Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-299/2022 08.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2di yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in 1 siyahısına daxil edilən 5,009 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 29 sentyabr 2021-ci il tarixdə, saat 19:00-da ünvan 3 ünvanın qarşısında saxlanılıb qeyd olunan Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 2,710 qram və 2,299 qram olmaqla ümumilikdə 5,009 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1-də qeydiyyatda olmaqla ünvan 2di yaşayış evində yaşayır. Narkotik vasitə heroindən istifadə edir. X6 qohumu, Şahid9 və Şahid10 isə tanışıdır. 28 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Əhmədli” metrostansıyasının yaxınlığında gəzən zaman yerdə 02 ədəd şəffaf sellofan bükümün olmasını və bükümün içərisində tünd qəhvəyi rəngli maddənin olmasını görmüşdür. Həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bilib götürüb şalvarının cibinə qoymuşdur. Həmin bükümlərin içərisində olan narkotik vasitəni istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 29 sentyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində qohumu X6 və tanışları Şahid9, Şahid10 ilə asudə vaxtlarını Xətai rayonunda yerləşən “Premium” çay evində keçirmək qərarına gəlmişlər. Artıq saat 19:00 radələrində Xətai rayonu, N.Tusi küçəsində yerləşən “Premium” çay evinin qarşısında olan zaman 7-8 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun və Etibar Ələkbərovun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barələrində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə heroin vardır. Bundan sonra polis əməkdaşları onu və yanında olan Şahid9 ilə Şahid10 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində birinci olaraq Etibar Ələkbərovun üzərinə baxış keçirilmiş, baxış zamanı Etibar Ələkbərovun üzərindən iki ədəd sellofan bükülü aşkar edilmişdir. Həmin bükümlər polis əməkdaşı tərəfindən açılmış və içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Bundan sonra onun üzərinə baxış keçirilmiş, baxış zamanı o, üzərində gəzdirdiyi iki ədəd bükümü könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükülülərin içərisində narkotik vasitə olan heroin olmuşdur. Daha sonra polis əməkdaşları tərəfindən Şahid9 və Məhəmmədəli Rzayevin üzərlərinə baxış keçirilmiş, baxış zamanı onların üzərindən qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Tutduğu əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 29 sentyabr 2021-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5 fərdi yaşayış evində yaşayan X6 və ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsində fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etmələri, saxlama və daşımaları barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında raportla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin rəhbərliyinə məruzə edilərək X6 və Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 29 sentyabr 2021-ci il tarixli qərar qəbul edilmiş, əməliyyat qrupunun yaradılması ilə bağlı əmr verilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin gün Etibar Ələkbərov və Təqsirləndirilən şəxs olacağı Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsinə getmişlər. Qeyd olunan ünvanda bir qədər müşahidə apardıqdan sonra saat 19:00-da ünvan 8 ünvanında fəaliyyət göstərən “Premium” çay evinin qarşısında X6 və Təqsirləndirilən şəxs bənzər və digər 2 nəfər şəxsin birlikdə dayanmalarını görmüşlər. Həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər və onlara özlərini təqdim etmələrini bildirmişlər. Onlar özlərini təqdim edərək X6. Təqsirləndirilən şəxs, Şahid9 və Şahid10 olmalarını bildirmişlər. Etibar Ələkbərov və Təqsirləndirilən şəxs barələrində qəbul edilmiş “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar ilə tanış etmişlər. Bundan sonra Etibar Ələkbərov və Təqsirləndirilən şəxs yanlarında olan Şahid9 və Şahid10 ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə gətirmişlər. Baş X1 və Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edildikdən sonra onlar təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşlar. Sonra inzibati otaqların birində təhqiqatçı tərəfindən əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Etibar Ələkbərov və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış. Şahid9 və Şahid10 üzərinə baxış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs X5 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Etibar Ələkbərov şalvarının cibində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü və şalvarının sağ yan cibində 01 ədəd “Samsung” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Etibar Ələkbərov təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Etibar Ələkbərovun təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Etibar Ələkbərovun əynində olan şalvarın sol arxa cibindən 50 manat pul aşkar olunmuşdur. Şifahi sorğu zamanı şübhəli şəxs Etibar Ələkbərov üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddələri 28 sentyabr 2021-ci il tarixdə günorta vaxtı yaşadığı Bakı şəhəri. Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən avtobus dayanacağının yaxınlığından təsadüfən tapdığını və narkotik vasitəni özü istifadə etmək məqsədilə götürüb üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Etibar Ələkbərovun üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 50 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Etibar Ələkbərovun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Etibar Ələkbərovun üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs şalvarının cibində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, şalvarının sağ yan cibində olan 40 manat pulu və 01 ədəd “Samsung" markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddələri 28 sentyabr 2021-ci il tarixdə səhər vaxtı Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun “Əhmədli” stansiyasının yaxınlığından təsadüfən tapdığını və narkotik vasitəni özü istifadə etmək məqsədilə götürüb üzərində saxlayıb daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs onunla birlikdə saxlanılan X6 ilə qohum olduqlarını. Etibar Ələkbərovla bir-birlərinin üzərində narkotik vasitə olmasından məlumatlarının olmadığını qeyd etmişdir. Sorğu zamanı X9 Əliyevin dediklərini təsdiq edib bir-birilərinin üzərində narkotik vasitə olmasından məlumatlarının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 40 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış, baxış və götürmə aparılması prosesində iştirak edən Şahid9 üzərinə baxış keçirilmişdir. Baxış keçirilməsindən əvvəl Şahid9 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid9 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynində olan şalvarının sağ arxa cibində olan “İphone” markalı mobil telefonu, şalvarının sağ yan cibində olan “Vertu” markalı mobil telefonu və şalvarının sol yan cibində olan 30 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən Şahid9 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı Fariz X2 və Təqsirləndirilən şəxs ilə aralarında tanışlıq münasibətləri olduğunu, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını. Etibar Ələkbərovun və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından məlumatının olmadığını bildirmişdir. Baxış zamanı aşkar edilmiş 30 manat pul və mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etmədiyindən Şahid9 özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış, baxış və götürmə aparılması prosesində iştirak edən Şahid10 üzərinə baxış keçirilmişdir. Baxış keçirilməsindən əvvəl Şahid10 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid10 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynində olan şalvarın sağ yan cibində olan 20 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən Şahid10 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı Məhəmmədəli X4 və Təqsirləndirilən şəxs ilə aralarında tanışlıq münasibətləri olduğunu, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, Etibar Ələkbərovun və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından məlumatının olmadığını bildirmişdir. Baxış zamanı aşkar edilmiş 20 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Şahid10 özünə qaytarılmışdır. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları Şahid2, Şahid3, Şahid4, Şahid7 və Şahid8 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, ünvan 9 ünvanında qeydiyyatda olmaqla yaşayır. X6, Təqsirləndirilən şəxs və Şahid10 tanışıdır. 29 sentyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində X6, Təqsirləndirilən şəxs, Şahid10 ilə asudə vaxtlarını Xətai rayonunda yerləşən “Premium” çay evində keçirmək qərarına gəlmişlər. Belə ki, artıq saat 19:00 radələrində Xətai rayonu, N.Tusi küçəsində yerləşən “Premium” çay evinin qarşısında olan zaman 7-8 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları Etibar Ələkbərov və Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib barələrində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmişlər. Onlar hər ikisi üzərlərində narkotik vasitə heroin olmasını bildirmişlər. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində Etibar Ələkbərov və Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərlərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Etibar Ələkbərov şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, şalvarının sağ yan cibində olan 01 ədəd “Samsung" markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin bükümlər polis əməkdaşı tərəfindən açılmış və içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı həmin narkotik vasitəni yaşadığı ünvanın yaxınlığındakı avtobus dayanacağının yanından tapdığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellefon bükümdə narkotik vasitə heroin kağız zərfdə qablaşdırılıb qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmaqla möhürlənmiş və götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı o üzərində narkotik vasitə heroinin olmasını bildirib, əynində olan şalvarın sol yan cibindən 02 ədəd bükümü, şalvarının sağ yan cibindən 40 manat pulu və 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində narkotik vasitə heroin aşkar olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən üzərindən əlavə əşya və predmet aşkar edilməmişdir. Sorğu zamanı o, həmin narkotik vasitəni 28 sentyabr 2021-ci il tarixdə səhər vaxtı Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrostansiyasının yaxınlığından tapdığını və narkotik vasitəni özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Onlar hər ikisi bir-birinin üzərində narkotik vasitələrin olmasından məlumatlı olmadıqlarını və ayrı-ayrı yerlərdən taparaq üzərlərində saxladıqlarını bildirmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 02 ədəd bükümdə narkotik vasitə kağız paketə qoyularaq üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlənərək götürülmüşdür. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmişdir. Üzərində qanunla qadağan edilmiş əşya və predmetin olmadığını, narkotik vasitə və psixotrop maddələrdən istifadə etmədiyini bildirmişdir. Əynindəki şalvarın sağ arxa cibindən özünə məxsus “İphone” markalı mobil telefonu, şalvarın sağ yan cibindən “Vertu” markalı mobil telefonu, sol yan cibindən isə 30 manat məbləğində çıxarıb təqdim etmişdir. Baxış zamanı üzərindən əlavə əşya və predmet aşkar edilməmişdir. Daha sonra Şahid10 üzərinə baxış keçirilmişdir. Şahid10 üzərində qanunla qadağan edilmiş əşya və predmetin olmadığını, narkotik vasitə və psixotrop maddələrdən istifadə etmədiyini bildirmişdir. Əynindəki şalvarın cibində olan 20 manat məbləğində çıxarıb təqdim etmişdir. Baxış zamanı Şahid10 üzərindən əlavə əşya və predmet aşkar edilməmiş. 20 manat məbləğində pul isə iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Şahid9 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq şahidlər Şahid5 və Şahid6 məhkəmədə iştirak etməmişlər. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onların ibtidai istintaqda vermiş olduğu ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 29 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2021-ci il tarixdə, saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 29 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsilə aparılacağı barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının cibində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, şalvarının sağ yan cibində olan 40 manat pulu və 01 ədəd “Samsung” markalı mobil telefonu çıxardıb təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edildi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilmədi. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddələri 28 sentyabr 2021-ci il tarixdə səhər vaxtı Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun “Əhmədli” stansiyasının yaxınlığından təsadüfən tapdığını və narkotik vasitəni özü istifadə etmək məqsədilə götürüb üzərində saxlayıb daşıdığını bildirdi. Təqsirləndirilən şəxs onunla birlikdə saxlanılan X6 ilə qohum olduqlarını, Etibar Ələkbərovla bir-birilərinin üzərində narkotik vasitə olmasından məlumatlarının olmadığını qeyd etdi. Sorğu zamanı X9 Əliyevin dediklərini təsdiq edib birbirilərinin üzərində narkotik vasitə olmasından məlumatlarının olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Eyni zamanda aşkar edilmiş 40 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2021-ci il tarixli, 6/4317 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqat obyektləri təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN arayışlar üçün №6” dairəvi möhür əksləri olan iki ədəd zərfdə: -üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd sellefon bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,710 qram, 2, 299 qram ümumi təmiz çəkisi 5,009 qram olan qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli “Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 91,76 manatdır; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-985/2021 saylı, 01 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 29 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmişdir. “Maddi sübut hesab etmə haqqında” 01 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 4,909 qram çəkidə narkotik vasitə heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08 dekabr 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı RPİ-də Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə aparılan cinayət təqibinə CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir; Suraxanı RPİ-də də Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə aparılan cinayət təqibinə CPM-nin 40-cı maddəsi ilə xitam verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsinin Ambulator X3 01 oktyabr 2021-ci il tarixli, 3712 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi və təqsirləndirilən şəxslərin əməllərinin tövsif edilməsi haqqında” 04 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibinə xitam veriməklə CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi, 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-in 93.1.2), iş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş narkotik vasitə olan heroinin qalıq çəkisi məhv edilməli, bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132-ci), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 iş saatına görə 240 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 29 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş narkotik vasitənin qalıq çəkisi – 4,909 qram çəkidə heroin məhv edilsin. Cinayət işi üzrə maddi sübut – bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 91,76 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 iş saatı üçün cəmi 240 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-299/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-299/2022
08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver