Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-295/2023 04.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:00 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Pərvin Pərviz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdaş şəhəri S.Səlimoğlu küçəsi ev 10-da qeydiyyatda olan və hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 (bir) ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla təmiz çəkisi 0.197 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlayıb daşımış və 06 noyabr 2022-ci il tarixdə, saat 15 radələrində Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 1 ünvanda saxlanılaraq ünvan 2əşən inzibati binasına gətirilib orada üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş təmiz çəkisi 0.197 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 (bir) ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla təmiz çəkisi 0.170 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini təkrar əldə edərək üzərində saxlayıb daşımış və 15 mart 2023-cü il tarixdə, saat 16.15 radələrində Nərimanov rayon polis idarəsinin 16-cı polis bölməsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanının qarşısında saxlanılaraq Nərimanov RPİ-nin 16-cı polis bölməsinin Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi 83 ünvanında yerləşən inzibati binasına gətirilib orada üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş təmiz çəkisi 0.170 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 02 noyabr 2022-ci il tarixdə özü tək Ağdaş şəhərində yaşadığı ünvana yaxın ərazidə olan məişət tullantıları qutusuna zibilləri atarkən yerdən bir ədəd şəffaf rəngli sellofana bükülü tapmışdır. O, özü narkotik vasitə istifadə etdiyindən həmin maddənin narkotik vasitə kakos deyilən heroin olduğunu bilmiş və yenə bükərək əynində olan şalvarının sol yan cibinə qoymuşdur ki, sonrakı günlərdə istifadə edər. 06 noyabr 2022-ci il tarixdə saat 15:00 radələrində o, Göyçay şəhəri Heydər Əliyev prospektində piyada hərəkət edərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib ondan ad və soyadını soruşaraq onun üzərində narkotik vasitə saxlayaraq daşıdığından və qəbul etdiyindən şübhəli olduğu üçün Göyçay RPŞ-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs da onlara özünü təqdim edib, onların müşayəti altında etiraz etməyərək Göyçay RPŞ-nə gəlmişdir. Bundan sonra təhqiqatçı hüquqlarını izah etmiş, müdafiəçi dəvət edilmiş, üzərində axtarış və götürmə aparmağa başlanılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs da bundan sonra əynində olan göy rəngli cins şalvarının sol ön kiçik cibində olan 01 ədəd tapmış olduğu bükülüdə narkotik vasitə olan heroini könüllü təqdim etmişdir. Polis əməkdaşı təqdim etdiyi içərisində heroin olan 01 (bir) ədəd bükülünü zərfə qoyaraq qablaşdırıb və möhürləməklə götürərək bu barədə protokol tərtib etmişdir. Təqsirləndirilən şəxs və hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokolu imza etmişdirlər. Bundan sonra 15 mart 2023-cü il tarixdə saat təxminən 11 radələrində Papanin deyilən ərazidə tanımadığı şəxsə 10 manat pul verərək narkotik vasitə olan heroin alıb şalvarının sağ kiçik cibinə qoyub üzərində daşımışdır ki, sonra istifadə edər. Həmin gün saat 16.15 radələrində özü tək ünvan 6 ünvanda olarkən ona 2 nəfər mülkü geyimdə olan şəxslər yaxınlaşıb Nərimanov RPİ-nin 16-cı PB-nin polis əməkdaşları olduqlarını bildirib adını, soyadını soruşub ondan şəxsiyyət vəsiqəsini təqdim etməyi xahiş etmişdirlər. Təqsirləndirilən şəxs isə onlara üzərində şəxsiyyət vəsiqəsinin olmadığını bildirmişdir. Həmin vaxt onun üzərində narkotik vasitə olduğundan oradan uzaqlaşaraq yayınmaq istədikdə həmin şəxslər onun hərəkətlərindən şübhələnmişdirlər. polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin 16cı PB-nə getməklərini bildirmişdirlər. Ona hüquqlarını izah edib, müdafiəçi dəvət edilmiş və Nərimanov RPİ-nin 16-cı PB-nə gətirmiş əməkdaşların iştirakları ilə üzərində axtarış və götürmə aparmağa başlanılmışdır. Üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi təklif edildikdən sonra əynində olan göy rəngli cins şalvarının sağ kiçik cibində olan 01 ədəd siqaretin gümüşü kağızına bükülü narkotik vasitə olan heroini könüllü təqdim etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, həm Göyçay şəhərində, həm də Bakı şəhərində saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir şiddət və təzyiqə məruz qalmamışdır. Narkotik vasitəni öz itifadəsi üçün əldə etmişdir. Əməlindən peşmançılıq hissi keçirir. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Göyçay Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması, daşıması və dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən şöbənin əməliyyat aparatına məlumat daxil olmuşdur. Bununla əlaqədar əməliyyat tədbirinin həyata keçirilməsinə dair tərəfindən qərar qəbul edilərək əməliyyat tədbirini həyata keçirməyə başlamışdır. Qabaqcadan hazırlanmış plana əsasən o, tədbirə cəlb edilmiş şöbənin digər əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə 06 noyabr 2022-ci il tarixdə, saat 15:00 radələrində ünvan 1 ünvanda Təqsirləndirilən şəxsı görüb piyada hərəkət edən zaman saxlanılaraq təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Göyçay RPŞ-nin inzibati binasına gətirilmişdir. Daha sonra ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçi dəvət olunmuş, üzərində olan əşyaları çıxarıb təqdim etməsini təklif edilmiş və Təqsirləndirilən şəxs göy rəngli şalvarının sol yan cibindən 01 ədəd sellofana bükülü aşkarlanmışdır. Bundan sonra bükülü içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılaraq üzəri imzalanmışdır. Video-çəkiliş vasitəsilə aparılan təqsirləndirilən şəxsin üzərinə keçirilmiş axtarı-götürmə protokollaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və Göyçay RPŞ-nin KTQ-nin kiçik inspektoru Əliyev X8 Zakir Rza oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verərək qeyd edilən faktı bir daha təsdiqləmişdirlər. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlib şahid qismində ifadə verməyən Şahid4 ifadəsi və Şahid5 ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmədə tədqiq edilmiş “Cinayət törətməkdə şübhəli şəxsin tutulması” haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:40 radələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü tarixli protokoldan və DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol ön kiçik cibində olan 01 ədəd tapmış olduğu bükülüdə narkotik vasitə olan heroini könüllü təqdim etmişdir. Polis əməkdaşı təqdim etdiyi içərisində heroin olan 01 (bir) ədəd bükülünü zərfə qoyaraq qablaşdırıb və möhürləməklə götürərək bu barədə protokol tərtib etmişdir. Təqsirləndirilən şəxs və hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokolu imza etmişdirlər. Məhkəmədə tədqiq edilmiş ********* nömrəli cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 07 noyabr 2022-ci il tarixli, 17/827 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs” imza” sözləri və imzlaraı olan qeyd edilmiş kağız paketdə bir ədəd qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,197 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatının dəyəri 69,10 manatdır. Məhkəmədə tədqiq edilmiş “Cinayət törətməkdə şübhəli şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ********* saylı cinayət işi ilə bağlı Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:15 radələrimdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü tarixli protokoldan və DVD diskdən görünür ki, ********* saylı cinayət işi ilə bağlı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan kiçik cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan siqaretin gümüşü rəngli kağızma bükülmüş 01 ədəd bükümü təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi bükümün içərisində maddə hesab olunan “kakos” adı ilə tanınan heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni xx.xx.2023-cü il günorta saatlarında Papanin adlanan yerdə anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən 10 manata almışdır. Həmin narkotik maddəni əynində olan göy rəngli şalvarın sağ yan kiçik cibinə qoyaraq öz istifadəsi üçün saxlamışdır. Bu gün, yəni xx.xx.2023-cü il tarixdə saat 16:15-də Nərimanov rayonu 2-ci Şimal Şitilliyi 30 nsaylı ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş maddə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırıldı, 218 nömrəli möhürlə möhürləndi. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-376/2023 saylı qərardan aydın olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni 03 (üç) ay müddətinə, həsb qətimkan tədbiri seçilməklə həbsetmənin əvvəli 15 mart 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 mart 2023-cü il tarixli, 6/1958 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Aq.Nurlan” imza” sözləri və imzları olan qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 0,170 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə tədqiq edilmiş cinayət işinin icraata qəbul edilməsi və cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 18 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayətt işinə birləşdirilərək cinayət işinin ********* nömrəsi altında ibtidai istintaqı davam etdirilmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx.xx.2023-cü il tarixli, 2434 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılıllıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Hal-hazırda Təqsirləndirilən şəxs üçüncü dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsəünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci i tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada “erion qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhəri İnzibati ərazi Dairəsi üzrə nümayəndəliyinə ünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 11 ünvanda yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi X3, X4, X5, X2 ibarətdir. Məhkəmədə tədqiq edilən “Maddi sübut kimi tanıma haqqında” 18 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə bağlı təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkdar edilərk götürülmüş tədiqatdan sonra qalıq qalmış 0,120 qram narkotk vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Nərimanov RPİ-nin MSSK-na təhvil verilmişdir. Məhkəmədə tədqiq edilən maddi sübut kimi tanında maqqında 04 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə bağlı təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkdar edilərk götürülmüş tədiqatdan sonra qalıq qalmış 0,147 qram narkotk vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Göyçay RPŞ-nin MSSK-na təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 10 may 2023-cü il tarixli qərardan görünür ki, ci ********* nömrəli cinayət işi üzrə 02 (iki) ədəd DVD disk maddi sübut kimi tanınmış və Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, əvvəllər məhkum olunmuşdur. Belə ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə islah işləri cəzası təyin edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 ay, 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. xx.xx.2015-ci il tarixində cəzasının sonu ilə azad olunmuşdur. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. xx.xx.2017-ci il tarixində cəzasının sonu ilə azad olunmuşdur. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. xx.xx.2019-ci il tarixində cəzasının sonu ilə azad olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin 1(006)-306/2020 saylı xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-cü maddəsində nəzərdə tulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəza 06 ay müddətinə azaldılmışdır. Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 01 ay 09 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağdaş Rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 7(011 )-619/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasının 8 noyabr- Zəfər Günü münasibətilə amnistiya tətbiq edildikdən sonra çəkilməmiş qalan 01 ay 09 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin 7(011)-619/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı üzrə cəzasını xx.xx.2022-ci il tarixdə tam olaraq çəkib qurtarmış və üzərində Ağdaş rayon İcra və Probasiya Şöbəsində heç bir öhdəlik qalmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində qanunvericiliyə əsasən cəzanı ağırlaşdıran hallarla yanaşı onun əvvəllər müxtəlif məzmunlu cinayət əməlləri törətməklə azadlıqdan məhrumetmə cəzasına dəfələrlə məhkum olunmasına, eləcə də cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq yenidən birdən çox cinayət əməli törətməsi onun islah yoluna qədəm qoymaması kimi qiymətləndirilməli və bu hallar şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun əvvəllər CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq yenidən eyni məzmunlu cinayət törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, X7 hazırki cinayət əməllərini Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-306/2020 saylı xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)- 619/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə 01 ay 09 gün vaxtından əvvəl şərti azad olunduğu müddətdə törətmişdir. Bu səbəbdən, CM-nin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv olunmalı və CM-nin 67.1-ci maddəsinə əsasən qeyd edilən cəzanın çəkilməmiş hissəsi hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (06-08 noyabr 2022-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-306/2020 saylı xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-619/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə 01 ay 09 gün vaxtından əvvəl şərti azad olunduğu müddət ləğv edilməli, həmin cəzanın çəkilməmiş hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 15 mart 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmuş, İİİ dərəcəli əlil olması ilə bağlı narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün olmadığından ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 0,120 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübut - Göyçay rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 0,147 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 2 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 124 manat 10 qəpik Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X6, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylıVəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (06-08 noyabr 2022ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 1 (bir) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-306/2020 saylı xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) ay 09 (doqquz) gün vaxtından əvvəl şərti olaraq azad edilməsi ləğv olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 1(006)-306/2020 saylı xx.xx.2020-ci il tarixli hökmü iilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) ay 09 (doqquz) gün hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və onun üzərində qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmənin əvvəli 15 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 0,120 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübut - Göyçay rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 0,147 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 2 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri 124 manat 10 qəpik Təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X6, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-295/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-295/2023
04.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver