Məhkəmə qərarları › İş №1(005)-305/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-305/2023

28.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-305/2023 28.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, müdafiəçi - Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaş, evli və 01 azyaşlı övladı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, ev 64/68, mənzil 29-da qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-191/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21 radələrində ünvan 1 ünvanda yolun sağ tərəfində dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus “Volvo XC 90” markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açarla bağlanmamasından istifadə edərək avtomobilin içərisində arxa oturacağın üzərindən sonuncuya məxsus olan 01 ədəd 1.000 manat dəyərində “Legion Y540-15İRH-PG0” markalı 81SY modelli noutbuku, 01 ədəd 120 manat dəyərində “Audi” markalı avtomobilə məxsus açarı və 1000 manat nağd pulu tamah məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 2120 (iki min yüz iyirmi) manat maddi ziyan vurmaqla özgə əmlakını oğurlamışdır. Bundan başqa, o, təkrarən xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən “Bəyaz” restoranının qarşısında yolun sağ tərəfində dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs2 məxsus “Mercedes” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açarla bağlanmamasından istifadə edərək avtomobilin içərisində arxa oturacağın üzərindən sonuncuya məxsus olan 01 ədəd 2 500 manat dəyərində “Apple” markalı A2442 modelli noutbuku tamah məqsədi ilə gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilkidə 2500 (iki min beş yüz) manat maddi ziyan vurmaqla özgə əmlakını təkrarən oğurlamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi ilə piyada hərəkətdə olan zaman həmin küçədə yerləşən “Yaban” adlı restoranın qarşısında dövlət qeydiyyat nişanını xatırlamadığı qara rəngli “Volvo” markalı avtomobili görmüşdür. Bu zaman həmin avtomobildən oğurluq edərək pul əldə etmək qərarına gəlmişdir. İlkin olaraq ətrafda heç kəsin olmamasına əmin olmuşdur. Bundan sonra avtomobilin qabaq sağ qapısının açmaq istədikdə, ona məlum olmuşdur ki, avtomobilin qapıları açıq vəziyyətdədir. Bundan sonra avtomobilin salonunda arxa oturacağın üzərində olan 01 ədəd “Lenovo” markalı notbuku görmüş və gizli şəkildə həmin notbuku oğulmışdır. Bundan əlavə, avtomobilin arxa oturacağının üzərində olan 01 ədəd gödəkçənin ciblərini yoxlamış və həmin gödəkçənin ciblərində 1000 manat dəyərində pulu və 01 ədəd “Audi” markalı avtomobilə məxsus açarı gizli şəkildə oğurlamışdır. Ardınca oğurluq etdiyi yerdən uzaqlaşmışdır. Oğurluq edərək əldə etdiyi 1000 manat puldan 500 manatın şəxsi tələbatlarını ödəmək üçün istifadə etmişdir. Geridə qalan 500 manat pulu, 01 ədəd “Lenovo” markalı notebooku və 01 ədəd “Audi” markalı avtomobilə məxsus açarı isə yaşadığı ünvanda saxlamışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixdə təxminən saat 22:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən “Bəyaz” adlı restoranın qraşısında piyada olaraq keçən zaman həmin yerdə “Mercedes” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili görmüşdür. Bu zaman maddi cəhətdən sıxıntılar yaşadığından həmin avtomobildən oğurluq etmək qərarına gəlmişdir. Bu minvalla, avtomobilə yaxınlaşmış və ətrafda onu heç kəsin görməyəcəyinə tam əmin olmuşdur. Bundan sonra avtomobilin sağ qabaq qapısını açmaq istədikdə avtomobilin qapısının açıq vəziyyətdə olduğunu müəyyən etmişdir. Ardınca avtomobilin içərisinə nəzər yetirdikdə avtomobilin arxa oturacağının üzərində 01 ədəd “Apple” markalı notbukun olmasını görmüşdür. Həmin notbuku oğurlayaraq hadisə yerindən uzaqlaşmış və oğurluq yolu ilə əldə etdiyi notbuku yaşadığı ünvana qoymuşdur. Əşyaların arasında olan şəxsiyyət və sürücülük vəsiqələri, “Kapital Bank”a, “Azərbaycan Beynəlxalq Bank”a, “AtaBank”a və adları bilinməyən müxtəlif banklara aid 19 ədəd kart, 15 ədəd “Bakı Kart”ı, 1 ədəd “Azəriqaz” İB-nə aid kart və aidiyyəti bilinməyən digər kartları hansısa bir məqsədlə oğurlamamış, onlar oğurladığı çantaların içində olmuşdur. Son olaraq məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxslərlə barışmış, onlara vurmuş maddi ziyanı tam şəkildə ödəmişdir. Əməlindən peşmandır. Bütün bunları nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 20:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən “Bəyaz” adlı restoranın qraşısında “Mercedes” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışdır. Avtomobildən düşərək qapıları bağlamağı unutmuş və restorana getmişdir. Bir müddət sonra avtomobilə qayıtdıqdan sonra avtomobilin arxa oturacağının üzərində 01 ədəd “Apple” markalı notbookun olmadığını görmüşdür. Bununla bağlı ərazini polis şöbəsinə təqdim etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olarq ödənilmişdir. Hazırda təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səhətində olan problemlərlə bağlı üzrlü səbəbdən iştirak edə bilməmiş digər zərərçəkimiş şəxs X4 ibtidai istintaqda verdiyi ifadəsi və xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsi elan edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə ünvanlanmış raportdan görünür ki, X6 S.Orucov küçəsi Tugra r/s qarşısında saxlamış olduğu Volvo markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobildən üst geyim 1000 manat və Lenova markal Notebookun oğurlanması faktı aşkar edilmişdir. Məhkəmədə tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan və foto cədvəllərdən görünür ki, hadisə Xətai rayonu S.Orucov küçəsi Tugra r/s qarşısında saxlamış olduğu Volvo markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli Nərimanov Rayon Polis İdarəsinin 16-ci Polis Bölməsinə ünvanlanmış raportdan görünür ki, Osmanov X5 prospekti, Bəyaz restoranının qarşısında saxladığı Mercedes markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobildən Apple markalı notebook və içərisində sənədlər olan bir sumkanın oğurlanmasını bildirmişdir. Məhkəmədə tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan və foto cədvəllərdən görünür ki, hadisə Azadlıq prospekti, Bəyaz restoranının qarşısında saxladığı Mercedes markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermişdir. Məhkəmədə tədqiq edilən “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2023-cü il tarixili qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi istintaq aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin “Ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi” ilə bağlı 27 mart 2023-cü il tarixli, 9/1963 saylı ekpert rəyindən görünür ki, ekpertiza tədqiqatına təqdim edilmiş “Apple” markalı, A2442 modeli notbukun qiyməti 2500, “Legion Y540- 15İHR-PG0” MARKALİ, 81SY modelli notubkun qiyməti 1000, “Audi” markalı avtomobilə məxsus açar (korpus kimi) 120 ümumilikdə malların dəyəri 3620,00 manatdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasına ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. “Maddi sübut qismində tanıma haqqında” haqqında 15 may 2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd Lenovo markal notebook, Audi markalı avtomobilə aid olan 01 ədəd məsafədən idarə olunan açar, Apple markalı notebook və 01 ədəd DVD diskin maddi sübut kimi tanınması nəzərə alınmışdır. 01 ədəd “Apple” markalı noutbook. “Audi” markalı avtomobilə aid olunan 01 ədəd açar və 01 (bir) DVD disk maddi sübut kimi tanınması nəzərə alınsın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Yasamal Rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaqı gedən cinayət işi olmuş və xx.xx.2019-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət içini icraatına xitam verilmişdir. Şübhəli şəxsin tutulması haqqında 11 mart 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs şühbəli şəxs qismində18:30 radələrində saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-191/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tuutlan cinayət əməlini törətməsinə dair barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 11 mart 2023-cü il tarixdən hesablanmışdır. Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış ona dəymiş maddi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Elektorun Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, təqsirləndiirlən şəxsin himayəsində 2004-cü il təvəllüdlü X7 və yaşlı atası vardır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışması, törətmiş olduğu cinayət əməli nəticəsində onlara dəymiş ziyanı tam şəkildə ödəməsini, əməlindən peşman olmasını, himayəsində 01 azyaşlı övladı və yaşlı atasının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdur. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-191/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən xx.xx.2023cü il tarixdən hesablanmaqla hökm çıxarıldığı günədək həbsdə saxlanıldığı 05 (beş) ay 17 (on yeddi) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla yəni 11 (on bir) ay 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. 01 ədəd Lenovo markalı notebook, Audi markalı avtomobilə aid olan 01 ədəd məsafədən idarə olunan açar, Apple markalı notebook və 01 ədəd DVD disk maddi sübut hesab edilmiş əşyaların sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50.00 manat Təqsirləndirilən şəxs alınaraq X1 bank hesabına köçürülsün. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylıVəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəm, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)- 191/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən xx.xx.2023-cü il tarixdən hesablanmaqla hökm çıxarıldığı günədək həbsdə saxlanıldığı 05 (beş) ay 17 (on yeddi) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla yəni 11 (on bir) ay 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il, 06 (altı) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Maddi sübut hesab edilmiş 01 ədəd Lenovo markal notebook, Audi markalı avtomobilə aid olan 01 ədəd məsafədən idarə olunan açar, Apple markalı notebook sahiblərinə qaytarılsın. Maddi sübut hesab edilmiş 01 ədəd DVD disk cinayət işi materiallarında saxlansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50.00 manat Təqsirləndirilən şəxs alınaraq X3 hesabına keçirilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən ibtidai istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar