Məhkəmə qərarları › İş №1(005)-293/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-293/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-293/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X5 Bəhram oğlunun sədrliyi, Məmmədova Aygün Fərhad qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Xok kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Surxanı rayonu, Qaraçuxur qəsəbəsində müvəqqəti kirayə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs kifayət qədər sübutların məcmusu olduğundan təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 80 manat müqabilində xeyli miqdarda 01 ədad şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 1,771 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla ünvan 1 ünvanın qarşısına daşımış və həmin tarixdə saat 20:26-da Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanda saxlanılaraq, orada videoçəkilişdən istifadə etməklə üstünün yoxlanılması zamanı əynindəki boz rəngli cins şalvarın sol yan cibindən şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,771 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 8 aya yaxındır ki, psixotrop maddə metamfetamindən istifadə edir. Belə ki, psixotrop maddə lazım olduqda o, tanımadığı şəxsə «WhatsApp» sosial şəbəkə vasitəsi ilə yazaraq həmin şəxs ona maddənin qiymətini dedikdə o, sonuncunun göndərdiyi kart hesabına pulu köçürdükdən sonra, həmin şəxs psixotrop maddənin yerləşdirdiyi yerin konumunu ona göndərdiyini bildirmişdir. 19 fevral 2025-ci il tarixdə günorta saatlarında istifadə etmək üçün metamfetamin lazım olduğundan qardaşı Bəxtiyarın istifadə etdiyi ***-***-**-** nömrədən «saild» adlı şəxsin nömrəsinə 2 qram narkotik vasitə almaq istədiyini yazarkən həmin şəxs ona metamfetaminin qiymətinin 80 manat olduğunu və pulu kart hesabına göndərməyi bildirmişdir. O, həmin şəxsin göndərdiyi hazırda xatırlamadığı kart hesabına qeyd olunan pulu göndərdikdən bir az sonra sonuncu şəxs ona maddənin yerləşdirildiyi yerin konumunu göndərmişdir. Bundan sonra o, həmin gün saat təxminən 21 radələrində konuma əsasən metamfetaminin yerləşdirildiyi yerə, yəni Bakı şəhəri, Nərimanov rayonu, Rövşən Əliyev küçəsinin yaxınlığına gəlmiş və ağ şəffaf sellofan hissəsinə bükülmüş metamfetamini həmin yerdə olan böyük ölçülü daşın altından götürüb əynində olan boz rəngli cins şalvarın sol yan cibinə qoyaraq getmişdir. Təxminən 20-30 metr həmin yerdən aralaşdıqdan sonra saat təxminən 20:26-da Nərimanov rayonu, Rövşən Əliyev küçəsi 8 saylı ünvanın yaxınlığında bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşıb onu saxlamışlar. Özlərini təqdim edib Nərimanov rayonu 17-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirdikdən sonra ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsini demişlər. O, polislərin sözündən sonra əynindəki boz rəngli cins şalvarın sol yan cibindən metamfetamin olan sellofan bükümü çıxardıb təqdim etmişdir. Polis əməkdaşları bükümün içərisində nə olduğunu ondan soruşduqda o, bükümün içərisindəkinin metamfetamin olduğunu, tanımadığı şəxsdən 80 manata alaraq şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları təqdim etdiyi bükümün çəkisini elektron tərəzidə çəkmiş və çəkisi 2,1 qram olmuşdur. Sonra polis əməkdaşları üzərində axtarış aparmış və üzərindən 1 ədəd “Samsung” markalı mobil telefon, bir ədəd alışqan, bir ədəd “Vinston” markalı siqaret dənəsi, bir ədəd cərəyan ötürücü cihaz, bir ədəd “Bakı kart” nəqliyyat kartı, ödəniş qəbzləri, 20 qəpik pul vəsaiti, bir ədəd içərisində "xxxx" ASC-nə aid 4169-7388-1573-5778 nömrəli bank kartı, "xxxx" ASCnə aid 5243-7544-4020-4194 nömrəli bank kartı, AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi, BB435482 seriya və nömrəli sürücülük vəsiqəsi, “Azərpoçt” və “Umico”-ya aid plastik kartlar və 10 qəpik pul vəsaiti olan üzərində “Galatasaray” yazısı olan pul kisəsini aşkar etmişlər. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, anasının və qardaşının xəstə olmasını, əvvəllər məhkum olunmamasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinin əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, hazırda Nərimanov RPİ-nin 17-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 19 fevral 2025-ci il tarixdə işlədiyi şöbəyə xx xxxx 1987-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olmuş, Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu, Xok kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində müvəqqəti kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu əməliyyat məlumatı əsasında xidmət yoldaşları Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuş və məlumatda göstərilən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuşdur. Bundan sonra o və şöbənin digər əməliyyat müvəkkilləri əməliyyat məlumatında göstərilənləri dəqiqləşdirmək məqsədilə 19 fevral 2025-ci il tarixdə saat 20:26 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Rövşən Əliyev küçəsi 8 ünvanının yaxınlığına gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Rövşən Əliyev küçəsi 8 ünvanının qarşısına yaxınlaşdığını gördüklərindən həmin vaxt Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək Nərimanov rayon 17-ci Polis Şöbəsinin əməliyyat müvəkkilləri olduqlarını, sonra Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində nartkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildiyindən Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofandan olan büküm çıxardaraq onlara təqdim etmiş, yoxlama zamanı sonuncunun üzərindən bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd alışqan, bir ədəd “Vinston” markalı siqaret dənəsi, bir ədəd cərəyan ötürücü cihaz, bir ədəd “Bakı kart” nəqliyyat kartı, ödəniş qəbzləri, 20 qəpik pul vəsaiti, bir ədəd içərisində "xxxx" ASC-yə aid 4169-7388-1573-5778 nömrəli bank kartı, bir ədəd "xxxx" ASC-nə aid 5243-7544-4020-4194 nömrəli bank kartı, Təqsirləndirilən şəxs məxsus AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi, BB435482 seriya və nömrəli sürücülük vəsiqəsi, “Azərpoçt” və “Umico”-ya aid plastik kartlar və 10 qəpik vəsaiti olan üzərində “Galatasaray” yazısı olan pul kisəsi aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş şəffaf rəngli sellofanda olan büküm açılmış, içərisində spesifik iyə malik olan, ağ rəngli kristal formada narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddəni haradan əldə etməsi soruşulduqda sonuncu həmin maddəni tanımadığı şəxsdən 80 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs götürülmüş spesifik iyə malik olan narkotik vasitə-metamfetaminin çəkisi elektron tərəzidə yoxlanıldıqda çəkisinin 2,1 qram olduğunu müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən aşkar olunmuş narkotik vasitəyə bənzər maddə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, üzərinə iştirakçılara imza etdirdikdən sonra götürmüşlər. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar olunmuş digər əşyalar ayrıca ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 şahid qismində dindirilmiş Şahid2 ifadəsinə uyğun ifadə verərək Təqsirləndirilən şəxs cinayət əməlini təsdiq etmişlər. İbtidai istintaq vaxtı dindirilmiş Şahid3 məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, 19 fevral 2025-ci il tarixdə işlədiyi şöbəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu əməliyyat məlumatı əsasında xidmət yoldaşları Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuş və məlumatda göstərilən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuşdur. Bundan sonra o və şöbənin digər əməliyyat müvəkkilləri əməliyyat məlumatında göstərilənləri dəqiqləşdirmək məqsədilə 19 fevral 2025-ci il tarixdə saat 20:26 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Rövşən Əliyev küçəsi 8 ünvanının yaxınlığına gəlmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Rövşən Əliyev küçəsi 8 ünvanının qarşısına yaxınlaşdığını gördüklərindən həmin vaxt Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini Nərimanov rayon 17-ci Polis Şöbəsinin əməliyyat müvəkkilləri olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində nartkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildiyindən Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofanda olan büküm çıxardaraq polis əməkdaşlarına təqdim etmiş, yoxlama zamanı sonuncunun üzərindən bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd alışqan, bir ədəd “Vinston” markalı siqaret dənəsi, bir ədəd cərəyan ötürücü cihaz, bir ədəd “Bakı kart” nəqliyyat kartı, ödəniş qəbzləri, 20 qəpik pul vəsaiti, bir ədəd içərisində "xxxx" ASC-yə aid 4169-7388-1573-5778 nömrəli bank kartı, bir ədəd "xxxx" ASC-nə aid 5243-7544-4020-4194 nömrəli bank kartı, Təqsirləndirilən şəxs məxsus AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi, Təqsirləndirilən şəxs məxsus BB435482 seriya və nömrəli sürücülük vəsiqəsi, “Azərpoçt” və “Umico”-ya aid plastik kartlar və 10 qəpik vəsaiti olan üzərində “Galatasaray” yazısı olan pul kisəsi aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş şəffaf rəngli sellofanda olan büküm açılmış, içərisində spesifik iyə malik olan, ağ rəngli kristal formada narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddəni haradan əldə etməsi soruşulduqda sonuncu həmin maddəni tanımadığı şəxsdən 80 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs götürülmüş spesifik iyə malik olan narkotik vasitə-metamfetaminin çəkisi elektron tərəzidə yoxlanıldıqda çəkisinin 2,1 qram olduğu müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən aşkar olunmuş narkotik vasitəyə bənzər maddə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və möhürlənib üzəri iştirakçılara imza etdirdikdən sonra götürmüşlər. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar olunmuş digər əşyalar ayrıca ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxs kimi tutulma haqqında” 19 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.(Cild 1 i.v 26) “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” 19 fevral 2025-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş 01 ədəd diskdən görünür ki, 19 fevral 2025-ci il tarixdə saat 20:26 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində 17-ci PŞ-nə gətirilmişdir. 17-ci PŞ-də ona üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuş və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd selefon kəsiyinə bükülmüş, içərisində ağ rəngli, kristal halında maddəni təqdim etmiş, həmin maddə psixotrop maddə metamfetamindir. Həmin maddəni tanımadığı şəxsdən aldığını bildirmişdir. xx.xx.2025-ci il tarixdə saat 20:26 radələrində isə həmin ünvanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd alışqan, bir ədəd cərəyan ötürücü cihaz, bir ədəd “Vinston” markalı siqaret dənəsi, 20 qəpik pul vəsaiti, bir ədəd içərisində "xxxx" ASC-nə aid 4169-7388-1573-5778 nömrəli bank kartı, "xxxx" ASC-nə aid 5243-7544-4020-4194 nömrəli bank kartı, Təqsirləndirilən şəxs məxsus AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi, Təqsirləndirilən şəxs məxsus BB435482 seriya və nömrəli sürücülük vəsiqəsi, “Azərpoçt” və “Umico”-ya aid plastik kartlar və 10 qəpik pul vəsaiti olan üzərində “Galatasaray” yazısı olan pul kilsəsini aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə zərfə qoyularaq qablaşdırılmışdır. (Cild 1 i.v 10) Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd CD diskə baxış zamanı müəyyən edilmişdir ki, 19 fevral 2025-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X2 tərəfindən xidməti otaqda Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkilləri polis leytenantı Şahid1, polis baş leytenantı Şahid2 və polis leytenantı Şahid3 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş iki ədəd ağ rəngli zərflərə baxış keçirmişdir. Üzərində yazılar və imzalar olan möhürlənmiş zərfin içərisində bir ədəd şəffaf rəngli, içərisində ağ kristal şəkilli maddə olan büküm aşkar edilmişdir. Daha sonra təhqiqatçı Fazil Osmanov tərəfindən ikinci zərfə baxış keçirilmiş və həmin zərfin içərisindən bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd alışqan, bir ədəd “Vinston” markalı siqaret dənəsi, bir ədəd cərəyan ötürücü cihaz, bir ədəd “Bakı kart” nəqliyyat kartı, ödəniş qəbzləri, 20 qəpik pul vəsaiti, bir ədəd içərisində "xxxx" ASC-yə aid 4169-7388- 1573-5778 nömrəli bank kart, "xxxx" ASC-nə aid 5243-7544-4020-4194 nömrəli bank kartı, Təqsirləndirilən şəxs məxsus AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi, Təqsirləndirilən şəxs məxsus BB435482 seriya və nömrəli sürücülük vəsiqəsi, “Azərpoçt” və “Umico”-ya aid plastik kartlar və 10 qəpik vəsaiti olan üzərində “Galatasaray” yazısı olan pul kisəsi aşkar edilmişdir. Daha sonra aşkar edilmiş bir ədəd şəffaf rəngli, içərisində ağ rəngli kristal şəkilli maddə olan büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 2,1 qram olması müəyyən edilmişdir. Bundan sonra bir ədəd şəffaf rəngli, içərisində ağ rəngli maddə olan büküm, bir ədəd “Samsung” markalı mobil telefon, "xxxx" ASC-nə aid 4169- 7388-1573-5778 nömrəli bank kartı, "xxxx" ASC-nə aid 5243-7544-4020-4194 nömrəli bank kartı və Təqsirləndirilən şəxs məxsus AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi götürülərək ayrı-ayrılıqda iki ədəd ağ rəngli zərflərə qablaşdırılmışdır. Aşkar edilmiş yuxarıda sadalanan digər əşyalar isə iş üçün əhəmiyyət kəsb etmədiyindən təhqiqatçı polis mayoru Fazil Osmanov tərəfindən qəbzlə Təqsirləndirilən şəxs qaytarılmışdır. (Cild 1 i.v:117-118) Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə aparılan şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü bir ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 1 İ.v: 134) Məhkəmə-kimyəvi ekspertizasının 20 fevral 2025-ci il tarixli 6/794 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün № 219” möhür əksi “Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd büküm...” və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,771 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. (Cild 1 İ.v: 41-45) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X3 Şəxsi ambulator məcburi-narkoloji ekspertizasının 21 fevral 2025-ci il tarixli 1033 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (Cild 1 i.v: 88-89) Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində daxil olan, çıxan zənglər və SMS-lər, siyahıdakı hər bir abonent barədə məlumatlar, nömrədən zəng olunan və həmin nömrəyə zəng gələn zaman nömrənin hansı ötürücü antenin əhatə dairəsində olması, göndərilən və qəbul edilən SMS-lərin mətnləri barədə məlumatların "xxxx" MMC-dən və "xxxx" MMC-dən ələ keçirilərək götürülməsi üçün Nərimanov Rayon Məhkəməsinə təqdimat verilmiş, bu barədə Nərimanov Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli 5(005)-1285/2025 saylı qərarı icra olunması üçün "xxxx" MMC-nə və "xxxx" MMC-nə göndərilmişdir. (Cild 1, i.v: 111-112) Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə “sms” mətnlərinin tarixçəsi, zənglərin detallaşması və zənglərin məxsusluq tarixçələrinin əks olunduğu, "xxxx" MMC-dən və "xxxx" MMC-dən alınmış 01 ədəd DVD diskinə baxış keçirilmiş və cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı bir məlumat aşkar olunmamışdır. (Cild 1 i.v: 119-123) Ekspertiza tədqiqatına təqdim edilmiş metamfetaminin təmiz çəkisi 1,771 qram, ekspertiza tədqiqatına sərf olundu 0,1 qram, qalıq 1,671 qram. Cinayət işi üzrə mühüm sübut əhəmiyyət kəsb etdiyindən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1,771 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd Samsung markalı mobil telefon maddi sübüt kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 1,671 qram metamfetamin və bir ədəd Samsung markalı mobil telefon saxlanılması üçün Nərimanov RPİ-nin Saxlanc yerinə təhvil verilmişdir. (Cild 1, i.v: 134) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1 i.v: 104) Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi barədə 21 fevral 2025-ci il tarixdə Nərimanov rayon prokurorluğu qarşısında vəsatət qaldırılmış və Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məqsədə müvafiq hesab edilmədiyindən “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi haqqında qərar” qəbul edilmişdir. (Cild 1 i.v: 75-80) 21 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. (Cild 1 i.v: 83-85) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-cİ il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 19 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 1.771 qram olan narkotik vasitə metamfetamin ekspertiza tədqiqatından sonra təmiz çəkisi 1,671 qram narkotik vasitə metamfetamin, şəxsi axtarışın gedişatının videogörüntüləri ilə olan 01 ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 124-134) Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, əvvəllər məhkum olunmamasını, anasının və qardaşının xəstə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132), ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-in 93.1.2), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 (on səkkiz) iş saatına görə 198 (yüz doxsan səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Rspublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd “CD”, "xxxx" MMC-dən və "xxxx" MMC-dən alınmış bir ədəd “CD” disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd Samsung markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 1,671 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 18 (on səkkiz) iş saatına görə 198 (yüz doxsan səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar