Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-299/2024 02.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı)- Zərərçəkmiş şəxs1 Əbülfət oğlu və onun nümayəndəsi “Arbitrium” Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçilər – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Ermənistanda anadan olmuş, evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə "xxxx" MMC-nin rəhbəri kimi fəaliyyət göstərdiyi müddətdə müxtəlif vaxtlarda tikinti materialları alıb podrat müqaviləsi əsasında fərdi yaşayış evlərinin təmir-tikintisində istifadə edərək gəlir əldə etməklə aldığı tikinti materiallarının pulunu qaytararaq tanışı Zərərçəkmiş şəxs1 Əbülfət oğlunun etibarını qazanmaqla yaratdığı inam və etibardan sui-istifadə edib 2020-ci ilin ortalarından başlayaraq rəhbəri olduğu şirkətin faktitki olaraq müflis olmasına, heç bir ödəmə qabiliyyətinin olmamasına baxmayaraq sonuncuya aldığı tikinti materiallarının pulunu müəyyən müddətə qaytaracağına dair yalan vəd verib aldatmaqla 2020-ci ilin sentyabr ayından 2021-ci ilin iyun ayına qədər olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Dərnəgül Tikinti Bazarı”nda və Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Daş Bazarı”nda Zərərçəkmiş şəxs1 məxsus tikinti materialları mağazasından hissə-hissə olmaqla götürdüyü ümumilikdə 40.600 (qırx min altı yüz) manat məbləğində tikinti materiallarının müxtəlif tikinti sahələrində istifadəsi nəticəsində əldə etdiyi pul vəsaitlərini şəxsi ehtiyacları üçün sərf edərək Zərərçəkmiş şəxs1 Əbülfət oğluna məxsus ümumilikdə 40.600 (qırx min altı yüz) manat məbləğində xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə "xxxx" MMC-nin rəhbəri kimi fəaliyyət göstərdiyi müddətdə müxtəlif vaxtlarda tikinti materialları alıb podrat müqaviləsi əsasında fərdi yaşayış evlərinin təmir-tikintisində istifadə edərək gəlir əldə etməklə aldığı tikinti materiallarının pulunu qaytararaq tanışı Şahid3 etibarını qazanmaqla yaratdığı inam və etibardan sui-istifadə edib 2020-ci ilin ortalarından başlayaraq rəhbəri olduğu şirkətin faktitki olaraq müflis olmasına, heç bir ödəmə qabiliyyətinin olmamasına baxmayaraq sonuncuya aldığı tikinti materiallarının pulunu müəyyən müddətə qaytaracağına dair yalan vəd verib aldatmaqla 2021-ci ilin yanvar ayından 28 iyul 2021-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Dərnəgül Tikinti Bazarı”nda Şahid3 satıcı işlədiyi Zərərçəkmiş şəxs2 məxsus tikinti materialları mağazasından vahid niyyətlə əhatə olunan qəsadlə hissə-hissə olmaqla götürdüyü ümumilikdə 46.028 (qırx altı min iyirmi səkkiz) manat məbləğində tikinti materiallarının müxtəlif tikinti sahələrində istifadəsi nəticəsində əldə etdiyi pul vəsaitlərini şəxsi ehtiyacları üçün sərf edərək Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 46.028 (qırx altı min iyirmi səkkiz) manat məbləğində xeyli miqdarda özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, dələduzluq etməmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 Əbülfət oğlu ilə 2018-ci ilin təxminə avqust aylarında qohumu vasitəsi ilə tanış olmuşdur. Ona Fatmai layihəsində istifadə etmək üçün armatur lazım olmuşdur. İlk tanışıqları telefon vasitəsi ilə olmuşdur və o, Eldardan 11 ton armatur almışdır. Bundan sonra vaxtlı-vaxtında ödənişlərini etmiş, sonradan isə daha armatur almamışdır. 2019-cu ildə isə Badamdar layihəsi üzrə ondan armatur almışdır və qarşılığında da ödənişləri etmişdir. 2020-ci ilin mart ayından başlayaraq isə o, Eldardan 19 layihəsi üzrə bütün alış-verişlərini etmişdir. 2021-ci ilin yaz aylarında bazarda tikinti materiallarının qiymətinin kəskin şəkildə qalxmasından onların layihələrində ləngimələr başlamışdır. Həmin ərəfədə o həm Eldarı, həm də Şahid3 və digər təchizat işləri ilə məşğul olan iki nəfəri ödənişlərdə yaranan çətinliklərlə əlaqədar söhbət aparmaq üçün dəvət etmişdir. Həmin şəxslər ona dəstək olacaqlarını, heç bir problem olmadığını bildirmişlər. Bundan sonra hər ay iki dəfə onlar Eldarla əlaqə saxlamışlar. Bir dəfə Eldar ona sərxoş vəziyyətdə zəng etmişdir, lakin bunu Eldar istintaq zamanı etiraf etməmişdir. 2018-ci ildən başlayaraq qısa bir müddət, 2019-cu ildə qısa müddət, 2020-ci ilin yaz aylarında ilin sonunadək hər ay demək olar ki, ödənişlər etmişdir. Digər Zərərçəkmiş şəxs2 tanımırmış. O, Şahid3 tanıyırmış. Belə ki, o, özünü sahibkar kimi təqdim etmiş, bundan başqa o, Nuşravanı üzdən tanımamışdır, onunla yalnız telefonla əlaqə saxlamışdır. Sifarişləri edirmiş, ödənişləri bank kartı vasitəsi ilə edirmiş. Bahalaşma olduqdan sonra o, Şahid3 da danışıqlar üçün ofisə dəvət etmişdir. O, bütün xırdavat materiallarını Natiqdən alırmış. Sonradan Natiq dayısı ilə gəlmişdir, ödənişləri tələb etməyə başlamışdır. Sonda qeyd etdiyi halların nəzərə alınaraq məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, şirkət olaraq fərdi yaşayış evlərinin sifariş və podrat müqaviləsi əsasında təmir tikintisi ilə məşğul olurlar. Eldarla aralarında alış-veriş yalnız nağd qaydada qeyri-rəsmi olmuşdur. O, telefon vasitəsi ilə sifarişi edirmiş, ünvanı bildirir, mühəndis nömrəsini sürücüyə verirmiş və sürücü də öz növbəsində məhsulları lazımi yerə çatdırırmış. O, bəzi layihələr üzrə dərhal ödəniş etmişdir və bəziləri isə gözləntidə olmuşdur. 2021-ci ilin aprel-may aylarına qədər bütün ödənişlər qaydasında getmişdir. Bu müddətdə 300 mindən çox dövriyyələri olmuşdur. Onların sifariçilərlə kontrakt üzrə müqavilələri olmuşdur və həmin müqavilələrdə qiymətlərdə nəzərdə tutulmuşdur. Müqavilələrdə nəzərdə tutulmuş qiymətlər müəyyən dövrlər üçün nəzərdə tutulmuşdur. Müqavilələr üzrə onlar qiymətlərin üzərinə 18 faiz mənfəət hesablasalar da, bazarda 30-45 faiz qiymətlər artmışdır. Borcları yaranmış, müştəriləri danışıqlara dəvət etmişlər. Onlardan bəziləri qiymət dəyişikliyinə razı olmuş, bəziləri isə olmamışdır. Bundan sonra materiallar sifariş verməmişdir. Sifariş versə də, ona borcun olduğunu əsas gətirib, imtina etmişlər. Sonuncu qaimə 30130 manat olmuşdur, həmin məbləğdən o, 5000 manat ödəniş etmişdir. Tikinti materialların üzərində cilozlarda var idi. Bunları da hesablasalar da ümumilikdə Zərərçəkmiş şəxs1a onun təxminən 27 min manat borcu var. 40600 manat Zərərçəkmiş şəxs1 iddiasıdır və bu düzgün deyil. Nuşravanla da eyni qaydada işləmişlər. Ona olan borcu ilə ittiham aktında göstərilən məbləğ arasında 2000-3000 manat aralığında fərq var, ona görə də o, bu borcu tam təsdiq etmişdir. Həmin dövrdə onların maliyyə vəziyyəti çox kritik olduğundan ödənişlər edə bilməmişlər. Bu dövrdə öhdələrində olan layihələri bitirmişlər. Zərərçəkmiş şəxs1 armatur, Şahid3 ağartı və xırdavat məhsulları almışdır. Bundan başqa, taxta, beton və digər pozisiyaları olub. Zərərçəkmiş şəxs1lə 2018-ci ildə tanış olmuş və işə başlamışlar. İlk dəfə məhsulu o, 2018-ci ilin avqust ayında götürmüşdür. Sentyabr ayının 20-nə ödənişi vəd etsə də, 19-da o, Gilavar restoranının qarşısında ödənişi alıb Binəqədi Daş Bazarında ona pul vermişdir. Həmin vaxt Fatmayi, 2019-cu il Badamdar, 2020-ci il Novxanı, Pirşağı, Mərdəkan, Bilgəh layihələri üzrə sifarişlər vermişdir. Bununla bağlı müqavilələri də mövcuddur. 2018-ci ildə Eldardan 11 ton armatur almışdır. Eldardan başqa o, heç kəsdən armatur almamışdır. Smetalardan kənara çıxmamışdır. 2021-ci ilin mart-aprel ayında sonuncu mal alışı olub, ondan biraz sonra təxmini yay aylarında 5000 manat ödəniş olmuşdur. Eldardan yarımçıq qalan layihələr üçün mal istəmişdir. O, 27 min manat borcunun olmasını etiraf edir. İlk dəfə Eldardan 11 ton məhsul almışdır. 1 tonun qiyməti 840 manat təşkil edirmiş. Pandemiya onların işinə böyük təsir edib, belə ki, şirkətdə 6 nəfərdən artıq işçilərin işləməsinə icazə verilmirdi. Bu isə işin uzanmasına səbəb olurdu. Razılaşmalarına əsasən ödənişlər nağd şəkildə olmuşdur. O, alış-verişi Şahid3lə etmişdir, onu sahibkar kimi tanımışdır. Aralarında 200 mindən çox alış-verib olub. Alınmış bütün armaturlar istifadə olunub. Zərərçəkmiş şəxslərlə alış-veriş olan zaman o, "xxxx" MMC-nin rəhbəri olmuşdur. O, bütün materialları layihələr üzrə podrat müqavilələri ilə götürmüşdür. Ödənişi çox vaxt özləri onun ofisindən götürürdülər. Ödəniş bəzən işçidə olurdu və Zərərçəkmiş şəxs1 çox vaxt özü gəlib, ödənişi götürürdü və "xxxx" özünün blankına qeydlər edirdi. Sifarişlər vostap proqram vasitəsi ilə olurdu. Pulu ya özü ya da sürücüsü götürürdü. Onların münasibətləri 2018-ci ildə başlayıb 2021-ci ilin sonunadək davam etmişdir. Onlara yeni müştərilən digər müştərilərin rəyinə görə gəlirdilər. Öz reputasiyalarını pozmamaq üçün yerdə qalan məbləği yenidən bölürmüşlər. Mənfəəti ala bilməmişlər. “Eurohome” da Ramil adlı şəxs var idi və taxta sifarişlərini ondan da etmişdir. Zərərçəkmiş şəxs1lə 300 mindən çox dövriyyə olub. Hazırda onun Eldara 27 min manat məbləğində borcu var. Onların münasibətləri 2019-cu ilin sentyabr-oktyabr aylarında başlanılmışdır. Belə ki, onların restoran layihəsi olmuşdur və bu ilin sonu olduğu üçün kiçik miqdar təşkil edirmiş. Zərərçəkmiş şəxs2la təxmini 3 il alqı-satqı münasibətləri olmuşdur. Təxmini 200 min manatdan çox dövriyyələri olmuşdur. Onlar sifarişi verirdilər, qaimə yazılıb fotoşəkilləri votsap proqramı vasitəsi ilə göndərilmişdir. O, Nuşravandan ağardıcı, sement, təmir avadanlıqları almışdır. 2022-ci ildə o, Nuşravangildən material almamışdır. Natiqlə 2019-cu ilin sonlarından 2021-ci ilin sonlarınadak 200 min manata yaxın dövriyyə. Bəzi materialların qaimələri olub, bəzilərinin fotoşəkilləri mənə göndərilib, bəziləri isə yox. Onlar satış üçün ev tikmir, onlar podrat müqaviləsi əsasında evlər tikmişlər. Problemlər maliyyə ilə əlaqədar başlamışdır. Materialların qiymətləri bazarda 25-45% miqdarında dəyişmişdir. Bununla əlaqədar müştərilərin bir çoxu sifarişdən imtina etmişdir. Ona qədər bir çox layihələr bitmiş və ödənişlər də olmuşdur. Tərəflə aralarında şifahi razılıq olmuşdur ki, müəyyən etapı bitirdikdən sonra ödəniş edəcəkdilər. Həmin etapı onlar bitirəndə sifarişçi vədindən yayındı. Onlar 43 min alacaqları olduğunu demişlər, lakin 35 min manata razılaşmışlar. Sonradan sifarişçi kiminləsə məsləhətləşdi və məhkəmədə onlara qarşı iddia qaldırmışdır. Maliyyə problemləri 2020-ci ilin may ayından sonra yaranmışdır. Bundan sonra Dübəndi layihəsi üçün materiallar alınıb, lakin onlar həmin layihəni yekunlaşdıra bilməmişlər. Natiqi o, satıcı kimi deyil, sahibkar kimi tanımışdır. O, Natiqi ofisinə çağıran vaxt onun Natiqgilə 7000 manat borcu var imiş. O, Natiqə borcunu ödəyib, artıq onlarla işləmək istəmədiyini bildirmişdir. Çünki Natiqgil onları aldadırdılar. Belə ki, bazarda 7 manata olan materialı 7.80 manata satırmışlar. Bundan sonra Natiq ofisə gəlmişdir. Bu söhbət 2020-ci ilin əvvəllərində olmuşdur. Həmin vaxtda onun 39 min manat borcu olmamışdır. Onlarla işləməkdən ötrü Natiq borcdan 600-700 manat siləcəyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxslə cəmi bir dəfə görüşmüşdür. Babək onun işçiləri Şahid3 və Şahid7la işləmişdir. Onunla bir dəfə telefonla danışan zaman Babək onu ofisinə dəvət etmişdir və o da getmişdir. O, indiyədək heç bir problem olmadığını, lakin son iki il yarım ərzində ödəniş olmadığını bildirmişdir. Lakin işçiləri bunu ondan gizlətmişlər. Bir dəfə “Norm” Sement Zavodundan onu ofisə dəvət etmişlər. Orada ondan polis idarəsinə şikayət olunan şəxslərin siyahısında olduğunu bildirmişlər. O, borcun məbləği ilə tanış olduqdan sonra bununla bağlı işçilərindən soruşmuşdur. Bundan sonra o, məsələni aydınlaşdırmaq məqsədi ilə Babəklə əlaqə saxlayıb görüşmüşdür. O, Babəkə heç olmasa ona borcundan 10 min manat miqdarında ödəniş etməli olduğunu bildirmişdir və buna Babək bir ay müddət istəmişdir. Lakin həmin müddətdə 10 min manat ona ödənilməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2019-cu ildən 2023-cü ilin əvvələrinədək aralarında alqı-satqı olmuşdur. Babək ondan əsasən sement olmaqla, alçipan, onların profilləri, tikinti materiallarına aid digər mallar almışdır. Babək ona 2021-ci ilin axırlarında, 2022-ci ilin əvvələrində 10 min manat pul ödəmişdir. Həmin vaxta qədər olan alqı-satqıdan, ödənişlərdən məlumatı olmamışdır. 10 min manat ödənildikdən sonra borc məbləği azalmışdır, lakin Babək sonradan işinin yarımçıq qaldığını və material verilməsini xahiş etmişdir. 16-18 ay ərzində heç bir ödəniş olmamış, eyni zamanda materiallar da alınmamışdır. Təxmini bir il əvvəl Babəkin ofisinə getmişdir, Babək ona sıxıntılarının olduğunu, layihələrini yekunlaşdırıb, ona ödəniş edəcəyini bildirmişdir. Onda materialları aparan sürücülər var ki, onlar materialları apardıqları obyektləri bilirmişlər, onlar gedib-gəlirmişlər. O, özü şəxsən gedib baxış keçirməmişdir. Hazırda 46 min manatdan ona ödəniş olunmamışdır və o, pulunu tələb edir. Babəkə o, 2019-cu ilin axırlarından 2020-ci ilin əvvəllərindən materiallar verməyə başlamışdır. O, 28 ildir ki, bu işlə məşğuldur. O, mağazanın rəhbəridir. Norm sement zavodundan alınan malların dəyəri müştəridən pulu alıb-almamağından asılı olmayaraq 40 gün sonra ödənişi aparılmalıdır. Alıb verəcəklər barədə satıcı ilə hesablaşma hər ayın axırı aparılırdır. O, hər hesabat vaxtı olanda satıcıdan borclar barədə soruşduqda, ona sıxıntıları olduğunu bildirmişlər. O, əvvəlcə Babəki tanımamışdır, problem yarandıqdan sonra Babəki tanımışdır. O, Babəklə sövdələşmə aparmamışdır, razılıq işçisi ilə Babək arasında olmuşdur. Babək həmin materialları tikinti aparmaq üçün istəmişdir. Babək ona həmin materialları başqasına satacağını deməmişdir. Bir ildən çox müddətdə ödənişlər olmadığına görə o, həqiqətən də Babək tərəfindən bu qədər məbləğdə material götürdüyünü dəqiqləşdirmək məqsədi ilə görüşmüşdür, sonradan isə iki dəfə görüşmək üçün əlaqə saxlamağa cəhd etmişdir, lakin baş tutmamışdır. Alqı-satqı elektron şəkildə həyata keçirilmişdir. Qaimələr materiallar göndərildikdən, pul alındıqdan sonra tərtib edilirdi. Babəklə Nəsimi bazarının yanındakı ofisdə görüşmüşdür. Babək özü həmin ünvanı demişdir. ünvan 5rialları götürürmüş. Şəxsi ehtiyacları üçün götürüb-götürmədiyini bilmir. Sürücülər ona materialların tikinti obyektinə getdiyini demişdir. Aralarında nisyə alqı satqı 2022-ci ilin axırları, 2023-cü ilin əvvəllərinədək olmuşdur. Babəklə 2019-2020-ci illərdə cəmi dövriyyələri 50-55 min manat olmuşdur. Ondan da qismən ödənişlər olmuşdur. Onun tikinti materiallar bazası “Dərnəgül tikinti bazarın”da yerləşir. Tikinti materiallarının hara getdiyini Babək özü sürücüyə bildirmişdir. Əgər onların arasında müqavilə bağlanmayıbsa o, elektron qaimə vura bilmir. Aralarında şifahi razılıq olmuşdur. Nağd alqı-satqı ola da bilərdi, olmaya da bilərdi. Nisyə alqı-satqı olduqda aralarında borc müqaviləsi olurmuş. Onda hazırda alqı-satqıya dair qaimələr var, səsli mesajlar və yazılar var. Babək ona pulu ödəmirdi, ödənişlər gecikirdi, az məbləğdə vəd etdiyi hissəni də ödəməmişdir. Onun həm məhkəmədə həm də istintaq zamanı verdiyi ifadələr eynilik təşkil edir. Ola bilər ki, 7000-8000 manatlıq mal götürülüb, ondan 4000 manat ödəniş edib, daha sonra yenidən material almış, onun da bir qismini ödəniş etmişdir. Beləliklə, məbləğ 46 min manata çatmışdır. O, pul gecikdiyinə görə Natiqə demişdir ki, onu Babəklə görüşdürsün. Ondan sonra Natiq ona yenə də material vermişdir, verməsinə səbəb onun işinin yarımçıq qalması idi. Onlar isə materialı öz pullarını almaq üçün vermişlər ki, o layihəsini yekunlaşdırsın. İlk dəfə polisə təxmini 5-6 ay öncə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir və pulunun ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Əbülfət oğlu ifadəsində göstərmişdir ki, o, Babəki onun xalası oğlu Vüqar adlı şəxs vasitəsi ilə tanış olmuşdur. Vüqarı 10 ilə yaxındır ki, tanıyır. Babəklə materialların verilməsinə dair söhbətləri olmu, daha sonra aralarında razılıq olduqdan sonra ona müxtəlif çeşidli materiallar vermişdir. Babək əvvəlcə ödənişləri vaxtlı-vaxtında etmişdir, sonradan 2019-2020-ci illərin əvvəllərində isə ödənişləri gecikdirmişdir. Maraqlanan zaman Babək layihəni bitirdikdən sonra ödəniş edəcəyini bildirmiş və bu cür də borc məbləği artmışdır. Əlaqə saxlayan zaman zənglərə cavab verməmişdir. Telefonlara cavab vermədiyinə görə o, Babəkin ofisinə də getmişdir. O, Babəkin onun etibarından istifadə etdiyini başa düşmüşdür. Bir gün sürücüdən soruşmuşdur ki, materialları hara aparır, sürücü ona Bilgəhə, Dübəndiyə, Fatmayıya apardığını bildirmişdir. Bundan sonra özü də sürücü ilə getmişdir. Tikinti ərazisinə və orada tikintisi başa çatmış evləri, iki mərtəbə beton tökülmüş evləri aşkar etmişdir. Bu evlərin hər birinin fotoşəkillərini çəkmiş və Babəkə onu aldatdığını bildirmişdir. Bundan sonra münasibətlərdə soyuqluq yaranmışdır. O, pulunu almaq məqsədi ilə atası ilə əlaqə saxlamışdır, o məndən Babəklə danışmaq üçün 2-3 gün möhlət istəmişdir. Sonradan əlaqə saxladıqda isə atası ona Babəkin onun işinə qarışmamasını bildirdiyini demişdir. 2022-ci ildə axırıncı dəfə Babəklə əlaqə saxlayan zaman Babək onunla nalayiq ifadələrlə danışmışdır və o, sonradan Babəkə artıq zəng etməmiş və onun zəngini gözləmişdir. Lakin Babəkdən xəbər çıxmamış və o, təkrar atası və əmisi ilə əlaqə saxlamış və ilk dəfə aldığı cavabı almışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar 2019-cu ildən birlikdə fəaliyyətə başlamışlar və münasibətlər 2021-ci ilədək davam etmişdir. Son dəfə 2021-ci ilin may ayının 8-də material vermişdir. O, armatur satışı ilə məşğul olmuşdur. Nağd şəkildə ödənişlər də olmuşdur, amma onlar sonradan nisyəyə razılaşmışlar ki, layihələrini təhvil verə bilsinlər. Onların 100-150 min manat civarında dövriyyələri olub. Hazırda Babəkin ona 40600 manat borcu var. 2020-ci ilin sonlarından borc yaranmış və 2021-ci ilin may ayınadək davam etmişdir. Ona qədər 47300 manata yaxın borcu olmuşdur və o, borcdan ödənişlər edirmiş, 12 minədək borcunu azaltmışdır. Sonradan 5400 manat məbləğində ciloz götürmüş, onun da icarəsini özü ödəmişdir. Bu səbəbdən bunu da borc məbləğinə daxil edir. Cilozları 2020-ci ilin əvvələrində götürmüşdür. O, cilozları Rauf adlı şəxsdən götürmüşdür. 2021-ci ildən etibarən ödənişləri uzatmağa başlamışdır. Səbəb kimi layihələrin hazır olmadığını və pulu ala bilmədiyini və ya müştəri təzədən sökdürdüyünü bildirmişdir. O, tikinti ərazisinə sürücülərdən soruşub getmişdir. Pulu tələb edəndə Babək ona xırda işlər qaldığını demişdir. Başqa yerdən pul alıb ona verəcəyini, hazırda ziyana düşdüyünü bildirmişdir. Təxmini 300-400 ciloz geri qaytarılmışdır. Onların icarə haqqını da özü ödəmişdir. Sonuncu dəfə 8 may 2021-ci il tarixdə Bilgəhə material göndərmişdir. Elektron qaiməsiz işləməyə dair aralarında razılaşma olmuşdur. Sürücülər bazarda işləyənlər idi, onların xidmət haqqı tonnajdan asılı olmuşdur. Aralarında çatdırılma müqaviləsi olmamışdır. Sürücülər materialları aparıb Babək dediyi yerə boşaldıblar. O, həmin əraziyə gedən zaman orada armaturlar olmamışdır. Əvvəllər Babək ödənişi vaxtlıvaxtında etmiş və aralarında etibar yaranmışdır. Babəki tikinti şirkəti olan şəxs kimi tanımışdır. Cilozların təqdim edilməsi ilə bağlı votsap yazışmaları mövcuddur. Cilozları verən vaxtı onlar birlikdə problemsiz işləmişlər. Raufa 5000 manat verməyi barədə sənəd yoxdur. 2020-ci ilin sonlarınadək Babək vaxtlı-vaxtında ödənişləri etmişdir. Dəfələrlə Babəkin ofisində olmuşdur, lakin onun ofisinin yerləşdiyi yer tez-tez dəyişirmiş. "xxxx" tikinti şirkəti olduğunu ofisə gedəndə bilmişdir. 4-5 layihələrə hamısına gedib baxmışdır. Beton işinin başa çatması ilə Babək onun ödənişlərini etməli imiş. O, Babəkə 10-luq, 12lik, 18-lik armatur vermişdir. Yazışmalarda sifarişlər göstərilir. O, tonla armaturu 1180 manata satıb və özü 1120 manat alırmış. Armatur tonla alınanda onun 10-luq, 12-lik və 18lik olmasını fərqi yoxdur. Armaturlar hissə-hissə alınıb, birdəfəlik olmayıb. 250 min manatadək dövriyyələri olmuşdur. Bir ay ərzində ən çox 20-25 min manatlıq material götürdüyü olub. 40 min manat üçün birinci qalıq oktyabr ayında yaranmışdır. 2021-ci ilin mart ayında Babəkin 30 min manat borcu olmuşdur. Borc 2020-ci ilin axırlarından yaranmışdır. Olurdu ki, Babək ondan məsələn 5000 manatlıq materialı Bilgəhə, səhəri gün isə 4000 manatlıq materialı Dübəndiyə göndərməyini istəmişdir. Belə olduqda borc üstüstə yığışmışdır. Onların işgüzar münasibətləri 2019-cu ilin dekabrdan başlamışdır. Əsas alış-veriş isə 2020-ci ildən başlamış, 2021-ci ildə isə zəifləmişdir. 2021-ci ilin yanvar ayından etibarən Babək bəhanələr gətirməyə başladı. Həmin ərəfədə borc təxmini 18 min manat təşkil edirdi. Təxmini 5-6 dəfə material vermişdir. Babək ona layihəni başa çatdırıb materialların pulunu verəcəyini söz vermişdir. O, Babəkin atasına da, xalası oğluna da zəng etmişdir. Babəkin digər şəxslərlə bazarda alış-verişi olduğunu bilməmişdir. Cilozun birini Raufdan o, 15 qəpiyə almış, lakin Babəkə 20 qəpikdən vermişdir. Əgər Babək onun pulunu versə idi, qazancı olacaqmış. 23 avqust 2021-ci ildə o, Babəklə votsap vasitəsi ilə danışmışdır və ona 34 min manat borcu olduğunu demişdir. 34 min manat borcum olmasını yazışma ilə təsdiq edə bilər, lakin 40 min manatı isə təsdiq edə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə telefon vasitəsi ilə tanış olmuşlar. Babək 2018-2019-cu illərdə ondan tikinti materialları almışdır. Bundan sonra münasibətləri yaranmış və 2020-ci ildə Babək ondan yenidən materiallar almışdır. Ümumilikdə Babək 95 min manatlıq material almış, onun 49 min manatını isə ödəmişdir. Müəyyən vaxtdan sonra Babək layihələrdə gecikmələr olduğunu bildirmiş və əlavə materiallar verməyini xahiş etmişdir ki, layihələrini başa çatdırsın. Axırıncı ödənişi 10600 manat olmuş və borcu 39 min manat təşkil etmişdir. Sonradan layihələrdə problemlər yarandığından ondan 46000 manatlıq material almışdır. Bundan sonra o da şirkətlərə borcunu ödəməli olduğunu bildirmiş və bu borcları ödəmək üçün də öz evini satmışdır. Sonradan Zərərçəkmiş şəxs2 məsələni bildirmiş və onların Babəklə görüşləri baş tutmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Babəki 2019-cu ildə 7-ci mikrorayonda yerləşən “Dəyirman” kafeyə material göndərməyi ilə əlaqədar tanımışdır. Birinci layihədə sement olmamış, sonradan Şüvəlan, Fatmayı, Bilgəh layihələri üzrə sement, alçipan və digər santexnika materialları göndərmişdir. Sifarişi ona göndərirmişlər, o da materialları qiymətləndirib, Təqsirləndirilən şəxs bildirirmiş, onun tərəfindən təsdiq aldıqdan sonra maşına yükləyib göndərirmişlər. Qaimənin şəkillərini göndərib və sonradan Amerika Səfirliyinin yanından pulu nağd şəkildə alırmış. Sürücülər bazarda işləyənlər olmuşdur, onların pulunu özü vermişdir. Ən çox materialları Bilgəhdə 4-cü, 16-cı dalana, Dübəndi, Şüvəlana göndərmişdir. Aralarında alqı-satqı nisyə qaydada olmuşdur. Bu qaydada problemsiz işləri 2020-ci ilin pandemiya dövrünə qədər oldu. Sonradan tikinti materiallarının qiymətlərinin qalxması nəticəsində problemlər yaşamışlar. Onda da Babəkdə layilərdə problem olduğunu bildirmiş və əlavə materiallar istəmişdir. Həmin vaxta Babəkin 39 min manat borcu olmuşdur. Bu borc təxmini iki ili əhatə edir. Babək ona layihələrdə problem olduğunu 2020-ci ilin sonlarında demişdir. Sonuncu dəfə Babəkə Dübəndi layihəsi üçün materiallar göndərmişdir. Əvvəlldən 50 minə yaxın borc var idi, sonradan 10600 manat Babək ödəniş etmişdir və borc 39 min manata enmişdir. 10600 manatı 2020-ci ilin may-iyun aylarında ödəniş etmişdir. Onların münasibəti olmuşdur, ondan köməklik istəmişdir, o da 6000 manatlıq material vermişdir. 2020-ci ilin iyun-iyul aylarında 44 min manatlıq borc yaranmışdır. Sonuncu dəfə 2021-ci ilin avqust ayında Dübəndi layihəsi üzrə alçipan göndərmişdir və onun ödənişini edəcəyini bildirmişdir buna baxmayaraq ödəniş etməmişdir və borc 46000 manat təşkil etmişdir. Zərərçəkmiş şəxs2 o, borcla bağlı 2022-ci ildə məlumat vermişdir. Şirkətlər öz ödənişlərini tələb edirdilər. O, dəfələrlə Babəklə ofisdə görüşmüşdür, sonuncu dəfə Zərərçəkmiş şəxs2la birlikdə getmişlər. Orada ona “Norm” Sement Zavodu onlardan pulunu tələb etdiyini bildirmişlər və 10 min manat ödəniş etməsini xahiş etmişlər. Lakin sonradan vədinə əməl etmədi. Bununla əlaqədar o, məcbur olub 2022-ci ildə öz evini satmış və şirkətə 27 min manat pul ödəmişdir. O, layihələrə gedib baxmamışdır. Babək ona armaturla bağlı müraciət etməyib. Armaturu başqa şəxsdən aldığını ona demişdir. Sonuncu dəfə Şüvəlanda iş gedirmiş, Babək demişdir ki, evi tam təhvil verib ödənişi edəcək. Başqa şəxslərə Babəkin borcu olduğunu bilmirmiş. Amma 4 nəfərlə işlədiyi barədə məlumatı olmuşdur, lakin həmin şəxsləri adı ilə bilməmişdir. Hər hansı layihəni başa çatdırmasından məlumatı yoxdur. Arakəsmələrə hörgü, həyətə beton, şpaklyovka və sair işlər üçün materiallar göndərmişlər. Onlardan alınan materiallar başlanğıc üçün deyildi. Onlarla Babək arasında etibar olmuşdur. O, layihənin başa çatması ilə əlaqədar Babəkdən pul tələb etməmişdir, lakin əvvəldən o, nə vaxt ödənişi tələb etmişdirsə, Təqsirləndirilən şəxs vaxtında ona ödəniş edib. 18 böyük layihə üzrə başa çatdıqca ona ödəniş edəcəyini bildirmişdir. Material aparan sürücü iş getdiyini bildirmişdir, lakin özü gedib baxmamışdır. Başa çatdırdığı layihələrin ödənişini Babək alıb-almamasını ondan soruşmamışdır. Ödənişin verilməmə səbəbi kimi layihənin təhvil verilməməsini bildirmişdir. Zərərçəkmiş şəxs2 2006-cı ildən tanıyır. 2 ildir ki, mağazasında satıcı kimi işləyir, lakin ondan əvvəl fəhlə kimi işləmişdir. O, 27 min manat sement, alçipan və taxta zavoduna borc ödəmişdir. Materialları o götürdüyü üçün ödənişi də özü etməli olmuşdur. Zərərçəkmiş şəxs2 bəzən 2-3 ay müddətinə mağazada olmurdu. Həmin ödənişi etməsəydi Zərərçəkmiş şəxs2 ödəməli olmuşdur. Hazırda əgər Zərərçəkmiş şəxs2 pulunu Babəkdən ala bilsə onun pulunu ödəyəcək. Mağaza qardaşı Qasımov Samirin adınadır. Həmin mağazanı Zərərçəkmiş şəxs2 açıb onlara işlətməyə vermişdir. Qardaşı vergi ödəyicisidir, o, həmin mağazada işçidir. Mağazanı icarə əsasında işlədirlər. Mallar onun adına gəlir. Təqsirləndirilən şəxs 2019-cu ildən başlayaraq materiallar vermişlər, 2021-ci ilin avqust ayında sonuncu dəfə materiallar verilib. 2022-ci ilin aprel ayında sonuncu materialların verilməsi ilə bağlı Zərərçəkmiş şəxs2 istintaq ifadəsi ilə bağlı onu qeyd edə bilər ki, Zərərçəkmiş şəxs2 bu proseslərdə iştirak etməyib. Zərərçəkmiş şəxs2 başqa mağazası var. O, 2022-ci ilin dekabr ayında özünə məxsus evi 107 min manata satmışdır. Babəklə alqı-satqı münasibətləri 2019-cu ilin sonlarından başlamışdır. Dəqiq məlumatlar mobil telefonda olmuşdur. Qaimələri istintaq zamanı təqdim etmişdir. Fotoşəkillərini Babəkə göndərmişdir. Dövriyyələri 95 min manat olmuşdur. Pandemiyayadək az miqdarda borclar var idi. Borc ola-ola o, Babəkə material vermişdir. Borcu almaq üçün material verməyə məcbur olmuşdur. Əvvəllər 2019-2020-ci illərdə Babəklə aralarında işlə bağlı problem olmamışdır. O, sonuncu dəfə 2022 və ya 2023-cü ildə Zərərçəkmiş şəxs2la birlikdə Babəkin ofisinə getmişlər və “Norm” Sement Zavoduna ödəniş etmək üçün 10 min manat məbləğində pul istəmişlər, o, 15 gün-1 ay ərzində ödəniş edəcəyini vəd etdi, lakin ödəniş etmədi. O, dəqiq armatur qiymətini bilmir, mən armatur alqı-satıqısı ilə məşğul olmur. 2021-ci ilin iyul ayının 8-də Dübəndi layihəsi üzrə materiallar göndərmişdir. Təqsirləndirilən şəxs evini, ailəsini, qohumlarını tanımamışdır. Plan A şirkətini bilmişdir və orada Babək və Mahiri tanımışdır. Babəkin orada rəhbər olub-olmamasını bilməmişdir. Dübəndi, Şüvəlan, Bilgəh, Novxanı, Fatmayı layihələri üzrə materiallar göndərmişdir. Sürücülər eyni şəxslər idi. Onlar Şahid8 və Abbasov Ramiz idi. Bundan başqa balaca maşında var idi, onun sürücüsü Rəhimov İlham olmuşdur. Bu layihələrin Plan A şirkətinin apardığını bilmir. Mağazanın açılması üçün lazımi miqdarda pulu ona Zərərçəkmiş şəxs2 verib. Ona görə o, bu məsələni Nuşravana bildirib. Əgər Babək onunla haqq-hesab etsə, orada 46000 manat çatışmazlıq var. Materialların Zərərçəkmiş şəxs2 aidiyyatı olmasa da, mağazanın açılmasına əsas olmuş pul Nuşravan müəllimə məxsus olmuşdur. Göndərdiyi materiallar geri qayıtmayıb. Bir dəfə Babək ona zəng edərək sementin qiyməti 6.80 manat olduğu halda, qaimədə 7 manat yazılmasını demişdir. O da Babəkə sementi başqa şəxsdən aldığını ona görə də iyirmi qəpik baha olmasını bildirmişdir. Lakin o, Babəkə endirim edəcəyini demişdir. 2019-cu ildə Dəyirman layihəsinə başlamışlar və ödənişlər nağd şəkildə olmuşdur. Hazırda həmin layihə üzrə göndərdiyi pulun məbləğini xatırlamır. 2020-ci ildə demək olar ki, Babək gündəlik sifarişlər edirmiş və bəzən 50 manat, bəzən isə 600 manatlıq sifariş edirmiş. 2021-ci ilin yanvar, fevral, mart aylarında işləmişlər. Sonuncu ödəniş ona may ayında ödənilmişdir və 10600 manat ödəniş təşkil edib. Aralarında 96 min manatlıq dövriyyə olub. Təxmini 2020-ci ildə 4000, 5000 manat məbləğində 6 dəfə müxtəlif məbləğlərdə ödənişlər olub. Elə vaxt olub ki, 30-40 gün ardıcıllıqla material göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bazarda sifariş olunan bütün materialların sayılması, yüklənməsi onun səlahiyyətinə aid edilmişdir. Sifariş olunan materialları göndərirmiş, daha sonra çatıb-çatmamasını Babəkdən dəqiqləşdirərək, nəticəsi barədə müdiriyyətə bildirirmiş. Əvvəllər alqı-satqıda Babəklə hər hansı problem yaşamasalar da sonradan onun borcu 47 min manat təşkil etmişdir. Həmin məbləğin 12 min manatını ödəmiş, 35.200 manat məbləğində isə borcu qalmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, O, Zərərçəkmiş şəxs1lə 2015-2021ci ilədək işləmişdir. Təqsirləndirilən şəxs 2019-cu ildən tanıyır. Aralarında 3 il ərzində alışveriş olmuşdur. O, Babəkgilə müxtəlif ölçülərdə armatur satmışdır. Materiallar Bilgəhə, Fatmaiyə, Dübəndiyə göndərmişlər və orada Babək ev tikmişdir. Babəklə alış-veriş yalnız telefon vasitəsi ilə olmuşdur. O, Babəkə qaimənin fotoşəkillərini göndərmişdir. Babəklə arada qiymətin artıq hesablanması ilə bağlı narazılıq olmamışdır. Əvvəllər Babək məsələn vəd edirdi ki, bir həftəyə borcunu ödəyəcək və ödəyirdi, sonradan isə borcu gecikdirməyə başladı. Babək artıq 2021-ci ilin may ayından borcunu ödəmirdi. Sonra isə müdiriyyət Babəkə materiallar satmamağa dair göstəriş vermişdir. Satılmış materiallar barədə o, qaimə yazmışdır, müdiriyyət özündə qeyd aparmışdır. Axırıncı dəfə 2021-ci ilin may ayında son dəfə materiallar Təqsirləndirilən şəxs verilmişdir. 2021-ci ilin may ayınadək təxmini 3 ay olardı ki, borc ödənilmirdi. Məsələn bir hissə materialları götürürdü, sonra ikinci hissəni götürürdü, lakin pulu ödəmirdi və borc üst üstə yığışırdı. Sonradan müdiriyyət mənə zəng edib Babəkə material verməməyi tapşırdı. Bir dəfə özü bir dəfə material göndərilərkən Bilgəhə getmişdir. Onda da tikinti getdiyini görmüşdür. Babək müxtəlif vaxtlarda müxtəlif çəkilərdə materiallar alırmış. O, Babək tərəfindən son dəfə 12 min pul ödənildiyini bilir, sonradan isə ödənişlər barədə məlumatı yoxdur. Müdir fiksatorlarları (cilozları) başqa yerdən alıb Babəkə vermişdir. Haradan alıb verdiyini bilmir, amma 5000 manat məbləğində olduğunu bilir. Cilozların icarə və ya satış olduğunu bilmir. Təqsirləndirilən şəxs tikinti apardığı yerlərdən pul ala bilmədiyi üçün onların da ödənişləri etmirmiş, lakin borcunu ödəyəcəyini vəd edirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Dərnəgül Tikinti Bazarı”nda sürücü kimi işləyir. Özünə məxsus “QAZ-53” markalı nəqliyyat vasitəsi ilə tikinti materiallarını bir yerdən digər yerə daşımaqla pul qazanır. Zərərçəkmiş şəxs1 təxminən 7-8 ildir ki, tanıyır. Eldar bazarda armatur satışı ilə məşğul olur və Eldarla münasibəti satdığı armaturların bir yerdən digər yerə daşınması ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs yalnız adını eşitmişdir, şəxsən tanımamışdır. Babəkin Eldardan aldığı armaturları təxminən 3-4 dəfə Bilgəh qəsəbəsinə, 5-6 dəfə Binə qəsəbəsinə “QAZ-53” markalı avtomobili ilə daşıyaraq müvafiq şəxslərə təhvil vermişdir. Hadisənin üzərindən uzun müddət keçdiyinə görə armaturların çəkisini tam olaraq xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Daş Bazarı” adlanan yerdə Zərərçəkmiş şəxs1 şəriki kimi 2021-ci ildə 06 ay ərzində işləmiş, hazırda isə Eldardan ayrılaraq tikinti materiallarının satışı ilə məşğul olur. Həmin vaxt Eldarın həm Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Dərnəgül” Tikinti bazarında, həm də adını qeyd etdiyi “Daş Bazarı”nda 02 obyekti olmuş, yalnız ancaq “Daş Bazarı”nda Eldarın şəriki olduğunu bildirmişdir. Həmin müddət ərzində onlar birlikdə pul qazanmaq məqsədi ilə tikinti materiallarının birgə satışı ilə məşğul olmuş, bu müddət ərzində o, Eldarın bir neçə müştərilərini tanımışdır. Həmin şəxslərdən biri də Babək adlı şəxs olmuşdur. Şahid5 qeyd etmişdir ki, Babəki Eldardan əvvəl tanımamış, Eldarın vasitəsi ilə tanış olmuşdur. Həmin dönəmdə o, Babəkin üzünü görməsə də, şərik olduğundan Eldardan dəfələrlə tikinti materialları aldığının şahidi olmuşdur. Deməsinə görə Babək adətən özü gəlməmiş, telefon vasitəsi ilə Eldarla əlaqə saxlayaraq tikinti materiallarını almışdır. Tikinti materiallarına almaturlar, xamutlar, cilozlar və.s əşyalar aid olmuşdur. O, həmin vaxt Eldarda Babəkə qarşı müəyyən narazılıqların olmasını görmüş, belə ki, hər dəfə şikayət edərək Babəkin ondan dəfələrlə götürdüyü tikinti materiallarının pulunu ödəməməsi, bu da azmış kimi ödənilməmiş tikinti materiallarının pulunun üzərinə təkrarən Eldara yalan vədlər verərək qısa bir zamanda olan borcunun qaytarılmasını bildirərək ondan tikinti materialları götürməsini eşitmişdir. Həmin vaxt Eldar Babəkə inanmış, hər dəfə Eldara niyə görə ticarətdə belə riskli addımlara yol verdiyini soruşduqda Namiqə Babəkin dələduzluq kimi bir niyyətinin olmadığını, münasibətlərinin olduğunu və ona etibar etdiyini bildirərək pulunu qaytaracağını demişdir. 2021-ci ilin fevral ayında Babəkin Eldara verməli olduğu pulun məbləği 47.200 manat təşkil etmiş, ümumi olaraq şəriki Zərərçəkmiş şəxs1 ona 29 ton çəkidə armaturu ödənişini almadan verdiyini bildirmişdir. Bu hadisədən bir müddət keçdikdən sonra Eldar Babəkin almış olduğu armaturun pulunu ödəmədiyini gördükdə ona armatur verməyi dayandırdığını və pulunu ödəməsini tələb etdiyini bildirmişdir. Bu vaxt Eldarın sanki hər şeyi hiss etdiyini və Babəkin dələduzluq niyyətindən xəbərdar olduğunu bildirmişdir. Eldar narahat olaraq Babəklə telefon vasitəsi ilə əlaqə saxladıqda Babəkin onu aldadaraq pulu qısa bir zamanda ödəyəcəyini dediyini bildirmişdir. 2021-ci ilin mart ayında Babəkin Eldara 5.000 manat, 2021-ci ilin aprel ayının əvvəllərində 5.000 manat, 2021-ci ilin may ayında isə 2.000 manat pul verməklə ümumi olaraq 12.000 manat ödəniş etdiyini, ümumilikdə Eldara 35.200 manat pulun verməli olduğunu bildirmişdir. Bu hadisədən sonra o, Eldarla 03 dəfə təxminən 2021-ci ilin yaz aylarında Babəkin Nəsimi Rayonu ərazisində yerləşən ofisinə getmiş və Eldar Babəklə danışdıqda Babək hər 3 görüşdə müəyyən layihələrinin olduğunu, onları göstərərək qısa bir zamanda icra edərək xeyli gəlir əldə edərək pulu ödəyəcəyini bildirmişdir. Həmin görüşlərdə Babəkin onlara qarşı çox laqeyd şəkildə davrandığını, sonuncu dəfə görüşdükdə Babəkin Eldara pulu iyul ayının 15-nə qədər qaytaracağı barədə vəd verdiyini bildirmişdir. Həmin vaxt gəlib çatdıqda Eldarın Babəkə təxminən 10 dəfə zəng etdiyini, hər zəng edəndə Babəkin telefonu Eldarın üzünə bağladığını bildirmişdir. Ən axırıncı zəngdə isə Babək telefonu açaraq Eldarı təhqir etmiş və “get hara istəyirsənsə şikayət elə” sözlərini deyərək telefonu söndürmüşdür. Həmin vaxtdan bəri təxminən 03 il keçməsinə baxmayaraq Babək Eldara “1 manat” belə ödəniş etməmiş, o hadisədən sonra Eldar dəfələrlə əlaqə saxlasa da, heç bir müsbət nəticəyə nail olmamışdır. Həmçinin qeyd etmişdir ki, Zərərçəkmiş şəxs1 Babəkin götürdüyü armaturları işlədikləri yerdə sürücülər vasitəsi ilə avtomobilə yükləyərək Babəkin qeyd etdiyi ünvanlara çatdırmışdır. Şahid5 o hadisənin şahidi olduğunu bildirmişdir. Babək həmin materialları Zərərçəkmiş şəxs1 istəyəndə guya tikdiyi evin təmirinin tam olaraq başa çatdırılmadığını, təmiri üçün armaturların lazım olduğunu və satdıqdan sonra verməli olduğu pulu qaytaracağını bildirmişdir. Sürücü kimi işləyən Teymur və Tofiq onlara məxsus “QAZ-53”markalı nəqliyyat vasitəsi ilə armaturları Bilgəhə, Fatmayı Bağlarına və Dübəndiyə apardıqlarını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Dərnəgül Tikinti Bazarı”nda Zərərçəkmiş şəxs1 işçisi kimi 2011-ci ildən işlədiyini, barəsində şikayət olunan Təqsirləndirilən şəxs təxminən 2019-cu ildən tanıdığını bildirmişdir. Belə ki, o, işçi kimi işlədiyi zaman Təqsirləndirilən şəxs Eldardan tikinti materialları alırmış. O, Babəki təxminən 3 dəfə görmüş, təxminən 2019-cu ildən etibarən Babək davamlı olaraq onların dükanından tikinti materialları-armatur almağa başlamışdır. Təzə-təzə Babək aldığı materiallarının pulunu nağd şəkildə ödəmişdir. Həmin vaxt onun qardaşı Şahid1 də Eldarın satıcısı kimi fəaliyyət göstərmişdir. Tikinti materiallarının-armaturun satışını Amil təşkil etsə də, materiallar Eldara aid olmuş və bütün maddi ziyan ona dəymişdir. 2021-ci ilin fevral ayında Babəkin Eldara verməli olduğu pulun məbləği 47.200 manat təşkil etmiş, ümumi olaraq Eldar ona 29 ton çəkidə armaturu ödənişini almadan vermişdir. 2021-ci ilin fevral ayından sonra Eldar Babəkin almış olduğu armaturun pulunu ödəmədiyini gördükdə ona armatur verməyi dayandırmış və pulunu ödəməsini tələb etmiş, bunun qarşılığında Babək onu aldadaraq pulu qısa bir zamanda ödəyəcəyini bildirmişdir. 2021-ci ilin mart ayında Babəkin 5.000 manat, 2021-ci ilin aprel ayının əvvəllərində 5.000 manat, 2021-ci ilin may ayında isə 2.000 manat pul verməklə ümumi olaraq 12.000 manat ödəniş etmiş, onun Eldara 35.200 manat pul verməli idi. Bu hadisədən sonra Eldar 2021-ci ilin yaz aylarında onun Nəsimi rayonu ərazisində yerləşən ofisinə getmiş və verməli olduğu pulun ödənişini tələb etdikdə Babək pulu verməkdən imtina etmişdir. Həmin hadisədən sonra Eldarın Babəklə dəfələrlə əlaqə saxlasa da, heç bir müsbət nəticəyə nail olmamış, həmin vaxtdan bəri 03 il keçsə də, Babək Eldara 1 manat belə ödəniş etməmişdir. Həmçinin qeyd etmişdir ki, Eldar Babəkin götürdüyü armaturları işlədikləri yerdə sürücülər vasitəsi ilə avtomobilə yükləyərək onun vasitəsi ilə göndərmiş, əyani olaraq o hadisənin şahidi olduğunu bildirmişdir. Babək həmin materialları Zərərçəkmiş şəxs1 istəyəndə guya tikdiyi evin təmirinin tam olaraq başa çatdırılmadığını, təmiri üçün armaturların lazım olduğunu və satdıqdan sonra verməli olduğu pulu qaytaracağını bildirmişdir. Sürücü kimi işləyən Teymur və Tofiqin onlara məxsus “QAZ-53” markalı nəqliyyat vasitəsi ilə armaturları Bilgəhə, Fatmayı Bağlarına və Dübəndiyə apardıqlarını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, 2019-cu ilin dekabr ayında Babək fiksator icarəyə götürmək istədiyini bildirmiş, onlar da fiksator icarəsi ilə məşğul olmadıqlarından Eldarın Raufla əlaqə saxladığını və Babəkin Raufdan 1050 ədəd hər birinin aylıq ödənişi 20 qəpikdən hesablanmaqla icarəyə götürdüyünü, razılaşmalarına görə Babəkin Raufa hər ay 200 manat ödəniş etməli olduğunu bildirmişdir. Lakin Babək fiksatoru götürdükdən sonra ödəniş etməmiş, yalnız 320 ədəd fiksatoru geri qaytarmışdır. Bu hadisədən sonra 2021-ci ilin yay aylarında X6 fiksatorları aldığı gündən heç bir ödəniş etmədiyini və fiksatorları geri qaytarmadığını bildirmişdir. Eldar Babəklə əlaqə saxlayaraq fiksatorları və ödəməli olduğu pulu tələb etdikdə o heç bir ödəniş etməmiş və Raufla Babəki tanış etdiyinə görə Eldar Raufa 5.400 manat ödəniş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Dərnəgül Tikinti Bazarı”nda satıcı qismində işləyir, Zərərçəkmiş şəxs2la münasibətinin 2006-cı ildən yaranmışdır, təxminən 10 ildir ki, onun yanında satıcı kimi işləyir. Əmisioğlu Şahid3 da Nuşravanın satıcısı kimi işləyir. Təqsirləndirilən şəxs təxminən 3 il olar ki, tanıyır, belə ki, Təqsirləndirilən şəxs alıcı qismində dükana gəlib-getmişdir. Təxminən 2021-ci ilin mart ayından etibarən davamlı olaraq onların dükanından tikinti materialları-sement və gips məhsulları almış və aldığı materialların pulunu nağd şəkildə ödəmişdir. Tikinti materiallarını daha çox əmisi oğlu Şahid3 Babəkə vermiş, Natiqin olmadığı nadir hallarda isə o təhvil vermişdir. O, bir müddət keçdikdən sonra Natiqin Babəkə olan etibarından irəli gələrək tikinti materiallarını Zərərçəkmiş şəxs2 icazəsi ilə borc olaraq verməyə başlamış, tikinti materiallarınınsementin satışını Natiq təşkil etsə də, materiallar Zərərçəkmiş şəxs2 aid olmuş və bütün maddi ziyan ona dəymişdir. 2021-ci ilin may ayında Babəkin Nuşravana verməli olduğu pulun məbləği 29.567 manat təşkil etmişdir. Bu hadisədən bir müddət sonra Babək bir daha Natiqdən sement istəsə də, bununla razılaşmamış, Babək ev tikinisi ilə məşğul olduğunu, tikintinin başa çatmağı üçün sementə ehtiyacının olduğunu və ev satıldıqdan sonra olan borcunu bağlayacağını vəd etmiş və bildirmişdir ki, əks təqdirdə pulu ödəyə bilməyəcəkdir. 2021-ci ilin avqust ayından 2022-ci ilin aprel ayına qədər olan müddət ərzində Natiq Babəkin yalan vədinə inanaraq hissə-hissə olmaqla ümumi dəyəri 16.433 manat olan tikinti materialı olan sement vermiş, bununla da onun Zərərçəkmiş şəxs2 ümumi olaraq 46.000 manat məbləğində maddi ziyan dəymişdir. Təxminən 2022-ci ilin avqust ayında Nuşravan Natiqlə birlikdə Babəklə görüşərək pullarını tələb etmişlər, lakin Babək hazırki vaxtadək ödəniş etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, “Dərnəgül Tikinti Bazarı”nda sürücü işləyir. Zərərçəkmiş şəxs2 təxminən 10 il olar ki, tanıyır. Bu müddət ərzində o, Zərərçəkmiş şəxs2 satdığı tikinti materiallarını deyiləcək ünvanlara çatdırmaqla xidmət haqqı alır. Babəki təxminən 4 ildir ki, tanıyır, Nuşravandan davamlı olaraq tikinti materialları aldığına və tikinti materiallarını çox vaxt deyilən ünvana onun çatdırdığına görə Babəklə də münasibəti yaranmışdır. O, Babəkin Nuşravandan aldığı tikinti materiallarını daha çox Mərdəkan, Bilgəh, Dübəndi və s. ünvanlara çatdırmışdır. Hər dəfə həmin ünvanlara getdikdə fərdi evlərdə tikinti işlərinin getdiyinin, hətta müəyyən evlərin təmirinin tam olaraq başa çatdırıldığının şahidi olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 13 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Əbülfət oğlu tərəfindən təqdim edilmiş “WhatsApp” mobil tətbiqi vasitəsi ilə şübhəli şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı və Zərərçəkmiş şəxs1 Əbülfət oğlunun istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrələri arasında danışıqları özündə əks etdirən çıxarışlara baxış keçirilən zaman Zərərçəkmiş şəxs1lə Təqsirləndirilən şəxs arasında tikinti materiallarının dövriyyəsinə dair xx.xx.2019-cu ildən 21,10.2021-ci ilə qədər danışıqların həyata keçirilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ifadəsində, xx.xx.2023-cü il tarixli üzləşdirmə zamanı sonuncu qaimənin xx.xx.2023-cü ildə 30.130 manat təşkil etdiyini, həmin vaxtdan sonra Zərərçəkmiş şəxs1lə tikinti materiallarının alqı-satqısının həyata keçirilmədiyini bildirsə də, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş çıxarışlara baxış keçirilərkən xx.xx.2021-ci ildən sonra onların arasında “WhatsApp” mobil tətbiqi vasitəsi ilə tikinti materiallarının alqı-satqısına dair aşağıdakı məzmunda danışıqların həyata keçirilməsi müəyyən edilmişdir. [xx.xx.2021, 17:02:50] +**********62: Bunu hesabla da xahis edirem [xx.xx.2021, 14:48:10] +**********62: Ele seylerxirda meseledi ureyini sixma [xx.xx.2021, 9:26:45] +**********62: Şabahin xeyir olsun... Eldar dunen tehvil verdim, 100% 3 cu gun odenis odeyecek. Senden artiq derecede xahişim hec olmasa sene de normalni pul vere bilim gelen hefte 2 dene proyektim ikisine biryerde 100 boy 18 lik lazimdi dayanib,bitirmeliyem ki ordan da pul alim [xx.xx.2021, 9:26:55] +**********62: Qardashimsan basqa deyeceyim adam yoxdu [xx.xx.2021,9:27:11]+**********62: Cox xahis edirem [xx.xx.2021, 9:28:48] +994502.1.00962: Qurban sene helle ele basina donum, uzatnayacam [xx.xx.2021,9:28:51] +994502.100962: Soz verirem [xx.xx.2021, 9:29:05] +**********62: 3 cu gun biraz hefte sonu da bunnari bitirim yene [xx.xx.2021, 9:2.9:18] +**********62: Salacam ashagi xeyli borcu [xx.xx.2021,9:30:14] +994502.100962: Sen piramoy qardashsan [xx.xx.2021, 9:30:38] +994502.100962: 2 yere gedecek buzovna novxani [xx.xx.2021, 13:00:51] +994502.100962: 3420 odenilesiydi [xx.xx.2021,13:00:58] +**********62: 2000$ verdim [xx.xx.2021,13:01:05] +**********62: 20 vererem yox idi ustubnen xirda [xx.xx.2021,10:52:59] +**********62: Uzum gelmir demeye.yazim dedim...ele bir durumdu ki buna beton vermeliyem,armatur sixintim var.shagannan pul almaliyam 10 gune kimi bitir...Vallah bilmirem sennen basqa da indiyə kimi birinnen ne nagd ne nisyə mal almamisam ki kiməsə agiz acim bildiyim tək qapi da sensən...eləsən de eləməsən de sagol ay qa [xx.xx.2021, 10:19:03] +**********62: Elə pis dirənmişəm Eldar...mal veremmirem 2 is dayanib təmiz boğuluram...uzum de gəlmir ii done done senə deyim [xx.xx.2021, 10:23:08] +**********62: Allah haqqi bu is etmeliyemmki pul da gəlsin atam [xx.xx.2021, 10:24:48] +**********62: Sendən qardaş kimi coxxahis edirəm dirənərəm zulm edərəm ozum ozume cox dəstək olmusan bilirəm sonuncundefe dəstək ol senə kisi sozu bunu 6 7 gune verəcəm,amma maksimum 15 ne kim senin butun pulunu salaram ashagi lOnan ashagiya [xx.xx.2021, 10:25:03] +**********62: Canim ucun gedəcəyim qapi yoxdu istəyəcəyim adam yoxdu [xx.xx.2021, 10:25:17] +**********62: Pis gunumde de yaxsi gunumde de yanimda olmusan [xx.xx.2021, 10:44:01] +**********62: Ağsaqqal [xx.xx.2021, 10:44:19] +**********62: Bir səy elə vəziyyəti düzəldim) [xx.xx.2021, 11:33:33] +**********62: Bəlkə amilə deyəsən qaqam vallah cox sixisdim [xx.xx.2021, 11:33:39] +**********62: Basini agritmis olmuyum [1.6.06.2021, 12:41:59] +**********62: Qağam dəstək ol xahis edirəm [xx.xx.2021, 9:10:52] +**********62: Sabahin xeyir olsun Demirəm ее sen meni ne vaxtsa podvadit eləmisən qadan alim. Menə ozu de 12 lik lazim deyil e. 18 20 bir de katinka Vallah dirənməsəydim sennen done done istəməzdim [xx.xx.2021, 14:20:31]+**********62: Eldar 24 u bu ayin bunu verəcəm ustunde kecmis borcdan da...Allah qismət eləsin yavas yavas o biri obyektləri de ha ziri iyi ra m [xx.xx.2021, 12:19:01] +**********62: Hardan ay qardaş bu deq dusmusem armaturun ustune ki verim vursunlar pul alim...səbr elə həll edim 24 u inshAllah [xx.xx.2021, 15:38:59] +**********62: Səndən artıq dərəcədə xahis edirəm bax necə bir formada malı verə bilirik tam dayanıram uje başımı itirirəm Eldar..çox da böyük sifariş deyil [xx.xx.2021, 15:39:12] +**********62: Özün bilirsən veriləcək pul qalan deyil [xx.xx.2021,20:06:38] Y: Na oldu clozdar cavan verda [xx.xx.2021, 8:50:53] Y: Naoldıı san bir söz. demadin clozdar navaxt galir [xx.xx.2021, 11:13*53] +**********62: Çixsin apalovkadaaan [xx.xx.2021, 11:13:57] +**********62: Göndərəcəm da [xx.xx.2021, 11:14:05] +**********62: Keyfimnen dayanib orda?? [xx.xx.2021, 11:14:12] +**********62: Çixsin bu gun sabah göndərim [xx.xx.2021, 11:14:29] +**********62: 4 cu gun ya 5 ci gun de bunun pulun verərəm [15,07.2021, 17:25:02] +**********62: Eldar komek elə menə [xx.xx.2021, 17:25:27] +**********62: Bu qehbe balasinnan 5000 ni alim verim senə mali ver betonu tokum Allah haqqi butun islərim sorvat olur [xx.xx.2021, 17:25:33] +**********62: Havalaniram [xx.xx.2021, 12:23:11] +**********62: 16 30 ton [xx.xx.2021, 12:23:12] +**********62: 8 30 ton [xx.xx.2021,12:23:12] +**********62: 18 30 ton [xx.xx.2021, 12:23:12] +**********62: 2.5 30 ton [xx.xx.2021, 12:23:18] +**********62: 100 ton da 28 lik [xx.xx.2021, 12:23:24] +**********62: Ağ şəhərə [xx.xx.2021, 11:44:33] +994502.100962: Adami gözləyirəm Eldar adam gəlsin danisim xəbər edirəm [xx.xx.2021, 11:44:41] +994502.100962: Günortadan sonra gələcək [xx.xx.2021, 10:28:48] +**********62: Sen menim meselemi bilirsen [xx.xx.2021, 10:29:05] +**********62: Heleki veziyyetim yaxsi deyil teze kontraktlari gozleyirem [xx.xx.2021, 10:29:12] +**********62: Birsey edemmirem hele [xx.xx.2021, 10:32:2.6] +**********62: Allah haqqi hele baglamamisam calisiram ona gore [xx.xx.2021, 17:43:57] +**********62: X5 Şəxs, Sizdən xahiş edirəm, aşağıda qeyd olunan polad boru və aksesuarlarına qiymət təklifinizi təqdim edəsiniz. Polad boru şovlu 2.19x4.5 mm 480 metr Polad boru şovlu 102x3 mm x 72 metr Texnoloji polad boru üçün dirsək 90 dərəcə d=102x4mm ~ 76 ədəd Texnoloji polad boru üçün dirsək 90 dərəcə d=219x5mm --12 ədəd [xx.xx.2021, 11:02:04] +**********62: Qiymət təklifi) [xx.xx.2021, 12:10:41] +**********62: Qutu profil (80x80x4) L+=3m -29 ədəd Qutu profil (100x100x5) L=3m - 2 ədəd Metal list (250x250x20) - 29 ədəd Metal list (300x300x30) - 2. ədəd Metal list 4 m m 2 m2 Metal künclük (50x50) - 360 p\m Metal tor (N50, 0 6)- 190 m2 Petlə darvaza 6 ədəd Petlə qapı 3 ədəd Anker bolt (M16)- 130 ədəd Künclük (63x63) - 396 p\m Metal list (t=2mm) - 80 m2 [xx.xx.2021, 12:13:51] Y: Birazdan deyaram [xx.xx.2021, 13:29:47] +**********62: 3 metrelikdi [xx.xx.2021, 13:33:38] +**********62: He 3 metreluk olacaq o yazilanlar “Şübhəli şəxsin tutulması haqqında” 12 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1698/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq müddəti həddində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Baxış və götürmə aparılması haqqında” 27 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, birinci qaimənin məzmununda hər birinin qiyməti 4,9 (dörd manat doxsan qəpik) manatdan hesablanmaqla ümumilikdə 100 ədəd “Astar yaxma”nın, hər birinin qiyməti 4 (dörd) manatdan hesablanmaqla ümumilikdə 04 ədəd “Qırmızı vanna”nın, hər birinin qiyməti 6 (altı) manatdan hesablanmaqla ümumilikdə 6 ədəd “Mastar bıçaq”ın verilməsi müəyyən olundu. Adı qeyd olunan tikinti materiallarına görə ümumi qiymət 542 (beş yüz qırx iki) manat hesablanmış və tikinti materialllarının ünvana çatdırılmasına görə sürücüyə 50 (əlli) manat pulun verilməsi müəyyən edildi. Sənədin məzmunundan görünür ki, dəymiş maddi ziyan 592 (beş yüz doxsan iki) manat olmuş və əvvəldən qalmış ödənilməli olan 44.001 (qırx dörd min bir) manatla toplanaraq ümumilikdə 44.593 (qırx dörd min beş yüz doxsan üç) manat dəyərində tikinti materialları götürmüşdür. İkinci qaimənin məzmununda hər birinin qiyməti 9,6 (doqquz manat altmış qəpik) manatdan hesablanmaqla ümumilikdə 53 ədəd “Alçipan”ın, 01 metrinin uzunluğu 01 (bir) manatdan hesablanmaqla 180 metr (yüz səksən) uzunluğunda “Alçipan” ın vurulması üçün nəzərdə tutulmuş “Tavan-U” profilinin, 01 metrinin uzunluğu 1,48 (bir tam yüzdə qırx səkkiz) manatdan hesablanmaqla 360 metr (üç yüz altmış) uzunluğunda “Alçipan” ın vurulması üçün nəzərdə tutulmuş “Tavan-C” profilinin, hər birinin qiyməti 0,2 (sıfır tam onda iki) manatdan hesablanmaqla ümumilikdə 300 ədəd onluq “əqrəb”in, hər birinin qiyməti 08 (səkkiz) manatdan hesablanmaqla ümumilikdə 10 ədəd iyirmi beşlik “vint”in, hər birinin qiyməti 01 (bir) manatdan hesablanmaqla ümumilikdə 08 ədəd yeddilik “probka”nın, hər birinin qiyməti 04 (dörd) manatdan hesablanmaqla ümumilikdə 06 ədəd 5x50-lik “vint”in verilməsi müəyyən olundu. Sənədin məzmunundan görünür ki, adı qeyd olunan tikinti materiallarına görə ümumi qiymət və dəymiş maddi ziyan 1435 (min dörd yüz otuz beş) manat hesablanmış və əvvəldən qalmış ödənilməli olan 44.593 (qırx dörd min beş yüz doxsan üç) manatla toplanaraq ümumilikdə 46.028 (qırx altı min iyirmi səkkiz) manat dəyərində tikinti materialları götürmüşdür. Daha sonra Zərərçəkmiş şəxs2 təqdim etdiyi, onun işçisi kimi fəaliyyət göstərən Şahid3 tərəfindən yazılmış qeydiyyat dəftərçəsinin müvafiq vərəqinin çap olunmuş fotogörüntülərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs ondan ayrı-ayrı vaxtlarda müxtəlif çeşidlərdə tikinti materiallarını alması müəyyən edildi. Əlavə olaraq Zərərçəkmiş şəxs2 təqdim etdiyi, onun işçisi kimi fəaliyyət göstərən Şahid3 ilə Təqsirləndirilən şəxs arasında “WhatsApp” mobil tətbiqi vasitəsi ilə aparılmış yazışmaların çıxarışına baxış keçirilən zaman Təqsirləndirilən şəxs Şahid3 44.593 manat (qırx dörd min beş yüz doxsan üç) və 1.435 manat (min dörd yüz otuz beş) dəyərində tikinti materiallarını götürdüyünü etiraf etməsi, habelə aldatma və onun etibarını qazanmaq üçün müxtəlif vaxtlarda yalan vədlər verərək ondan fərqli çeşidlərdə tikinti materiallarını götürməsi müəyyən edildi. Həmçinin Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş, içərisində səsli mesajlar olan 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək Şahid3la Təqsirləndirilən şəxs arasında aşağıdakı məzmunda səsli mesajların göndərilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs: Digahın malı çıxmayıbsa bunu da üstünə qoy da. - Təqsirləndirilən şəxs: Natiq mallardan çıxan olmayıbsa Bilgəh istiqamətində xırda bir şey deyim onu da qoysunlar da. - Şahid3: Deməli 80-lik mismar alarsan 10 kilo, 120-lik alarsan 6 kilo, beton mismar 80lik alarsan 6 kilo, asinkoviy alarsan sıfır qırxlıq 4 kilo. - Təqsirləndirilən şəxs: İndiyənə kimi bir adama belə heç kim deyə bilməz ki, Babək kiməsə pul verib bizi ikinci cərgəyə salıbdı, istədiyin vaxt çağıraram bax Yevrohomun girişinin solunda Ramil adında oğlandı taxta o gündən bu günə bir manat belə ödəniş olmayıb, hələ bir az da artıb, beton zavod nömrəsin göndərərəm bir soruşarsan bir manat belə ödəniş olub o gündən bu günə o vaxtdan bu vaxta - Təqsirləndirilən şəxs: Qardaşın heç kimə pul keçmir Natiq, heç kimə dəpul keçəsi deyil, yəni belə izah eliyirəm ki, tək sənə yox beş dənə sənin kimi yaxşı oğlana, amma heç kim də sənin kimi fikirləşmir aa, süzəlsin onnan sonra - Şahid3: Hə qadan alım sən mənə dəqiqləşdirərsən Mahirə deyərsən dəqiqləşdirsin nədi nə deyil. Şeydi də mən də kiməsə açot verirəm yazsın maa siz yazarsız mən bizim öz buxaltrımıza verim ki, bu qədər bulardı da qaimələr də budu. - Təqsirləndirilən şəxs: Natiq səhər sənə göndərdim oranın yeri qırx kvadratdan bir az çoxdu əlli kvadrata yaxındı, sən göndərməmişdin ki əlli kvadratlıq? - Təqsirləndirilən şəxs: Göndər ay Natiq göndər. - Təqsirləndirilən şəxs: Natiq paslı sementi otuz elə də. - Təqsirləndirilən şəxs: Hə bir də kres qoyarsan da birlik üç-dürd paçka - Təqsirləndirilən şəxs: Nə qədər tez eləsən bir o qədər yaxşıdı. - Təqsirləndirilən şəxs: Profil, iki dənə profil qoy da. - Təqsirləndirilən şəxs: Ya da sən sementi qırx kisə elə. - Təqsirləndirilən şəxs: Əlcək, astar, profil. - Təqsirləndirilən şəxs: Sabahın xeyir olsun əlli kvadratlıq setka bir az qalınlardan sıxılannan olsun, otuz kisə sement - Təqsirləndirilən şəxs: Sabahın xeyir olsun Natiq nə var nə yox? Bir dənə də zəhmət olmasa bunu yığ, prosdo böyükdülər də mənim maşınıma sığışmaz, dedim gəlib götürərdim bunu Şüvəlana göndər də başıva dönüm. - Təqsirləndirilən şəxs: Sən karreksiya elə iyirmi dənə mata göndər, iyirmi beş dənə, beş paçka demişdim yetmiş kvadrat oranı görəcək, beş paçka penaplas göndər sonra kökəni göndər. - Təqsirləndirilən şəxs: Göndər ay Natiq göndər. - Təqsirləndirilən şəxs: Sabahın xeyir olsun göndər qardaş inşallah xeyir xəbərnən geri dönəcəm sənə. - Təqsirləndirilən şəxs: Sabahın xeyir olsun qaqa bunu xırda bir şeydi göndərə bilirsən bizim sahəyə. - Təqsirləndirilən şəxs: Salam Natiq inşallah gələn həftənin ikinci günü dəqiq olacağ, çünki dünən olmalıydı, gələn həftənin ikinci gününə saxladılar, çox da böyük ödəniş deyil, gəlsə ordan bir az sizə verəcəm, bir az deyəndə çox da böyük summa deyil, sizin kimi beş-altı nəfər adam var heç kimə bir qəpik ödəniş eləməmişəm. - Təqsirləndirilən şəxs: Salam salam Natiq inşallah sabah görüşməliyik, çox güman ki görüşəcəm sənnən. - Təqsirləndirilən şəxs: Bir qaiməyə yaz göndər mən də göndərim həmin adama, axşam görüşərik. - Təqsirləndirilən şəxs: Göndər bunu Dübəndi proyektinə onda ya axşam, ya da səhər bunun ödənişini eliyəcəm sənə onda. Həmçinin Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş, içərisində səsli mesajlar olan 01 ədəd CD diskdə baxış zamanı cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək Şahid3la Təqsirləndirilən şəxs mühasibi kimi fəaliyyət göstərən X3 arasında aşağıdakı məzmunda səsli mesajların göndərilməsi müəyyən edilmişdir: - Mahir Saadov: Deməli onu göndərmisən, mən də onu komputerə hesablamışam, ona görə buranın yazısı ilə düzdü, 46.028 manat Mahir Saadov: Natiq quzu kəsərəm sənə, mən bu çapda, qaimədə nə yazmışamsa, axırıncı məbləğ də var. Şəkli və indi göndərdiyim qaimə onları üst-üstə gələndə 46.028 manat eliyir. Mən yazdıqlarım hamısı komputerdədi komputerə bura nə yazmışam onu yazmışam fərq eləməz, komputerin özü də Babəkdədi, məndə döyül. “Sübutların qiymətləndirilməsi haqqında” 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş səs yazıları və fotoşəkilləri özündə əks etdirən 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmədə səsləndirdiyi ifadələri, həmçinin şahidlərin ifadələri, habelə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətmədiyinə dair verdiyi ifadəyə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin ifadəsində göstərdiyi xüsusatlar, nəinki, öz təsdiqini tapmamış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyi və işdə olan digər sənədlərlə tam təkzib edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1 -ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29- cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, həmçinin iki azyaşlı uşağının olmasını (əsas: portaldan çıxarış) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 12 dekabr 2023-cü il tarixdən 02 oktyabr 2024-cü il tarixədək həbsdə olduğu müddət bir günə iki gün hesabı ilə hesablanaraq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1 -ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut 01 ədəd DVD və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə Zərərçəkmiş şəxs1 Əbülfət oğlu tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs1 Əbülfət oğlu tərəfindən verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ümumilikdə Zərərçəkmiş şəxs1 Əbülfət oğluna 40.600 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilindiyi üçün bu əməllərin törədilməsi ilə əlaqədar mülki iddiaçıya vurduğu maddi ziyan da onun tərəfindən ödənilməlidir. Zərərçəkmiş şəxs1 Əbülfət oğlu tərəfindən verilmiş mülki iddianın mənəvi ziyanla bağlı hissəsinə dair məhkəmə qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Qərarda həmçinin qeyd olunur ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs1 Əbülfət oğlu mənəvi ziyan dəyməsi barədə dəlillərini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamışdır. Bu baxımdan mülki iddiaçının dəyən mənəvi ziyana görə mülki cavabdehdən pul tutulması tələblərini məhkəmə əsassız hesab edir və mülki iddianın mənəvi ziyanla bağlı hissəsinin təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət işi üzrə 12 dekabr 2023-cü il tarixdən 02 oktyabr 2024-cü il tarixədək həbsdə olduğu 09 ay 20 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 01 il 07 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 04 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd DVD və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 Əbülfət oğlu tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Maddi ziyana görə 40.600 manat və ödənilmiş dövlət rüsumuna görə 362 manat, cəmi 40.962 manat təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 Əbülfət oğlunun xeyrinə ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-299/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-299/2024
02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver