Məhkəmə qərarları › İş №1(005)-293/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-293/2024

11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-293/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X1 oglunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 16 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2an, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdə saat 19 radələrində ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı şəxsi münasibətlərin gərginləşməsi zəminində sonuncunun sol göz nahiyəsindən bir dəfə yumruqla qəsdən vurub sol gözaltı nahiyənin yumuşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Bununla da, X3 Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadələsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Onun yaşadığı evin yerləşdiyi məhəllədə ümumilikdə 5 fərdi yaşayış evi vardır, həmin evlərdə yaşayanlar da onun qohumlarıdır. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində işdən gəlib yaşadığı evə daxil olmaq istədikdə, əmisi Şahid məhəllədə durduğunu görüb onun yanına getmişdir. Əmisi Vüqarla məhəllədə durub söhbət edən zaman **-EN-*** dövlət qeydiyyat nişanlı, yaşıl rəngli “Toyota" markalı, “Prins" modelli avtomobilin yüksək sürətlə məhəlləyə daxil olduğunu görmüşdür. Yaşadığı evin yerləşdiyi həmin məhəllədə yüksək sürətlə avtomobil idarə edərkən qəza törətmək riski yüksək olduğundan, həmçinin də məhəllədə azyaşlı uşaqlar və xəstə insanlar olduğundan həmin avtomobilin sürücüsünə irad bildirmək üçün ona işarə edib avtomobili saxlamasını istəmişdir. Sonradan adının Samir olduğunu bildiyi sürücü avtomobili saxladıqda ona yaxınlaşmış və yenidən avtomobili yüksək sürətlə idarə etməsini ona irad bildirib, evində xəstə olduğunu və məhəllədə azyaşlı uşaqların oynadıqlarını bildirib avtomobili asla sürətlə sürməsini istəmişdir. Samir isə cavabında “zor edirəm" deyə cavab verdiyindən aralarında sözlü mübahisə yaranmışdır. Sözlü mübahisə zamanı əmisi Vüqar onlara yaxınlaşıb onları sakitləşdirməyə çalışmışdır. Samirin onunla kobud və aqressiv danışığı səbəbindən əsəblərini cilovlaya bilməmiş və avtomobildən düşüb onunla mübahisə edən Samirin yaxasından tutaraq başı ilə sol gözünün alt hissəsindən vurmuşdur. Samir ona müqavimət göstərib onun yaxasından tutduqda isə əmisi Vüqar araya girib onları aralaşdırmış və mübahisəni sakitləşdirmişdir. Həmin xəsarət xx.xx.2024-cü il tarixdə baş vermiş mübahisə zamanı onun Samiri vurmağı nəticəsində yaranmışdır. Zərərçəkmiş şəxs yalnız o, vuraraq xəsarət yetirmişdir. Əmisi Şahid Samiri vurmamışdır. Mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Mübahisə zamanı ətrafda heç kim olmamışdır. Zərərçəkmiş şəxs o vurub xəsarət yetirmiş, Samiri əmisi Vüqar vurmamış, əmisi Vüqar evdən çıxıb onların yanına gəlməmiş. Mübahisəyə səbəb Samirin yaşayış olan məhəllədə avtomobili yüksək sürətlə hərəkət etdirməsinə irad bildirməyinə məhəl qoymayıb hərəkətini davam etdirməsi, buna görə aralarında baş vermiş sözlü mübahisə zamanı ona kobud cavab verərək əməllərindən peşman olmadığını bildirməsi olmuşdur. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, o, "Toyota" markalı "Prins" modelli avtomobil ilə 2022-ci ilin dekabr ayından taksi şirkətləri vasitəsi ilə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Q.Qarayev prospektindən müştərini götürüb Binəqədi rayonu ərazisinə hazırda dəqiq xatırlamadığı ünvana aparırmış. Gedəcəkləri ünvanı dəqiq bilmədiyinə görə mobil telefonunda olan naviqasiya proqramından istifadə edirmiş və naviqasiya proqramının istiqaməti ilə xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində Nərimanov rayonu ərazisində yerləşən “Titanik" adlı otelin yaxınlığında fərdi yaşayış evlərinin yerləşdiyi məhəlləyə daxil olmuşdur. Həmin məhəlləyə daxil olduqdan sonra yolun davam etmədiyini və yanlış yola daxil olduğunu görüb məhlədən çıxmaq istəyərkən məhəllədəki fərdi yaşayış evlərinin birindən sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi bir nəfər şəxs çıxaraq ona yaxınlaşıb məhəlləyə hansı səbəbdən daxil olduğunu soruşmuşdur. Naviqasiya proqramının yanlış göstərdiyini və bu səbəbdən də yanlışlıqla məhəlləyə daxil olduğunu bildirmişdir. Nihad vermiş olduğu izahatı əsaslı hesab etməyərək təkrar olaraq ondan məhəlləyə hansı səbəbdən daxil olduğunu soruşduqda naviqasiyanın yanlış istiqamət verdiyini bildirmişdir. Həmin vaxt Nihad daha da aqressivləşərək onun ünvanına nalayiq ifadə işlətmiş və aralarında sözlü mübahisə başlamışdır. Həmin vaxt məhəllədəki evlərdən birindən sonradan Nihadın əmisi Vüqar olduğunu bildiyi bir nəfər şəxs də çıxaraq ona yaxınlaşmış və Nihadla birləşib onunla mübahisə etməyə başlamışlar. Sözlü mübahisə zamanı Nihad onun idarə etdiyi avtomobilin qabaq sağ qapısını açmış və avtomobildən düşmək istədikdə Nihad sol göz nahiyəsindən yumruqla vurmuşdur. Nihad onu yumruqla vuran anda əmisi Vüqar başı ilə sol qaş nahiyəsindən vurmuşdur. Dərhal yerə yıxılıb bükülərək özünü müdafiə etmişdir. Həmin vaxt onun kimi həmin məhəlləyə yanlışlıqla daxil olan bir neçə avtomobil də məhəllədə olmuş və həmin avtomobillərin tanımadığı sürücüləri onların yanına gəlib aralaşdıraraq mübahisəni sonlandırmışlar. Bundan sonra DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Məhkəmə-tibbi müayinəsi zamanı müəyyən edilmiş xəsarəti xx.xx.2024-cü il tarixdə baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs onu yumruqla vurması nəticəsində yaranmışdır. Vüqarın başı ilə onun sol qaş nahiyəsindən vurması nəticəsində gözlə görünə biləcək hər hansı xəsarət almamışdır. Həmçinin də mübahisədən sonra marketdən buzlu su alaraq qaş nahiyəsinə qoymaqla özü-özünə ilkin tibbi yardım göstərdiyindən qaş nahiyyəsindəki xəsarət tibbi müayinə zamanı aşkar edilməmişdir. Mübahisə 2-3 dəqiqə davam etmişdir. Mübahisə zamanı ətrafda bir neçə şəxs olsa da, həmin şəxsləri tanımır. Mübahisə zamanı heç kimə xəsarət yetirməmiş, əksinə onu döyərək xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs, eləcə də onun əmisi Vüqarı əvvəllər tanımamış, onlarla heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Hazırda şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında qeydiyyatda olmaqla ünvan 7 ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Yaşadığı evin yerləşdiyi məhəllədə ümumilikdə 5 fərdi yaşayış evi vardır, həmin evlərdə yaşayanlar da onun qohumlarıdır. Həmin məhəlləyə yol “Titanik" otelin qarşısındandır, məhəlləyə daxil olduqdan sonra yol davam etmir. Belə ki, bəzən avtomobillər yanlışlıqla məhəlləyə daxil olub yolun olmadığını gördükdən sonra geri qayıdıb məhəllədən çıxırlar. Təqsirləndirilən şəxs onun qardaşı oğludur və ailə üzvləri ilə birlikdə onun yaşadığı evin yerləşdiyi məhəllədəki fərdi yaşayış evində yaşayır. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində yaşadığı məhəllədə olan zaman Nihad işdən evə qayıtmış, onu məhəllədə görərək yanına gəlmişdir. Nihadla məhəllədə söhbət edən zaman **-HN-*** dövlət qeydiyyat nişanlı, yaşıl rəngli “’Toyota" markalı. "Prius" modelli avtomobil yüksək sürətlə məhəlləyə daxil olmuşdur. Avtomobil məhəlləyə yüksək sürətlə daxil olduğundan Nihad əli ilə sürücüyə işarə edib avtomobili bir qədər asta sürməsini istəmişdir. Sonradan adının Samir olduğunu bildiyi həmin sürücü avtomobili saxladıqda Nihad ona yaxınlaşmış və avtomobili yüksək sürətlə idarə etməsini ona irad bildirib, evdə xəstə olduğunu və məhəllədə azyaşlı uşaqların oynadıqlarını bildirib avtomobili asta sürətlə sürməsini istəmişdir. Samir isə cavabında “zor edirəm" deyə cavab verdiyindən Nihadla aralarında sözlü mübahisə yaranmışdır. Nihadgilin sözlü mübahisə etdiklərini görüb onları sakitləşdirmək üçün yanlarına gəldikdə Nihad avtomobildən düşüb onunla mübahisə edən Samirin yaxasından tutaraq başı ilə sol gözünün alt hissəsindən vurmuşdur. Samir Nihada müqavimət göstərib onun yaxasından tutduqda isə araya girib onları aralaşdırmış və mübahisəni sakitləşdirmişdir. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş sol gözaltı nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət edilən hematoması xəsarəti xx.xx.2024-cü il tarixdə Nihadla aralarında baş vermiş mübahisə zamanı əmələ gəlmişdir. Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmişdir. Mübahisə təxminən 1-2 dəqiqə davam elmiş, mübahisə zamanı ətrafda heç kim olmamışdır. Zərərçəkmiş şəxs o vurub xəsarət yetirməmiş, Samiri qardaşı oğlu Nihad vurmuşdur, evdən çıxıb onların yanına gəlməmiş. Samir məhəlləyə daxil olduqda məhəllədə durub Nihadla söhbət etdirmiş. Həmçinin də Samirin avtomobilindən başqa məhəllədə başqa avtomobil olmamışdır. Mübahisə zamanı heç bir xəsarət almamışdır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin Nərimanov rayon şöbəsinin canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2024-cü il tarixli, 82 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Ətlatun oğlunda aşkar edilmiş xəsarət sol gözaltı nahiyənin yumşaq toxumalarının şişkinlik halında əzilməsi müşayiət olunan hemaloması kül əşyanın təsirindən törənmişdir. qərarın təsviri hissəsində qeyd olunan 26.01,2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. “Qətimkan tədbirinin seçilməsinə dair” 01 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş üzrə Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 28 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, cinayət işi üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Bakı şəhəri 16 Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar