Məhkəmə qərarları › İş №1(005)-298/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-298/2022

14.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-298/2022 14.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X1 iştirakları ilə xx.xx.1986-cı ildə Tovuz rayonu Düz Qırıqlı kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, məhkum olunmuş, Tovuz rayonu, Düz Qırıqlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 eribardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə, Zərərçəkmiş şəxs qardaşı X2 Azərbaycan Respublikası CM-niıı 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsində olan cinayət işi üzrə məhkəmə zamanı məhkəmə zalından azad ediləcəyi adı ilə yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs oğlundan vahid niyyətlə xx.xx.2017-ci il tarixdə saat 20 radələrində Nəsimi rayonu, Cavadxan küçəsi 3005-ci məhəllədə yerləşən M.Əcəmi metrostansiyasınm çıxışının qarşısında 10.000 manat pulunu, xx.xx.2017-ci il tarixdə saat 14 radələrində Nərimanov rayonu, Təbriz küçəsi 116 ünvanda yerləşən "Metro park" ticarət mərkəzinin qarşısında 9000 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 19.000 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq elmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X4 ona CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2011-ci ildən Topaz mərc oyunlarda külli miqdrada pul vəsaitləri uduzduğu üçün həmin ildən etibarən bir çox şəxslərə borcu yaranmışdır. Bu səbəbdən həmin illərdən etibarən məcburiyyət qarşısında müəyyən şəxslərin etibarından sui istifadə edib pullarını ələ keçirmişdir və bir neçə dəfə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə məhkum edilmişdir. 2017-ci ilin tarixdən Zərərçəkmiş şəxs adlı şəxsi tanımışdır. Belə ki Zərərçəkmiş şəxs sonuncunun qaynı Azər Əliyevin əsgər yoldaşı imiş. Həmin ərəfələrdə o Nəsimi rayonunda. M.Əcəmi melrostansiyası yaxınlığında çayxana işlədirmiş və Azər Məhərrəmlə birgə həmin çayxanaya gəlib gedirmiş. Özümü Məhərrəmə polis əməkdaşı kimi təqdim etmişdir. 2017-ci il aprel ayında Məhərrəmlə söhbət etdiyi zaman o bildirmişdir ki, onun qardaşı Baş Prokurorluğun yanında korrupsiyaya qarşı mübarizə baş idarəsində istintaqı aparılan cinayət işi üzrə həbs edilib və işi Bakı Ağır cinayətlər məhkəməsindədir. 2017-ci ilin yay aylarında borcları yığıldığı üçün və pula ehtiyacı olduğu üçün Məhərrəmə bildirmişdir ki ona bu işdə köməklik edə bilər və qardaşını məhkəmə zalından azad etdirə bilər. Məhərrəm həmin ərəfədə demişdir ki qardaşının işinin həlli üçün hansısa vəkilə 19.000 manat pul vermişdir. Sonuncunun təkidi ilə Məhərrəm 19.000 manat pulu vəkildən geri almışdır. 2017-ci ılııı sentyabr ayının 10-da Məhərrəm Nəsimi rayonunda, M.Əcəmi m- su yaxınlığında sonuncunun işlətdiyi çayxanada ilkin olaraq Məhərrəm 10.000 manat pul vermişdir. Bundan bir neçə gün sonra 17 sentyabr 2017-ci il tarixdə Məhərrəmlə danışıb saat 14 radələrində ünvan 2 ünvanında yerləşən Metro Park ticarət mərkəzinin önündə görüşdük və orada Məhərrəm qalan 9.000 manat pulu vermişdir. 2017-ci ilin oktyabr ayında bir neçə şəxsdən işə düzəltmək adı ilə pul alıb aldatdığı üçün həbs edilmişdir. 2017-ci ilin dekabr ayında həbsdən azad edilmişdir. Həbsdən azad edildikdən sonra anası bildirmişdir ki. Məhərrəm şikayət etmək istəyir, anası və qaynı Azərin atası Şahmar Əliyev şikayətin qarşısını almaq üçün Məhərrəmin yaşadığı mənzilə getmişlər və pulu ödəyəcəyimi bildirmişlər. 2021-ci ildə Məhərrəm sonuncudan Korrupsiyaya qarşı mübarizə idarəsinə şikayət etdiyi üçün həmin vaxtı Yasamal rayonu 29-cu PŞ-də işləyən tanışı Rüfət ona ziyanı ödəməyini məsləhət görmüşdür. 2021-ci ilin iyun ayında 6.000 manat pulu Rüfətə vermişdir ki, onun adından Korrupsiyaya qarşı mübarizə idarəsində pulu ödəsin. Dəymiş ziyanın bir qismi yəni 6.000 manat ödənildikdən sonra o, Korrupsiyaya qarşı mübarizə idarəsində izahat vermişdir. Bundan sonra iş Nəsimi Rayonu Polis idarəsinə göndərilmişdir, hazırda o Məhərrəmdən aldığı 19000 manat pulu tam olaraq ona geri qaytarmışdır.Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. Şahid1 onun tanışıdır. Rüfət ona 2021-ci ilin iyun ayının axırlarında zəng edərək işdən çıxa bilmədiyi üçün Korrupsiyaya qarşı mübarizə baş idarəsinə getməsini və orada bir nəfər zərərçəkmiş şəxsə 6000 manat pul verməsini xahiş etmiş və ona bildirmişdir ki, həmin 6000 manat həmin idarənin işçisi Elçin adlı şəxsdədir. O da düşünmüşdür ki, əgər hüquq mühafizə orqanı özü zərərçəkmiş şəxsə pul qaytarılması üçün hər hansısa tədbir görürsə deməli bu qanunidir, həm də insanpərvərlikdir. Bundan sonra o, həmin idarəyə getmiş, orada Elçin adlı əməliyyat müvvəkkili ilə otağında görüşmüşdür. Elçin müəllim ona konvertdə ona 6000 manat pul vermiş və o həmin pulu Elçin müəllimin tapşırığı ilə onun otağında gördüyü 20-23 yaşlarında cavan bir oğlana Karrupsiya İdarəsinin qarşısında vermişdir. Həmin şəxs də kiməsə zəng edib 6000 manat olmasını desə də, telefona cavab verən tanımadığı şəxs: ‘*elə bu?'*- sözünü demişdir. Bundan sonra o, öz evinə gəəmiş və pulu cavan bir oğlana verdiyini Şahid1 demişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Zərərçəkmiş şəxs isə onun tanışıdır. Məhərrəm özü hərbiçidir. xx.xx.2021 -ci il tarixdə Məhərrəm ona zəng edərək demişdir ki, hazırda Bakı şəhərində deyil və ondan xahiş etmişdir ki, Korrupsiyaya qarşı mübarizə baş idarəsinə getsin, orada onun aldanılması barədə cinayət işi vardır. Onu aldadıblar və ona dəymiş zərərin müəyyən miqdarını verəcəklər. O, da Məhərrəmə nə qədər pul verilməli olduğunu bilməmişdir. Məhərrəmin zəngindən sonra o, qeyd olunan idarəyə getmiş, həmin binaya çatanda onu həmin binaya buraxmamışlar, o, binanın koridorunda olanda həmin binadan 50-55 yaşlı arıq bədənli əlində zərf olan kişi çıxmış, həmin əlindəki zərfi polisin və kameraların qarşısında açmasını bildirsə polislər buna imkan verməmiş və həmin şəxs çıxdığı idarənin qarşısında zərfi açıb içərisində olan 6000 manat pulu sayıb ona vermişdir. O, da həmin 6000 manat pulu 3-4 gün sonra Məhərrəm Bakı şəhərinə gələndə onun özünə vermişdir. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs və Şahid1 məhkəmə iclasına gəlməmişdir. Cinayət prosesi iştirakçılarının razılığı ilə onların məhkəmə istintaqında onların ibtidai istintaqda vermiş olduqları ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin materiahna əlavə olunmuş bir ədəd DVD diskində olan görüntüyə və Zərərçəkmiş şəxs ilə "İsmayıl" adlı şəxs arasında danışıq dialoqları tərəfindən mobil telefondan diskə köçürülmüş 01 ədəd DVD diskinə baxış keçirilmiş, diskdə bir görüntü və Zərərçəkmiş şəxs ilə "İsmayıl" adlı şəxs arasında danışıqları vardır, diskdə olan görüntü və danışıq dialoqu 2 fraqmentdən ibarətdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, X4 əvvəllər məhkum olunmuşdur. İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-108/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə X4 AR CM-nin 178.2.2 maddəsi ilə təqsirli bilinib CM-nin 69.4 maddəsinə əsasən 2.500 manat cərimə cəzasına məhkum edilib. İşdə olan Tovuz Rayon İcra və Probasiya Şöbəsinin 26 may 2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-108/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə X4 ona təyin olunmuş 2.500 manat cəriməni tam ödəmiş və şöbənin qeydiyyatından çıxarılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokoldan görünür ki, X4 həmin gün saat 12:30da saxlanılaraq Nərimanov RPİ-nə təhvil verilmişdir. İşdə olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-104/2022 saylı qərarından görünür ki, X4 barəsində 01 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 fevral 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin ərazi aidiyyatı üzrə göndərilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cənayət işi ərazi aidiyyatı üzrə Nərimanov RPİ-nə göndərilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış 15 mart 2022-ci il tarxili qərardan görünür ki, X4 ona dəyən zərəri tam ödəmişdir. X3 qarşı iddiası və şikayəti yoxdur, gələcəkdə də olmayacag. İşdə olan Bakı şəhəri Nərmanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-351/2022 saylı qərarından görünür ki, X4 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığı müddəti 07 aprel 2022-ci il tarixədək müəyyən edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Sübutların qiymətləndirilməsi haqqında 07 aprel 2022-ci il tarixli qərardan görünür ki, 1 ədəd DVD diski maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X4 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özü tərəfindən etiraf edilmiş, eləcə də mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək təqsirləndirilən şəxs X1 aldatma və etibardan sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxsə məxsus əmlakı ələ keçirməsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X1 əməli CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən məhkəmə onun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, zərərin tam ödənilməsini və zərərçəkənin ona qarşı şikayətinin olmamasını, törətdiyi əməli etiraf etməsini, himayəsində azyaşlı uşaqlarının olmasını yüngülləşdirici hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxs X1 əməllərində cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, X1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X4 CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 1 (bir) ay 20 gün (17 fevral 07 aprel 2022-ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut – 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. (CPM-132) Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən X1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X1 CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X1 həbsdə saxlanıldığı 1 (bir) ay 20 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay, 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın. X1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası X1 yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. X1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar