Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-292/2025 11.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Hadı Mircəlal Mirşamil oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – X1 iştirakları ilə, xx.xx.1983-cü ildə Astara rayon Kijəbə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Astara rayonu, Kijəbə qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhər Nərimanov rayonu ərazisində kirayədə yaşayan, barəsində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 23 iyul 2025ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə, hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X8 zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, X8 03 yanvar 2025-ci il tarixdə, saat 18 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus ticarət obyektində, sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı, hadisə yerindən götürdüyü dəmir parçası ilə qəsdən zərərçəkmiş şəxsin baş nahiyəsinə bir dəfə zərbə endirməklə ona baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin əzilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə, sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da X8 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X8 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, hazırda “Montin" qəsəbəsində yerləşən müxtəlif ünvanlarda gecəsi 2 manata olan evlərdə yaşayır. Tikintidə fəhlə kimi işləmiş, yüklərin daşınması ilə məşğul olmuşdur. xx.xx.2025-ci il tarixdə saat təxminən 17-18 radələrində meyvə tərəvəz satan Zərərçəkmiş şəxs keçmiş "Montin bazarı" adlanan ərazidə yerləşən dükanına getmişdir. İldırım həmin tarixdən bir neçə gün əvvəl ondan polisə şikayət etmişdir. Həm onun barəsində şikayət etməsinin səbəbini soruşmaq, həm də nisyə mal almaq üçün onun mağazasına getmişdir. Belə ki, yeni il ilə bağlı bütün tikinti mağazaları bağlı olduğundan pulsuz qaldığı üçün ondan nisyə 5-10 manatlıq meyvə-tərəvəz istəmişdir. Bu zaman Zərərçəkmiş şəxs nisyə mal vermədiyini bildirərək, onu mağazadan qovmağa və təhqir etməyə başlamışdır. Həmin vaxt İldırım yerdən taxta parçası götürərək onun baş nahiyəsinə və o cümlədən bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. Hətta onu yerə yıxaraq əli ilə boğazını tutmuş, ağır çəkili olduğu üçün ona gücü çatmamışdır. Bu zaman özünü müdafiə etmək məqsədilə yaxınlıqdakı dəmir borunu götürmüş və İldırımın baş nahiyəsinə vurmuşdur ki, ondan əl çəksin. Həmin vaxt bir cavan oğlan gələrək onları ayırmışdır. Daha sonra oradan ayrılmışdır. Bu zaman baş nahiyəsindən qan axdığından qardaşı Yadigara zəng etmiş və dalaşdığını bildirmişdir. Yadigardan ona bir nəfər maşın tapmasını istəmişdir ki, rayona qayıda bilsin. Həmin vaxt öz telefonu işləmədiyindən xatırlamadığı birinin telefonu ilə əlaqə yaratmış, qardaşı isə həmkəndliləri Namiqə zəng edərək, onu Astaraya gətirməsini istəmişdir. Daha sonra qardaşı ona Lökbatan dairəsi tərəfə getməsini bildirmişdir. Daha sonra taksi ilə Lökbatan dairəsinə getmişdir. Axşam saat təxminən 21 radələrində Namiq ilə Lökbatan tərəfdə görüşmüş və birlikdə Astara rayon Kijəbə kəndinə gəlmişdir. Qardaşı ona köməklik etmiş və baş nahiyəsindəki qan ləkəsini təmizləmişdir. Lakin, xəstəxanaya getməmişdir. Hadisədən 13 gün sonra isə Bakıya geri qayıtmışdır. Qeyd etmişdir ki, ibtidai istintaqda verdiyi ifadə ilə razı deyildir və həmin ifadə ona məxsus deyildir. İldırımı vurma səbəbi özünü müdafiə etmək olmuşdur. İldırımın göstərdiyi kimi onu yerə yıxaraq 15 dəqiqə döyməmiş, Astara kəndində həmkəndlisi Ziyafəddin ilə hər hansı mübahisəsi olmamışdır. Ziyafəddin ümumiyyətlə onların kəndində yaşamır və qonşu kənddədir. Habelə, arvadı və ya ailəsi də ona hər hansı xəsarət yetirməmişdir. Heç kimə pul vəsaiti verməmiş, işin həlli üçün kiminləsə razılaşmamışdır. İldırım ilə aralarında keçən mübahisə təxminən 5-6 dəqiqə çəkmişdir. Nihadın ifadəsində məlum hadisədən bir müddət sonra döyülməsi ilə verilən suala cavab olaraq, heç kimin onu döymədiyini, Metropark ərazisində hadisədən xeyli sonra yıxıldığını, həmin hadisənin yay aylarında baş verdiyini bildirmişdir. İfadələrində əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs X1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və müəyyən edilmişdir ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş X8 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 18 radələrində keçmiş "Montin bazarı" adlanan ərazidə uzun müddət tanıdığı meyvə tərəvəz satan Zərərçəkmiş şəxs dükanına getmiş və yeni il bayramı ilə bağlı bütün tikinti materialları satışı mağazaları bağlı olduğundan işləyə bilmədiyindən ondan 5-10 manatlıq nisyə meyvə-tərəvəz verməsini istəmişdir. Zərərçəkmiş şəxs əvvəlcə nisyə meyvə-tərəvəz satmadığını deyərək onu mağazadan qovmağa başlamış, mağazadan çıxmaq istədikdə arxasınca ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman aralarında sözlü mübahisə yaranmış, mübahisə zamanı İldırım onun qolundan tutub itələyərək mağazadan çıxarmaq istədiyi üçün əsəbiləşib dükanın girişindəki divara söykədilmiş dəmir parçasını götürüb İldırımın başından vurmuşdur. Zərərçəkmiş şəxs zərbənin təsirindən mağazanın içində yerə yıxılmış və başından qan gəldiyi üçün dükanı tərk edib getmişdir. Mübahisə zamanı özünün heç bir xəsarət almadığını. mübahisənin təxminən 10-15 dəqiqə davam etdiyini, Zərərçəkmiş şəxs işlətdiyi mağazanın yolun kənarında səkinin yaxınlığında yerləşdiyindən ətrafda bir neçə nəfər bina sakinləri olduğunu, lakin onları tanımadığını bildirmişdir. Zərərçəkmiş şəxs ilə aralarında əvvəllər hər hansı ədavət və ya düşmənçilik olmadığını bildirmişdir. Əlavə ifadəsində isə göstərmişdir ki, o, etdiyi hərəkətlərə görə peşmandır və Zərərçəkmiş şəxs üzr istəyir. Hadisə zamanı İldirımın onu vurmadığını, heç bir xəsarət almadığını, məhkəmə-tibbi ekspertizasından keçmək istəmədiyini, Zərərçəkmiş şəxs işlətdiyi mağaza yolun kənarında səkinin yaxınlığında yerləşdiyindən ətrafda bir neçə nəfər bina sakinləri olduğunu, lakin o, onları tanımadığını, törədiyi əmələ görə özünü tam təqsirli bildiyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, neçə ildir ki keçmiş Montin ərazisində kirayə obyekt işlədir və orada xırda meyvə-tərəvəz, xırdavat malları satır. Bəhruz onun işlədiyi yerin təxminən 500 metrliyində işləyir. 2024-cü ilin yay ayından etibarən Bəhruz onu bezdirir, dəfələrlə gəlib mağazasında onu təhqir edir. Hadisə günü günorta saat 15 radələrində Bəhruz onun mağazasına gələrək ondan pul verməsini istəmişdir. Lakin, verməkdən imtina etmişdir. Bu zaman Bəhruz onunla kobud rəftar etmiş və getmişdir. Həmin günü, yəni 3 yanvar tarixdə saat 18-19 radələrində mağazanı bağlayaraq getməyə hazırlaşmışdır. Bu zaman Bəhruz əlində metr yarım armatur ilə üzərinə gələrək, onu təhqir etmiş və dərhal əlindəki armaturu baş nahiyəsinə vurmuşdur. Həmin vaxt qolları ilə özünü müdafiə etməyə çalışsa da, hər bir halda baş nahiyəsinə zərbə dəymişdir. Bu zaman yerə yıxılmış və Bəhruz onu yerdə təpikləməyə başlamışdır. Təxminən 10-15 dəqiqə Bəhruz onu təpikləmişdir. Həmin vaxt ətrafdan məktəbdən çıxan məktəblilər və valideynlər keçmiş, bu zaman tanımadığı bir nəfər qadın oradan keçərək onun telefonu ilə “102” xidmətinə zəng etmişdir. Daha sonra Bəhruz qaçıb getmiş, bir müddət sonra polis əməkdaşları gəlmişlər. Lakin, Bəhruz həmin vaxt artıq getmişdir. Həmin vaxt Bəhruzun onu döyməsinin səbəbini əvvəllər Bəhruzdan polisə şikayət etməsi ilə əlaqədar onun qisas alması ilə əsaslandırmışdır. İbtidai istintaqdakı ifadəsi ilə yaranmış ziddiyyət ilə bağlı bildirmişdir ki, həmin ifadəni müstəntiqin yazdığını, həmin ifadələrin ona məxsus olmadığını, eynəyi olmadığı üçün oxumadığını bildirmişdir. Bəhruzun ifadəsini təkzib edərək, hadisə yerində uşaq olmadığını, 15 nəfər adam olduğunu bildirmişdir. Hadisə vaxt qollarında da xəsarət yaranmış, ekspertə bu barədə məlumat vermişdir. Bəhruz Məmmədovun başındakı xəsarətlərin isə həmkəndlisi Ziyafəddin və ailə üzvləri tərəfindən sonuncunun onu təhqir etməsi səbəbindən yarandığını bildirmişdir. Həmin vaxtdan sonra onu yaralı şəkildə Astara Xəstəxanasına aparmışlar və müayinə etmişlər. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və cəzalandırılmasını tələb etmişdir. İfadələrində əhəmiyyətli ziddiyyətlər olduğundan Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və tədqiq edilərək müəyyən edilmişdir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsini dolandırmaq üçün otuz ildən artıqdır ünvan 1 ünvanında yerləşən 5 kvadrat metrlik obyektdə meyvə tərəvəz satışını həyata keçir, səhər saat 08-dən axşam saat 18-ə qədər iş yerində olub al-ver edir. Uzun müddətdir qonşuluqda yaşayan X3 tanıdığını, əvvəllər bazarda tikinti materialları satılan mağazada fəhlə işlədiyini, lakin spirtli içki aludəçisi olduğundan işdən kənarlaşdırıldığını bildirmişdir. Bəhruzu daim problemli adam kimi tanıdığını, "Montin” qəsəbəsində bir çox şəxslə mübahisəsi olduğunu, tez-tez məhkəmələrə düşərək inzibati qaydada həbs olunduğunu, xx.xx.2025ci il tarixdə saat təxminən 18 radələrində meyvə-tərəvəz satdığı həmin dükanı bağlayıb getmək istəyən zaman Bəhruz Məmmədovun içəri daxil olduğunu, ondan nisyə mal almaq istədiyini bildirdiyini demişdir. О. an dükanı bağladığından və bu səbəbdən çıxıb getməsini xahiş etdikdə Bəhruz Məmmədov onunla mübahisə etməyə başlamış, dəfələrlə dükanı tərk etməsini tələb etməsinə baxmayaraq Bəhruz Məmmədov mübahisəni davam etdirib uca səslə onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etdiyi üçün onun qolundan tutaraq dükanın girişinə tərəf itələmişdir. Bu zaman Bəhruz Məmmədov dükanın içində olan yük daşımasında istifadə etdiyi dəmir borunu götürərək onun başından zərbə ilə vurmuş, zərbənin gücündən yerə yıxılaraq başından qan gəlməyə başlamışdır. Bunu görən Bəhruz Məmmədov dükandan qaçaraq hadisə yerini tərk etmişdir. Hadisədən sonra o, DİN-nin 102 xidmətinə zəng edərək məlumat verdiyini daha sonra təcili yardım çağıraraq "Sabunçu” xəstəxanasına müraciət etdiyini, Sabunçu rayon xəstəxanasında müayinə olunaraq başına 6 tikiş qoyulduğunu və elə həmin gün evə buraxıldığını bildirmişdir. Mübahisənin təxminən 10-15 dəqiqə davam etdiyini, onun işlətdiyi mağaza yolun kənarında səkinin yaxınlığında yerləşdiyindən ətrafda bir neçə nəfər bina sakinləri olduğunu, lakin onları tanımadığını bildirmişdir. O, ilkin müraciət və dindirmələrində Bəhruzun onu vurub dükanda çıxmasına qədər olan müddəti nəzərdə tutub mübahisənin 1-2 dəqiqə davam etdiyini qeyd etdiyini bildirsə də, lakin Bəhruzun mübahisəyə başlayıb onu vurduqdan sonra dükandan çıxıb getməsinə qədər ümumilikdə 10-15 dəqiqə vaxt keçdiyini demişdir. Həmin müddət ərzində Bəhruz uca səslə onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etdiyini demişdir. Həmçinin dükanın içində ikisi olsa da, ətrafda bir neçə şəxsin olduğunu, dükanın qapısı açıq olduğundan mübahisə zamanı Bəhruzun onu təhqir etməsini ətrafdakıların eşitdiyini və mübahisənin səs küyünə yığışdıqlarını bildirmişdir. Zərərçəkmiş şəxs təhqiqat araşdırması zamanı verdiyi izahatında bildirmişdir ki, hadisə günü saat 18 radələrində mağazanı bağlayıb getmək istəyərkən Bəhruz gələrək ondan nisyə mal verməsini istəmiş, bu zaman onun qolundan tutaraq mağazadan çıxarmağa çalışmışdır. Bu vaxt Bəhruz mağazanın daxilindəki dəmir borunu götürərək onu vurmuşdur. Ətrafda özündən və Bəhruz Məmmədovdan başqa heç kim olmamışdır. Daha sonra Bəhruz mağazadan qaçıb getmişdir. Hadisə 1-2 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Astara rayonu Kijəbə kəndində yaşayır, lakin heç bir yerdə işləmir. Bəhruzun qardaşı Yadigar ilə sinif yoldaşı olmuş, eyni zamanda qonşuluqda yaşamışlar. Təxminən 1 il əvvələ kimi taksi kimi çalışmış, daha sonra səhhəti ilə əlaqədar dayandırmışdır. Bəhruzu da həmkəndlisi kimi tanıyır. Təxminən qış aylarında, yanvar ayında Bəhruzun qardaşı Yadigar ona zəng edərək, Bəhruzu götürüb gəlməsini istəmişdir. Demişdir ki, vəziyyəti yaxşı deyil. Həmin vaxt Bakıya gəlirmiş. O da Bəhruza onun nömrəsini verməsini istəmişdir. Daha sonra əlaqə saxlamışlar və Lökbatan ərazisində görüşüb birlikdə Astaraya gəlmişlər. Saatı dəqiq xatırlamasa da, gecə saatları olmuş, təxminən 23 radələrində yola çıxaraq, Astaraya gəlmişlər. Həmin vaxt Bəhruzun başında papaq olmuş, alın nahiyəsi şişmişdir. Nə olduğunu soruşduqda dalaşdığını bildirmiş, lakin kiminlə dalaşdığını deməmişdir. Həmin vaxt Bəhruz maşında tək olmuşdur. Daha sonra Bəhruzu gətirib kəndə qardaşına təhvil vermişdir. Bəhruzun kəndlərində və ya başqaları ilə dalaşdığını eşitməmişdir və görməmişdir. Bəhruz ona nə qədər əvvəl dalaşdığını deməmişdir. Həmin vaxt istifadəsində ***-***-**-** mobil nömrəsi olmuşdur. Bəhruzun kəndə nə məqsədlə getdiyini dəqiq bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Bəhruz onun doğma qardaşıdır. Qardaşı uzun müddətdir ki, Bakıda yaşayır. Onunla münasibəti yaxşıdır. Yanvar ayında qardaşı ona zəng edərək, dalaşdığını, Montində İldırımın onun başını sındırdığını bildirmiş və onu rayona gətirməsini istəmişdir. Həmin vaxt sinif yoldaşı Namiqə zəng eləmiş və ondan Bəhruzu gətirməsini istəmişdir. Namiq də Bəhruzu Bakıdan götürüb Astaraya gətirmişdir. Bəhruz ona zəng edən vaxt saat 17-18 radələri olmuşdur. Həmin vaxt Bəhruzu gördükdə başı partlamış vəziyyətdə olmuş, qanlı olmuşdur. İşin halları barədə, kimin birinci vurması barədə məlumat verməsə də, İldırım ilə mübahisə etdiyini, sonuncunun onu vurduğunu bildirmişdir. O cümlədən, hadisənin səbəbini də bildirməmişdir. Həmin vaxt kənddə Ziyafəddin adlı şəxsin Bəhruzu döyməsi ilə bağlı verilən suala cavab olaraq, deyilənlərin yalan olduğunu, heç bir mübahisə olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirmişdir ki, hazırda Post Patrul xidmətinə işləyir. Bəhruz və İldırımı ərazidə yaşayan şəxslər kimi tanıyır. Hadisə baş verən 3 yanvar tarixində işdə olmamışdır. Həmin gün İldırım “102” xidmətinə müraciət etmiş, Bəhruzun onu döydüyünü bildirmişdir. İşə çıxdıqdan sonra bu barədə məlumat almış, lakin Bəhruzun tutulmasından məlumatlı olmamışdır. Əvvəllər Bəhruz barəsində həm ona, həm də 102 xidmətinə müraciət daxil olmuşdur. Həmin şəxslər yola gedə bilmirlər. Bəhruz içkili vəziyyətdə olmasa heç bir problem yaşamır. Lakin, içkili olanda insanları incidir. İldırımı hadisədən sonra başı sarıqlı vəziyyətdə görmüş, nə olduğunu soruşduqda Bəhruzun gəlib onu söyüb vurduğunu bildirmişdir. Həmin hadisədən sonra xatırlamadığı əməkdaşlardan Bəhruzun parkda kimlərsə tərəfindən döyüldüyünü eşitmişdir, lakin dəqiq məlumatı yoxdur. Amma həmin hadisənin nə zaman baş verdiyini və necə olduğunu dəqiq bilmir, sadəcə eşitmişdir. Özü də bir neçə dəfə Bəhruzu şöbəyə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun şagirdi, eyni zamanda uzaq qohumudur. Onun barəsində məhkəmə iclasında səsləndirilmiş fikirləri eşitmiş və qeyd etmişdir ki, hamısı yalandır. Bəhruz ilə aralarında münaqişə olmamışdır. Bəhruz onun həyətinə birinci dəfə deyildir ki, gəlmiş, mütəmadi gəlib-getmişdir. İldırımı da bazarda işləyən şəxs kimi tanımışdır. Belə ki, onun işlədiyi bazarda uzun illərdi ki, gül gətirib satır. Belə-belə salam sağolları yaranmışdır, lakin yaxın deyillər. İldırımın onun barəsində niyə elə fikirlər səsləndirdiyini bilmir. Bəhruzu sonuncu dəfə 2025-ci ilin aprel-may aylarında görmüş, İldırım ilə aralarında nəsə problem olduğu barədə nəsə eşitməmiş və görməmişdir. İldırımı sonuncu dəfə bazar günü görmüşdür. Lakin, onun şəxsiyyəti barədə fikir söyləyə bilməz. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Astara Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş 02 sentyabr 2025-ci il tarixli sorğuya cavabdan görünür ki, X8 hər hansı bir xəstəliklə bağlı Astara Rayon Mərkəzi Xəstəxanasına müraciət etməmişdir. Hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən adsız meyvə-tərəvəz dükanında baş vermişdir. Hadisə yerində vətəndaş Zərərçəkmiş şəxs vurulduğu dəmir boru müəyyən edildi və götürüldü. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edildi. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 06 nömrəli rəyindən qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənib, müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. xx.xx.2025-ci il tarixdə Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Orxan Qurbanov tərəfindən əşyanın tanınmasına dair tərtib edilmiş protokoldan görünür ki, X8 ona təqdim edilmiş dəmir parçalarının içərisindən sıra nömrəsi ilə 03 də olan dəmir parçasını tanıyaraq, həmin dəmir parçası ilə 03 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs baş nahiyəsinə zərbə endirdiyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Orxan Qurbanov tərəfindən bir ədəd dəmir parçası iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən və cinayətin predmeti olduğundan maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş və saxlanılması üçün Nərimanov RPÍ-nin növbətçi hissəsində saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsinin Ambulator X5 dair 19 may 2025-ci il tarixli, 2924 nömrəli rəydən görünür ki, təqsirləndirilən şəxs X2 müayinə zamanı narkomaniya və xroniki alkoqolizm xəstəliyi aşkar olunmur, həmin xəstəliklərdən əzab çəkmir, narkomaniya və xroniki alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X17 tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 19 may 2025-ci il tarixli, 1609 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. X8 cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək Və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, X8 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. X2 hadisə baş verən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. X1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs X1 əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X1 məhkumluğu yoxdur. Bakı şəhər Nərimanov RPİ 18-ci polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X8 xx.xx.2025-ci il tarixdə tutularaq Nərimanov RPİ MSY-yə təhvil verilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, X8 xx.xx.2025-ci i tarixdə tutularaq Nərimanov RPİ MSY-yə təhvil verilmişdir. 3 saylı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, X8 xx.xx.2025-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. "xxxx" MMC-dən daxil olmuş məktuba qoşma kimi əlavə edilmiş DVD diskdə olan məlumatlardan görünür ki, Bəhruz Məmmədovun istifadəsində olmuş ********** GSM nömrəsi 2025-ci ilin yanvar aynda sadəcə 01 yanvar 2025-ci il tarixdə Bakı şəhər Nərimanov rayonu ərazisindən, daha sonra isə xx.xx.2025-ci il tarixdə Astara rayon Lovayın kəndindən siqnal vermişdir. Bəhruz Məmmədov barəsində təyin edilmiş 1059 nömrəli, 17 oktyabr 2025-ci il tarixli məhkəmə-tibbi ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, 1983-cü il təvəllüdlü X1 bədəni üzərində aşkar edilmiş xəsarət – təpə nahiyəsinin çapıq toxuması ola bilsin əzilmiş yara izi olub küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən 9-10 ay əvvəl olmaqla, müayinə olunanın göstərmiş olduğu xx.xx.2025-ci il tarixdə və şəraitdə yaranması istisna olunmur. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə yüngül dərəcəli zərərvurmaya aiddir. "xxxx" MMC-dən daxil olmuş 19 noyabr 2025-ci il tarixli və 28 oktyabr 2025-ci il tarixli məktublara qoşma kimi əlavə edilmiş DVD disklərdə olan məlumatlardan görünür ki, Şahid istifadəsində olmuş **********45 GSM nömrəsi ilə Yadigar Məmmədovun istifadəsində olmuş ********** GSM nömrəsi arasında əlaqə yaradılmış, həmin tarixdə Şahid istifadəsində olmuş mobil nömrə ilə xx.xx.2025-ci il tarixdə saat 15:36-da əlaqə saxlanılmış, həmin tarixdə Şahid mobil nömrəsi Astara və Lənkəran rayonu ərazilərindən siqnal vermiş, daha sonra isə Şahid mobil nömrəsi saat 17 radələrində Bakı şəhər Qaradağ rayonu Lökbatan dairəsi ərazisindən siqnal vermiş, xx.xx.2025-ci il tarixdə saat 01:23-də isə yenidən Astara rayon Kijəbə kəndindən siqnal vermişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillər: Təqsirləndirilən şəxs X8 özünü müdafiə üçün dəlil gətirərək, hadisə vaxtı İldırımın onu vurduğunu, özünü müdafiə üçün ona qarşılıq verdiyini bildirmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 8.1 (Ədalət prinsipi): Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1, 41.2 (Cəza anlayışı və məqsədləri): Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 58.3 (Cəza təyin etmənin ümumi əsasları): Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 60.1. bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Maddə 69.3 (Həbsdə saxlama müddətinin cəza müddətinə hesablanması): Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 24 (Təqsirsizlik prezumpsiyası): Cinayətin törədilməsində təqsiri bu Məcəllə ilə müəyyən edilmiş qaydada sübuta yetirilməyən və barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olmayan hər bir şəxs təqsirsiz hesab edilir. Maddə 25 (Sübutetmə vəzifəsi): İttihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125 (Sübutların mümkünlüyü): Bu Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Bu Məcəllənin tələbləri pozulmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur, onlar ittihamın əsasını təşkil edə bilməz, habelə cinayət təqibi üzrə qərar qəbul edilərkən nəzərə alına bilməz. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 143 (Sübutların toplanması): Sübutlar sorğu, üzləşdirmə, istintaq eksperimenti, şəxsi axtarış, əşyaların və sənədlərin götürülməsi, ekspertiza təyin edilməsi və s. bu Məcəllədə nəzərdə tutulmuş digər prosessual hərəkətlər vasitəsilə toplanır. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Avropa Məhkəməsinin presedent hüququ: Şenk İsveçrəyə qarşı (Schenk v. Switzerland, 12 iyul 1988-ci il, § 45-46): Sübutların qəbul edilməsi və qiymətləndirilməsi ilk növbədə milli məhkəmələrin səlahiyyətindədir. Konvensiyanın 6-cı maddəsi sübutların qəbul edilməsi qaydalarını müəyyən etmir, lakin məhkəmə araşdırmasının ümumilikdə ədalətli olmasını təmin edir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutları öz daxili inamı, qanun və vicdanını rəhbər tutaraq məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X1 əməllərinə istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilməmişdir və hesab edir ki, istintaq orqanı cinayətin tövsifində səhvə yol vermişdir. Məhkəmə təqsirləndirilən şəxs X1 əməllərinin hüquqi qiymətləndirilməsini apararaq, ibtidai araşdırma orqanının onun əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etməsi ilə razılaşmır və hesab edir ki, cinayətin tövsifi zamanı maddi hüquq normaları düzgün tətbiq edilməmişdir və cinayət əməli CM-nin 128-ci maddəsinə tövsif edilməlidir. İttiham orqanı tərəfindən elan edilmiş ittihama əsasən, X8 03 yanvar 2025-ci il tarixdə, saat 18 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs işlətdiyi meyvə-tərəvəz dükanına gələrək, sonuncunun dükanı bağladığını, ona nisyə meyvətərəvəz vermədiyini bəhanə edib ətrafdakı şəxslərin gözü qarşısında özünün şəxsiyyətini kənar şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla qəddarlıq və eqoizm nümayiş etdirərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərə yol verərək, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ədəb qaydalarının qərəzli surətdə pozulmasına səbəb olan nalayiq ifadələrlə ucadan onu təhqir etdikdən sonra dükanın içərisindən bir ədəd dəmir parçası götürərək silah qismində istifadə olunan həmin dəmir parçasından istifadə etməklə Zərərçəkmiş şəxs üzərində zor göstərərək onun baş nahiyəsindən qəsdən bir dəfə vuraraq, ona baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin əzilmiş yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qərəzli xuliqanlıq etmişdir. CM-nin 221.1-ci maddəsinin dispozisiyası xuliqanlıq cinayətini, digər əməllərdən fərqləndirən iki fundamental subyektiv əlaməti müəyyən edir: ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarının 3-cü bəndində vurğulandığı kimi, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində törədilən zorakı hərəkətlər, əgər onların subyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik nümayiş etdirməyə yönəlməyibsə, xuliqanlıq kimi qiymətləndirilmir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar - həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin ifadələri, onların ziddiyyətli məqamlarına baxmayaraq, birmənalı şəkildə təsdiq edir ki, hadisədən əvvəl tərəflər arasında tanışlıq olmuş və münaqişə onların şəxsi münasibətləri zəminində yaranmışdır. Belə ki, hadisə günü təqsirləndirilən şəxsin zərərçəkmişdən nisyə mal istəməsi, zərərçəkmiş şəxsin isə bundan əvvəl onun barəsində polisə şikayət etməsi faktı və hadisə günü bu məsələlər ilə bağlı aralarında yaranmış sözlü mübahisə təqsirkarın qəsdinin formalaşmasında həlledici rol oynamışdır. Bu, təqsirləndirilən şəxsin hərəkətlərinin cəmiyyətə və ya qeyri-müəyyən şəxs dairəsinə deyil, bilavasitə konkret olaraq Zərərçəkmiş şəxs şəxsiyyətinə qarşı yönəldiyini göstərir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən qərarında da izah olunduğu kimi, xuliqanlıq motivinin əsasını “bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək” təşkil edir. İşin hallarından isə görünür ki, təqsirləndirilən şəxsin hərəkətləri bu motivlərlə deyil, məhz şəxsi intiqam və qəzəb hissi ilə şərtlənmişdir. Hadisə günü və əvvəllər hər iki şəxs arasında bir neçə dəfə mübahisə olmuş, hadisə günü də mübahisə davam etmişdir. Buna əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bəhruz Məmmədovun əməlində xuliqanlıq cinayətinin subyektiv cəhətinin zəruri elementi olan "xuliqanlıq niyyəti" mövcud deyildir. Cinayətin xuliqanlıq kimi tövsifi üçün onun subyektiv cəhət ilə yanaşı, obyektiv cəhətin əlamətlərinin də mövcud olması mütləqdir. Zərərçəkmiş şəxsin ibtidai istintaqa verdiyi ifadəsində hadisə yerində kənar şəxslərin olduğunu bildirməsinə baxmayaraq, bu şəxslərin heç biri istintaqla müəyyən edilməmiş və məhkəmədə dindirilməmişdir. Hadisənin tərəflərin bilavasitə münaqişəsi ilə məhdudlaşdığı, nəqliyyatın, müəssisə və ya təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olmadığı, ictimai asayişdə uzunmüddətli pozuntu yaratmadığı məhkəmə tərəfindən müəyyən edilir. Hadisənin baş verdiyi yer kiçik ticarət obyektinin daxili (və ya qarşısı) ictimai yer hesab edilsə də, münaqişənin özünün lokal xarakter daşıması və kənar şəxslərə yönəlməməsi, əməlin “ictimai qaydanı kobud surətdə pozması” və “cəmiyyətə açıqca hörmətsizlik” kimi qiymətləndirilməsinə əsas vermir. Belə ki, zərərçəkmiş şəxs ilkin təhqiqat araşdırması zamanı ətrafda sadəcə ikisinin olduğuna istinad etsə də, sonradan ifadəsini dəyişdirərək ətrafda çoxlu sayda adam olduğuna istinad etmişdir ki, ifadələrindəki əhəmiyyətli ziddiyyətlər onun göstərdiklərinə şübhə ilə yanaşmağa əsas vermişdir. Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında da vurğulandığı kimi, əməlin xuliqanlıq kimi qiymətləndirilməsi üçün onun ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunması zəruri şərtdir. Hazırkı işdə bu şərtlərin mövcudluğu sübuta yetirilməmişdir. İttiham tərəfi təqsirləndirilən şəxsin əməlini CM-nin 221.3-cü maddəsi ilə tövsif edərkən onun dəmir parçasından istifadə etməsini silah qismində istifadə edilən əşyanın tətbiqi kimi qiymətləndirmişdir. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarına əsasən, CM-nin 221.3-cü maddəsinin tətbiqi üçün silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulması, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yaranması zəruridir. Lakin, bu tövsifedici əlamət yalnız o halda tətbiq edilə bilər ki, əməlin özü ilkin olaraq xuliqanlıq cinayətinin tərkibini yaratsın. Yuxarıdakı bəndlərdə əsaslandırıldığı kimi, Bəhruz Məmmədovun əməlində xuliqanlıq cinayətinin subyektiv və obyektiv əlamətləri olmadığından, onun hərəkətlərinin CM-nin 221-ci maddəsinin təsiri altına düşmədiyi müəyyən edilmişdir. Cinayətin əsas tərkibi mövcud olmadığı halda, onun ağırlaşdırıcı əlamətindən danışmaq hüquqi baxımdan mümkün deyildir. Silah qismində istifadə edilən əşyanın tətbiqi avtomatik xuliqanlığı yaratmır, yalnız mövcud xuliqanlıq əməlini ağırlaşdırır. Yuxarıda aparılmış hərtərəfli təhlilə əsasən, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Bəhruz Məmmədovun hərəkətlərində CM-nin 221-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətinin tərkib əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsi ilə bağlı qərarlarında dəfələrlə vurğulandığı kimi, şəxsi münasibətlər zəminində yaranan və konkret şəxsə qarşı yönələn zorakı hərəkətlər, ictimai asayişi pozmaq məqsədi daşımadıqda, şəxsiyyət əleyhinə olan cinayətlər kimi tövsif edilməlidir. Buna görə də, məhkəmə təqsirləndirilən şəxsin əməlinin CM-nin 221.3-cü maddəsi ilə tövsif edilməsini hüquqi cəhətdən əsassız hesab edir və ittihamın həmin hissədə 128ci maddəyə dəyişdirilməsini zəruri sayır. İctimai-xüsusi ittiham olması ilə bağlı isə məhkəmə cinayət təqibinin zərərçəkmiş şəxsin şikayəti ilə başlanılmasını nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin əməllərinin düzgün hüquqi tövsifini müəyyən etmək məqsədilə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsiplərini rəhbər tutaraq, işin faktiki hallarının zəruri müdafiə institutu çərçivəsində qiymətləndirilməsinin mümkünlüyünü ex officio (vəzifəsinə görə) qaydasında hüquqi təhlil etməyi zəruri hesab edir. Bu, təqsirləndirilən şəxsin hüquqlarının tam təmin olunması və onun vəziyyətini yüngülləşdirə biləcək bütün hüquqi imkanların araşdırılması məqsədi daşıyır. Qeyd olunur ki, təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlində elan edilmiş ittihamla özünü qismən təqsirli bilsə də, sonradan ittihamla özünü təqsirli bilməmiş, Zərərçəkmiş şəxs xəsarət yetirməsinin səbəbini sonuncunun onu yerə yıxaraq döyməsi, onun əlindən qurtulmaq üçün məcbur qalıb xəsarət yetirdiyini, yəni zəruri müdafiə həddində hərəkət etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 36.1-ci maddəsi zəruri müdafiəni, şəxsin özünün və ya başqalarının həyatını, sağlamlığını və hüquqlarını ictimai təhlükəli qəsddən qoruyarkən, qəsd edənə zərər vurmaqla törədilən və cinayət sayılmayan hərəkət kimi müəyyən edir. Bu normanın tətbiqi üçün bir sıra hüquqi şərtlərin məcmusunun mövcudluğu tələb olunur: qəsdin ictimai təhlükəli olması, onun reallığı (yəni, hal-hazırda mövcud olması və ya başlamaq təhlükəsinin qaçılmazlığı) və müdafiə hərəkətlərinin qəsdin xarakterinə və təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun olmaması (müdafiə həddinin aşılmaması). Bu institutun mahiyyəti, qanunsuz hücuma məruz qalan şəxsə özünü aktiv şəkildə qorumaq üçün qanuni imkan yaratmaqdan ibarətdir. Məhkəmə zəruri müdafiə vəziyyətinə dair mövqeyi qiymətləndirərkən, ilk növbədə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs tərəfindən hücuma məruz qalması versiyasını araşdırır. Bu kontekstdə, 17 oktyabr 2025-ci il tarixli 1059 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyi (məhkəmənin təşəbbüsü ilə) xüsusi əhəmiyyət kəsb edir. Həmin rəyə əsasən, Bəhruz Məmmədovun təpə nahiyəsindəki çapıq toxumasının hadisə günü küt əşyanın təsirindən yaranması istisna edilmir. Bu sübut, şahid ifadələri ilə birlikdə (Yadigar Məmmədovun qardaşının başının qanlı olması barədə ifadəsi) qiymətləndirildikdə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs tərəfindən fiziki təzyiqə məruz qalması ehtimalına dair əsaslı şübhələr yaradır. Lakin zəruri müdafiənin tətbiqi üçün təkcə hücum faktının olması kifayət etmir; həm də münaqişənin yaranma dinamikası və tərəflərin niyyəti də araşdırılmalıdır. Təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ilkin ifadəsində zərərçəkmişin ona hücum etməsini qeyd etməməsi, habelə münaqişənin məhz onun nisyə mal tələb etməsindən və tərəflər arasında mövcud olan əvvəlki narazılıqdan sonra başlaması, hadisənin birtərəfli və qəfil hücum kimi deyil, qarşılıqlı mübahisənin davamı kimi baş verməsinə dəlalət edir. Cinayət hüquq nəzəriyyəsi birmənalı olaraq müəyyən edir ki, zəruri müdafiə institutu öz təbiətinə görə qanunsuz, birtərəfli və qəfil hücumdan müdafiəni nəzərdə tutur. Bu institut, tərəflərin hər ikisinin təcavüzkar olduğu və bir-birinə qarşı zor tətbiq etməyə yönəlmiş niyyətlə hərəkət etdiyi qarşılıqlı münaqişə hallarında tətbiq edilmir. Bu yanaşmanın hüquqi əsasını CM-nin 36-cı maddəsinin özünün mahiyyəti təşkil edir. Həmin normada aydın şəkildə "qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qorunmaqdan" bəhs edilir ki, bu da "hücum edən" və "müdafiə olunan" tərəflərin aydın şəkildə fərqləndirilməsini zəruri edir. Qarşılıqlı münaqişədə isə bu bölgü aradan qalxır və hər bir tərəf digərinə münasibətdə həm hücumçu, həm də müdafiə olunan qismində çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun birbaşa zəruri müdafiənin bu aspektinə həsr olunmuş xüsusi qərarı olmasa da, məhkəmə hesab edir ki, münaqişənin yaranma dinamikasını təhlil edərkən tərəflərin hər ikisinin mübahisəyə könüllü qoşulmasını və zorakılığın eskalasiyasında iştirakı zəruri müdafiəni istisna edən hal kimi qiymətləndirilməlidir. İşin halları göstərir ki, Bəhruz Məmmədov zərərçəkmişlə mövcud olan gərgin münasibətləri bilərək onun obyektinə getmiş, yaranmış sözlü mübahisədə aktiv iştirak etmiş və münaqişə fiziki qarşıdurma mərhələsinə keçdikdə oradan uzaqlaşmaq və ya gərginliyi azaltmaq əvəzinə, cavab reaksiyası olaraq aktiv zorakı hərəkətlərə əl atmışdır. Onun bu davranışı, qanunvericiliyin zəruri müdafiə üçün tələb etdiyi qəfil, qanunsuz və birtərəfli hücumdan müdafiə şəraitinə uyğun gəlmir, əksinə, qarşılıqlı münaqişədə iştirak kimi səciyyələndirilməlidir. Bu cür vəziyyətdə hər bir tərəfin digərinə vurduğu zərər, zəruri müdafiə çərçivəsində deyil, şəxsiyyət əleyhinə olan cinayətlər kontekstində qiymətləndirilməlidir. İfadələr ilə bağlı məhkəmə müəyyən edir ki, təqsirləndirilən şəxs Bəhruz Məmmədovun cinayət prosesinin müxtəlif mərhələlərində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər mövcuddur. Belə ki, o, ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli qismən etiraf edərək, mübahisənin onun nisyə mal istəməsindən sonra başladığını, zərərçəkmiş tərəfindən təhqir edildiyini və buna cavab olaraq dəmir parçası ilə onun başına zərbə vurduğunu bildirmişdir. Lakin məhkəmə istintaqı zamanı o, ilkin ifadələrindən imtina edərək, hadisənin tamamilə zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlandığını, sonuncunun ona taxta parçası ilə hücum edərək başından xəsarət yetirdiyini, onu yerə yıxıb boğduğunu və özünün yalnız zəruri müdafiə vəziyyətində, həyatını qorumaq məqsədilə cavab zərbəsi endirdiyini iddia etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 33-cü bəndində izah olunduğu kimi, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə, məhkəmə bunun səbəblərini araşdırmalı və ifadələrə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədəki ifadələrini qismən qəbul edərək, digər hissələrdə onun cinayət məsuliyyətindən yayınmaq məqsədilə seçdiyi müdafiə mövqeyi kimi qiymətləndirir. Belə ki, onun zərərçəkmiş tərəfindən döyülməsi və boğulması barədəki versiyası iş üzrə toplanmış digər sübutlarla, xüsusilə də ona təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyində yalnız bir xəsarət izinin aşkar edilməsi faktı ilə ziddiyyət təşkil edir. Bunun əksinə olaraq, onun ibtidai istintaqdakı ifadəsi mübahisənin yaranması, zərərçəkmişin onu itələməsi və buna cavab olaraq zərbə endirməsi işin digər halları, o cümlədən zərərçəkmişin ifadəsinin əsas hissələri və hadisənin yaranma dinamikası ilə daha çox uzlaşır. Bu səbəbdən məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsini rəhbər tutaraq, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini həmin hissədə daha mötəbər hesab edir. Lakin, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələri tamamilə qeyrimötəbər olmamaqla bərabər, gətirdiyi alibilərin doğruluğu fonunda həqiqəti əks etdirir. Zərərçəkmiş şəxs də ifadələrində də çoxsaylı ziddiyyətlər (hadisənin davametmə müddəti, ətrafda olan şəxslərin sayı, təqsirləndirilən şəxsin ona çoxsaylı xəsarət yetirməsi və s.) müşahidə olunur. O, ilkin izahatında hadisənin 1-2 dəqiqə çəkdiyini və ətrafda heç kimin olmadığını, lakin sonrakı ifadələrində və məhkəmədə hadisənin 10-15 dəqiqə davam etdiyini və ətrafda 15 nəfərə yaxın insanın olduğunu bildirmişdir. Məhkəmə bu ziddiyyətləri hadisənin yaratdığı stress və psixoloji gərginliklə, habelə zaman keçdikcə bəzi detalların yaddaşda dəyişməsi ehtimalı ilə izah edir. Lakin bu ziddiyyətlərə baxmayaraq, zərərçəkmiş şəxsin ifadəsinin əsas məğzi, yəni Bəhruz Məmmədovun onun başından xəsarət yetirməsi faktı bütün prosessual mərhələlərdə sabit və ardıcıl olmuşdur. Onun bu əsas iddiaları iş üzrə toplanmış digər mötəbər sübutlarla, xüsusilə də məhkəmə-tibbi ekspertizasının rəyi və hadisə yerindən götürülmüş maddi sübutla tam təsdiqini tapır. Bu səbəbdən məhkəmə, zərərçəkmiş şəxsin ifadəsini, onun cinayətin əsas faktiki hallarını təsdiq edən hissəsində mötəbər sübut kimi qəbul edir. Məhkəmə həmin xüsusatı xuliqanlıq cinayəti ilə əlaqəli də qiymətləndirərək, zərərçəkmiş şəxsin ifadələrinin həmin hissədə doğru olmadığı qənaətindədir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizalarının rəyləri hadisənin mexanizminin və nəticələrinin müəyyən edilməsində həlledici rol oynayır. xx.xx.2025-ci il tarixli 06 nömrəli məhkəmə-tibbi ekspertiza rəyi birmənalı şəkildə təsdiq edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs küt əşyanın təsirindən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurulmuşdur. Bu nəticə, həm zərərçəkmişin ifadəsini, həm də təqsirləndirilən şəxsin ilkin etirafını (dəmir boru ilə vurması) təsdiq edən obyektiv sübutdur. Eyni zamanda, 17 oktyabr 2025-ci il tarixli 1059 nömrəli məhkəmətibbi ekspertiza rəyi təqsirləndirilən şəxs Bəhruz Məmmədovun da hadisə günü xəsarət alması ehtimalını istisna etmir. Bu sübut isə öz növbəsində zərərçəkmişin də münaqişədə passiv olmadığını, təqsirləndirilən şəxsə qarşı fiziki təzyiq göstərdiyini ehtimal etməyə əsas verir ki, bu da CM-nin 59.1.8-ci maddəsinin tətbiqi üçün hüquqi zəmin yaradır. Maddi sübut kimi tanınmış dəmir parçasının hadisə yerindən götürülməsi və təqsirləndirilən şəxs tərəfindən tanınması, ekspertiza rəyində göstərilən xəsarətin törədilmə alətini konkretləşdirərək sübutlar zəncirini tamamlayır. Şahidlər Şahid və Yadigar Məmmədovun ifadələri birbaşa sübut olmasa da, dolayı sübut kimi işin hallarının müəyyən edilməsində mühüm əhəmiyyətə malikdir. Onların təqsirləndirilən şəxsin hadisədən dərhal sonra onlarla əlaqə saxlaması, onun başının qanlı olması və rayona getməsinə köməklik göstərmələri barədəki ifadələri, təqsirləndirilən şəxsin hadisədə iştirakını təsdiq edir. Bu ifadələr həmçinin təqsirləndirilən şəxsin də xəsarət alması versiyasını gücləndirir. Şahid Nihad Novruzovun ifadəsi isə daha çox tərəflərin şəxsiyyətini və aralarındakı münasibətləri xarakterizə etməklə, münaqişənin şəxsi zəmində yaranması barədə məhkəmənin gəldiyi nəticəni dolayısı ilə təsdiqləyir. Bundan əlavə, zərərçəkmiş şəxs təqsirləndirilənin xəsarətlərinin kəndlərində qonşuları Ziyafəddin müəllim tərəfindən yetirildiyinə israrla iddia etsə də, sonuncunun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində həmin xüsusatı təkzib etmiş, Bəhruza heç bir xəsarət yetirmədiyini bildirmişdir. Yuxarıda aparılmış hüquqi təhlilin məcmusu məhkəmədə belə bir qəti qənaət formalaşdırır ki, Bəhruz Məmmədovun Zərərçəkmiş şəxs xəsarət yetirməsi CM-nin 36-cı maddəsi ilə nəzərdə tutulmuş zəruri müdafiə vəziyyətində baş verməmişdir. Hadisənin qarşılıqlı mübahisə və şəxsi münasibətlər zəminində yaranması, hər iki tərəfin münaqişədə iştirakı və təqsirləndirilən şəxsin hadisə yerinə könüllü getməsi onun hərəkətlərini zəruri müdafiə institutu çərçivəsindən kənara çıxarır. Təqsirləndirilən şəxsin özünün də xəsarət alması faktı, onun hərəkətlərini zəruri müdafiə kimi tövsif etməyə əsas vermir, lakin bu hal, zərərçəkmişin də münaqişədəki təqsirli davranışını göstərir və CMnin 59.1.8-ci maddəsinə uyğun olaraq cəzanın təyini zamanı yüngülləşdirici hal kimi nəzərə alınmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs Bəhruz Məmmədovun əməllərində Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətinin tərkib əlamətlərinin və 36-cı maddəsində təsbit olunmuş zəruri müdafiə halının olmadığını müəyyən etdikdən sonra, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə baxışında araşdırılmış faktiki hallar çərçivəsində onun əməlinə düzgün cinayət-hüquqi qiymət verilməsini həyata keçirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə məsuliyyət müəyyən edir. Bu cinayət tərkibinin obyektiv cəhəti üç zəruri elementin mövcudluğunu tələb edir: ictimai təhlükəli hərəkət (və ya hərəkətsizlik), ictimai təhlükəli nəticə (sağlamlığa yüngül zərər) və bu hərəkətlə nəticə arasında səbəbli əlaqə. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Bəhruz Məmmədov mübahisə zamanı dükanda olan dəmir parçasını götürərək Zərərçəkmiş şəxs baş nahiyəsinə zərbə endirmişdir. Bu hərəkət, öz xarakterinə görə insan sağlamlığına zərər vurma qabiliyyətinə malik olan aktiv fiziki təsir aktıdır. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli 06 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş və sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə, təqsirləndirilən şəxsin zərbə endirməsi (hərəkət) ilə zərərçəkmişin sağlamlığına yüngül zərər vurulması (nəticə) arasında birbaşa və zəruri səbəbli əlaqənin mövcud olduğu qənaətinə gəlir. Belə ki, ekspertiza rəyində xəsarətin törənmə mexanizminin (küt əşyanın təsiri) və vaxtının hadisənin hallarına uyğun gəlməsi bu əlaqəni şübhəsiz təsdiq edir. Beləliklə, əməlin obyektiv tərəfinin bütün zəruri əlamətləri öz təsdiqini tapmışdır. CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli subyektiv cəhətdən yalnız qəsdlə törədilə bilər. Qəsdin mövcudluğunu müəyyən etmək üçün məhkəmə təqsirləndirilən şəxsin öz əməlinin ictimai təhlükəli xarakterini dərk etməsini, onun nəticələrini qabaqcadan görməsini və bu nəticələrin baş verməsini arzu etməsini (birbaşa qəsd) və ya buna şüurlu surətdə yol verməsini (dolayı qəsd) araşdırmalıdır. İşin halları göstərir ki, təqsirləndirilən şəxs mübahisə zamanı əlinə kifayət qədər ağır və sərt predmet olan dəmir parçası götürmüş və zərbəni zərərçəkmiş şəxsin həyati vacib orqanı olan baş nahiyəsinə yönəltmişdir. Bu cür alətin seçilməsi və zərbənin endirildiyi bədən nahiyəsi təqsirləndirilən şəxsin öz hərəkətinin zərərçəkmişin sağlamlığına zərər vura biləcəyini qabaqcadan dərk etdiyini və bu nəticənin baş verməsini ən azı şüurlu surətdə arzu etdiyini göstərir. Məhkəmə hesab edir ki, Bəhruz Məmmədovun qəsdi məhz zərərçəkmiş şəxsə fiziki zərər vurmağa yönəlmişdir və bu, birbaşa qəsdlə əhatə olunmuşdur. Onun hərəkətlərində ehtiyatsızlıqdan danışmaq mümkün deyildir. Yuxarıda aparılan təhlillərin məcmusuna əsasən, məhkəmə müəyyən edir ki, Bəhruz Məmmədovun əməli özünün bütün obyektiv və subyektiv əlamətlərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunur. Belə ki, o, qəsdən, şəxsi münasibətlər zəminində, dəmir parçasından istifadə etməklə Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Cinayətin xuliqanlıq niyyəti ilə deyil, məhz şəxsi münasibətlər zəminində törədilməsi, habelə zəruri müdafiə vəziyyətində baş verməməsi müəyyən edildiyindən, ittiham orqanının əmələ verdiyi CM-nin 221.3-cü maddəsi üzrə tövsifdən imtina edilməli və əməl işin faktiki hallarına tam uyğun gələn CM-nin 128-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, yuxarıda təhlil edilən sübutların - təqsirləndirilən şəxsin ilkin ifadəsi, zərərçəkmişin ifadəsinin əsas hissəsi, məhkəmə-tibbi ekspertizalarının rəyləri, şahid ifadələri və maddi sübutun bir-biri ilə qarşılıqlı əlaqəsini və məcmusunu qiymətləndirərək belə nəticəyə gəlir ki, Bəhruz Məmmədovun CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurması faktı özünün tam və hərtərəfli təsdiqini tapmışdır. Təqsirsizlik prezumpsiyasından irəli gələn və ittihamın sübuta yetirilməsində yaranan bütün aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh edilməsi prinsipinə baxmayaraq, iş üzrə toplanmış mötəbər sübutların məcmusu onun təqsirliliyinə dair heç bir əsaslı şübhəyə yer qoymur. Cəza təyini məsələləri: Məhkəmə, təqsirləndirilən şəxs X4 cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci (ədalət prinsipi), 41-ci (cəzanın anlayışı və məqsədləri) və 58.3-cü (cəza təyin etmənin ümumi əsasları) maddələrinin fundamental tələblərini, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 nömrəli və "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarlarının müvafiq göstərişlərini rəhbər tutur. Məhkəmə, cəzanın fərdiləşdirilməsi prinsipinə uyğun olaraq, törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların məcmusunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Məhkəmə, təqsirləndirilən şəxsin şəxsiyyətini araşdıraraq müəyyən edir ki, onun məhkumluğu yoxdur, lakin dəfələrlə inzibati məsuliyyətə cəlb edilmişdir ki, bu da onun davranışının qeyri-sabit olmasını səciyyələndirir. Məhkəmə, X1 cəzasını yüngülləşdirən hallar kimi CM-nin 59.1.8-ci maddəsinə müvafiq olaraq, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin (təhqir və fiziki təzyiq göstərməsi) təsiri altında yaranmış münaqişə zəminində törədilməsini nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların mövcud olmadığını müəyyən edir. Bütün göstərilən halları nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxsin islah olunmağa meylli olmamasını nəzərə alaraq, məhkəmə onun islah olunmasının cəmiyyətdən tam təcrid olunmadan mümkün olmadığı qənaətinə gəlir. Məhkəmə, cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən bütün məlumatları nəzərə alır. Bu hallar, onun islah olunmasının müəyyən çətinliklərlə üzləşə biləcəyini və cəmiyyətdən təcrid olunmadan davranışına effektiv nəzarətin təmin edilməsinin mürəkkəbliyini göstərir. CM-nin 128-ci maddəsinin sanksiyası min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Qərarının 2-ci bəndinə və “Məhkəmə hökmü haqqında” Ali Məhkəmə Plenum qərarının 48-ci bəndinə əsasən, maddənin sanksiyası müxtəlif cəza növləri nəzərdə tutursa, məhkəmə daha ağır cəza növü (bu halda azadlıqdan məhrum etmə) təyin etdikdə qərarını əsaslandırmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs islah olunması və onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (CM maddə 41.2) məqsədlərinə nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha məqsədəuyğundur. Məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətini müəyyən edərkən, bir tərəfdən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, CM-nin 128-ci maddəsinin sanksiyası çərçivəsində ədalətli və mütənasib bir müddət təyin etməyi vacib bilir. Məhkəmə, cəzanı təyin etdikdən sonra, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiqi məsələsini müzakirə edir. Həmin Qərarın 2.1ci bəndinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzadan azad edilməlidirlər. Bəhruz Məmmədovun əməli CM-nin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğu üçün o, amnistiya aktının təsiri altına düşür. Məhkəmə, həmçinin amnistiya aktının 7-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərin Bəhruz Məmmədova şamil edilmədiyini müəyyən edir. Belə olan halda, amnistiya aktının 5.1-ci maddəsinin tələbinə uyğun olaraq, məhkəmə Bəhruz Məmmədovun elan edilmiş ittihamla özünü təqsirli bilmədiyini, bu səbəbdən amnistiya aktının tətbiq edilməklə xitam edilməsinin mümkün olmadığını nəzərə almaqla hesab edir ki, barəsində ittiham hökmü çıxararaq ona cəza təyin etməli, lakin onu təyin edilmiş cəzadan azad etməlidir. Azərbaycan Respublikası CPM-nin 507.2-ci maddəsinə əsasən, cəzadan azad edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalından azad edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində saxlanılan maddi sübut olan dəmir parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur və iş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə həmçinin vəkil tərəfindən göstərilmiş hüquqi yardımı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 120 iş saatına görə 1320 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Məhkəmənin gəldiyi bütün nəticələr yalnız məhkəmə istintaqında bilavasitə tədqiq edilmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq əldə edilmiş və qiymətləndirilmiş mümkün, mötəbər sübutların məcmusuna əsaslanır. Bu sübutlar məhkəmə tərəfindən irəli sürülmüş ittihamın və hökmdə əksini tapmış digər halların təsdiqi üçün kifayət hesab edilmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara tam uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.1-ci və 5.1-ci maddələri tətbiq edilərək, Azərbaycan Respublikası CPM-nin 44.2.2-ci maddəsinə əsasən X8 təyin edilmiş cəzadan azad edilsin. X8 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsində saxlanılan dəmir parçası hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməsi təklif edilən əmlak, məhkəmə məsrəfləri olmaması və mülki iddia olmaması nəzərə alınsın. «16 saylı» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən X1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 120 iş saatı üçün cəmi 1320 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «16 saylı» Vəkil Bürosunun hesabına ödənilsin Hökmdən, elan edildiyi (hökmün surəti verildiyi) gündən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №1(005)-292/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-292/2025
11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver