomobili 3 günlüyünə icarəyə götürmüş və 180 manat icarə haqcını Coşqun özü ödəmişdir. Bundan sonra, həmin gün həmin avtomobil ilə ikisi şəhər ərazisində sürüb gəzmiş, birlikdə vaxt keçirmişlər. İcarə müddətində isə avtomobili o, idarə etmiş və avtomobil onda olmuşdur. Belə ki, 19 mart 2022-ci il tarixdə saat təxminən 18 radələrində Coşqun yaşadığı ünvana gəlmiş və icarəyə götürdüyü avtomobil ilə yenidən şəhər gəzməyə getməyi təklif etmişdir. O da etiraz etməmiş və avtomobili idarə edərək Coşqunla birlikdə şəhərin mərkəz hissəsinə gələrək avtomobil ilə gəzməkdə davam etmişlər. Artıq 20 mart 2022-ci il tarixdə saat təxminən 07 radələrində hava alaqaranlıq vaxtı Coşqunun istəyi ilə avtomobili ünvan 1 ünvanın qarşısına sürmüş və Coşqun onu gözləməyi bildirib, avtomobildə olan kəlbətini götürüb, düşüb harasa getmişdir. Bir neçə dəqiqə sonra isə Coşqun avtomobilin salonuna arxa oturacağın üzərinə 1 ədəd kondisoner mühərriki qoymuş, o, həmin mühərrikin nə olduğunu, haradan əldə etdiyi soruşduqda isə Coşqun ona narahat olmamağı bildirmişdir. O, isə həmin vaxt başa düşmüşdür ki, Coşqun həmin kondisioneri yaxınlıqdakı divardan çıxarıb gəlirmiş, bundan sonra, Coşqun avtomobili həmin yerin yaxınlığında yerləşən digər küçəyə, yəni Xan Şuşinski küçəsi 21 saylı üvnana sürdürmüş və onu gözləməyi bildirərək, yenidən avtomobildən düşüb, yaxınlıqda binanın pilləkənin alt tərəfinə keçmişdir. Bir neçə dəqiqə sonra isə Coşqunun əlində nə isə dartaraq avtomobilə tərəf gətirdiyini görmüş və o da, avtomobildən düşmüş, Coşqunun əlində dartıb gətirdiyi əşyanın kondisioner mühərriki olduğunu görüb, ona kömək edərək həmin mühərriki avtomobilin arxa baqaj hissəsinə birlikdə qoymuşlar. Bundan sonra, Coşqundan həmin kondisionerlərin nə oluğunu, nəyə görə götürdüyünü soruşduqda, sonuncu ona narahat olmamağı, bunun ona heç bir aidiyyatı olmadığını bildirmişdir. O, artıq həmin vaxt Coşqunun həmin kondisionerləri oğurladığını başa düşmüş və ondan nəyə görə ona bu barədə əvvəlcədən bildirmədiyini, heç nədən onun əməllərinə ortaq etdiyini bildirsə də, Coşqun onun danışıqlarına məhəl qoymayaraq narahat olmamağı demişdir. Bundan sonra, Coşqun onu Suraxanı rayonu ərazisində olan qəbirstanlığa sürdürmüş və kondisionerləri orada birlikdə köməkləşib daş hasarın kənarına qoyaraq, oradan şəhərə qaydıb avtomobili icarə götürdüyü yerə təhvil verib ayrılmışlar. Həmin vaxtdan sonra onun Coşqunla heç bir əlaqəsi olmamış, onu həmin vaxtdan sonra görməmişdir. Həmin kondisionerlərin də Coşqun tərəfindən satılıb-satılmadığını və ya Coşqunun həmin kondisionerləri nə etdiyi barədə heç bir məlumatı olmamışdır. Onun əvvəlcədən Coşqunun həmin kondisionerləri oğurlayacağı barədə heç bir məlumatı olmamış, sonuncunun bu niyyəti barədə heç nə bilməmişdir. Yalnız Coşqun kondisionerləri özü tək gedib, ifadəsində qeyd etdiyi ünvanlardan çıxarıb avtomobilə gətirdiyi zaman onun kondisionerləri oğurlamasını başa düşmüşdür. Coşqun bu hərəkətinə görə hər hansı bir vəd verməyib, ona kondisionerləri oğurlamaqda ona kömək etməyi və ya başqa ona pul verəcəyi, birlikdə kondisionerləri satıb gəlir əldə etməyi bildirməmiş, onunla bu barədə heç bir razılaşması olmamışdır. O, yalnız Coşqunun təklifi ilə onun icarəyə götürdüyü avtomobildə şəhər ərazisində gəzmək üçün onunla birlikdə həmin avtomobili idarə edib, sürmüş və onunla birlikdə gəzmiş, Coşqunun əvvəlcədən oğurluq törədəcəyini bilməmişdir. Hazırda peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən binanın zirzəmisində 65 kvadrat metr sahəsi olan «Palma» adlı kafesi vardır. Həmin kafe təxminən 7-8 aydır ki, təmir etdiyi üçün işləməmişdir və hazırda da fəaliyyət göstərmir. Belə ki, kafeni təxminən son bir neçə ay ərzində yeni təmir etdirmiş və kafenin soyudulması və isidilməsi üçün bir ədəd «Efıniti» markalı kondisioneri 600 manata alaraq kafeyə yerləşdirmişdir. Həmin kondisionerin mühərriki kafeyə giriş pilləkənin üst hissəsində çöldə quraşdırılmış, hazırda kafe fəaliyyət göstərmədiyindən kafeyə təxminən həftədə bir dəfə özü gedib baş çəkir. 23 mart 2022-ci il tarixdə saat təxminən 12 radələrində o, kafeyə baş çəkmək üçün getdiyi zaman kafenin pilləkəninin üzərinə yerləşdirilmiş kondisionerin mühərrikinin yerində olmadığını və yerindən çıxarılaraq oğurlandığını aşkar etmişdir. Həmin vaxt nəzər yetirdikdə kafenin qapısının bağlı olduğunu, kafenin giriş qapısına hər hansı bir müdaxilə edilmədiyini, yalnız çöl tərəfdə divara bərkidilmiş kondisionerin mühərrikinin açılıb çıxarılaraq oğurlandığını başa düşmüşdür. Bundan sonra kondisionerin oğurlandığını anladığı üçün bununla bağlı DtN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş və daha sonra bu barədə Nərimanov RPİ-nin 16-cı PB-nə ərizə ilə müraciət etmişdir. O, kondisionerin kim tərəfindən və nə zaman oğurlandığını dəqiq bilmir, oğurluqla bağlı konkret olaraq şübhə etdiyi hər hansı şəxs yoxdur. Kondisionerin oğurlanmasını 23 mart 2022-ci il tarixdə saat 12 radələrində aşkar etmiş, həmin tarixdən təxminən bir həftə əvvəl isə kafeyə baş çəkməyə gəldiyi zaman kondisioner yerində olmuş, baş vermiş oğurluq hadisəsi nəticəsində ona cəmi 600 manat məbləğində maddi ziyan dəymişdir. Son olaraq ərizə təqdim edərək bildirmişdir ki, ona dəyən zərər ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yerləşən «Şirin Su» şirkətinə məxsus istehsalat binasında çalışır və həmin binada özünə məxsus otaq üçün nəzərdə tutulmuş bir ədəd kondisioner quraşdırmışdır. Belə ki, həmin kondisionerin hazırda markasını xatırlamır, lakin dəyəri 450 manatdır. Kondisionerdən hazırda yay ayları olmadığından istifadə etmir və kondisionerin mühərriki binanın pilləkənin alt tərəfində bir qədər gözə dəyməyən yerdə olduğundan, tez-tez nəzərə çarpmır. 04 aprel 2022-ci il tarixdə saat təxminən 09 radələrində işə gəldiyi zaman təsadüfən gözü pilləkənin alt tərəfmə sataşmış və həmin vaxt kondisionerin mühərrikinin yerində olmadığını görmüşdür. Nəzər yetirdikdə, kondisionerin həmin çöl tərəfdə olan mühərrikin yerindən çıxarılaraq oğurlanmuş olduğunu aşkar etmiş, buna görə də, həmin gün bu barədə Nərimanov RPİ-nin 16-cı PB-nə ərizə ilə müraciət etmişdir. O, kondisionerin kim tərəfindən və nə zaman oğurlandığını dəqiq bilmir, oğurluqla bağlı konkret olaraq şübhə etdiyi hər hansı şəxs yoxdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona cəmi 450 manat məbləğində maddi ziyan dəymişdir. Son Son olaraq ərizə təqdim edərək bildirmişdir ki, ona dəyən zərər ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Şahid məhkəməyə ərizə göndərərək sağlamlığında problemlər olduğundan istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasına Şahid ibtidai istintaq dövründə vermiş olduqları ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 23 mart 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 şikayəti əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 27 ünvanıdır. Baxış zamanı iş üzrə maddi sübut əhəmiyyətli hər hansı əşya və ya dəlil aşkar edilmədi. Hadisə yerinə baxış keçirilməsi barədə” 04 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 şikayəti əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri ünvan 5 ünvandır. Baxış zamanı iş üzrə maddi sübut əhəmiyyətli hər hansı əşya və ya dəlil aşkar edilmədi. Baxış zamanı iş üzrə maddi sübut əhəmiyyətli hər hansı əşya və ya dəlil aşkar edilmədi. Məhkəmə Ekspertiza Mərkəzinin 04 aprel 2022-ci il tarixli, 9/2207 saylı rəyindər görünür ki, 01 ədə “Efitini” markalı kondisionerinin mühərrik hissəsinini orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin mart qyına olan bazar qiyməti nəzəri qaydada təxminən 200 manat çüəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İşdə olan 06 aprel 2022-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:45-də tutulmuşdur. Təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbirinin seçilməsi barədə 08 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxsin barəsində axtarışın elan edilməsi və tutulması baqqlnda xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, tutulduqda Nərimanov RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:30-da tutularaq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 4(005)-399/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 01 (bir) ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəlinin 25 mart 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-574/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti 20 may 2023-cü il tarixə kimi uzadılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında qeyd olunur: «CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir.» Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəyən zərəri ödəməsini və ona qarşı şikayət tələblərinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, 2 gün şübhəli şəxs qismində saxlanılması və həbsdə saxlanıldığı 04 ay azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalında həbsdən dərhal azad edilməli və seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulun dövlət büdcəsinə keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 16 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 gün şübhəli şəxs qismində saxlanılması və həbsdə saxlanıldığı 04 ay, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 08 ay 04 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 3(üç) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin, o məhkəmə iclas zalında həbsdən dərhal azad edilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. X4 tərəfindən ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar