Məhkəmə qərarları › İş №1(005)-30/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-30/2021

31.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-30/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4 ünvanında yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 07 dekabr 2019-cu il tarixdə saat 05.00 radələrində X9 məxsus ünvan 5 ünvanında yerləşən evdən oğurluq etməsi faktı ilə bağlı Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü olmadan təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin mart ayının 15-də saat 18.30 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək X6 yaşadığı ünvan 6 ünvanında yerləşən evin, yəni yaşayış sahəsinin giriş qapısını itələyərək açmaqla qanunsuz daxil olub evin içərisindən zərərçəkmiş şəxs Elman Məmmədova məxsus ümumi çəkisi 7.75 qram, 583 əyarlı, qaşları qiymətli qaşlara aid olmayan 504 manat dəyərində sırğa cütü və üzük dəstini, çəkisi 6 qram olan 600 manat dəyərində 583 əyarlı bir ədəd kişi qızıl üzüyünü, çəkisi 20 qram olan 1000 manat dəyərində 583 əyarlı bir ədəd qadın qızıl boyunbağını, çəkisi 5 qram olan 400 manat dəyərində üzəri briliyant qaşlı bir ədəd qadın qızıl üzüyünü, çəkisi 3 qram olan 150 manat dəyərində 583 əyarlı bir ədəd qadın qızıl boyunbağını, çəkisi 5 qram olan 250 manat dəyərində 583 əyarlı bir ədəd qadın qızıl qolbağını, çəkisi 4 qram olan 200 manat dəyərində 583 əyarlı bir ədəd qadın qızıl üzüyünü, 400 manat miqdarında 800 ədəd 50 qəpiklik nominallı sikkələri və 155 manat nağd pulu gizli yolla talayaraq zərərçəkmiş E.Q.Məmmədova ümumilikdə 3659 manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin mart ayının 15-də saat 18.30 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək X6 yaşadığı ünvan 6 ünvanında yerləşən evin, yəni yaşayış sahəsinin giriş qapısını itələyərək açmaqla qanunsuz daxil olub evin içərisindən zərərçəkmiş şəxs Elman Məmmədova məxsus ümumi çəkisi 7.75 qram, 583 əyarlı, qaşları qiymətli qaşlara aid olmayan 504 manat dəyərində sırğa cütü və üzük dəstini, çəkisi 6 qram olan 600 manat dəyərində 583 əyarlı bir ədəd kişi qızıl üzüyünü, çəkisi 20 qram olan 1000 manat dəyərində 583 əyarlı bir ədəd qadın qızıl boyunbağını, çəkisi 5 qram olan 400 manat dəyərində üzəri briliyant qaşlı bir ədəd qadın qızıl üzüyünü, çəkisi 3 qram olan 150 manat dəyərində 583 əyarlı bir ədəd qadın qızıl boyunbağını, çəkisi 5 qram olan 250 manat dəyərində 583 əyarlı bir ədəd qadın qızıl qolbağını, çəkisi 4 qram olan 200 manat dəyərində 583 əyarlı bir ədəd qadın qızıl üzüyünü, 400 manat miqdarında 800 ədəd 50 qəpiklik nominallı sikkələri və 155 manat nağd pulu gizli yolla talayaraq zərərçəkmiş E.Q.Məmmədova ümumilikdə 3659 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, anası ilə atası birlikdə yaşamasalar da, o, mütəmadi olaraq atası Razini və onun qohumlarını görmək üçün atasının yaşadığı, yəni ünvan 7 ünvana gəlib gedir və münasibətləri də yaxşıdır. 13 mart 2020-ci il tarixində günorta vaxtlarında atasını və bibisi Təranəni görmək üçün onuların yaşadığı ünvan 7 ünvana gəlmiş və onlarda olarkən məlum olmuşdur ki, bibisi və ailəsi 15 mart 2020-ci il tarixdə toyda olacaqlarından toya hazırlaşırlar. O artıq bilmişdir ki, bibisinin ailəsi toyda olacaqdır və mənzildə heç kim olmayacaq. Ona görədə bibisi Təranənin ailəsi toyda olduğu vaxtda oğuruq etmək qərarına gəlmiş və həmin oğurluğu isə əvvəldən tanıdığı bir küçə aralı yaşayan Məhəmmədəli ilə edəcəyini planlaşdırmışdır. 15 mart 2020-ci il tarixdə saat təxminən 16 radələrində yaşadığı Zabrat qəsəbəsində olarkən o, Məhəmmədəli ilə zəngləşərək görüşmüş və ona təklif etmişdir ki, birlikdə oğurluq etsinlər. Həmçinin Məhəmmədəliyə bildirmişdir ki, oğurluq edəcəkləri mənzil bibisinə məxsusdur, 15 mart 2020-ci il tarixdə bibisinin ailəsi ailəvi olaraq toyda olacaqlar və mənzildə heç kim olmayacaqdır. Məhəmmədəli əvvəldən də bir neçə dəfə onunla həmin küçədə olmuşdur. Atası Razini tanısa da qohumlarını tanımamışdır. Məhəmmədəli də onunla razılaşmış və bundan sonra müvəqqəti olaraq 14 mart 2020-ci il tarixdə “Xalqlar dostluğu” metrostansiyası yaxınlığında 3 günlük Renta Cardan kirayə götürmüş olduğu “KİA Serato” markalı avtomobillə bibisi Təranənin yaşadığı evin qarşısına gəlmişdirlər. Avtomobili küçədə saxlayıb həmin gün saat təxminən 18:30 radələrində havanın qaranlıq vaxtında ətrafa baxmışdırlar ki, heç kim yoxdur, onları görəcək şəxsin olmayacağına əmin olub bibisi Təranənin yaşadığı mənzilin önünə gələrək, taxtadan olan qapını bərk itələməklə açmış və bundan sonra o, Məhəmmədəli ilə birlikdə mənzilə daxil olaraq mənzildə axtarış etmişlər. Otaqda masa üzərində olan qutunun içərisindən qızıl zinət əşyalarını götürüb onlar ciblərinə yığmış, paltar şkafında olan qutunu sirkələdikdə isə içərisində çoxsaylı qəpikliklər olduğunu görüb, mənzildən selofan torba tapıb qəpiklikləri həmin torbanın içərisinə boşaltmaqdan ötrü o torbanı tutmuş, Məhəmmədəli isə 50 qəpikliklər olan pulları qutudan torbaya boşaltmışdır. Daha sonra mənzili tərk edərək oradan uzaqlaşmışlar. Həmin 50 qəpikliklər ümumilikdə 250 manat olmuşdur. Həmin gün, yəni 15 mart 2020-ci il tarixdə ona pul lazım olduğundan oğurlamış olduqları qızıl zinət əşyalarını satmaq istədiyindən Məhəmmədəli ilə birlikdə Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrostansiyası yaxınlığında “Lombard” kimi fəaliyyət göstərən yerdə öz şəxsiyyət vəsiqəsi əsasında oğurlamış olduqları qızıl zinət əşyalarını 1100 manata satmışlar. Həmin yerdə qızıl zinət əşyasını satarkən o, bildirmişdir ki, qızıl zinət əşyaları özünə məxsusdur və həmçinin ondan şübhələnməməsi üçün də bir cüt sırqa və üzüyü də girova qoyaraq 130 manat pul götürmüşdür. Həmin pulları isə Məhəmmədəli ilə birlikdə Bakı şəhərində klublarda və şəxsi ehtiyaclarını ödəməklə xərcləmişlər. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərəçəkmiş şəxsə dəymiş maddi ziyanının ödənildiyini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 10 ildən çoxdur ki, tanıyır. Belə ki, 15 mart 2020-ci il tarixdə saat təxminən 16 radələrində yaşadığı Zabrat qəsəbəsində olarkən İman ona zəng vuraraq görüşməklərini bildirmiş və bundan sonra Zabrat qəsəbəsində İmanın yaşadığı evin yaxınlığında görüşmüşlər. İman ona bildirmişdir ki, atasının yaşadığı yerdə, yəni ünvan 8 ünvanda bir ev var oradan oğurluq etmək olar. Onu da bildirmişdir ki, İmanla əvvəllər 3-4 dəfə İmanın atasının yəni Razinin evinin qarşısına gəlib getmişdir. O, İmandan soruşmuşdur ki, oğurluğu hansı üsulla edəcəkdirlər. İman isə ona bildirmişdir ki, qonşu var, həmin toyda olacaqlar evdə heç kim olmayacaqdır. O İmanla razılaşmış və İmanın idarə etdiyi “Renta Car”dan götürmüş olduğu “KİA SERATO” markalı avtomobilə əyləşib həmin ünvana gəlmişlər. Həmin ünvanda olarkən artıq hava qaralmışdır. 15 mart 2020-ci il tarixdə saat təxminən 18:30 radələrində o, İmanla birlikdə həyətə daxil olmuş, orada dəmir qapıdan keçib, içəridə olan taxtadan olan qapını İman itələyərək açmış, bundan sonra onlar bir otaqlı mənzilə daxil olaraq otağın işığını İman yandırmış və daha sonra mənzildə axtarışlar etməyə başlamışlar. Otaqdakı masa üzərində olan qutunun içərisinə baxdıqda qızıl zinət əşyalarını görüb götürərək cibinə qoymuş, bundan sonra paltar şkafını açıb axtarmağa başladıqda şkafın içərisində yerdə olan qutuya baxarkən içərisində qəpilkilər olduğunu görmüş və həmin qəpikliklər çox olduğundan otaqdan selofan torba tapıb qəpik pulları İmanla birlikdə torbaya boşaltmışlar. Daha sonra isə o, şkafda olan pencəyin iç cibinə baxarkən, həmin pencəyin cibində 153 manat pul tapmış və həmin pulu götürərək cibinə qoymuş və həmçinin masa üzərində olan pul kisəsini axtararkən oradan da 5 manat pulu götürmüşdür. Sonra isə mənzili İmanla birlikdə tərk etmiş, oğurlamış olduqları 50 qəpikliklər isə İmanda qalmışdır. Həmin gün, yəni 15 mart 2020-ci ii tarixdə onlara pul lazım olduğundan qızıl zinət əşyalarını satmaq qərarına gələrək birlikdə Nizami rayonu ərazisində “Neftçilər” metrostansiyası yaxınlığında Qara Qarayev prospektində yerləşən “Lombard” kimi fəaliyyət göstərən yerdə İmanın şəxsiyyət vəsiqəsi əsasında oğurlamış olduqları qızıl zinət əşyalarını 1100 manata satmışlar. Həmin yerdə qızıl zinət əşyasını satarkən İman bildirmişdir ki, qızıl zinət əşyaları özünə məxsusdur, ehtiyacdan satır. Həmin pulları isə İmanla birlikdə Bakı şəhərində klublarda, kafelərdə və şəxsi ehtiyaclarına ödəməklə xərcləmişlər. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərəçəkmiş şəxsə dəymiş maddi ziyanının ödənildiyini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, Nərimanov rayonu, S.Rəhman küçəsi 23 saylı ünvanda aləsi ilə birlikdə yaşayır. 15 mart 2020-ci il tarixdə saat 18 radələrində ailə üzvləri ilə birlikdə qohumunun toy mərasimi ilə əlaqədar olaraq getmişdirlər. Gedərkən qapını da kilidləmişdir. Həmin gün saat 23 radələrində toy mərasimindən qayıdarkən yaşadığı mənzilin qapısının açıq olmasını aşkar etmiş və elə bilmişdir ki, evdən çıxarkən bağlamamışdır. Mənzilə daxil olduqda heç bir şübhə doğurmamış, lakin təxminən bir saat sonra arvadı Təranə toydan gəldiyi qızılları həmişə qoyulan qutuya qoyduqda bildirmişdir ki, digər qızıllar orada yoxdur. O, da baxdıqda qızılların olmadığını aşkar etmiş və həmçinin şkafda olan pencəyinin cibinə baxdıqda görmüşdür ki, pençəyinin iç cibinə qoyduğu 150 manat və şkafın içərisində olan qutuya yığılmış olan 400 manat miqdarında 50 qəpikliklər yoxdur. Həmçinin masa üzərində olan pul kisəsinin içərisində olan 5 manat pul da yoxdur. Bundan sonra arvadı Təranə DİN-in 102 xidmətinə müraciət etmiş və müraciəti əsasında polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişlər. Oğurluq nəticəsində ona məxsus ailə üzvlərinin istifadə etdiyi bir ədəd 1000 manat dəyərində 20 qram olan 583 əyarlı qadın boyunbağı, bir ədəd 400 manat dəyərində 583 əyarlı komplekt ümumi 8 qram çəkidə qadın sırqası və üzüyü, bir ədəd 400 manat dəyərində 583 əyalı 5 qram olan briliyant qaşlı qadın üzüyü, bir ədəd 600 manat dəyərində 583 əyarlı 6 qram çəkidə kişi üzüyü, bir ədəd 150 manat dəyərində 583 əyarlı 3 qram çəkidə qadın boyunbağısı, bir ədəd 250 manat dəyərində 583 əyarlı 5 qram çəkidə qadın qolbağısı və bir ədəd 200 manat dəyərində 583 əyarlı 4 qram çəkidə qadın üzüyü, bundan başqa isə şkafda olan 400 manat miqdarında 800 ədəd 50 qəpikliklər, 150 manat nəğd pul və 5 manat pul kisəsindən oğurlanmışdır. Bununla da ona 3555 manat ziyan dəymişdir. Sonda zərərçəkmiş şəxs X10 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini qeyd edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 15 mart 2020-ci il tarixdə saat 18 radələrində ailə üzvləri ilə birlikdə qohumunun toy mərasimi ilə əlaqədar olaraq getmişdirlər. Gedərkən əri Elman qapını kilidləmişdir. Həmin gün saat 23 radələrində toy mərasimindən qayıdarkən yaşadığı mənzilin qapısının açıq olmasını aşkar etmişlər və elə bilmişlər ki, evdən çıxarkən qapını bağlamamışlar. Mənzilə daxil olduqdan təxminən bir saat sonra o, toya taxdığı qızılları həmişə qoyulan qutuya qoyduqda görmüşdür ki, digər qızıllar orada yoxdur. Bu barədə əri Elmana demiş və Elman da gəlib baxdıqda qızılların olmadığını aşkar etmiş və həmçinin Elman şkafda olan pencəyinin cibinə baxdıqda görmüşdür ki, pençəyinin iç cibinə qoyduğu 150 manat və şkafın içərisində olan qutuya yığılmış olan 400 manat miqdarında 50 qəpikliklər də yoxdur. Həmçinin masa üzərində olan pul kisəsinin içərisində olan 5 manat pul da yoxdur. Bundan sonra o, DİN-in 102 xidmətinə müraciət etmiş və müraciəti əsasında polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişlər. Oğurluq nəticəsində onun istifadə etdiyi bir ədəd 1000 manat dəyərində 20 qram olan 583 əyarlı qadın boyunbağı, bir ədəd 400 manat dəyərində 583 əyarlı komplekt ümumi 8 qram çəkidə qadın sırqası və üzüyü, bir ədəd 400 manat dəyərində 583 əyalı 5 qram olan briliyant qaşlı qadın üzüyü, bir ədəd 600 manat dəyərində 583 əyarlı 6 qram çəkidə kişi üzüyü, bir ədəd 150 manat dəyərində 583 əyarlı 3 qram çəkidə qadın boyunbağısı, bir ədəd 250 manat dəyərində 583 əyarlı 5 qram çəkidə qadın qolbağısı və bir ədəd 200 manat dəyərində 583 əyarlı 4 qram çəkidə qadın üzüyü, bundan başqa isə şkafda olan 400 manat miqdarında 800 ədəd 50 qəpikliklər, 150 manat nəğd pul və 5 manat pul kisəsindən oğurlanmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişdir. Cinayət işinin İ cildinin 191-193-cü vərəqələrində olan Şahid2 istintaqa verdiyi ifadəsindən görünür ki, o, 23 avqust 2019-cu il tarixdən hazıra kimi ünvan 9 ünvanda yerləşən “Lombard” da qızıl alıcısı vəzifəsində işləyir. Belə ki, 15 mart 2020-ci il tarixdə saat təxminən 20 radələrində “Lombard” da olarkən iki nəfər lombarda daxil olub, onlardan biri sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs1 bildirmişdir ki, özünə məxsus olan qızıl zinət əşyalarının bir qismini satmaq istəyir və bir qismini isə girova qoyacaqdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində olan şəxsiyyət vəsiqəsini təqdim edib, satacaq olduğu 583 əyarlı, bir ədəd qadın boyunbağısını və bir ədəd qadın üzüyünü təqdim etmişdir. Onun tərəfindən həmin qızıl zinət əşyaları çəkisi müəyyən edilməsindən ötrü tərəzi vasitəsilə çəkilmiş və həmin qızıl zinət əşyalarının ümumi çəkisi 24.08 qram təşkil etmişdir. Həmin qızıl zinət əşyaları həmin vaxta uyğun olaraq bazar qiyməti ilə qramı 43 manatdan təşkil etməklə razılaşıb 1033 manata almışdır. Bundan başqa isə Təqsirləndirilən şəxs1 özündə olan 583 əyarlı komplekt bir cüt qadın sırqasını və üzüyü lombarda girov qoyacağını deyib təqdim etmiş və çəkisi 7.76 qram təşkil edib ümumilikdə 130 manata girova qoymuşdur. Təqsirləndirilən şəxs1 satmış olduğu bir ədəd boyunbağı və bir ədəd üzük isə həmin gün satılmışdır. Belə ki, 29 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası ərazisində “Korona” virus epidemiyasının qarşısının alınması məqsədi ilə lombardın fəaliyyəti dayandırılmışdır. 05 may 2020-ci il tarixdə karantin rejiminin aradan qaldırılması ilə əlaqədar fəaliyyətə başlanıldıqda ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 təqdim etmiş olduğu, yəni satdığı və girova qoymuş olduğu qızıl zinət əşyaları oğurluq yolu ilə əldə edilmişdir. Lakin bir ədəd qadın boyunbağısı və bir ədəd üzüyün satıldığını, girovda olan komplekt bir cüt sırğa və bir ədəd üzüyün tərəfindən könüllü olaraq istintaqa təqdim edildiyini bildirmişdir. Cinayət işinin İ cildinin 7-11-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 16 mart 2020-ci il traixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin müstəntiqi X11 Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərini rəhbər tutub X6 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Hadisə yeri yerləşir ünvan 10 ünvana həyət vasitəsi ilə olan evlərin arasından daxil olunur. Həmin ünvan 1 mərtəbəli evdən ibarətdir ki, mənzilə dəmir qapı vasitəsi ilə daxil olunur. Həmin ünvanda dəmir qapıdan sonra dəhliz vardır ki, həmin dəhlizin solunda digər bir mənzil, sağ tərəfdə isə Elman Məmmədovun mənzili yerləşir. Mənzilə taxtadan olan qapıdan daxil olunur ki, daxil olunarkən mətbəxt otağıdır. Həmin giriş qapısı kilidlə bağlanılır. Həmin mətbəxt otağındaki taxta qapıdan yataq otağına daxil olunur. Baxış vaxtı Elman Məmmədov bildirdi ki, masa üzərində olan qutunun içərisindən qızıl zinət əşyaları, şkafdan bankada olan 400 manat 50 qəpiklik, 150 manat pencəyinin cibindən 5 manat pul kisəsindən naməlum şəxs oğurluq etmişdir. Hadisə yerinə baxış vaxtı 06 ədəd əl-barmaq izləri götürülmüşdür. Cinayət işinin İ cildinin 73-74-cü vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 25 aprel 2020-ci il traixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 25 aprel 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 104-105-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 25 aprel 2020-ci il traixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 25 aprel 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 155-157-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 27 aprel 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru Vüqar Əliyev tərəfindən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Cavanşir Mayılovun 27 aprel 2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs1 qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 159-160-cı vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 27 aprel 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru Vüqar Əliyev tərəfindən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Cavanşir Mayılovun 27 aprel 2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs2 qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 162-163-cü vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 27 aprel 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 165-166-cı vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 27 aprel 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 176-cı vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 02.05.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cildinin 178-179-cu vərəqələrində olan Azərbaycan Respublikası DİNin BƏSİİ tərəfindən verilmiş 04.05.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmuşdur. O, Tərtər Hərbi Məhkəməsinin 16.09.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək N ay intizam xarakterli hərbi hissədə saxlanılma cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 14.11.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək N ay şərti sınaq müddəti müəyyən edilmişdir. Cinayət işinin İ cildinin 187-ci vərəqində olan “Könüllü təqdim edilmiş əşyanın götürülməsi haqqında” 06 may 2020-ci il tarixli qərardan görünür ki, Şahid2 könüllü olaraq təqdim etdiyi bir cüt sırqa və bir ədəd qadın üzüyünün götürülməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 189-190-cı vərəqələrində olan 06 may 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin müstəntiqi X11 Azərbaycan Respublikası CPM-nin 51-ci maddəsinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, 06.05.2021-ci il tarixdə saat 11-də, ********* nömrəli cinayət işi üzrə xidməti otağında Şabran rayonu Gəndov kəndində qeydiyyatda olan Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi dalan 6-da yaşayan Şahid2 könüllü olaraq istintaqa təqdim etdiyi bir cüt sırqa və bir ədəd qadın üzüyünü ona təhvil vermişdir. Həmin sırqalar eyni olmaqla sarımtıl rəngli olub, üzərində 10 ədəd ağ rəngli parıltılı qaşları və onun üzərində isə göy rəngli dairəvi bir ədəd qaş vardır. Digər üzük isə eyniylə 10 ədəd ağ rəngli qaş və bir ədəd göy rəngli qaşı vardır. Cinayət işinin İİ cildinin 1-ci vərəqində olan Nərimanov rayon 53 saylı MKİS tərəfindən tərtib edilmiş 06.05.2020-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin İİ cildinin 8-ci vərəqində olan Sabunçu RİH-nin Zabrat qəsəbə nümayəndəliyi tərəfindən tərtib olunmuş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin İİ cildinin 12-22-ci vərəqələrində olan Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Ramil Mehdiyev tərəfindən tərtib edilmiş İttiham Aktından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Cinayət işinin İİ cildinin 28-36-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 18.05.2020-ci il tarixli, 20/242R nömrəli məhkəmə-daktiloskopik ekspertizasının rəyindən görünür ki, 15.03.2020-ci il tarixdə ünvan 11 ünvanında yerləşən vətəndaş X6 yaşadığı mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədər hadisə yerinin müayinəsi zamanı 06 ədəd yapışqan lent kəsikləri vasitəsi ilə götürülmüş əl barmaq izlərindən 01 ədəd ovuc və 04 ədəd əl barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədədi xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 sağ əlin orta barmağın əksi ilə eynidir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd ovuc və 03 ədəd əl-barmaq izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan digər şəxslərin əl əksləri ilə eynilik müəyyən edilməmişıdir. Cinayət işinin İİ cildinin 38-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2020-ci il tarixli, 6/713-9/1196 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan, ortasında 1 ədəd qara rəngli, kənarlarında ağ şəffaf qaşları olan sırğa cütü və üzük dəstiüzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, şəkisi 7,75 qramdır. Qaşları qiymətli qaşlara aid deyil. Həmin sırğa cütü və üzük dəstinin 2020-ci ilin mart ayına olan orta bazar qiyməti 504 manat müəyyən edilir. Cinayət işinin İİ cildinin 50-60-cı vərəqələrində olan “Sübutların qiymətləndirilməsi, maddi sübut kimi tanınma və əməlin tövsif edilməsi haqqında” 21 may 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə X7 məxsus 1 ədəd sarı rəngli metaldan, 583 əyarlı qızıldan hazırlanmış, çəkisi 7.75 qram, qaşları qiymətli qaşlara aid olmayan sırğa cütü və üzük dəstinin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs iş materialları ilə tanış olduqdan sonra sahibinə saxlanması üçün qaytarılması, hadisə yerinə baxış zamanı X6 mənzilindən götürülmüş əlbarmaq izi nümunələrinin iş üzrə maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 95-ci vərəqində olan zərərçəkmiş şəxs X10 tərəfindən yazılaraq imzalanmış 31.05.2020-ci il tarixli Qəbzdən görünür ki, o X10 cinayət işi üzrə maddi sübut olan bir ədəd üzüyü və bir cüt sırğanı təhvil almışdır və həmin maddi sübutun məhkəmə baxışınadək saxlanmasını öz öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X6 16.11.2020-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışlar, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Dəymiş ziyan tamamilə ödənilmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 08.10.2020-ci il tarixli, 1(005)-141/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 09 dekabr 2019-cu il tarixdən 10 dekabr 2019-cu il tarixədək 1 (bir) gün həbsdə olduğu müddətin ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə 1 (bir) il 6 (altı) ay sınaq müddətinin təyin olunması, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Təqsirləndirilən şəxs1 cəzasını yaşadığı yer üzrə çəkməsi, cəzanın icrasının təqsirləndirilən şəxsin yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, R.Axundov 15 saylı evin 7 nömrəli mənzilini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin 01.03.2021-ci il tarixli, 1(103)- 236/2021 saylı qərarından görünür ki, apelyasiya protestinin təmin edilməsi, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə 1 (bir) il 6 (altı) ay sınaq müddətinin təyin olunması, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Təqsirləndirilən şəxs1 cəzasını yaşadığı yer üzrə çəkməsi, cəzanın icrasının təqsirləndirilən şəxsin yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, R.Axundov 15 saylı evin 7 nömrəli mənzilini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması” hissələrində dəyişdirilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə dair müddəaların, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə 1 (bir) il 6 (altı) ay sınaq müddəti təyin olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, R.Axundov 15 saylı evin 7 nömrəli mənzilini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun” hissəsinin hökmdən xaric edilməsi, iş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 08.10.2020-ci il tarixli hökmündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin və həmin maddəyə dair müddəaların xaric edilməklə, məhkum Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi və barəsində “həbs” qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından dərhal həbsə alınması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 01 mart 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə ilk növbədə onu qeyd edir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ittiham Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində baxılan cinayət işi üzrə törədilən oğurluq cinayəti nəzərə alınmaqla verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ittihamda qeyd olunan “Təqsirləndirilən şəxs1 07 dekabr 2019-cu il tarixdə saat 05.00 radələrində X9 məxsus ünvan 5 ünvanında yerləşən evdən oğurluq etməsi” ilə bağlı hissədə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 08.10.2020-ci il tarixli, 1(005)-141/2020 saylı hökmü Bakı Apelyasiya Məhkəməsinin 01.03.2021-ci il tarixli, 1(103)-236/2021 saylı qərarına əsasən dəyişdirilmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15.02.2008-ci il tarixli qərarında qeyd olunur: “məhkəmə istintaqında tədqiq edilmiş sübutlar və daxili inam dövlət ittihamçısının ittihamla bağlı mövqeyinin formalaşmasının əsasını təşkil edir. Buna görə də dövlət ittihamçısı daxili inamına əsasən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın tədqiq edilmiş sübutlarla qismən təsdiq olunmadığı qənaətinə gələrsə, ondan qismən imtina etməyə də haqlıdır. Əks təqdirdə bu, bir tərəfdən onun obyektivliyinin şübhə altına alınmasına gətirib çıxarar, digər tərəfdən isə təqsirləndirilən şəxsin əsassız təqsirləndirilərək cəzalanmasına imkan yaratmış olardı. CPM-in 43.1.1 və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən (o cümlədən, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində ittiham elan edildikdə, məhkəmə baxışında ittihamdan bir və ya bir neçə maddə üzrə) imtina edilməsini ehtiva edir. Eyni zamanda məhkəmə, dövlət ittihamçısının Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ittihamdan imtina etməsini və onun əməlinin həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilməsini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir.». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxs X10 ilə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o, məhkum olunsa da (Bakı Apelyasiya Məhkəməsinin 01.03.2021-ci il tarixli, 1(103)- 236/2021 saylı qərarı), onun hazırki iş üzrə törətdiyi cinayət əməlini həmin məhkumluğun yaranmasından əvvəl törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Bakı Apelyasiya Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 1(103)-236/2021 nömrəli qərarı ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə, üzərində qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli 01 mart 2021-ci il tarixdən hesablanmalı, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxs X10 ilə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə maddi sübut olan - X7 məxsus 1 ədəd sarı rəngli metaldan, 583 əyarlı qızıldan hazırlanmış, çəkisi 7.75 qram, qaşları qiymətli qaşlara aid olmayan sırğa cütü və üzük dəstinin zərərçəkmiş şəxs X7 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan - hadisə yerinə baxış zamanı X6 mənzilindən götürülmüş əlbarmaq izi nümunələri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 109,50 (yüz doqquz manat əlli qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmə iclaslarında iştirak etdiyi 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı Apelyasiya Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 1(103)-236/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkməsinin əvvəli 01 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 hazırda cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - X7 məxsus 1 ədəd sarı rəngli metaldan, 583 əyarlı qızıldan hazırlanmış, çəkisi 7.75 qram, qaşları qiymətli qaşlara aid olmayan sırğa cütü və üzük dəstinin zərərçəkmiş şəxs X7 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan - hadisə yerinə baxış zamanı X6 mənzilindən götürülmüş əlbarmaq izi nümunələri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 109,50 (yüz doqquz manat əlli qəpik) manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar