Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-30/2025 11.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:00 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X4, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X8 və onun vəkili Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx.xx.1989-cu ildə Türkmənistan Respublikasında anadan olmuş, subay, azərbaycanlı, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, Masallı rayonu, Mollahəsənli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 noyabr 2023-cü il tarixdə, saat 07 radələrində "B1, B, C1, C” kateqoriyalı, BD seriyalı, 406704 nömrəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi Şahid1 məxsus texniki cəhətdən saz vəziyyətdə olan, ağ rəngli "Fiat Doblo” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri. Nərimanov rayonu, Həsən Əliyev küçəsi ilə Koroğlu Rəhimov küçəsi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, həmin tələblərə əsasən əgər piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmırsa yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymaması üçün sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda qanunun bu tələblərinə əməl etməyərək, idarə etdiyi avtomobillə ünvan 2 ünvanında yerləşən “Ruminiya” səfirliyinin inzibati binasının qarşısında hərəkətdə olduğu yolu soldan sağa doğru adi yerişlə keçmək istəyən piyada X5 avtomobilin qabaq ön hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncuya qapalı kəllə - beyin travması, baş beyinin yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar, döş qəfəsinin küt travması, kəskin qanitirmə və hər iki ağciyərlərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısında İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ, sağ yarısında İ-ll-İİl-İV-V-Vİ-Vll qabırğaların qəlpəli yerini dəyişən sınıqları, hər iki baldır sümüklərinin yuxarı üçdə birinin yerini dəyişən qapalı sınıqları, sağ bazunun, sağ budun, sağ baldirin, sol baldirin qançırları, sağ bazunun, sol saidin və sağ mil bilək oynağının, sol bazunun, sağ budun sıyrıqları ilə nəticələnən xəsarətlər yetirməklə zərər çəkmiş şəxsin ölümünə səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 noyabr 2023-cü il tarixdə saat 07 radələrində idarə etdiyi “Fiat Doblo” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi ilə üzü Koroğlu Rəhimov küçəsi istiqamətində saatda 60 km/saat sürətlə hərəkət edirdi. ünvan 2 ünvanında yerləşən Rumuniya səfirliyinin qarşısında hərəkətdə olan zaman anidən idarə etdiyi avtomobilin qarşısına xanım piyada çıxmışdır. Həmin vaxt piyada hərəkətdə olduğu yolu sol tərəfdən sağ tərəfə keçmək istəmişdir. Hava qaranlıq olduğu üçün piyadanın yolu keçdiyini görməmişdir. Hadisənin qarşısını almağa çalışsa da mümkün olmamışdır. Zərbənin təsirindən piyada qadın idarə etdiyi avtomobilin qabaq sağ hissəsindən dəyərək avtomobilin üzərinə düşmüş və 40-50 metr irəlidə yerə düşmüşdür. O, avtomobili saxlayıb yerə düşmüş, hadisə yerinə Təcili tibbi yardım avtomobili gəlmiş və həkimlər piyadanı müayinə edən zaman artıq öldüyünü demişlər. Sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və o, hadisə barədə polis əməkdaşlarına məlumat vermişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hadisə axşam radələrində hava qaralarkən baş vermiş, xanım piyadanı görməmişdir. Avtomobil onun özünün olmamışdır, bir günlük iş üçün idarə etmişdir. O, mərhumun xəstəxana və dəfn xərclərini qarşılamaq istəmiş zərərçəkmiş şəxsin qohumu ilə telefon əlaqəsi yaratmışdır, lakin zərərçəkmiş şəxsin hüquqi varisi bununla razılaşmadığını, dəfələrlə barışmaq üçün cəhdlər etsə də heç bir nəticə əldə etmədiyini söyləmişdir. Əməlinin ehtiyatsızlıqdan baş verdiyini, 01 (bir) azyaşlı övladı olduğunu, səmimi peşman olmasını, ailəsinin tək gəlir mənbəyi kimi onun olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məkəmə iclasında zərərçəkmiş X3 hüquqi varisi X8 ifadə verərək bildirmişdir ki, X2 doğma bacısıdır. Nubar xx.xx.1959-cu ildo Qazaxıstanda doğulmuş və ailə həyatı qurmamışdır. Nübar Qazaxıstan Respublikasının vətəndaşı olsa da, ona Azərbaycanda müvəqqəti yaşamaq hüququ verilmiş və onunla birlikdə bir mənzildə yaşamışdır. Nübar Azərbaycan Respublikası Pedaqoji universitetin bufetində şirniyyatçı işləmişdir. 29 noyabr 2023-cü il tarixdə saat 08 radələrində bacısı Nübarın istifadəsində olan mobil nömrəyə zəng vursa da, telefona cavab verməmişdir, sonra Nübarın nömrəsindən ona zəng gəlmiş telefonda onunla danışan şəxs polis əməkdaşı olduğunu bildirib yol nəqliyyat hadisəsi baş verdiyini və bacısı Nübarın hadisə zamanı xəsarət aldığını deyərək 5 nömrəli xəstəxanaya gəlməyini demişdir. Bundan sonra ailə üzvləri ilə birlikdə xəstəxanaya gedən zaman artıq hadisə yerində polis əməkdaşlarını olduğunu və bacısı Nübarın hadisə yerində öldüyünü görmüşdür. Sonra bacısı X10 tibbi ekspertizadan keçirilərək onlara təhvil verilmiş və Nubarı Qazaxıstan Respublikasına aparıb dəfn etmişlər. Yekun olaraq o bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmamışdır. Təqsirləndirilən şəxs hadisədən sonra onlarla marqlanmamışdır. Daha sonradan barışıq təklifi etsələr də qəbul etməmişdir. Məhkəmədən onun barəsində ağır cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilmişdir. Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi sahibkar kimi şirniyyat sexini işlədər. ‘"Fiat Doblo” markalı, **-HN- *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobil ilə şirniyyat sexində istehsal etdikləri şirniyyat məhsullarını marketlərə çatdırma etmişlər. Təqsirləndirilən şəxs 2 il olar ki, tanımışdır. Mərdanla arasında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Mərdan sifariş çox olduğu halda istehsal etdikləri şirniyyat məmulatlarının marketlərə çatdırmaq işlərində onlara köməklik etmişdir. Buna görə də, “Fiat Doblo” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edə bilməsi üçün sonuncunun adına sürüş üçün etibarnamə vermişdir. Mərdan da etibarnamə əsasında “Fiat Doblo” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Daha sonra ona məlum olmuşdur ki, Mərdan ona məxsus “Fiat Doblo” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2023-cü il tarixdə saat 07 radələrində ünvan 2 ünvanında yerləşən “Ruminiya” səfirliyinin qarşısında hərəkətdə olan zaman yolu keçən piyadanı vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. “Fiat Doblo” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil ondadır və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə heç bir maddi ziyan dəyməmişdir. Yol nəqliyyat hadisəsi zamanı avtomobilin maddi ziyan dəysə də, Mərdan tərəfindən həmin ziyan aradan qaldırılmış və avtomobil təmir edilərək ona təhvil verilmişdir. O, avtomobili Mərdana verdiyi kimi saz vəziyyətdə təhvil almışdır. Buna görə də Mərdana qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Laçın Quliyeva, eləcə də mərhum Nubar xanımla qohumluq münasibətləri vardır, dayısı uşaqları olduqlarını bildirmişdir. Özünün Bakı şəhərində yaşadığını və işlədiyini, qohumlarından bir qisminin isə Qazaxıstan Respublikasıda yaşadığını qeyd etmişdir. Hadisə günü Laçın Quliyevanın ona zəng edərək Kuliyeva Nubarın yol nəqliyyat hadisəsi nəticəsində vəfat etdiyini söyləmişdir. Daha sonra Şahid2 onların yanına getmiş, ekspertiza keçirilmiş, təyyarə biletlərini və mərhumun dəfn üçün Qazaxıstana aparılması ilə bağlı bütün təşkilati məsələləri özü həll etmişdir. Bu müddət ərzində təqsirləndirilən şəxsin özü və ailəsi yanlarında olmamışdır. Artıq hər bir proseduru yekunlaşdırdıqdan sonra hava limanında olanda özü telefonla təqsirləndirlən şəxsə zəng etmiş və hadisə törətmisiz heç olmasa üzrxahlıq edin, bu qədər müddətdə heç maraqlanmamısız deyə iradını bildirmişdir. Mərhumun ailə üzvləri ilə barışığın olmadığını bildirmişdir. Məhkəmədə tədqiq olunan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və foto cəvdəllərdən görünür ki, yol nəqliyyat hadisəsi ünvan 2 ünvanında yerləşən “Rumuniya Səfirliyi”nin inzibati binasının qarşısında baş vermişdir. Hərəkət zolaqlarının sayı 6, hərəkət hissəsinin eni 18 metrdir hərəkət hissədə qarşı-qarşıya nəqiliyyat axımını ayırmaq üçün uzununa 1.3 üfüqi nişanlanma xətti hər istiqamət 3 hərəkət zolağına 1.5 üfiqi nişanlanma xətləri ilə tənzimlənmişdir. Hərəkət hissəyə biləşir: sağdan səki, soldan səki. Gün işiğı məhdud, hadisə yeri solun sağ kənarında 4.5 metr məsafədə meyid 50 metr irəlidə yolun sağ kənarından 5 metr mesafədə aşkar edilmişdir. Avtomobil yolun orta zolağında üzü hərəkət istiqamətində hadisə yerindən 40 metr məsafədə aşkar olunmuşdur. Şinlərin izləri aşkar olunmamışdır. Tormozların izləri aşkar olunmamışdır. Nəqliyyat vasitələrinin hərəkət istiqamətləri aşkar olunmamışdır. Məhkəmədə tədqiq olunan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aprılan tibbi müayinə” haqqında 2/48829 nömrəli, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Məhkəmədə tədqiq olunan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, Ulduz metrostansiyası yaxınlığında yerləşən 22 saylı müvəqqəti avtomobil dayanacağında saxlanılan Daewoo markalı, BS090 modelli, **-TF-*** dövlət nömrə nişanlı avtobusa baxış keçirilmişdir. Baxış keçirilən zaman avtobusun üzrərində hər hansı bir zədə aşkar olunmamışdır. “DVD diskə baxış keçirilməsi haqqında” 16 yanvar 2024-cü il protokoldan və DVD diskdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 06:40-dan 07:30-a kimi ünvan 2 ünvanından keçən avtomobil yolunun fırlanan “TŞ” kamerası vasitəsi ilə qeydə alınmış görüntüləri əks olunmuşdur. Həmin video fayla baxış keçirilən zaman müxtəlif markalı avtomobillərin hər iki istiqamətdə hərəkətdə olaraq gəlib keçmələri müşahidə olunur. Görüntünün davamına baxdıqda xx.xx.2023-ci il tarixdə saat 06:56:13-də ünvan 2 ünvanında piyada zolağı ilə iki nəfər qadın cinsindən olan şəxsin soldan sağa doğru iti yerişlə yolu keçməyə başlaması, yolun sağ kənarına çatmağa az qalmış piyada qadınlardan birinin sağ tərəfindən yüksək sürətlə avtomobil gəldiyini görüb qaçaraq yolu keçməyə çalışması, həmin vaxt ağ rəngli “Fiat Doblo” markalı avtomobilin üzü Koroğlu Rəhimov küçəsi istiqamətində sağdan ikinci hərəkət zolağında hərəkətdə olduğu yolda olan piyada qadını vurub piyada keçidindən təxminən 50-60 metr irəlidə asfaltın üzərinə atması, hadisə yerində polis əməkdaşları və təcili tibi yardım avtomobilinin gəlməsi müşahidə olundu. Məhkəmədə tədqiq olunan Azərbaycan Respulikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X14 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 134 nömrəli meyitin ekspertizası rəyindən görünür ki, Kulıyeva Nubarın meyitinin məhkəmə-tibbi müayinə aşkar edilmiş xəsarətlər - qapalı kəllə-beyin travması, baş beyinin yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar, döş qəfəsinin küt travması, kəskin qanitirmə və hər iki ağciyərlərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısında İ-İİ-İİİ-İV-V-Vİ- Vİİ-Vİİİ, sağ yarısında İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ qabırğaların qəlpəli yerini dəyişən sınıqları, hər iki baldır sümüklərinin yuxarı üçdə birinin yerini dəyişən qapalı sınıqları, sağ bazunun, sağ budun, sağ baldirin, sol baldirin qançırları, sağ bazunun, sol saidin və sağ mil bilək oynağının, sol bazunun, sağ budun sıyrıqları, həyati olub küt əşyanın (əşyaların) təsirindən törənmişdir, belə ki, qərarın təsviri hissəsində göstərilən yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə, canlı şəxslərdə, sağlamlığa AĞİR zərər vurmanın əlamətlərini daşıyır. Kuliyeva Nubarın ölümünə səbəb-almış olduğu qapalı kəllə-beyin travması nəticəsində baş beyin toxumasına, yan mədəciklərə və yumşaq beyin qişası altına qansızmalar olmuşdur və ölümün baş vermə müddəti meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 2-4 saat əvvələ uyğun gələ bilər, bu da ilkin meyit əlamətləri ilə öz təsdiqini tapır. Kuliyeva Nubarın meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində qanda etil spirti aşkar edilməmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024cü il tarixli, 8/557 nömrəli ekspertiza rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Fiat Doblo markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(050)-107/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində qəti olaraq 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə ünvanlanmış sorğuya cavabda göstərilmişdir ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə mərkəzdə qeydiyyatı yoxdur. Məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasına ünvanlanmış sorğuya cavabda göstərilmişdir ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. Məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinə ünvanlanmış sorğuya cavabda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə “B,C” kateqoriyalı, BD 406704 seriya/nömrəli sürücülük vəsiqəsi verilmişdir. Həmin sürücülük vəsiqəsi xx.xx.2031-ci il tarixədək aktivdir. Məhkəmədə tədqiq olunan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi” haqqında 09 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinə əsasən Nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. İstər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadələrində, həmçinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/557 nömrəli rəyi və digər zəruri sənədlərindən aydın olur ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmuş, lakin ehiyyatsızlıq edərək cinayət əməlini törətmişdir. Beləliklə də məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edildiyindən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası CM-in 45-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmək kimi əlavə cəza təyin edilməsini lazım bilir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə bağlı cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alır. Cinayət qanunvericiliyinin tələblərinə əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli ehtiyatsızlıqdan törədilmiş cinayət hesab edilir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəyyən edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını ümumi reijmli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməklə barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsi hesabına keçirilsin. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs idarə etdiyi “Fiat Doblo” markalı, **-HN- ***” dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılması nəzərə alınmalı, həmçinin iş üzrə “Təhlükəsiz şəhər” sistemindən alınmış 01 ədəd “DVD” formatlı disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaq müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 98 (doxsan səkkiz) iş saatı üçün 588 (beş yüz səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il, 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il, 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs idarə etdiyi “Fiat Doblo” markalı, **-HN- ***” dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut “Təhlükəsiz şəhər” sistemindən alınmış 01 ədəd “DVD” formatlı disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsi hesabına keçirilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 98 (doxsan səkkiz) iş saatı üçün 588 (beş yüz səksən səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-30/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-30/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver