Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-307/2023 03.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi – X1 iştirakları ilə, xx xxxxxxx 1993-cü ildə Qazaxıstan Respublikasının Maktaralsk rayonunda anadan olmuş, Azərbaycan Respubliksının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2n, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncuya ondan qızıl-zinət əşyaları götürüb iki üç ay ərzində pulunu qaytaracağına dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs qızıl alqı-satqısı ilə məşğul olduğu Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 2A ünvanda yerləşən univermaqdan 2021-ci ilin noyabr ayının əvvəllərindən 2022-ci ilin yanvar ayının əvvəllərinədək olan müddət ərzində hissə-hissə olmaqla bir ədəd 45 manat dəyərində qızıl qabı, bir ədəd 800 manat dəyərində 585 əyarlı 8,17 qram çəkidə pandora qızıl qolbaq, bir ədəd 65 manat dəyərində 585 əyarlı 1,5 qram çəkidə ipli pandora qızıl qolbaq, 1660 manat dəyərində 585 əyarlı 17,45 qram çəkidə bir komplekt kulonlu pandora qızıl dəsti, bir ədəd 450 manat dəyərində 585 əyarlı 4,7 qram çəkidə qızıl boyunbağı, bir ədəd 880 manat dəyərində 585 əyarlı 9,2 qram çəkidə paxlava qaşlı qızıl üzük, ümumi dəyəri 560 manat olan bir ədəd 585 əyarlı 3,28 qram çəkidə pandora qızıl sırğa və 2,52 qram çəkidə qızıl üzük dəsti, bir ədəd 545 manat dəyərində 5,7 qram çəkidə 585 əyarlı pandora qızıl bilərzik, bir ədəd 270 manat dəyərində 585 əyarlı 2,71 qram çəkidə alyans qızıl üzük, ümumi dəyəri 1370 manat olan bir ədəd 585 əyarlı 9,65 qram çəkidə qızıl komplekt dəsti və bir ədəd 585 əyarlı 4,69 qram çəkidə qızıl boyunbağı, bir ədəd 260 manat dəyərində 585 əyarlı 2,6 qram çəkidə alyans qızıl üzük, ümumi dəyəri 2765 manat olan bir ədəd 585 əyarlı 5,92 qram çəkidə Cartier qızıl boyunbağı, bir ədəd 585 əyarlı 8,6 qram çəkidə Cartier qızıl sırğa, bir ədəd 585 əyarlı 3,63 qram çəkidə Cartier qızıl bilərzik, bir ədəd 585 əyarlı 2,2 qram çəkidə Cartier qızıl üzük, bir ədəd 585 əyarlı 6,06 qram çəkidə pandora-ay qızıl sırğa və bir ədəd 585 əyarlı 2,65 qram çəkidə ürək formalı qızıl üzük “Ayətül-kürsü”, bir ədəd 965 manat dəyərində 585 əyarlı 10,12 qram çəkidə kişi üçün qızıl bilərzik, bir ədəd 545 manat dəyərində 585 əyarlı 5,7 qram çəkidə pandora qızıl bilərzik, bir ədəd 270 manat dəyərində 585 əyarlı 2,71 qram çəkidə alyans qızıl üzük, ümumi dəyəri 560 manat olan 585 əyarlı 3,28 qram çəkidə bir cüt pandora qızıl sırğa və bir ədəd 585 əyarlı 2,52 qram çəkidə pandora qızıl üzük, bir ədəd 2024 manat dəyərində 585 əyarlı 21,27 qram çəkidə lazer işləməli taxma qızıl bilərzik, bir ədəd 1182 manat dəyərində 585 əyarlı 12,43 qram çəkidə taxma qızıl bilərzik, bir ədəd 1780 manat dəyərində 585 əyarlı 18,7 qram çəkidə yastıfason qızıl boyunbağı, bir ədəd 652 manat dəyərində 585 əyarlı 6,86 qram çəkidə yastıfason qızıl qolbaq, bir ədəd 820 manat dəyərində 585 əyarlı 8,63 qram çəkidə pandora qızıl boyunbağı, bir ədəd 335 manat dəyərində 585 əyarlı 3,51 qram çəkidə pandora qızıl bilərzik, 1610 manat dəyərində 585 əyarlı 16,92 qram çəkidə klonlu pandora qızıl komplekt, bir ədəd 435 manat dəyərində 585 əyarlı 4,55 qram çəkidə pandora qızıl sepli sırğa, bir ədəd 2720 manat dəyərində 585 əyarlı 28,37 qram çəkidə tiffani qızıl boyunbağı, bir ədəd 720 manat dəyərində 585 əyarlı 7,36 qram çəkidə tiffani qızıl qolbaq, bir ədəd 300 manat dəyərində 585 əyarlı 2,8 qram çəkidə tiffani qızıl üzük, bir ədəd 620 manat dəyərində 585 əyarlı 6,46 qram çəkidə rəngli pandora bilərzik, bir ədəd 215 manat dəyərində 585 əyarlı 2,2 qram çəkidə üzərinə “Allah” sözü yazılan qızıl üzük götürüb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs ümumilikdə 25.423 manat olmaqla, xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs qızıllarını mənimsəmək istəməmişdir. Belə ki, Yeganədən qızılları özü və arvadı talassemiya xəstəsi olduqları üçün müalicə almalarına görə almışdır. Yeganə qızılları onlara verərkən də bildirmişdir ki, qızılları götürsün pulunu yavaş-yavaş hissə şəklində verər. O, qızıl-zinət əşyalarının alqısatqısı ilə məşğul olmur. Onun anası illər öncə Zərərçəkmiş şəxs yanında qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmuşdur. Ümumilikdə 25.000 manat dəyərində olan qızılı bütöv şəkildə deyil, hissə-hissə götürmüşdür. Qızılları götürən zaman ödənişlərini də etmişdir. O, pula ehtiyacı olduğu üçün qızılları alan zaman Yeganəyə həmin qızılları lombarda qoyaraq pul götürəcəyini bildirmişdir. Yeganə də buna etiraz etməmişdir. Əksinə ona dəstək olmuş və hər ay hissə-hissə pulu ona ödəməyinə etiraz etməyəcəyini demişdir. Lombardın son aylarını ödəyə bilmədiyindən onun əvəzinə Zərərçəkmiş şəxs 13.770 manat lombarda pul ödəmişdir. Hazırda lombarda qoyulmuş qızılların hamısı Zərərçəkmiş şəxs özündədir. Ümumiyyətlə öncədən Yeganə ilə onların arasında qızılların lombarda qoyulması barədə şifahi formada razılıq olmuşdur. Hər ay Yeganəyə 500 manat verməli imiş. İlk dəfə Zərərçəkmiş şəxs yanına o, qaynanası və baldızı ilə birgə getmişlər. Lombarda qoyulan qızılların qarşılığında lombarddan 10.000 manat pul götürmüşdür. O, dələduzluq etməmişdir. Maddi imkanı olmadığından sadəcə aylıq ödənişləri gecikdirmiş və pulunu itirmişdir. Sonda məhkəmədən barəsində bəraətverici əsaslarla hökm çıxarılmasını xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, qızıl-zinət əşyalarını Yeganədən dörd dəfəyə götürmüşdür. Hazırda qızılların hamısı Yeganədədir. Həmin qızılların hamısı onun və arvadının müalicəsi üçün götürülüb. Qızıllar hissə-hissə götürülmüşdür, hər dəfə qızıl götürən zaman ödəniş edib Yeganəyə olan borcunu bağlamışdır və daha sonra yenidən Yeganədən qızıl götürmüşdür. O, əslində ilk öncə Yeganədən borca pul verməsini təklif etmişdir. Lakin Yeganə ona borca pul verə bilməyəcəyini deyərək borca qızıl verə biləcəyini demişdir. Lombarddan qızıllar götürülən zaman hamısının çəkisi çəkilmiş və 13.770 manat Yeganə tərəfindən lombarda ödənildikdən sonra qızıllar lombarddan götürülmüşdür. Yeganəyə hissə-hissə olmaqla ümumilikdə 14955 manat ödəmişdir. Yeganə ilə onun arasında yazılı müqavilə olmamış, yalnız şifahi razılaşma olmuşdur. Qızılların bir qramını Yeganədən 95 manata almışdır. Lombarda qızılın qramını isə 40 manatdan qoymuşdur. Sonuncu dəfə Yeganədən baldızı, qaynanası və o birlikdə 7000 manatlıq qızıl götürmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, fərdi sahibkarlıqla məşğul olur. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 2A ünvanda yerləşən univermaqda qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Belə ki, Zabilin anası əvvəllər ondan qızıl-zinət əşyaları götürüb satmışdır. Dəqiq tarixlər yadında deyil, təxminən 2021-ci ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs bacısı Sevinc, qayınanası Şahid3, arvadı Fidan və baldızı Havva ilə birlikdə onun işlədiyi univermağa gəlmiş, həmin zaman Zabil bildirmişdir ki, ona qızıl-zinət əşyaları lazımdır, belə ki, ondan müəyyən məbləğlərdə nisyə qızıl-zinət əşyaları götürəcəkdir, pulunu isə iki üç ay ərzində qaytaracaqdır. Zabilin anası əvvəllər qızıl-zinət əşyalarının alış və satışı ilə məşğul olub ondan bir neçə dəfə qızıl zinət əşyaları götürdüyü üçün Zabili tanıdığından, həmçinin Zabil əvvəllər ondan nisyə bir neçə dəfə qızıl-zinət əşyaları götürüb pulunu qaytarmaqla onun etibarını qazanmışdır. Buna görə də Zabilə etibar edib inanmış, bundan sonra hazırda yadında qalmayan tarixlərdə yəni, 2021-ci ilin noyabr ayının əvvəllərindən 2022-ci ilin yanvar ayının əvvəllərinədək olan müddət ərzində bir neçə dəfə Zabil onun yuxarıda qeyd etdiyi univermağa gələrək ondan bir ədəd 45 manat dəyərində qızıl qabı, bir ədəd 800 manat dəyərində 585 əyarlı 8,17 qram çəkidə pandora qızıl qolbaq, bir ədəd 65 manat dəyərində 585 əyarlı 1,5 qram çəkidə ipli pandora qızıl qolbaq, 1660 manat dəyərində 585 əyarlı 17,45 qram çəkidə bir komplekt kulonlu pandora qızıl dəsti, bir ədəd 450 manat dəyərində 585 əyarlı 4,7 qram çəkidə qızıl boyunbağı, bir ədəd 880 manat dəyərində 585 əyarlı 9,2 qram çəkidə paxlava qaşlı qızıl üzük, ümumi dəyəri 560 manat olan bir ədəd 585 əyarlı 3,28 qram çəkidə pandora qızıl sırğa və 2,52 qram çəkidə qızıl üzük dəsti, bir ədəd 545 manat dəyərində 5,7 qram çəkidə 585 əyarlı pandora qızıl bilərzik, bir ədəd 270 manat dəyərində 585 əyarlı 2,71 qram çəkidə alyans qızıl üzük, ümumi dəyəri 1370 manat dəyərində bir ədəd 585 əyarlı 9,65 qram çəkidə qızıl komplekt dəsti və bir ədəd 585 əyarlı 4,69 qram çəkidə qızıl boyunbağı, bir ədəd 260 manat dəyərində 585 əyarlı 2,6 qram çəkidə alyans qızıl üzük, ümumi dəyəri 2765 manat dəyərində bir ədəd 585 əyarlı 5,92 qram çəkidə Cartier qızıl boyunbağı, bir ədəd 585 əyarlı 8,6 qram çəkidə Cartier qızıl sırğa, bir ədəd 585 əyarlı 3,63 qram çəkidə Cartier qızıl bilərzik, bir ədəd 585 əyarlı 2,2 qram çəkidə Cartier qızıl üzük, bir ədəd 585 əyarlı 6,06 qram çəkidə pandora-ay qızıl sırğa, bir ədəd 585 əyarlı 2,65 qram çəkidə ürək formalı qızıl üzük “ayətül-kürsü”, bir ədəd 965 manat dəyərində 585 əyarlı 10,12 qram çəkidə kişi üçün qızıl bilərzik, bir ədəd 545 manat dəyərində 585 əyarlı 5,7 qram çəkidə pandora qızıl bilərzik, bir ədəd 270 manat dəyərində 585 əyarlı2,71 qram çəkidə alyans qızıl üzük, ümumi dəyəri 560 manat olan 585 əyarlı 3,28 qram çəkidə bir cüt pandora qızıl sırğa və bir ədəd 585 əyarlı 2,52 qram çəkidə pandora qızıl üzük, bir ədəd 2024 manat dəyərində 585 əyarlı 21,27 qram çəkidə lazer işləməli taxma qızıl bilərzik, bir ədəd 1182 manat dəyərində 585 əyarlı 12,43 qram çəkidə taxma qızıl bilərzik, bir ədəd 1780 manat dəyərində 585 əyarlı 18,7 qram çəkidə yastıfason qızıl boyunbağı, bir ədəd 652 manat dəyərində 585 əyarlı 6,86 qram çəkidə yastıfason qızıl qolbaq, bir ədəd 820 manat dəyərində 585 əyarlı 8,63 qram çəkidə pandora qızıl boyunbağı, bir ədəd 335 manat dəyərində 585 əyarlı 3,51 qram çəkidə pandora qızıl bilərzik, 1610 manat dəyərində 585 əyarlı 16,92 qram çəkidə kulonlu pandora qızıl komplekt, bir ədəd 435 manat dəyərində 585 əyarlı 4,55 qram çəkidə pandora qızıl sepli sırğa, bir ədəd 2720 manat dəyərində 585 əyarlı 28,37 qram çəkidə tiffani qızıl boyunbağı, bir ədəd 720 manat dəyərində 585 əyarlı 7,36 qram çəkidə tiffani qızıl qolbaq, bir ədəd 300 manat dəyərində 585 əyarlı 2,8 qram çəkidə tiffani qızıl üzük, bir ədəd 620 manat dəyərində 585 əyarlı 6,46 qram çəkidə rəngli pandora bilərzik, bir ədəd 215 manat dəyərində 585 əyarlı 2,2 qram çəkidə üzərinə “Allah” sözü yazılan qızıl üzük olmaqla, ümumilikdə 25.423 manat dəyərində qızıl-zinət əşyaları götürmüşdür. Zabil bir neçə ay ona hissə-hissə olmaqla yəni, 470 manat, 800 manat, 400 manat, 450 manat, 665 manat, 200 manat, 70 manat, 850 manat, 950 manat, 920 manat olmaqla, ümumilikdə 5.775 manat pul ödəmişdir. Lakin, geri qalan 19.648 manat pulunu geri qaytarmamışdır. Zabildən dəfələrlə pulunu tələb etsə də, Zabil ona hər dəfə müxtəlif bəhanələr gətirərək, pulu geri qaytarmaqdan imtina etmişdir. Sonradan maraqlandıqda ona məlum olmuşdur ki, Zabil ondan götürdüyü ümumilikdə 265.62 qram çəkidə qızıl-zinət əşyalarından və bir ədəd qızıl qabından bir hissəsini aparıb Binəqədi rayonu ərazisində yerləşən “Milli Lombard” adlanan lombarda girov qoyub 10650 manat pul götürmüşdür və lombarda girov qoyulan qızılların faizlərini də ödəməmişdir. Özü də xx.xx.2022-ci il tarixdə rəfiqəsi Zərnişan Orucovadan 14.000 manat borc pul alıb həmin lombarda getmiş və lombarda faizlərlə birlikdə 13770 manat pul ödəyib 211 qram çəkidə qızıl zinət əşyalarını götürmüş, girov biletlərinin surətini almışdır. Zabil onun etibarından sui-istifadə edərək, yuxarıda adlarını qeyd etdiyi qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ondan götürüb ələ keçirmiş, bir hissəsini lombarda girov qoyub pul götürmüş, bir hissəsini isə yəni, 54.62 qram çəkidə qızıllarını hara etdiyini bilmir. Həmçinin lombardan qızıllarının bir hissəsini götürmək üçün Zərnişandan aldığı borcu qaytarmaq məqsədilə “Turanbank”dan kredit götürmüş və Zərnişanın pulunu qaytarmışdır. Zabil ondan qızıl-zinət əşyalarını götürdükdən sonra onun qayınanası Nəzakət, bacıları Sevinc, Vəfa, Əfsanə, baldızı Havva, həyat yoldaşı Fidan ona zamin durmuşdurlar ki, Zabil pulu ödəməsə, onlar da qızılların pulunu ödəyəcəklər. Zabil və adlarını qeyd etdiyi qohumları onun pulunu qaytarmadıqları üçün məcbur olub şikayət etmişdir. Daha sonra Zabil və yaxın qohumları tərəfindən ona hissə-hissə olmaqla yəni, 1380 manat, 500 manat, 2000 manat, 2000 manat, 500 manat, 500 manat, 500 manat, 500 manat olmaqla, ümumilikdə 7880 manat pul qaytarmışlar. Geri qalan pulları və ya qızıllarını isə hazırki vaxtadək qaytarmamışlar. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zabil, qayınanası, baldızı və arvadı birlikdə onun işlədiyi dükana gələrək ondan qızıl almışlar. Zabilin qayınanası bildirmişdir ki, hazırda onların ev almağa maddi imkanı yoxdur. Qızılları hissə-hissə toplayaraq Zabil ilə Fidan üçün ev alacaqmış. Qızılların lombarda qoyulmasından onun məlumatı olmamışdır. Aylıq ödəməli olduqları pulu tələb edən zaman Zabilgil ona qızılları lombarda qoyduqlarını etiraf etmişlər. O, lombarda 13.770 manat pul ödəyərək qızılları lombarddan götürmüşdür. İlk dəfə Zabilə qızıl-zinət əşyalarını 2021-ci ildə vermişdir. Zabil davamlı olaraq ondan qızıl-zinət əşyaları götürmüşdür. Hər dəfə müəyyən qədər ödəniş etdikdən sonra yenidən qızıl istəmişdir. O, ümumilikdə Zabilə 250 qram qızıl-zinət əşyası vermişdir. Ümumilikdə Zabilin ondan götürdüyü qızılın dəyəri 25.000 manatdır. Pulu verilməyən qızıl-zinət əşyalarına 5775 manat pul ödənilib, lombarda ödədiyi 13770 manat puldan isə ona 7880 manat ödəniş ediblər. Zabil qızılları ondan nə məqsədlə götürdüyünü deməmişdir. Qızılları zabilə 3-4 dəfəyə vermişdir. İlk dəfə götürdükləri qızılların pulunu ödəməmiş o, Zabilə qızıl vermişdir. Buna səbəb isə Zabilə inanması olmuşdur. Lombarddan qızıllarını çıxarmaqda məqsədi qızıllarının itməməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zabil onun qızı Fidan Babayevanın əridir. Zərərçəkmiş şəxs tanıyır. Münasibətləri əvvəllər çox yaxşı olmuşdur. Kürəkəni ilə qızı talassemiya xəstəsi olduğu üçün onlara müalicə xərcləri üçün pul lazım olmuşdur. Yeganə onlara gəlmişdir. Onlarda çay içməyi təklif etmişdir. Yeganə onlara qızıl götürməyi təklif etmişdir. Onlar birlikdə Yeganənin dükanına gedərək qızıllar seçmişlər. Onlar qızıl alqı-satqısı ilə məşğul olmurlar. Birinci dəfə qızıl götürmüş və pulunu tam olaraq ödəmişlər. Daha sonra yenə pul lazım olduğundan Yeganəyə müraciət etmişlər. Pandemiya zamanı kürəkəni işləmədiyindən bir ay ödənişi verə bilməmişlər. Qızılları lombarda qoyduqdan sonra ödəniş edə bilmədiklərindən Yeganə 13.770 manat lombarda pul ödəyərək qızılları bütöv halda özünə götürmüşdür. Onlar daha sonra Yeganəyə həmin pulu hissə-hissə ödəyəcəklərini bildirmişlər. Buna baxmayaraq üç gün sonra Yeganə polisə onların barəsində şikayət ərizəsi ilə müraciət etmişlər. Onlar Yeganəyə borcundan bir qismini ibtidai istintaq zamanı ödəmişlər. Daha sonra onun ayağı qırılmış və bir il işləyə bilmədiyindən Yeganəyə borcundan ödəməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar həm Yeganəyə, həm də lombarda aylıq pul ödəmişlər. X8 müalicəsi üçün götürmüşlər. Düşünmüşlər ki, aylıq ödəniş etdikdən sonra qızılların borcunu tam bağlayacaqlar və daha qızıllar bütöv halda onlara qalacaq. Qızılların lombarda qoyulmasından Yeganə xəbərdar olmuşdur. Öncədən onun razılığı alınmışdır. Yeganə onların maddi durumunun aşağı olduğunu bilmişdir. Həmin dövrdə isə onlar kirayədə yaşamışlar. Onlar ona maddi vəziyyətləri ilə əlaqədar qızılların pulunu ödəyə bilməyəndə Yeganə onların kirayə qaldığı evi tanımadığından Zabilin iş yerinə getmişdir. Zabil ona Yeganənin onun iş yerinə gəlməsi barədə xəbər vermişdir və o da Yeganəni kirayə qaldıqları evə çağırmışdır. Bu zaman evdə Həvva olmuşdur. Daha sonra birlikdə lombarda getmişlər. Lombardın Tural adlı işçisi Yeganəni görən kimi onunla danışmaq istəmədiyini bildirmişdir. Sonradan qızılları başqa lombarda qoymuşlar. Buna səbəb isə həmin lombardın onun yaşadığı ünvana yaxın olması olmuşdur. Qızılların hamısı hazırda Zərərçəkmiş şəxs özündədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Zərərçəkmiş şəxsi tanıyır. Onunla əvvəllər münasibətləri yaxşı olmuşdur. Onlara pul lazım olmuşdur. Zərərçəkmiş şəxs qızıl götürərək onun öz razılığı ilə həmin qızılları lombarda qoyaraq pul götürmüşlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zabil və o xəstədir. Müalicə üçün pul lazım olmuşdur. Müalicəyə təbii yollarla başlamışlar. Tibdə talassemiya xəstəliyinin müalicəsi yoxdur. Həmin təbii yolda edilən müalicə də xeyli pul tələb edir. Onlar ilk dəfə qızılları Yeganədən götürüb lombarda qoyan zaman artıq qızıla görə olan borcun az miqdarda ödənilməmiş hissəsi qalmışdır. Onlar qızılları Yeganədən xəbərsiz lombarda qoymamışlar. Yeganə xanımın hər şeydən xəbəri olmuşdur. Yeganə 13770 manat məbləğində lombarda ödəniş edib, qızılların hamısını götürmüşdür. Bu zaman o, qızılların hamısının Yeganə tərəfindən götürülməsinə ona görə etiraz etməmişdir ki, düşünmüşdür ki, Yeganə onların borclu olduqları puldan çıxar. Yeganədən 235 qram qızıl götürmüşlər, 222,7 qram lombarda qoyulub. 222,7 qram qızılın müqabilində lombard onlara 10650 manat pul vermişdir. Qızılın bir qramı 95 manata alınıb. Ödənişlərdə gecikmə olduğu üçün Yeganə qızılları geri tələb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısı Fidanın həyat yoldaşıdır. Fidan və Zabil talassemiya xəstəsi olduqları üçün onların müalicələrinə xeyli pul xərclənir. Dəqiq tarix yadında deyil, təxminən 2021-ci ilin noyabr ayında Fidan və Zabilin müalicələri üçün xeyli pul lazım olmuşdur. Zabil bildirmişdir ki, Gənclik Metrostansiyası yaxınlığında univermaqda qızıl zinət əşyalarının alqı-satqısı ilə məşğul olan tanıdığı Zərərçəkmiş şəxs nisyə qızıl-zinət əşyaları götürüb lombarda girov qoyub pul götürəcəkdir. Həmin pulla müalicələrini etdirəcəkdir, işləri yaxşı getdiyi üçün həm Yeganənin, həm də lombardın pulunu özü ödəyəcəkdir. Həmçinin Zabil onlara bildirmişdir ki, Yeganədən qızıl-zinət əşyalarını götürmək üçün onunla birlikdə getsinlər, belə ki, Yeganə ola bilsin ki, ona xeyli miqdarda qızılları verməz, əgər onları da zamin kimi yanında görsə xeyli miqdarda qızıl verər. Bunun üçün özü, anası Nəzakət, bacısı Fidan və Zabil birlikdə X2 yaxınlığında yerləşən qızıl mağazasına getmişlər. Zabil Zərərçəkmiş şəxs dəqiq bilmədiyi məbləğdə, çəkidə və adda bir neçə ay ərzində hissəhissə olmaqla qızıl zinət əşyaları götürmüşdür. Həmçinin Zabil hər dəfə qızılları götürərkən Yeganəyə müalicələri üçün qızılları lombarda girov qoyub pul götürəcəyini bildirmişdir. Sonra Zabil qızılları Binəqədi rayonunda yeləşən "Milli Lombard"a girov qoyaraq cəmi 10650 manat pul götürmüş, həmin pulla Zabil özünün və Fidanın müalicələrini etdirmişdir. Bundan sonra bir neçə ay ərzində Zabil Yeganənin və lombardın pulunu ödəmiş, lakin sonradan işlərinin yaxşı getmədiyini bildirmiş və onun pulu ödəməkdə çətinlik çəkməsini görüb ailəliklə ona köməklik edib Yeganəyə hissə-hissə pul ödəmişlər. Daha sonra pulları olmadığından və Zabilə köməklik edə bilmədikləri üçün Yeganə lombarddan qızıllarını öz pulu ilə götürmüş və Zabil hər ay Yeganəyə 500 manat pul ödəmişdir. Zabil Yeganəyə özü və onların köməkliyi ilə hissə-hissə olmaqla, ümumilikdə 13655 manat pul ödəmişdir. Yeganə 13770 manat pul ödəməklə lombardan onların qoyduğu 222,7 qram qızıl çəkidə qızıl götürmüş, Zabilin hazırda Yeganəyə 5070 manat borcu qalmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Yeganə özü qızılları lombarda qoyaraq pul götürməyi təklif etmişdir. X9 lombardın daha yaxşı olmasını bildirmişdir. O, Zabilin təhsili olmadığı üçün Yeganənin yanında Zabil ilə birgə getmişdir. Onlar Yeganədən 250 qram qızıl götürmüşlər. Yeganə onlardan qızılı niyə götürdüklərini soruşduqda o, Yeganəyə qızılları özləri üçün götürdüklərini bildirmişdir. Yeganə qızılların lombarda qoyularaq pul götürülməsindən məlumatlı olmuşdur. Lombarddan qızıl götürülən zaman 35 qram qızıl əksik olmuşdur. Məhkəmə iclasında dövlət ittihamçısının təşəbbüsü ilə təkrarən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ilkin ifadəsi ilə eyniməzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 08 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Axtarışda olan şəxsin tutulmasına dair” 24 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 24 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 26 yanvar 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” 26 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Cinayət işinin icraatına xitam verilməsi haqqında” 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işinin icraatına xitam verilmişdir. “Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilib icraatın təzələnməsi haqqında” 06 aprel 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar ləğv edilərək iş üzrə icraat təzələnmişdir. “Könüllü olaraq istintaqa gəlmə barədə” 28 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özü könüllü olaraq Nərimanov RPİ-nin İŞ-nə gəlmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 28 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi yəni Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli törədilmədiyindən ona bəraət verilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair verilmiş ittiham üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında olan şifahi razılaşmaya əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nisyə olaraq qızıl götürmüşdür. Təqsirləndirilən şəxs anası ilə Zərərçəkmiş şəxs daha əvvəllər birlikdə işləmiş və bu səbəbdən də aralarında öncədən tanışlıq olmuşdur. Daha sonra isə nisyə götürülən qızılların ödənişini təqsirləndirilən şəxs aylıq hissələrə bölünmüş şəkildə verməyə başlamışdır. Bir neçə ay sonra təqsirləndirilən şəxs maddi imkanı olmaması səbəbindən Zərərçəkmiş şəxs ödənişləri edə bilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin qızılları lombarda qoyaraq müəyyən məbləğdə pul götürmüşdür. Bundan sonra o, bir neçə ay lombarda aylıq ödəniş etmiş, ödəniş edə bilmədikdən sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs razılığı ilə lombarda olan bütün borcu ödəyərək qızılları oradan götürmüşdür. Hazırda qızıllar Zərərçəkmiş şəxsdır. Həmçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən aldığı qızılların müqabilində hissə-hissə olmaqla qismən ödəniş etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələrin diqqəti dələduzluq cinayətinin həm mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirilməsinin zəruriliyinə yönəldilməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işi üzrə toplanmış sübutlarla Təqsirləndirilən şəxs ilə iş üzrə zərərçəkmiş şəxs arasında qızıl-zinət əşyalarının alqısatqısından əvvəl onun həmin zərərçəkmiş şəxsin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında həmçinin göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərardan görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-nin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsidir. Bu konstruksiyaya görə aldatmadan, etibardan sui-istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (sahibkarı əmlakdan məhrum etməyə) yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Odur ki, əmlakı sahibliyinə keçirərkən (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) şəxsdə bu cür (aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə) niyyətinin olmaması, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı bir səbəbdən mülkiyyətçiyə qaytarılmadıqda şəxsin belə hərəkət etməsi CM-nin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin subyektindən dələduza çevirmir. Beləliklə, dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Aldatma dedikdə, həm həqiqətin şüurlu surətdə təhrif edilməsi, saxtalaşdırılması, həm də həqiqət haqqında susma başa düşülür. Etibardan sui-istifadə etmə zamanı isə təqsirkar onunla əmlakın sahibi və ya mülkiyyətçisi arasında yaranan müəyyən etibar, inam münasibətlərindən istifadə edir. Məhkəmə istintaqında araşdırılmış sübutlarla dələduzluq cinayətinin qeyd edilən törədilmə üsulları olan aldatma və ya etibardan sui-istifadə etmənin Təqsirləndirilən şəxs hərəkətlərində dələduzluq hərəkətlərinin olması, yəni onun zərərçəkmiş şəxsi aldadaraq və ya etibardan sui-istifadə edərək yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olması müəyyən olunmur. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qızıl-zinət əşyalarını alandan sonra məbləğin bir hissəsini razılaşdırdıqları kimi hissə-hissə sonuncuya ödəməsi onun niyyətinin həmin əmlakı aldatma, əvəzsiz və qanunsuz yolla mülkiyyətinə keçirməsi olmadığını təsdiq edir. Məhkəmə bu nəticəyə gələrkən məhkəmə istintaqında araşdırılan sübutlara, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə əsaslanır ki, qeyd edilən şəxslər də ifadələrində Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında işgüzar münasibətlərin olmasını, aldığı qızıl-zinət əşyalarının müqabilində razılaşdıqları kimi hissə-hissə ödənişlər etməsini, ümumilikdə 14955 manat ödənildiyini göstərirlər. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə yönələn bu hərəkətləri onun zərərçəkmiş şəxsin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək niyyətinin olmasını tamamilə istisna edir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. CPM-in: 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır; 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər; 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində dələduzluq cinayətini xarakterizə edən əlamətlərin, ümumiyyətlə cinayət tərkibinin mövcud olmamasına baxmayaraq, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əsassız olaraq CM-in 178.2.4-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Məhkəmə istintaqı ilə müəyyən edildiyi kimi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin əmlakını etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək niyyəti olmadığı, həmçinin zərərçəkmiş şəxsin qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə imkanı olduğu halda, ibtidai istintaq orqanı onlar arasında yaranmış və mülki hüquq münasibətlərindən qaynaqlanmış mübahisəni əsassız və qanunsuz olaraq dələduzluq əməli kimi qiymətləndirmişdir. CM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 14.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılmış sübutlara cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında mülki hüquq münasibətləri mövcud olmuş və onlar arasında mübahisə məhz mülki qanunvericiliklə tənzimlənən öhdəliyin icrası ilə bağlı yaranmışdır. Məhkəmə iclasında dələduzluq cinayətini xarakterizə edən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi əlamətlərin Təqsirləndirilən şəxs hərəkətlərində olmasını təsdiq edən sübutlar müəyyən edilmədi. Əksinə, araşdırılmış sübutlar onunla zərərçəkmiş şəxs arasında məhz mülki münasibətlərin mövcud olmasını birbaşa təsdiq edir. CPM-in: 21.3-ci maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata kecirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144- 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə cox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin (Təqsirsizlik prezumpsiyası) İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı sübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Beləliklə, məhkəmə, cinayət təqibi üzrə toplanmış və məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə verilmiş ittiham məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından və həmin ittiham üzrə toplanmış sübutlar ümumiyyətlə, dələduzluq cinayətinin mövcudluğunu istisna etdiyindən, təqsirləndirilən şəxsə həmin maddələr ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, CPM-in 56, 59 və 60-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ ona izah edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 39.1.2, 42.1.2, 42.2.2, 61, 62, 346-347, 349, 351-353 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-307/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-307/2023
03.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver