Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-302/2024 04.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X18 Bəhram oğlunun sədrliyi, Məmmədova Aygün Fərhad qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun Müdafiəçi1, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3, Təqsirləndirilən şəxs iştirakları ilə, 20 avqust 1989-cu ildə Hacıqabul şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, hazırda işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 11 dekabr 2023-cü il tarixində saat 19:10 radələrində etibarnamə əsasında “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi “Khazar” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ilə Təbriz küçəsi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən Ə.Rəcəbli küçəsi 46B ünvanında yerləşən “Caspian Electric” mağazasının qarşısından “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda həmin qanunun qeyd olunan tələblərini pozmaqla sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq sağ hissəsi isə piyadalar X11 və Zərərçəkmiş şəxsnə ehtiyatsızlıqdan vurması nəticəsində Zərərçəkmiş şəxs politravma qapalı kəllə-beyin travması, baş beyin əzilməsi, sağ frantal lövhənin subdural qansızması ənsə sümüyünün xətti sınığı, İİ boyun fəqərəsinin ön cisminin fəsadlaşmayan qapalı sınığı, qaldırma funksiyasının pozulması ilə müşayiət olunan sağ bazu sümüyünün cərrahi başının qapalı çox parçalı yerdəyişən sınığından ibarət, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət almasına, Sara Hüseynovanın isə qapalı kəllə-beyin travması, baş beynin yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar, hər iki körpücük sümüklərin qapalı yerdəyişən sınıqları, sol təpə, alın və gicgah nahiyələrinin sol diz oynağının bayır səthinin sağ diz oynağın bayır səthinin, sağ baldırın yuxarı üçdə birinin bayır səthinin, sağ ayağın i barmağın ön səthinin ön səthinin, sağ ənsə nahiyəsinin və sağ əlin arxa səthinin qançırlardan ibarət ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan xəsarətləri alaraq hadisə yerində ölməsinə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, “Khazar” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında idarə etmişdir. O, xx.xx.2023-cü il tarixində Ə.Rəcəbli küçəsində bir neçə dəqiqə tıxacda qaldıqdan sonra saat 19:10 radələrində sol zolağın boşaldığını və yolun açıldığını görüb avtomobili iti sürətlə hərəkətə gətirərək sürərkən təxminən 8-10 saniyədən sonra 50 km/saat sürətlə hərəkət edən zaman bu zaman avtomobildə əyləşən sərnişin qarşıda qadının olmasını uca səslə dedidə o, başını yuxarı qaldıraraq yola baxan zaman qarşıda piyadaların olmasını görüb, dərhal əyləci sıxmağa çalışsa da, gec olduğundan həmin qadınları idarə etdiyi avtomobilin ön hissəsi ilə vurduğunu, bundan sonra dərhal idarə etdiyi avtomobili saxlayıb aşağı düşərək piyadalara yaxınlaşsa da artıq onlardan birinin vəfat etdiyini, digərinin isə ağır yaralandığını görüb, dərhal ətrafdakı insanların köməyi ilə təcili tibbi yardım çağırdığını, özü isə baş vermiş yol nəqliyyat hadisəsi barədə DİN-in 102 xidmətinə məlumat verdiyini bildirdi. O, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını bildirərək ona qanunda nəzərdə tutulmuş yüngül cəza təyin edilməsini məhkəmədn xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, o, 11 dekabr 2023-cü il tarixdə saat 15 radələrində qohumu Sara Hüseynova ilə birlikdə digər qohumları olan Rəna adlı şəxsin evlərinə qonaq getdiyini, həmin günü axşam saat 19 radələrində Sara Hüseynova ilə birlikdə evə qayıdarkən Ə.Rəcəbli küçəsində Təbriz küçəsi istiqamətində olan hərəkət hissəsində yerləşən dayanacaq avtobus gözlədikləri zaman yolun sağ hissəsindən yolun mərkəzinə doğru təxminən 05-1 metr yolun işlək hissəsində duraraq avtobus gözləyən zaman o, ani təsirdən huşunu itirdiyini, bir neçə gündən sonra isə 1 saylı şəhər kliniki xəstəxanada ayılarkən avtoqəza keçirdiyini, avtoqəza nəticəsində ağır dərərcədə yaralandığını, qohumu Sara Hüseynovanın isə rəhmətə getdiyini öyrəndiyini göstərdi. Hadisədən sonra Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmədiyindən ona qarşı şikayət və tələbi olduğunu göstərərək onun qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 11 dekabr 2023-cü il tarixində saat 22 radələrində bibisi oğlu onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq anası Sara Hüseynovanı avtomobil vurduğunu, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində anasının öldüyünü və Nərimanov rayonu, 5 nömrəli şəhər kliniki xəstəxanasının morqunda olduğunu bildirdiyindən o, qardaşı ilə 5 nömrəli şəhər kliniki xəstəxanasının morquna getdiyini, daha sonra isə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən idarə etdiyi avtomobillə anasını və bibisi qızının vurulduğunu, nəticədə anası hadisə yerində ölmüş, bibisi qızı Zərərçəkmiş şəxs isə xəsarət alaraq xəstəxanaya yerləşdirildiyini öyrənmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmədiyindən ona qarşı şikayət və tələbi olduğunu göstərərək onun qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, mobil tətbiqlə sifariş etdiyi “Khazar” markalı dövlət qeydiyyat nişanlı avtomobillə yolda olan zaman taksi sürücüsü adının sonradan Təqsirləndirilən şəxs olmasını bildiyini şəxs 11 dekabr 2023-cü il tarixdə saat 19 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində Təbriz küçəsi istiqamətində sol zolaqda hərəkətdə olan zaman sürücü Təqsirləndirilən şəxs avtoqəza törətdiyini, həmin avtoqəza nəticəsində isə bir nəfər qadının rəhmətə getdiyini, digər qadının isə ağır dərəcədə yaralandığını öyrəndiyini bildirdi. Məhkəmə-Tibbi Ekspertiza və X14 Təcrübi və X10 Rayon Şöbəsinin 144 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki,1948-ci il təvəllüdlü X4 meyitinin məhkəmə-tibbi ekspertizasına, tibbi sənədlərdə qeyd olunanlara əsasən, X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı qapalı kəllə-beyin travması, baş beynin yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar, hər iki körpücük sümüklərin qapalı yerdəyişən sınıqları, sol təpə, alın və gicgah nahiyələrinin sol diz oynağının bayır səthinin sağ diz oynağın bayır səthinin, sağ baldırın yuxarı üçdə birinin bayır səthinin, sağ ayağın i barmağın ön səthinin ön səthinin, sağ ənsə nahiyəsinin və sağ əlin arxa səthinin qançırlar aşkar olunmuşdur: Bu xəsarətlər həyatidir, ölümündən az əvvəl-küt əşyanın (əşyaların) təsirindən törənmişdir ki, belə ki, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixində yolnəqliyyat qəzası nəticəsində əmələ gələ bilər və ölümlə birbaşa səbəbli əlaqəlidir, dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa AĞİR zərər vurmanın əlamətlərini daşıyır. X2 hadisə zamanı hərəkətdə olan minik avtomobilinə qarşı şaquli vəziyyətdə olmuşdur. X1 ölümünə səbəb qapalı kəllə-beyin travması, baş beynin yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar olmuşdur. Ölümüm baş vermə müddəti meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 14-18 saat əvvələ uyğun gələ bilər, bu da ilkin meyit əlamətləri ilə öz təsdiqini tapır. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində qanda etil spirti aşkar edilməmişdir. (Cild 1 i.v 62-66) Məhkəmə-Tibbi Ekspertiza və X14 Təcrübi və X10 Rayon Şöbəsinin 222 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki,1965-ci il təvəllüdlü X5 məhkəmə-tibbi ekspertizasına, tibbi sənədlərdə qeyd olunanlara əsasən zərərçəkmiş şəxs X6 aşkar edilmiş xəsarət-Politravma qapalı kəllə-beyin travması, baş beyin əzilməsi, sağ frantal lövhənin subdural qansızması ənsə sümüyünün xətti sınığı, İİ boyun fəqərəsinin ön cisminin fəsadlaşmayan qapalı sınığı, qaldırma funksiyasının pozulması ilə müşayiət olunan sağ bazu sümüyünün cərrahi başının qapalı çox parçalı yerdəyişən sınığından (ostiosintoz cərrahi əməliyyatından sonrakı vəziyyət) -küt əşyanın (əşyaların) təsirindən törənmişdir ki, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. (Cild 1 i.v. 79-81) Sürücü Təqsirləndirilən şəxs əməlində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluğun olub-olmaması və onun hadisənin qarşısına almağa texniki imkanının olub-olmaması təyin edilməsi üçün “məhkəmə-yolnəqliyyat hadisələri ekspertizasının təyin edilməsi haqqında” qərar qəbul edilmişdir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 3-16-16/2-8/680 saylı, 01 aprel 2024-cü il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Khazar” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (Cild 1 i.v. 82-85) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmiş və ya cinayət məsuliyyətinə cəlb edilməmişdir. (Cild 1 i.v. 49) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli, 1/7233 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadusənin baş verdiyi tarixdə və saatda sərxoş olmamışdır.(Cild 1 i.v.16) DİN-in BDYPİ-nin 3-13-16/2-2406/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixində (xx.xx.2029-cu il tarixinədək etibarlı olan) AC 857526 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmayıb. (cild 1 i.v.50) “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, habelə şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda—ki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CPM-in 106.6-cı maddəsində, CMin isə 59.1.9-cu maddəsində zərər çəkmiş şəxsin hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulmamasını nəzərə alaraq hətta belə barışıq əldə edildikdə bu hal təqsirləndirilən şəxsə cəza təyini zamanı onun barəsində CM-in 60-cı maddəsinin tətbiqi üçün əsas ola bilməz. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş materiallardan da görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar” markalı, **-PT-*** qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə, saat 19:10 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ilə Təbriz küçəsi istiqamətində 50 km/saat hərəkətdə olarkən Ə.Rəcəbli küçəsi 46B ünvanında yerləşən “Caspian Electric” mağazasının qarşısında “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinəsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə məhkum olunmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi X9 ilə heç bir barışıq əldə etmədiklərini, zərərçəkmiş şəxslə, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmadıqlarını, həmçinin həm Zərərçəkmiş şəxs, həmdə zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən Təqsirləndirilən şəxs barəsində həbslə bağlı cəza təyin edilməsini məhkəmədən xahiş etdiklərini nəzərə alır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan – 04 iyul 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 22 (iyirmi iki) iş saatı üçün cəmi 132 (yüz otuz iki) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin, ona 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında təhvil verilsin. Təqsirləndirilən şəxs cəzasını ümumirejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə əvvəli həbsə alındığı vaxtdan, yəni 04 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi X7 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edilməsi hüququ izah edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Ekspertiza tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 22 (iyirmi iki) iş saatı üçün cəmi 132 (yüz otuz iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X19
Məhkəmə qərarları › İş №1(005)-302/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-302/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver