Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-306/2020 05.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Hafiz oğlunun, Tərcüməçi- X4 iştirakları ilə, xx xxxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2016-cı ilin sentyabr ayından 2017-ci ilin fevral ayınadək olan müddət ərzində iki dəfə olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 20 C, mənzil 14-də yaşayan Zərərçəkmiş şəxs2 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 200 manat məbləğdə gəlir əldə etmək məqsədi ilə həmin kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olmasını təşkil edib tamah niyyəti ilə Zərərçəkmiş şəxs2 fahişəliyə cəlb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 2019-cu ilin iyul ayının əvvəllərindən həmin ilin sentyabr ayının əvvəllərinədək olan müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu, Maqsud Əlizadə küçəsi, ev 17, mənzil 8-də yaşayan Zərərçəkmiş şəxs4 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cins əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100 və ya 200 manat məbləğlərdə gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə fərqli məbləğlərdə pul müqabilində cinsi əlaqədə olmasını təşkil edib tamah niyyəti ilə Zərərçəkmiş şəxs4 təkrarən fahişəliyə cəlb etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs təkrarən 2019-cu ilin sentyabr ayının sonlarından həmin ilin oktyabr ayınadək olan müddət ərzində iki dəfə olmaqla Binəqədi rayonu, S.S.Axundov küçəsi 225B, Kristal Abşeron yaşayış sahəsi, blok 3, mənzil 291-də yaşayan Zərərçəkmiş şəxs3 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və 100 manat məbləğdə gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olmasını təşkil edib tamah niyyəti ilə Zərərçəkmiş şəxs3 təkrarən fahişəliyə cəlb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 2019-cu ilin mart ayından həmin ilin dekabr ayınadək olan müddət ərzində Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron ev 2 mənzil 64-də yaşayan Zərərçəkmiş şəxs1 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 200 manat məbləğdə gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olmasını təşkil edib tamah niyyəti ilə Zərərçəkmiş şəxs1 təkrarən fahişəliyə cəlb etmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-in 243.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2016-cı ilin əvvəllərindən gəlir əldə etmək məqsədilə tanışı olan qadınları kişi müştərilərinə cinsi ələqədə olmaları üçün görüşdürməyə başlamış və bu yolla qazanc əldə etmişdir. Zərərçəkmiş şəxs1 ilə təxminən 2019-cu ilin mart ayında tanış olmuşdur. Bir gün Xalidə istifadəsində olan 051 *** ** ** saylı mobil telefon nömrəsi ilə onun istifadəsində olan 055 *** ** ** saylı mobil telefon nömrəsinə Whatsapp proqramı vasitəsilə zəng vuraraq özünü təqdim edib adının Xalidə olduğunu, onun nömrəsini ortaq tanışları olan hazırda xatırlamdığı şəxsdən aldığını demiş, o, Xalidəni tanımasa da onunla səmimi danışığından Xalidəyə qarşı xoş təəssüratı yaranmış, beləliklə onlar tanış olaraq yenə mobil telefonla əlaqə saxlamaq qərarına gəlmişlər. Xalidə ilə aralarında olan danışıq zamanı Xalidə ona maddi cəhətdən imkansız olduğunu bildirmiş, bu zaman o Xalidəyə yaxşı, imkanlı müştərilərilərinin olduğunu, onlarla cinsi əlaqədə olub yaxşı qazanc əldə edəcəyini təklif etmiş, Xalidə maddi imkansızlığı ucbatından onun təklifini qəbul etmişdir. Bundan sonra o müştəri olduğu zaman Xalidə ilə əlaqə saxlayaraq müştəri olduğunu, müştəri ilə hansı ünvanda görüşəcəyini bildirirmişdir. Xalidə ilə arasında olan razılaşmaya əsasən Xalidə onun müştəriləri ilə 500 və 1000 manat pul qarşılığında görüşüb cinsi əlaqədə olmuş, həmin razılaşmaya əsasən müştəri Xalidə ilə cinsi əlaqədə olmağı müqabilində 1000 manat pul verdikdə 600 manatını Xalidə özünə götürməli, 400 manatını isə ona verməli olmuş, digər halda isə müştəri 500 manat pul verdikdə həmin pulun 300 manatını müştəri ilə cinsi əlaqədə olduğuna görə Xalidə özünə götürməli, 200 manatını isə ona verməliymiş. Lakin Xalidəni 1000 manat pul qarşılığında müştərinin yanına göndərdiyi hal olmamamış, ümumilikdə Xalidəni 10-15 dəfə o öz müştərilərinin yanına göndərmiş, hər dəfəsində də müştərilər Xalidəyə 500 manat pul vermiş, Xalidə həmin puldan əvvəlcədən razılaşmalarına əsasən 300 manat özünə, qalan 200 manatı isə ona vermişdir. O, Xalidəni Bakı şəhərinin müxtəlif otellərində və ünvanlarında öz müştəriləri ilə görüşdürmüş, Xalidəni görüşdürdüyü müştərilərin anket məlumatlarını və mobil telefon nömrələrini xatırlamamış, o, Xalidəni təxminən 2019-cu ilin mart ayından başlayaq həmin ilin dekabr ayına kimi olan müddət ərzində gəlir əldə etmək məqsədilə fahişəliyə cəlb etmişdir. Zərərçəkmiş şəxs2 ilə təxminən 2016-cı ilin yay aylarında xatırlamadığı hansısa bir məclisdə tanış olmuş, aralarında yaxın münasibət yaranmış, onlar məclisdə bir qədər söhbət edərək yenə bir-biri ilə əlaqə saxlamaq üçün istifadə etdikləri mobil telefon nömrələrini götürmüşlər. Bundan sonra onlar bir neçə dəfə telefon əlaqəsi saxlamış, həmin vaxt o 055 *** ** ** saylı mobil nömrəni istifadə etmiş, Aybənizin həmin vaxt istifadə etdiyi mobil telefon nömrəsini xatırlamamış, onların əlaqələri yalnız whatsapp proqramı vasitəsilə olmuş, onlar əlaqə saxladıqları zaman o Aybənizin işsiz olduğunu və maddi sıxıntılarının olduğuru bilmişdir. Bu zaman o, Aybənizə yaxşı, imkanlı müştərilərinin olduğunu, onlarla cinsi əlaqədə olub yaxşı gəlir əldə edəcəyini təklif etmişdir. Aybəniz maddi sıxıntıları olduğu üçün onunla razılaşmışdır. 2016-cı ilin sentyabr ayında o, Aybənizlə əlaqə saxlayaraq müştəri olduğunu, müştəri ilə hansı ünvanda görüşəcəyini bildirmişdir. Bundan sonra Aybəniz onun göstərişi ilə müştəriyə məxsus olan mənzilə gedərək müştəri ilə cinsi əlaqədə olduqdan sonra müştəri ona 800 manat pul vermiş, Aybənizlə əvvəlcədən razılaşmalarına əsasən Aybənz həmin puldan ona 200 manat vermişdir. Növbəti dəfə təxminən 2016-ci ilin fevral ayında yenə o Aybənizlə əlaqə saxlayaraq müştəri olduğunu, müştəri ilə hansı ünvanda görüşəcəyini bildirmiş, o, həmin ünvanı hazırda xatırlamamış, Aybəniz yenə onun göstərişinə əsasan müştəri ilə görüşüb cinsi əlaqədə olmuş, müştəri Aybənzilə cinsi əlaqədə olmağa görə Aybənizə 800 manat pul vermiş, Aybəniz yenə ona həmin puldan 200 manat vermişdir. Bundan sonra Aybəniz ilə aralarında mübahisə yarandığı üçün ələqələri kəsilmişdir. Zərərçəkmiş şəxs3 ilə təxminən 2019-cu ilin ortalarında xatırlamadığı hansısa bir məclisdə tanış olmuş, aralarında yaxın münasibət yaranmış, onlar məclisdə bir qədər söhbət edərək yenə bir-biri ilə əlaqə saxlamaq üçün istifadə etdikləri mobil telefon nömrələrini götürmüşlər. Həmin vaxt o *** *** ** **, Laləzar isə 055 *** ** ** saylı mobil telefon nömrəsini istifadə etmiş, onların əlaqələri əsasən whatsapp proqramı vasitəsilə olmuş, aralarında olan danışıq zamanı o Laləzarın işsiz olduğunu və maddi sıxıntılarının olduğunu bilmişdir. Bu zaman o Laləzara yaxşı, imkanlı müştərilərinin olduğunu, onlarla cinsi əlaqədə olub yaxşı gəlir əldə edəcəyini təklif etmiş, Laləzar maddi sıxıntıları olduğu üçün onun təklifini qəbul etmişdir. 2019-cu ilin sentyabr ayının sonlarında Laləzar yaşadığı mənzildə olduğu zaman onunla əlaqə saxlayaraq Quba rayonundan imkanlı qonaqları gəldiyini və həmin şəxslərlə cinsi əlaqədə olmağını, müştərinin Laləzara 300 manat pul verəcəyini demişdir. Laləzar onunla razılaşdıqdan sonra o Laləzara müştərinin olduğu Nizami rayonu ərazisində olan adını xatırlamadığı otelə getməsini bildirmişdir. Bundan sonra Laləzar onun göstərişi ilə müştərinin olduğu otelə getmiş, müştəri ilə cinsi əlaqədə olduqdan sonra müştəri Laləzara 300 manat pul vermiş, müştəri ilə onun özü danışıb razılaşmış, müştəri Laləzara görə onun özünə 200 manat pul vermişdir. Bundan sonra o, yenə bir dəfə Laləzarı pul qarşılığında cinsi əlaqədə olmağı üçün öz müştərilərinin yanına göndərmişdir. Belə ki, o Laləzarı ümumilikdə iki dəfə cinsi əlaqədə olmağı üçün öz müştərilərinin yanına göndərsə də, hazırda həmin müştərilərin anket məlumatlarını və mobil telefon nömrələrini xatırlamamamışdır. Zərərçəkmiş şəxs4 ilə təxminən 2019-cu ilin iyun ayının sonlarında xatırlamadığı rəfiqəsi vasitəsilə tanış olmuş, onlar bir-biri ilə tez-tez mobil telefon əlaqəsi saxlamışdır. Həmin vaxt da o hazırda istifadə etdiyi 055 *** ** ** saylı mobil telefon nömrəsini istifadə etmiş, Səbinə isə xatırladığı qədər 055 *** ** ** saylı mobil nömrəni istifadə etmiş, əlaqələri əsasən whatsapp proqramı vasitəsilə olmuşdur. Onlar əlaqə saxladıqları zaman o Səbinənin işsiz olduğunu və maddi sıxıntılarının olduğunu öyrənmiş, bu zaman o Səbinəyə yaxşı, imkanlı müştərilərinin olduğunu, onlarla cinsi əlaqədə olub yaxşı gəlir əldə edəcəyini, onlarla pul qarşılığında görüşüb cinsi əlaqədə olmağı təklif etmişdir. Səbinənin maddi sıxıntıları olduğu üçün onun təklifi ilə razılaşmışdır. 2019-cu ilin iyul ayının əvvəllərində Səbinə yaşadığı evdə olduğu zaman o Səbinə əlaqə saxlayaraq müştəri olduğunu, müştəri ilə hansı ünvanda görüşəcəyini bildirib müştərinin olduğu ünvana getməyini demişdir. Müştəri ilə onun özü danışıb razılaşmış, müştəriyə 700 manat pulun müqabilində qadın təşkil edə biləcəyini demiş, müştəriyə pulu Səbinən özünə verməyini tapşırmışdır. Səbinə onun göstərişinə əsasən müştərinin yanına gedərək müştəri ilə cinsi əlaqədə olmuş, bundan sonra müştəri bunun müqabilində Səbinəyə 700 manat pul vermiş, Səbinə ilə əvvəlcədən razılaşmalarına əsasən Səbinə həmin puldan 200 manat ona vermişdir. Həmin pul onun Səbinəni fahişəliyə cəlb etməyindən götürdüyü qazanc olmuşdur. O, ümumilikdə Səbinəni 4-5 dəfə qazanc əldə etmək üçün öz müştərilərinin yanına cinsi əlaqədə olmağı üçün göndərmişdir. Səbinə onun müştəriləri ilə müxtəlif ünvanlarda və müxtəlif pul məbləği qarşılığında görüşüb cinsi əlaqədə olmuş, müştəri Səbinəyə 500 və 600 manat pul verdikdə həmin puldan Səbinə ona əvvəlcədən razılaşmalarına əsasən 100 manat, 700 manat olduqda isə 200 manat pul vermişdir. O, Səbinəni qazanc əldə etmək məqsədilə təxminən 2019-cu ilin iyul ayının əvvəllərindən həmin ilin sentyabr ayının əvvəllərinə kimi fahişəliyə cəlb etmişdir. 2019-cu ilin sentyabr ayının əvvəllərində Səbinə ilə aralarında mübahisə yarandığı üçün ələqələri kəsilmişdir. O, fahişəliyə cəlb etdiyi qadınları pul qarşılığında cinsi əlaqədə olmaları üçün təqdim etdiyi müştərilərin çoxunu xatırlamamış, xatırladığı müştərilərdən isə yalnız Şahid1 və Şahid2 qeyd etmiş, Şahid2 yanına pul qarşılığında cinsi əlaqədə olması üçün Zərərçəkmiş şəxs4 göndərmiş, Şəhriyar Səbinəyə cinsi əlaqədə olmağının qarşılığında 500 manat pul vermiş, həmin puldan əvvəlcədən razılaşmalarına əsasən Səbinə 400 manat özünə götürərək qalan 100 manatı isə bu işdən qazanc olaraq ona göndərmişdir. Şahid1 isə cinsi əlaqədə olması üçün göndərdiyi qadının adını xatırlamamışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını və sonuncuların ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, Nigar və Nika ləqəbləri ilə tanınan Kristina adlı qadınla təxminən 2019-cu ilin mart ayında xatırlamadığı rəfiqəsi vasitəsilə tanış olmuşdur. Belə ki, xatırlamadığı həmin rəfiqəsi ona Kristina barəsində danışarkən Kristinanın çox yaxşı qadın olduğunu, rəfiqəlikdə etibarlı olduğunu və hər cəhətdən yaxınlarına dəstək verən qadın olduğunu dediyi üçün onda Kristinaya qarşı simpatiya yaranmış və buna görə rəfiqəsindən Kristinanın istifadə etdiyi mobil telefon nömrəsini götürərək öz istifadəsində olan 051 *** ** ** saylı mobil nömrəsi vasitəsilə Kristinanın istifadəsində olan 055 *** ** ** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. Onlar bir müddət söhbət etdikdən sonra aralarında yaxın münasibət yaranmışdır. Kristina ilə aralarında olan danışıq zamanı Kristina onun maddi imkansız olduğunu bilərək ona yaxşı, imkanlı müştərilərinin olduğunu, onlarla cinsi əlaqədə olub yaxşı qazanc əldə edəcəyini təklif etmişdir. O, maddi imkansızlığı ucbatından Kristinanın təklifini qəbul etmək məcburiyyətində qalmışdır. Bundan sonra evdə olduğu zaman Kristina onunla əlaqə saxlayaraq müştəri olduğunu, müştəri ilə hansı ünvanda görüşəcəyini bildirib müştərinin olduğu ünvana getməyini demişdir. Kristina onunla əsasən whatsapp proqramı vasitəsilə əlaqə saxlamışdır. Kristina ilə o aralarında 500 və 1000 manat pul qarşılığında müştəri ilə görüşüb cinsi əlaqədə olacağı bardə razılaşmış, həmin razılaşmaya əsasən müştəri ona cinsi əlaqədə olmağı müqabilində 1000 manat verdikdə 600 manatını özünə götürməli, 400 manatını isə Kristinaya verməli olmuş, digər halda isə müştəri 500 manat pul verdikdə həmin pulun 300 manatını müştəri ilə cinsi əlaqədə olduğuna görə o özünə götürməli, 200 manatını isə Kristinaya verməliymiş. Lakin Kristina onu heç vaxt 1000 manat qarşılığında müştəri ilə görüşdürməmiş, Kristina ümumilikdə onu 10-15 dəfə öz müştərilərinin yanına göndərmiş, hər dəfəsində də müştərilər ona 500 manat pul vermişlər. O, həmin puldan Kristina ilə əvvəlcədən razılaşmalarına əsasən 300 manat özünə götürmüş, qalan 200 manatı isə Kristinaya vermişdir. Həmin pul Kristinanın onu fahişəliyə cəlb etməsindən əldə etdiyi qazanc olmuşdur. Kristina onu Bakı şəhərinin müxtəlif otellərində öz müştəriləri ilə görüşdürmüşdür. Kristinanın onu görüşdürdüyü müştərilərin anket məlumatlarını və mobil telefon nömrələrini xatırlamamışdır. Çünki Kristina ona müştərilərlə əlaqə saxlamağa, onlarla yaxın münasibət qurmağa icazə verməmişdir. Bir gün Kristina onunla əlaqa saxlayaraq Quba rayonundan imkanlı müştərilərin gəldiyini, onların biri ilə cinsi əlaqədə olacağını və müştərilərlə hansı ünvanda görüşəcəyini bildirmişdir. O, Kristinanın dediyi kimi müştərilərin olduğu ünvana gedərək Kristinanın Qubadan gələn 4-5 nəfər müştərisinin biri ilə cinsi əlaqədə olmuş, həmin müştəri ona cinsi əlaqədə olmağının qarşılığında 500 manat pul vermişdir. Kristina ilə əvvəlcədən razılaşmalarına əsasən o həmin puldan 200 manat Kristinaya vermiş, bundan sonra Kristina onunla heç vaxt əlaqə saxlamamış, Kristina onu təxminən 2019-cu ilin mart ayından başlayaq həmin ilin dekabr ayına kimi olan müddət ərzində gəlir əldə etmək məqsədilə fahişəliyə cəlb etmişdir. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətçi olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, Nigar və Nika ləqəbləri ilə tanınan Kristina adlı qadınla təxminən 2016-cı ilin yay aylarında xatırlamadığı hansısa bir məclisdə tanış olmuşdur. Onlar məclisdə bir qədər söhbət edərək yenə bir-biri ilə əlaqə saxlamaq üçün istifadə etdikləri mobil telefon nömrələrini götürmüşlər. Bundan sonra onlar bir neçə dəfə telefon əlaqəsi saxlamış, həmin vaxt o özünün istifadə etdiyi nömrəni dəqiq xatırlamasa da, Kristinanın 055 *** ** ** saylı mobil nömrəni istifadə etdiyini bildirmiş, onların əlaqəsi əsasən whatsapp proqramı vasitəsilə olmuş, əlaqə saxladıqları zaman Kristina onur işsiz olduğunu və maddi sıxıntılarının olduğunu bildikdə ona yaxşı, imkanlı müştərilərinin olduğunu, onlarla cinsi əlaqədə olub yaxşı gəlir əldə edəcəyini təklif etmişdir. O, əvvəlcə Kristinanın təklifini qəbul etmək istəməsə də maddi sıxıntıları olduğu üçün Kristina ilə razılaşmaq məcburiyyətində qalmışdır. 2016-cı ilin sentyabr ayında evdə olduğu zaman Kristina onunla əlaqə saxlayaraq müştəri olduğunu və müştəri ilə Nərimanov rayonunun ərazisində yerləşən hazırda xatırlamadığı ünvanda görüşməli olduğunu bildirmişdir. Bundan sonra o, həmin ünvana gedərək müştəri ilə cinsi əlaqədə olmuş, bunun müqabilində müştəri ona 800 manat pul vermişdir. Kristina ilə əvvəlcədən razılaşmalarına əsasən o Kristinaya həmin puldan 200 manat vermişdir. Növbəti dəfə təxminən 2017-ci ilin fevral ayında o evdə olarkən yenə Kristina onunla əlaqə saxlayaraq müştəri olduğunu, müştəri ilə hansı ünvanda görüşəcəyini bildirdikdə o Kristinanın dediyi kimi edərək müştəri ilə xatırlamadığı oteldə görüşüb cinsi əlaqədə olmuşdur. Hazırda həmin müştərinin anket məlumatlarını və mobil telefon nömrəsini xatırlamamış, müştəri onunla cinsi əlaqədə olduğuna görə ona 800 manat pul vermiş, Kristina ilə əvvəlcədən razılaşmalarına əsasən Kristinaya həmin puldan 200 manat pul vermişdir. Bundan sonra Kristina ilə aralarında mübahisə yarandığı üçün ələqələri kəsilmiş, o bir də heç vaxt Kristina ilə əlaqə saxlamamışdır. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətçi olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Nigar və Nika ləqəbləri ilə tanınan Kristina adlı qadınla təxminən 2019-cu ilin sentyabr ayında xatırlamadığı rəfiqəsi vasitəsilə tanış olmuşdur. Belə ki, xatırlamadığı həmin rəfiqəsi ona Kristina barəsində danışarkən Kristinanın çox yaxşı qadın olduğunu, hər cəhətdən yaxınlarına dəstək verən qadın olduğunu demişdir. Bu zaman onda Kristinaya qarşı simpatiya yaranmış və buna görə rəfiqəsindən Kristinanın istifadə etdiyi mobil telefon nömrəsini alaraq istifadəsində olan 055 *** ** ** saylı mobil telefon nömrəsi ilə Kristinanın istifadəsində olan 055 *** ** ** saylı mobil telefon nömrəsinə zəng edərək əlaqə saxlamışdır. Beləliklə, aralarında yaxın münasibət yaranmışdır. Kristina ilə aralarında olan danışıq zamanı Kristina onun maddi imkansız olduğunu bilmiş, bu zaman Kristina ona yaxşı, imkanlı müştərilərinin olduğunu, onlarla cinsi əlaqədə olub yaxşı qazanc əldə edəcəyini təklif etdikdə o maddi imkansızlığı ucbatından Kristinanın təklifini qəbul etmişdir. Kristina ümumilikdə onu qazanc əldə etmək məqsədilə iki dəfə öz müştərisinin yanına cinsi əlaqədə olmağı üçün göndərmişdir. Birinci dəfə 2019-cu ilin sentyabr ayının sonlarında evdə olduğu zaman Kristina onunla əlaqə saxlayaraq müştəri olduğunu, müştərinin ona cinsi əlaqədə olmağının qarşılığında 300 manat pul verəcəyini, müştəri ilə hansı ünvanda görüşəcəyini deyib müştərinin olduğu ünvana getməyini bildirmişdir. Kristina onunla əsasən whatsapp proqramı vasitəsilə əlaqə saxlamış, o, Kristinanın dediyi kimi də edərək müştərinin olduğu ünvana gedib müştəri ilə cinsi əlaqədə olmuşdur. Müştəri ona bunun qarşılığında 300 manat pul verərək ona həmin pulun hansını özünə götürməyini, Kristinaya isə ona görə özünün 200 manat pul göndərəcəyini demişdir. Hazırda həmin müştərinin anket məlumatlarını, hansı ünvandan görüşüb cinsi əlaqədə olduğunu və mobil telefon nömrəsini xatırlamır. İkinci dəfə də eyni qayda da evdə olduğu zaman Kristina onunla əlaqə saxlayaraq müştəri olduğunu, müştəri onunla cinsi əlaqədə olduğu təqdirdə ona 300 manat pul verəcəyini, həmin puldan 200 manatını özünə götürməyini 100 manatını isə ona verməyini demiş, sonra ona müştərinin ünvanını bildirdikdə o Kristinanın göstərişinə əsasən müştərinin olduğu ünvana gedərək onunla cinsi əlaqədə olmuşdur. Müştəri ona bunun qarşılığında 300 manat pul vermiş, o, müştərinin yanından ayrıldıqdan sonra Kristina onunla əlaqə saxlayıb 100 manat pulu ona göndərməyini dedikdə o Kristinaya pula ehtiyacı olduğunu bildirmişdir. Bu zaman Kristina ondan pul istəmədiyini, pulun hamısını özünə götürməyini demişdir. Ümumilikdə Kristina onu gəlir əldə etmək məqsədilə iki dəfə, yəni 2019-cu iin sentyabr ayının sonlarında bir dəfə, həmin ilin oktyabr ayında isə bir dəfə fahişəliyə cəlb etmişdir. Kristinanın onu cinsi əlaqədə olmağı üçün görüşdürdüyü müştərilərin anket məlumatlarını və mobil telefon nömrələrini xatırlamır. Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətçi olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Nigar və Nika ləqəbləri ilə tanınan Kristina adlı qadınla təxminən 2019-cu ilin iyun ayının sonlarında xatırlamadığı rəfiqəsi vasitəsilə tanış olmuşdur. Belə ki, o yaşadığı ünvanda olarkən Kristina xatırlamadığı ortaq tanışlarından onun istifadəsində olan mobil telfon nömrəsini götürərək onunla əlaqə saxlamış, onlar bir qədər telefonda danışmış və aralarında yaxın münasibət yaranmışdır. Bundan sonra onlar bir müddət mütamadi olaraq mobil telefon əlaqəsi saxlamış, həmin vaxt da o hazırda istifadə etdiyi *** *** ** **, Kristina isə 055 *** ** ** saylı mobil nömrəni istifadə etmiş, onların əlaqəsi əsasən whatsapp proqramı vasitəsilə olmuşdur. Onların arasında olan söhbət zamanı Kristina onun işsiz olduğunu və maddi sıxıntılarının olduğunu bildikdə ona yaxşı, imkanlı müştərilərinin olduğunu, onlarla cinsi əlaqədə olub yaxşı gəlir əldə edəcəyini təklif etmişdir. O, əvvəlcə Kristinanın təklifini qəbul etmək istəməsə də, maddi sıxıntıları olduğu üçün Kristina razılaşmaq məcburiyyətində qalmışdır. 2019-cu ilin iyul ayının əvvəllərində evdə olduğu zaman Kristina onunla əlaqə saxlayaraq müştəri olduğunu, müştəri ilə hansı ünvanda görüşəcəyini bildirib müştərinin olduğu ünvana getməyini demişdir. Bu zaman o da Kristinanın göstərişi ilə hazırda xatırlamadığı ünvana, yəni müştərinin olduğu ünvana gedərək müştəri ilə cinsi əlaqədə olmuşdur. Müştəri ilə cinsi əlaqədə olduqdan sonra müştəri ona 700 manat pul vermişdir. Kristina ilə əvvəlcədən razılaşmalarına əsasən o həmin puldan 200 manatını Kristinaya vermidir. Kristina ümumilikdə onu 4-5 dəfə qazanc əldə etmək üçün öz müştərilərinin yanına cinsi əlaqədə olmağı üçün göndərmişdir. Kristinanın müştəriləri ilə o müxtəlif ünvanlarda və müxtəlif pul məbləği qarşılığında görüşüb cinsi əlaqədə olmuş, müştəri ona 500 və 600 manat pul verdikdə o həmin puldan Kristinaya əvvəlcədən razılaşmalarına əsasən 100 manat, 700 manatda isə 200 manat pul vermişdir. Kristina onu qazanc əldə etmək məqsədilə təxminən 2019-cu ilin iyul ayının əvvəllərindən həmin ilin sentyabr ayının əvvəllərinə kimi fahişəliyə cəlb etmişdir. 2019-cu ilin sentyabr ayının əvvəllərində Kristina ilə aralarında mübahisə yarandığı üçün ələqələri kəsilmişdir. O, bir də heç vaxt Kristina ilə əlaqə saxlamamış, Təqsirləndirilən şəxs qazanc əldə etmək məqsədilə onu cinsi əlaqədə olmağı üçün görüşdürdüyü müştərilərdən yalnız Şahid2 və Munir adlı şəxsləri xatırlasa da həmin şəxslərin mobil telefon nömrələrini bilmir, çünki Kristina ona müştərilərlə əlaqə saxlamağa icazə verməmişdir. Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətçi olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nika ləqəbli Kristina adlı qadını təxminən bir il olar ki, tanıyır. Kristinanın özünü görməsə də, tanışlıqları qiyabi olmuşdur. O, Kristinanın istifadəsində olan 055 *** ** ** saylı mobil telefon nömrəni hazırda xatırlamadığı şəxsdən götürüb Kristinaya zəng vurmuş, zəng vurmamışdan öncə o Kristinanın pul qarşılığında cinsi əlaqədə olmaq üçün qadın təşkil etdiyini bilmişdir. O, 2019-cu ilin dekabr ayında Kristinaya istifadəsində olan 055 *** ** ** saylı mobil telefon nömrəsinin Whatsapp proqramı vasitəsilə zəng vuraraq pul qarşılığında cinsi əlaqədə olmaq üçün qadın istəmiş, həmin vaxt Kristina ona cinsi əlaqədə olmaq üçün 500 manat pul ödəməli olduğunu bildirmişdir. O, Kristina ilə razılaşdıqdan sonra, Kristina ona cinsi əlaqədə olduqdan sonra 500 manat pulu cinsi əlaqədə olacağı qadına təqdim etməyi tapşırmışdır. Həmin vaxt Bilgəh qəsəbəsində yerləşən hazırda adını xatırlamadığı oteldə olduğu üçün Kristinaya qızı həmin ünvana göndərməsini bildirmiş, Kristina cinsi əlaqədə olacaq qadını onun olduğu ünvana göndərmiş, o da Kristinanın göndərdiyi adını xatırlamadığı qadınla oteldə cinsi əlaqədə olmuş, cinsi əlaqədə olduqdan sonra isə o qadına 500 manat pul verərək taksi ilə yola salmışdır. Müəyyən müddət sonra o bir dəfə də Kristinaya cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsi məqsədi ilə müraciət etsə də, Kristinanın göndərdiyi qadın onun xoşuna gəlmədiyi üçün o qadınla cinsi əlaqədə olmaqdan imtina etmişdir. Bundan sonra onun Kristina ilə əlaqəsi olmamış, onun Təqsirləndirilən şəxs pul qarşılığında cinsi əlaqədə olmaq üçün qadın təşkil edərkən cinsi əlaqədə olacaq qadına verilməli puldan və ya həmin puldan əlavə Kristinanın özünə nə qədər veriləcəyi və ya çatacağı barədə məlumatı olmamışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 fahişəliyə cəlb edilməsi faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 1); Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulan ittihamın elan olunması, “xxxxxxx” MMC-dən götürülmüş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən 01 ədəd kompakt diskə baxış keçirilməsinə dair xx xxxx 2020-ci il tarixli protokol və telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 01 ədəd kompakt disk iş üzrə sübut növü kimi qiymətləndirilməsi və cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs ittiham elan olunarkən onun müxtəlif qadınları fahişəliyə cəlb etməsi təkrarlıq əlaməti olaraq məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınması qərara alınmışdır; (i.v. 112-120); “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında ” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 130-131); Qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 147-148,151). Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, X3, X1 və Zərərçəkmiş şəxs4 təqdim etdikləri ərizələrində göstərmişlər ki, onlar Təqsirləndirilən şəxs şikayətçi deyillər və onunla barışmışlar. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsinə əsasən fahişəliyə cəlb etmə, yəni gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə - iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir Təqsirləndirilən şəxs tərəfindən cinayətin təkrar törədilməsi onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd kompakt disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-ci maddəsinə əsasən ictimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 34.2-ci maddəsinə əsasən ictimai işlər növündə cəzaya məhkum olunmuş şəxslər məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası haqqında məhkəmənin hökmünün surətini və müvafiq göstərişinin icra məmuru tərəfindən alındığı gündən sonra on beş gün müddətində cəzanın çəkilməsinə cəlb olunurlar. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ictimai işlər növündə cəzanın müddəti saatla hesablanır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun ictimai işlərə cəlb olunduğu vaxtdan hesablanmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxsya göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 400 (dörd yüz) saat ictimai işlər növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanın çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan - 01 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-306/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-306/2020
05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver