Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-292/2024 18.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 15:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Allahverdiyeva aytac İmamhüseyn qızının, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs - X4, təqsirləndirilən şəxsin müdafiəçisi «Arbitrium» Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs - X5 iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Masallı rayonu, Təzə Alvadı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-864/2024 saylı mülki iş üzrə iddi aərizəsində və məhkəmə iclasında X10 tərəfindən barəsində böhtan xarakterli həqiqəti əks etdirməyən məlumatların qeyd edildiyini və onların səsləndirildiyini bildirmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində şikayət etdiyi şəxs hal-hazırda hüquqşünas kimi çalışdığı "xxxx" MTK-nın payçısı X2 həyat yoldaşı X10 - barəsindədir. X15 Quliyeva ilə birgə nikah münasibətlərində olduğu müddətdə onların "xxxx" MTK-dan mənzil almışlar. Daha sonra, tərəflərin arasında olan nikah pozulmuş və nikah dövründə əldə edilmiş əmlakların məhkəmə qaydasında bölünməsinə dair bir çox məhkəmə mübahisələri olmuşdur. Həmin mübahisələrdən biri də, X5 ilkin iddiaçı, X7 da qarşılıqlı iddiaçı olduğu və hal-hazırda da Nərimanov rayon Məhkəməsinin hakimi Solmaz xanım Ədilovanın icraatında olan, 2(005)-864/2024 nömrəli mülki işdir. Göstərilən iş üzrə məhkəmənin hazırlıq iclasları davam edir və bu hazırlıq iclaslarından biri də 04 aprel 2024-cü il tarixdə keçirilmişdir. Ancaq hazırlıq iclasının keçirilməsindən 1 (bir) gün qabaq, yəni 03 aprel 2024-cü il tarixdə Quliyev Vasif ona aid olan iddia tələblərinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə elektron məhkəmə sistemində yerləşdirilməklə yanaşı, hətta 04 aprel 2024-cü il tarixli məhkəmə iclasında müzakirə edilərək, müvafiq qərardad qəbul olunmuşdur. Qeyd edilən ərizədə Vasif Quliyev ona böhtan ataraq, bilə-bilə, yalan uydurma və özünün qəsdən şəxsi maraqları üzərindən barəsində hansısa cinayətləri törətməyi barədə həm yazılı, həm də məhkəmənin hazırlıq iclasında açıq şəkildə ifadə və sözlərlə birbaşa bildirmişdir. Qeyd edilən məhkəmə iclası açıq məhkəmə iclası olmuş, orada işə baxmış hakim, məhkəmə iclasının katibi, işdə iştirak edən tərəflərin sayı iki şəxsədən (nəfərdən) artıq olduğundan, orada olan bütün şəxslər Vasif Quliyevin barəsində məhkəmədə bildirdiyi böhtanları bilmişlər və məlumatlı olmuşlar, Vasif Quliyev məhkəməyə təqdim etdiyi ərizəsidə bütünlüklə barəsində həqiqəti əks etdirməyən, yalan və onun tərəfindən bilə-bilə böhtan məlumatlar qeyd etmişdir. Ərizədə göstərilən məlumatlar vahiddir, sadəcə olaraq ərizənin müxtəlif səhifə və abzaslarında təkrarlanmaqla, eləcə də sonda "məhkəmədən xahiş edirəm" hissəsinin 6-cı bəndində birbaşa mənim ünvanıma böhtan atmaqla, mülki iş üzrə işə vəzifəli şəxs olaraq cəlb olunmağımı istəmişdir (ərizənin kserosurəti hazırki şikayətə əiavə olunur). Bu məlumatlar isə "xxxx" MTK-nın hüquqşünası X1 saxtalaşdrılmasmda təşkilində bir başa iştirak etmək (qruppa halında), rüşvət tələb etmək, təhdid etmək, iş üzrə hakimi aldatmaq, yalan ifadə vermək, yalandan ibarət etirazlar və məktublar məhkəməyə təqdim etmək və s.." ibarət olmuşdur. Göründüyü kimi, qeyd edilən ifadələrin hər birində cinayət əməlləri barədə olan məlumatlar göstərilmişdir. X16 bunları qəsdən, bilə-bilə yalan olduğunu dərk edə-edə yazılı şəkildə məhkəməyə təqdim etmiş, yuxarıda qeyd etdiyi kimi, hətta məhkəmə çıxışı zamanı da Həhkəmə zalında birbaşa səsləndirmişdir. Lakin, bu xüsusatlar tərəfindən törədilməsi ehtimal edilən cinayət əməlləridir. Belə ki, əgər bu əməllər həqiqətən baş vermiş olsa idi, cinayət məsuliyyətinə cəlb edilməli imiş və cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada da məsuliyyətə cəlb olunmağı isitisna olunmayacaqdı. X17 belə halların olmadığını, bilə-bilə yalan olduğunu dərk edərək, bu ifadə, söz və cümlələri məhkəmədə rəsmi qaydada bildirmiş, sonra da şifahi olaraq da dəfələrlə səsləndirmişdir. İlk böhtan məlumat sənədlərin saxtalaşdırılmasında, təşkilidə bir başa iştirak etmək qruppa halında olan məlumatdır. İstinad olunan bu hal, AR-nın CM-nin 320.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibli əməl olmaqla, böyük ictimai təhlükə törətməyən cinayətdir. Yəni, Vasif Quliyevin qeyd etdiyi qaydada tərəfindən belə bir əməl törədilmiş olsa idi, onda bu cinayət hüquq normasının tələbləri əsasında məsuliyyətə cəlb olunmalı imiş və barəsində də müvafiq ittihamedici hökm çıxarılmalı idi. Ancaq belə bir əməlin törədilməsi ilə bağlı heç bir ibtidai istintaq orqanında və məhkəmədə nə iş olub, nə də ki bunu təsdiq edəcək hansısa qanuni qüvvəyə minmiş qərar vardır. Digər tərəfdən, Vasif Quliyevin barəsində bu qaydada böhtan məlumatların yayılması artıq heç bir hüquqi əsasa söykənmədən, ancaq onun özünün uydurmasından başqa bir şey olmamışdır. İkinci böhtan olan məlumat "rüşvət tələb etmək" barədə böhtanın atılmasıdır. Üçüncü böhtan olan məlumat, "təhdid etmək"lə bağlı ifadələrdir ki, burada, kimi təhdid etməyi və bunun hansı səbəblərdən həyata keçirməyi barədə konkret göstərilmir. Sadəcə olaraq, özünün iddia tələblərini əsaslı olmasını təsdiq etmək və tərəfindən məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia tələblərinin rədd olunmasına nail olmaq məqsədi Hə yazdığı və bildirdiyi böhtanlardır. Digər böhtan "valan ifadə vermək" adlı məlumatın ərizədə dəfələrlə təkrar-təkrar göstərilməsidir Vasif Quliyev onun barəsində yalan olduğunu biləbilə həmin məlumatları məhkəmə prosesində yaymışdır. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X6 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki X10 tərəfindən məhkəmə iclasında səsləndirilmiş fikirlər böhtan xarakterlidir, həmin vaxt məhkəmə iclas zalında əyləşən hamı eşitmişdir. Onun nüfuzuna xələl gəlmişdir. “Sənədləri saxtalaşdırma, rüşvət tələb etmə, təhdid etmə, aldatma və sair” bu kimi ifadələrin heç bir əsasının olmadığını böhtan olduğunu, buna görə də cəzalanndırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 ifadə verərək özünü təqsirli bilmədiyini, heç bir böhtan xarakterli məlumatlar yaymadığını və paylaşmadığını bildirmişdir. Məhkəmədə qeyd etmişdir ki, Bəhlul İskəndərov barəsində hüquq mühafizə orqanlarına şikayətlər etmişdir. Onun saxta sənədlər hazırlaması və qanunsuz əməlləri barədə istintaq orqanlarında araşdırma getdiyini, həmçinin aralarında mülki mübahisə olduğunu, həmin mülki işə məhkəmə iclasında baxılarkən iddia ərizəsində qeyd etdiklərini səsləndirdiyini bildirmişdir. Məhkəməyə sənədlər təqdim edərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə tədqiq dilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(005)-292/2024 saylı qərarından aydın olur ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(103)-1682/2024 saylı qərarına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(005)-292/2024 saylı qərarı ləğv edilərək şikayət yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş X10 tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış iddia ərizəsində "xxxx" MTK-dən müqavilə əsasında alınmış mənzilin əvvəlcə X5 adına sonradan müqavilədə edilmiş dəyişikliyə əsasən X7 adına keçirilməklə saxtalaşdırılması, qanunsuz yollardan istifadə etməklə sənədlər hazırlama və sair ifadələrdən istifadə edildiyi mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə çıxışlarından, eləcə də məhkəmədə tədqiq edilmiş məhkəmə iclasının vide görüntüsündən aydın olur ki, mülki işə baxılarkən məhkəmə iclas zalında iddia ərizəsi üzrə çıxışlar edilmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan aydın olur ki, X5 X3 rüşvət tələb etməsi, hədə qorxu gəlməsi ilə bağlı hüquq mühafizə orqanlarına etdiyi şikayəti əsasında cinayət işi başlanılmış və aidiyyəti üzrə istintaq orqanına göndərilməsi üçün Nərimanov Rayon Prokurorluğuna təqdim edilmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, “Böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir.” “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Məhkəmə istintaqı zamanı xüsusi ittiham qaydasında şikayət vermiş X4 barəsində X10 tərəfindən böhtan xarakterli məlumatların yayılması halı öz təsdiqini tapmamışdır. Belə ki, Ali Məhkəmənin qeyd olunan Plenum qərarında böhtan xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə qeyd edir ki, X5 X6 barəsində böhtan xarakterli məlumatları hər hansı kütləvi informasiya vasitələrində həmçinin yığıncaq və toplantılarda deyilməklə, kütləvi informasiya vasitələrində paylaşmamış, məhkəməyə ünvanlanmış olduğu mülki iddia ərizəsində qeyd olunan ifadələr işlədilmiş, məhkəmə iclasında da iddia ərizəsi üzrə çıxışlar etmişdir. Bununla yanaşı məhkəmədə tədqiq edilən sənədlərdən aydın olur ki, X10 yalan olduğunu bilə-bilə hər hansı məlumatları yaymamışdır, şəxsin Bəhlul İskəndərovun barəsində hüquq mühafizə orqanlarına dəfələrlə şikayətləri olmuş, cinayət işinin başlanmasının rədd edilməsi barədə, daha sonra həmin qərarların ləğv edilməsi cinayət işinin başlanması barədə qərarlar qəbul edilmişdir. Bu da onu göstərir ki, şəxs iddia ərizəsində və çıxışında hüquq mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlara əsaslanmışdır. Beləliklə, məhkəmə, məhkəmədə tədqiq edilən sübutlarları qiymətləndirərək belə nəticəyə gəldi ki, şikayətdə göstərilən hallar və dəlillər X10 barəsində ittiham hökmü çıxarılması üçün əsas deyildir. X5 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olmaması bəraət hökmünün çıxarılması üçün əsasdır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X10 Azərbaycan Respublikası Cinayət Məcəllənin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı toplanmış və araşdırılmış sənədlərlə sübuta yetirilmir. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X8rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq etmişdir. Məhkəmə araşdırması zamanı xüsusi ittihamçı tərəfinin X9 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, X5 məhkəmə istintaqı müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Arbitrium» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi X5 müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatı üçün cəmi 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Arbitrium» Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilsin. Müdafiəçi tərəfindən X5 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi 35 (otuz beş) iş saatı üçün cəmi 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Arbitrium» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-292/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-292/2024
18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver