Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-301/2020 24.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Salyan şəhəri, A.Hüseynov küçəsi ev 11-də qeydiyyatda olan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa “Ağa” kimi məlum olan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,124 qram və 0,125 qram, ümumi təmiz çəkisi 0,249 qram narkotik vasitə olan heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,160 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, xx xxx 2020ci il tarixdə saat 17:50 radələrində DİN-nin X13 Alayının 1-ci patrul bölüyünün əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən “Bazar Store” mağazasının qarşısında saxlanılaraq şübhəli şəxs qismində 18-ci PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə video çəkliş aparılaraq üzərinə keçirilən baxış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sağ cibindən sarı rəngli “Kinder” oyuncaq qabından 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,124 qram və 0,125 qram, ümumi təmiz çəkisi 0,249 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,160 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə bədənində ağrılar olduğundan özü istifadə etmək üçün “Kubinka” adlanan yerə getmişdir. Orada üzdən tanıdığı “Ağa” adlı şəxsdən 20 manata iki büküm narkotik vasitə olan “kokos” və bir büküm narkotik vasitə olan “şüşə” almışdır. Daha sonra narkotik vasitələri özü istifadə etmək üçün sarı rəngli “Kinder” oyuncaq qabının içərisinə qoyub üzərində saxlamışdır. Sonra “Gənclik” metrostansiyasının yanına gəlmişdir. “Bazar Store” mağazasının qarşısında olan zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşmış və ondan karantin rejimi ilə əlaqədar çölə çıxma icazəsinin olub-olmamasını soruşmuşlar. O, icazəsinin olmadığını demişdir. Ondan evdən nə üçün icazəsiz çıxdığını soruşmuşlar, o, isə heç bir səbəb olmadan çıxdığını demişdir. Ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. O, isə üzərində şəxsiyyətini təsdiq edən heç bir sənədin olmadığını demişdir. Onu karantin qaydalarını pozduğu üçün Nərimanov RPİ-nin 18-ci PŞ-nə aparacaqlarını demişlər və üzərində hər hansı bir kəsici, deşici alət olub-olmamasını soruşmuşlar. O, artıq polis əməkdaşları tərəfindən saxlanıldığını və yalan danışmağın heç bir mənası olmadığını düşünüb, səmimi etiraf edərək bildirdimişdir ki, üzərində “Kinder” oyuncaq qabının içərisində narkotik vasitə vardır. Bundan sonra polis əməkdaşları onu Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirmişlər. 18-ci PŞ-nə gəldikdən sonra şöbədə xidməti otaqda dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona təklif olunmuşdur ki, onda qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etsin. O, bundan sonra əynindəki qara rəngli şalvarın sağ cibindən sarı rəngli “Kinder” oyuncaq qabından bir ədəd tünd mavi rəngli siqaret kağızına bükülmüş içərisində spesifik qoxuya malik qəhvəyi rəngli maddə olan bükümü, bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində spesifik qoxuya malik qəhvəyi rəngli maddə olan bükümü və bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində spesifik qoxuya malik ağ rəngli maddə olan bükümü könüllü olaraq təqdim etmişdir. Həmçinin üzərində içərisində gün eynəyi, daraq, güzgü olan kiçik ölçülü dəri kişi əl çantası olmuşdur. Səmimi etiraf etmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitələr “kokos” və “şüşədir”. Həmin narkotik vasitə özünə məxsusdur. O, həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Polis əməkdaşı təqdim etdiyi üç ədəd bükümdə olan narkotik vasitə olan “kokos” və “şüşə”ni zərfə qoyub qablaşdıraraq möhürləmişdir. O, vəkil və iştirakçılar zərfi imzalamışlar. Eyni zamanda bu barədə protokol tərtib edilmiş və onlar həmin protokola imza etmişlər. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin X13 Alayının 1-ci patrul bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17:50 radələrində həmkarı Şahid1 ilə birlikdə Nərimanov rayonu, F.X.Xoyski küçəsi 830 ünvanında yerləşən Gənclik metrostansiyasının yaxınlığında “Bazar Store” mağazasının qarşısında xidmətdə olmuşlar. Həmin vaxt bir nəfər şəxsin həmin ərazidə gəzdiyini görüb karantin rejimi ilə əlaqədar olaraq çöldə olması üçün hər hansı bir icazəsinin olubolmamasını öyrənmək üçün onlar həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdin edib nə üçün çöldə gəzdiyini və gəzməsi üçün hər hansı bir icazəsinin olubolmamasını soruşmuşlar. Həmin şəxs müxtəlif bəhanələr gətirərək heç bir icazəsinin olmadığını bildirmişdir. Onlar həmin şəxsdən üzərindən hər hansı bir sənəd olubolmamasını soruşduqda həmin şəxs heç bir sənəd olmadığını, sadəcə olaraq cibində “kinder” qabının olduğunu bildirmişdir. Onlar həmin şəxsdən “kinder” qabını açmağı və içərisində nə olduğunu göstərməsini tələb etmişlər. Həmin şəxs “kinder” qabını açıb içərisində “kokos” adlanan narkotik vasitə olduğunu bildirmişdir. Onlar dərhal həmin şəxsə onlarla birlikdə Nərimanov RPİ-nin 18-ci PŞ-nə getməsini təklif etmişlər. Həmin şəxs onlarla razılaşdıqdan sonra 18-ci PŞ-nə getmişdir. Polis Şöbəsində həmin şəxsin şəxsiyyəti yoxlanılarkən onun Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Nərimanov RPİ-nin 18-ci PŞ-də xidməti otaqda onun, iş yoldaşı Şahid1 və vəkilin iştirakları ilə bütün iştirakçılara hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa könüllü təqdim etmək təklif olunmuşdur. İştirakçıların iştirakları ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ cibindən sarı rəngli “Kinder” oyuncaq qabından bir ədəd tünd mavi rəngli siqaret kağızına bükülmüş içərisində spesifik qoxuya malik qəhvəyi rəngli maddə olan bükümü, bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində spesifik qoxuya malik qəhvəyi rəngli maddə olan bükümü və bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində spesifik qoxuya malik ağ rəngli maddə olan bükümü çıxardanıq təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində olan maddələr narkotik vasitə olan “kokos” və “şüşədir”. Həmin narkotik vasitələr özünə məxsusdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitələri o, xx.xx.2020-ci il tarixdə “Kubinka” adlanan yerdən üzdən tanıdığı “Ağa” adlı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almış və üzərində saxlamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs üzərində içərisində gün eynəyi, daraq, güzgü olan kiçik ölçülü dəri kişi əl çantası olmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin götürülməsi barədə protokol tərtib etdilmiş, həmin protokol ucadan oxunmuş və protokol düzgün tərtib olunduğu üçün vəkil, iştirakçılar və Təqsirləndirilən şəxs protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin X13 Alayının İ patrul bölüyünün polis nəfəri Şahid1 digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadələr vermişdir. Cinayət işinin 16-17-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 25-26-cı vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxx 2020-ci il tarixl protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş təhqiqatçısı X7 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-nin 51-ci, 246.2.1-ci və 247-ci maddələrinin tələbinə əsasən DİN-nin X14 1-ci patrul bölüyünün polis nəfərləri Şahid1 və Şahid2 və hal şahidlərinin iştirakları ilə şübhəli şəxsin üzərinə baxış keçirilmişdir. xx.xx.2020-ci il tarixdə saat 17:50 radələrində DİN-nin X13 Alayının əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən “Bazar Store” mağazasının qarşında Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində 18-ci PŞ-nə gətirilmişdir. 18-ci PŞ-də Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ cibindən sarı rəngli “Kinder” oyuncaq qabından 01 ədəd tünd mavi rənglli siqaret kağızına bükülmüş içərisində spesifik qoxuya malik qəhvəyi rəngli maddə olan bükümü, 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş işərisində spesifik qoxuya malik qəhvəyi rəngli maddə olan bükümü və 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ağ rəngli maddə olan bükümü çıxardaraq təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, üzərində olan maddələr narkotik vasitə olan “kokos” və “şüşədir”. Həmin narkotik vasitələr özünə məxsusdur. Üzərindən aşkar edilmiş narkotik vasitələri o, xx.xx.2020-ci il tarixdə “Kubinka” adlanan yerdən anket məlumatlarını bilmədiyi, üzdən tanıdığı “Ağa” adlı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almışdır, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs üzərində içərisində gün eynəyi, daraq, güzgü olan kiçik ölçülü dəri kişi əl çantası var idi. Aşkar olunmuş narkotik vasitələr iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırıldı, 224 nömrəli möhürlə möhürləndi. Protokol tərtib olundu, iştirakçılara ucadan oxundu, odur ki, imzalarla təsdiq edildi. Cinayət işinin 38-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 6/728 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə...” əl yazıları olan zərfədki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.124 qram və 0.125 qram, ümumi təmiz çəkiləri 0.249 qram qəhvəyi rəngli maddə kütləsi ksutar üsulla hazırlanmış narkotik vasitə -heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0.160 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Cinayət işinin 66-68-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru Vüqar Əliyev tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Kənan Məmmədzadənin xx.xx.2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 70-ci vərəqində olan “Qətimkan tədbirinin seçilməsi barədə” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 75-76-cı vərəqələrində olan “Maddi sübut kimi tanınması haqqına” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkiləri 0.249 qram narkotik vasitə heroin və təmiz çəkisi 0.160 qram psixotrop madə metamfetaminin maddi sübut kimi tanınması və ekspertizadan sonra qalıq çəkisi 0,209 qram heroin və 0.120 qram metamfetaminin saxlanması üçün Nərimanov RPİ-nin saxlancına verilməsi qərara alınmışdır. Cinayət işinin 84-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 92-93-cü vərəqələrində olan “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarışın elan edilməsi və tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs gizləndiyi yer müəyyən ediləcəyi təqdirdə onun tutularaq Nərimanov RPİ-nin İŞ-nə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 105-106-cı vərəqələrində olan “Cinayət törətməkdə təqsirləndirilən şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 17:00-da qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulmuşdur. Cinayət işinin 115-120-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(005)-864/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin 1 (bir) ay, 8 (səkkiz) gün müəyyən edilməsi, həbsetmənin əvvəlinin xx xxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 131-ci vərəqində olan Salyan rayon İHB-nin Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 132-ci vərəqində olan xx xxxxxx 2016-cı il tarixdə Salyan Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ İİİ seriyalı 873182 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.2016-cı il tarixdə Salyan rayonunda anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2020-ci il tarixdə 1027 nömrə ilə qeyd edilmişdir. Atası Təqsirləndirilən şəxs, anası isə X2r. Cinayət işinin 134-135-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 xx.xx.2020-ci il tarixli, 2291 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində ASİLİLİQ SİNDROMU “NARKOMANİYA XƏSTƏLİYİ” aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 138-144-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd CD diskin sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunması qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən sarı rəngli “Kinder” oyuncaq qabından üç ədəd kağız bükülünün içində narkotik vasitənin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının xx xxxx 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,249 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində saxlanıldığı (xx.xx.2020-xx.xx.2020-ci il) 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı onun qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulduğu tarixdən, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə olunmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müvafiq olaraq ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X8 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil X11 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, müdafiəçi X11 xx xxx 2020-ci il - xx xxxxxx 2020-ci il tarixlərdə keçirilmiş istintaq hərəkətlərində iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 20 saat vaxt sərf etmişdir. Müdafiəçi xx xxxxxxxx 2020-ci il - xx xxxxxx 2020-ci il tarixlərdə keçirilmiş 8 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 20 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X8 ibtidai istintaq zamanı iştirak etdiyi 20 iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində saxlanıldığı (xx.xx.2020xx.xx.2020-ci il) 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli onun qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulduğu gündən, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin saxlancına verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,209 qram olan heroin və 0,120 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd CD diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X11 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun (AZ-1033, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev, 98a, mənzil, 4, hesablaşma hesabı AZ39AİİB******************** X6 filialında, kod - 200093, VÖEN - **********) hesabına köçürülsün. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-301/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-301/2020
24.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver