Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-294/2021 17.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxx 1974-cü ildə Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Der kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Laçın rayonunun Ağbulaq kəndində qeydiyyatında olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs əmisi oğlu Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, sonuncuya Bakı şəhər ərazisində şəhid ailələri üçün inşa edilmiş yaşayış binasından mənzilin alınmasında köməklik göstərəcəyini vəd edib aldadaraq, 07 mart 2019-cu il tarixdə saat 15:30-da Bakı şəhəri, Nərimanov rayonu, Qafur Rəşad küçəsi 12 saylı ünvanın qarşısında 10.000 manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin mart ayının əvvəllərində əmisi oğlu Zərərçəkmiş şəxs eşitdiyinə görə 1995-ci ildə birinci Qarabağ müharibəsində şəhid olmuş qardaşı Cəmil Rzayevin adına 2018-ci ildə dövlət tərəfindən atası Şahid2 11.000 manat pul ödənilmişdir. Azadgildə pul olduğunu bilib, həmin vaxtı pula ehtiyacı olduğundan Azadı aldadıb pulu ələ keçirmək niyyətinə düşmüş və onunla əlaqə saxlayaraq şəhid ailələri üçün Bakı səhər ərazisində inşa edilmiş yaşayış binasından mənzillərin verildiyini, tanışları olduğunu, həmin tanışlarının vasitəsi ilə onlara tam təmirli 3 otaqlı mənzil ala biləcəyini, növbədə adlarını əvvəldə qeyd etdirmək üçün “şirinlik” kimi 10.000 manat pul vermək lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs də ona inanıb, atası ilə əlaqə saxlayıb ona bu barədə deyib, 10.000 manat pul göndərməsini xahiş etmiş və əmisi Novruz da Azada pulu göndərmişdir. 07 mart 2019-cu il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Qafur Rəşad küçəsi 12 ünvanın qarşısında Azadla görüşmüşdür. Azadın xalası oğlu Şahid1 və adını xatırlamadığı, anket məlumatlarını bilmədiyi tanış bir qadının yanında 10.000 manat pulu Azaddan almışdır. Azaddan pulu götürdükdən sonra özünə inam qazandırmaqdan ötrü Azada 28 may 2019-cu il tarixdə həmin binanın açılışı olacağını, həmin gün ona mənzilin açarlarının və sənədin təqdim olunacağını demişdir. Təxminən 1 saat sonra Azad telefon vasitəsi ilə onunla əlaqə saxlayıb işin həll olunub-olunmadığını soruşduqda, ona yalandan narahatçılığa səbəb olmadığını, işin həll olunduğunu bildirmişdir. 2019-cu ilin may ayının sonlarında Azad onunla əlaqə saxladıqda, o, yenidən Azadı aldadıb qeydiyyatı Naxçıvan Muxtar Respublikası olduğu üçün sənədləşmədə çətinliklər olduğunu və qısa müddət ərzində həll olunacağını bildirmişdir. Sonradan isə Azadın zənglərinə cavab verməmiş və onunla görüşlərdən yayınmışdır. Azaddan aldığı 10.000 manat pulu öz ehtiyaclarına sərf etmişdir. Şəhid ailələri üçün Bakı şəhər ərazisində yaşayış binasının inşa edilib-edilməməsindən xəbəri olmamış, Azadgilə həmin binadan mənzil alınmasında köməklik göstərməsi üçün hər hansı bir şəxsə müraciət etməmiş, bu işdə köməklik göstərə biləcək tanışı olmamışdır. Azaddan aldığı puldan mənzil alınmasından ötrü heç kimə pul verməmişdir. Hazırda Azaddan aldığı pulu ödəməyə imkanı yoxudr. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1972-ci il təvəllüdlü qardaşı X9 birinci Qarabağ müharibəsində könüllü iştirak etmiş və 1995-ci ildə şəhid olmuşdur. 2018-ci ildə qardaşının şəhid olması ilə əlaqədar dövlət tərəfindən atası Şahid2 11.000 manat pul ödənilmişdir. Bundan sonra əmisi oğlu Təqsirləndirilən şəxs onunla əlaqə saxladıqda şəhid ailələri üçün Bakı şəhər ərazisində inşa edilmiş yaşayış binasından mənzillərin verildiyini, adını və vəzifəsini bildirmədiyi tanışları vasitəsi ilə onlara həmin binadan, tam təmirli 3 otaqlı mənzil ala biləcəyini, növbədə adlarını əvvəldə qeyd etdirmək üçün “şirinlik” kimi 10.000 manat pul vermək lazım olduğunu demişdir. Təqsirləndirilən şəxs inanıb, atası ilə əlaqə saxlayıb ona bu barədə deyib, 10.000 manat pul göndərməsini xahiş etmişdir. Atası da 07 mart 2019-cu il tarixdə bank vasitəsi ilə adına 10.000 manat pul göndərmişdir. 07 mart 2019-cu il tarixdə saat 15:30-da Bakı şəhəri, Nərimanov rayonu, Qafur Rəşad küçəsi 12 ünvanın qarşısında Mahirlə görüşüb xalası oğlu Şahid1 və Mahirin yanında olmuş tanımadığı bir qadınının yanında 10.000 manat pulu Mahirə vermişdir. Mahir pulu götürdükdən sonra ona 28 may 2019-cu il tarixdə binanın açılışı olacağını, həmin gün ona mənzilin açarları və sənədinin təqdim olunacağını bildirmişdir. Təxminən 1 saat sonra Mahirlə telefonla əlaqə saxlayıb işin həll olunub-olunmadığını soruşduqda Mahir narahatçılığa səbəb olmadığını, işin həll olunduğunu bildirmişdir. 2019-cu ilin may ayının sonlarında Mahirlə əlaqə saxladıqda, Mahir qeydiyyatı Naxçıvan Muxtar Respublikası olduğu üçün sənədləşmədə çətinliklər olduğunu və qısa müddət ərzində işin həll olunacağını bildirmişdir. Lakin, Mahir vermiş olduğu sözə əməl etməmişdir. Mahir onunla görüşməkdən və zənglərinə cavab verməkdən yayındıqda artıq başa düşmüşdür ki, Mahir onu aldadıb pulunu ələ keçirmişdir. Mahirə verilmiş pullar qardaşının “qan pulu” olmuş, atası tərəfindən ona verildiyi üçün maddi ziyan məhz ona dəymişdir. Ona dəyən ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir və ona ən ağır cəzanın verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun qohumlarıdır. 1972-ci il təvəllüdlü X2 Rzayevin qardaşıdır. Cəmil Rzayev birinci Qarabağ müharibəsində könüllü iştirak etmiş və 1995-ci ildə şəhid olmuşdur. Azaddan eşitdiyinə görə 2018-ci ildə qardaşı Cəmilin şəhid olması ilə əlaqədar dövlət tərəfindən atası Şahid2 “qan pulu” olaraq 11.000 manat pul ödənilmişdir. Bu barədə Təqsirləndirilən şəxs bilib mütamadi olaraq Azadla əlaqə saxlayıb, şəhid ailələrinə ev verilməsini bildirmişdir. Azaddan eşitdiyinə görə Mahir Azada adını və vəzifəsini bildirmədiyi tanışları vasitəsi ilə onlara da mənzilin verilməsini razılaşdıracağını və onlara tam təmirli 3 otaqlı ev veriləcəyini demişdir. Lakin, onları növbədə əvvələ qeyd etdirmək üçün “şirinlik" kimi 10.000 manat pul vermək lazım olduğunu, 10.000 manat verdikdən sonra bütün işləri özü həll edəcəyini bildirmişdir. Azad da Mahirlə razılaşdıqdan sonra atası ilə əlaqə saxlayıb, ona bu barədə deyərək 10.000 manat pul göndərməsini xahiş etmişdir. Azadın atası 07 mart 2019-cu il tarixdə bank vasitəsi ilə Azadın adına 10.000 manat pul göndərmişdir. Həmin gün Azad pulu götürmüş və onunla birlikdə Mahirlə Bakı şəhəri, Nərimanov rayonu, Qafur Rəşad küçəsi 12 saylı ünvanın qarşısında görüşərək pulu sonuncuya vermişdir. Həmin vaxt Mahirin yanında tanımadığı bir qadın olmuşdur. Mahir Azaddan pulu götürdükdən sonra 28 may 2019-cu ildə binanın açılışı olacağını, həmin gün ona mənzilin açarları və sənədinin veriləcəyini bildirmişdir. Sonradan Azaddan eşidib bilmişdir ki, Mahir onu aldatmış, vermiş olduğu sözü əməl etməyərək aldığı pulu geri qaytarmamışdır. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram vuraraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 1972-ci il təvəllüdlü oğlu X9 birinci Qarabağ müharibəsində könüllü iştirak etmiş və 1995-ci ildə şəhid olmuşdur. 2018-ci ildə oğlunun şəhid olması ilə əlaqədar dövlət tərəfindən ona 11.000 manat pul ödənilmişdir. Bir müddətdən sonra digər oğlu Zərərçəkmiş şəxs ona qardaşı oğlu Təqsirləndirilən şəxs şəhid ailələri üçün Bakı şəhər ərazisində inşa edilmiş yaşayış binasından mənzillərin verildiyini, tanışlarının olduğunu, həmin şəxslərin köməkliyi ilə onlara da həmin binadan, tam təmirli 3 otaqlı mənzil ala biləcəyini, növbədə adlarını əvvəldə qeyd etdirmək üçün əvvəlcədən “şirinlik” kimi 10.000 manat pul vermək lazım olduğunu dediyini bildirmişdir. Bununla bağlı Azad ona 10.000 manat pul göndərməsini xahiş etmişdir. 07 mart 2019-cu il tarixdə “Xəzri” bank əməliyyat sistemi vasitəsi ilə Azada 10.000 manat pul göndərdikdən bir neçə saat sonra Azadla telefon vasitəsi ilə əlaqə saxladıqda o, bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Qafur Rəşad küçəsi 12 saylı ünvanın qarşısında Mahirlə görüşüb xalası oğlu Şahid1 və Mahirin yanında olmuş tanımadığı bir qadınının yanında 10.000 manat pulu Mahirə vermişdir. Həmçinin Azaddan eşidib bilmişdir ki, Mahir pulu götürdükdən sonra ona 28 may 2019-cu il tarixdə şəhid ailələri üçün inşa edilmiş binanın açılışı olacağını, həmin gün ona mənzilin açarları və sənədi təqdim olunacağını demişdir. X11 telefon vasitəsi ilə əlaqə saxlayıb işin həll olunubolunmadığını soruşduqda Mahir narahatçılığa səbəb olmadığını, işin həll olunacağını bildirmişdir. 2019-cu ilin may ayının sonlarında Azad Mahirlə əlaqə saxladıqda, Mahir qeydiyyatı Naxçıvan MR-ya olduğu üçün sənədləşmədə çətinliklər olduğunu və qısa müddət ərzində həllini tapacağını bildirmişdir. Lakin Mahir vermiş olduğu sözə əməl etməmiş, Azadla görüşməkdən və zənglərinə cavab verməkdən yayındıqda artıq başa düşmüşdür ki, Mahir oğlu Azadı aldadıb pulunu ələ keçirmişdir. Mahirə verilmiş pullar şəhid olmuş oğlu Cəmil Rzayevin “qan pulu” olmuş, tərəfindən Azada verildiyi üçün maddi ziyan məhz Azada dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 14 may 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı X1 Azad Novruz oğlunun müraciəti əsasında hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, ünvan 1 ünvanında Mahir adlı şəxsə 10000 manat pul vermişdir. Hadisə yerinə baxış keçirilmiş, hadisə yerində müayinə aparılmışdır; Ordubad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 noyabr 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 02 iyul 1995-ci ildə ölmüş və bu barədə ölüm akt qeydləri kitabında məhkəmə qətnaməsi əsasında qeyd edilmişdir; “Xəzri” ödəniş siteminin ödəniş haqqında bildirişinin surətindən görünür ki, Şahid2 Zərərçəkmiş şəxs 07.03.2019-cu il tarixdə 10.000 manat pul göndərmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 23.02.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Könüllü təqdim etmə haqqında” 18 mart 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X4, icraatında olan ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 01 ədəd CD diski qəbul etmişdir. Zərərçəkmiş şəxs həmin diskdə Təqsirləndirilən şəxs ilə telefon danışıqlarının səs yazısı olduğunu, Təqsirləndirilən şəxs həmin danışıq zamanı onun etibarından sui-istifadə edib, ondan pul aldığını bir daha təsdiq etdiyini bildirmişdir; “Axtarışda olan şəxsin tutulması barədə” 20 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19.05.2021-ci il tarixdə saat 18:20-də Tərtər rayon Polis əməkdaşları tərəfindən saxlanılmışdır; “Diskə baxış keçirilməsi haqqında” 20 may 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X4, icraatında olan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim olunmuş 01 ədəd CD diskə Nərimanov RPİ-nin inzibati binasındakı 53 nömrəli xidməti otaqda, “DELL” markalı kompyuter vasitəsi ilə baxış keçirmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim olunmuş 01 ədəd CD disk kompyuterin disk oxuyucusuna daxil edilib monitor vasitəsi ilə izlənildikdə müəyyən edildi ki, diskdə 02 ədəd qovluq var. Birinci qovluğun adı “call_14-02-50_OUT_+**********46”, ikinci qovluğun adı isə “call_16-55-05_OUT_+**********46”-dır. “call_14-02- 50_OUT_+**********46” adlı qovluğu daxil olduqda 1 dəqiqə 26 saniyə davam edən danışıq qeydə alınmışdır. Səs yazısı dinlənildikdə danışığın aparıldığı müəyyən edildi. Baxışda iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs səs yazısını dinlədikdən sonra bildirdi ki, səs yazısını tam aydın şəkildə dinlədi, həmin danışıq əmisi oğlu Zərərçəkmiş şəxslə onun arasında aparılmış telefon danışığıdır, bunu xatırlayır, 1-ci səs kimi qeydə alınmış səs ona məxsusdur, 2-ci səs kimi qeydə alınmış səs isə Zərərçəkmiş şəxs məxsusdur. Həmin danışıq zamanı niyyəti Zərərçəkmiş şəxs aldadıb guya şəhid ailələri üçün inşa edilən binadan şəhid olmuş qardaşının ailəsi üçün mənzil alınıb verilməsində köməklik göstərəcəyini vəd edib Azadı aldatmağa yönəlmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-486/2021 nömrəli, 21 may 2021-ci il tarixli qərarından görünür ki, CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 19 may 2021-ci il tarixdən hesablanmaqla istintaq müddətinin sonunadək, yəni 03 iyul 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 21 may 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X4, icraatında olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsini Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X5, Bakı şəhəri Nərimanov RPİ-nin X8 konvoyu, polis serjantı X6 iştirakları ilə yerində yoxlamışdır. Təqsirləndirilən şəxs “İstintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edib-etməməsi, vermiş olduğu ifadəsini əyani olaraq hadisə yerində göstərə bilərmi?” sualına, Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsini təsdiq etdiyini və cinayət hadisəsini törətdiyi ünvanı əyani olaraq göstərə biləcəyini bildirdi. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi ünvanı göstərməsi təklif olundu. Bundan sonra Təqsirləndirilən şəxs təklifi ilə istintaq hərəkətinin iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs göstərdiyi ünvana gedildi. Təqsirləndirilən şəxs qeyd olunan ünvanı göstərib bildirdi ki, 2019-cu ilin mart ayının əvvəllərində əmisi oğlu Zərərçəkmiş şəxs eşidib bilmişdir ki, 1995-ci ildə birinci Qarabağ müharibəsində şəhid olmuş qardaşı Cəmil Rzayevə 2018-ci ildə dövlət tərəfindən əmisi Şahid2 11.000 manat pul ödənilmişdir. Azadgildə pul olduğunu bilib, həmin vaxtı pula ehtiyacı olduğundan Azadı aldadıb pulu ələ keçirmək niyyətinə düşmüş və onunla əlaqə saxladıqda şəhid ailələri üçün Bakı şəhər ərazisində inşa edilmiş yaşayış binasından mənzillərin verildiyini, tanışları olduğunu, həmin tanışların vasitəsi ilə onlara da həmin binadan, tam təmirli 3 otaqlı mənzil ala biləcəyini, növbədə adlarını əvvəldə qeyd etdirmək üçün “şirinlik” kimi 10.000 manat pul vermək lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs də ona inanıb, atası ilə əlaqə saxlayıb ona bu barədə deyib, 10.000 manat pul göndərməsini xahiş etmişdir. Əmisi Novruz da Azada pulu göndərmişdir. 07 mart 2019-cu il tarixdə saat 15:30 radələrində ünvan 2 ünvanın qarşısında Azadla görüşüb Azadın xalası oğlu Şahid1 və adını xatırlamadığı, anket məlumatlarını bilmədiyi tanış bir qadının yanında 10.000 manat pulu Azaddan almışdır. Azaddan pulu götürdükdən sonra özünə inam qazandırmaqdan ötrü Azada 28 may 2019-cu il tarixdə həmin binanın açılışı olacağını, həmin gün ona mənzilin açarları və sənədinin təqdim olunacağını demişdir. Təxminən 1 saat sonra Azad telefon vasitəsi ilə onunla əlaqə saxlayıb işin həll olunubolunmadığını soruşduqda ona yalandan narahatçılığa səbəb olmadığını, işin həll olunduğunu bildirmişdir. 2019-cu ilin may ayının sonlarında Azad onunla əlaqə saxladıqda, yenidən Azadı aldadıb qeydiyyatı Naxçıvan Muxtar Respublikası olduğu üçün sənədləşmədə çətinliklər olduğunu və qısa müddət ərzində həllini tapacağını bildirmişdir. Sonradan isə Azadın zənglərinə cavab verməmiş və onunla görüşlərdən yayınmışdır. Azaddan aldığı 10.000 manat pulu öz ehtiyaclarına xərcləmişdir. İfadənin yerində yoxlanılması zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs göstərdiyi ünvan ünvan 3dirilən şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti başa çatdı. İfadənin yerində yoxlanılması zamanı “Sony” markalı fotoaparatla fotoşəkillər çəkildi; “Sübutların qiymətləndirilməsi haqqında” 08 iyun 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd CD formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Təqsirləndirilən şəxs müharibə veteranı olmasını (əsas: iş materiallarında olan Laçın rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 16.10.2008-ci il tarixli, 077903 nömrəli vəsiqə) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM- 158.2.1, 158.6, CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 19 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək saxlanılmadan saxlanısın. İş üzrə maddi sübut - 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-294/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-294/2021
17.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver