Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-297/2020 25.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 01 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Howo ZZ3407N3267W” yük markalı, Az **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu Ziya Bünyadov prospekti ilə Koroğlu metrostansiyası istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olarkən həmin küçədə yerləşən 118 saylı ünvanın qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyə texniki imkanı olduğu halda, bu qaydaya əməl etməyərək idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə yolu soldan sağa asta yerişlə keçən piyada X4 vuraraq, ehtiyatsızlıqdan zərərçəkmiş M.Ə.Məmmədovun ölməsinə səbəb olan travmatik şok ilə müşayiət olunan sağ baldırın yuxarı 1/3-dən natamam travmatik amputasiyası, sağ baldır və sağ ayaq sümüklərinin açıq, qəlpəli mürəkkəb sınıqları, sağ baldırın və sağ ayağın geniş sahəli əzilmiş yaraları, sol pəncə sümüklərinin açıq sınıqları, sağ ağciyərin cırılması ilə müşayiət edilən doş qəfəsinin sağ yarsının İİ-Vİİ qabırğaların yerini dəyişən sınıqları, hemopnevmotoroksu, qarının küt travması, qaraciyərin cırılması ilə müşayiət olunan daxili qanaxma, alının tüksüz hissəsinin, sağ gicgah almacıq nahiyəsinin üst dodağın mərkəzinin ön səthinin, alt çənənin sol yarının, sol gicgah yanaq nahiyəsinin, sol qulaq seyvanının, sağ çiyin qurşağının, sağ bazunun, sağ saidin yuxarı üçdə birindən sağ əlin arxa səthinin, sağ qalça tininin, qasığın sağ yarısının, sağ budun orta üçdə birinin bayır və sağ baldırın yuxarı üçdə birinin, sol budun aşağı 1/3-nin ön və sağ diz oynağının ön səthinin sıyrıqları, qarının ön divarının sol yarsının qançırı xəsarətlərindən ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan bədən xəsarətləri yetirərək yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 01 radəldərində yük hissəsində təxminən 20 ton çınqıl daşı olan etibarnamə əsasında idarə etdiyi “Howo ZZ3407N3267W” yük markalı, Az **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Günəşli qəsəbəsinə getmək üçün Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Koroğlu metrostansiyası istiqamətində yolun soldan sağa doğru 2-ci hərəkət zolağı ilə hərəkət etmişdir. Həmin vaxt avtomobildə tək olmuşdur. Avtomobil saz vəziyyətdə, sürəti isə təxminən 40-50 km/saat olmuşdur. Ziya Bünyadov prospekti 118 ünvanında olan yeraltı tüneli keçib hərəkətini davam etdirmiş və tüneldən təxminən 200 metr eyni sürətlə yolun soldan sağa doğru 2-ci hərəkət zolağı ilə hərəkətdə olarkən təxminən 5-6 metr məsafədən bir piyadanın yol ayrıcından, yəni soldan sağa doğru asta yerişlə yolu keçməsini görmüşdür. Piyadanı gördükdə onu vurmamaq üçün əyləcdən istifadə edib sükanı sola çəkmişdir. Buna baxmayaraq həmin piyadanı avtomobilin qabaq sağ hissəsi ilə vurmuşdur. Piyadanı vurduqdan sonra avtomobili bir neçə metr hərəkət edib dayanmışdır. Avtomobildən düşüb piyadaya yaxınlaşmış və təcili yardıma zəng etmişdir. Bundan sonra polis əməkdaşları gəlib hadisə yerini müayinə etməyə başlamışlar. Son olaraq əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X10 izahatında göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə səhər saatlarında ona Kürdəmir RPŞ-dən qardaşı Məhəmməd Məmmədovun xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayon ərazisində avtomobil vurulması nəticəsində öldüyü barədə məlumat verilmişdir. Bu məlumatı aldıqdan sonra o, Bakı şəhər Nərimanov rayon Polis İdarəsinə gəlmiş və həqiqədən də qardaşının xx xxxx 2020-ci il tarixdə Nərimanov rayon ərazisində “Howo” markalı avtomobil tərəfindən vurulmasını öyrənmişdir. Qardaşının meyitinin şəxsiyyəti meyitindən götürülmüş barmaq izləri ilə müəyyən edilmişdir. O, hadisənin hansı şəraitdə baş verməsini görməmiş və bu barədə məlumatı olmamışdır. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın aradan qaldırıldığını, təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim edərək, təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli, 2/9972 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında Akt”dan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin QİŞ (2 səyyar Asan x.m.) tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AC seriyalı 450775 nömrəli sürücülük vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs BC kateqoriyalı sürücüdür; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin QİŞ tərəfindən xx.xx.2015ci il tarixdə verilmiş AC seriyalı 611896 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin sürətindən görünür ki, **-XM-*** dövlət qeydiyyat nişanlı, “Howo ZZ3407N3267W” yük minik markalı nəqliyyat vasitəsinin sahibi X6r; “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X8 mülkiyyətində olan **-XM-*** dövlət qeydiyyat nişanlı, “Howo ZZ3407N3267W” yük minik markalı nəqliyyat vasitəsinə dair nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini xx.xx.2023-cü il tarixədək Təqsirləndirilən şəxs etibar etmişdir; “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov rayon X12 şöbəsinin müstəntiqi, X2 Zakir Kəlbəli oğlunun, hal şahidlərinin iştirakları ilə xx.xx.2020-ci il tarixdə saat təxminən 01 radələrində Bakı şəhəri, Nərimanov rayonu Z.Bünyadov prospekti 118 ünvanında piyadanın avtomobillə vurulması ilə əlaqədar sürücü Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi “Howo ZZ3407N3267W” yük markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirmişdir. Avtomaşına baxış keçirilən zaman aşağıdakılar müəyyən olunmuşdur: avtomobil 2007-ci il buraxılışlıdır, qırmızı metalik rənglidir, “Howo ZZ3407N3267W” yük markalıdır, avtomobilin üzərində **-XM-*** dövlət qeydiyyat nişanı vardır. Avtomobilin qabaq sol hissəsində boyanın qopma izləri müəyyən olunur. Yük hissəsində bort boyu çınqıl daşı vardır, üzəri tentlə örtülmüşdür. Avtomaşının sükan, tormoz və idarə etmə mexanizmi saz, həmçinin işlək vəziyyətdədir. Sürücü Təqsirləndirilən şəxs bildirmişdir ki, idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə piyadanı vurmuşdur; “Meyitin tanınması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov rayon X12 şöbəsinin müstəntiqi X1 Tərlan Əfqan oğlunun iştirakı ilə Məhkəmə-Tibbi Ekspertiza və PA-ETTB-nin Nərimanov rayon söbəsinin meyitxanasında şəxsi tanınma keçirmişdir. Tanıyan şəxs X10 təqdim edilən naməlum kişi cinsli meyiti nəzərdən keçirib göstərdi və bildirdi ki, ona təqdim edilmiş kişi cinsli meyit qardaşı xx.xx.1989-cu il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Kürdəmir şəhəri, H.Əliyev küçəsi ev 5-də qeydiyyatda olan və yaşayan X5r; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Diskə baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X11 icraatında olan ********* saylı cinayət işi ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Növbətçi Hissələri İdarəetmə Xidmətindən təqdim edilmiş diskə Nərimanov RPİ-nin inzibati binasında xidməti otağımda personal kompyuter vasitəsi ilə baxış keçirmişdir. Təhlükəsiz Şəhər Xidmətinin TŞ 6-079 nömrəli kameralarının xx.xx.2020-ci il saat 01-dən 01:05-dək olan müddətədək videgörüntülərinə baxış keçirilmişdir. Baxış zamanı müşahidə kamrerasının 01 radələrində qeydə aldığı kadrda qaranlıq hava şəraitində ünvan 3 ünvanda bir nəfər kişi cinsli piyadanın yol ayrıcı ilə üzü Koroğlu istiqamətində sağa-sola doğru asta yerişlə hərəkət etməsi, daha sonra yolun Koroğlu istiqamətinə doğru soldan sağa doğru ikinci hərəkət zolağında qəza işıqları yanaraq dayanmış yük avtomobilinin və bir qədər arxada piyadanın yerdə uzanmış vəziyyətdə olması, həmçinin digər nəqliyyat vasitələrin dayanması müəyyən olunmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-cu il tarixli, 8/1039 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “Howo ZZ3407N3267W” yük markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbacan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat təşkil edir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X17- Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2020-ci il tarixli, 68 nömrəli meyitin ekspertizası rəyindən görünür ki, X3 meyitinin məhkəmə- tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - travmatik şok ilə müşayiət olunan sağ baldırın yuxarı 1/3-dən natamam travmatik amputasiyası, sağ baldır və sağ ayaq sümüklərinin açıq, qəlpəli mürəkkəb sınıqları, sağ baldırın və sağ ayağın geniş sahəli əzilmiş yaraları, sol pəncə sümüklərinin açıq sınıqları, sağ ağciyərin cırılması ilə müşayiət edilən doş qəfəsinin sağ yarısının İİ-Vİİ qabırğalarının yerini dəyişən sınıqları, hemopnevmotoroksu, qarının küt travması, qaraciyərin cırılması ilə müşayiət olunan daxili qanaxma, alının tüksüz hissəsinin, sağ gicgah almacıq nahiyəsinin, üst dodağın mərkəzinin ön səthinin, alt çənənin sol yarının, sol gicgah yanaq nahiyəsinin, sol qulaq seyvanının, sağ çiyin qurşağının, sağ bazunun, sağ saidin yuxarı üçdə birindən sağ əlin arxa səthinin, sağ qalça tininin, qasığın sağ yarısının, sağ budun orta üçdə birinin bayır və sağ baldırın yuxarı üçdə birinin, sol budun aşağı 1/3-nin ön və sağ diz oynağının ön səthinin sıyrıqları, qarının ön divarının sol yarısının qançırı. Bu xəsarətlər həyatidir, ölümündən az əvvəl küt əşyanın (əşyaların) təsirindən törənmişdir, belə ki, qərarın təsviri hissəsində göstərilən yol-nəqliyyat qəzası nəticəsində törənə bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə canlı şəxslərdə sağlamılığa ağır zərər vurmanın əlamətlərini daşıyır. X3 ölümünə səbəb sağ aşağı ətrafın bud nahiyəsindən natamam travmatik amputasiyası nəticəsində baş vermiş travmatik şok olmuşdur. Ölümün baş vermə müddəti, meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 10-12 saat əvvələ uyğun gəlir, bu da meyit əlamətləri ilə öz təsdiqini tapır. X3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı - 0,5%-dir. Etil spirtinin qatılığı obyektin çürüməsi ilə əlaqədar nisbi hesab edilir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər, (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir. Qeyd: Etil spirtinin təyinatı ilə bağlı cihazda olan nazaslıq səbəbindən nəticə gecikdirilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2020-ci il tarixli, 016- 75399-1220 nömrəli məktubundan görünür ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən xx.xx.1958-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə AC seriyalı 450775 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur; “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə yol-nəqliyyat hadisəsi yerinə baxış protokolu, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadələri, məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyinin Nərimanov rayon şöbəsinin verdiyi xx.xx.2020-ci il tarixli, 68 №-li rəy, məһkəmə yol-nəqliyyat hadisələri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2020-ci il tarixli, 8/1039 №-li rəy, DİN-in BDYPİ-in Qeydiyyat-İmtahan Şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, 016-75399-1220 saylı məktub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2020-ci il tarixli, 2/9972 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə aktı və 1 ədəd disk iş sübut növü kimi qiymətləndirilmişdir. “Howo ZZ3407N3267W” yük markalı, Az **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü sahiblərinə təhvil verilməsi nəzərə alınmışdır; “Qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, hadisənin necə baş verdiyini əks etdirən videogörüntülər və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-cu il tarixli 8/1039 nömrəli məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çoxolmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: əməlindən peşman olmasını; yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Quba RİHB-nin Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli xasiyyətnamə); zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını (CM-in 59.1.12-ci maddəsi); ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X10 ilə barışmış, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmış və sonuncu tərəfindən ona qarşı şikayət və tələb olmamaqla yanaşı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirici hallar Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi CMin 263.2-ci maddəsi ilə həmin Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - hadisənin görüntüləri əks olunmuş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, “Howo ZZ3407N3267W” yük markalı, Az **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X15 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X19 tərəfindən təqdim edilmiş hesabatı iş materialları ilə qarşılıqlı surətdə nəzərdən keçirərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə 55 (əlli beş) iş saatının sərf edilməsi ilə razılaşmayaraq həmin müddəti ağlabatan hesab etmir və bu müddətin 20 (iyirmi) iş saatı olması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı müdafiəçi X13 iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - hadisənin görüntüləri əks olunmuş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - “Howo ZZ3407N3267W” yük markalı, Az **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X19 tərəfindən ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına (AZ-1033, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 98a, mənzil 4, hesablaşma hesabı - AZ39AİİB********************, “xxxxxxxxxxx” ASC-nin Nərimanov filialı, kod - 200093, VÖEN - **********) köçürülsün. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-297/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-297/2020
25.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver