Məhkəmə qərarları › İş №1(005)-309/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-309/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-309/2024 15.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və 01 azyaşlı olmaqla 03 övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Qurunba kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində xx.xx.2024-cü il tarixli qərarla “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 oktyabr 2023-cü il tarixdən 19 noyabr 2023-cü il tarixə kimi olan müddət ərzində, yəni 22 oktyabr 2023-cü il tarixdə, saat 05:12-də, 24 oktyabr 2023-cü il tarixdə, saat 04:35-də, 25 oktyabr 2023-cü il tarixdə, saat 05:27-də, 31 oktyabr 2023-cü il tarixdə, saat 04:58-də, 02 noyabr 2023-cü il tarixdə, saat 05:22-də, 03 noyabr 2023-cü il tarixdə, saat 04:49-da, 04 noyabr 2023-cü il tarixdə, saat 06:10-da, 06 noyabr 2023-cü il tarixdə, saat 05:17-də, 08 noyabr 2023-cü il tarixdə, saat 06:47-də, 09 noyabr 2023-cü il tarixdə, saat 06:58-də, 12 noyabr 2023-cü il tarixdə, saat 05:40-da, 17 noyabr 2023-cü il tarixdə, saat 06:27-də və 18 noyabr 2023-cü il tarixdə, saat 05:49-da vahid niyyətlə əhatələnmiş qəsdlə "xxxx" MMC-nin ünvan 1 ünvanındakı ətrafı məftil arakəsmələrlə hasarlanmış metal əritmə və mexaniki emal sahəsinə həmin hasardan aşmaqla qanunsuz daxil olub oradakı metal avadanlıqların saxlanıldığı anbardan "xxxx" MMC-ə məxsus bir kiloqramının qiyməti 12 manat olmaqla ümumi dəyəri 3504 manat olan 292 kiloqram çəkidə “latun” materialından olan metal avadanlıqları gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-ə ümumilikdə 3504 (üç min beş yüz dörd) manat maddi ziyan vuraraq oğurluq etmiş, həmçinin cinayət əməlini davam etdirib, tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 noyabr 2023-cü il tarixdə, saat 07:09-da və 23 noyabr 2023-cü il tarixdə, saat 03:35-də "xxxx" MMC-nin ünvan 1 ünvanındakı ətrafı məftil arakəsmələrlə hasarlanmış metal əritmə və mexaniki emal sahəsinə həmin hasardan aşmaqla qanunsuz daxil olub oradakı metal avadanlıqların saxlanıldığı anbardan "xxxx" MMC-ə məxsus bir kiloqramının qiyməti 12 manat olmaqla ümumi dəyəri 960 manat olan 80 kiloqram çəkidə “latun” materialından olan metal avadanlıqları gizli olaraq talamağa cəhd edərək, vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə dəyəri 4464 manat olan 372 kiloqram çəkidə “latun” materialından olan metal avadanlıqları oğurlamağa cəhd etmiş, lakin "xxxx" MMC-nin mühafizəçiləri tərəfindən cinayət əməlləri ifşa edildiyi üçün iradələrindən asılı olmayan səbəbdən cinayətin törədilməsini başa çatdıra bilməmişlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayının əvvələrində tanıdığı Şahid1 ilə söhbət zamanı Hüseyn ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin əritmə sexinin yaxınlığındakı anbar tipli yerdə xeyli sayda əlvan metalın pərakəndə yığıldığını gördüyünü bildirmişdir. Eləcə də həmin anbar tipli yerin ətrafı məftil çəpərlə hasarlandığından həmin hasardan aşmaqla sahəyə daxil olmağın əlverişli olduğu, həmin ərazidə isə mühafizəçilərin hərəkət etmədiyini gördüyündən oradan metal avadanlıqları oğurlamaq qərarına gəldiyini, lakin, həmin yerə tək daxil olmaqla oğurluq etməyin çətin olduğunu bildiyindən ondan ona kömək etməyini istəyib onunla birlikdə oğurluq etməyi təklif etmişdir. Onun da maddi vəziyyəti çətin olduğundan Hüseynin təklifinə etiraz etməyib onunla birlikdə oğurluq etməyə razılıq vermişdir. Hüseynlə "xxxx"ın yaxınlığında görüşüb oğurluq edəcəkləri həmin əritmə sexinin yerləşdiyi əraziyə getmiş, özü metal hasarın yanında durmuş, Hüseyn isə həmin hasardan aşaraq əraziyə daxil olub gizlincə metalların yığıldığı anbar tipli həmin yerə daxil olmuşdur. Orada yığılan “latun” materialdan olan metallardan bir neçəsini oğurlayaraq daşıb hasarın üzərindən ona vermiş, o da həmin metalları Hüseyndən alıb hasarın yaxınlığında bir yerdə topalamışdır. Daha sonra səhər saatlarında Dərnəgül bazarında dayanmış, üzərində yükdaşıma avtomaşının tanımadığı, adını bilmədiyi sürücüsünə yaxınlaşıb özlərinə məxsus metalların daşınmalı olduğunu demişlər. Sürücü də 20 manata razılaşmışdır. Daha sonra sürücünün idarə etdiyi həmin maşınla metalları gizlətdikləri yerə gedərək, Hüseynlə birlikdə metalları maşına yükləmişlər. Hüseynə Aydın adlı tanışının olduğunu, Aydının Bakı şəhəri, Nərimanov rayonu, İ.Abışov küçəsində yerləşən evində metal qəbulu ilə məşğul olduğunu və oğurladıqları metalları Aydına sata biləcəklərini bildirmişdir. Aydın onu tanıdığından bir kiloqramı 8 manata olmaqla ümumilikdə 23 kiloqram çəkidə “latun” materialdan olan metalları ümumilikdə onlardan 184 manata satın almışdır. Əldə etdikləri 184 manat pulun 20 manatını sürücüyə yol pulu kimi vermişlər. Qalan pulu isə Hüseynlə aralarında yarıyarıya bölmüşlər. Oğurluqdan əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, bir neçə dəfə təxminən 10-15 dəfə bu formada "xxxx" MMC-nin sexindən oğurluq edərək satmışlar və əldə olunan pulu aralarında bölərək şəxsi ehtiyaclarına xərcləmişlər. Məhkəmənin sualına cavab olaraq ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşman olmasını, himayəsində üç övladının olmasını, ailəsinin yeganə gəlir mənbəyi olmasının nəzərə alınmasını, vurulmuş ziyandan 500 (beş yüz) manat ödəməsini, barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə bildirmişdir ki, MET-AK” MMC-nin Nəzarət və SƏTƏM departamentinin müdüri vəzifəsində xidmət edir. 17 noyabr 2023-cü il tarixdə "xxxx" MMC-də hesabat aparılarkən bir müddət öncə əmkadaşlıq edilən digər şirkətdən satın alınmış olan "xxxx" MMC-yə məxsus 10 ton çəkidə latunun 292 kiloqramının əksik olduğu müəyyən edilmişdir. Əksik olan 292 kiloqram çəkidə “latun”un "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən metal əritmə və mexaniki emal sahəsindən oğurlanmasına dair əsaslı şübhələr müəyyən edildiyindən rəhbərlik tərəfindən bununla bağlı tədbir görülməsi tapşırılmışdır. Bundan sonra "xxxx" MMC-nin Nəzarət və SƏTƏM departamentinin mütəxəssisi Şahid4 tərəfindən "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən metal əritmə və mexaniki emal sahəsində quraşdırılmış müşahidə kameralarının görüntüləri nəzərdən keçirilib xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə gecə saatlarında iki nəfər naməlum şəxsin hasardan tullanmaqla sahəyə daxil olaraq orada saxlanılan latun materialından olan metal avadanlıqları saxlanıldığı yerdən götürüb hasarın yanına daşımaqla hasardan aşırıb oğurladıqları müəyyən edilmişdir. Bundan sonra MMC-nin mühafizəçiləri gecə saatlarında həmin sahəni müşahidə etməyə başlamışlar və xx.xx.2023-cü il tarixdə, saat 06 radələrində həmin şəxslərin yenidən sahəyə daxil olaraq oğurluq etməyə çalışdıqları aşkar edilmiş, həmin vaxt mühafizəçilər onları yaxalamağa çalışsalar da buna nail ola bilməmişlər. Belə ki, həmin şəxslər mühafizəçiləri gördükdə qaçaraq sahədən uzaqlaşmağa nail ola bilmişlər. Bundan sonra da müşahidələr davam etdirilmiş və xx.xx.2023-cü il tarixdə, saat 03:35-də müşahidə zamanı həmin şəxslərin yenidən sahəyə daxil olduqları aşkar edilmişdir. Həmin vaxt onlardan birini, yəni sonradan adının Şahid1 olduğunu bildiyi şəxsi yaxlamışlar, digər şəxs isə, yəni sonradan adının Anar olduğunu bildiyi şəxs qaçaraq uzaqlaşa bilmişdir. Oğurluq nəticəsində "xxxx" MMC-ə ümumilikdə 3504 manat maddi ziyan dəydiyini bildirmişdir. Son olaraq məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən 500 (beş yüz) manat ödənilmişdir, şikayətçidirlər, dəymiş ziyanın tam ödənilməsini tələb etdiklərini bildirmişlər. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən metal əritmə və mexaniki emal sahəsində nəzarətçi işləyir. "xxxx" MMC-də hesabat aparılarkən bir müddət öncə əmkadaşlıq edilən digər şirkətdən satın alınmış olan "xxxx" MMC-yə məxsus 10 ton çəkidə latunun 292 kiloqramının əksik olduğu müəyyən edilmişdir. Əksik olan 292 kiloqram çəkidə “latun”un "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən metal əritmə və mexaniki emal sahəsindən oğurlanmasına dair əsaslı şübhələr müəyyən edildiyindən rəhbərlik tərəfindən bununla bağlı tədbir görülməsi tapşırılmışdır. Bundan sonra "xxxx" MMC-nin Nəzarət və SƏTƏM departamentinin mütəxəssisi Şahid4 tərəfindən "xxxx" MMC-nin metal əritmə və mexaniki emal sahəsində quraşdırılmış müşahidə kameralarının görüntüləri nəzərdən keçirilib iki nəfər naməlum şəxsin hasardan tullanmaqla sahəyə daxil olaraq orada saxlanılan latun materialından olan metal avadanlıqları saxlanıldığı yerdən götürüb hasarın yanına daşımaqla hasardan aşırıb oğurladıqları müəyyən edilmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin Nəzarət və SƏTƏM departamentinin mütəxəssisi vəzifəsində xidmət edir. 17 noyabr 2023cü il tarixdə "xxxx" MMC-də hesabat aparılarkən latunun əksik olduğu müəyyən edilmişdir. Bundan sonra onun tərəfindən "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən metal əritmə və mexaniki emal sahəsində quraşdırılmış müşahidə kameralarının görüntüləri nəzərdən keçirilib müxtəlif tarixlərdə dəfələrlə gecə saatlarında iki nəfər naməlum şəxsin hasardan tullanmaqla sahəyə daxil olaraq orada saxlanılan latun materialından olan metal avadanlıqları saxlanıldığı yerdən götürüb hasarın yanına daşımaqla hasardan aşırıb oğurladıqlarını müəyyən etmişdir. Bundan sonra MMC-nin mühafizəçiləri ilə birgə gecə saatlarında həmin sahəni müşahidə etməyə başlamışlar və xx.xx.2023-cü il tarixdə, saat 06 radələrində həmin şəxslərin yenidən sahəyə daxil olaraq oğurluq etməyə çalışdıqlarını aşkar etmişdir. Həmin vaxt mühafizəçilərlə birlikdə onları tutmağa çalışsalar da buna nail ola bilməmişlər. Belə ki, həmin şəxslər mühafizəçiləri gördükdə qaçaraq sahədən uzaqlaşmağa nail ola bilmişdirlər. Bundan sonra da müşahidələr davam etdirilmiş və xx.xx.2023-cü il tarixdə, saat 03:35-də müşahidə zamanı həmin şəxslərin yenidən sahəyə daxil olduqları aşkar edilmişdir. Həmin vaxt onlardan birini, yəni sonradan adının Şahid1 olduğunu bildiyi şəxsi yaxlamışlar, digər şəxs isə, yəni sonradan adının Anar olduğunu bildiyi şəxs qaçaraq uzaqlaşa bilmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yaşayır və yaşadığı evdə əlvan və qara metalların alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs və Şahid1 da metal alqı-satqısı zamanı tanımışdır. Belə ki, əvvəllər Təqsirləndirilən şəxs bir neçə dəfə metal almış, buna görə də onu tanımışdır. 2023-cü ilin oktyabr ayının sonlarında səhər saatlarında Anar sonradan tanıdığı Şahid1la birlikdə onun yaşadığı evə gələrək tullantı üçün nəzərdə tutulmuş yerlərdən yığdıqları latun materialdan olan avadanlıqları satmaq istədiklərini bildirmişdir. O da Anarı tanıdığından gətirdikləri latunun bir kiloqramını 8 manata ala biləcəyini bildirmişdir. Anar satmış olduqları latun materialından olan avadanlıqların özlərinə məxsus olduğunu, tullantı üçün nəzərdə tutulmuş yerlərdən topladıqlarını, ona görə də növbəti günlər ərzində toplamış olduqları latunu yenidən gətirib satacaqlarını bildirmişdir. Anargilin həmin avadanlıqları oğurladıqlarını bilməmişdir. Bu barədə heç bir yerdə qeydiyyat aparmamışdır. Məhkəmə iclasında şahidlər Şahid1 və Şahid3 ibtidai istintaqda vermiş olduqları ifadələri elan etmişdir. İş üzrə təqsirləndirilən şəxsin bildirdiklərini bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq edilən "xxxx" MMC-nin müdiri tərəfindən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində həmin müəssisəyə naməlum şəxslər dəmir yolu tərəfindən daxil olaraq bir sıra metalların oğurlanması faktı barədə məlumat vermişdir. Məhkəmədə tədqiq edilən “Əşyanın götürülməsi və baxış keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 ədəd dvd diskə baxış keçirilərək müəssisəyə iki şəxsin hasardan keçməklə müxtəlif vaxtlarda bir çox metal əşyaların götürərək aparılması müşahidə olunmuşdur. Məhkəmədə tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, cinayət hadisəsi ünvan 4 ünvanında baş vermişdir. Məhkəmədə tədqiq edilən "xxxx" MMC-nin Nərimanov Rayon Polis İdarəsinə təqdim etmiş olduğu xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədəl olan dövr ərzində "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor 15 A, Dalan 2 ünvanında yerləşən istehsal sahəsinin metal əritmə və mexaniki emal sexlərinin anbarlarında bir kiloqramının dəyəri 12.00 manat olmaqla, ümumilikdı dəyəri 3504 manat olan 292 kq şəkidə Latun meteriallarının oğurlanması müəsissənin əməkdaşaları tərəfindən aşkar edilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/9353 saylı Məhkəmə-əmtəəşünaslıq ekpertizası rəyindən görünür ki, ekpertiza təyini haqqında qərarda göstərilən 292 kiloqram latunun 2023-cü ilin oktyabr-noyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2628,00 manat müəyyən olunmuşdur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 ünvanlanmış olduğu xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası “Bakı Şəhər Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsə ünvanlanmış olduğu xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən “Axtarışda olan şəxsin tutulması” haqqında 27 mart 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdə tutulmuşdur. Məhkəmədə tədqiq edilən “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixində qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən Lənkəran Rayon qeydiyyat şöbəsi tərəfindən təqdim edilən arayışdan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Həsənli Elanə adlı xx.xx.2010cü il təvəllüdlü, xx.xx.2013-ci il təvəllüdlü Həsənov Ayxan adlı və xx.xx.2020-ci il təvəllüdlü Həsənov Arda adlı 03 (üç) azyaşlı övladı vardır. Məhkəmədə tədqiq edilən Lənkəran Rayonu Ləvəngi dairəsi “Elcan” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə "xxxx" MMC-in hesabına 500 (beş yüz) manat ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.3-cü maddələri ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs vurulmuş ziyandan qismən ödəniş etməsini, himayəsində 03 (üç) azyaşlı övladının olmasını, ailəsinin yeganə gəlir mənbəyi olmasını, əvvəllər məhkum olunmamasını və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Maddi sübut – "xxxx" MMC-nin müşahidə kamerlarının görüntülərinin əks olunduğu 01 ədəd DVD disk maddi sübut hesab edilərək cinayət işi materiallarında olması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 70 (yetmiş) iş saatı üçün 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutma altında saxlanıldığı 02 (iki) gün (27-29 mart 2024-cü il) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut – "xxxx" MMC-nin müşahidə kamerlarının görüntülərinin əks olunduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 70 (yetmiş) iş saatı üçün 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar