Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-30/2022 03.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, fərdi yaşayış evində kirayə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi, Z.Bünvadov prospekti, məhəllə 1968 ünvanında yerləşən “Eurohome” tikinti materialları bazarında fəaliyyət göstərən “Euro Elektrik” mağazasına gələrək özünü "xxxx" Şirkətinin Tikinti Trestinin Təchizat Şöbəsinin işçisi kimi təqdim edib Zərərçəkmiş şəxs aldatmış, onun etibarından sui-istifadə edərək inşa etdikləri yaşayış binası üçün elektrik avadanlıqlarının lazım olduğunu və alacağı elektrik mallarının pulunu ilk öncə 2020-ci ilin fevral ayının 20-25-i tarixləri arasında, daha sonra isə 2020-ci ilin mart ayının 5-də tam ödəyəcəyinə və gələcəkdə yenə də tikinti işləri aparılan zaman avadanlıqları ondan alacağına dair yalan vəd verməklə aldadaraq, Zərərçəkmiş şəxs xx.xx.2020-ci ildə saat 15 radələrində 1 topunun qiyməti 40 manata olmaqla, ümumilikdə 2000 manat dəyərində 50 top 1x6 mm diametrli “Horoz” markalı elektrik naqilini, 1 topunun qiyməti 30 manata olmaqla, ümumilikdə 900 manat dəyərində 30 top 1x4 mm diametrli “Horoz” markalı elektrik naqilini, 1 topunun qiyməti 90 manat olmaqla, ümumilikdə 900 manat dəyərində 10 top 1x6 diametrli “Vision” markalı elektrik naqilini, xx.xx.2020-ci tarixdə saat 16 radələrində 1 topunun qiyməti 30 manat olmaqla, ümumilikdə 1200 manat dəyərində 40 top 1x4 diametrli “Horoz” markalı elektrik naqilini, xx.xx.2020-ci il tarixdə 11 radələrində 1 topunun qiyməti 26 manat olmaqla, ümumilikdə 520 manat dəyərində 20 top 1x2,5 diametrli “Horoz” markalı elektrik naqili, 1 topunun qiyməti 30 manat olmaqla, ümumilikdə 1860 manat olan dəyərində 62 top 1x4 diametrli “Horoz” markalı elektrik naqilini, xx.xx.2020-ci tarixdə saat 10 radələrində 1 topunun qiyməti 30 manat olmaqla, ümumilikdə 1740 manat dəyərində 58 top 1x4 diametrli “Horoz” markalı elektrik naqilini, xx.xx.2020-ci il tarixdə 13 radələrində 1 topunun qiyməti 26 manat olmaqla, ümumilikdə 520 manat dəyərində 20 top 1x2,5 diametrli “Horoz” markalı elektrik naqilini, 1 topunun qiyməti 30 manat olmaqla, ümumilikdə 2400 manat dəyərində 80 top 1x4 mm diametrli “Horoz” markalı elektrik naqilini, 1 ədədinin qiyməti 4 manat olmaqla, ümumilikdə 56 manat dəyərində 14 ədəd 25 amperlik “Siemens” markalı elektrik açarını, 1 ədədinin qiyməti 4 manat olmaqla, ümumilikdə 56 manat dəyərində 14 ədəd 16 amperlik “Siemens” markalı elektrik açarını, 1 ədədinin qiyməti 4 mar.at olmaqla, ümumilikdə 56 manat dəyərində 14 ədəd 20 amperlik “Siemens” markalı elektrik açarını, 1 ədədinin qiyməti 4,5 manat olmaqla, ümumilikdə 36 manat dəyərində 8 ədəd 32 amperlik “Siemens’' markalı elektrik açarını, xx.xx.2020-ci tarixdə 10 radələrində 1 topunun qiyməti 30 manat olmaqla, ümumilikdə 1170 manat dəyərində 39 top 1x4 mm diametrli “Horoz” elektrik naqilini, 1 topunun qiyməti 26 manat olmaqla, ümumilikdə 780 manat dəyərində 30 top 1x2,5 mm diametrli “Horoz” markalı elektrik naqilini, 1 ədədinin qiyməti 4 manat olmaqla, ümumilikdə 48 manat dəyərində 12 ədəd 10 amperlik “Siemens” markalı elektrik açarını, 1 ədədinin qiyməti 4 manat olmaqla, ümumilikdə 96 manat dəyərində 24 ədəd 16 amperlik “Siemens” markalı elektrik açarını, 1 ədədinin qiyməti 4 manat olmaqla, ümumilikdə 96 manat dəyərində olan 24 ədəd 20 amperlik “Siemens” markalı elektrik açarını, 1 ədədinin qiyməti 4 manat olmaqla, ümumilikdə 96 manat dəyərində 24 ədəd 25 amperlik “Siemens” markalı elektrik açarını, 1 ədədinin qiyməti 4 manat 50 qəpik olmaqla, ümumilikdə 54 manat dəyərində 12 ədəd 32 amperlik “Siemens” markalı elektrik açarını, xx.xx.2020-ci ildə saat 12 radələrində 1 topunun qiyməti 30 manat olmaqla, ümumilikdə 1500 manat dəyərində 50 top 1x4 diametrli “Horoz” markalı elektrik naqilini, 1 topunun qiyməti 40 manat olmaqla, ümumilikdə 400 manat olan 10 top 1x6 mm diametrli “Horoz” markalı elektrik naqilini, 1 topunun qiyməti 26 manat olmaqla, ümumilikdə 1300 manat dəyərində 50 top 1x2,5 mm diametrli “Horoz” markalı elektrik naqilini, 1 ədədinin qiyməti 2 manat olmaqla, ümumilikdə 200 manat dəyərində 100 ədəd “Klipsal” markalı elektrik mənbəyini, 1 ədədinin qiyməti 2 manat olmaqla, ümumilikdə 100 manat olan 50 ədəd 1 nömrəli “Klipsal” dərin markalı elektrik mənbəyini, 1 ədədinin qiyməti 2 manat olmaqla, ümumilikdə 100 manat dəyərində 50 ədəd 2 nömrəli “Klipsal” markalı elektrik mənbəyini, xx.xx.2020-ci ildə saat təxminən saat 14 radələrində 1 topunun qiyməti 30 manat olmaqla, ümumilikdə 900 manat dəyərində 30 top 1x4 mm diametrli “Horoz” markalı elektrik naqilini, 1 topunun qiyməti 40 manat olmaqla, ümumilikdə 400 manat dəyərində 10 top 1x6 mm diametrli “Horoz markalı” elektrik naqilini, 1 topunun qiy.nəti 26 manat olmaqla, ümumilikdə 780 manat dəyərində 30 top 1x2,5 mm diametrli “Horoz” markalı elektrik naqilini. 1 ədədinin qiyməti 2 manat olmaqla, ümumilikdə 200 manat dəyərində 100 ədəd “Klipsal” markalı dərin elektrik mənbəyini, 1 ədədinin qiyməti qiyməti 2 manat olmaqla, ümumilikdə 100 manat dəyərində 50 ədəd 1 nömrəli “Klipsal” markalı elektrik mənbəyini. 1 ədədinin qiyməti 2 manat olmaqla, ümumilikdə 100 manat dəyərində 50 ədəd 2 nömrəli “Klipsal” markalı elektrik mənbəyini, İ ədədinin qiyməti 2 manat olmaqla, ümumilikdə 100 manat dəyərində 50 ədəd 1 nömrəli “Klipsal” markalı elektrik düyməsini, 1 ədədinin qiyməti 2 manat olmaqla, ümumilikdə 100 manat olan 50 ədəd 2 nömrəli elektrik “Klipsal” markalı elektrik mənbəyini, xx.xx.2020-ci tarixdə saat 10 radələrində 1 topunun qiyməti 130 manat, ümumilikdə 650 manat dəyərində 5 top 1x10 mm diametrli “Horoz” markalı elektrik naqilini, 1 topunun qiyməti 40 manat olmaqla, ümumilikdə, 80 manat dəyərində 2 top 1x6 mm diametrli “Horoz” markalı elektrik naqilini, 1 topunun qiyməti 26 manat olmaqla, ümumilikdə 1170 manat dəyərində 45 top 1x2,5 mm diametrli “Horoz” markalı elektrik naqilini, 1 topunun qiyməti 50 manat olmaqla, ümumilikdə 500 manat dəyərində 10 top “Astel” markalı televizor naqilini, 1 ədədinin qiyməti 2 manat olmaqla, ümumilikdə 200 manat dəyərində 100 ədəd “Klipsal” markalı dərin elektrik mənbəyini, 1 ədədinin qiyməti 2 manat olmaqla, ümumilikdə 200 manat dəyərində 100 ədəd 2 nömrəli “Klipsal” markalı elektrik mənbəyini, 04 03.2020-ci tarixdə saat təxminən 16 radələrində 1 topunun qiyməti 40 manat olmaqla, ümumilikdə 400 manat dəyərində 10 top 1x6 mm diametrli “Horoz” markalı elektrik naqilini, 1 topunun qiyməti 30 manat olmaqla, ümumilikdə 900 manat dəyərində 30 tcp 1x4 mm diametrli “Horoz” markalı elektrik naqilini və 1 topunun qiyməti 26 manat olmaqla, ümumilikdə 520 manat dəyərində 20 top 1x2,5 mm diametrli “Horoz” markalı elektrik naqilini, vahid niyyətlə ümumilikdə 25484 manat dəyərində elektrik mallarını həmin mağazada ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2020-ci ilin fevral avının 11-i Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Eurohome” Tikinti Materialları Bazarına getmişdir. O, orada sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs elektrik mallarının satışı ilə məşğul olan mağazasına daxil olmuş və elektrik mallarının qiymətləri ilə maraqlanmışdır. Əfqan ona müxtəlif növ elektrik mallarının qiymətini demişdir. Əfqanın danışığından Lənkəranlı olduğunu bilmişdir. O, özüdə əslən Lənkəran rayonundan olduğu üçün Əfqana bu barədə məlumat vermiş və özünü "xxxx" Tikinti Trestinin Təchizat şöbəsinin işçisi kimi təqdim etmişdir. O, Əfqana demişdir ki, "xxxx" şirkəti tərəfindən yaşayış binaları inşa edilir və rəhbərlik tərəfindən həmin binaların inşasına nəzarət ona həvalə edilmişdir. O, bildirmişdir ki, yeni inşa edilən bina üçün elektrik avadanlıqları lazımdır. O, Əfqana özünü daha da inandırmaq üçün bildirmişdir ki, müdirləri də əslən Lənkəran rayonundan olan Şəfaət müəllimdir. Həmçinin o, Əfqana Lənkərandan olan bir neçə nüfuzlu və tanıdığı adamların adını çəkmiş və Əfqan da həmin şəxsləri tanımışdır. Bundan sonra o, Əfqana demişdir ki, elektrik mallarını nisyə götürmək istəyir, əgər malları nisyə versə şirkət tərəfindən malların pulu fevralın 20-25 arasında tamlıqla ödəniləcəkdir. O, həmçinin Əfqana demişdir ki, gələcəkdə yenə də şirkət tərəfindən tikinti işləri aparılan zaman avadanlıqları ondan alacaqdır. Əfqan ona razılıq vermişdir. O, daha da inandıcı olmaq üçün Əfqandan bir neçə elektrik avadanlıqlarının nümunəsini götürmüş və Əfqana demişdir ki, bu nümunələri müdiri olan Şəfaət müəllimə göstərəcək və əgər Şəfaət müəllim bəyənsə bundan sonra aralarında alver olacaqdır. O, bundan sonra Əfqanın mağazasını tərk etmişdir. Həmin günü nahardan sonra o, yenidən Əfqanın yanına getmiş və Əfqana demişdir ki, elektrik mallarını rəhbərliyə göstərmiş və malları bəyənmişdirlər. O, Əfqana bildirmişdir ki, malları bir neçə dəfəyə götürəcək və malların pulu isə fevral ayının 20-25 aralığında tamlıqla ödəniləcəkdir. Əfqan onunla razılaşmışdır. Belə ki, o xx.xx.2020-ci ildə Əfqanın mağazasından elektrik naqillərini götürmüşdür. O, həmin vaxt öz əlyazması ilə aldığı malların dəyəri və siyahısı barədə kağızda qeyd aparıb Əfqana vermişdir. Həmçinin həmin kağızda öz şəxsiyyət vəsiqəsinin surətini də çıxararaq Əfqana vermişdir. Həmçinin həmin kağızda da öz əlyazması ilə qeyd etmişdir ki, malların pulunu xx.xx.2020-ci ildə tam ödəvəcəyək. Həmçinin o, inandırıcı olmaq üçün guya telefonla Şəfaət müəllimlə danışmış və demişdir ki, malları götürmüşdür. Bundan sonra, müxtəlif tarixlərdə o, Əfqanın işlədiyi mağazaya gedərək yenə də elektrik naqillərini götürmüşdür. 20 fevral 2020-ci il tarixdə Əfqan onun mobil nömrəsinə zəng vuraraq götürdüyü mallarının pulunu nə vaxt verəcəyini soruşmuşdur. O, Əfqana narahat olmamağını, həmin malların və bundan sonra alacağı malların pulu tamlıqla mart ayının 5də ödəniləcəyini bildirmişdir. Bundan sonra, o, müxtəlif tarixlərdə yenidən Əfqanın işlədiyi mağazaya gedərək müxtəlif çeşiddə elektrik naqilləri ilə yanaşı digər əşyaları da götürmüşdür. Bundan sonra Əfqan dəfələrlə ona yığaraq verdiyi elektrik mallarının pulunu tələb etmişdir. O, hər dəfə ona müxtəlif bəhanələr gətirərək tezliklə götürdüyü malların pulunu verəcəyini ona inandırmağa çalışmışdır. Daha sonra isə istifadəsində olan mobil nömrəni söndürmüşdür ki, Əfqan onu tapa bilməsin. O, götürdüyü mallarını hissə-hissə olmaqla ona satılan qiymətdən bir qədər ucuz qiymətə “Dərnəgül” şossesində Namiq adlı şəxsin və 8-ci kilometr bazarında isə Ramin adlı şəxsin işlətdidiyi digər elektrik satışı mağazalarına satmışdır. Əldə etdiyi pulu öz şəxsi məsrəfləri üçün xərcləmişdir. Həmçinin, bildirmişdir ki, Zərərçəkmiş şəxs ona qablaşdırma üzərində həqiqi ölçü göstəricisi olan elektrik naqillərini digər ölçü vahidləri adı altında xüsusi qablaşdıraraq onu aldadaraq satmışdır. Bu səbəbdən zərərçəkmiş Zərərçəkmiş şəxs onu aldadaraq satmış olduğu elektrik naqillərinin həqiqi bazar qiyməti ittihamda göstərilən məbləğdən fərqlənir. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, “Eurohome” Tikinti Materialları Bazarında icarə müqaviləsi əsasında işlətdiyi obyektdə elektrik mallarının satışı ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə saat təxminən 11 radələrində əvvəllər tanımadığı sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs işlətdiyi mağazaya gələrək özünü "xxxx" Tikinti Trestinin Təchizat şöbəsinin işçisi kimi təqdim etmiş, inşa etdikləri yaşayış binası üçün avadanlıqları lazım olduğunu bildimıişdir. Həmid danışıq vaxtı ləhcəsindən onun Lənkəranlı olduğunu bilib özünün də Lənkərandan olduğunu və müdirləri Şəfaət müəllimin də yerliləri olduğunu söyləmişdir. Danışıq zamanı həqiqətən də Həmid ona Lənkərandan olan bir neçə nüfuzlu və tanıdığı adamların adını çəkmiş və o da Həmidin danışdıqlarına inanmağa başlamışdır. Söhbət əsnasında Həmid ona bildirmişdir ki, rəhbərlik ona tikinti işlərini həvalə etmişdir və tikinti üçün müəyyən elektrik avadanlıqlarına ehtiyac var. Həmçinin ona söyləmişdir ki, həmin avadanlıqları o, Həmidə nisyə verərsə pulunu fevral ayının 20-25 arasında tamlıqla ödəyəcək və gələcəkdə yenə də, tikinti işləri aparılan zaman avadanlıqları ondan alacaqdır. O, əvvəlcə tərəddüd etsə də, Həmidin onunla danışığı, rayondakı tanışların adını çəkməyi, işlərinin həmin ərəfədə zəif olmasından müəyyən alverə ehtiyacının olmasını, hətta Həmidin ona özü haqqında olan bütün məlumatları tam bildirməsi, öz xətti ilə ondan alacağı malların siyahısını və dəyərini qeyd edəcəyini bildirməsi onda Həmidə qarşı inam yaratmışdır. O, Həmidə inanıb onunla razılaşmışdır. Belə ki, həmin gün o, Həmidə heç bir elektrik avadanlıqlar verməmişdir. Sadəcə Həmid ondan bir neçə elektrik avadanlıqlarının nümunəsini götürüb getmişdir ki, müdirləri olan Şəfaət müəllimə göstərsin və əgər Şəfaət müəllim bəyənsə bundan sonra aralarında alver olsun. Həmin günü nahardan sonra təxminən 15 radələrində Həmid onun yanına gəlmiş, rəhbərliyin onun mallarını bəyəndiyini və problem olmadığını söyləmiş, ondan nisyə elektrik avadanlıqları istəyib bildirmişdir ki, bir neçə dəfəyə onda nisyə mallar alacaq, pulunu isə fevral ayının 20-25 aralığında şirkət ödənişi edən kimi gətirib verəcəkdir. O, da Həmidlə razılaşmış və buna görə xx.xx.2020-ci ildə o, mağazasından 1 topunun qiyməti 40 manat olmaqla, ümumi dəyəri 2000 manat olan 50 top 1x6 mm diametrli “Horoz” markalı elektrik naqilini, 1 topunun qiyməti 30 manat olmaqla, ümumi dəyəri 900 manat olan 30 top 1x4 mm diametrli “Horoz” markalı elektrik naqilini, 1 topunun qiyməti 90 manat olmaqla, ümumi dəyəri 900 manat olan 10 top 1x6 mm diametrli “Vision” markalı elektrik naqilini vermişdir. O, Həmidə həmin gün ümumilikdə 3800 manat dəyərində mal vermişdir. Həmid həmin vaxtı öz əlyazması ilə aldığı malların dəyəri və siyahısı barədə qeyd apardığı kağızı ona vermişdir. Həmçinin həmin kağıza Həmidin şəxsiyyət vəsiqəsinin surətidə çıxarılmışdır. Həmin kağızda da qeydi Həmid öz əlyazması ilə qeyd etmişdir ki, malların pulunu xx.xx.2020-ci ildə ödəyəcəkdir. O, artıq Həmidin bu hərəkətindən sonra ona tamamilə inanmışdır. Həmid malları alan zaman onun yanından istifadəsində olan mobil telefonla guya Şəfaət dediyi şəxslə danışıb malları aldığını bildirmişdir. Bundan sonra, xx.xx.2020-ci ildə saat təxminən 16 radələrində Həmid yenidən onun mağazasına gələrək 1 topunun qiyməti 30 manat olmaqla, ümumi dəyəri 1200 manat olan 40 top 1x4 mm diametrli “Horoz” markalı elektrik naqilini almış və eyni vədləri bir daha bildirmişdir. Bundan sonra, xx.xx.2020-ci ildə Həmid onun mağazasına gəlib bir daha 1 topunun qiyməti 26 manat olmaqla, ümumi dəyəri 520 manat olan 20 top 1x2,5 mm diametrli “Horoz” markalı elektrik naqili və 1 topunun qiyməti 30 manat olmaqla, ümumi dəyəri 1860 manat olan 62 top 1x4 mm diametrli “Horoz” markalı elektrik naqilini almış və eyni vədləri bir daha vermişdir. Ümumilikdə ondan həmin gün 2380 manat dəyərində mal almışdır. Bundan sonra, xx.xx.2020-ci ildə Həmid onun mağazasına gəlib bir daha 1 topunun qiyməti 30 manat olmaqla, ümumi dəyəri 1740 manat olan 58 top 1x4 mm diametrli “Horoz” markalı elektrik naqilini almışdır. Həmid 20 fevral 2020-ci ildə ona nisyə aldığı malların pulunu verəcəyi üçün o, Həmidin istifadəsində olan mobil nömrəsinə zəng vuraraq Həmiddən aldığı mallarının pulunu nə vaxt verəcəyini soruşmuşdur. Həmid ona narahat olmamağını, həmin malların və bundan sonra alacağı malların pulunun tamlıqla mart ayının 5-də ödəniləcəyini bildirmiş və ona fevral ayının 20-də guya anasının rəhmətə getdiyi üçün başı qarışdığını, şirkətin bir də ödənişi mart ayının 5-də tamlıqla verəcəyini bildirmişdir. O, da Həmidə inanmış və pulunu verəcəyinə əmin olmuşdur. Bundan sonra, Həmid xx.xx.2020-ci ildə onun mağazasına gəlib bir daha 1 topunun qiyməti 26 manat olmaqla, ümumi dəyəri 520 manat olan 20 top 1x2,5 mm diametrli “Horoz” markalı elektrik naqilini və 1 topunun qiyməti 30 manat olmaqla, ümumi dəyəri 2400 manat olan 80 top 1x4 mm diametrli “Horoz” markalı elektrik naqilini, habelə 1 ədədinir qiyməti 4 manat olmaqla, ümumi dəyəri 56 manat olan 25 amperlik 14 ədəd “Siemens” markalı elektrik açarını, bir ədədinin qiyməti 4 manat olmaqla, ümumi dəyəri 56 manat olan 16 amperlik 14 ədəd “Siemens” markalı elektrik açarını, bir ədədinin qiyməti - manat olmaqla, ümumi dəyəri 56 manat olan 20 amperlik 14 ədəd “Siemens” marka’ elektrik açarını, bir ədədinin qiyməti 4,5 manat olmaqla, ümumi dəyəri 36 manat olan 3 amperlik 8 ədəd “Siemens” markalı elektrik açarını almış və pulların mart ayının 5-d ödəniləcəyini vəd etmişdir. Həmid həmin gün ümumilikdə ondan 3124 manat dəyərində mal almışdır. Bundan sonra xx.xx.2020-ci ildə təxminən saat 10 radələrində Həmid onu mağazasına gəlib 1 topunun qiyməti 30 manat olmaqla, ümumi dəyəri 1170 manat olan top 1x4 mm diametrli “Horoz” elektrik naqilini, 1 topunun qiyməti 26 manat olmaq ümumi dəyəri 780 manat olan 30 top 1x2,5 mm diametrli “Horoz” markalı elektrik naqilini, bir ədədinin qiyməti 4 manat olmaqla, ümumi dəyəri 48 manat olan 10 amper 12 ədəd “Siemens” markalı elektrik açarını, bir ədədinin qiyməti 4 manat olmaqla, ümumi dəyəri 96 manat olan 16 amperlik 24 ədəd “Siemens” markalı elektrik açarını, bir ədədinin qiyməti 4 manat olmaqla, ümumi dəyəri 96 manat olan 20 amperlik 24 ədəd “Siemens” markalı elektrik açarını, bir ədədinin qiyməti 4 manat olmaqla, ümumi dəyəri 96 manat olan 25 amperlik 24 ədəd “Siemens” markalı elektrik açarını, bir ədədinin qiyməti 4 manat 50 qəpik olmaqla, ümumi dəyəri 54 manat olan 32 amperlik 12 ədəd “Siemens” markalı elektrik açarını almışdır. Həmid ümumilikdə həmin gün ondan 2340 manat dəyərində mal almışdır. Bundan sonra, xx.xx.2020-ci ildə Həmid onun mağazasına gəlib 1 topunun qiyməti 30 manat olmaqla, ümumi dəyəri 1500 manat olan 50 top 1x4 mm diametrli “Horoz” markalı elektrik naqilini, 1 topunun qiyməti 40 manat olmaqla, ümumi dəyəri 400 manat olan 10 top 1x6 mm diametrli “Horoz” markalı elektrik naqilini, 1 topunun qiyməti 26 manat olmaqla, ümumi dəyəri 1300 manat olan 50 top 1x2,5 mm diametrli “Horoz” markalı elektrik naqilini, 1 ədədinin qiyməti 2 manat olmaqla, ümumi dəyəri 200 manat olan 100 ədəd “Klipsal” markalı elektrik mənbəyini, 1 ədədinin qiyməti 2 manat olmaqla, ümumi dəyəri 100 manat olan 50 ədəd 1 nömrəli “Klipsal” markalı elektrik mənbəyini, 1 ədədinin qiyməti 2 manat olmaqla, ümumi dəyəri 100 manat olan 50 ədəd 2 nömrəli “Klipsal” markalı elektrik mənbəyini almışdır. Ümumilikdə həmin gün ondan 3600 manat dəyərində mal almışdır. Bundan sonra xx.xx.2020-ci ildə saat təxminən 14 radələrində Həmid onun mağazasına gəlib 1 topunun qiyməti 30 manat olmaqla, ümumi dəyəri 900 manat olan 30 top 1x4 mm diametrli elektrik naqilini, 1 topunun qiyməti 40 manat olmaqla, ümumi dəyəri 400 manat olan 10 top 1x6 mm diametrli elektrik naqilini, 1 topunun qiyməti 26 manat olmaqla, ümumi dəyəri 780 manat olan 30 top 1x2,5 mm diametrli “Horoz” markalı elektrik naqilini, 1 ədədinin qiyməti 2 manat olmaqla, ümumi dəyəri 200 manat olan 100 ədəd “Klipsal” markalı dərin elektrik mənbəyini, 1 ədədinin qiyməti 2 manat olmaqla, ümumi dəyəri 100 manat olan 50 ədəd 1 nömrəli “Klipsal” markalı elektrik mənbəyini , 1 ədədinin qiyməti 2 manat olmaqla, ümumi dəyəri 100 manat olan 50 ədəd 2 nömrəli “Klipsal” markalı elektrik mənbəyini, 1 ədədinin qiyməti 2 manat olmaqla, ümumi dəyəri 100 manat olan 50 ədəd 1 nömrəli “Klipsal” markalı elektrik düyməsini, 1 ədədinin qiyməti 2 manat olmaqla, ümumi dəyəri 100 manat olan 50 ədəd 2 nömrəli “Klipsal” markalı elektrik düyməsini almışdır. Ümumilikdə həmin gün ondan 2680 manat dəyərində mal almışdır. Bundan sonra xx.xx.2020-ci ildə saat 10 radələrində Həmid onun mağazasına gəlib 1 topunun qiyməti 130 manat olmaqla, ümumi dəyəri 650 manat olan 5 top 1x10 mm diametrli “Horoz” markalı elektrik naqilini, 1 topunun qiyməti 40 manat olmaqla, ümumi dəyəri 80 manat olan 2 top 1x6 mm diametrli “Horoz” markalı elektrik naqilini, 1 topunun qiyməti 26 manat olmaqla, ümumi dəyəri 1170 manat olan 45 top 1x2,5 mm diametrli “Horoz” markalı elektrik naqilini, 1 topunun qiyməti 50 manat olmaqla, ümumi dəyəri 500 manat olan 10 top “Astel” markalı televizor naqilini, 1 ədədinin qiyməti 2 manat olmaqla, ümumi dəyəri 200 manat olan 100 ədəd “Klipsal” markalı dərin elektrik mənbəyini, 1 ədədinin qiyməti 2 manat olmaqla, ümumi dəyəri 200 manat olan 100 ədəd 2 nömrəli “Klipsal” markalı elektrik mənbəyini almışdır. Ümumilikdə Həmid həmin vaxt ondan 2800 manat dəyərində mal almışdır. Bundan sonra xx.xx.2020-ci ildə saat təxminən 16 radələrində Həmid bir daha onun mağazasına gəlib 1 topunun qiyməti 40 manat olmaqla, ümumi dəyəri 400 manat olan 10 top 1x6 mm diametrli “Horoz” markalı elektrik naqilini, 1 topunun qiyməti 30 manat olmaqla, ümumi dəyəri 900 manat olan 30 top 1x4 mm diametrli “Horoz” markalı elektrik naqilini, 1 topunun qiyməti 26 manat olmaqla, ümumi dəyəri 520 manat olan 20 top 1x2,5 mm diametrli “Horoz” markalı elektrik naqili almışdır. Ümumilikdə Həmid həmin vaxt ondan 1820 manat dəyərində mal almışdır. Həmid ondan hər dəfə aldığı mallarla bağlı tərəfindən qaimə fakturaları yazılmış və həmin fakturada təhvil aldım hissəsində Həmid qol çəkib guya bir nüsxəsini idarəyə təhvil vermək üçün götürmüşdür. Həmin qaimə fakturalarının surətini, Həmidin öz əlyazmasını və şəxsiyyət vəsiqəsinin surətini Nərimanov RPİ-nin 17-ci PŞ-də verdiyi ərizəsinə əlavə etmişdir. Həmid hər dəfə malları onun mağazasından götürən zaman Eldar adlı taksi sürücüsü ilə gəlmişdir. Həmid onu aldadaraq ümumilikdə 25484 manat pulunu ələ keçirmiş və bu günədək heç bir ödəniş etməmişdir. Sonradan Həmidlə onun yanına taksi sürücüsü kimi gələn Eldar bir müddət sonra işlədiyi mağazaya gəlmiş və ondan Həmidin harada olduğunu soruşmuşdur. O, Eldara Həmidin harada olduğunu bilmədiyini və Həmidin ondan nisyə götürdüyü malların pulunu vermədiyini bildirmişdir. Həmçinin Eldar ona demişdir ki, Həmid onu da aldadaraq guya onun oğluna sürücülük vəsiqəsi düzəltmək adı ilə 880 manat pul almış və Eldar da, bununla bağlı Nizami polisinə şikayət etmişdir. Sonda Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Sabir oğlu ifadəsində göstərdi ki, təxminən 20 ilə yaxındır ki, Nizami rayonu, Cəmşid ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsini icarə əsasında götürüb orada elektrik mallarının satışı ilə məşğul olur. Təxminən 2020-ci ilin fevral-mart aylarında əvvəllər tanımadığı Təqsirləndirilən şəxs onun mağazasına gəlmişdir. Həmid ona bildirmişdir ki, işlədiyi şirkətdən ona aylıq maaşı əvəzi yeni 2.5 və 4-lük ölçülü naqillər verilmişdir və həmin naqilləri satmaq istəyir. O, ilk öncə Həmiddən həmin naqilləri almaq istəməmişdir. Lakin Həmid ona ailə vəziyyətinin yaxşı olmadığını, evdə uşaqlarının ac olduğunu bildirmişdir. Onun Həmidə yazığı gəldiyi üçün ondan həmin naqilləri almaq qərarına gəlmişdir. Belə ki, o, bir daha Həmiddən həmin naqilləri haradan əldə etməsini soruşmuşdur. Həmid isə yenə də ona naqilləri işlədiyi şirkətdən aylıq maaş əvəzi verildiyini bildirmişdir. O, Həmiddən 2.5-lik naqillərin topunu 18 manata, 4-lük naqillərin topunu isə 24 manata almaq barədə razılığa gəlmişdir. Həmid ona naqillərin bir qisminin hazırda avtomobildə, digərinin isə evdə olduğunu, evdə olan naqilləri sonra gətirəcəyini bildirmişdir. O, Həmidə etiraz etməmişdir. Həmid avtomobildə olan naqilləri gətirib ona vermişdir. Hazırda həmin gün Həmidin ona neçə top naqil verməsi və onun Həmidə ona satdığı naqillərə görə nə qədər pul verməyi yadında deyildir. Çünki hadisədən uzun müddət keçmiş və o, Həmiddən nə qədər mal almağı barədə qeydiyyat aparmamışdır. Həmid ona birinci dəfə elektrik naqilləri satdığı gündən bir neçə gün sonra digər naqilləri də gətirmişdir. Həmin naqillər də 2.5 və 4-lük imiş. Həmin gün də Həmidin ona neçə top naqil verməsi və onun Həmidə ona satdığı naqillərə görə ona nə qədər pul verməyi yadında olmamışdır. Həmid ona elektrik naqilləri satarkən o, Həmiddən şəxsiyyət vəsiqəsini istəmişdir. Bu səbəbdən Həmid ona şəxsiyyət vəsiqəsini vermiş və o, həmin şəxsiyyət vəsiqənin surətini çıxardaraq özündə saxlamışdır. Həmçinin o, həmin şəxsiyyət vəsiqəsinin surətinə Həmidin istifadəsində olan ***-***-**-** mobil nömrəsini yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, təxminən 10 ilə yaxındır ki, Ziya Bünvadov prospekti 2162/5 ünvanında yerləşən qeyriyaşayış sahəsini icarə əsasında götürüb orada elektrik mallarının satışı ilə məşğul olur. Təxminən 2020-ci ilin fevral-mart aylarında əvvəllər tanımadığı Həmid adlı şəxs onun işlətdiyi mağazaya gəlmişdir. Həmid adlı şəxs ona bir neçə müddətdir ki, elektrik naqilləri istehsal edən sex açdığını və hazırda müştəri yığdığını bildirmişdir. Həmid ona əgər istəsə ona da elektrik naqilləri verə bilərəcəyini bildirmişdir. Həmid həmin vaxt ona özü ilə gətirdiyi elektrik naqillərinin nümunələrini göstərmişdir. Həmin naqillər 2,5, 4 və 6-lıq olmuşdur. O, hənin naqillərə baxmış və qiymətini soruşmuşdur. Həmid ona elektrik naqillərinin topunun qiyməti demişdir. Hazırda həmin qiymətlər dəqiq yadında deyildir. Lakin Həmid həmin elektrik naqillərinin topunu onun aldığı qiymətdən bir qədər ucuz verdiyi üçün o, Həmiddən elektrik naqillərini almaq qərarına gəlmişdir. Belə ki, o, həmin gündən sonra 3 dəfə Həmiddən elektrik naqilləri almış və pulunu nağd şəkildə ona ödəmişdir. Lakin Həmidin sonuncu gətirdiyi elektrik naqilləri çox keyfiyyətsiz olmuş və buna görə də o, Həmidə iradını bildirmiş, gətirdiyi malların bir hissəsini geri qaytarmışdır. Həmid həmin gün ona bundan sonra daha keyfiyyətli mal vuracağını bildirmiş və buna görə növbəti mala görə ondan 450 manat beh istəmişdir. O, Həmidə 450 manat pulu vermişdir. Lakin həmin gündən sonra Həmidin istifadəsində olan mobil nömrəsinə zəng çatmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayından tanıyır. O, həmin vaxtı özünə məxsus olan “Opel Omeqa” markalı avtomobillə taski fəaliyyəti ilə məşğul olmuşdur. 2020-ci ilin fevral ayının ilk on günlüyündə Dərnəgül şossesində yerləşən “Opel” servisi getmişdir. Orada sonradan soyadını və adını bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşıb ondan taksininin boş olub-olmadığını soruşmuşdur. O, Həmidə taksinin boş olduğunu bildirmişdir. O, Həmidlə həmin gün onun dediyi ünvanlara getmiş və Həmid ona həmin gün hazırda yadında qalmayan məbləğdə pul vermişdir. Həmid ondan taksi xidməti göstərməyini xahiş etmişdir. O, razılıq verərək istifadəsində olan mobil nömrəsini ona vermişdir. 18 fevral 2020-ci il tarixdə Həmidlə birlikdə sonradan soyadını və adını bildiyi Zərərçəkmiş şəxs elektrik malları satılan mağazasına getmiş, oradan Həmid elektrik avadanlıqları götürmüş və onlar oradan 8-ci kilometr bazarındakı elektrik malları satılan mağazaya getmişlər. Onlar bir neçə dəfə onun avtomobili ilə Əfqanın mağazasına getmiş, Həmid oradan elektrik avadanlıqları götürmüş, həmin malları Dərnəgül şossesi və 8-ci kilometr bazarında olan mağazalara vermişdir. Sonradan ona məlum olmuşdur ki, Həmid Əfqandan malları nisyə götürüb ucuz qiymətə ayrı-ayrı mağazalarda sataraq pul qazanmışdır. O, bundan sonra Həmidin hərəkətləri barədə Əfqana məlumat vermiş və eyni zamanda Həmidin elektrik avadanlıqlarını satdığı mağazaları Əfqana göstərmişdir. Həmçinin həmin ərəfədə Həmid ona oğlu İlqara sürücülük vəsiqəsi düzəldəcəyinə dair yalan vəd verərək 880 manat pul almışdır. Lakin Həmid verdiyi sözə əməl etməyərək onun pulunu da mənimsəmişdir. Həmçinin Həmidin ona qarşı da dələduzluq edib 880 manat pulunu ələ keçirməsi ilə bağlı DİN-in “102” xidmətinə məlumat vermişdir. O, dəfələrlə Həmidə zəng edib ondan Əfqanın və onun pulunu qaytarmasını tələb etsə də, Həmind buna heç bir əhəmiyyət verməmiş və onunla da görüşməkdən qaçmışdır. Hətta daha telefon zənglərinə belə cavab verməmişdir. Cinayət işinin İ cildinin 9-14-cü vərəqələrində olan Zərərçəkmiş şəxs tərəfindən istintaq orqanına təqdim edilmiş 11 ədəd satış qaimələrinin təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə ümumi dəyəri 25.484 manat məbləğində olan və hər birinin ölçüləri və istehsal markası qaimədə qeyd edilən elektrik avadanlıqlarını Zərərçəkmiş şəxs təhvil almışdır. Cinayət işinin İ cildinin 16-cı vərəqində olan 01 ədəd A4 formatlı kağız vərəqədən görünür ki, həmin vərəqədə Təqsirləndirilən şəxs məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti və Təqsirləndirilən şəxs tərəfindən əlyazma ilə yazılmış “Mən Fərziyev X3 yolunda yerləşən Eurohome Elektrik dükanından, dükanın sahibi Zərərçəkmiş şəxs 50 top - 6lığ – şunuru 40 manatdan cəmi 2000 man, 30 top – 4lük şunur 30 manatdan cəmi 900 manat, 10 ədəd – 6lıq 90 manatdan cəmi 900 manat. Ümumi qiyməti 3800 manat dəyərində şunuru xx.xx.2020-ci ildə götürdüm. Malın pulunu xx.xx.2020-ci ildəə ödəyəcəm. İmza: Təqsirləndirilən şəxs (imza) tarix. xx.xx.2020” sözləri qeyd edilmişdir. Cinayət işinin İ cildinin 28-29-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinmiş və 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə CM-in 178.3.2-ci maddəsi CM-in 178.2.2, 178.2.4-cü maddələrinə tövsif edilmiş və 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə əlaqədar azad olunmuşdur. Cinayət işinin İ cildinin 67-ci vərəqində olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İnsan Resursları Departamentindən verilmiş 4 sentyabr 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs SOCAR-da işləmir. Cinayət işinin İ cildinin 103-cü vərəqində olan “Sənədin götürlüməsi və baxış keçirilməsi haqqında” 13 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 Sabir oğlu Təqsirləndirilən şəxs elektrik naqilləri alarkən Təqsirləndirilən şəxs ona tədim etdiyi A4 formatlı kağız vərəqə çıxarılmış AA1053517 nömrəli şəxsiyyət vəsiqəsinin surətini təqdim etdi və həmin A4 formatlı kağız vərəqə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. A4 formatlı kağız vərəqə baxış zamanı müəyyən edildi ki, həmin vərəqin üzərində Təqsirləndirilən şəxs məxsus AA103517 nömrəli şəxsiyyət vəsiqəsinin rəngsiz surəti çıxarılmışdır və göy rəngli qələm ilə “***-***-**-**” mobil nömrəsi yazılmışdır. Cinayət işinin İ cildinin 130-136-cı vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 avqust 2014-cü il tarixli, 1(101)-834/2014 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 02 iyun 2014-cü il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin İ cildinin 155-156-cı vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 20 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 mart 2021-ci il tarixdə saat 15:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 197-199-cu vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(005)-309/2021 saylı qərarından görünür ki, vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 1 (bir) ay 25 (iyirmi beş) gün həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 20 mart 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İ cildinin 211-ci vərəqində olan “Telefon məlumatlarına baxış keçirilməsi haqqında” 21 aprel 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs isfadəsində olan ***-***-**-** saylı ilə mobil nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə arasında xx.xx.2020-ci il tarixdə xx.xx.2021-ci il tarixədək qarşılıqlı zənglər olunmuş və qarşılıqlı mesajlar göndərilmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs göndərdiyi mesajlarlada Təqsirləndirilən şəxs pulunu qaytarmasını tələb edir. Cinayət işinin İİ cildinin 2-3-cü vərəqələrində olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli, 7(002)-470/2018 saylı qərarından görünür ki, təqdimatın təmin edilməsi, Təqsirləndirilən şəxs məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 avqust 2014-cü il tarixli hökmündən CM-nin 178.3.2-ci maddəsi, “külli miqdar” ifadəsi və “2011-ci ilin noyabr-dekabr ayında zərərçəkmiş şəxsə 1995 manat məbləğində ziyan vurmaqla dələduzluq” epizodundan “xeyli miqdar” ifadəsinin xaric edilməsi, məhkum Təqsirləndirilən şəxs əməlinin CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsi və təyin edilmiş 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin 05 (beş) ilə endirilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 17-ci vərəqində olan “Sənədlərin götürülməsi və baxış keçirilməsi haqqında” 16 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs elektrik avadalıqlarım satarkən aralarında tərtib edilmiş 11 ədəd satış qaiməsini və üzərində Təqsirləndirilən şəxs məxsus AA1053517 nömrəli şəxsiyyət vəsiqəsinin surətini və əl yazma ilə yazılmış yazılar olan A4 formatlı kağız vərəqini təqdim etdi. Həmin 11 ədəd satış qaiməsi və A4 formatlı kağız vərəqə iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfimdən götürüldü. 11 ədəd satış qaiməsinə baxış zamanı müəyyən edildi ki, həmin satış qaimələrində tarix üzrə verilmiş malların siyahısı, sayı, miqdarı və qiyməti, həmçinin təhvil verən və təhvil alan şəxslərin imzaları vardır. A4 formatlı kağız vərəqə baxış zamanı müəyyən edildi ki, həmin vərəqin üzərində Təqsirləndirilən şəxs məxsus AA1053517 nömrəli şəxsiyyət vəsiqəsinin rəngsiz surəti çıxarılmışdır və göy rəngli qələm ilə “Mən Fərziyev X3 yolunda yerləşən Eoruhome Elektrik dükanından, Dükanın sahibi Zərərçəkmiş şəxs 50 top – 6lığ - şunuru, 40 manatdan cəmi 9000 manat, 10 ədəd – 6lıq, 90 manatdan cəmi 900 manat. Ümumi qiyməti 3800 manat dəyərində şunuru xx.xx.2020ci ildə götürdüm. Malın pulunu xx.xx.2020-ci ildə ödəyəcəm. İmza: Təqsirləndirilən şəxs imza, tarix. xx.xx.2020” sözləri yazılmışdır. Cinayət işinin İİ cildinin 44-cü vərəqində olan “Sənədlərə baxış keçirilməsi haqqında” 21 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaq zərurəti ilə əlaqədar iş üzrə Təqsirləndirilən şəxs və müdafiəçi X1 iştirakı ilə istintaq zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi Təqsirləndirilən şəxs elektrik avadalıqlarını satarkən aralarında tərtib edilmiş 11 ədəd satış qaiməsinə və üzərində Təqsirləndirilən şəxs məxsus AA1053517 nömrəli şəxsiyyət vəsiqəsinin surəti və əl yazma ilə yazılmış yazılar olan A4 formatlı kağız vərəqə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, 11 ədəd satış qaiməsinin təhvil aldım hissəsində olan imzalar və A4 formatlı kağız vərəqə üzərində olan yazılar onun tərəfindən icra edilmişdir. Cinayət işinin İİ cildinin 45-63-cü vərəqələrində “Sübutların qiymətləndirilməsi haqqında” 21 iyun 2021-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-dən Nərimanov RPİnin İŞ-nə daxil olmuş 09 aprel 2021-ci il tarixli BKC/LGL-4367/21 nömrəli məktubla daxil olmuş “CD” diskin, Zərərçəkmiş şəxs təqdim etdiyi Təqsirləndirilən şəxs elektrik avadalıqlarını satarkən aralarında tərtib edilmiş 11 ədəd satış qaiməsinin, üzərində Təqsirləndirilən şəxs məxsus AA1053517 nömrəli şəxsiyyət vəsiqəsinin surəti və Fərziyev tərəfindən əl yazma ilə yazılmış yazılar olan A4 formatlı kağız vərəqə, Şahid1 Sabir oğlunun təqdim etdiyi Təqsirləndirilən şəxs elektrik naqilləri alarkən Təqsirləndirilən şəxs ona təqdim etdiyi üzərində Təqsirləndirilən şəxs məxsus AA1053517 nömrəli şəxsiyyət vəsiqəsinin surəti və əl yazma ilə “***-***-**-**” mobil nömrəsi yazılmış yazı olan A4 formatlı kağız vərəqənin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə daxil olmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2022-ci il tarixli, 9/2751 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda göstərilən müxtəlif adda, müxtəlif ölçülü elektrik naqilləri və elektrik avadanlıqlarının 2020-ci ilin fevral-mart aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri 25484,00 manat müəyyən olunur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli tam etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 avqust 2014-cü il tarixli, 1(101)-834/2014 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli, 7(002)-470/2018 saylı qərarı ilə məhkum Təqsirləndirilən şəxs əməli CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, təyin edilmiş 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) ilə endirilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə əlaqədar azad olunmuşdur. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli 14 fevral 2020-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəzaçəkməsinin əvvəli 20 mart 2021ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). İş üzrə maddi sübut olan – "xxxx" MMC-dən 09 aprel 2021-ci il tarixli, BKC/LGL- 4367/21 saylı məktubla daxil olmuş 01 ədəd CD disk, Zərərçəkmiş şəxs təqdim etdiyi Təqsirləndirilən şəxs elektrik avadanlıqları satarkən aralarında tərtib edilmiş 11 ədəd satış qaiməsi, Təqsirləndirilən şəxs məxsus AA1053517 nömrəli şəxsiyyət vəsiqəsinin surəti və Təqsirləndirilən şəxs tərəfindən əl yazma ilə yazılmış yazılar olan A4 formatlı kağız vərəqə, Şahid1 Sabir oğlunun təqdim etdiyi Təqsirləndirilən şəxs elektrik naqilləri alarkən Təqsirləndirilən şəxs ona təqdim etdiyi üzərində Təqsirləndirilən şəxs məxsus AA1053517 nömrəli şəxsiyyət vəsiqəsinin surəti və əl yazma ilə “***-***-**-**” mobil nömrəsi yazılmış yazı olan A4 formatlı kağız vərəqə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 70 (yetmiş) iş saatına görə 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 20 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan – "xxxx" MMC-dən 09 aprel 2021-ci il tarixli, BKC/LGL- 4367/21 saylı məktubla daxil olmuş 01 ədəd CD disk, Zərərçəkmiş şəxs təqdim etdiyi Təqsirləndirilən şəxs elektrik avadanlıqları satarkən aralarında tərtib edilmiş 11 ədəd satış qaiməsi, Təqsirləndirilən şəxs məxsus AA1053517 nömrəli şəxsiyyət vəsiqəsinin surəti və Təqsirləndirilən şəxs tərəfindən əl yazma ilə yazılmış yazılar olan A4 formatlı kağız vərəqə, Şahid1 Sabir oğlunun təqdim etdiyi Təqsirləndirilən şəxs elektrik naqilləri alarkən Təqsirləndirilən şəxs ona təqdim etdiyi üzərində Təqsirləndirilən şəxs məxsus AA1053517 nömrəli şəxsiyyət vəsiqəsinin surəti və əl yazma ilə “***-***-**-**” mobil nömrəsi yazılmış yazı olan A4 formatlı kağız vərəqə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 100 (yüz) manat təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 70 (yetmiş) iş saatına görə 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-30/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-30/2022
03.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver