Məhkəmə qərarları › İş №1(005)-307/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-307/2025

09.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-307/2025 09.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Praym Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Tər-tər rayonu, Güləbatlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu, Şağan qəsəbəsində nömrəsiz evdə kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 45 nömrəli orta məktəbin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 50 manat müqabilində xeyli miqdarda 01 ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 7,98 qram olan bitki mənşəli küllə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 01 ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 0,105 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla həmin tarixdə ünvan 1 ünvana daşımış və həmin tarixdə saat 22.04-də Nərimanov rayon Polis İdarəsinin 18-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanda saxlanılaraq, orada üzərinə videoçəkilişdən istifadə etməklə keçirilən baxış zamanı əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən xeyli miqdarda 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 7,98 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 0,105 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 il müddətində o, müxtəlif növ narkotik vasitələrdən istifadə etmiş, əsas o, narkotik vasitə marixuanadan çəkmə yolu ilə istifadə etmişdir. Ona narkotik maddə lazım olduqda «İnstaqram» sosial şəbəkədə tanış olduğu adını «Baba» kimi tanıdığı İran Respublikasının vətəndaşı kimi təqdim edən şəxsdən almışdır. Belə ki, narkotik maddə lazım olduqda o, bu barədə həmin şəxsin istifadə etdiyi hazırda xatırlamadığı İran İslam Respublikasına məxsus mobil nömrəsinə «WhatsApp» sosial şəbəkə vasitəsi ilə yazmışdır. Həmin şəxs ona maddənin qiymətini demiş və o pulu həmin şəxsin kart hesabına göndərdikdən sonra, həmin şəxs maddənin yerləşdirdiyi yerin konumunu ona göndərmişdir. Bundan sonra o, göndərilmiş konuma görə maddənin yerləşdirildiyi yerə gedib götürdükdən sonra hissə-hissə istifadə etmişdir. Adətən o, həmin şəxslə özünə məxsus 077 *** ** ** nar nömrədən yazmaqla əlaqə saxlamışdır. 11 mart 2025-ci il tarixdə saat 17 radələrində ona istifadə etmək üçün 5 qram çəkidə narkotik vasitə marixuana lazım olduğundan adını qeyd etdiyi şəxslə əlaqə saxlamaq qərarına gəlmişdir. Həmin şəxsə istifadə etdiyi nömrədən yazıb bu barədə bildirmişdir. Həmin şəxs ona bildirmişdir ki, istədiyi marixuananın qiyməti 50 manat edir və ona kart hesabı göndərmişdir. O, həmin şəxsin göndərdiyi hazırda xatırlamadığı kart hesabına qeyd olunan pulu göndərdikdən bir az keçmiş həmin şəxs ona maddənin yerləşdirildiyi yerin konumunu göndərmişdir. Bundan sonra həmin gün saat təxminən 22 radələrində o, tək göndərilmiş konuma əsasən narkotik vasitənin yerləşdirildiyi yerə, yəni Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 45 nömrəli orta məktəbin yaxınlığına gedib orada olan yaşayış binasının blokuna girib içərisində narkotik vasitə olan sellofan bükümləri götürüb həmin yerdən aralaşmağa başlamışdır. Konumda olan yerdə sellofan bükümləri götürüb içərisinə baxdıqda görmüşdür ki, sellofan bükümlərdən birinin içərisində narkotik vasitə marixuana var, digər sellofan bükümün içərisində isə az miqdarda psixotrop maddə metamfetamin var. Metamfetaminin marixuana ilə birlikdə hansı səbəbdən ona göndərdiyini bilməsədə o, hər iki bükümü əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibinə qoyub sonra piyada həmin yerdən aralaşmışdır. ünvan 1 ünvanın yaxınlığında olan zaman ona bir neçə nəfər nəfər mülki geyimli şəxslər yaxınlaşıb saxlamışlar. Diqqət yetirmişdir ki, həmin şəxslər çəkiliş aparırlar və ona özlərini təqdim edib Nərimanov rayonu 18-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun hüqularını izah etdikdən sonra ona demişlər ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etsin, əks halda üzərinə axtarış aparacaqlar. O, polislərin sözündən sonra əynindəki qara rəngli dəri gödəkçənin sağ yan cibində olan 02 ədəd selofan bükümləri çıxarıb təqdim etmişdir. Polis əməkdaşları bükümlərin içərisində nə olduğunu ondan soruşmuş və o, bildirmişdir ki, bükümlərdən birinin içərisində narkotik vasitə marixuana, digər bükümün içərisində isə psixotrop maddə metamfetamin vardır. Həmin maddələri şəxsi istifadəsi üçün İranlı kimi bildiyi şəxsə sifariş verib 50 manat pul ödədikdən sonra bir az əvvəl 45 nömrəli orta məktəbin yaxınlığında yerləşdirilmiş yerdən götürüb şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Sonra polis əməkdaşları üzərinə axtarış aparmış və əynində olan gödəkçənin sağ yan cibindən istifadəsində olan «Samsunq» markalı mobil telefonu, göy rəngli cins şalvarın sağ yan cibindən 31 manat pulu, həmin şalvarın sol yan cibindən siqaret qutusunu, sağ arxa cibindən 2 ədəd «Kapital» banka məxsus kartları, şəxsiyyət vəsiqəsini və «Bakı Kart» nəqliyyat kartını aşkar elmişlər və götürmüşlər. Bundan sonra polis əməkdaşları ondan aşkar olunmuş içərisində narkotik maddə marixuana olan bükümü və psixotrop maddə metamfetamin olan bükümü ayrı-ayrı zərflərə qoyaraq üzərini möhürləmişlər və üzərinə iştirakçılar imza etdikdən sonra götürmüşlər. Üzərindən aşkar olunmuş digər əşyalar isə sübut əhəmiyyət kəsb etmədiyindən qaytarılmışdır.Bundan sonra polis əməkdaşları onu Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsində xidməti otaqda hüquqlarının müdafiə olunması üçün dəvət olunmuş vəkilin iştirakı ilə aşkar olunmuş və götürülmüş psixotrop maddə metamfetaminə və narkotik vasitə marixuanaya videoçəkiliş aparmaqla baxış keçirmişlər və bu barədə tərtib olunmuş protokol iştirakçılar tərəfindən oxunduqdan sonra doğru yazıldığı üçün imzalarla təsdiq edilmişdir. Bildirmişdir ki, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini və narkotik vasitə marixuananı özü istifadə etmək məqsədilə xx.xx.2025-ci il tarixdə qeyd etdiyi qaydada İran Respublikasının vətəndaşı kimi tanıdığı «Baba» adlı şəxsdən almış və üzərində saxlamışdır. Həmin vasitədən kiməsə satmaq və ya pay vermək kimi niyəti olmamışdır. «Baba» adlı şəxslə «İnstaqram» sosial şəbəkəsində tanış olmuş və onunla istifadəsində olan qeyd etdiyi nömrə vasitəsi ilə əlaqə saxlamış, həmin şəxsin barəsində başqa heç bir məlumatı olmamışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 11 mart 2025-ci il tarixdə işlədiyi şöbəyə 11 avqust 1994-cü il tarixdə Bərdə rayonunda anadan olmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, özündə saxlamaqla istifadə etməsi, daşıması və satışını təşkil etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı əməliyyat yolu ilə yoxlamaq məqsədilə əməliyyat qrupunun yaradılması və təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zərurəti yaranmışdır. Əməliyyat qrupu təşkil olunmuş və məlumatda göstərilən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuşdur. Bundan sonra o və şöbənin digər əməliyyat müvəkkillər əməliyyat məlumatında göstərilənləri dəqiqləşdirmək məqsədilə 11 mart 2025ci il tarixdə saat 22:04 radələrində ünvan 3 ünvanının yaxınlığına gəlmişlər və məlumatda göstərilən Təqsirləndirilən şəxs ünvan 4 ünvanının qarşısına yaxınlaşdığını görmüşlər. Həmin vaxt o və tədbirdə iştirak edən əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 video çəkiliş apararaq Təqsirləndirilən şəxs yaxınlaşmağa başlamışlar. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb onu saxlayıb özlərini təqdim edərək Nərimanov rayon 18-ci Polis Şöbəsinin əməliyyat müvəkkilləri olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, o, cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və bədənində nartkotik vasitənin, qanunla dövriyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan sonuncunun üstünü yoxlamağa başlamışlar. Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkcənin sağ yan cibindən 01 ədəd sellofan kəsiyinə bükülmüş, kristal şəkilli, ağ rəngli, spesifik qoxuya malik metamfetaminə bənzər maddə və 01 ədəd sellefon kəsiyinə bükülmüş, spesifik qoxuya malik, yaşıl rəngli narkotik vasitəyə bənzər maddəni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış. Yoxlama zamanı sonuncu əynində olan qara rəngli dəri gödəkcənin sağ yan cibindən 1 ədəd ‘'Samsung” markalı mobil telefon, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 31 manat pul, sol yan cibindən siqaret qutusu, həmin şalvarın sağ arxa cibindən 2 ədəd "xxxx" ASC-yə məxsus plastik bank kartı, Təqsirləndirilən şəxs özünə məxsus şəxsiyyət vəsiqəsi və “Bakıkart” sərnişinin daşıma kartı polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs 01 ədəd sellofan kəsiyinə bükülmüş, kristal şəkilli, ağ rəngli, spesifik qoxuya malik metamfetaminə bənzər maddəni və 01 ədəd sellefon kəsiyinə bükülmüş, spesifik qoxuya malik, yaşıl rəngli narkotik vasitəyə bənzər maddəni haradan əldə etməsini soruşduqda sonuncu bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitəni və psixotrop madddəni həmin gün 45 nömrəli məktəbin yaxınlığından İranlı kimi bildiyi, lakin tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə edib. Bundan sonra polis əməkdaşları tərəfindən aşkar olunmuş bükümlər, yəni 01 ədəd sellofan kəsiyinə bükülmüş, kristal şəkilli, ağ rəngli, spesifik qoxuya malik metamfetaminə bənzər maddəni və 01 ədəd sellefon kəsiyinə bükülmüş, spesifik qoxuya malik, yaşıl rəngli narkotik vasitəyə bənzər maddəni qablaşdırılaraq üzəri 224 nömrəli möhürlə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalarla təstiq edilmişdir. Daha sonra şəxsin saxlanılması üstünün yoxlanılması barədə protokol tərtib edilmiş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təstiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi ilə təmin edilmişdir və digər zəruri hərəkətlər yerinə yetirildikdən sonra toplanmış material aidiyyatı üzrə Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, onun və digər polis əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi nəticəsində Təqsirləndirilən şəxs kimlərəsə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı hər hansı fakt aşkar edilməmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 və Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onarın iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 11 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2025-ci il tarixdə, saat 22:04-də şübhəli şəxs qismində tutulmuşdur; “şübhəli şəxsin saxlanılması və üstünün yoxlanılmasına dair» protokolla müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhərinin Nərimanov rayonu. A.Neymətulla küçəsi ətrafında qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, özündə saxlamaqla istifadə etməsi, satışı ilə məşğul olması və daşıması ilə məşğul olmağı barədə əməliyyat məlumatı daxil olmuş, 11 marı 2025-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri zamanı saat 22.04-də Təqsirləndirilən şəxs ünvan 5 ünvanının yaxınlığında saxladıqda ona hüquq və vəzifələrini, o, cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və maddə varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkcənin sağ yan cibindən 01 ədəd sellefon kəsiyinə bükülmüş, kristal şəkilli, ağ rəngli spesifik qoxuya malik metamfetaminə bənzər maddəni və 01 ədəd sellefon kəsiyinə bükülmüş, spesifik qoxuya malik, yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim edir. Təqsirləndirilən şəxs qeyd olunan bükümlərin kimə məxsus olduğunu soruşduqda, sonuncu bildirmişdir ki, həmin əşyaları o, 45 nömrəli məktəbin yaxınlığından İranlı kimi bildiyi, lakin tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitə və psixotrop maddə zərfə qoyularaq qablaşdırılmış və möhürləyib üzərini iştirakçılara imza etdirdikdən sonra götürmüşlər. “Şəxsin saxlanılması və üstünün yoxlanılması” haqqında 11 mart 2025-ci il tarixli prtokoldan və DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim edilməsi bildirildi ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan kəsiyinə bükülmüş, kristal şəkilli, ağ rəngli spesifik qoxuya malik metamfetaminə bənzər maddə və 01 ədəd sellofan kəsiyinə bükülmüş, spesifik qoxuya malik, yaşıl rəngli maddə aşkar olunaraq götürüldü. Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əynində olan gödəkçənin sağ yan cibindən "Samsung" markalı mobil telefon, göy rəngli cins şalvarın sağ yan cibindən 31 manat pul, şalvarının sol yan cibindən siqaret qutusu, həmin şalvarın sağ arxa cibindən 2 ədəd "xxxx" plastik bank kartı, özünə məxsus olan şəxsiyyət vəsiqəsi, "BakıKart" kartı aşkar edildi. Qeyd olunan maddələri həmin gün 45 nömrəli məktəbin yaxınlığından İranlı kimi bildiyi, lakin tanımadığı şəxsdən əldə etdiyini bildirdi. Aşkar olunmuş bükümlər, yəni 01 ədəd sellofan kəsiyinə bükülmüş içərisində spesifik qoxuya malik, kristal şəkilli, ağ rəngli metamfetaminə bənzər maddə və 01 ədəd sellofan kəsiyinə bükülmüş içərisində spesifik qoxuya malik, yaşıl rəngli maddə zərfdə qablaşdırılaraq üzəri 224 saylı möhürlə möhürləndi və iştirakçılar tərəfindən imzalarla təsdiq edildi. Aşkar olunmuş digər əşyalar maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün vətəndaşın özünə qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 mart 2025-ci il tarixli 6/1062 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs”... sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,105 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd:metamfetaminin təmiz çəkisi-0.105 qr, tədqiqata sərf edildi-0.050 qr, qalıq 0,055 qram. Ekspertiza xərci 81 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 mart 2025-ci il tarixli 7/436 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində “S/ş Təqsirləndirilən şəxs....” yazılar və imzalar ola zərfdə 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi-7,98 qram bitki mənşəli hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd:marixuananın təmiz çəkisi-7.98 qr, tədqiqata sərf edildi-0.05 qr, qalıq 7,93 qram. Ekspertiza xərci 72 manat təşkil edir. -“Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 13 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-in İstintaq Şöbəsinin müstəntiqi Hüseyn Nuriyevin xx.xx.2025-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi qərara alınmışdır. -“Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” 13 mart 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X1 Şəxsi ambulalor məcburi-narkoloji ekspertizasının 14 mart 2025-ci il tarixli 1581 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” haqqında 16 iyun 2025-ci il tarixli qərardan görünür ki, Cinayət işi üzrə mühüm sübut əhəmiyyət kəsb etdiyindən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,105 qram psixotrop maddə metamfetamin, 7,98 qram narkotik vasitə qurudulmuş marixuana, “təqdim olunan maddəyə baxış keçirilməsi və götürmə aparılması haqqında” prosesin köçürüldüyü bir ədəd DVD disk, həmçinin bir ədəd Azərfon MMC-dən götürülmüş bir ədəd DVD-R formatlı disk iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,055 qram çəkidə psixotrop maddə metamfetamin, 7,93 qram çəkidə qurudulmuş marixuana saxlanılması üçün Nərimanov RPİ-nin Saxlanc yerinə təhvil verilmişdir. İşin hüquqi məsələləri: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 7,98 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli, 08 saylı qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra - 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edibetməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CMin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi və əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qismində” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş tədqiqatdan sonra qalan təmiz çəkisi 0,055 qram çəkidə psixotrop maddə metamfetamin, 7,93 qram çəkidə qurudulmuş marixuana məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), “təqdim olunan maddəyə baxış keçirilməsi və götürmə aparılması haqqında” prosesin köçürüldüyü bir ədəd DVD disk, həmçinin Azərfon MMC-dən götürülmüş bir ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalı,(CPM-132), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “Praym Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi ogluna məhkəmədə iştirak etdiyi 20 iş saatı üçün cəmi 220 manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (gün) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və qalıq çəkisi 0,055 qram psixotrop maddə metamfetamin və 7,93 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut - “təqdim olunan maddəyə baxış keçirilməsi və götürmə aparılması haqqında” prosesin köçürüldüyü bir ədəd DVD disk, həmçinin bir ədəd Azərfon MMC-dən götürülmüş bir ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 153 (yüz əlli üç) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Praym Leqal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar