Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-294/2022 28.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1979-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu ödənilməmiş və ya qanunla müəyyən edilmiş qaydada götürülməmiş, Tovuz rayonu Almalıtala kəndində qeydiyyatda olan, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədi ilə 03 may 2021-ci il tarixdə, saat 11:00 radələrındə ünvan 1 ünvanda yerləşən “ünvan 2tağına giriş-çıxışı sərbəst olan qapısının açıq olmasından istifadə edib daxil olaraq həmin poliklinikada təsərrüfat bacısı işləyən Zərərçəkmiş şəxs5 otaqdakı dolabın içərisində saxladığı qadın əl çantasından sonuncuya məxsus 90 manat pulunu, 10 manat dəyərində olan 1 ədəd pul kisəsini və 1 ədəd “Unibank”a məxsus xxxxxxxxxxxx9156 seriyalı plastik kartını oğurladıqdan sonra vahid niyyətlə əhatə olunan qəsdlə göstərilən tarixdə, saat 11:19 dəqiqədə 500 manat, saat 11:20 dəqiqədə 700 manat və saat 11:21 dəqiqədə 270 manat pulu üzərində olan kodu yığıb həmin plastik kart vasitəsilə elektron məlumat daşıyıcısı kimi istifadə olunan ünvan 3 ünvanda yerləşən “Unibank”ın bankomatından çıxarmaqla talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 1.570 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə 06 avqust 2021-ci il tarixdə, saat 15:40 dəqiqədə ünvan 4 ünvanda yerləşən “ünvan 5 mağazasına giriş-çıxışı sərbəst olan qapısının açıq olmasından istifadə edib daxil olaraq həmin mağazada satıcı işləyən Zərərçəkmiş şəxs3 otaqdakı paltarlar arasında saxladığı qadın əl çantasının içərisindən sonuncuya məxsus 20 manat pulunu, 1 ədəd 12 qram çəkidə 680 manat dəyərində qızıl zinət əşyası olan boyunbağını, 1 ədəd 2.5 qram çəkidə 170 manat dəyərində qızıl zinət əşyası olan klonu və 15 manat dəyərində olan 1 ədəd pul kisəsini talayıb, Zərərçəkmiş şəxs3 885 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə 27 avqust 2021-ci il tarixdə, saat 11:32 dəqiqədə Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 37 saylı ünvanda yerləşən “New Med” Klinikasının 14 saylı stomatoloji otağına giriş çıxışı sərbəst olan qapısının açıq olmasından istifadə edib daxil olaraq orada Zərərçəkmiş şəxs2 asılqandan asmış olduğu qadın əl çantasının içərisindən sonuncuya məxsus 600 manat pulu və 15 manat dəyərində olan 1 ədəd pul kisəsini talayıb, Zərərçəkmiş şəxs2 615 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 dekabr 2021-ci il tarixdə, saat 12:46 dəqiqədə ünvan 7 ünvanda yerləşən “ünvan 8 mağazasına giriş-çıxışı sərbəst olan qapısının açıq olmasından istifadə edib daxil olaraq həmin mağazanı icarəyə işlədən Zərərçəkmiş şəxs4 otaqdakı çəhrayı rəngli dolabın siyirməsindən 145 manat pulunu talayıb, Zərərçəkmiş şəxs4 145 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 yanvar 2022-ci il tarixdə, saat 08:58 dəqiqədə ünvan 9 ünvanda yerləşən “İstanbul NS” klinikasının 206 saylı otağına giriş-çıxışı sərbəst olan qapısının açıq olmasından istifadə edib daxil olaraq həmin klinikada tibb bacısı işləyən Zərərçəkmiş şəxs1 otaqdakı dolabda qoyduğu qadın əl çantasının içərisindən sonuncuya məxsus 390 manat pulu, 22.80 manat ekvivalentində 1000 rus rublu. 1000 manat dəyərində 1 ədəd 10 qram çəkidə, 750 əyyarlı qızıl zinət əşyası olan boyunbağını və 10 manat dəyərində olan 1 ədəd pul kisəsini talayıb, zərərçəkmiş şəxs Əfsanə Mərdanovaya ümumilikdə 1422.80 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs oglu Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-1ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, o, xx.xx.2019-cu il tarixdə Tovuz rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2. 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək ona bir il müddətinə azadlığın məhdudlaşdırılınası cəzası təyin edilmişdir. Belə ki, Tovuz rayonunda yaşasa da arabir Bakı şəhərinə gələrək Biləcəri qəsəbəsində rahat hosteldə qalmışdır. Həmçinin işi olmadığından arabir oğurluqlar etmişdir. Mahiyyəti üzrə qeyd etmişdir ki, 03 may 2021-ci il tarixdə, saat 11:00 radələrində səhhəti ilə bağlı yoxlanmaq üçün Gəncə şəhərinə M.A.Abbaszadə küçəsi 73A yerləşən Müharibə və Əmək Veteranları poliklinikasına gəlmiş və həmin vaxt poliklinikanın dəhlizində gəzinərkən 3-cü otağın qapısının açıq olduğunu və otaqda heç kimin olmadığını görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs otağa daxil olub, oradan paltar dolabına baxdıqda içərisində qadın çantasını görüb açaraq içərisindən pul kisəsini götürərək dərhal poliklinikanı tərk etmişdir. Sonra aralıda pul kisəsini açdıqda görmüşdür ki, pul kisəsinin içərisində 90 manat nəğd pul, 2 ədəd “Kapital bank”a məxsus plastik kartlar, şəxsiyyət vəsiqəsi və bir ədəd “Unibank”a məxsus plastik kart vardır. Təqsirləndirilən şəxs görmüşdür ki, “Unibank”ın plastik kartı üzərində əlyazma 4 ədədli şifrə yazılmışdır. “Kapital bank”ın kartları üzərində isə heç bir şifrə yoxdur. Ona görə də 90 manat pulu və həmin “Unibank”a məxsus bankomat kartını götürüb digər şəxsiyyət vəsiqəsi, 2 ədəd “Kapital bank”a məxsus plastik kartları pul kisəsi ilə birlikdə küçədə görünməyən yerə atmışdır. Bundan təxminən 20 dəqiqə sonra Gəncə şəhərində yerləşən Texnologiya Univerisiteti tərəfə gedərək Ş.İ.Xətai prospekti 7 saylı ünvanda “Unibank” tərəfindən quraşdırılmış bankomata yaxınlaşıb, oğurladığı kartı bankomata yerləşdirərək üzərində olan hazırda xatırlamadığı 4 rəqəmli şifrələri yığmışdır. Yığdıqda görmüşdür ki, ekranda balansda 1470 manat pul göstərir. O, bundan sonra birinci balansdan 500 manat, ikinci 700 manat və 3-cü dəfə isə 270 manat pulu çıxartmış və bununlada həmin oğurluq nəticəsində ümumilikdə 1560 manat pul əldə etmişdir. Daha sonrakı günlərdə Gəncə polisi tərəfindən saxlanılmış və etmiş olduğu oğurluğu etiraf etmiş və sonra isə cinayət işi üzrə Zərərçəkmiş şəxs5 1500 manat pulunu qaytarmışdır. Bundan başqa 06 avqust 2021-ci il tarixdə, saat 15:40 radələrində ünvan 7 ünvanda yerləşən “ünvan 5 mağazasının qarşısından keçərkən mağazada heç kimin olmadığını görüb mağazaya daxil olub mağazanın içərisində axtarışlar edərkən masa kənarında paltarlar arasında qadın əl çantası görüb çantanın ağız hissəni açaraq içərisindən pul kisəsini götürüb dərhal mağazanı tərk etmişdir. Ticarət mərkəzini tək edib çıxdıqdan sonra baxmışdır ki, içərisində 20 manat və sellofana bükülü bir ədəd qızıl zinət əşyası olan qadın boyunbağısı və klon vardır. O, 20 manat pulu və qızıl zinət əşyalarını götürsə də, pul kisəsini ticarət mərkəzi yaxınlığında kənara tullayaraq atmışdır. Daha sonra isə o, həmin gün avtobusla Şəmkir rayonuna gedərək xx.xx.2021-ci il tarixdə, səhər saat 09:00 radələrində Zeynəb qızıl zinət alış satışı mağazasında 720 manata satmış və orada bildirmişdir ki. qızıl zinət əşyası özünə məxsusdur və əl yazma olaraq özünə məxsus olmasını təsdiq etmişdir. Bu barədə o, Nizami RPİ-nin İŞ-də ətraflı məlumat vermiş və üzləşmə istintaq hərəkəti zamanı qızıl zinət əşyasını almış Tural İsgəndəri, qızıl zinət əşyasını almasını təsdiq etmiş və bildirmişdir ki, ondan almış olduğu qızıl zinət əşyasını tanımadığı şəxsə 760 manata satmışdır. Bundan başqa 27 avqust 2021-ci il tarixdə, saat 11:32 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində, X8 küçəsi 37 saylı ünvanda yerləşən “Nov Med” klinikasının 2-ci mərtəbəsində yerləşən həkim otaqlarının birinə daxil olduqda görmüşdür ki, həkim xəstənin dişlərini müalicə edir və hər ikisinin üzləri qarşı tərəfədirlər. Onlar qapıdan girişini görmürdülər. Bu zaman o, görmüşdür ki, həkimin otağında qapıdan girəcəkdə asılqandan qadın əl çantası asılmışdır. Bundan sonra o qadın əl çantasının içərisini açıb oradan pul kisəsini götürüb dərhal da otağı tərk edərək klinikadan çıxmışdır. Həkim və xəstə onu oğurluq edərkən görməmişdirlər. O, klinikadan kənarda baxmışdır ki, pul kissinin içrisində 600 manat nəğd pul və bank kartları vardır. Həmin 600 manat pulu götürsə də, pul kisəsi ilə birlikdə bank kartlarını kənara tullayaraq atmışdır. Bundan başqa 04 dekabr 2021-ci il tarixdə, saat 12:46 dəqiqədə ünvan 7 ünvanda yerləşən “ünvan 8 mağazasının qarşısından keçərkən mağazada heç kimin olmadığını görüb daxil olmuş və orada olan çəhrayı rəngli dolabın siyirməsini açdıqda içərisində pul olduğunu görüb götürmüş və görmüşdür ki, 145 manatdır. Həmin pulu götürərək dərhal Ticarət mərkəzini tək etmişdir. Bundan başqa 13 yanvar 2022-ci il tarixdə, saat 08:58 radələrində özü tək yenə də ünvan 9 ünvanda yerləşən “İstanbul NS” klinikasına gəlmiş və ikinci mərtəbəyə çıxdıqda otaqların birinin qapısının açıq olmasını, otaqda heç kimin olmadığını görüb otağa daxil olmuşdur. Otaqda axtarışlar etməyə başladıqda otaqda olan dolaba yaxınlaşıb həmin dolabı açdıqda içərisində qadın əl çantasını gördükdə əl çantasını açıb içərisində pul kisəsini görüb götürərək cibinə qoyub dərhal otaqdan çıxmışdır. Otaqdan çıxarkən qadını görsə də, ondan otaqda nə etdiyini soruşduqda ona bildirmişdir ki, “Murad həkimin otağı ilə səf salmışdır. Murad həkimi axtarır”. Qadın isə ona bildirmişdir ki, “Murad həkim hələ gəlməmişdir otağı səf salmışınız”. Həmin qadın onun oğurluq etməyindən şübhələnməmişdir. O, bundan sonra klinikanı tərk edərək çıxmış və aralanaraq gedib kənarda pul kisəsini açdıqda görmüşdür ki, gözlüklər arasında içərisində 40 manat xırda 1-5 manatlıqlar. 1000 rus rublu və bank kartları vardır. Pulu götürsə də, pul kisəsini kartlarla birlikdə dayanacaq arxasına ataraq sərnişin avtobusuna əyləşib oradan uzaqlaşmışdır. 1000 rus rublunu sonrakı günlərdə Gəncə şəhərində 21 manata dəyişdirib xərcləmişdir. Həmçinin qeyd etmişdir ki. pul kisəsinin içərisində A4 kağızına bükülü olan 350 manat və qızıl zinət əşyası görməmiş və götürməmişdir. Pul kisəsinin içərisində 350 manat və qızıl zinət olsa da, əhəmiyyət verməmiş və pul kisəsi ilə birlikdə atmışdır. Etdiyi əmələ görə peşmançılıq hissi keçirir və özünü təqsirli bilir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, 2021-ci ilin fevral ayından hal-hazıra kimi ünvan 9 ünvanda yerləşən “İstanbul NS” klinikasında tibb bacısı vəzifəsində işləyir Belə ki, həftənin bazar günündən başqa hər gün saat 08:00 radələrindən 17:00 radələrinədək klinikanın 2-ci mərtəbəsində yerləşən 206 saylı xidməti otaqda işlə məşğul olur. Həmin otaqda o tək xidmət edir. Belə ki, 13 yanvar 2022-ci il tarixdə, saat 08:00 radələrində o, iş yerinə gələrək xidməti otağını açıb işi ilə məşğul olmuşdur. Eləcə də əl çantanı otağında olan dolabın içərisinə qoymuşdur. Daha sonra saat 08:55 radələrində Zərərçəkmiş şəxs1 otağı qısa müddətli olaraq tərk etdiyindən otağın giriş qapısını bağlamayaraq getmişdir. Belə ki, yenidən otağına qayıdarkən dəhlizdə görmüşdür ki, tanımadığı kişi cinsindən olan şəxs otağından çıxmışdır. Həmin şəxsdən otağından niyə çıxdığını soruşduqda bildirmişdir ki, Murad həkimin otağına girməli idi, səf salmışdır. Həmin şəxsdən ayrılaraq otağına daxil olub işləri ilə məşğul olarkən təsadüfən telefon cərəyanının yerdə olduğunu gördüyündən şübhələnmiş, dərhal dolabı açarkən əl çantanın açıq vəziyyətdə olduğunu görüb içərisinə baxdıqda məlum olmuşdur ki, pul kisəsi oğurlanmışdır. Bundan sonra o, oğurluq olmasını bildirdikdə artıq həmin şəxs klinikanı tərk etmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 Nərimanov RPİ-nin 16-cı PB-nə ərizə ilə müraciət etmiş və müraciəti üzrə polis əməkdaşları hadisə yerinə baxış keçiıtmişdirlər. Qeyd etmişdir ki. pul kisəsinin içərisində bir ədəd qızıl zinət əşyası olan boyunbağı, 1000 rus rublu, 350 manat dəqiq bildiyi və əlavə olaraq 40 manat ayrı xərcləmək uçün saxladığı pulu, “Kapital bank”a aid 2 ədəd plastik kartlar və 01 ədəd yeni verilən kiçik ölçülü ümumvətəndaşlıq pasportu olmuşdur. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Laçın” Ticarət Mərkəzində qadın geyimləri mağazasını icarəyə işlədir. Belə ki, xx.xx.2021-ci il tarixdə, saat 11:00 radələrində işə gəlmiş və əl çantasını paltarlar arasında gizlətmişdir. Bundan sonra saat təxminən 15:30 radələrində qısa müddətli mağazanı tərk etmiş və yenidən mağazaya qayıtmışdır. Daha sonra yaşadığı ünvana getmiş və orada məlum olmuşdur ki, əl çantasının içərisində olan pul kisəsi yoxdur. Dərhal Ticarət Mərkəzinə qayıtmış, kamera görüntülərinə baxmış və məlum olmuşdur ki, naməlum şəxs onun mağazada olmadığı müddətdə daxil olur və yenidən tərk edir. Qeyd etmidir ki, pul kisəsinin içərisində 20 manat pulu, 680 manat dəyərində 12 qram çəkidə qızıl zinət əşyası olan boyunbağı və 2.5 qram çəkidə 170 manat dəyərində klon olmuşdur. Pul kisəsinin dəyəri isə 15 manatdır. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasına zərərçəkmiş qismində çağırılmış Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oglu ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Laçın” Ticarət Mərkəzində qadın geyimləri mağazasını icarəyə işlədir. Belə ki, xx.xx.2021-ci il tarixdə, saat 11:00 radələrində işə gəlmiş və əl çantasını paltarlar arasında gizlətmişdir. Bundan sonra saat təxminən 15:30 radələrində qısa müddətli mağazanı tərk etmiş və yenidən mağazaya qayıtmışdır. Daha sonra yaşadığı ünvana getmiş və orada məlum olmuşdur ki, əl çantasının içərisində olan pul kisəsi yoxdur. Dərhal Ticarət Mərkəzinə qayıtmış, kamera görüntülərinə baxmış və məlum olmuşdur ki, naməlum şəxs onun mağazada olmadığı müddətdə daxil olur və yenidən tərk edir. Qeyd etmidir ki, pul kisəsinin içərisində 20 manat pulu, 680 manat dəyərində 12 qram çəkidə qızıl zinət əşyası olan boyunbağı və 2.5 qram çəkidə 170 manat dəyərində klon olmuşdur. Pul kisəsinin dəyəri isə 15 manatdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 Hüseyn oğlunun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 15 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 şikayəti əsasında baxış keçirilən yer Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən “İstanbul NS” klinikasıdır. Klinikanın giriş qapısı avtomatik şüşə qapıdan quraşdırılmışdır. Girişin qarşısında ilkin tibbi yardım otağı, sağ tərəfdə resepşn masası qoyulmuşdur. Klinikanın döşəməsi metlaxla döşənmişdir. İçəridə xəstələrin gözləməsi üçün bir neçə skamyalar qoyulmuşdur. Klinika ümumi 4 (dörd) mərtəbədən ibarətdir. Hadisə yerinin foto şəkilləri çəkilərək tərtib olunmuş protokola əlavə olunur. “İfadənin yerində yoxlanılması haqqında” 26 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinə uyğun olaraq onun təklifi ilə Nərimanov RPİ-nin inzibati binasından çıxaraq avtomobilə əyləşib onuun göstərdiyi istiqamət üzrə ünvan 11 ünvana gəlib “New Med” klinikasının qarşısında avtomobili saxlamağı bildirdi. Bundan sonra həmin klinikanın 2-ci mərtəbəsində stomatoloji kabineti göstərərək daxil olub kabinetdə asılqanı göstərib bildirdi ki, 27 avqust 2021-ci il tarixdə, saat 11:30 radələrində həkimin bir nəfər qadının dişlərini müalicə etdiyi zaman onların görmədiyi şəraitdə asılqandan asılan əl çantasının içərisindən pul qabını götürərək uzaqlaşmışdır. Sonra pul kisəsini kənarda açdıqda içərisində 600 manat pulu götürüb pul kisəsini atmışdır. Bundan sonra o, yenə avtomobilə əyləşib ünvan 12 ünvana gələrək orada “İstanbul NS” klinikasının qarşısında avtomobildən düşüb ikinci mərtəbədə otağı göstərdi və bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 08:50 radələrində həmin otaqdan dolabda olan əl çantasının içərisində olan pul kisəsini götürmüşdür. Sonra kənarda pul kisəsinə baxdıqda içərisində olan 40 manat pul və 1000 rus rublunu götürmüş və pul kisəsini tullamışdır. Pul kisəsinin içərisində bank kartlarının olduğunu da qeyd etmişdir. AZ-İİ № 313318 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Eyyubova Dürdanə arasında nikah xx.xx.2018-ci il tarixdə Gəncə şəhəri “Asan Xidmət” Mərkəzində 2944 nömrə ilə qeyd edilmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-327/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, 05 iyun 2001-ci il təvəllüdlü Təranə və 22 noyabr 2004-cü il təvəllüdlü Xədicə Təqsirləndirilən şəxs ilə X1 birgə nikahdan doğulmasının qeydə alınması faktı müəyyən edilmiş, doğum haqqında şəhadətnamə verilərkən 05 iyun 2001-ci il təvəllüdlü Təranə və 22 noyabr 2004-cü il təvəllüdlü Xədicə adlı uşaqların ata qrafasında Təqsirləndirilən şəxs və ana qrafasında X1 qeyd edilməsi qət edilmişdir. “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 26 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdə, saat 18:50-də şübhəli şəxs qismində tutulmuşdur. “Hadisə yerinə baxış keçirilməsi barədə” 31 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında hadisə yerinə baxış zamanı müəyyən olunmuşdur ki, hadisə Nərimanov rayonu, X8 küçəsi 29 saylı ünvanda yerləşən “New Med” klinikasında baş vermişdir. Həmin klinika 1 saylı Asan Xidmət Mərkəzi ilə üzbəüz yerləşir, qarşısında 2 tərəfli nəqliyyat yolu keçir, Klinika 2 mərtəbəlidir. Vətəndaş Zərərçəkmiş şəxs2 Gəncə şəhərində olduğu üçün hadisə yerində iştirak edə bilməmişdir. “Diskə baxış keçirilməsi barədə” 27 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, diskin yaddaşında 01 ədəd fayl vardır. Həmin fayla baxdıqda məlum olur ki, ünvan 14 ünvanda yerləşən “New Med” klinikasının otağına xx.xx.2021-ci il tarixdə, saat 11:32-də bir nəfər şəxs daxil olur. Baxış vaxtı Təqsirləndirilən şəxs qeyd etdi ki, həmin şəxs qara rəngli köynəkdə olan onun özüdür. Bundan sonra digər ikinci CD diskin faylına baxdıqda məlum olur ki, ünvan 9 ünvanda yerlışən “İstanbul NS” klinikasının otağına xx.xx.2022-ci il tarixdə, saat 08:58-də bir nəfər şəxs otağa daxil olur və yenidən otağı tərk edir. Baxış vaxtı Təqsirləndirilən şəxs Qeyd etdi ki, həmin şəxs onun özüdür və oğurluq edərək otağı tərk edir. “Diskə baxış keçirilməsi barədə” 28 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, diskin yaddaşında 01 ədəd fayl vardır. Həmin fayla baxdıqda məlum olur ki, ünvan 14 ünvanda yerləşən “New Med” klinikasının otağına xx.xx.2021-ci il tarixdə, saat 11:32-də bir nəfər şəxs daxil olur. Baxış vaxtı Zərərçəkmiş şəxs2 qeyd etdi ki, həmin şəxsi tanımır və qeyd edilən otaq həkim otağı olmaqla əl çantasının içərisindən pul kisəsi oğurlanmış yerdir. “Təqsirləndirilən şəxsə ittihamın elan edilməsi barədə” 28 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 28 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Cavanşir Mayılovun xx.xx.2022-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs saxlandığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 28 yanvar 2022-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 09 fevral 2022-ci il tarixli cavabından görünür ki, Quliyev X6 Rayon Məhkəməsinin 29 oktyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 oktyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edlmişdir; Goranboy Rayon Məhkəməsinin 13 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi nəzərə alınmaqla 02 il 06 ay nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 100 manat cərimə və 02 il 06 ay 15 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Tovuz Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi nəzərə alınmaqla 01 il 08 ay 13 gün nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; Gəncə Şəhər Baş Polis İdarəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi 28 yanvar 2022-ci il tarixdə CPM-in 55.1.3-cü maddəsi ilə dayandırılmışdır. “Baxış keçirilməsi haqqında” 07 avqust 2021-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs3 özünə məxsus əl çantasının içərisindən 12 qram qızılı boyunbağın, 2.5 qram klon qızıl-zinət əşyasının və 20 manat pulunun oğurlandığını yaşadığı ünvan 15 ünvanı təhqiqata təqdim etmişdir. Baxış zamanı inzibati ərazi vahidinin Xətai RPİ-nin inzibati ərazisi olması müəyyən olunmuşdur. “Baxış və görüntünün götürmə” barədə 19 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müşahidə kameralarının monitoru açıldıqda xx.xx.2021-ci il tarixdə, saat 15:40:53-də ticarət mərkəzinin dördüncü mərtəbəsinin dəhlizi görünür, görüntüdə Zərərçəkmiş şəxs3 şübhələndiyi 40-45 yaşlarında, orta bpylu, dolu bədən quruluşlu, saçı seyrək, əynində tünd rəngli cins şalvar, qara rəngli qısa qol köynək, çənə nahiyyəsində qara rəngli tibbi maska, sağ əlində mobil telefona bənzər, sol əlində isə avtomobil açarına bənzər əşyalar olan şəxs dəhlizdə hərəkət edərək video müşahidə kamerasında görüntüdə dəqiq bilinməyən mağazaya daxil olması, həmin tarixdə, saat 15:41:29-da əllərində eyni əşyalar olmaqla mağazadan çıxması, əlində heç bir əlavə əşyanın olmaması və dəhlizin digər video müşahidə kamerasında, saat 15:42:25-də oradan uzaqlaşması görünür. “İfadənin yerində yoxlanılması haqqında” 17 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, X3 təklif olundu ki, istintaqın gedişində ifadəsində dediklərini hadisə yerində göstərsin. Bundan sonra X2 göstərməyinə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzinin qarşısına gəlindi. Natəvan Nehmətova həmin ticarət mərkəzində yerləşən mağazanı işarə edib hadisə vaxtı baş verənləri yerində göstərərək bildirmişdir ki, 06 avqust 2021-ci il tarixdə, saat 11:00 radələrində həmişə olduğu kimi iş yerinə, yəni “Laçın” ticarət mərkəzində yerləşən hazırda işarə etdiyi mağazaya gəlmişdir. Mağazaya gəldikdə əl çantasını oturduğu yerin yanında paltarların altına gizlin bir yerə yerləşdirmişdir. Natəvan Nehmətova əl çantasını qoyduğu yerə işarə edib göstərmişdir. X4 bildirmişdir ki, həmin gün saat təxminən 15:00 radələrində bir nəfər nisbətən hündür boylu, saçı seyrək, tanımadığı kişi mağazaya daxil olmuşdur. O, həmin şəxsdən nəsə lazım olub-olmadığını soruşmuş, lakin sonuncu ona heçnə cavab verməmişdir. Bundan sonra həmin şəxs mağazadan çıxmışdır. Saat təxminən 15:30-da mağazadan çıxaraq ticarət mərkəzində olan dərziyə getməli olmuşdur, Mağazadən çıxdığı zaman onu orada əvəz edə bilən şəxs yox idi. Təxminən 10 dəqiqə sonra mağazaya qayıtmışdır. Mağazaya qayıtdıqda əl çantasının içinə baxmamışdır. Saat təxminən 18:30 radələrinə kimi işləyərək artıq mağazanı bağlayıb evə getmək istəyirdi. Mağazadan çıxmamış əl çantasına baxmışdır ki oradan pul götürsün. Lakin çantaya baxdıqda pul kisəsinin orada olmadığını aşkar etmişdir. O, artıq əl çantasının içində olan əşyaları boşaltmadan əli ilə çantaya baxmış, lakin pul kisəsinin olmadığını görmüşdür. Əl çantasının digər cibində olan xırda pulları götürüb 36 nömrəli marşrut vasitəsi ilə yaşadığı ünvana gəlmişdir, ünvan 17 yerləşən yaşadığı evə gəldikdə əl çantasını yerə qoymuş və içində olan əşyaları yerə tökmüşdür ki, diqqətlə baxsın. Lakin yenə də pul kisəsinin olmadığını görmüşdür. Bundan sonra yenidən “Laçın” Ticarət Mərkəzinə qayıtmışdır. Orada yenə də pul kisəsini tapa bilməmişdir. Səhər işə gəldikdə orada quraşdırılmış videomüşahidə cihazlarında qeydə alınan görüntülərə baxmış və müəyyən etmişdir ki, hərəkətləri ona şübhəli gələn tanımadığı şəxs o, dərziyə getdiyi zaman mağazada heç kimin olmadığı vaxt oraya daxil olub və bir neçə dəqiqə sonra çıxmışdır. Həmin şəxsin ona məxsus pul kisəsini əl çantasından oğurladığına əmindir. Həmçinin, ilk dəfə olaraq pul kisəsinin oğurlandığını “Laçın” Ticarət Mərkəzində aşkar etmişdir. Pul kisəsində 12 qram çəkisində 680 manat dəyərində olan qızıl boyunbaq, 2.5 qram çəkisində 170 manat dəyərində kulon, 20 manat məbləğində pul vəsaiti, özünə məxsus şəxsiyyət vəsiqəsi və “Kapital Bank”a aid təqaüd kartı var idi. “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” 03 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, diskə baxış zamanı müəyyən edildi ki, diskin içərisində 03 ədəd “mp4” formatlı video görüntü mövcuddur. Həmin fayllara baxış keçirdikdə müəyyən olunur ki, kameranın tarixi xx.xx.2021-ci il, saat 15:40-dan 15:42-dək olan müddəti göstərir. Görüntüdə 40-45 yaşlarında, orta boylu, dolu bədən qurululu, saçı seyrək, əynində tünd rəngli cins şalvar, qara rəngli qısa qol köynək, çənə nahiyyəsində qara rəngli tibbi maska olan bir nəfər şəxsin “Laçın” ticarət mərkəzinin dəhlizində hərəkət etməsi, saat 15:40:53-də orada olan mağazaya daxil olması və 15:41:29-da həmin mağazadan çıxması, bundan sonra oradan uzaqlaşması müşahidə olunur. “İfadənin yerində yoxlanılması haqqında” 31 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, ifadə yerində yoxlanılarkən Təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2021-ci il tarixdə Nizami rayonunda yerləşən “Laçın” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşən 136 saylı qadın geyimləri satılan mağazanın içərisində sağ tərəfdə yerləşən qəhvəyi rəngli dolabın yanından yerə qoyulmuş çantadan içərisində 20 manat nağd pul, 1 ədəd qızıl boyunbağı və 1 ədəd klon olan pul qabını oğurlamış və əldə etdiyi qızılzinət əşyalarını Şəmkir rayonunda yerləşən “Zeynəb” qızıl mağazasına satdığını bildirmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” Nizami RPİ-nin İŞ-nin 31 yanvar 2022ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Baxış keçirilməsi haqqında” 04 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Laçın” Ticarət Mərkəzinin içərisində olan qadın geyimləri kirayəsi mağazasında baş vermişdir. “Laçın” Ticarət Mərkəzi 5 mərtəbədən ibarətdir. Ticarət Mərkəzində müxtəlif geyim mağazaları vardır. Zərərçəkmiş şəxs4 məxsus mağaza ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşir. Mağazada müxtəlif qadın ziyafət geyimləri satılır. Mağazaya daxil olduqda içəridə hər iki divarda qadın ziyafət geyimləri yığılmışdır. Zərərçəkmiş şəxs4 məxsus 145 manat pul mağazada olan masanın birinci gözündən oğurlanmışdır. Sübut əhəmiyyətli əşya və predmet götürülmədi. “Baxış və görüntünü götürmə barədə” 04 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müşahidə kameralarının monitoru açıldıqda xx.xx.2021-ci il tarixdə, saat 12:46-da ticarət mərkəzinin dördüncü mərtəbəsinin dəhlizi görünür, görüntüdə 40-45 yaşlarında, ayağında qara ayaqqabı, orta boylu, dolu bədən quruluşlu, saçı seyrək, əynində tünd rəngli qara şalvar, qara rəngli qış gödəkçəsi, sifət nahiyyəsində qara rəngli tibbi maska olan şəxs dəhlizdə hərəkət edərək Zərərçəkmiş şəxs4 işlətdiyi mağazaya daxil olması, həmin tarixdə, saat 12:47:41-də sağ əlini çənə nahiyyəsində tutaraq mağazadan çıxaraq uzaqlaşması görünür. “Təqsirləndirilən şəxs qismində cəlb etmək barədə” 01 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “İfadənin yerində yoxlanılması haqqında” 01 fevral 2022-ci il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2021-ci il tarixdə Nizami rayonunda yerləşən “Laçın” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşən 136 saylı qadın geyimləri satılan mağazanın içərisində sağ tərəfdə yerləşən qəhvəyi rəngli dolabın yanından yerə qoyulmuş çantadan içərisində 20 manat nağd pul, 01 ədəd qızıl boyunbağı və 01 ədəd klon olan pul qabını oğurladığını bildirmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-56/2022 saylı, 02 fevral 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 31 yanvar 2022-ci il tarixdən hesablanmaqla 01 ay 06 gün həddində, yəni 06 mart 2022-ci il tarixədək həbs qismində qətimkan tədbiri seçilmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 24 may 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 18 ünvanında yaşayan Zərərçəkmiş şəxs5 müraicəti ilə bağlı hadisə yerinə gedilmişdir. Hadisə yeri M.A.Abbaszadə küçəsində yerləşən müharibə və əmək veteranları poliklinikasınında 1-ci mərtəbədir. Həmin poliklinikanın 1-ci mərtəbəsində tibb işçilərinin əşyalarının saxlanılması üçün ayrılmış otaq vardır. Otağın taxta giriş qapısı və içəridə şkaf vardır. Həmin şkafın qapısı açıq olduğundan xx.xx.2021ci il tarixdə şəxs poliklinada olan zaman otağa daxil olub şkafı açaraq çantanın içərisində olan pul qabını götürmüşdür. Daha sonra da pul qabının içində olan 90 manat pul, “Kapitalbank” və “Unibank” məxsus kartları götürmüş, “Unibank” kartında Ş.İ.Xətai prospektində kartı salaraq bankomatdan hesabda olan 1470 manatı çıxarmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 20 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 22 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və onun MSY-dan azad edilməsi haqqında” 22 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 05 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən 1 nömrəli müharibə veteranları poliklinikasının qapısını göstərərək bildirdi ki, xx.xx.2021-ci il tarixdə, saat 11:00 radələrində həmin poliklinikanın 1-ci mərtəbəsinə daxil olub gəzən zaman 1-ci mərtəbədə yerləşən 3 saylı həkim otağında heç kimin olmadığını və orada olan otaqlardan birinin qapısının açıq olduğunu görüb otağa daxil olub. Həmin otaqda dolabın içərisində qara rəngli çantanın olduğunu görüb çantanı açaraq çantanın içərisindəki pul qabını oğurlamışdır. Pul qabının içərisində olan 90 manat nağd pulu və üzərində şifrəsi yazılan “Unibank” debet kartını götürüb pul qabını içərisində 2 ədəd “Kapitalbank” bank kartı ilə həmin poliklikanın yaxınlığında küçəyə atıb. Goranboy Rayon Məhkəməsinin 1(045)-40/2016 saylı, 13 aprel 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs təyin olunmuş həmin 100 manat miqdarında cərimə cəzası, ona Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 oktyabr 2013-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il 06 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, tamamilə birləşdirilmiş və o, qəti olaraq 100 manat miqdarında cərimə cəzasına və 02 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il 06 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona təyin edilmiş 100 manat miqdarında cərimə cəzasının müstəqil icra olunması hökm edilmişdir. Tovuz Rayon Məhkəməsinin 1(062)-44/2019 saylı, 15 avqust 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 oktyabr 2013-cü il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 08 ay 13 günlük hissəsi tamamilə birləşdirilmiş, o, qəti olaraq 01 il 08 ay 13 gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tovuz Rayon İcra və Probasiya Şöbəsinin 28 mart 2022-ci il tarixli, CB-2xx/xx/2019 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1c-i maddələri ilə təqsirli bilinib 01 il müddətinə azadlığın məhdudlaşdırılması və 01 il 08 ay 13 gün müddətinə nqəliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə azadlığın məhdudlaşdırılması cəzasını, xx.xx.2021-ci il tarixdə isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzasını tam şəkildə çəkmişdir. “Diskə baxış keçirilməsi barədə” 29 mart 2022-ci il tarixli protokoldan görünür ki, disk dairəvi formada olmaqla “HP” markalı kompyuterdə video çəkilişə baxarkən aydın oldu ki, 06 avqust 2021-ci il tarixdə, saat 15:40 dəqiqədə ünvan 7 ünvanda yerləşən “Laçın” Ticarət Mərkəzinin qadın geyimləri satışı mağazasına bir nəfər şəxs daxil olur və həmin mağazanı saat 15:42-də tərk edir. Baxış vaxtı Təqsirləndirilən şəxs qeyd etdi ki, həmin şəxs qara rəngli köynəkdə olan üz nahiyyəsinə maska keçirmiş şəxs onun özüdür və oğurluq edərək otağı tərk edir. “Diskə baxış keçirilməsi barədə” 29 mart 2022-ci il tarixli protokoldan görünür ki, disk dairəvi formada olmaqla “HP” markalı kompyuterdə video çəkilişə baxarkən aydın oldu ki, 04 dekabr 2021-ci il tarixdə, saat 12:46 dəqiqədə ünvan 7 ünvanda yerləşən “Laçın” Ticarət Mərkəzinin qadın geyimləri satışı mağazasına bir nəfər şəxs daxil olur və həmin mağazanı saat 12:47-də tərk edir. Baxış vaxtı Təqsirləndirilən şəxs qeyd etdi ki, həmin şəxs yəni qara rəngli şalvar və qara rəngli gödəkçə geyinmiş və üz nahiyyəsinə maska keçirmiş şəxs onun özüdür və 145 manat pulu mağazanın siyirməsindən oğurlayaraq mağazanı tərk edir. “Sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanınma haqqında” 30 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə yenidən ittiham elan olunması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin nəzərə alınması, 04 ədəd CD diskin iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında” 30 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslər və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd edilir ki, CM-in 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bank-emitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Konkret şəxşin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir. CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş “informasiya texnologiyaları” müddəası isə informasiyanın ötürülməsi, qəbulu və emalı üzrə proseslər zamanı alət və ya vasitələr toplusunu nəzərdə tutur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən informasiya texnologiyalarıinformasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemidir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Nəhayət, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, ödəniş kartında şəxs haqqında və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı kimi qiymətləndirilməli, ondan istifadə edilməklə törədilən oğurluq cinayəti isə CM-in 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3.1-ci maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən islah edilməsini mümkün hesab etmədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Belə ki, cəzanın məqsədi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı dörd gün (xx.xx.2021-xx.xx.2021; xx.xx.2022-xx.xx.2022) ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməli (CM-69.3), cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan – 31 yanvar 2022-ci il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6, CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut 04 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132). «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir., Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 28 iş saatına görə 168 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutma altında saxlanıldığı cəmi 04 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 04 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 28 iş saatına görə 168 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-294/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-294/2022
28.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver