Məhkəmə qərarları › İş №1(005)-301/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-301/2021

07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-301/2021 07.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkum olunmamış, Abşeron rayonu, Masazır ərazi dairəsi, Masazır kəndində qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçılmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrarən ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, onun arvadı X7 İ qrup əlillik dərəcəsi açdıracağına dair yalan vəd verib 2018-ci ilin oktyabr ayında Nərimanov rayonu, F.X.Xoyski 887 ünvanında yerləşən “Caspian” ticarət mərkəzinin arxa tərəfində 5000 manat, 2018-ci ilin noyabr ayının əvvəllərində Nərimanov rayonu, F.X.Xoyski 89 ünvanında 5000 manat, ümumilikdə 10000 manat pulunu aldatma yolu ilə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək onun oğlu X8 əlillik dərəcəsi açdıracağına və onu işə düzəldəcəyinə dair yalan vəd verib 2018-ci ilin noyabr ayının əvvəllərində Nərimanov rayonu, Ak.H.Əliyev 94 ünvanında yerləşən “Beynəlxalq Bankın” qarşısında 10000 manat, 2019-cu ilin fevral ayının ortalarında isə həmin ünvanda 22500 manat, cəmi 32500 manat pulunu aldatma yolu ilə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək, ona İ qrup əlillik dərəcəsi açdıracağına, dövlət tərəfindən “Qarabağ müharibəsi” əlilləri üçün ayrılmış mənzil və avtomobillərdən ona da verilməsini təşkil edəcəyinə və aylıq 700-800 manat pensiya alacağına dair yalan vəd verib 25 dekabr 2018-ci il tarixdə Nərimanov rayonu, Təbriz 179 ünvanında yerləşən “Mado” kafesində 15000 manat, 28 dekabr 2018-ci ilin tarixdə saat 13 radələrində Nərimanov rayonu, F.X.Xoyski 98 ünvanında yerləşən “Gənclik Mall” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən kafedə 9000 manat və 07 fevral 2019-cu il tarixdə saat 18 radələrində Nizami rayonu, Qara Qarayev prospekti, T.Abbasov 107-121 ünvanında yerləşən “Sevinc kinoteatrı”nın arxasında 6000 manat pulunu, cəmi 30000 manat pulunu aldatma yolu ilə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, onun oğlu X2 İİ qrup əlillik dərəcəsi açdıracağına dair yalan vəd verib 2019-cu ilin mart ayının əvvəllərində saat 13 radələrində ünvan 7 ünvanında 5000 manat pulunu aldatma yolu ilə ələ keçirib ona həmin məbləğdə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs CMin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1985-ci ildən 2016-cı ilin iyun ayınadək Nərimanov rayonunda yerləşən 8 saylı poliklinikada kardioloq işləmişdir. Zərərçəkmiş şəxs1 isə 4 saylı poliklinikada tibb bacısı işləmişdir. O, 4 saylı poliklinikaya gedib-gəldiyi üçün orada Flora ilə tanışlığı yaranmışdır. Zərərçəkmiş şəxs1 həmin poliklinikada işlədiyi müddətdə tanmışdır. O, Floradan onun oğluna əlillik dərəcəsi düzəltmək üçün yox, ayrı-ayrı şəxslərə əlillik dərəcəsi açdırmaq üçün pul almışdır. Belə ki, Flora ona müxtəlif şəxslərə əlillik dərəcəsi düzəltmək üçün müraciət etmiş və həmin şəxslərdən pul alaraq ona vermişdir. O da Floradan pulu alıb bəzilərinin işini həll etmiş, işi alınmayan şəxslərin isə pullarını geri qaytarmışdır. Əlillik dərəcəsi düzəltdiyi şəxslərin adları isə yadında deyil. Rabil adlı şəxs onun xəstəsi olmuşdur. O, həkim işlədiyi müddətdə Rabil bir neçə dəfə onun yanına gəlib getmişdir. Azəri də Rabilin vasitəsi ilə tanımışdır. Azər Rabil ilə bir neçə dəfə onun yanına gəlib getmişdir. Şəxsi işləri ilə əlaqədar ona pul lazım olmuşdur. O, bir neçə müddət tanışlıq etdiyi üçün Azərdən borc pul istəmişdir. Azər də imtina etməmiş və daha sonra Rabilin yanında ona 7000 manat pul borc vermişdir. Lakin, danışılmış müddətdə Azərin borcunu qaytara bilməmişdir. Buna görə də Azərlə olan razılıqlarına əsasən ona əlillik düzəldəcəyini demişdir. Lakin, həmin işi də həll edə bilməmişdir. Daha sonra o, Azərdən borca aldığı 7000 manat puldan 3000 manatını geri qaytarmışdır. Azərə borcundan qalmış 4000 manatı isə məhkəmə prosesi zamanı qaytarmışdır. Yəni, onun hazırda Azərə borcu yoxdur. Bu səbəbdən də Azər onun barəsində şikayət və tələbinin olmamasına dair notarial qaydada ərizə vermişdir. Zərərçəkmiş şəxs3 1 dəfə görmüşdür. Belə ki, Flora ona mraciət etmişdir ki, Duman əlillik dərəcəsi düzəltmək üçün xəstə gətirir. Lakin, o, Zərərçəkmiş şəxs3 hər hansı məbləğdə pul almamışdır. Zərərçəkmiş şəxs2 isə ümumiyyətlə tanımır. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ilə ünsiyyəti olmadığından onlardan heç bir məbləğdə pul almamış, onlara əlillik dərəcəsinin düzəldilməsi ilə bağlı vəd verməmişdir. Hazırda Zərərçəkmiş şəxs4 ilə barışmış və ona dəyən ziyanı tam ödəmişdir. Buna əsasən Zərərçəkmiş şəxs4 mülki iddiasından da imtina etmişdir. Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 epizodları üzrə özünü təqsirli bilmədiyindən və onlara heç bir borcu olmadığından ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Azər ona xarici ölkəyə getməsi ilə bağlı onu ziyana saldığını dediyindən o, bundan qorxmuş və məcburiyyət qarşısında qəbz yazmış və həmin qəbzdə Azərdən 30000 manat alması barədə imza etmişdir. Əslində isə bu həqiqət deyil. O, fikirləşmişdir ki, Azərə əlillik dərəcəsi verilməsi ilə bağlı məsələ düzələr və Azər də ondan heç nə tələb etməz. ***-***-**-** saylı mobil nömrəni nə məqsədlə Şahid6 aldırması ilə bağlı bildirmişdir ki, həmin nömrəni o, özü istifadə etməmiş, nömrəni “Əliyar” adlı həkimə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 4 saylı şəhər kilinik xəstəxanasında tibb bacısı işləyir və Rəfiqəni də həmin klinikadan tanıyır. Belə ki, Rəfiqə bir neçə dəfə klinikaya gəlib getmişdir. Rəfiqə hər kəsə özünün həkim olduğunu demişdir. Rəfiqə ilə bir neçə dəfə söhbət edən zaman o, əlilliklə bağlı pensiya düzəldə biləcəyini demişdir. X18 xəstəliyi var, buna görə Rəfiqəyə oğluna əlillik dərəcəsi düzəltmək istədiyini demişdir. Rəfiqə də işə baxdığını, oğluna əlillik açdıra biləcəyini demişdir. O da Rəfiqə ilə razılaşmışdır. Rəfiqə ilkin olaraq ondan 10000 manat pul istəmişdir. 2018-ci ilin noyabr ayının əvvəllərində o, Nərimanov rayonunda yerləşən Beynəlxalq Bankın qarşısında Rəfiqə ilə görüşüb ona 10000 manat pul vermişdir. Rəfiqə həmin vaxt ona 7-8 aya işin həll olacağını demişdir. Lakin, Rəfiqənin dediyi vaxtdan bir neçə ay keçdikdən sonra, yəni 2019-cu ilin fevral ayının əvvəllərində Rəfiqə ona təklif etmişdir ki, oğlunu Dövlət Neft Şirkətinə 5000 manat maaşı olan işə düzəltsin. Rəfiqə bunun üçün ondan əlavə 22500 manat pul istəmişdir. O da Rəfiqəyə inanıb onunla razılaşmışdır. 2019-cu ilin fevral ayının ortalarında Nərimanov rayonunda yerləşən Beynəlxalq Bankın qarşısında Rəfiqə ilə görüşüb ona 22500 manat pul vermişdir. Bunda sonra o, Rəfiqə ilə əlaqə saxlayıb ondan işin nə vaxt həll olacağını soruşduqda Rəfiqə müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Daha sonra Rəfiqənin mobil nömrəsinə zəng çatmamışdır. Bundan sonra ona məlum olmuşdur ki, Rəfiqə onu aldadaraq pulunu ələ keçirmişdir. O da baş vermiş hadisə ilə əlaqədar polisə müraciət etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğluna əlillik dərəcəsi açdırmaq adı ilə və sonradan oğlunu Dövlət Neft Şirkətinə işə düzəldəcəyini vəd edərək ondan cəmi 32500 manat məbləğində pul almış, lakin verdiyi vədə əməl etməmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs verdiyi pulu tələb etdikdə sonuncu, evini satışa çıxardığını və evi satdıqdan sonra onun pulunu qaytaracağını bildirmişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs ünvan 8 ünvanında yerləşən evin çıxarışının əslini, həmin evin satılacağı ilə bağlı beh müqaviləsini və alqı-satqı müqaviləsini ona vermişdir. O, həmin sənədləri götürərkən onlara diqqət yetirməmişdir. Bu səbəbdən ona sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona sənədləri həmin evi satdıqdan sonra vermişdir. Həmin sənədləri ona verdikdən bir neçə gün sonra Təqsirləndirilən şəxs həmin evin satılması üçün evin çıxarışını ondan istəmiş, o isə çıxarışın surətini özündə saxlamaqla əslini Təqsirləndirilən şəxs vermiş, digər sənədlərin əslini isə özündə saxlamışdır. Təqsirləndirilən şəxs bu vaxta qədər onun pulunu qaytarmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs3 həyat yoldaşına əlillik dərəcəsi açdırmaq məqsədi ilə ayrı-ayrı vaxtlarda cəmi 10000 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin pullar onun şahidliyi ilə Zərərçəkmiş şəxs3 tərəfindən Təqsirləndirilən şəxs verilmişdir. Həmçinin, Zərərçəkmiş şəxs2 da oğluna əlillik dərəcəsi açdırmaq üçün Təqsirləndirilən şəxs 5000 manat məbləğində pul vermişdir. Həmin pul da onun yanında verilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir və ona ən ağır cəzanın verilməsini xahiş edir. Verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 həmçinin bildirmişdir ki, Rəfiqəyə hansısa xəstənin işinin düzəlməsi üçün pul verməmişdir. Zərərçəkmiş şəxs2 oğlu onun oğlu ilə tanış olduğu üçün onun da Rəna ilə münasibəti yaranmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Floranın vasitəsi ilə tanımışdır. Belə ki, oğluna İİ qrup əlillik dərəcəsi almaq istəmiş və bu barədə tanışlarına demişdir. Söhbət zamanı Flora Rəfiqə adlı qadının ona köməklik edə biləcəyini demişdir. Bundan sonra o, Rəfiqə ilə telefon vasitəsi ilə danışan zaman Rəfiqə ona işi həll edəcəyinə dair söz vermiş və narahat olmamağını bildirmişdir. Rəfiqə həmçinin ona yüksək vəzifədə işləyən tanışlarının olduğunu, bu işi həll etməyin onun üçün çətin olmadığını, uzun müddət belə işlər gördüyünü demişdir. Rəfiqə oğluna ikinci qrup əlillik dərəcəsi almaq üçün ondan 5000 manat pul istəmişdir. O da Rəfiqəyə inanıb onunla razılaşmışdır. 2019-cu ilin mart ayının əvvəllərində o, ünvan 7 ünvanında Flora və Rəfiqə ilə görüşmüşdür. Həmin vaxt Floranın yanında Rəfiqə bir daha oğlu Toğrula ikinci qrup əlillik dərəcəsi alacağına dair söz vermişdir. O da Floranın yanında Rəfiqəyə 5000 manat pul vermişdir. Bundan sonra o, Rəfiqəyə zəng edib oğlunun sənədlərini nə vaxt həll edəcəyini soruşduqda Rəfiqə müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Daha sonra ona məlum olmuşdur ki, Rəfiqə Floranın da oğluna əlillik dərəcəsi alacağına söz verib pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir və ondan 5000 manat pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 06.02.1993-cü il tarixdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Lakin, müharibədən sonra o, uzun müddət ölkə hüdudlarından kənarda olduğuna görə müharibə zamanı aldığı xəsarətlərlə əlaqədar təqaüd alınması üçün müraciət edə bilməmişdir. Daha sonra ölkəyə qayıtmış və müalicə olunmaq üçün hara müraciət etməsi ilə bağlı tanışlarından soruşmuşdur. 2018-ci ilin sentyabr ayının əvvəllərində tanışı Rabillə söhbət zamanı sonuncu ona demişdir ki, onun Rəfiqə adlı tanış həkimi var və müalicə almasında ona kömək edə bilər. O da Rabillə razılaşmış və onlar birlikdə Rəfiqə adlı qadının işlədiyi “Yeni Nəsil” klinikasına getmişlər. Müayinə zamanı Rəfiqə ondan nə qədər pensiya aldığını soruşduqda o, döyüşlərdən sonra Azərbaycanı tərk edərək xarici ölkələrdə yaşadığını və bu səbəbdən də bu barədə müvafiq orqanlara müraciət edə bilmədiyini demişdir. Bu zaman Rəfiqə ona bildirmişdir ki, bu günə qədər almadığı pensiyaların ümumi məbləği 37000 manat təşkil edir. Daha sonra Rəfiqə ona bildirmişdir ki, ona düşən 37000 manat pulu, avtomobili, mənzili, eyni zamanda hər ay 700-800 manat pensiya almağına köməklik edə bilər. O rəfiqə ilə razılaşmışdır. Bundan sonra o, 25 dekabr 2018-ci il tarixdə Nərimanov rayonu, Təbriz 179 ünvanında yerləşən “Mado” kafesində yaxın tanışı Rabilin yanında 15000 manat pulu, hərbi biletini və birinci Qarabağ müharibəsində yaralanmağı barədə sənədi Təqsirləndirilən şəxs vermişdir. Rəfiqə söz vermişdir ki, 3 ay müddətində İ qrup əlillik arayışını ona verəcəkdir. Həmin gündən bir gün sonra Rəfiqə ona zəng edərək VTEK-də sənədin hazırlandığını və sabaha qədər əlavə 15000 manatın çatmalı olduğunu bildirmişdir. Həmin vaxt Rəfiqənin ondan istədiyi məbləği düzəltməyə maddi imkanı çatmamışdır. O da 28 dekabr 2018-ci il tarixdə “Gənclik Mall”un içərisindəki kafedə 9000 manat pulu Rabilin yanında Rəfiqəyə vermişdir. Rəfiqə həmin vaxt ona demişdir ki, əlavə 6000 manat da düzəldib gətirməlidir ki, əvvəldən söz verdiyi kimi onun pensiya və digər məsələlərini həll edə bilsin. O da hələ imkanının olmadığını bildirmiş, ancaq həmin məbləği də düzəldəcəyini demişdir. 07 fevral 2019-cu il tarixdə saat 18:00 radələrində Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Sevinc kinoteatrı”nın arxasında yerləşən beş mərtəbəli binanın birinci mərtəbəsində Rəfiqənin yaşadığı ünvanda tanışı Rabilin yanında 6000 manat pulu Rəfiqəyə vermişdir. O, ümumilikdə Rəfiqəyə 30000 manat pul vermişdir. Axırıncı pulu verdikdən sonra Rəfiqə ona və Rabilə yalan vədlər verərək bildirmişdir ki, pensiya məsələsini heç bir problem olmadan həll edəcəkdir. Lakin, Rəfiqə heç bir iş görməmişdir. Ona sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs məqsədi onun pulunu ələ keçirmək olmuşdur. Ona görə də o, Rəfiqəyə verdiyi pulları geri istədikdə Rəfiqə yenə onu aldadaraq pensiyanın düzəlməsi ilə bağlı ona SMS gələcəyini bildirmişdir. 15 may 2019-cu ildə onun nömrəsinə ***-***-**-** nömrədən “sizə 1-ci qrup əlillik təyin olundu” SMS-i gəlmişdir. O, məlumat üçün həmin nömrəyə zəng vurduğu zaman ona cavab verən olmamışdır. O, gələn SMS-in düzgünlüyünü dəqiqləşdirmək məqsədilə hamin nömrəyə bir neçə dəfə zəng etdikdə zənginə cavab verilməmiş, daha sonra onun nömrəsi bloka atılmışdır. Daha sonra o, Təqsirləndirilən şəxs işinin həll olunması ilə bağlı maraqlansa da, Rəfiqə ona yalan vədlər verib hər dəfə ondan gözləməyini xahiş etmişdir. O, bundan sonra artıq tam əmin olmuşdur ki, Rəfiqə onu aldadır və artıq Rəfiqədən 30000 manat pulunu geri istəmişdir. Ona görə də Rəfiqə 03 dekabr 2019-cu il tarixdə Montin qəsəbəsində yerləşən Kosmos restoranının yanında yerləşən ofisdə ona 30.000 manat pulun onun tərəfindən alınması barədə qəbz vermiş və söz vermişdir ki, bir həftəyə kimi və ya daha tez pensiya və digər məsələlər öz həllini tapacaq, əgər tapmazsa 30000 manat pulu bütöv şəkildə qaytaracaqdır. Lakin, Rəfiqə yenidən onu aldadaraq pulunu qaytarmamış və vədini yerinə yetirməmişdir. 08 yanvar 2020-ci il tarixdə Montin qəsəbəsində yerləşən Kosmos restoranının yanında yerləşən ofisdə Rabil, o, atası Möhübbət, həyat yoldaşı Liza, Rəfiqə, Rəfiqənin həyat yoldaşı Şahid1la bir yerdə görüşmüşlər. Orada o, Rəfiqəyə inanmadığını və pulunu geri istədiyini bildirmişdir. Rəfiqə də ərinin “Nissan Sunny” markalı avtomobilini ona verəcəyini, 20 yanvar 2020-ci il tarixədək ya pulunu qaytaracağını, ya da əvvəldən razılaşdıqları qaydada onun pensiya və digər məsələlərini həll etdikdən sonra avtomobili də ondan geri alacağını demişdir. Həmin vaxt Rəfiqənin həyat yoldaşı Sadıq ona qəbz yazaraq avtomobili girov qoyduğunu bildirmişdir. Qəbzi verdikdən sonra Sadıq ağlayıb ona həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmiş və avtomobilin özündə qalmasını ondan xahiş etmişdir. O da avtomobilin ona lazım olmadığını, 10 gün də əlavə vaxt verib 30 yanvar 2020-ci il tarixədək onların məsələsinin bir dəfəlik həll olunmalı olduğunu demişdir. Lakin, Rəfiqə yenə də vədinə əməl etməmişdir. Sonradan o, öyrənmişdir ki, Təqsirləndirilən şəxs bir çox şəxslərdən pensiya düzəltmək adı ilə pul almış və dələduzluq edərək onların pulunu ələ keçirmişdir. Daha sonra həmin şəxslər onu axtaran zaman isə Rəfiqə Azadlıq metrosunun yaxınlığında yerləşən. özünə məxsus mənzilini sataraq ünvanını dəyişmişdir. Hətta, onun arvadı Şahid5 ilə Təqsirləndirilən şəxs arasında olan telefon danışığı da olmuşdur. İbtidai istintaq zamanı bu danışıqların əks olunduğu diski də təqdim etmişdir. Onun Təqsirləndirilən şəxs 7000 manat borc verməsi ilə bağlı Rəfiqə yalan danışır. Bunun üçün heç bir əsas olmamışdır ki, o, Rəfiqəyə borc pul versin. Təqsirləndirilən şəxs ondan 30000 manat pulu onun əlillik dərəcəsini və digər məsələlərini (37000 manat almadığı pul, əlillərə verilən maşın, ev üçün) həll etmək üçün almışdır. Əgər belə omasaydı Təqsirləndirilən şəxs ondan pensiya üçün 30000 manat almasına dair heç vaxt qəbz verməzdi. Yekunda zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etdi. Eyni zamanda mülki iddiaçı Təqsirləndirilən şəxs qarşı mülki iddiasından imtina etdiyini bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımışdır. Belə ki, 2018-ci ilin oktyabr ayında Bakı şəhər 4 saylı poliklinikada yerləşən aptekdən dərman aldığı zaman əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 ilə görüşmüşdür. Həmin vaxt Floranın yanında sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi qadın da olmuşdur. Onun ürək əməliyyatı keçirməsindən Floranın məlumatı olmuşdur. Flora ilə bir az söhbət etdikdən sonra o, həyat yoldaşı Familənin xəstə olmasını ona bildirmişdir. Bundan sonra Flora onu Rəfiqə ilə tanış etmiş və onun savadlı həkim olduğunu bildirib Familənin müalicəsi üçün Rəfiqənin işlədiyi “Yeni Nəsil” klinikasına getməyini məsləhət görmüşdür. Söhbət əsnasında Rəfiqə də həyat yoldaşının xəstəliyi ilə bağlı suallar verdikdən sonra bu cür xəstəliklərin sağalmaz olduğunu bildirmişdir. Daha sonra Rəfiqə ona müalicə ilə bərabər həyat yoldaşına İ qrup əlillik düzəldə biləcəyini demişdir. Həmçinin, Rəfiqə bildirmişdir ki, uzun müddətdir bu işlə məşğul olur və əgər həyat yoldaşına belə bir əlillik dərəcəsi düzəltmək istəyirsə 10000 manat müqabilində bunu həll edə bilər. Rəfiqə onu inandırmağa çalışmışdır ki, əgər Familəyə İ qrup əlillik dərəcəsi düzəltsə yüksək pensiya alacaq, bundan başqa xəstəyə baxan şəxsə də müavinət veriləcəkdir. Ürək əməliyyatı keçirdiyi üçün ağır işlərdə işləyə bilmir, buna görə də düşünmüşdür ki, belə olan vəziyyətdə hər ikisi də pensiya alsa normal dolanarlar. O, Rəfiqə ilə razılaşmışdır. İlkin olaraq 5000 manat pul düzəldib 2018-ci ilin oktyabr ayında Nərimanov rayonunda yerləşən “Caspian” ticarət mərkəzinin arxa tərəfində Rəfiqə ilə görüşmüş və tanışı Floranın yanında həmin pulu Rəfiqəyə vermişdir. Rəfiqə ondan həyat yoldaşının ad, soyadını soruşaraq yazıb götürmüşdür. Rəfiqə ona demişdir ki, əlavə 5000 manat da verməlidir ki, Familənin əlilliyini düzəltsin. Onun da həmin vaxt imkanı olmadığından 1 ay müddət keçdikdən sonra, yəni 2019-cu ilin noyabr ayında razılaşdıqları kimi qalan 5000 manat pulu da Nərimanov rayonu, F.X.Xoyski 89 ünvanında Floranın iştirakı ilə Rəfiqəyə vermişdir. Lakin, daha sonra Rəfiqə ona işin VTEK-də yubandığını bəhanə gətirərək vaxtı uzatmağa çalışmışdır. Bundan sonra o, başa düşmüşdür ki, Rəfiqə onu aldadır. Daha sonra o, Rəfiqəyə verdiyi pulu geri tələb etmişdir. Lakin, Rəfiqə telefon nömrəsini dəyişdiyinə görə onunla əlaqə saxlaya bilməmişdir. Bundan sonra o, Rəfiqəni axtarmağa başlamış və Rəfiqənin “Azadlıq” metrostansiyasının yaxınlığında yerləşən evinə getmişdir. Həmin vaxt orada başqa şəxsin yaşamasının şahidi olmuş və həmin şəxs ona bildirmişdir ki, Rəfiqə evini sataraq başqa yerə köçmüşdür. Sonra o, Rəfiqəni tapmaq üçün “Yeni Nəsil” klinikasına getmişdir. Orada da ona bildirmişlər ki, çox insan pulla bağlı onu axtardığı üçün Rəfiqə işdən çıxarılmışdır. Təqsirləndirilən şəxs ilə onun arasında bir ildən artıq müddətdə telefon danışıqları və SMS yazışmaları olmuşdur. Bütün telefon danışıqlarında və yazışmalarda Rəfiqə ondan pul almasını etiraf etmiş və pulu tezliklə geri qaytaracağına söz vermişdir. Bundan sonra Rəfiqə nömrəsini dəyişdiyi üçün onunla əlaqə saxlaya bilməmişdir. Daha sonra onun telefonu format olduğu üçün bütün yazışmalar da mobil telefonundan silinmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 2018-ci ilin sentyabr ayının əvvəllərində onun qeyri-rəsmi işlədiyi, Nərimanov rayonu ərazisində yerləşən hüquq bürosuna gəlmişdir. Orada olan zaman onlar söhbət etməyə başlamış və söhbət əsnasında Azər səhhətində müəyyən problemlərin olmasını ona bildirərək ondan tanıdığı yaxşı həkimin olub-olmamasını soruşmuşdur. O, Azərə bu barədə köməklik göstərə biləcəyini demiş və Rəfiqə adlı tanış bir həkimin olmasını Azərə bildirmişdir. Daha sonra onlar birlikdə yaxınlıqda yerləşən “Yeni Nəsil” klinikasına getmişlər. Rəfiqə Azəri müayinə edən zaman sonuncunun 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyini öyrənmiş və Azərdən nə qədər pensiya aldığını soruşmuşdur. Azər isə döyüşlərdən sonra Azərbaycanı tərk edərək xarici ölkələrdə yaşadığını və bu səbəbdən də pensiya alması ilə bağlı müvafiq orqanlara müraciət etmədiyini bildirmişdir. Bu zaman Rəfiqə Azərə onun bu günə qədər almadığı pensiyanın miqdarının ümumilikdə 37000 manat təşkil etdiyini demişdir. Rəfiqə Azərə bildirmişdir ki, həmin 37000 manat pulu, əlillər üçün avtomobil və mənzillə yanaşı, hər ay 700-800 manat pensiya alması barədə ona köməklik edə bilər. Rəfiqə uzun müddət bu işlə məşğul olduğunu bildirdiyindən Azər onunla razılaşmışdır. Daha sonra 25 dekabr 2018-ci il tarixdə Nərimanov rayonu ərazisində yerləşən “Mado” kafesində Azər onun yanında 15000 manat pulu, hərbi biletini və birinci Qarabağ müharibəsində yaralanmağı barədə sənədi Təqsirləndirilən şəxs vermişdir. Rəfiqə onlara söz vermişdir ki, 3 ay müddətində İ qrup əlillik arayışını Azərə verəcəkdir. Bir neçə gündən sonra Rəfiqə Azərə zəng edib, VTEK-də sənədin hazırlandığını bildirərək sabaha qədər əlavə 15000 manatın çatmalı olduğunu bildirmişdir. Bu barədə Azər özü ona demişdir. Həmin vaxt Azərin deyilən məbləği düzəltməyə maddi imkanı olmamışdır. Lakin, Azər onunla birlikdə 28 dekabr 2018-ci ilin tarixdə “Gənclik Mall”un içərisindəki kafedə 9000 manat pulu onun yanında Rəfiqəyə vermişdir. Rəfiqə orada Azərə demişdir ki, əlavə 6000 manat da düzəldib gətirməlidir ki, əvvəldən söz verdiyi kimi onun pensiya və digər məsələlərini həll edə bilsin. Azər də hələ pulunun olmadığını Rəfiqəyə bildirmiş və bu pulu da qısa müddətdə düzəldib verəcəyini demişdir. Daha sonra 07 fevral 2019-cu il tarixdə Nizami rayonunda yerləşən “Sevinc kinoteatrı”nın arxasında yerləşən, Rəfiqənin yaşadığı ünvanda Azər onun yanında 6000 manat pulu Rəfiqəyə vermişdir. Beləliklə, Azər Rəfiqəyə ümumilikdə 30000 manat pul vermişdir. Rəfiqə də orada söz vermişdir ki, onun işini qısa müddətdə həll edəcəkdir. Lakin, bir müddət keçməsinə baxmayaraq Rəfiqə vədinə əməl etməmişdir. 08 yanvar 2020-ci il tarixdə Montin qəsəbəsində “Kosmos” restoranının yanında yerləşən ofisdə o, Azər, Azərin atası Möhübbət, Azərin arvadı Liza, Rəfiqə, Rəfiqənin əri Sadıq görüşmüşlər. X19 inanmadığını və pulunu geri istədiyini bildirmişdir. Rəfiqə də ona ərinin “Nissan Sunny” markalı avtomobilini ona verəcəyini, 20 yanvar 2020-ci il tarixədək ya pulunu qaytaracağını, ya da əvvəldən razılaşdıqları qaydada onun pensiya və digər məsələlərini həll edib, avtomobili də ondan geri alacağını bildirmişdir. Həmin vaxt Sadıq və Rəfiqə qəbz yazıb Azərə verərək avtomobili girov qoyduğunu bildirmişlər. Qəbzi verdikdən sonra Sadıq ağlayıb Azərə taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmiş və avtomobilin onda qalmasını Azərdən xahiş etmişdir. Azər də avtomobilin ona lazım olmadığını, 10 gün də özü əlavə gözləyəcəyini, yəni 30 yanvar 2020-ci il tarixədək onun məsələsinin bir dəfəlik həll olunmasını istədiyini bildirmişdir. Lakin, Rəfiqə yenə də vədinə əməl etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 1991-ci ildə ailə həyatı qurmuşdur. Onlar əvvəllər ünvan 8 ünvanında yaşamışlar. Lakin, Rəfiqə ona həmin evi sataraq banka qoyub pul götürüb başqa ev almağı bildirmiş və o, razılaşmışdır. Lakin, Rəfiqə evi satdıqdan sonra başqa ev almamış, onlar da Nizami rayonu, Q.Qarayev prospektində ünvanını dəqiq xatarlamadığı evdə kirayə yaşamağa başlamışlar. O, Rəfiqədən evi satdıqdan sonra pulu nə etdiyini soruşduqda Rəfiqə ona borcu olduğu üçün borcuna verdiyini demişdir. O, Rəfiqədən nəyə borcu olduğunu soruşduqda Rəfiqə ona bu barədə heç bir söz deməmişdir. Daha sonra Azər adlı şəxs onların yaşadığı evə gələrək səs-küy salmış və Rəfiqənin ona borcu olduğunu, ondan əlillik dərəcəsi almaq üçün pul aldığını, lakin vədinə əməl etmədiyini bildirmişdir. Bu hadisə bir neçə dəfə davam etdiyindən onlar biabır olmamaq üçün həmin evdən çıxıb Abşeron rayonu, Masazır qəsəbəsində ünvanını dəqiq xatırlamadığı evə kirayəyə köçmüşlər. Rəfiqənin Azərə olan borcu ilə əlaqədar onlar bir neçə dəfə görüşmüşlər. Sonuncu dəfə 08.01.2020-ci il tarixdə o, Azərlə görüşüb “Nissan Sunny” markalı avtomobilini girov olaraq Azərə vermiş və bunu öz əlyazması ilə təsdiq etmişdir. Həmçinin, həmin əlyazmada 30.01.2020-ci il tarixədək Azərə aid pensiya sənədlərinin veriləcəyi qeyd edilmiş və sənədə o və Rəfiqə də qol çəkmişdir. Onlar həmin vaxt razılığa gəlmişlər ki, sənədlər verildikdən sonra maşını geri götürəcək. Lakin, həmin vaxt bir az söhbət etdikdən sonra o, Azərdən xahiş etmişdir ki, avtomobillə taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırdığı üçün həmin avtomobilin onda qalmasına icazə versin. Buna görə də Azər onunla razılaşmış və həmin avtomobili götürməmişdir. Daha sonra Azər polisə müraciət etmişdir. Verilmiş suala cavab olaraq Şahid1 bildirmişdir ki, o, Rəfiqədən Azərlə bağlı məsələnin nə olduğunu soruşduqda, Rəfiqə ona Azərə 6000 manat borcunun olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, uzun müddət Bakı şəhərində müxtəlif evlərdə təmizlikçi işləmişdir. Təxminən 3-4 il əvvəl “Azadlıq” metrostansiyasının yaxınlığında yerləşən marketdə olan zaman marketin işçisi ilə təmizlikçi işi ilə bağlı söhbət etmişdir. Bu zaman marketdə olan, sonradan adının Rəfiqə olduğunu bildiyi qadın ona yaxınlaşıb təmizlikçi olub-olmadığını soruşmuşdur. O da Rəfiqəyə uzun müddətdir ki, təmizlikçi işlədiyini demişdir. Rəfiqə ondan xahiş etmişdir ki, xəstədir, gəlib onun da evini təmizləsin. O da Rəfiqə ilə razılaşmışdır. Səhəri gün o, Rəfiqənin yaşadığı evə getmiş, bir neçə saat təmizlik işləri gördükdən sonra Rəfiqə ona 20 manat pul vermiş və o, çıxıb getmişdir. Təxminən bir ilə yaxın müddətdə o, Rəfiqənin yaşadığı evə gedib gəlmişdir. Bir neçə aydan sonra Rəfiqənin evində olan zaman Rəfiqə ondan xahiş etmişdir ki, xəstə olduğu üçün ayağa qalxa bilmir və şəxsiyyət vəsiqəsini ona verəcəyi təqdirdə onun adına mobil nömrə ala biləcəyini ondan soruşmuşdur. O da narahat olmamağı və səhəri gün təmizlik işləri üçün gələn zaman öz adına mobil nömrə alacağını Rəfiqəyə demişdir. Səhəri gün o, öz adına ***-***-**-** saylı mobil nömrə alıb Rəfiqəyə vermişdir. Bundan sonra bir neçə ay Rəfiqənin evinə təmizlik üçün gedib gəlmişdir. Lakin, sonradan ayağında ağrılar olduğundan əməliyyat olunmuş və təmizlik işləri ilə məşğul ola bilməmişdir. Hazırda o, Sabirabad rayonunda yaşayır. Təqsirləndirilən şəxs hər hansı bir şəxsə əlillik düzəltməsindən onun xəbəri yoxdur. Verilmiş suala cavab olaraq Şahid6 bildirmişdir ki, o, ***-***-**-** saylı mobil nömrəni Rəfiqə üçün almış və ona da təhvil vermişdir. Həmin nömrədən özü heç vaxt istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 ilə 1993-cü ildə ailə həyatı qurmuşdur. Azər Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və müxtəlif dərəcəli bədən xəsarətləri xəsarətləri almışdır. Lakin, müharibədən sonra Azər uzun müddət ölkə hüdudlarından kənarda olduğuna görə müharibə zamanı aldığı xəsarətlərlə əlaqədar təqaüd alması üçün müraciət edə bilməmiş və müəlicə olunmamışdır. 2018-ci ilin sentyabr ayının əvvəllərində ona bir nəfər Rəfiqə adlı qadınla tanış olduğunu, müharibə iştiakçısı olduğu üçün Rəfiqənin ona pensiya düzəldəcəyini, ona ev və avtomobil veriləcəyinə köməklik edəcəyini bildirmişdir. Rəfiqə bu məsələ ilə bağlı Azərdən 30000 manat pul istəmişdir. X14 tanış etmişdir. Bundan sonra Azər Rəfiqəyə 25 dekabr 2018-ci il tarixdə “Mado” kafesində yaxın tanışı Rabilin yanında 15000 manat pul, hərbi biletini və birinci Qarabağ müharibəsində yaralanmağı barədə sənədini vermişdir. Azər həmin pulu verdikdən sonra ona bu barədə məlumat vermiş və Rəfiqənin 3 ay müddətində İ qrup əlillik arayışını ona verəcəyini demişdir. Bir neçə gündən sonra Rəfiqə Azərə zəng edərək qalan 15000 manatın çatmalı olduğunu bildirmişdir. Azər də 28 dekabr 2018-ci ilin tarixdə “Gənclik Mall”da yerləşən kafedə 9000 manat pulu Rabilin yanında Rəfiqəyə vermişdir. Sonuncu dəfə isə Azər 07 fevral 2019-cu il tarixdə “Sevinc kinoteatrı”nın arxasında yerləşən, Rəfiqənin yaşadığı ünvanda tanışı Rabilin yanında 6000 manat pulu Rəfiqəyə vermişdir. Beləliklə, Azər ümumilikdə Rəfiqəyə 30000 manat pul vermişdir. Lakin, bundan sonra Rəfiqə Azərə verdiyi vədə əməl etməmiş və müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışmışdır. Azər də Rəfiqənin onu aldatdığını görüb pulunu ondan tələb etmişdir. Daha sonra 08 yanvar 2020-ci il tarixdə “Montin” qəsəbəsində Kosmos restoranının yanında yerləşən ofisdə Rabil, o, Azər, qayınatası Möhbət, Rəfiqə və Rəfiqənin əri Sadıqla görüşmüşlər. Söhbət zamanı Azər Rəfiqədən pulunu geri tələb etmişdir. Rəfiqə də ərinin maşının Azərdə qalmasını təklif etmişdir. Rəfiqə 20 yanvar 2020-ci il tarixədək ya pulu qaytaracağını, ya da əvvəlcədən razılaşdıqları kimi pensiya və digər məsələləri həll edəcəyini, bundan sonra avtomobili Azərdən geri alacağını bildirmişdir. Həmin vaxt Rəfiqənin əri Sadıq qəbz yazaraq 30000 manat pulun müqabilində avtomobilini girov qoyduğunu göstərmişdir. Qəbzi verdikdən sonra Sadıq Azərdən xahiş etmişdir ki, taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırdığı üçün avtomobilin onda qalmasına razılıq versin. Azər də avtomobili götürməyəcəyini bildirmiş və Rəfiqəyə əlavə 10 gün də vaxt verərək, yəni 30 yanvar 2020ci il tarixədək məsələni həll etməsini demişdir. Lakin, Rəfiqə vədinə əməl etməyərək Azəri aldatmışdır. Bu məsələyə dair Rəfiqə ilə onun arasında telefon danışığı da olmuş və Rəfiqə yalvararaq məsələni həll edəcəyini, ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 iş üzrə digər Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qızıdır. 2019-cu ilin fevral ayının əvvəllərində qızı Flora ona bir nəfər Rəfiqə adlı qadının nəvəsi X20 Şirkətinə işə düzəldəcəyini, hər ay 5000 manat maaş alacağını, bunun üçün Rəfiqə adlı qadının 22500 manat pul istədiyini demişdir. Qızı Flora pulu onun yanında verməsini ondan xahiş etmiş və o da razılaşmışdır. Bir neçə gündən sonra, yəni 2019-cu ilin fevral ayının ortalarında qızı Flora onun yanında Rəfiqəyə 22500 manat pul vermişdir. Rəfiqə bildirmişdir ki, tezliklə nəvəsi Fuadın işi həll olacaqdır. Lakin, bundan sonra qızı Flora Rəfiqə ilə əlaqə saxlayıb işin nə vaxt həll olunacağını soruşduqda Rəfiqə müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Daha sonra isə Rəfiqənin mobil nömrəsinə zəng çatmamışdır. Sonradan ona məlum olmuşdur ki, Rəfiqə ilkin olaraq nəvəsi Fuada əlillik dərəcəsi almaq üçün 10000 manat da almış, sonradan həmin işi həll edə bilməmiş və bu səbəbdən Fuadı işə düzəltmək təklifini etmişdir. Ümumilikdə qızı Flora Rəfiqəyə 32500 manat pul vermişdir. İş üzrə Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2012-ci ildən 4 saylı poliklinikanın baş həkimi işləyir. Zərərçəkmiş şəxs1 işlədiyi poliklinikada uzun müddət tibb bacısı işləmişdir. Rəfiqə Slalahovanı isə 8 saylı BŞX-nin kardioloqu olaraq tanımışdır. Rəfiqə 2016-cı ilin sonları, 2017-ci ilin əvvəllərində onun yanına gəlib onu işə düzəltməsini istəmişdir. Lakin o, Rəfiqəyə belə bir səlahiyyətinin olmadığını demişdir. Sonra isə Rəfiqə oradan getmişdir. 2021-ci ilin mart ayında o, eşitmişdir ki, Rəfiqə polis əməkdaşları tərəfindən tutulmuşdur. Həmin vaxt ona məlum olmuşdur ki, işlədiyi klinikada tibb bacısı işləyən Flora və bir neçə şəxs ondan şikayət etmişlər. Belə ki, Rəfiqə həmin şəxslərə əlillik dərəcəsi açdıracağına dair yalan vəd verərək müxtəlif məbləğlərdə pullarını ələ keçirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 20 aprel 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı X11 rayonu, H.Əliyev küçəsində Beynəlxalq Bankın filialının yanına Zərərçəkmiş şəxs1, hal şahidlərinin iştirakı ilə baxış keçirmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 bildirdi ki, Rəfiqə adlı qadına 32.500 manat pulu həmin yerdə, bank filialının kənarında vermişdir; “Axtarışda olan şəxsin tutulmasına dair ” 25 fevral 2021-ci il tarixli protokoldan görünür ki, X3 həmin tarixdə saxlanılaraq Nərimanov RPİ-nin 16-cı PB-yə gətirilmişdir; “Şübhəli şəxs statusunda saxlanılmaqla şəxsin azad edilməsi və barəsində qətimkan tədrinin seçilməsi barədə” 25 fevral 2021-ci il tarixli qərardan görünür ki, X3 şübhəli şəxs statusunda saxlanılmaqla tutulmadan azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; 03.12.2019-cu il tarixli X3 tərəfindən yazılmış və imzalanmış qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər sakini Zərərçəkmiş şəxs4 hərbi pensiya düzəltmək məqsədilə 30 min manat almışdır, 10.12.2019-cu ildə, saat 15:00-da sənəd alınmasa, pulu gətirəcək; “Götürmə barədə” 29 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin baş müstəntiqi Kənan Rzayev icraatda olan HK/1-356 saylı material üzrə Zərərçəkmiş şəxs4 iki ədəd kağız üzərində Zərərçəkmiş şəxs4 məxsus nömrəyə göndərilmiş əlilliyin təyin edilməsi ilə bağlı sms-in görüntüsünü qəbul etmişdir. Zərərçəkmiş şəxs4 götürülmüş həmin kağız üzərindəki görüntülər protokolla birlikdə HK-1-356 saylı materiala əlavə edilmişdir; Zərərçəkmiş şəxs4 mobil telefonuna ***-***-**-** saylı mobil nömrədən göndərilmiş sms mətninin fotoşəklindən görünür ki, SMS mətni “sizə birinci qrup əlillik təyin edildi” cümləsindən ibarətdir; 08.01.2020-ci il tarixli Şahid1 tərəfindən yazılmış, özü və X3 tərəfindən imzalanmış qəbzdən görünür ki, Şahid1 etibarnamə ilə ona məxsus olan **-NT-*** dövlət nömrə nişanlı, “Nissan Sunny” markalı avtomaşını Zərərçəkmiş şəxs4 girov olaraq vermişdir. 30.01.2020-ci ilə kimi Azərə aid pensiya sənədlərini verəcək; “Əşyanın götürülməsi barədə” 07 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, X9 icraatında CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs4 həyat yoldaşı Şahid5 ilə Təqsirləndirilən şəxs arasında mobil telefon vasitəsi ilə olan danışıqların əks olunduğu 01 ədəd CD diski götürərək cinayət işinə əlavə etmişdir; Təqdim olunmuş diskə baxış keçirilməsi haqqında” 07 aprel 2021-i il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, X9 icraatında olan ********* nömrəli cinayət işi üzrə 01 ədəd CD diskin içərisində olan səs yazısına Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə baxış keçirmişdir. Zərərçəkmiş şəxs4 arvadı Şahid5 ilə Təqsirləndirilən şəxs arasında olan danışıqların qeydə alındığı 01 ədəd CD diskin içərisində olan səs yazısına baxış keçirilmişdir. Baxış keçirilən zaman aşağıdakılar müəyyən edilmişdir: Rəfiqə: Sabahın xeyr Liza: Sabahınız xeyr Rəfiqə: Necəsən Liza: Sağ olun Rəfiqə xanım Rəfiqə: sən hardasan? Liza: biz gəlirik vəkilin yanına Rəfiqə: kimnən? Liza: elə hamımız Rəfiqə: mən dunən danışdım ee kişiynəndə danışdım yanındadı kişi qaynatan? Liza: hə, yanımdadı qaynatam Rəfiqə: hə danışdım kişiynəndə mən vəkilin yanına gəlmirəm çünki əlimdə pul yoxdu Liza: niyə rəfiqə xanım? Rəfiqə: mən dedimdə dakumenti dedim ..... Liza: Rəfiqə xanım mənim dediyim çıxdımı yox mənim dediyim çıxdı? Rəfiqə: yox, yox mən sənə dedim axı Liza: mən sizə dedim sentyabr, oktyabr, noyabr, dekabr ilin sonu bu iş qurtaracaq Rəfiqə: mən bilmirdim axı bu iş qurtarmağı bu gün dedilər ki Liza: yox siz bilirsiz siz sentyabrdan başlıyıbsız bunun işini düzəltməyə ona görə əmələ gəlmir Rəfiqə: yox, yox sentyabrdan başlamamışam əmələ gəlibdi mən kağızları göstərdim hamısını hamısını elədim olar əvvəl yox idi ki, nə olar çox xahiş edirəm yalvarıram ayağıvın altında ölüm Liza: ayağımın altında ölmə, mən Azəri dayandıra bilmərəm Allaha and olsun mən Azəri dayandıra bilmərəm Rəfiqə: ya pulu yada dokumenti verirəmdə indi pul yoxdu əlimdə mən ora nə üzlə gəlim? Ayın 7-si ya pulu yada dokumenti dedim kişiyədə arvada da verirəm. Azər qışqırdı ki, mən gəlmirəm mən ora nəyə gəlim mən orda ölərəm mən qorxuram Liza: nədən qorxursuz ki Rəfiqə xanım bəs bu işi yox biz sizi orda öldürəcəyik qorxsursuz?! Rəfiqə: yox mən qorxuram mən xəstə adamam nə olar Liza: siz xəstə, mən sizdən betər xəstəyəm mən heç beynimə qan işləmir gözüm başım şişib xoşuma gəlir bu yollarda sizdən ötrü gələm gedəm Rəfiqə: yox, çox xahiş edirəm Liza: yox, yox mən Azəri dayandıra bilmərəm. Rəfiqə xanım, gəlin ora gedirik ora biz Rəfiqə: yox gəlmiyin nə olar Liza: orda biz sizi gülləliyəcəyik orda?! Rəfiqə: yox gələ bilmirəm özüdə əlim ayağım əsir yıxılıb qalacam indi burda Liza: ay Rəfiqə xanım o mənim günahım deyil ki o sizin günahınızdı Rəfiqə: yox nə olar möhlət verində mənə Liza: mən möhləti sizə sentyabr ayından verirəm e sentyabr ayından mən sizə dedim bu iş alınmıyacaq sonra il təhvil olacaq elədə çıxdı. Rəfiqə: yox alınıbda iş Liza: hanı bə yaxşı alınıbdı il təhvil olub sənədələr olacaq 2019 dedi təzədən düzəlt Rəfiqə: yox 2019 xeyr 2019 tarixnən oturacaq sabezdə vso bu günkü tarixnən sabezde oturacaq ayın 7-i Liza: vallah billah yerə göyə and olsun ayın 7-i də deyəssiz 17-i, 17-si deyəssiz 27-i, 27- deyəssiz gələn ay çünki daha uje belə şeylərə biz alışmışıq öyrənmişik daha Rəfiqə: yox vallah demiyəcəm iki balamın canı demiyəcəm Liza: o qədər and içirsiz ki, ay Rəfiqə xanım, göz gördüyündən qorxar Rəfiqə: yox mən indi pulu düzəldirəmdə o pulu düzəldim o gün olmasa əlimdə dakument ama olacaq pulu yanında sayıb verirəm mənim indi əlimdə pulum yoxdu axı mən ayın 7-i günü dakumnetnən pul ikisi bir yerdə olacaq əlimdə Allaha and olsun bax axrıncı dəfədi mütləq 1 kəlmə apar məni hara lazımdı kişiyə də dedim kişidə dedi mənə ki, sən Allah 7-i günü olmazsa aparın məni hara aparırsız aparın ama 7-i günü dakumenti de verim, pulu da nə olar qurban olum, ayağıvın altında ölüm, yalvarıram nə olar?! balalarıvın başına dönüm, nə olar?! yalvarıram sənə, mən indiyənə qədər heç kimə yalvarmamışam, yalvarıram nə olar?! Liza: bizimdə başımıza indiyənə qədər belə bir iş gəlməmişdi, siz açdınız sağ olun Rəfiqə: sakit edin nə olar?! qurban olum, yalvarıram sənə kişi mənə o dəfə dedi ki, ya pulu ver ya da dakumenti mən də indi deyirəm ki, dakumenti də, pulu da 7-si verirəm də, pulu düzəltməyə mənə vaxt verməli idiz də onsuz da, pul yoxdu əlimdə, mən bu həftəni pul tapıram, pul əlimdə hazır gələcəm. Dakument yoxdusa bax Ramilin yanında sənin pulu qoyuram ovcuna, ayrı 2-ci söhbət olmuyacaq, Allah məni öldürsün olmuyacaq 2-ci söhbət, bax, yaz dediklərimi Allah göydə şahiddir 2-ci söhbət olmuyacaq, yenə də deyirəm apar məni hara lazımdı, mən razı, hər şeyə razı, lijbi bu həftə pulu düzəldim verim, yalvarıram sənə. Baxış zamanı Təqsirləndirilən şəxs həmin səs yazısının ona məxsus olduğunu bildirdi; 24.04.2019-cu il tarixli AN-İ ******* nömrəli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nin əslindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 12 ünvanında yerləşən, ümumi sahəsi 48.1 kv.m. olan, tam mülkiyyət hüququ ilə ona məxsus olan 2 otaqlı mənzili X1; 19 aprel 2019-cu il tarixli beh müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 12 ünvanında yerləşən mənzilin satışına dair beh müqaviləsi bağlamışdır; Azərbaycan Respubikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş 01450603 nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 12 ünvanında yerləşən, ümumi sahəsi 48.1 kv.m. olan mənzilin mülkiyyətçisi Təqsirləndirilən şəxsdır; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 05.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “İfadənin yerinə yoxlanılması və götürülməsi haqqında” 07 may 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X9 ********* saylı cinayət işi üzrə istintaq gedişində Zərərçəkmiş şəxs4 ifadəsini yerində yoxlamışdır. Zərərçəkmiş şəxs4 təklif olundu ki, istintaq gedişində ifadəsində dediklərini yerində göstərsin. O, ifadəsində dediklərini yerində göstərdi və müəyyən edildi ki, o, 25.12.2018-ci il tarixdə Nərimanov rayonu, Təbriz 179 ünvanında yerləşən “Mado” kafesində tanışı Şahid7 yanında əlillik düzəltməsi üçün Təqsirləndirilən şəxs 15000 manat, 28.12.2018-ci il tarixdə saat 13 radələrində Nərimanov rayonu, F.X.Xoyski 98 ünvanında yerləşən “Gənclik Mall” ticarət mərkəzində olan kafedə 9000 manat, sonuncu dəfə isə 07.02.2019-cu il tarixdə saat 18:00 radələrində Nizami rayonu, Q.Qarayev prospekti, T.Abbasov 107-121 ünvanında yerləşən “Sevinc” kinoteatrının arxasında Təqsirləndirilən şəxs 6000 manat pul vermişdir; “Sübutların qiymətləndirilməsi barədə” 07 iyun 2021-ci il tarixli qərardan görünür ki, ünvan 8 ünvanında yerləşən evin çıxarışının surəti, 19.04.2021-ci il tarixli beh müqaviləsi və 24.04.2019-cu il tarixli AN-İ ******* nömrəli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nin əsli, 03.12.2019-cu il tarixli X3 tərəfindən yazılmış və imzalanmış qəbz, 08.01.2020-ci il tarixli Şahid1 tərəfindən yazılmış, özü və X3 tərəfindən imzalanmış qəbz və Təqsirləndirilən şəxs ilə Şahid5 aralarında olan telefon danışığının əks olunduğu 01 ədəd CD disk, Zərərçəkmiş şəxs4 istintaqa təqdim etdiyi mobil telefonuna ***-***-**-** saylı mobil nömrədən göndərilmiş “sizə birinci qrup əlillik təyin edildi” sms mətninin fotoşəkli maddi sübut kimi tanınmışdır; “Qətimkan tədbiri seçilməsi barədə” 10 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; 10.11.2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 tərəfindən notarial qaydada verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam ödənilmiş və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 etibarından sui istifadə etmə və ya aldatma yolu ilə əlllik dərəcəsi müəyyən edilməsi və işə düzəldəcəyi barədə yalan vədlər verərək onların əmlaklarını ələ keçirməsi ilə bağlı ona verilən ittihamın uydurma olması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, maddi sübutlar və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar məhkəmə istintaqında araşdırılan sübutlarla tam təkzib olunur. Belə ki: - Təqsirləndirilən şəxs 03.12.2019-cu il tarixdə öz xətti ilə yazdığı və imzaladığı qəbzdə Bakı şəhər sakini Zərərçəkmiş şəxs4 məhz hərbi pensiya düzəltmək məqsədilə 30000 manat pul aldığını göstərmişdir; - Zərərçəkmiş şəxs4 arvadı Şahid5 ilə Təqsirləndirilən şəxs arasında olan danışıqların qeydə alındığı 01 ədəd CD diskin içərisində olan səs yazısından göründüyü kimi, Təqsirləndirilən şəxs “sənəd” düzəltmək üçün aldığı pula görə ona möhlət verilməsini xahiş edir, həmçinin ya pulu, ya da “sənəd”i qaytaracağını bildirir. Göstərilən CD diskə ibtidai istintaq zamanı keçirilən baxışda Təqsirləndirilən şəxs səs yazısının ona məxsus olduğunu etiraf etmişdir; - 08.01.2020-ci il tarixli Şahid1 tərəfindən yazılmış, özü və Təqsirləndirilən şəxs tərəfindən imzalanmış qəbzdən görünür ki, Şahid1 etibarnamə ilə ona məxsus olan **-NT- *** dövlət nömrə nişanlı, “Nissan Sunny” markalı avtomaşını Zərərçəkmiş şəxs4 girov olaraq vermişdir. Həmçinin, 30.01.2020-ci ilə kimi Azərə aid pensiya sənədlərini verəcəyinə dair öhdəlik götürmüşdür; - təqsirləndirilən şəxsin əri Şahid1 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə 1991-ci ildə ailə həyatı qurmuşdur. Onlar əvvəllər ünvan 8 ünvanında yaşamışlar. Lakin, Rəfiqə ona həmin evi sataraq banka qoyub pul götürüb başqa ev almağı bildirmiş və o, razılaşmışdır. Lakin, Rəfiqə evi satdıqdan sonra başqa ev almamış, onlar da Nizami rayonu, Q.Qarayev prospektində ünvanını dəqiq xatarlamadığı evdə kirayə yaşamağa başlamışlar. O, Rəfiqədən evi satdıqdan sonra pulu nə etdiyini soruşduqda Rəfiqə ona borcu olduğu üçün borcuna verdiyini demişdir. O, Rəfiqədən nəyə borcu olduğunu soruşduqda Rəfiqə ona bu barədə heç bir söz deməmişdir. Daha sonra Azər adlı şəxs onların yaşadığı evə gələrək səs-küy salmış və Rəfiqənin ona borcu olduğunu, ondan əlillik dərəcəsi almaq üçün pul aldığını, lakin vədinə əməl etmədiyini bildirmişdir. Bu hadisə bir neçə dəfə davam etdiyindən onlar biabır olmamaq üçün həmin evdən çıxıb Abşeron rayonu, Masazır qəsəbəsində ünvanını dəqiq xatırlamadığı evə kirayəyə köçmüşlər. Rəfiqənin Azərə olan borcu ilə əlaqədar onlar bir neçə dəfə görüşmüşlər. Sonuncu dəfə 08.01.2020-ci il tarixdə o, Azərlə görüşüb “Nissan Sunny” markalı avtomobilini girov olaraq Azərə vermiş və bunu öz əlyazması ilə təsdiq etmişdir. Həmçinin, həmin əlyazmada 30.01.2020-ci il tarixədək Azərə aid pensiya sənədlərinin veriləcəyi qeyd edilmiş və sənədə o və Rəfiqə də qol çəkmişdir. Onlar həmin vaxt razılığa gəlmişlər ki, sənədlər verildikdən sonra maşını geri götürəcək. Lakin, həmin vaxt bir az söhbət etdikdən sonra o, Azərdən xahiş etmişdir ki, avtomobillə taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırdığı üçün həmin avtomobilin onda qalmasına icazə versin. Buna görə də Azər onunla razılaşmış və həmin avtomobili götürməmişdir. Daha sonra Azər polisə müraciət etmişdir; - Zərərçəkmiş şəxs4 ibtidai istintaqa təqdim etdiyi, mobil telefonuna ***-***-**-** saylı mobil nömrədən göndərilmiş sms mətninin fotoşəklindən görünür ki, orada “sizə birinci qrup əlillik təyin edildi” cümləsi yazılmışdır. Həmçinin, Şahid6 ifadəsindən görünür ki, o, Rəfiqənin yaşadığı evdə təmizlik işləri görmüşdür. Rəfiqə ondan xahiş etmişdir ki, xəstə olduğu üçün ayağa qalxa bilmir və şəxsiyyət vəsiqəsini ona verəcəyi təqdirdə onun adına mobil nömrə ala biləcəyini ondan soruşmuşdur. O da narahat olmamağı və səhəri gün təmizlik işləri üçün gələn zaman öz adına mobil nömrə alacağını Rəfiqəyə demişdir. Səhəri gün o, öz adına ***-***-**-** saylı mobil nömrə alıb Rəfiqəyə vermişdir; - Şahid7 ifadəsindən göründüyü kimi, Rəfiqə ilə Azəri o tanış etmişdir. Rəfiqə həkim kimi Azəri müayinə edən zaman sonuncunun 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyini öyrənmiş və Azərdən nə qədər pensiya aldığını soruşmuşdur. Azər isə pensiya alması ilə bağlı müvafiq orqanlara müraciət etmədiyini bildirmişdir. Bu zaman Rəfiqə Azərə onun bu günə qədər almadığı pensiyanın miqdarının ümumilikdə 37000 manat təşkil etdiyini demişdir. Rəfiqə Azərə bildirmişdir ki, həmin 37000 manat pulu, əlillər üçün avtomobil və mənzillə yanaşı, hər ay 700-800 manat pensiya alması barədə ona köməklik edə bilər. Bu məqsədlə Azər onun iştirakı ilə 3 dəfəyə olmaqla Rəfiqə ümumilikdə 30000 manat pul vermişdir. Rəfiqə Azərə işini düzəltmək barədə söz versə də, vədinə əməl etməmişdir. 08 yanvar 2020-ci il tarixdə Montin qəsəbəsində “Kosmos” restoranının yanında yerləşən ofisdə o, Azər, Azərin atası Möhübbət, Azərin arvadı Liza, Rəfiqə, Rəfiqənin əri Sadıq görüşmüşlər. X19 inanmadığını və pulunu geri istədiyini bildirmişdir. Rəfiqə də ona ərinin “Nissan Sunny” markalı avtomobilini ona verəcəyini, 20 yanvar 2020-ci il tarixədək ya pulunu qaytaracağını, ya da əvvəldən razılaşdıqları qaydada onun pensiya və digər məsələlərini həll edib, avtomobili də ondan geri alacağını bildirmişdir. Həmin vaxt Sadıq və Rəfiqə qəbz yazıb Azərə verərək avtomobili girov qoyduğunu bildirmişlər; - Şahid4 və Şahid5 ifadələrində Zərərçəkmiş şəxs4 dediklərini təsdiq etmişlər; - Zərərçəkmiş şəxs1 ifadəsindən göründüyü kimi Rəfiqə ilə bir neçə dəfə söhbət edən zaman o, əlilliklə bağlı pensiya düzəldə biləcəyini demişdir. O, oğlu Fuad Məmmədova əlillik dərəcəsi düzəltməyi Rəfiqədən istəmiş, sonuncu da bunun 10000 manat həll olunacağını bildirmişdir. Bu məqsədlə 2018-ci ilin noyabr ayının əvvəllərində o, Rəfiqə ilə görüşüb ona 10000 manat pul vermişdir. Rəfiqə həmin vaxt ona 7-8 aya işin həll olacağını demişdir. Lakin, Rəfiqənin dediyi vaxtdan bir neçə ay keçdikdən sonra, yəni 2019-cu ilin fevral ayının əvvəllərində Rəfiqə ona təklif etmişdir ki, oğlunu Dövlət Neft Şirkətinə 5000 manat maaşı olan işə düzəltsin. Rəfiqə bunun üçün ondan əlavə 22500 manat pul istəmişdir. O da Rəfiqəyə inanıb onunla razılaşmışdır. 2019-cu ilin fevral ayının ortalarında Rəfiqə ilə görüşüb ona 22500 manat pul vermişdir. Bunda sonra o, Rəfiqə ilə əlaqə saxlayıb ondan işin nə vaxt həll olacağını soruşduqda Rəfiqə müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Daha sonra Rəfiqənin mobil nömrəsinə zəng çatmamışdır. Bundan sonra ona məlum olmuşdur ki, Rəfiqə onu aldadaraq pulunu ələ keçirmişdir. O, pulunu Rəfiqədən tələb etdikdə Təqsirləndirilən şəxs ünvan 8 ünvanında yerləşən evin çıxarışının əslini, həmin evin satılacağı ilə bağlı beh müqaviləsini və alqı-satqı müqaviləsini ona vermişdir. O, həmin sənədləri götürərkən onlara diqqət yetirməmişdir. Bu səbəbdən ona sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona sənədləri həmin evi satdıqdan sonra vermişdir. Həmin sənədləri ona verdikdən bir neçə gün sonra Təqsirləndirilən şəxs həmin evin satılması üçün evin çıxarışını ondan istəmiş, o isə çıxarışın surətini özündə saxlamaqla əslini Təqsirləndirilən şəxs vermiş, digər sənədlərin əslini isə özündə saxlamışdır. Təqsirləndirilən şəxs pulu verərkən anası Şahid2 onun yanında olmuşdur; - Şahid2 ifadəsində Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs nəvəsi Fuada əlillik dərəcəsi almaq üçün 10000 manat, Dövlət Neft Şirkətinə işə düzəldilməsi üçün isə 22500 manat pulu onun iştirakı ilə verildiyini göstərmişdir; - Zərərçəkmiş şəxs1 qeyd etdiyi sənədlər, yəni ünvan 8 ünvanında yerləşən evin çıxarışının surəti, 19.04.2021-ci il tarixli beh müqaviləsi və 24.04.2019-cu il tarixli AN-İ ******* nömrəli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nin əsli cinayət işi üzrə maddi sübut kimi tanınmışdır (cinayət işi, cild İİ, iş vərəq 97-117); - Zərərçəkmiş şəxs1 ifadəsindən göründüyü kimi Zərərçəkmiş şəxs3 həyat yoldaşına əlillik dərəcəsi açdırmaq məqsədi ilə ayrı-ayrı vaxtlarda cəmi 10000 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin pullar onun şahidliyi ilə Zərərçəkmiş şəxs3 tərəfindən Təqsirləndirilən şəxs verilmişdir; - Zərərçəkmiş şəxs1 ifadəsindən göründüyü kimi Zərərçəkmiş şəxs2 da oğluna əlillik dərəcəsi açdırmaq üçün Təqsirləndirilən şəxs 5000 manat məbləğində pul vermişdir. Həmin pul onun yanında verilmişdir; - ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, iş üzrə şahid qismində dindirilmiş Şahid7, Şahid2 və Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı zərərçəkmiş şəxslər və şahidlər ifadələrində qeyd etdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişlər (cinayət işi, cild İİ, iş vərəq 18-21, 28-31, 33-35, 73-76, 77-79, 80-82, 86-88). CM-in 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə əsasən bu Məcəllənin 177- 183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Məhkəmə istintaqında araşdırılan sübutlarla Təqsirləndirilən şəxs əlillik dərəcəsi təyin etdirmək, işə düzəltmək adı altında etibardan sui-istifadə edərək və aldatma yolu ilə zərərçəkmiş şəxslərin əmlakını ələ keçirməsi öz təsdiqini tapır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 7000 manat borc pul alması, qorxduğu üçün Azərdən 30000 manat almasına dair qəbz yazması barədə dəlillərinin isə özünü müdafiə üçün irəli sürülən əsassız fərziyyələrdən ibarət olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, Təqsirləndirilən şəxs digər zərərçəkmiş şəxslərdən isə ümumiyyətlə pul almaması barədə ifadəsini də cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə verilən və məhkəmə istintaqı zamanı araşdırılan, yuxarıda qeyd olunan sübutlarla təkzib olunan ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs ifadəsində irəli sürülən dəlillər tam təkzib olunur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxslərə məxsus əmlakı ələ keçirməsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir və onun ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən ifadə kimi qiymətləndirir. Beləliklə də, CPM-in 44.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı qanuni və əsaslı hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; yaşını və səhhətini (əsas: iş materiallarında olan N.Tusi adına klinika tərəfindən verilmiş arayış və epikrizlər, şəkərli diabet xəstəliyindən əziyyət çəkməsinə dair Respublika Endokrinoloji Mərkəz, Bakı Sağlamlıq Mərkəzi, Abşeron rayon poliklinikası və s. tərəfindən verilmiş müvafiq sənədlər); qadın olmasını; Zərərçəkmiş şəxs4 ilə barışmasını, ona dəyən ziyanı tam ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, ibtidai istintaq zamanı şübhəli şəxs qismində saxlanıldığı 1 gün (25 fevral 2021-ci il) ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) qəti cəza müəyyən edilməli (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübutlar - ünvan 8 ünvanında yerləşən evin çıxarışının surəti, 19.04.2021-ci il tarixli beh müqaviləsi və 24.04.2019-cu il tarixli AN-İ ******* nömrəli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nin əsli, 03.12.2019-cu il tarixli X3 tərəfindən yazılmış və imzalanmış qəbz, 08.01.2020-ci il tarixli Şahid1 tərəfindən yazılmış, özü və X3 tərəfindən imzalanmış qəbz və Təqsirləndirilən şəxs ilə Şahid5 aralarında olan telefon danışığının əks olunduğu 01 ədəd CD disk, Zərərçəkmiş şəxs4 istintaqa təqdim etdiyi mobil telefonuna ***-***-**-** saylı mobil nömrədən göndərilmiş “sizə birinci qrup əlillik təyin edildi” sms mətninin fotoşəkili cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə maddi sübut - 2 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddiaya dair məhkəmə qeyd edir ki, CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır; 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs4 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiasından imtina etməsi nəzərə alınmalı və mülki iddia üzrə icraata xitam verilməlidir. İş üzrə məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs4 mülki iddiasından imtinası qəbul edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs4 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası üzrə icraata xitam verilsin. İş üzrə maddi sübutlar - ünvan 8 ünvanında yerləşən evin çıxarışının surəti, 19.04.2021-ci il tarixli beh müqaviləsi və 24.04.2019-cu il tarixli AN-İ ******* nömrəli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nin əsli, 03.12.2019-cu il tarixli X3 tərəfindən yazılmış və imzalanmış qəbz, 08.01.2020-ci il tarixli Şahid1 tərəfindən yazılmış, özü və X3 tərəfindən imzalanmış qəbz və Təqsirləndirilən şəxs ilə Şahid5 aralarında olan telefon danışığının əks olunduğu 01 ədəd CD disk, Zərərçəkmiş şəxs4 istintaqa təqdim etdiyi mobil telefonuna ***-***-**-** saylı mobil nömrədən göndərilmiş “sizə birinci qrup əlillik təyin edildi” sms mətninin fotoşəkili cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar