Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-307/2022 06.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və “Femida” Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq soyuq silah hesab edilən bir ədəd ov bıçağı, habelə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 3,280 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 1,220 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına qanunsuz daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 08 iyun 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:40-da qeyd edilən ünvanda idarə etdiyi avtomobilin yanında saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilmiş, Baş İdarədə üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarının ön sol yan cibindən “Kent” markalı siqaret qutusunun içərisində olan bir ədəd kağız bükümdə təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 3,270 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd polietilen bükümdə təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 1,220 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin qutunun içərisində təmiz çəkisi 0,010 qram təşkil edən, kağız bükümdə aşkar edilmiş metamfetaminlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmçinin, həmin tarixdə etibarnamə əsasında idarə etdiyi atası X6 məxsus “BMW” markalı **-FY-*** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin qabaq sol qapısının içəri aşağı hissəsindən bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təyinatı üzrə istifadəyə yararlı, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı, avtomobilin salonunun sürət dəyişmə hissəsindəki saxlanc yerindən bir ədəd “Kent” markalı siqaret qutusunun içərisindən üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd yaşıl rəngli kağızdan hazırlanmış boru, üzərilərində narkotik vasitə heroin izləri olan bir ədəd gümüşü rəngli falqa kağız parçası və bir ədəd qara rəngli plastik materialdan olan boru aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 08 iyun 2021-ci il tarixdə yay mövsümü ilə əlaqədar bağ yerinə köçdüklərindən məişət əşyalarını daşımaq üçün atasına məxsus “BMW” markalı avtomobillə hərəkət edərək Binəqədi rayonu, Mədən 3 ünvanında olarkən maşını yolun kənarında saxlayıb dükana daxil olmuşdur. Alış-veriş etdiyi zaman qəflətən naməlum şəxslər ona yaxınlaşıb onu döyərək mağazadan çıxarmış, sürüyərək maşına tərəf aparmışlar. Daha sonra, onu özləri ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Ona həmin idarədə müxtəlif işgəncələr verməklə, fiziki və psixi zorakılığa məruz qoymaqla üzərinə baxış keçirilmişdir. Buna səbəb onların təqdim etdikləri sənədlərə imza atmamağı və onlarla razılaşmamağı olmuşdur. Daha sonra, onu ailə üzvlərini də həbs edəcəkləri ilə hədələmişlər, o isə məcbur qalaraq bütün sənədlərə imza atmışdır. Bildirir ki, hadisə vaxtı onun üzərində heç bir narkotik maddə və ya digər qanunsuz predmet olmamışdır. Buna görə də ona verilmiş ittihamla razılaşmır. Həmçinin bildirir ki, atasına məxsus avtomobildən götürülən bıçaq suvenir əşyası olmuşdur. Həmin bıçağı hədiyyə etmişlər və o da başqa evə köçdükləri üçün bıçağı da özü ilə aparmışdır. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 08 iyun 2021-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması, eləcə də satması, eyni zamanda qanunsuz olaraq soyuq silah əldə etməsi və üzərində saxlamaqla gəzdirməsi bildirilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilmişdir və əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupunun rəhbəri qismində özü, qrupunun üzvləri kimi isə həmin şöbənin əməliyyat müvəkkilləri Şahid4, Şahid2 Şahid3 təyin edilmişlər. Beləliklə də, 08 iyun 2021-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saat 17:40-da ünvan 4 ünvanının yaxınlığında idarə etdiyi “BMW” markalı avtomobilin yanında olan zaman saxlanılmış və onlar xidməti vəsiqələrini göstərərək özlərini həmin şəxsə təqdim etmişlər. Həmin şəxsin şəxsiyyəti barədə sorğu etmişlər və saxlanılmış şəxs özünü onlara təqdim edərək bildirmişdir ki, adı Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində, habelə qanunsuz olaraq soyuq silah əldə edib gəzdirməkdə şübhəli olduğu üçün saxlanıldığı bildirilmişdir. Həmin vaxt saxlanılmış şəxsin üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış aparılmasına yerində şərait olmadığına görə həmin şəxs Baş İdarəyə gətirilmişdir. Baş İdarənin təhqiqatçısı tərəfindən həmin şəxsə dövlət hesabına vəkili dəvət edilərək təqdim edildikdən sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 08 iyun 2021-ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə üzərinə tutulmasında iştirak etmiş şəxslərin, yəni yaradılmış əməliyyat qrupunun üzvləri və dəvət edilmiş vəkilin iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. İlk öncə Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya yaxınlaşaraq əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən avtomobil açarını, sağ yan cibindən pul vəsaiti və mobil telefonu, sol yan cibindən isə bir ədəd siqaret qutusunu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra saxlanılmış şəxsin üzərinə baxış keçirilmiş, barmağında bir ədəd ağ rəngli metaldan istehsal edilmiş üzüyün olması məlum olmuş, həmin şəxs üzüyü də çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan əlavə həmin şəxsin üzərindən heç bir maddə və predmet aşkarlanmamışdır. Bundan sonra saxlanılmış şəxsin təqdim etdiyi əşyalara baxış keçirilməyə başlanılmışdır. Təqdim etdiyi mobil telefon sübut əhəmiyyəti kəsb edə biləcəyi ehtimalından götürülmüş, pul vəsaiti ilə avtomobil açarı isə özünə geri qaytarılmışdır. Bundan sonra həmin şəxsin təqdim etdiyi “Kent” markalı siqaret qutusuna baxış keçirilmişdir. Qutu açıldıqda içərisində bir ədəd sellofan və bir ədəd kağız bükümün olması məlum olmuşdur. Təqsirləndirilən şəxs bu barədə sorğu edilən zaman bildirmişdir ki, həmin bükümlərdə özünün istifadə etdiyi metamfetamin və narkotik vasitə heroindir. Həmin bükümləri həmin gün, yaşadığı ünvanın yaxınlığında yerdən tapmış və istifadə edəcəyi məqsədi ilə üzərində saxlamışdır. Kağız büküm açıldıqda içərisindən ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddənin olması məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin bükümdə metamfetamin olduğunu bildirib özü istifadə etdiyini qeyd etmişdir. Bundan sonra siqaret qutusundan aşkar edilmiş sellofan bükümə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümdə “kokos” adlı maddədir, həmin maddədən də özü istifadə edir. Qeyd edilən büküm açıldıqda içərisində qəhvəyi rəngli spesifik iyli narkotik vasitə heroinə bənzər maddənin olması məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərdə olan maddələr götürülmüş və qablaşdırılmışdır. Bükümlərin qablaşdırıldığı zərf tərəflərindən imzalanmışdır. Daha sonra qeyd edilənlər barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs şübhələnildiyi qeyd edilən soyuq silah barədə sorğu edilən zaman bildirmişdir ki, idarə etdiyi avtomaşında bıçaq vardır. Ona görə də həmin avtomaşına baxış keçiriməsinin zəruri olması sonuncuya bildirilmiş və Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Beləliklə də, videoçəkilişlə Təqsirləndirilən şəxs idarə etdiyi “BMW” markalı avtomobilə baxış keçirilmişdir. Bu vaxt Təqsirləndirilən şəxs özündə olan açarla avtomobilin sürücü tərəfdən olan qapısını açmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs təklif edilmişdir ki, avtomobildə saxladığı dövriyyəsi qadağan edilmiş əşya və ya predmet olduğu təqdirdə təqdim etsin. Təqsirləndirilən şəxs bildirmişdir ki, maşında bıçaq vardır və avtomobilin sürücü qapısının içəri aşağı tərəfini göstərib orada olduğunu bildirmişdir. Həmin yerdən bir ədəd qara rəngli yapışqan lentə bükülmüş bıçağa oxşar dəmirdən istehsal edilmiş predmet aşkar edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs bildirmişdir ki, avtomobilin arxa yük yerində bir ədəd suvenir olan xəncər var. Avtomaşının yük yeri açıldıqda oradan bir ədəd qara dəstəkli xəncərə bənzər predmet və bir ədəd mətbəx baltasına oxşar predmetlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin predmetlər barədə sorğu edilən zaman, bıçaqla xəncəri suverin dükanından 2018-ci ildə əldə etdiyini, həmin predmetlərin həvəskarı olduğunu, faktiki olaraq yaşadığı evdən köçdüyü üçün həmin predmetləri maşında gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs maşında olan başqa qanunsuz predmet barədə sorğu edilən zaman bildirmişdir ki, maşının salonunda siqaret qutusunda narkotik vasitə çəkmək üçün boru vardır. Bu zaman maşının salonunda ön oturacaqlar arasında olan yerdə saxlanc yeri kimi nəzərdə tutulmuş dirsək altı hissəsindən bir ədəd “Kent” markalı siqaret qutusu aşkar edilmişdir. Qutunun içərisinə nəzər salındıqda orada bir ədəd gümüşü rəngli folqanın arasında yaşıl rəngli və bir ədəd qara rəngli qısa borular aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin predmetləri hansı səbəbdən maşında saxlaması barədə sorğu edilən zaman bildirmişdir ki, həmin predmetlərin vasitəsi ilə narkotik maddələrdən istifadə edir. Maşına keçirilmiş baxış zamanı əlavə heç bir kənar əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş yuxarıda sadalanan bıçaq, xəncər və baltaya oxşar predmetlər, o cümlədən də siqaret qutusunda olan borular və folqa əhəmiyyət kəsb etdiyindən ekspertiza tədqiqatına təqdim edilmələri üçün qablaşdırılaraq götürülmüş və bu barədə ayrıca protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid4 və Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid3 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 26-27-ci vərəqələrində olan “Şübhəli şəxsin tutulması barədə” 08 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 38-40-cı vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması barədə” 08 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında onun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Şübhəli şəxsə təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, eyni zamanda soyuq silah varsa, könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb ilk olaraq əynində olan göy rəngli cins materiallı şalvarının sağ arxa cibindən 01 ədəd avtomobil açarı, ön sağ yan cibindən pul vəsaiti və mobil telefon, ön sol yan cibindən 01 siqaret qutusunu və üzüyünü masanın üzərinə qoymaqla təqdim etdi. Şübhəli şəxsin üzərinə baxış keçirildi, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmadı. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlandı. Təqdim olunan 01 ədəd mobil telefona baxış zamanı onun “Samsung J2” markalı olduğu müəyyən edildi, şübhəli şəxs telefonun özünə məxsus olduğu bildirdi, mobil telefon sübut əhəmiyyəti kəsb edə biləcəyindən saxlanıldı. Ardınca təqdim olunan pul vəsaitinə baxış keçirildi və 115 manat olduğu müəyyən edilməklə şübhəli şəxsin özünə qaytarıldı. Həmçinin təqdim etdiyi avtomobil açarına və üzüyə baxış keçirildikdə özünə məxsus olduğunu bildirdi və özünə qaytarıldı. Bundan sonra 01 ədəd siqaret qutusuna baxış keçirilməsinə başlandı. Həmin siqaret qutusunda 01 ədəd sellofan bükümdə və 01 ədəd kağız bükümdə maddələr aşkar olundu. Şübhəli şəxs həmin bükülülərin içində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu və yaşadığı evin yaxınlığındakı zibil qutularının yanından tapdığını bildirdi. 01 ədəd sellofan bükümə baxış zamanı şəffaf sellofana bükülü halda olmaqla içində tünd qəhvəyi rəngli, şəkilli, spesifik iyli narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu məlum oldu. 01 ədəd kağız bükümə baxış zamanı içində psixotrop maddə olan metamfetaminə bənzər maddələrin olduğu məlum oldu. Həmçinin şübhəli şəxs idarə etdiyi avtomobildə soyuq silah olan bıçaq gəzdirdiyini bildirərək və onu təqdim etmək istədiyini dedi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddə və 01 ədəd kağız bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə, habelə həmin bükülülərin yerləşdiyi siqaret qutusu müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə tərəflərindən müvafiq qaydada 02 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin 6 saylı möhürü ilə möhürləndi və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etdilər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon araşdırma zərurəti olaraq saxlanıldı. Cinayət işinin İ cildinin 44-47-ci vərəqələrində olan “Avtomobilə baxış keçiriliməsi haqqında” 08 iyun 2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən avtomobil DİN-in BMCMİ-nin inzibati binasının həyətində saxlanılmışdır və «BMW 735» markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Avtomobil ümumilikdə qara rənglidir. İlk olaraq avtomobilin ön tərəfində baxış keçirilməsi başlanıldı və şübhəli şəxsdən baxış keçirilməsi üçün təkrarən icazə istənildi və etiraz daxil olmadıqdan sonra Təqsirləndirilən şəxs avtomobildə narkotik vasitə və psixotrop maddə, eyni zamanda soyuq silah və ya dövriyyəsi qanunla qadağan edilmiş əşya və maddələrin olub-olmadığı soruşuldu. Bundan sonra şübhəli şəxs avtomobilin sükan tərəfinə yaxınlaşıb üzərində olan avtomobilin açarı ilə qapını açıb sürücü istiqamətdə olan qapının içəri aşağı hissəsindən qara rəngli bükülmüş halda 01 ədəd bıçağa bənzər dəmir predmet, avtomobilin yük hissəsindən 01 ədəd xəncərə bənzər dəmir predmet və 01 ədəd baltaya bənzər dəmir predmeti, habelə avtomobilin surətdəyişmə qutusunun yanında olan saxlanc yerindən 01 ədəd siqaret qutusunu təqdim etdi. Təqdim olunmuş əşyalara baxdıqda baxış zamanı onun dəmir materiallı olduğu məlum oldu, həmçinin 01 ədəd siqaret qutusuna baxış keçirilən zaman içərisində boz rəngli falqa və 01 ədəd plastmas borunun olması aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin falqa və boru vasitəsilə narkotik vasitələri qəbul etdiyini bildirdi. Aşkar olunmuş 01 ədəd bıçağa bənzər dəmir predmet və 01 ədəd xəncərə bənzər dəmir predmeti 2018-ci ildə hazırda xatırlmadığı suvenir mağazasından aldığını, həmin predmetləri evdə saxladığını, həmçinin 01 ədəd baltaya bənzər predmetin ev əşyası olduğunu bildirməklə yaşadığı ünvandan köçməyə hazırlaşdığı avtomobilinə qoyduğunu bildirmişdir. Ardınca avtomobilin salonuna baxış keçirildi, kənar əşya və maddə aşkar edilmədi. Cinayət işinin İ cildinin 61-65-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2021-ci il tarixli, 6/2328 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan paketdəki 1 (bir) ədəd polietilen bükümdə təmiz çəkisi 1,220 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 3,270 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş siqaret qutusu...” yazısı olan paketdəki üzərində “Kent” yazılmış siqater qutuda təmiz çəkisi 0,010 qram ağ rəngli kristallar kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunan maddələr” yazısı olan paketdəki üzərində “Kent” yazılmış siqaret qutuda “gümüşü” rəngli falqa kağız parçasının üzərində və qara rəngli plastik materialdan olan borunun içərisində narkotik vasitə heroinin, bir ədəd yaşıl rəngli kağızdan hazırlanmış borunun içərisində psixotrop maddə metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 3,280 qramdır və həmin metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Cinayət işinin İ cildinin 104-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2021-ci il tarixli, 3/1009 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq-zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, təyinatı üzrə istifadəyə yararlıdır. Təqdiqata təqdim edilmiş bıçağa bənzər predmet – kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı bıçaqdır (maçete), soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, təyinatı üzrə istfadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş predmet – zavod üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı çapacaqdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, təyinatı üzrə istifadəyə yararlıdır. Cinayət işinin İ cildinin 108-113-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-567/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddətinin 4 (dörd) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 08 iyun 2021-ci il tarixdən hesablanması qərar alınmışdır. Cinayət işinin İ cildinin 124-cü vərəqində olan “Maddi sübut hesab edilməsi haqqında” 12 iyun 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1,220 qram çəkidə narkotik vasitə heroindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 1,170 qramı, 3,280 qram çəkidə psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 3,175 qramı, bir ədəd soyuq silah hesab edilən ov bıçağı və üzərilərində dövriyyəsi qadağan edilmiş maddələrin izləri olan iki ədəd boru ilə bir ədəd falqanın maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 137-156-cı vərəqələrində olan Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 03 mart 2010-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının 20 noyabr 2008-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin İ cildinin 185-186-cı vərəqələrində olan Azərbaycan Respublikası DİNin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 03 mart 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə əlaqədar azad edilmişdir. Cinayət işinin İ cildinin 188-189-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X26 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 252/MEŞ saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs sağ qaşın bayır bucağı nahiyyəsinin qançırı, hər iki dirsək oynağının arxa səthinin, sol saidin arxa-bayır səthinin, sol əlin İİİ barmağının arxa səthinin sıyrıqları, sağ ayaöın İİİ, İV barmaqlarının şişkinliyi, qançırı, sağ ayaq pəncəsinin iç səthinin qançırı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri müayinədən bir gün əvvələ uyğun gəlir, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni özü tərəfindən bədənin müvafiq nahiyyələri ilə küt əşyalara vurması və ya yıxılaraq küt əşyalara dəyməsi nəticəsində yarana bilərdilər, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Cinayət işinin İ cildinin 200-201-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsinin Ambulator X4 dair xx.xx.2021-ci il tarixli, 3296 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamin preparatlarından istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İ cildinin 218-ci vərəqəsində olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsi 8 №-li Mənzil-İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin İİ cildinin 26-27-ci vərəqələrində olan “Telefon danışıq məlumatlarına əlavə baxış keçirilməsi haqqında” 07 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli AZF/LGL-21003/21 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə aid 01 yanvar 2021-ci il tarixdən 08 iyun 2021-ci il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış zamanı SMS yazışmalarının içərisində Təqsirləndirilən şəxs 04 yanvar 2021-ci il tarixdə ***-***-**-** saylı GSM nömrənin abunəçisinə “Gör yan yörəndə nəşə var bir baş lazımdı...Xəbər ver mənə...kime yiga bilersen?”, sözlərini yazması, həmin abunəçinin də ona cavab olaraq “Sen ol qaqaş menede bidene lazimdi axtarıram mende xeber ederem... Qaqasim ayağlarım sinir sene qurban olaram kola zad goturmemisen qedew...Ata kime yiga bilersen... Gedim goturum o adamnan pulla pulsuz" yazması, xx.xx.2021-ci il tarixdə həmin abunəçinin Təqsirləndirilən şəxs “Menim atamı gordunde qaqas her seferinde o lomkada olmasin deye borcun sagna solna baxmıram ata sen ol meni basa duwen yoxdu”. xx.xx.2021-ci il tarixdə “Qedewim sene qurban olaram men veziyet x***vudu masazirdayam iranli atib bibiye pulda menimdi. Telde qedew zaratkadaydi. anamın cani hormetsizdiy bilme...” yazması, Təqsirləndirilən şəxs ona “Kola tap bir az orda... Səni gözdüyürəm Alxa vəzyyət pisdii” sözlərini yazması, həmin abunəçinin də Təqsirləndirilən şəxs cavab olaraq “Qedewim kolam olmuyacag tovbe allahım haqqi. Pati olacag.insalah tez duzeler tezde geleremde qedew 4den burdayamda tovbe ac susuz anamcani... Qaqaw anamcani olsa getirecem sen ol tovbe amaki hele hecne yoxdu gozdurler bularda... Pati olacapda qedew sene qurban” bildirməsi, bundan başqa, Təqsirləndirilən şəxs həmin abunəçiyə xx.xx.2021-ci il tarixdə “Nə oldu vəziyyəti bilirsin axııı... Alınmayıbsa niye cvb vermirsən... QAQAW 40 MAN PUL ATİB... Hardasan?... Bu hörmətsizdiyivi qarşılığını sənə görsədərəm hecnə” sözlərini yazması, həmin abunəçinin də ona həmin vaxt cavab olaraq “QAQAW 40MAN PUL ATİB ODA ANCAG PATİYA GOZDUREM İNDİ... AY QEDEW ANAMCANİ VARYOXNA LENET DEDİ GEL PAY POİNTNEN GOTURERİY...ANAMİN SUDUNE AND OLSUN DİREM QAQAWİM TOVBE DİREM” bildirməsi, daha sonra, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə “Yaxşı qaqam prosta narmalni gəl sənin kimi hec kim mənə cet vermir” sözlərini yazması, həmin abunəçinin də ona cavab olaraq “Ata kerim gelsin gonderecem onan qaqam... Bide ozumcun derman gotrmeliyemde qaqa senin cunde goturcem ata” yazmış, xx.xx.2021-ci il tarixdə isə Təqsirləndirilən şəxs ona “Hardasan” yazmış olduğu sözlərə “Qaqa usduve salig nenemin vezyeti ora gedriy ata bizim mehliye donende tukan yanan sağda ag wockin usdune qoymuwam siqaret karopqasin icinde daw qoymuwam usdune" cavabını verməsi, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ***-***- **-** saylı abunəçiyə “Ot nan aran necədi bratik??? Marağ eləyə bilmərsən ki??? Bərk beynimə gəlib ee” sözlərini yazmış, həmin abunəçi də ona cavab olaraq “Men yox retki cekirem... Wey qaqaw... Elxanda var yig ona dedim ona deyir var men de” bildirməsi, xx.xx.2021-ci il tarixdə ***-***-**-** saylı GSM nömrə istifadəçisinin Təqsirləndirilən şəxs “X35 X27, Duwum Awagi? X15 X28 X34 X22, X16 X29”, xx.xx.2021-ci il tarixdə “Qardawim cixacagsan X23? Men de Agriyirdim 5 X20 X14 X21...6 X30 X31 X11 X32 X33 X17 Vurdur, X18 X24 X25 Kayfada”, xx.xx.2021-ci il tarixdə “qardawim evdeyem olem agridan. kiwi agzima baxir yatsin duwub awagi yigiram. İmam huseyne and ola ne deyibler bilmirem bezdirib uje xalam oglu nolar uwaglarda falqada zatta nese var cixim qapya gotrumde 5 alti tustuluy. oleme palit elirem evde uje agrim var nese elirem”, xx.xx.2021-ci il tarixdə “menim qardawim bilmirem niye buğun belesen bereket haqqi bawa duwmurem. qardawim menim neyim olur ozum zeng eliyib sene sorwuram qardawim agriyir ya yox. olmuyanda ele bilirsen varimdi demirem. xalam oglu evde uwag var kiwi men istemerem soz desin mene evde. inwalah ata olarsan bilersen qardawim” yazması müəyyən olunmuşdur. Bundan əlavə müəyyən olundu ki, ***-***-**-** saylı GSM nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə “Kenan döze bilmirem ağrıya gözümü aça bilmirəm nedeki yata bilmirem beynim ağridir çox pisem... Men oldumkii ağrıdan insafın olsunda... Bu elebele ağrı deyil başımı zedelemisen gor nece satdı olleme ağridan bele ağrı olmuyub mende” sözlərini yazmışdır. Cinayət işinin İİ cildinin 161-174-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” 07 aprel 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 228.4 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 228.4 və 234.1-ci maddələrinə tövsif edilməsi, cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş məlumatların köçürüldüyü bir ədəd CD diskin maddi sübut kimi tanınması və iş materiallarına əlavə edilməsinin nəzərə alınması qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD diskə baxış keçirilərkən əynində olan göy rəngli cins şalvarının ön sol yan cibindən 01 siqaret qutusunu təqdim etməsi, həmin siqaret qutusunda 01 ədəd sellofan bükümdə və 01 ədəd kağız bükümdə maddələrin aşkar edilərək götürülməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin və 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metafetaminin təmiz çəkisi müvafiq olaraq 1,220 qram, 3,280 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdarlar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla — üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi;xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs gənc olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, onun məhkumluğu (Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 03 mart 2010-cu il tarixli hökmü) Cinayət Məcəlləsinin 18.4.2-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmalı, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 1 (bir) il 28 (iyirmi səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə, psixotrop maddə, bir ədəd falqa, iki ədəd boru və bir ədəd soyuq silah hesab edilən bıçaq məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş məlumatların köçürüldüyü bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 1 (bir) il 28 (iyirmi səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə (02 il 01 ay 26 gün) çıxılsın və üzərində qəti olaraq 10 (on) ay 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 1,170 qram narkotik vasitə heroin və 3,175 qram psixotrop maddə metamfetamin, bir ədəd soyuq silah hesab edilən ov bıçağı və üzərilərində dövriyyəsi qadağan edilmiş maddələrin izləri olan iki ədəd boru ilə bir ədəd falqa hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş məlumatların köçürüldüyü bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 178 (yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X7, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Femida” Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-307/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-307/2022
06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver