Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-299/2023 08.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:00 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Bakı Şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs - X4, tərcüməçi X11 iştirakları ilə, xx xxxx 1975-ci il tarixdə İran İslam Respublikasının Ərdəbil şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, evli və 01 azyaşlı övladı olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşamış, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilən və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxil edilən, təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən üzərində «F/M40» yazısı həkk olunmuş bir ədəd narkotik vasitə metadon tərkibli dərman preparatını istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlayaraq daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 10 noyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 19:45-də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 137 saylı tam orta məktəbin qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı, təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən üzərində «F/M40» yazısı həkk olunmuş bir ədəd narkotik vasitə metadon tərkibli dərman preparatı sol çiyin nahiyəsindən asdığı qara rəngli dəri əl çantasının içərisindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən X9 ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmazdan təxminən bir ay əvvəl pilləkəndən yıxılaraq başından xəsarət almış və buna görə də ağrıları olmuşdur. Taksidə olduğu zaman tanımadığı şəxs ona iki ədəd dərman vermiş və ağrıkəsici olduğunu bildirmişdir. Həmin dərmanlardan birini istifadə etmiş, digərini isə ağrıları olduğu zaman istifadə etməsi üçün üzərində aşkar edilmiş çantaya qoymuşdur. Təxminən 2,3 ay əvvəl aldığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə aoyun alveri etmək üçün Sabunçu rayonunda “Oba” marketin qarşısında satıcılarla görüşdük, lakin razılığa gələ bilmədik və orada söz-söhbət düşdü. Həmin ərazidə olan zaman polis əməkdaşları yaxılaşmışlar, bir anlıq tanımadığı şəxsləri gördüyündən qaçmağa çalışmış və həmin vaxt yıxıldığını bildirmişdir. Daha sonra polis əməkdaşlının onu saxlayaraq polis əməkdaşları ilə Baş İdarəyə getmişdir. Polis idarəsində hüquqlarının müdafiəsi üçün ona müdafiəçi və tərcüməçi təqdim edilmiş, daha sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış, bu zaman o, çiyinindən asılmış əl çantasında saxladığı bir ədəd metadonu həbini çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı o, üzərimdən aşkar olunan metadon həbinin özümə məxsus olduğunu bildirmişdir. Həmin vaxt yıxıldığından və səhəti yaxşı olmadığından həmin metadon həbi İran İslam Respublikasında yaşayan əmisi oğlu Həmid vasitəsilə əldə etdiyi öz istifadəsi üçün saxladığını, söyləmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən heç bir əşya və ya predmet aşkar edilməmiş, bundan sonra aşkar olunmuş bir ədəd metadon həbi bir ədəd zərfin içərisində qablaşdırılıb götürülmüşdür. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o heç bir zaman narkotik vasitəsinin satışı ilə məşğul olmamış, bu yolla heç bir şəkildə qazanc əldə etməmişdir. Polis əməkdaşlarının üzərindən aşkar edərək götürmüş olduğu narkotik vasitəni ağırları olması səbəbilə şəxsi istfadəsi üçün tanımadığı şəxsdən əldə etmişdir. Polis İdarəsində İran İslam Respublikasında yaşayan qohumu vasitəsilə əldə etməsi barədə ifadəsini qorxduğu üçün vermiş, buna görə də məhkəmədə verdiyi ifadəsinin səmimi qəbul etdilməsini xahiş etmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir şiddət və təzyiq olmadığını bildirmişdir. İttiham olunan maddə ilə özünü təqsirli bilməyərək barəsində ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 10 noyabr 2022-ci il tarixdə Sumqayıt şəhərində uzun müddət yaşayan İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildikdən sonra baş idarə rəisinin əmri ilə əməliyyat qrupu yaradılmış və qrupun tərkibinə həmkarları Şahid1 və Şahid3 daxil edilmişdir. Bundan sonra əməliyyat tədbirinə başlanılmış və həmin gün Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində olması müəyyənləşdirilmiş və əməliyyat qrupunun üzvləri olaraq həmin yerə yollanmışlar. Həmin gün saat saat 19:45-də Təqsirləndirilən şəxs qəsəbə ərazisindəki 137 nömrəli orta məktəbin qarşısında tərəflərindən saxlanılmış, Təqsirləndirilən şəxs saxlanmasının əsaslarını izah edərək onlarla birlikdə Baş İdarəyə getməsinı təklif etmişlər. Təqsirləndirilən şəxs da ilk əvvəl qaçmağa cəhd göstərmiş daha sonra yıxılmışdır, bundan sonra etiraz etməyərək onlarla birlikdə Baş İdarəyə getmişdir. Şəxsi axtarış zamanı ilk olaraq Abbas Saadatinin üzərində narkotik vasitə və ya psixotrop maddələr varsa könüllü olaraq təqdim etməsi təklif etdilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində bir ədəd metadon həbi olduğunu bildirib sol çiynindən asdığı dəri çantanı təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi çantanın içərisinə baxış keçirildikdə oradan bir ədəd üzərində «F/M40» yazısı həkk olunmuş narkotik vasitə metadon tərkibli dərman preparatı aşkar edilmişdir. Videoçəkiliş müdafiəçinin, tərcüməçinin iştirakı ilə həyata keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metadon həbi bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunda ifadə verərək qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq gəlməyən və bu barədə heç bir məlumat verməyən iş üzrə şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 izahatı məhkəmədə elan edilmiş və iş üzrə şahid qismində dinidirilmiş Şahid3 və Şahid2 ilə eyni məzmunlu ifadələr olması qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq olunan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, məlum qərəzsiz mənbədən daxil olmuş məlumatda İran İslam Respublikasının vətəndaşı Abbas adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması haqqında” 10 noyabr 2022-ci il tarixli qərardan görünür ki, X9 10 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 10 noyabr 2022-ci il tarixli protokola və DVD diskə baxış keçirilərkən aydın olmuşdur ki, 10 noyabr 2022-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Daxil olmuş məlumat əsasında 10 noyabr 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 19:45-də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən 137 saylı tam orta məktəbin qarşısında olduğu zaman saxlanılmış, saxlanılarkən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs ilə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, əməkdaşların müşayiəti altında saxlanıldığı yerdən Baş İdarəyə gətirilmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədəninndə narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərara əsasən 10 noyabr 2022-ci il tarixdə saat 21:55-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində 01 ədəd “Methadone” həbi olduğunu bildirib, sol ciyin nahiyəsindən üzü sağ tərəfə asdığı 01 ədəd qəhvəyi rəngli dəri əl çantasını çıxardıb masanın üzərinə qoyaraq çantanın içərisində olan 01 ədəd pasportu, 01 vərəq Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə sənədini, 13 ədəd qəbzi, 03 ədəd plastik bank kartını, 03 mənzil açarını, 01 ədəd həbi, daha sonra əynində olan gödəkçəsinin sağ yan cibində 01 ədəd cib dəsmalını, əynində olan gödəkçəsinin sol iç cibində olan 180 manat və 140 ABŞ dolları pulu, əynində olan gödəkçəsinin sol yan cibində olan “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əl çantasına baxış zamanı çantanın içərisindən əlavə olaraq 01 ədəd qəhvəyi həb aşkar olundu. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxsn üzərindən digər predmetlər aşkar edilmədi. Təqsirləndirilən şəxsnm üzərindən aşkar edilmiş dərman həblərinə baxış zamanı birinci həbin üzərində “M40” hərf və rəqəmlərin qeyd olunduğu, ikinci həbin isə qəhvəyi rəngli olduğu üzərində isə hərf və rəqəmlər qeyd olunmadığı müəyyən edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində “M40” hərf və rəqəmlərin qeyd olunduğu həbin narkotik tərkibli “Methadone” adlı həb olduğu, ikinci həbin isə “Viaqra” adlı həb olduğunu bildirdi. Daha sonra Abbas Saadatinin üzərindən aşkar olunmuş plastik bank kartlarına baxış zamanı birinci kartın üzərində “**********819363” rəqəmlərin yazıldığı və “Kapital Banka”-a məxsus olduğu, ikinci kartın üzərində “**********401410” rəqəmlərin yazıldığı və “Kapital Banka” məxsus olduğu, üçüncü kartın üzərində “**********329941” rəqəmlərin yazıldığı «Kapital Banka”-a məxsus olduğu müəyyən edildi. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Methadone” adlı həbi tanışı X12 vətəndaşı “Rza” adlı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını, belə ki, həmin şəxs təxminən bir ay əvvəl əlaqə saxlayıb ondan “Methadone” adlı həb istədiyini və daha sonra "Rza” adlı şəxsin onunla əlaqə saxlayıb “Methadone” adlı həblərin qoyulduğu yeri ona bildirrdikdən sonra Sumqäyıt şəhərinin giriş hissəsinin yaxınlığına gedib 03 ədəd Methadone adlı həbi gizlədildiyi yerdən götürdüyünü, aldığı həblərin müqabilində “Rza” adlı şəxsə hər bir məbləğdə pul vermədiyini, sonrakı müddətdə aldığı həmin həblərin 02 ədədini özü istifadə etdiyini və qalan 01 ədəd həbi isə özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını, üzərindən aşkar edilmiş “Viaqra” adlı həbin isə bitki tərkibli olduğunu və aptekdən aldığını bildirdi. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 13 ədəd qəbzin İran nemətləri və kərə alınması məqsədi ilə İran İslam Respublikasına gönrərdiyi pulların qəbzləri olduğunu qeyd etdi. Bundan əlavə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman özünü pis etdiyi üçün kənara çəkilərək divara söykənmək istəyən zaman yıxıldığını, həmin vaxtı polis əməkdaşları tərəfindən ona təzyiqlər göstərilmədiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxsnn üzərindən aşkar olunmuş 02 ədəd həb cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Eyni zamanda şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd cib dəsmalı, 01 ədəd əl çantası və 03 ədəd mənzil açarı iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd Samsung” markalı mobil telefon, 03 ədəd plastik bank kartı, 13 ədəd qəbz, 180 manat və 140 ABŞ dolları pul, 01 vərəq Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə sənədi və onun özünə məxsus olan 01 ədəd pasport iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının 11 noyabr 2023-cü il tarixli 6/6491 saylı rəyindən görünür ki, X4 üzərindən aşkar olunmuş 02 ədəd həb yazısı və imzalar olan paketdəki bir ədəd kəsilmiş konvalyutada üzərində F/M40 yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb metadan tərkibli dərman preparatıdır və 01 ədəd həbdə təsiredici maddəsinin miqdarı 0,04 qram təşki edir (üzərinə qeyd olunmuş göstəricisinə əsasən). Həmin paketdə olan bir ədəd şəffaf kapsuldakı qəhvəyi rəngli maddənin tərkibində narkotik vasitələrin, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Narkoloji X15 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 6723 nömrəli rəyindən görünür ki, müayinə zamanı X5 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaiyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi maddi sübutların ekspertizası ilə bağlı 4215/K nömrəli, xx.xx.2022-cü il tarixli ekspert rəyindən görünür ki, X2 götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan Amfetamin və Metamfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepim törəmələri, salisilatlar və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilməmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və Pataloji anatomiya birliyi publik hüquqi şəxsəin canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2022-ci il tarixli, 509/MEŞ nömrəli rəyindən görünür ki, X5 aşkar edilmiş xəsarətlər sol alın gicgah nahiyəsinin, döş qəfəsinin ön səthinin sol yarısının, qarın nahiyəsinin qaçırları, alın, hət iki qulaqaltı-çeynəmə nahiyələrinin, sağ əlin İV,V barmaqlarının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildikdən dərəcələri təyin olunmur. “Mobil telefonla ötürülən məlumatlarına baxış keçirilməsi haqqında” 30 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, ***-***-**-** nömrədən ötürülən məlumatlara baxış keçirilmiş və həmin nömrədə ilə iş üzrə əhəmiyyətli danışıqlar, smslər və anten məlumatları aşkar edilməmişdir. “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 30 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, X4 istifadəsində olan bir ədəd Samsung markalı mobil telefon aparatına baxış keçirilmiş və bakcell mobil operatoruna məxsus cin nömrə, foto və vidoçəkilişlər üçün nəzərdə tutulan kamerası vardır. Mobil telefon aparatının abunəçilər bölümünə Whatsapp ani mesajlaşma mübadilə sisteminə baxış keçirilərkən iş üzrə əhəmiyyətli danışıqları, aşkar edilməmişdir. Məhkəmədə tədqiq olunan “Maddi sübut kimi tanıma haqqında” 18 noyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə X2 aşkar edilərək götürülmüş məhkəmə-kimyəvi ekspertiza tədqitatından sonra bir ədəd kağız paketdə qablaşdırılmış narkotik vasitə metadonum qalıq çəkisi 0,428 qram təşkil edən bir ədəd həbin yarısı maddi sübut kimi qiymətləndirilmiş və saxlanc üçün DİN-nin BMCMİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-cü il tarixli cavabından görünür ki, X10 əvvəllər məhkum olunmuşdur. Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərk barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsini xx.xx.2020-ci il tarixli hökmü ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixili hökmu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri təqsirləndirilən X8 bəraət verilərək məhkəmə iclasından azad edilmişdir. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cü il tarixli hökmündən görünür ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərk barəsində 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Penitensiat Xidmətin xx.xx.2011-ci il tarixli, 17(1)- 11-6176 saylı məktubuna əsasən X9 vətəndaş olduğu ölkəyə təhvil edilmişdir. İran İslam Respublikasi Məhkəmə Hakimiyyəti Gilan əyaləti Baş İdarəsinə ünvanlanmış sorğuya əsasən xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, X8 Azərbaycan Respublikasına narkotik maddələr daşıdığı səbəbdən 1388 şəmsi ilində (2009) ölkədə polis tərfindən tutularaq 11 (on bir) il həbs cəzasına məhkum edilmişdir. Onun həbs cəzası X13 köçürüldükdən sonra, Astara İnqilab Məhkəməsinin **********600156 nömrəli xx.xx.20211-ci il tarixli qərarına əsasən 5 il müddətinə azadılmış və xx.xx.2014-cü i tarixdə ölkə rəhbərliyini əfv sərəncamı nəticəsində həbsdən buraxılmışdır. Məhkəmədə tədqiq olunan Nərimanov Rayon Məhkəməsinin 4(005)-1201/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 noyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq olunan AZ İİİ № 953481 saylı X6 görünür ki, X4 himayəsində 2017cü il təvəllüdlü övladı, həmçinin yoldaşı vardır. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X9 tərəfindən CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, təqsirləndirilən şəxs X4 törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun tərəfindən törədilmiş əməl tövsif edilərkən səhvə yol verilmişdir. Belə ki, CM-nin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 9cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs X8 narkotik vasitənin satış məqdəsi ilə qanunsuz olaraq əldə edib saxlaması ilə bağlı ittiham verilmişdir ki, bununla bağlı ilk növbədə təqsirləndirilən şəxsin məqsədinin məhz əldə etdiyi və üzərində daşıyaraq saxladığı narkotik vasitənin satmağa yönəldiyi sübuta yetirilməlidir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs X4 şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadon tərkibli dərman preparatını məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlaması sübuta yetirilmir. Məhkəmə istintaqında aparılan araşdırma zamanı X4 narkotik vasitəni satmaq məqsədi ilə üstündə saxlaması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, X4 üzərindən 0,04 qram narkotik vasitə metadon akşar olunmuş və sonuncunun həmin narkotik vasitəni məhz satış məqsədi ilə üzərində saxlamasını təsdiq edən hər hansı hallar mövcud deyildir. İbtidai istintaq zamanı X4 istifadə etdiyi azercell mobil nömrə ilə ötürülən məlumatlara, həmçinin bakcell mobil operatorunda isitifadəsində olan Whatsapp sosial şəbəkəsinə baxış keçirilməsi zamanı iş üzrə əhəmiyyət kəsb edən yəni şəxsin əvəzli və ya qazanc əldə etmək məqsədi ilə istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi kimi məzmunlarda narkotik vasitələrin satışı ilə məşğul olmasi ilə bağlı hər hansı bir halın aşkar olunmaması müəyyən edilmişdir. Bundan başqa iş üzrə X4 narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək nə bir hal, nədə onların hazırlanması üçün avadanlığın olması kimi hallar da mövcud deyildir. Həmçinin, təqsirləndirilən şəxs X9 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərində daşıdığı narkotik vasitəni satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X15 şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 6723 nömrəli rəyi ilə də X5 opioidlərin və psixostimulyatorların birgə qəbulu ilə nəticələnən narkomaniya xəstəliyinin aşkar olunması, onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi və məcburi müalicəyə ehtiyacı olması öz təsdiqini tapır. Beləliklə, məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı X4 0,04 qram narkotik vasitə metadonu satış məqsədi ilə üzərində saxlaması qənaətinə yalnız həmin dərman preparatının təsiredici maddəsinun miqdarının 0,04 qram olmasına görə gəlmişdir. Halbuki, X4 narkotik vasitəni satış məqsədi ilə üzərində saxlaması faktının müəyyən edilməsi üçün 01 ədəd həbdən yanaşı başqa sübutlar da mövcud olmalıdır ki, hazırki iş üzrə belə hallar müəyyən edilməmişdir. Yəni, məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla X4 narkotik vasitə metadonun satış məqsədi ilə üzərində saxlaması faktı sübuta yetirilməmişdir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 9-cu bəndində də göstərildiyi kimi təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 məqsədinin narkotik vasitəni satmağa yönəldiyini təsdiq edən hər hansı sübut mövcud deyildir, yəni onun narkotik vasitəsini əldə edərək üzərində saxlamasının məhz satış məqsədi ilə edilməsi öz təsdiqini tapmır. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs X8 ehtimal və mülahizələrə əsaslanaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadonun satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlaması ilə bağlı ittiham verilmişdir ki, həmin ittiham əsasında məhkəmə X4 CM-in 234.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPMdə göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, həmçinin təqsirləndirilən şəxs X4 əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə bir nəticəyə gəlir ki, X4 şəxsi istehlak miqdarından artıq miqdarda, yəni narkotik vasitə 0,04 qram narkotik vasitə metadon qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamasının satış məqsədi ilə olması öz təsdiqini tapmır, buna görə də o, şəxsi istehlak miqdarından artıq olan həmin narkotik vasitəni qanunsuz əldə edərək saxlaması ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmalı, yəni təqsirləndirilən şəxsin əməli CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması, onun etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 13-cü qrafasına əsasən narkotik vasitə hesab edilən metadonun şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,02 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs X4 üzərindən aşkar edilmiş narkotik vasitə 0,04 qram narkotik vasitə metadon təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar X4 cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Beləliklə, məhkəmə hesab edir ki, CPM-nin 44.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X4 barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən X4 əməlindən səmimi peşman olmasını və himayəsində 01 azyaşlı övladının və həyat yoldaşının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, X4 əvvəllər də eyni xarakterli cinayət törədərək barəsində 2009-cu ildə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, 2011-ci ildə vətəndaşı olduğu İran İslam Respublikasına ekstradisiya edilməsi və həmin dövlət tərəfindən 2014-cü ildə əfv edilərək cəzadan azad edilməsinə baxmayaraq yenidən cinayət törətməkdə davam etməsi onun islah yoluna qədəm qoymaması və şəxsiyyəti mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən X4 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, X8 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, nəzərə alınmaqla X8 məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, X9 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzası azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyində göstərilmişdir ki, X5 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu olması və narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən onun narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrində göstərilmişdir ki, məhkəmə cinayət törətmiş narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirləri təyin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respulikası DİNnin BMCM-nin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,428 qram narkotik vasitə metadonu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd ) manat pul vəsaiti X2 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, hesab №2088501, X7, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən X4 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Bakı şəhəri 25 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, X8 göstərilmiş hüquqi xidmətə görə “Bakı şəhəri 25 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 6 (altı) saata görə 36 (otuz altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X4 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X9 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. X8 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. X9 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – X4 üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra bir ədəd kağız paketdə qablaşdırılmış narkotik vasitə metadonun qalıq çəkisi 0,428 qram təşkil edən bir ədəd həbin yarısı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat X2 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. X8 göstərilmiş hüquqi xidmətə görə “Bakı şəhəri 25 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 6 (altı) saata görə 36 (otuz altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxs aldığı) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-299/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-299/2023
08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver