Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-308/2024 23.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1992-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu, nömrəsiz fərdi evdə yaşamış, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2024-cü il tarixli, 1(101)- 1195/2024 nömrəli hökmü ilə həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını təkrarən gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin noyabr ayının əvvəllərindən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2096-cı məhəllədə yerləşən “Dərnəgül” tikinti materialları bazarındakı tikinti materiallarının satışı məntəqəsindən Zərərçəkmiş şəxs1 məxsus 01 ədədinin dəyəri 70,65 manat olmaqla ümumi dəyəri 565,2 manat olan, hər biri 7,85 metr uzunluqda, 5,7 santimetr diametrində, dəmir metalının qalınlığı 0,3 santimetr olan ümumilikdə 8 ədəd boruları gizlin olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 565,2 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 iyun 2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2075/9 ünvanında yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin arxa hissəsində yerləşən istehsalat sexindən Zərərçəkmiş şəxs2 məxsus bir ədədinin qiyməti 0,50 manat olmaqla ümumi dəyəri 650 manat olan 1300 ədəd metal xamutları gizlin olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 650 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq cinayət əməli törətdiyinə görə azadlıqdan məhrum edilmişdir. 2022-ci ilin may ayında cəza çəkmə müəssəsindən azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra Bakı şəhəri, Z.Bünyadov prospektində yerləşən “Dərnəgül bazarı" adlanan bazarda fəhlə işləmişdir. 2022-ci ilin noyabr ayının əvvəllərində maddi sıxıntıları olduğundan işlədiyi bazardan metal avadanlıqlar oğurlayıb satmaq qərarına gəlmişdir. Buna görə də 2022-ci ilin noyabr ayının əvvəllərində saat 23 radələrində sonradan Zərərçəkmiş şəxs1 məxsus olduğunu bildiyi açıq sahədə yerləşən, yəni hasarlanmamış və ya mühafizə olunmayan metal avadanlıqların satışı mənətəqəsindən oğurluq etmək üçün həmin metal avadanlıqların satışı məntəqəsinin yanına gəlmişdir. Həmin tikinti materiallarının satışı məntəqəsində taxta avadanlıqların yığıldığı yerin yaxınlığındakı dəmir boruları oğurlamaq niyyəti ilə hər birinin uzunluğu 7,85 metr, diametri 5,7 santimetr, dəmir metalının qalınlığı isə 0,3 santimetr olan 8 ədəd dəmir borunu ayırıb kənara qoymuşdur. Bundan sonra həmin dəmir boruları bir-bir daşıyıb götürdüyü yerdən təxminən 250-300 metr kənarda bir yerə yığmışdır. Daha sonra oğurladığı boruları “Qazel" markalı yük maşınına yükləyərək “Dərnəgül bazarına” apararaq tanımadığı şəxsə 350 manata satmışdır. Əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan bir neçə gün sonra bazarda olan zaman çoxdan tanıdığı bazarda fəhlə işləyən Kamranla rastlaşmışdır. Kamranla aralarında səmimi münasibət olmuşdur. Söhbət edən zaman Kamrana Zərərçəkmiş şəxs1 məxsus tikinti materiallarının satışı mənətəqəsindən oğurluq etdiyini demişdir. Kamran özünün də həmin tikinti materiallarının satışı mənətəqəsindən bir neçə dəfə dəmir boru oğurlayıb satdığını bildirmişdir. Həmin vaxtdan sonra Kamranı görməmişdir. O, konkret olaraq nə qədər boru oğurlaması barədə də Kamrana dəqiq bir söz deməmişdir. Sonrakı günlərdə heç yerdə işləmədiyi üçün “Dərnəgül bazarın”dan xamut oğurlayıb satmaq qərarına gəlmişdir. Bunun üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 02 radələrində Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Santral Elektrik” mağazasının qarşısında, “Lukoil” yanacaq doldurma mənətəqəsinin yanındakı istehsalat sexindəki Zərərçəkmiş şəxs2 işlətdiyi sexin yanına gəlmişdir. Əvvəldən həmin sexi tanıdığından və sexin qapısı olmadığından oradan xamut oğurlayıb satmaq qərarına gəlmişdir. Ətrafa nəzər salıb heç kəsin onu görmədiyinə əmin olduqdan sonra bir qədər xam ul gülürüb yol kənarına getmişdir. Yoldan keçən tanımadığı taksini saxlatdırıb həmin taksi ilə oğurladığı xamutları Binəqədi rayonu ərazisinə aparıb orada tanımadığı, heç bir anket məlumatlarını bilmədiyi metal alqı- satqısı ilə məşğul olan şəxsə 80 inanala salmışdır. Xamutu salan zaman xamutların özünə məxsus olduğunu, ehtiyacı olduğundan satmaq istədiyimi bildirmişdir. Əldə etdiyi 80 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Əməlindən peşmandır. Sonda məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2010-cu ildən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2096-cı məhəllədə yerləşən, “Dərnəgül bazarı” adı ilə tanınan bazarda icarə əsasında metal avadanlıqların satışı mağazasını işlədir. Mağazanın ətrafı hasarlanmayıb və ya digər formadan mühafizə olunmur, açıq şəraitdə olmaqla giriş-çıxış üçün maneə yoxdur, metal avadanlıqlar çeşid müxtəlifliyinə uyğun olaraq pərakəndə şəkildə mağazada yığılmışdır. Şamaxı rayonu, Çaylı kəndində onun parnik sahəsi olmuş və 2022-ci ilin mart ayında həmin parnikə aid dəmir avadanlıqlardan hazırlanmış konstruksiyanın dəmir borularını sökərək yük avtomaşını ilə daşımaqla icarə əsasında işlətdiyi mağazaya gətirib satışa qoymuşdur. Həmin vaxt apardığı hesablamaya əsasən 01 ədədinin dəyəri 70,65 manat olan, hər biri 7,85 metr uzunluqda 626 ədəd, 01 ədədinin dəyəri 95,4 manat olan, hər biri 10.60 metr uzunluqda 110 ədəd, 01 ədədinin dəyəri 84 manat olan, hər biri 6 metr uzunluqda 10 ədəd və 01 ədədinin dəyəri 20 manat olan, hər biri 4 metr uzunluqda 65 ədəd dəmir boruları mağazaya yığmışdır. Dəmir boruları mağazaya yığdıqdan sonrakı müddətdə, yəni 2022-ci ilin mart ayından həmin ilin oktyabr ayının əvvəllərinə qədər həmin boruların bir hissəsini salmış olsa da bir hissəsini sala bilməmiş, satılmamış borular isə mağazanın həyətində qalmışdır. 2022-ci ilin oktyabr ayından etibarən mağazada qalan boruların sayılarının qismən azalması səbəbi ilə həmin boruların oğurlanmasına dair onda şübhələr yaranmağa başlanmışdır. Lakin, mağazada tək işlədiyi, yəni işçisi olmadığına görə sayma işləri apara bilməmişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında mağazaya gələn zaman boruların bir qisminin yerində olmadığını aşkar elmişdir. Daha sonra isə DİN-nin 102 xidmətinə zəng edərək oğurluq hadisəsi barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir. Buna görə də təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasına zərər çəkmiş şəxs qismində çağırılmış X1, şahid qismində çağırılmış Şahid1 və Şahid2 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 19 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolunda yerləşən Dərnəgül Bazarının arxa hissəsidir. Həmin yer açıq ərazidir. İnsanların gediş gəlişi sərbəstdir. Hadisə yerində müşahidə kamerası yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3500 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına 2900 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2023-cü il tarixli, 9/1394 nömrəli ekspert rəyindən görünür ki, malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq nəzərə alınmaqla 2022ci ilin oktyabr-dekabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 29654,50 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2023-cü il tarixli, 9/2300 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş dəmir boruların 2022-ci ilin oktyabr-dekabr aylarına olan orta bazar qiymətilə ümumi dəyəri təxminən 2654,50 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. “Hadisə yerinə baxış keçirilməsi barədə” 09 iyun 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Santral ilə üzbəüz olan Lukoil yanacaq doldurma məntəqəsinin yanında yerləşən istehsalat sexidir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 26 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 28 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Nərimanov rayon Polis İdarəsinin Müvəqqəti Saxlama yerindən dərhal azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2023-cü il tarixli, 9/7964/2023 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1132,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2024-cü il tarixli, 1(101)-1195/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsir bilinərək, Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş 2900 manat cərimə cəzası 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 2900 manat cərimə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin xx.xx.2023cü il tarixdən hesablanması hökm edilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 11 sentyabr 2024-cü il tarixli ərizədən görünür ki, ona qarşı dəyən zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir və onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərdən birinin ona qarşı şikayət və tələbinin olmamasını və zərərçəkmiş şəxsin birinə dəymiş ziyanı ödəməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 02 il keçmədən törətmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirli hesab etdiyi cinayət əməlini törədənədək dəfələrlə mülkiyyət əleyhinə olan cinayətlər törətməyə görə məhkum olunması, təyin olunmuş cəzalara baxmayaraq Təqsirləndirilən şəxs islah yoluna qədəm qoymaması onun şəxsiyyətini mənfi səciyyələndirlən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2024-cü il tarixli, 1(101)-1195/2024 nömrəli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 26 iyun 2023-cü il tarixdən 28 iyun 2023-cü il tarixədək tutulduğu, cəmi 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanaraq ona qəti cəza təyin edilməlidir. Həmçinin cəza çəkmə müddətinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2024cü il tarixli, 1(101)-1195/2024 nömrəli hökmü ilə müəyyən edilmiş 10 avqust 2023-cü il tarixdən hesablanmalı və onun barəsində «həbs» qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Eyni zamanda aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri - 100 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 50 iş saatına görə 300 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2024-cü il tarixli, 1(101)-1195/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2900 manat cərimə cəzası və 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və ona 2900 manat cərimə cəzası və 04 il 09 ay müddətdə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 iyun 2023-cü il tarixdən 28 iyun 2023-cü il tarixədək tutma altında saxlanıldığı cəmi 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanaraq onun üzərində qəti olaraq 2900 manat cərimə cəzası və 04 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 2900 manat cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 10 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2024-cü il tarixli, 1(101)-1195/2024 nömrəli hökmü ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının ümumi dəyəri 100 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 50 iş saatı üçün cəmi 300 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-308/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-308/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver