Məhkəmə qərarları › İş №1(005)-300/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-300/2022

29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-300/2022 29.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2rdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in İ siyahısına daxil edilən 5,331 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 29 sentyabr 2021-ci il tarixdə saat 19:00-da ünvan 3 ünvanın qarşısında saxlanılıb qeyd olunan Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 2,790 qram və 2,541 qram olmaqla ümumilikdə 5,331 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X7 qohumu, Şahid9 və Şahid10 isə tanışıdır. 28 sentyabr 2021-ci il tarixdə günorta saatlarında Hövsan qəsəbəsindəki avtobus dayanacağının yanında olan zaman yerdə 02 ədəd şəffaf sellefon bükümün olmasını və bükümün içərisində tünd qəhvəyi rəngli maddənin olmasını görmüşdür. Həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bilib götürüb şalvarının cibinə qoymuşdur. Həmin bükümlərin içərisində olan narkotik vasitəni istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 29 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində qohumu X7 və tanışları Şahid9, Şahid10 ilə asudə vaxtlarını “Premium” çay evində keçirmək qərarına gəlmişlər. Belə ki, artıq saat 19 radələrində “Premium” çay evinin qarşısında olan zaman 7-8 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun və Tərlan Əliyevin narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barələrində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə heroin vardır. Bundan sonra polis əməkdaşları onları və yanlarında olan Şahid9 ilə Şahid10 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərlərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibində olan 02 ədəd şəffaf sellefon bükümü, şalvarının sağ yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin bükümlər polis əməkdaşı tərəfindən açılmış və içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirilərkən əynində olan şalvarın sol arxa cibindən 50 manat pul aşkar edilmişdir. Şifahi sorğu zamanı həmin narkotik vasitəni yaşadığı ünvanın yaxınlığındakı avtobus dayanacağının yanından tapdığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellefon bükümdə narkotik vasitə heroin kağız zərfdə qablaşdırılıb qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmaqla möhürlənmiş və götürülmüşdür. 50 manat məbləğində pul özünə qaytarılmış, özünə məxsus “Samsung” markalı mobil telefon isə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Tərlan Əliyevin üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı o üzərində narkotik vasitə heroinin olmasını bildirib, əynində olan şalvarın sol yan cibindən 02 ədəd bükümü, şalvarının sağ yan cibindən 40 manat pulu və 01 ədəd “Samsung” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Tərlan Əliyevin təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində narkotik vasitə heroin aşkar olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən əlavə əşya və predmet aşkar edilməmişdir. Sorğu zamanı o, həmin narkotik vasitələri 28 sentyabr 2021-ci il tarixdə səhər vaxtı “Əhmədli” metrostansıyasının yaxınlığından tapdığını və narkotik vasitəni özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Hər ikisi bir-birlərinin üzərində narkotik vasitələrin olmasından məlumatlı olmadıqlarını və ayrı-ayrı yerlərdən taparaq üzərlərində saxladıqlarını bildirmişlər. Tərlan Əliyevin üzərindən aşkar olunan 02 ədəd büküm kağız paketə qoyularaq üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlənərək götürülmüşdür. 40 manat məbləğində pul özünə qaytarılmış, mobil telefonu isə iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılan zaman yanlarında olan Şahid9 üzərinə baxış keçirilmişdir. Şahid9 üzərində qanunla qadağan edilmiş əşya və predmetin olmadığını, narkotik vasitə və psixotrop maddələrdən istifadə etmədiyini bildirmişdir. Əynindəki şalvarın ciblərindən “İphone” və “Vertu” markalı mobil telefonları və pulu çıxarıb təqdim etmişdir. Baxış zamanı Şahid9 üzərindən əlavə əşya və predmet aşkar edilməmişdir. Sorğu zamanı Şahid9 onlarla tanışlıq münasibətində olmasını və üzərlərində narkotik vasitənin olmasından məlumatlı olmadığını bildirmişdir. Təqdim etdiyi mobil telefonlar və pul isə iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Şahid10 üzərinə baxış keçirilən zaman o, üzərində qanunla qadağan edilmiş əşya və predmetin olmadığını, narkotik vasitə və psixotrop maddələrdən istifadə etmədiyini bildirmişdir. Əynindəki şalvarın cibindən 20 manat məbləğində pulu çıxarıb təqdim etmişdir. Baxış zamanı Şahid10 üzərindən əlavə əşya və predmet aşkar edilməmişdir. Sorğu zamanı Şahid10 onlarla tanışlıq münasibətində olmasını və üzərlərində narkotik vasitənin olmasından məlumatlı olmadığını bildirmişdir. 20 manat məbləğində pul isə iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, X7 və Şahid10 tanışıdır. 29 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində Etibar, Tərlan və Məhəmmədəli ilə asudə vaxtlarını “Premium” çay evində keçirmək qərarına gəlmişlər. Saat 19 radələrində “Premium” çay evinin qarşısında olan zaman 7-8 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları Etibar və Tərlanın narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib barələrində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" qərarla onları tanış etmişlər. Onlar hər ikisi üzərlərində narkotik vasitə heroin olmasını bildirmişlər. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində Etibar və Tərlan hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Sonra üzərlərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Etibar şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibində olan 02 ədəd şəffaf sellefon bükümü, şalvarının sağ yan cibində olan 01 ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin bükümlər polis əməkdaşı tərəfindən açılmış və içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı həmin narkotik vasitəni yaşadığı ünvanın yaxınlığındakı avtobus dayanacağının yanından tapdığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellefon bükümdə narkotik vasitə heroin kağız zərfdə qablaşdırılıb qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmaqla möhürlənmiş və götürülmüşdür. Bundan sonra Tərlanın üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı o üzərində narkotik vasitə heroinin olmasını bildirib, əynində olan şalvarın sol yan cibindən 02 ədəd bükümü, şalvarının sağ yan cibindən 40 manat pulu və 01 ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. Tərlanın təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində narkotik vasitə heroin aşkar olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən üzərindən əlavə əşya və predmet aşkar edilməmişdir. Sorğu zamanı o, həmin narkotik vasitəni 28 sentyabr 2021-ci il tarixdə səhər vaxtı “Əhmədli” metrostansıyasının yaxınlığından tapdığını və narkotik vasitəni özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Onlar hər ikisi birbirinin üzərində narkotik vasitələrin olmasından məlumatlı olmadıqlarını və ayrı-ayrı yerlərdən taparaq üzərlərində saxladıqlarını bildirmişlər. Tərlanın üzərindən aşkar olunan 02 ədəd bükümdə narkotik vasitə kağız paketə qoyularaq üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlənərək götürülmüşdür. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmişdir. Üzərində qanunla qadağan edilmiş əşya və predmetin olmadığını, narkotik vasitə və psixotrop maddələrdən istifadə etmədiyini bildirmişdir. Əynindəki şalvarın sağ arxa cibindən özünə məxsus “İphone" markalı mobil telefonu, şalvarın sağ yan cibindən “Vertu" markalı mobil telefonu, sol yan cibindən isə 30 manat məbləğində çıxarıb təqdim etmişdir. Baxış zamanı üzərindən əlavə əşya və predmet aşkar edilməmişdir. Daha sonra Məhəmmədəlinin üzərinə baxış keçirilmişdir. Məhəmmədəli üzərində qanunla qadağan edilmiş əşya və predmetin olmadığını, narkotik vasitə və psixotrop maddələrdən istifadə etmədiyini bildirmişdir. Əynindəki şalvarın cibində olan 20 manat məbləğində pulu çıxarıb təqdim etmişdir. Baxış zamanı Məhəmmədəlinin üzərindən əlavə əşya və predmet aşkar edilməmiş, 20 manat məbləğində pul isə özünə qaytarılmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 digər Şahid9 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 29 sentyabr 2021-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs və X4 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etmələri, saxlama və daşımaları barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında raportla Baş İdarənin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs və X4 müəyyən edilib ifşa olunması istiqamətində “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında" 29 sentyabr 2021-ci il tarixli qərar qəbul edilmiş, əməliyyat qrupunun yaradılması ilə bağlı əmr verilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin gün Təqsirləndirilən şəxs və Tərlan Əliyevin olacağı Xətai rayonu, N.Tusi küçəsinə getmişlər. Qeyd olunan ünvanda bir qədər müşahidə apardıqdan sonra saat 19:00-da ünvan 5nda fəaliyyət göstərən “Premium” çay evinin qarşısında Təqsirləndirilən şəxs və X6 bənzər və digər 2 nəfər şəxsin birlikdə dayanmalarını görmüşlər. Həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər və onlara özlərini təqdim etmələrini bildirmişlər. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs, X7. Şahid9 və Şahid10 olmalarını bildirmişlər. Təqsirləndirilən şəxs və Tərlan Əliyevi barələrində qəbul edilmiş “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar ilə tanış etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və Tərlan Əliyevi yanlarında olan Şahid9 və Şahid10 ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs və X6 dövlət hesabına müdafiəçi təyin edildikdən sonra onlar təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşlar. Sonra inzibati otaqların birində təhqiqatçı tərəfindən əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs və Tərlan Əliyevin üzərində şəxsi axtarış, Şahid9 və Şahid10 üzərinə baxış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs şalvarının cibində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü və şalvarının sağ yan cibində 01 ədəd “Samsung” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs əynində olan şalvarın sol arxa cibindən 50 manat pul aşkar olunmuşdur. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddələri 28 sentyabr 2021-ci il tarixdə günorta vaxtı yaşadığı Hovsan qəsəbəsində avtobus dayanacağının yaxınlığından təsadüfən tapdığını və narkotik vasitəni özü istifadə etmək məqsədilə götürüb üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 50 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra şübhəli şəxs X4 üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Tərlan Əliyevə paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Tərlan Əliyev şalvarının cibində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, şalvarının sağ yan cibində olan 40 manat pulu və 01 ədəd “Samsung” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Tərlan Əliyev təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Tərlan Əliyevin təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Tərlan Əliyevin üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Tərlan Əliyev üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddələri 28 sentyabr 2021-ci il tarixdə səhər vaxtı metronun “Əhmədli” stansiyasının yaxınlığından təsadüfən tapdığını və narkotik vasitəni özü istifadə etmək məqsədilə götürüb üzərində saxlayıb daşıdığını bildirmişdir. Tərlan Əliyev onunla birlikdə saxlanılan Təqsirləndirilən şəxs ilə qohum olduqlarını, Təqsirləndirilən şəxsla bir-birlərinin üzərində narkotik vasitə olmasından məlumatlarının olmadığını qeyd etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs Tərlan Əliyevin dediklərini təsdiq edib bir-birilərinin üzərində narkotik vasitə olmasından məlumatlarının olmadığını bildirmişdir. Bundan sonra Tərlan Əliyevin üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 40 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Tərlan Əliyevin özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Tərlan Əliyevin üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış, baxış və götürmə aparılması prosesində iştirak edən Şahid9 üzərinə baxış keçirilmişdir. Baxış keçirilməsindən əvvəl Şahid9 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid9 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynində olan şalvarının sağ arxa cibində olan “İphone” markalı mobil telefonu, şalvarının sağ yan cibində olan “Vertu” markalı mobil telefonu və şalvarının sol yan cibində olan 30 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən Şahid9 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı Şahid9 Təqsirləndirilən şəxs və X7 ilə aralarında tanışlıq münasibətləri olduğunu, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını. Təqsirləndirilən şəxs və Tərlan Əliyevin üzərində narkotik vasitə olmasından məlumatının olmadığını bildirmişdir. Baxış zamanı aşkar edilmiş 30 manat pul və mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etmədiyindən Şahid9 özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış, baxış və götürmə aparılması prosesində iştirak edən Şahid10 üzərinə baxış keçirilmişdir. Baxış keçirilməsindən əvvəl Şahid10 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid10 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynində olan şalvarın sağ yan cibində olan 20 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən Şahid10 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı Şahid10 Təqsirləndirilən şəxs və X7 ilə aralarında tanışlıq münasibətləri olduğunu, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs və Tərlan Əliyevin üzərində narkotik vasitə olmasından məlumatının olmadığım bildirmişdir. Baxış zamanı aşkar edilmiş 20 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Şahid10 özünə qaytarılmışdır. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid3, Şahid4, Şahid5, Şahid6 və Şahid7 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdikləri ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid2 və Şahid8 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 18-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 29 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 42-46-cı vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs şalvarının cibində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü və şalvarının sağ yan cibində 01 ədəd “Samsung” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs əynində olan şalvarın sol arxa cibindən 50 manat pul aşkar olunmuşdur. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddələri 28 sentyabr 2021-ci il tarixdə günorta vaxtı yaşadığı Suraxanı rayonu Hovsan qəsəbəsi O.Şabanov küçəsində yerləşən avtobus dayanacağının yaxınlığından təsadüfən tapdığını və narkotik vasitəni özü istifadə etmək məqsədilə götürüb üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb Daxili İşlər Nazirliyinin “Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 50 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin İ cildinin 69-71-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2021-ci il tarixli, 6/4317 nömrəli rəyindən görünür ki, tədqiqat obyektləri təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN arayışlar üçün №6” dairəvi möhür əksləri olan iki ədəd zərfdə: - üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd sellefon bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,790 qram, 2,541 qram ümumi təmiz çəkisi 5,331 qram olan qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində “Şübhəli şəxs X4 üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd sellefon bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,710 qram, 2, 299 qram ümumi təmiz çəkisi 5,009 qram olan qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd sellefon bükümdə və X4 üzərindən aşkar edilərək götürülmüş 02 ədəd sellefon bükümdə olan maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Cinayət işinin İ cildinin 145-147-ci vərəqlərində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(005)-984/2021 saylı qərarından görünür ki, vəsatət və təqdimatın təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 4 (dörd) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 29 sentyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İ cildinin 163-164-cü vərəqələrində olan “Maddi sübut hesab etmə haqqında” 01 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 5,331 qram çəkidə narkotik vasitə heroinin maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonrakı qalıq Təqsirləndirilən şəxs aşkar edilmiş 5,231 qram çəkidə narkotik vasitə heroinin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikasıl DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 192-193-cü vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İİ cildinin 15-16-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin Ambulator X1 dair xx.xx.2021-ci il tarixli, 3713 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İİ cildinin 17-33-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və təqsirləndirilən şəxslərin əməllərinin tövsif edilməsi haqqında” 04 aprel 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və X4 barələrində CM-in 234.4.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməklə hər birinin əməlinin CM-in 234.4.3cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs və X4 üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən videogörüntüləri özündə saxlayan 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibində olan 02 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroini təqdim etməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 5,331 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 29 sentyabr 2021-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 29 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 5,231 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar