Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-293/2021 09.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbətan qəsəbəsi, massiv 2, ev 1B ünvanında qeydiyyatda olan, ünvan 2rayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs 2-ci qrup əlillik dərəcəsi düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 27 iyul 2019-cu il tarixdə ünvan 3 ünvanda yerləşən "xxxx"ın inzibati binasında əvvəlcə 4700 manat, aradan bir ay keçdikdən sonra Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ilə F.X.Xoyski küçəsinin kəsişdiyi yerdə yerləşən “Xalça” çay evinin qarşısında 300 manat alaraq, Zərərçəkmiş şəxs cəmi 5000 manat pulunu ələ keçirib zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilən Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 17 ildir tanıyır, onunla bir yerdə Heydər Əliyev adına Dərin Özüllər zavodunda işləmişdir. 2 il bundan əvvəl Zərərçəkmiş şəxs iş yerində zədə almışdır. Ona görə də İİ qrup əlillik dərəcəsi almaq istədiyini ona söyləmişdir. O, borcları olduğu üçün Siyavuşu aldadaraq 5000 manat pul müqabilində ona 2-ci qrup əlillik düzəldə biləcəyini söyləmiş və Siyavuş ona inanaraq razılaşmışdır. 27 iyul 2019-cu il tarixdə saat təxminən 12:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədzadə küçəsində yerləşən "xxxx" da Siyavuşla görüşərək onun bankdan kredit götürdüyü 5000 manat pulun 4700 manatını almışdır. Siyavuş qalıq qalan 300 manat pulu da verəcəyini söyləmişdir. Bir müddət keçdikdən sonra Siyavuşa zəng edib 300 manat pulu da verməsini söyləmiş, Siyavuş onun yaşadığı evin yaxınlığına gələrək onunla görüşüb ona 300 manat pul vermişdir. O, Siyavuşa söz vermişdir ki, 3 ay müddətində ona əlillik dərəcəsi düzəldəcəkdir. Ancaq onun fikri kirayədə yaşadığı evin yığılıb qalmış 2600 manat kirayə haqqını ödəmək və Elnur adlı iş yoldaşına olan 1700 manat borcunu ödəmək olmuşdur. Yerdə qalan pulu isə öz maddi ehtiyaclarına xərcləmişdir. Siyavuş soruşanda bir müddət ona müxtəlif yalan vədlər vermişdir. Lakin Siyavuş aldandığını başa düşüb ondan 5000 manat pulunu geri istəmişdir. Onun da pulu olmadığı üçün Siyavuşdan aldığı 5000 manat pulu qaytara bilməmişdir. Maddi vəziyyəti ağır olduğu üçün Siyavuşu aldatmışdır. Əməlindən peşmandır. Yekunda məhkəməyə ərizə təqdim edərək CM-in 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunma müddəti keçdiyi üçün iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs ona qarşı mülki iddiası əvvəl 6000 manat olduğundan onu qismən, yəni 5000 manat hissədə qəbul etmişdir. Lakin, sonda mülki iddia üzrə iddia müddətinin keçməsini nəzərə alaraq mülki iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 17 ildir tanıyır. Onunla bir yerdə H.Əliyev adına Dərin Özüllər zavodunda işləmişdir. İki il bundan əvvəl iş yerində aldığı zədə ilə bağlı 10 gün müddətində X1 müalicə olunmuşdur. Aldığı xəsarətlə bağlı onu zavodda daha yüngül işlə təmin etmişlər. Sonradan isə 2-ci qrup əlillik dərəcəsi almaq istəmişdir. Bununla əlaqədar iş yoldaşı Xankişi ilə söhbət etdiyi zaman sonuncu İİ qrup əlillik dərəcəsi düzəldə biləcəyini ona söyləmiş və bunun müqabilində ondan 5000 manat pul istəmişdir. O da iş yoldaşı olduqlarını nəzərə alıb Xankişiyə inanmışdır. 27 iyul 2019-cu il tarixdə saat təxminən 12 radələrində Xankişi ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədzadə küçəsində yerləşən "xxxx"a gələrək 5000 manat kredit götürmüş, həmin bankın inzibati binasının çıxışında Xankişiyə 4700 manat pul vermişdir. Xankişi ona söz vermişdir ki, 3 ay müddətində onun üçün İİ qrup əlillik dərəcəsi düzəldəcəkdir. Təxminən bir aydan sonra Xankişi ona zəng edərək Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ilə F.X.Xoyski küçəsinin kəsişdiyi yerin yaxınlığında yerləşən “Xalça” çay evinin qarşısına dəvət etmişdir. Razılaşdıqları kimi orada 300 manat pulu da Xankişiyə vermişdir. Xankişi pulu aldıqdan sonra bildirmişdir ki, 2 aya əlillik vəsiqəsini ona təqdim edəcəkdir. Aradan 2 ay keçdikdən sonra Xankişi ilə əlaqə saxlayıb əlillik dərəcəsi ilə maraqlanmışdır. Xankişi ona bildirmişdir ki, guya həkimlə danışmış və on gün müddətində əlillik dərəcəsi vəsiqəsi hazır olacaqdır. O, on gün də gözləmişdir. Lakin, on gündən sonra Xankişi ondan gizlənməyə başlamış, telefon zənglərinə cavab verməmişdir. Buna görə də ərizə ilə hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 12 iyul 2021-ci il tarixli mülki iddia ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində dəyən ziyanın ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Mülki iddia irəli sürərək təqsirləndirilən şəxsin etibardan sui istifadə edərək, dələduzluq yolu ilə ələ keçirdiyi 5000 manat məbləği və banka kreditin faizi olaraq ödədiyi 1000 manat mələğində pulu tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddia tələbini 6000 manat irəli sürsə də, sonradan məhkəmə istintaqı zamanı tələbini dəqiqləşdirərək iddia tələbinin 5000 manat olduğunu bildirdi və mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir neçə illərdir tanıyır. Onunla bir yerdə H.Əliyev adına Dərin Özüllər zavodunda işləmişdir. Qardaşı Zərərçəkmiş şəxs da onlarla bir zavodda işləmişdir. Siyavuş 2017-ci ildə iş yerində aldığı xəsarətlə bağlı 10 gün müddətində X1 müalicə olunmuşdur. Aldığı xəsarətlərlə bağlı onu zavodda daha yüngül işlə təmin etmişlər. Siyavuş İİ qrup əlillik dərəcəsi almaq istəmiş və bununla əlaqədar iş yoldaşları olan Xankişi ilə söhbət zamanı o, qardaşına İİ qrup əlillik dərəcəsi düzəldə biləcəyini söyləmişdir. Xankişi Siyavuşdan bu işi görmək üçün 5000 manat pul almışdır. Siyavuş həmin məbləği bankdan kredit götürərək Xankişiyə vermişdir. Xankişi pulu aldıqdan sonra bildirmişdir ki, 2 aya əlillik vəsiqəsini ona təqdim edəcəkdir. Aradan 2 ay keçdikdən sonra Siyavuş Xankişi ilə əlaqə saxlayıb əlillik dərəcəsi ilə maraqlanmışdır. Xankişi ona söyləmişdir ki, həkimlə danışmış və on gün müddətində əlillik dərəcəsi vəsiqəsi hazır olacaqdır. Qardaşı da həmin müddəti gözləmiş, lakin Xankişi verdiyi vədə əməl etməyərək ondan gizlənməyə başlamış, telefon zənglərinə cavab verməmişdir. Xankişi ilə qardaşı arasında olan bütün söhbətlər onun yanında olmuşdur. Xankişi qardaşından aldığı pulu qaytarmaq üçün bir neçə dəfə vaxt istəmiş, ancaq yenə də aldığı məbləği qaytarmamışdır. Siyavuş da məcbur olub bu barədə polisə şikayət etmişdir. Xankişi ona da vəd vermişdir ki, qardaşından aldığı pulu qaytaracaqdır. Lakin Xankişi verdiyi sözə əməl etməyərək aldığı pulu indiyədək qaytarmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” 27 fevral 2017-ci il tarixli, 02 nömrəli aktdan görünür ki, Zərərçəkmiş şəxs 07 fevral 2017-ci il tarixdə "xxxx" MMC-nin istehsalat sahəsində işləyən zaman bədbəxt hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış, bununla əlaqədar X1 müalicə olunmuşdur; "xxxx" ASC ilə Zərərçəkmiş şəxs arasında bağlanmış 27 iyul 2019-cu il tarixli GTKR0881462A204 saylı kredit müqaviləsinə əlavənin surətindən görünür ki, Zərərçəkmiş şəxs 5000 azn məbləğdə pulu 36 ay müddətə, 25,9% illik faiz dərəcəsi ilə götürmüşdür; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş 08.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; “Qətimkan tədbiri seçilməsi haqqında” 03 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci 11 iyun il tarixli, 7 nömrəli Qərarında müəyyən olunmuşdur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. CM-in 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin, məhkəmə, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamla bağlı qeyd edir ki, CMin: 75.1, 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 4700 manat məbləğində pulu 27 iyul 2019-cu il tarixdə, 300 manat məbləğdə pulu isə bundan bir ay sonra alaraq zərərçəkmiş şəxsə məxsus cəmi 5000 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Yəni, cinayət əməlinin törədilməsindən 2 ildən artıq müddət keçmişdir. CPM-in: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Məhkəmə, təqsirləndirilən şəxsin iş üzrə icraata xitam verilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddiaya dair məhkəmə qeyd edir ki, CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə baddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs 5000 manat məbləğində ziyan dəymişdir. Məhkəmə, həmin məbləğin mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki cavabdeh Zərərçəkmiş şəxs ödənilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyi cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddətinin tətbiq edilməməsini təsbit etmişdir (CPM- 179.4). Bu səbəbdən hazırki iş üzrə verilmiş mülki iddiaya iddia müddəti tətbiq edilə bilməz. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclaslarında Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə etmiş Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat vəsait dövlət büdcəsi hesabından 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.3, 41.1, 43.1.2, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 5000 (beş min) manat məbləğində dəymiş ziyan tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatı üçün cəmi 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-293/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-293/2021
09.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver