Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-297/2023 19.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, Qubadlı rayonunun Mahmudlu kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdə, saat 22:56 radələrində “B1, B, C1, C” kateqoriyalı, BA 044197 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi **-BZ-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı minik avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, Vaqif prospekti ilə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti istiqamətinə doğru hərəkət edib Bakı şəhəri, Nərimanov rayonu, Vaqif prospekti ilə Ə.Ağaoğlu küçəsinin kəsişməsində 15-20 km/saat sürətlə sağa dönərək F.X.Xoyski prospektində yerləşən dayanacağa daxil olmaq istəyərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və 65-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı və hərəkət yolunda 4.1.1 düzünə hərəkət məcburi istiqamət yol nişanının olmasını nəzərə alaraq idarə etdiyi “Hyundai Elantra” markalı avtomobili yol ayırıcına daxil edərək sağa doğru dönmə əməliyyatı aparmamalı, hərəkət üçün təhlükəli şərait yaratmamalı və ona nisbətən sağ zolaq ilə hərəkətdə olan nəqliyyat vasitələrinə yol verdikdən sonra sağa doğru yerdəyişmə edərək icazə verilən yerdən sağa dönmə əməliyyatı aparmalı olduğu halda, qeyd olunan tələblərə əməl etməmiş və həmin yolun hərəkət istiqamətindən Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Tufan M50” markalı mopedin önünə çıxaraq, avtomobilin sağ arxa qapı hissəsi ilə mopedin toqquşması nəticəsində Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol almacıq sümüyünün yerdəyişməyən, sol maksilyar sinusun ön, arxa divarının yerdəyişən qapalı sınıqları ilə müşayiət olunan sol gözaltı və almacıq nahiyyələrinin, ağrı simptomu və bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağının yumuşaq toxumalarının şişkinlik halında əzilmələri-qançırları xəsarətləri ilə müşayiət edilən və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin təxminən sentyabr ayında etibarnamə əsasında **-BZ-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı minik avtomobilini əldə edərək idarə etməyə başlamışdır. Həmin avtomobili ilə şəxsi işləri üçün istifadə edərək idarə etmişdir. 24 noyabr 2023-cü il tarixdə saat 22:56 radələrində etibarnamə ilə idarə etdiyi **-BZ-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı minik avtomobili ilə tanışı Səmra adlı şəxsin minik avtomobilinin ön sərnişin hissəsində əyləşərək Bakı şəhəri, Nərimanov rayonu, Vaqif prospekti ilə yolun sağından 2-ci zolağı ilə hərəkətdə olarkən, sağa Bakı şəhəri, Nərimanov rayonu, Vaqif prospekti istiqamətinə dönmək üçün zolağı dəyişib F.X.Xoyski prospektində yerləşən dayanacağa daxil olmaq üçün avtomobili sağ tərəfə hərəkətinə saatda 15-20 km/saat sürətlə davam edib həmin dayanacağa daxil olmaq istəyərkən avtomobilin sağ arxa qapı hissəsinə qəflətən zərbə dəydiyi üçün avtomobilin hərəkətini dərhal dayandıraraq avtomobildən düşərək baxdıqda ona məxsus avtomobilə döndüyü zaman Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti ilə hərəkətdə olan moped sürücüsü ilə toqquşmuşdur. O, dərhal həmin toqquşaraq xəsarət almış, tanımadığı şəxsə yaxınlaşaraq baş vermiş hadisə zamanı ətrafdan toplaşmış tanımadığı şəxslərin köməkliyi ilə həmin şəxsə ilkin yardım göstərmişlər. Bundan sonra onun həyəcanlı olması səbəbindən idarə etdiyi avtomobili dayanacaqda saxlayaraq həmin ətrafa toplaşmış şəxslərin köməkliyi ilə xəsarət almış moped sürücüsünü tanımadığı şəxsin avtomobilinə qoyaraq dərhal ünvan 2 ünvanında yerləşən “1 saylı X7” aparmışlar və orada həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilərək müayinə olunmuşdur. Xəstəxanadan hadisə yerinə geri qayıdaraq bu barədə polisə məlumat vermişdir. Bu səbəbdən də hadisə yerinə gəlmiş polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək, izahatını vermək üçün polis idarəsinə getmiş və baş vermiş hadisə ilə bağlı sərxoşluq vəziyyətinin müayinəsi olunmuşdur. Bundan sonra 25 noyabr 2022-ci il tarixdə xəsarət almış şəxsin yanına xəstaxanaya getmiş, orada onun anasını görüb maddi yardım kimi 100 manat pul ödəmişdir. Bundan əlavə də, hər dəfə ora gedəndə etdiyi bazarlıqlar toplam olaraq ümumilikdə 100 manat məbləğ tutmuşdur. Bundan sonra, anası və özü ondan əlavə ödənişlər istədikləri səbəbindən onun vəziyyətində imkan vermədiyi üçün və atasının xəstə olması səbəbindən həmin ödənişləri edə bilməmişdir. O, həmçinin bildirmişdir ki, hadisə baş verəndə o, idarə etdiyi avtomaşında tanışı Səmra adlı şəxs ilə olmuş, həmin şəxs isə tək olmuşdur. Hadisə baş verəndə avtomobildə sərnişin olan tanışı Səmra adlı şəxs və həmin yerdə dayanan tanımadığı şəxslər və həmin yerdən keçən şəxslər şahid olmuş, onların heç birini tanımamışdır. O, hadisə baş verəndə dönmə hərəkəti aparmaq istədiyi üçün surəti aşağı olmuş, yəni təxminən 15-20 km/saat sürətlə dönmə hərəkəli etmişdir. Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş maddi zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin təxminən dekabr ayından “UBER” adlı şirkətdə onlayn sifariş olunmuş məhsulları daşımaqla kuryer vəzifəsində işləməyə başlamışdır. Bu işi o, “Tufan M50” adlı moped ilə həyata keçirmişdir. 24 noyabr 2022-c i il tarixdə, saat 22:56 radələrində etibarnamə ilə idarə etdiyi “Tufan M50” marka ı mopedlə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti ilə hərəkət edərək “Gənclik Mall” adlı ticarət mərkəzi tərəfə keçərək dayanmaq üçün dönmə işıqlarını sağa yandıraraq hərəkətdə olduğu zaman Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti ilə Ə.Ağaoğlu küçəsi ilə kəsişməsi olan yerdə, Vaqif prospekti ilə hərəkətə olan yol hissəsində qəflətən qarşısına çıxan avtomobil mopedinin ön sol hissəsinə çırpılmış və baş vermiş toqquşmadan o, yıxılaraq xəsarət almışdır. Baş vermiş hadisədən aldığı xəsarətdən sonra keçirdiyi zərbədən baş verənlərin xronoloji ardıcıllığın xatırlamamışdır. Lakin, hadisə baş verəndən sonra hadisə yerinə toplaşan şəxslərin və onunla toqquşan **- BZ-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı minik avtomobilinin sürücüsünün köməkliyi ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov 1 ünvanında yerləşən “1 saylı X9”ə aparmışlar. Sonradan hadisənin tam olaraq necə baş verdiyini öyrənmişdir. Bundan sonra, 25 noyabr 2022-ci il tarixdə onu avtomobili ilə vuraraq xəsarət yetirmiş şəxs xəstəxanaya yanına gələrək, anasını görüb maddi yardım kimi 100 manat pul ödəmişdir. Lakin, bundan sonra onun idarə etdiyi “Tufan M50” markalı mopedə təxminən 500 manat, hadisə baş verən zaman yararsız hala düşmüş dəyəri 600 manat olan “Samsung A13” markalı mobil telefon yerə çırpıldığı səbəbindən ona 250 manat zərər dəymiş, bundan əlavə 40 gün müalicə alaraq iş qabiliyyətini itirdiyi səbəbindən 1500 manat ümumilikdə isə 2250 manat maddi ziyan dəymişdir. Bildirmişdir ki, hadisə baş verəndə o, idarə etdiyi mopeddə tək olmuş, lakin avtomaşının sürücüsünün tək olmadığını sonradan öyrənmişdir. Hadisə baş verəndə həmin yerdə dayanan tanımadığı şəxslər hadisənin şahidi olmuşlar. O, hadisə baş verəndən öncə təxminən 20-30 km/saat surətlə hərəkət etmişdir. Avtomobil onu vurarkən görmədiyindən surətini bilməmişdir. Məhkəməyə ərizə təqdim edərək əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri tamamilə ödəmişdir, onun Təqsirləndirilən şəxs qarşı şikayəti, iddiası və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 25 noyabr 2022-ci il tarixli, 2/39171 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə törədərkən ayıq vəziyyətdə olmuş, alkoqol qəbulu əlamətləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 28 noyabr 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin” surətindən görünür ki, **-BZ-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı avtomobil X4 məxsusdur. xx.xx.2022-ci il tarixdə X5 tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, **- BZ-*** dövlət qeydiyyat nişanlı, 5NPDH4AE9DH319109 ban nömrəli, “Hyundai Elantra” minik avtomobilinin idarə edilməsi Təqsirləndirilən şəxs etibar edilmişdir. BA seriyalı, 044197 nömrəli sürücülük vəqisəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsinə sahibdir. Sürücülük vəsiqəsinin verilmə tarixi xx.xx.2022-ci ildir və xx.xx.2032-ci ilə qədər etibarlıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli, 1307 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol almacıq sümüyünün yerdəyişməyən, sol maksilyar sinusun ön, arxa divarının yerdəyişən qapalı sınıqları ilə müşayiət olunan sol gözaltı və almacıq nahiyələrinin, ağrı simptomu və bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağının yumşaq toxumalarının şişkinlik halında əzilmələri-qançırları-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov RPİ-nin 17 yanvar 2023-cü il tarixli, 50/2-1297 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Həmin sürücülük vəsiqəsi xx.xx.2032-ci il tarixədək aktivdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2023-cü il tarixli, 8/425 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Tufan M50 markalı mopedin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə toqquşmanın qarşısını almağa imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Hyundai Elantra markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və 65-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 128 manat təşkil edir. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 18 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində qərar qəbul olunması və ona həmin maddə ilə ittiham elan edilməsi, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi, hadisəni özündə əks etdirən bir ədəd DVD diskin iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Ona dəymiş zərər ödənmişdir. Məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 128,0 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə maddi sübut – 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 321, 321.2.1 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 128,0 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatı üçün cəmi 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan elan edildiyi gündən 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-297/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-297/2023
19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver