Məhkəmə qərarları › İş №1(005)-31/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-31/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-31/2023 25.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 avqust 2020-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Salamzadə 69B ünvanında yerləşən həyət evinə hasarı aşıb evin zirzəmisinin nəfəslik pəncərəsindən dəmir barmaqlığı çıxardaraq evə qanunsuz daxil olmaqla, zirzəmidəki qarajdan Zərərçəkmiş şəxs3 məxsus ümumi dəyəri 500 manat təşkil edən 01 ədəd elektrikli laqondanı və 01 ədəd direli gizli yolla talayıb, Zərərçəkmiş şəxs3 cəmi 500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 26 dekabr 2020ci il tarixdə saat 04-05 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksi Rəşad Mehdiyev küçəsi 15, ev 14 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış evinə qanunsuz daxil olaraq, oradan Zərərçəkmiş şəxs1 məxsus hər biri 3400 manat dəyərində olan 02 ədəd cəmi 6800 manat dəyərində suvenir canavar dərilərini, 01 ədəd 40 manat dəyərində qırmızı rəngli qutuda olan, xarici görünüşünə görə istismar olunmuş, gövdəsi sarı rəngli metaldan hazırlanmış qələmi, 01 ədəd 80 manat dəyərində qara rəngli qutuda olan, xarici görünüşünə görə istismar olunmuş, gövdəsi ağqara rəngli metaldan hazırlanmış qələmi, 04 ədəd cəmi 48 manat dəyərində balaca ölçülü sarı metaldan təzə qaşıqları, 02 ədəd cəmi 30 manat dəyərində böyük ölçülü sarı metaldan təzə qaşıqları, 01 ədəd 10 manat dəyərində üzərində «Glorgio Armani» markalı süni dəridən tikilmiş uzun qulplu qara rəngli kişi qol çantasını, 01 ədəd 30 manat dəyərində markalanması olmayan təbii dəridən tikilmiş, uzun qulplu qara rəngli kişi qol çantasını, 01 ədəd 15 manat dəyərində sarı metaldan, qulpu ağ farfordan təzə çəngəli, 01 ədəd 10 manat dəyərində sarı metaldan təzə çəngəli, 01 ədəd 1 manat dəyərində istismar olunmuş, süni dəridən tikilmiş qara rəngli pul qabını, 01 ədəd 15 manat dəyərində suvenir təsbeh, 01 ədəd 20 manat dəyərində kəhraba daşlardan düzəldilmiş boyunbağı, 01 ədəd 20 manat dəyərində kəhraba daşlardan düzəldilmiş qolbaq və biri 15 manat olmaqla 02 cüt cəmi 30 manat dəyərində büjuteriya sırğa və 01 ədəd 15 manat dəyərində büjuteriya üzüyü gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 xeyli miqdarda yəni, ümumilikdə 7164 (yeddi min bir yüz altmış dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 dekabr 2020-ci il tarixdə saat 02 radələrində ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus evə açıq pəncərədən qanunsuz daxil olaraq, mənzildə olan Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 80 manat dəyərində üzərində «made in Egypt» markalanma yazıları olan, oval formalı, ilan dərisinin naxışlarına oxşar süni dəridən tikilmiş, uzun qulplu açıq qəhvəyi-boz rəngli qadın qol çantasını, 01 ədəd 25 manat dəyərində olan «Braun» markalı ütünü, 01 ədəd 40 manat dəyərində olan elektrik samovarı, 02 ədəd biri 500 manat olmaqla cəmi 1000 manat dəyərində 190x200 sm qabarit ölçülü tünd qəhvəyi rəngli heyvan mənşəli dəridən fərdi qaydada hazırlanmış kovrolitləri, 01 ədəd 30 manat dəyərində nərd taxtasını, 01 cüt 20 manat dəyərində olan kişi idman ayaqqabılarını, 02 cüt 20 manat dəyərində olan qadın idman ayaqqabılarını, 01 ədəd 30 manat dəyərində oval formalı, zəncirbənd ilə bağlanan səyahət çemodanını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 1245 (bir min iki yüz qırx beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə verilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 19 avqust 2020-ci il tarixdə gecə saat təxminən 02 radələrində ünvan 4 ünvanda yerləşən evin qarşısından keçərkən həmin evdə işıqların yanmadığını görmüş və evdə heç kəsin yaşamamasını başa düşərək, həmin evə daxil olub hər hansı əşya oğurlamaq qərarına gəlmişdir. Belə ki, həmin vaxt o, evin hasarından həyətə tullanmış və daha sonra evin zirzəmisinin balaca pəncərəsini görüb, həmin pəncərənin dəmir barmaqlığını dartıb yerindən çıxararaq, plastik pəncərədən zirzəmiyə daxil olmuşdur. Həmin vaxt zirzəmidə 1 ədəd laqonda və 1 ədəd elektrik direlini görüb, həmin əşyaları götürüb, oradan çıxmışdır. Bundan sonra, o, həmin mənzilə girərkən istifadə etdiyi bir cüt əlcəyi evin həyətində dirəyə bağlanmış dəmir ipin üzərinə qoyaraq, direl və laqondanı özü ilə götürüb getmişdir. Həmin mənzildən başqa hər hansı bir pul, qiymətli əşya və ya digər hər hansı bir əmlak oğurlamamış, həmin evin zirzəmisindən götürdüyü direl və laqondanı isə hazırda dəqiq xatırlamadığı və tanımadığı şəxsə təxminən 100 manata satmış, əldə etdiyi pulu isə özü üçün xərcləmişdir. Bundan başqa, o, 25 dekabr 2020-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhərində «AAAF Park» yaşayış kompleksi tərəfdə yerləşən evlərin ətrafında gəzişərək, təbii ehtiyacını ödəmək üçün yer axtardığı zaman, ümumi hasarı olan villa tipli yaşayış kompleksinin qapısının açıq olduğunu görüb oradan kompleksin həyətinə daxil olmuşdur. Təbii ehtiyacını ödədikdən sonra qapının sol tərəfindən 4 ədəd çanta və iki gitara olmasını görmüşdür. Bundan sonra o, çantaları oğurlamaq qərarına gəlmiş və gecə saatlarını gözləmişdir ki, həmin əşyaları götürə bilsin. 26 dekabr 2020-ci il tarixdə keçən gecə saat təxminən 4-5 radələrində o, həmin həyətə gələrək çantaları tanımadığı taksi avtomobili ilə oradan götürüb Bakı şəhərinə Gənclik metrostansiyası yaxınlığında «Samsung» deyilən binanın yaxınlığında yerləşən xeyir-şər evinin yanında gizlətmişdir ki, sonradan həmin çantaları götürüb əyşalarını satar. Gitaralar isə lazımı olmadığından orada qalmışdır. Bundan başqa, o, 27 dekabr 2020-ci il tarixdən 28 dekabr 2020-ci il tarixə keçən gecə saat 02 radələrində yaşadığı məhəllənin yaxınlığında gəzən zaman ünvan 5 ünvanda villanın pəncərəsinin açıq olduğunu, villada işıqların yanmadığını görüb, həmin villaya daxil olaraq oğurluq etmək qərarına gəlmiş və həmin açıq pəncərədən villanın içərisinə daxil olmuşdur. Həmin vaxt o, villanın dağınıq vəziyyətdə olduğunu görüb, oradan bir neçə məişət və geyim əşyaları, qadın çantaları götürüb mənzili tərk etmiş, həmin əşyaları da Abşeron rayonundan etdiyi oğurluq zamanı götürdüyü əşyaların yanına aparıb qoymuşdur. Bundan sonra, o, həmin əşyaları fevral ayına kimi həmin yerdə saxlamış, fevral ayında isə həmin əşyaları bibisi oğlu Pərvizin yaşadığı Günəşli qəsəbəsindəki evinə aparıb orada saxlamış, Pərvizə isə əşyaların özünə məxsus olduğunu, evdən mübahisə edib çıxdığı üçün götürdüyünü bildirmiş, Pərviz əşyaların oğurluq olduğunu bilməmişdir. 19 fevral 2021-ci il tarixdə isə o, tanımadığı taksi avtomobili ilə həmin əyşaları da özü ilə götürüb Şirvan şəhərinə getmiş, yolda həmin taksini polis əməkdaşları saxlayaraq, onun oğurluqda şübhəli olduğunu və axtarışda olduğunu bildirərək, Nərimanov RPİ-nin 16-cı PB-nə gətirilmiş, oğurladığı əşyaları da təhvil vermişdir. Əlavə olaraq qeyd etmişdir ki, Abşeron epizodu üzrə oğurlanmış əşyaların hamısını polis əməkdaşlarına qaytarmışdır. Digər iki epizod üzrə isə dəymiş zərəri ödəməyə hazırdır, lakin zərərçəkmiş şəxslər vurulmuş zərərin miqdarı ilə razı olmadıqlarından, 500 manat və 1245 manat məbləğində ödənişi qəbul etməkdən imtina etmişdirlər. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini və iki epizod üzrə zərəçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəməyə hazır olduğunu bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayının təxminən 5-də yaşadığı Nərimanov rayonu, O.Kərimov küçəsi 52 ünvanındakı evindən çıxıb tək olaraq X4 Peterburq şəhərinə getmişdir. Daimi yaşadığı yer Rusiya Fedarasiyası olduğu üçün o, istədiyi vaxt Azərbaycan Respublikasına gəlib-gedir. Təxminən 10 ildən artıq evdə usta kimi işləyən, həmçinin onlar evdə olmadığı müddət ərzində evinə baxan Zahid, 27 yanvar 2021-ci il tarixdə günorta vaxtları ona zəng edib evin giriş qapısının açıq olduğunu görüb evdə kiminsə olubolmadığını soruşmuş və ondan evə daxil olub-olmamasını soruşmuşdur. O isə Zahiddən qardaşı Hikmətin avtomobilinin həyətdə olub-olmamasını soruşanda Zahid, avtomobilin həyətdə olmadığını demişdir. Belə olduqda o, Zahidə evə daxil olmasını tapşırmışdır. Zahid də evə daxil olaraq ona evin otaqlarının dağınıq vəziyyətdə olduğunu, evin 2-ci mərtəbəsinə qalxdıqda mətbəxin pəncərəsinin açıq olduğunu bildirmişdir. Onun tapşırığı ilə Zahid 3-cü mərtəbəyə baxaraq, orada olan onun özünə aid yataq otağının qapsının açıq olduğunu, açarın əvvəlki yerində, yəni dəhlizdə olan kreslonun yastığının altında olduğunu, yataq otağının qapısının kilidinin sındırıldığını, siyirmə də qızılların olmadığını danışmış, otağın videogörüntüsünü çəkib ona atmışdır. O, Zahidin ona atdığı videogörüntüdə görmüşdür ki, digər yerdə olan qızılları da qutuda yoxdur. Lakin, o, Zahidə pulun olduğu yeri deməmişdir. O, artıq evdən oğurluq olduğunu zənn edib Zahidə, heç nəyə əl dəyməməsini tapşırmışdır. Bundan sonra, o, tez Cəlilabad rayonu Göytəpə şəhərində yaşayan qardaşı Hikmətə zəng edib bu barədə məlumat verib, təcili olaraq Bakı şəhərinə yaşadığı evə gəlməsini bildirmişdir. Hikmət Bakı şəhərinə gəldikdən sonra yataq otağında olan şkafın içərisində qutuda olan 70.000 ABŞ dollarının yerində olmadığını demişdir. Bundan sonra, qardaşı Hikmət DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. 20 yanvar 2021-ci il tarixdə özü də Bakı şəhərinə gəlmiş və həqiqətən də evindən 70.000 ABŞ dolları, 2.000 Avro və 2.000 manat pulun, eləcə də 100.000 manat dəyərində müxtəlif qızıl-zinət əşyalarının oğurlanmasını aşkar etmişdir. Sonradan o, evinə baxış keçirərkən aşkar etmişdir ki, hadisə vaxtı evdən 1 ədəd 500 manat dəyərində «Braun» markalı ütü, 3 ədəd hər biri 1500 manat dəyərində 120 ölçüdə «Samsung» markalı televizor, 1 ədəd 2000 manat dəyərində «Siemaens» markalı mikrodalğalı soba, 1 ədəd 2500 manat dəyərində «Zinger» markalı tikiş maşını, 1 ədəd 2000 manat dəyərində video müşahidə kameralarının yaddaş aparatı, 1 ədəd 1000 manat dəyərində şaşki masası, 1 ədəd 1200 manat dəyərində nərd masası, 2 ədəd hər biri 1200 manat dəyərində 3x2 ölçüdə dəri xalçalar, 2 ədəd hər biri 500 manat dəyərində iri ölçüdə dəri xalçalar, 6 ədəd hər biri 1200 manat dəyərində müxtəlif modelli dəri əl çantaları və təxminən 80.000 manat dəyərində müxtəlif qadın və kişi geyim əşyaları, 1 dəst 2500 manat dəyərində yemək dəsti, 1 ədəd 2000 manat dəyərində «Versace» gül qabı, 2 ədəd hər biri 1500 manat olan at formalı suvinerlər, 1 ədəd 3000 manat dəyərində elektirik samovarı və təxminən 10000 manat dəyərində müxtəlif spirtli içkilər, qızıl zinət əşyaları da oğurlanmışdır. Bununla da, ona ümumilikdə 346.692,6 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, o, məhkəmə-əmtəəşünaslıq ekspertizalarının 9/862 və 9/1220 saylı ekspertiza rəylərində ona məxsus əşyalara dair verilmiş qiymətlərlə razıdır. Həmçinin, ekspertin qiymətləndirdiyi əşyaları təhvil almışdır. Sonda Zərərçəkmiş şəxs2 ona vurulmuş ziyanın ödənilmədiyini və hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Nərimanov rayonu, Salamzadə küçəsi 69B-də yerləşən evdə gedib ara bir qalsa da, hər gün anası ilə birlikdə həmin evə baş çəkir. Sonuncu dəfə o, xx.xx.2020-ci ildə saat 11 radələrində həmin evə baş çəkmiş, hər şey qaydasında olduğu üçün qapını bağlayıb getmişdir. xx.xx.2020-ci ildə saat 07 radələrində evə baş çəkməyə gələn zaman həyətin giriş qapısının kilidin açarla açıb həyətə daxil olmuş, evin 1-ci mərtəbəsinin, yəni zirzəmisində olan hamam otağının nəfəslik şüşəsinin dəmir barmaqlığının qoparıldığını və pəncərənin açıq olduğunu görmüşdür. Dərhal zirzəminin dəmir qapısını açarla açıb zirzəmiyə, yəni yaşayış binasının 1-ci mərtəbəsinə daxil olmuş və görmüşdür ki, zirzəmidə olan qarajdan xeyli əmlak oğurlanmışdır. O, evin şəkillərini çəkərək ev sahibinə göndərmiş, o isə bildirmişdir ki, oradan telefon, saat və digər əşyalarda daxil olmaqla 3.000 avro ziyan dəyib. Həmçinin, ittiham tərəfinin sualına cavab olaraq bildirmişdir ki, o istintaq zamanı özünün oğurlandığını bildiyi ümumi dəyəri 500 manat olan 01 ədəd direl və 01 ədəd laqondanın oğurlandığını bildirmişdir. Lakin, sonradan ona məlum olmuşdur ki, 300 metr uzunluğunda kabel, qızıl saat oğurlanmışdır. Bunları ona ev sahibinin özü demişdir. Sonda Zərərçəkmiş şəxs3 ona vurulmuş ziyanın ödənilmədiyini və hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Abşeron rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 hal-hazırda yeri müəyyən edilmədiyindən onun məhkəməyə məcburi gətirilməsinin təmin edilməsi mümkün olmamışdır. Zərərçəkmiş şəxs1 ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmişdir. Cinayət işinin İV cildinin 262-264-cü vərəqələrində olan Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə ünvan 6 ünvanında 0,03 ha torpaq sahəsində özünə tikdirdiyi 3 mərtəbəli yaşayış evində yaşayır. Qaradağ rayonu 19 saylı birləşmiş şəhər xəstəxanasında cərrah işləyir. Həmin ev dörd tərəfdən mişar daşları ilə əhatə olunub, tam təmirlidir, 7 otaqdan və 1 mətbəxdən ibarətdir. Həyətə giriş iki taylı dəmir darvazadan ibarətdir. Belə ki, o, övladları ilə birlikdə 10 mart 2020-ci il tarixdə həyat yoldaşı Sərxan Məmmədovun işi ilə əlaqədar olaraq Qazaxıstan Respublikası Almata şəhərinə getmiş, buna görə də, yaşadıqları ev boş qalmış, evin açarlarını isə anası Şahid1 vermişlər. Lakin, həyət qapısının pultunu qonşuları Rauf adlı şəxsə vermişlər ki, arada bir gəlib evin həyətində olan güllərə su versin. 17 fevral 2021-ci il tarixdə Azərbaycana gəlmişlər. Onlar Qazaxıstan Respublikasında olduqları zaman qonşuları Rauf adlı şəxs 27 dekabr 2020-ci il tarixdə mobil telefon vasitəsi ilə ona zəng vuraraq onların yaşadıqları ərazidə bir neçə yaşayış sahələrindən oğurluq olmasını bildirmişdir. O, Raufa buna görə gedib onların evinə baxmasını xahiş etmiş və Rauf onların evinə baxdıqda evin sağ tərəfində olan pəncərənin dəmir barmaqlıqlarının sındırılmasını, pəncərənin açıq vəziyyətdə qaldığını, həmçinin anası Şahid1 da zəng vuraraq məlumat verdiyini bildirmişdir. Sonra isə qonşuları Rauf, bu barədə DİN-in 102 xidmətinə də zəng vuraraq məlumat vermiş, Abşeron RPİ-nin əməkdaşları onların evinə gələrək baxış keçirmişlər. O, evdən təxminən hansı miqdarda əşyaların oğurlanmasını bilsə də, ancaq dəqiq hansı aşyaların oğurlandığını bilməmişdir. Anası ilə telefon əlaqəsi saxladıqca hər dəfə bir əşyanın olmadığını və oğurlandığını ona bildirmişdir. O, 2021-ci ilin fevral ayında Azərbaycan Respublikasına yaşadığı evə gələn zaman evin birinci mərtəbəsində yerləşən qonaq otağının plastik pəncərəsinin üzərində olan dəmir barqmaqlığın qırıldığını və evə daxil olan zaman evin bütün mərtəbələrində olan otaqların dağınıq vəziyyətdə olduğunu görmüşdür. Baxış keçirən zaman evdən 5000 manat dəyərində 01 ədəd «Rado» markalı qadın qol saatının, 1700 manat dəyərində 01 ədəd «Versage» markalı qadın qol saatının, 1850 manat dəyərində 01 ədəd «Versus» markalı qadın qol saatının, 680 manat dəyərində 01 ədəd «Apple» markalı qadın qol saatının, 4000 manat dəyərində digər markaları yadında qalmayan kişi və qadın qol saatlarının, 17000 manat dəyərində «Svarovski» qaşları ilə olan üzük, klon, sırğa, qolbaq və boyunbağıdan ibarət qızıl dəstin, 12000 manat dəyərində təbii daş-qaş qadın bəzək əşyalarının, 10000 manat dəyərində müxtəlif eksklüziv parfümlərin, hər birinin dəyəri 3400 manat olmaqla ümumilikdə 10200 manat dəyərində 03 ədəd suvenir «canavar dəri»lərinin, 3400 manat dəyərində 01 ədəd «Vertu signature» markalı mobil telefonun, hər birinin dəyəri 800 manat olmaqla ümumilikdə 1600 manat dəyərində 02 ədəd «Samsung S8» markalı mobil telefonların, 600 manat dəyərində 01 ədəd «İphone» markalı mobil telefonun, 3400 manat dəyərində 01 ədəd «Lenovo» markalı noutbukun, 2500 manat dəyərində 01 ədəd kiçik «lenovo» markalı noutbukun, hər birinin dəyəri 400 manat olmaqla ümumilikdə 800 manat dəyərində 02 ədəd musiqi aləti olan gitaraların. 1200 avro məbləğində nağd pulun, ümumilikdə 17000 manat dəyərində kişi, qadın və uşaq paltarları, ayaqqabıların, çantaların, 5000 manat dəyərində gümüş çəngəl və qaşıq dəstinin, 3400 manat dəyərində 01 cüt biriliyant qaşlı qızıl sırğanın, 3400 manat dəyərində 01 ədəd briliyant qaşlı qadın qızıl üzüyünün, 18800 manat dəyərində qolbaq və boyunbağıdan ibarət 01 ədəd qızıl dəstin, 3000 manat dəyərində qab və qazan dəstlərinin, 8500 manat dəyərində antikvar staluellərin, 1275 manat dəyərində telefon aksessuarlarınm, 850 manat dəyərində 01 ədəd «Sony» markalı videokameranın, S50 manat dəyərində 01 ədəd «Canon» markalı videokameranın, 1250 manat dəyərində 01 ədəd «Canon» markalı fotoaparatın, 1700 manat dəyərində 01 ədəd «Sony» markalı oyun aparatının, 2250 manat dəyərində 05 ədəd 3D eynəklərin, 5000 manat dəyərində qadın üçün kosmetik vasitələrin və 850 manat dəyərində qolbaq və saatdan ibarət gümüş dəstinin oğurlandığını aşkar etmişdir. Oğurlanmış mobil telefonlara aid İmey kod və noubuka aid məlumatlar isə yoxdur. Bundan əlavə evin ikinci mərtəbəsində yerləşən 02 ədəd dəmir seyflərin də zədələndiyini aşkar etmiş, lakin həmin selləri həmin şəxslər aça bilməmişdirlər, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 150262 manat məbləğində maddi ziyan dəymişdir, bundan əlavə seyflərin və müşahidə kameralarının yararsız vəziyyətə düşməsi nəticəsində ona 2400 manat məbləğində maddi ziyan dəymişdir. Mənzildən oğurlanmış və Təqsirləndirilən şəxs götürülmüş 3400 manat dəyərində olan, 02 ədəd cəmi 6800 manat dəyərində suvenir canavar dəriləri, 01 ədəd 40 manat dəyərində qırmızı rəngli qutuda olan, sarı rəngli metaldan hazırlanmış qələm, 01 ədəd 80 manat dəyərində qara rəngli qutuda olan, gövdəsi ağ-qara rəngli metaldan hazırlanmış qələm, 04 ədəd cəmi 48 manat dəyərində balaca ölçülü san metaldan təzə qaşıqlar, 02 ədəd cəmi 30 manat dəyərində böyük ölçülü sarı metaldan təzə qaşıqlar, 01 ədəd 10 manat dəyərində üzərində «Glorgio Armani» markalı qulplu qara rəngli kişi qol çantası, 01 ədəd dəridən tikilmiş, qara rəngli kişi qol çantası, 01 ədəd 15 manat dəyərində sarı metaldan, qulpu ağ farfordan təzə çəngəl, 01 ədəd 10 manat dəyərində san metaldan təzə çəngəl, 01 ədəd 1 manat dəyərində qara rəngli pul qabı, 01 ədəd 15 manat dəyərində suvenir təsbeh, 01 ədəd 20 manat dəyərində kəhraba daşlardan düzəldilmiş boyunbağı, 01 ədəd 20 manat dəyərində kəhraba daşlardan düzəldilmiş qolbaq və biri 15 manat olmaqla 02 cüt cəmi 30 manat dəyərində büjuteriya sırğa və 01 ədəd 15 manat dəyərində bijuteriya üzük Abşeron RPİ-nin istintaq orqanı tərəfindən ona qaytarılmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs1 bildirmişdir ki, ona dəymiş maddi ziyanla bağlı Elçin adlı şəxsdən saxlanılarkən götürülmüş əşyalardan başqa hər hansı məbləğdə maddi ziyan ona ödənilməmiş, əşyaları tam olaraq ona qaytarılmamış, digər əmlaklarının müəyyən edilməsi üçün heç bir tədbir görülməmişdir. O, istintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş evindən oğurlanmış və ona qaytarılmış əşyalarla bağlı təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/1220 saylı rəyində göstərilən qiymətlərlə razıdır. 03 ədəd canavar dərilərinin dəyəri göstərilməsə də, ona 2 ədədi qaytarılmış və birinin dəyəri 3400 manat olduğundan, həmin dərilərinin dəyəri onun göstərdiyi kimi qeyd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 və onun ailə üzvlərini təxminən 10 ilə yaxındır tanıyır. Onların evini təmir etmiş, aralarında yaxşı münasibətləri olmuşdur. Rusiya Federasiyasında yaşadığından onların Bakı şəhərində evlərinə baxmışdır. 27 yanvar 2021-ci il tarixdə günorta vaxtları o, Təranə xanımın evinə gedərkən evin mətbəxinin qapısının açıq olduğunu görüb ona zəng edib evin giriş qapısının açıq olduğunu deyib evdə kiminsə olubolmadığını, evə daxil olub-olmamasını soruşmuşdur. Təranə xanım ondan qardaşı Hikmətin avtomobilinin həyətdə olub-olmamasını soruşmuş, lakin o, həyətdə avtomaşın olmadığını demişdir. Təranə xanım ona demişdir ki, evə daxil olsun. Onlar mobil telefonla danışa-danışa evə daxil olarkən evin otaqlarının dağınıq vəziyyətdə olduğunu görmüş və evin 2-ci mərtəbəsinə qalxdıqda görmüşdür ki, mətbəxin pəncərəsi açıqdır. Təranə xanım ona tez 3-cü mərtəbəyə qalxmasını, özünə aid yataq otağının qapsının açıq olubolmamasına baxmasını tapşırmış, həmçinin dəhlizdə olan kreslonun yastığınının altında açarın olub-olmasını soruşmuşdur. O da baxdıqda açarın yerində olduğunu görmüşdür. Yataq otağına baxdıqda yataq otağının qapısının açarının sınmış vəziyyətdə olduğunu, giriş qapısının isə açıq vəziyyətdə olmasını görmüşdür. Bundan sonra o, bu barədə Təranə xanıma demişdir. Təranə xanım isə demişdir ki, yataq otağında olan əşyaların video görüntüsünü və şəkillərini çəkib ona atsın. O da bu cür etmiş, Təranə xanım ona demişdir ki, qızıl əşyaları yoxdur. Artıq mənzildən oğurluq olmasını bildikdən sonra Təranə xanım ona demişdir ki, heç nəyə əl dəyməsin, qardaşı Hikmətin gəlməsini gözləsin. O da oradan çıxıb öz maşınına əyləşib gözləmiş, Hikmət gəldikdən sonra birlikdə evə daxil olmuşlar. Daha sonra Hikmət oğurluq olması barədə DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, evdən 70.000 ABŞ dolları və 100.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanmışdır. Evin videomüşahidə kameralarına aid yaddaş aparatı və internet xətti kəsilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun bacısıdır. Onlar Rusiya Federasiyasında yaşadığından onların Bakı şəhərində yerləşən evlərinə ara-sıra usta Zahid baxmışdır. 27 yanvar 2021-ci il tarixdə usta Zahid bacısı Təranənin evinə gedərkən evin mətbəxinin plastik qapısının açıq olduğunu görüb içəri daxil olmuş və evdən oğurluq olmasını gördükdə bu barədə bacısı Təranəyə məlumat vermişdir. Həmin gün bacısı Təranə ona zəng edib bu barədə məlumat verib təcili olaraq Bakı şəhərinə yaşadığı evə gəlməsini bildirmişdir. O da tez Cəlilabad rayonundan çıxıb Bakı şəhərinə bacısı Təranənin evinə gəlmişdir. Bacısı Təranənin evinə gəldikdə Zahidin maşında əyləşib onu gözlədiyini görmüşdür. Onlar birlikdə evə daxil olmuşlar və o, həqiqətən evdən oğurluq olmasının şahidi olmuşdur. Daha sonra o, oğurluq olması barədə DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Sonradan məlum olmuşdur ki, evdən 70.000 ABŞ dolları və 100.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanmışdır. Evin videomüşahidə kameralarına aid yaddaş aparatı və internet xətti kəsilmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1, Şahid2 və X3 məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1, Şahid2 və X2 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 4-6-cı vərəqələrində olan “Baxış keçirilməsi barədə” 27 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, vətəndaş Şahid5 şikayət ərizəsi əsasında ünvan 7 ünvanında baş vermiş oğurluq hadisəsi ilə əlaqədar qeyd olunan ünvana baxış keçirilmişdir. Hadisə baş verən yaşayış evi 4 mərtəbədən ibarətdir. Yaşayış sahəsinə daxil olduqda evin 12 otaqdan ibarət olduğu müəyyən olundu. Yaşayış evinə baxış zamanı bütün otaqlarda olan əşyaların dağınıq vəziyyətdə olduğu müəyyən olundu. Cinayət işinin İ cildinin 88-89-cu vərəqələrində olan “Axtarış aparılması və götürmə haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanında axtarış aparıldı və yaşayış evinin otağında qapıdan sağ tərəfdə 1 ədəd iş üzrə əhəmiyyət kəsb edən “Braun” markalı ütü götürüldü. Cinayət işinin İ cildinin 146-147-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cərimə cəzası 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin İ cildinin 156-165-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(005)-131/2014 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3300 (üç min üç yüz) manat cərimə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə həbsdə saxlanıldığı 2 (iki) günün nəzərə alınması və ona təyin olunmuş cərimə cəzasının yüngülləşdirilərək, üzərində qəti olaraq 3000 (üç min) manat cərimə cəzasının saxlanılması hökm edilmişdir. Cinayət işinin İ cildinin 179-cu vərəqində olan “Axtarışda olan şəxsin tutulmasına dair” 19 fevral 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Hacıqabul şəhərində saxlanılaraq Nərimanov RPİ-nin 16-cı PB-nə gətirilmişdir. Cinayət işinin İ cildinin 207-208-ci vərəqələrində olan “Şübhəli şəxsin tutulması haqqında” 19 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 237-239-cu vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(005)-208/2021 nömrəli qərarından görünür ki, vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin 03 ay 04 gün həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 19 fevral 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 91-93-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2021-ci il tarixli, 9/862 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd İspaniya istehsalı olan “Braun” markalı, “Prostyle saphir Sİ 8595” modelli, 2300 watt, 95g/min xüsusiyyətli ütünün istifadədə olması nəzərə alınaraq orta bazar qiyməti 25,00 manat müəyyən edilmişdir. Cinayət işinin İİ cildinin 95-97-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2020-ci il tarixli, 9/1220 nömrəli rəyindən görünür ki, Aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində və mağazalarda mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilən tədqiqat obyektlərinin, 2021-ci ilin mart ayına, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: -1 ədəd sarı metaldan hazırlanmış, hündürlüyü 36sm, beş litr su tutumlu, xarici görünüşünə görə az istsmar olunmuş elektrik samovar 40,00 manat; -1 ədəd 24x18sm qabarit ölçülü nərd taxtası 30,00 manat; -1 ədəd xarici görünüşünə görə istsmar olunmuş idman kişi ayaqqabısı 20,00 manat; - 2 ədəd xarici görünüşünə görə istsmar olunmuş qadın idman ayaqqabıları 20,00 manat; -4 ədəd balaca ölçülü sarı metaldan təzə qaşıqlar 48,00 manat; -2 ədəd böyük ölçülü sarı metaldan təzə qaşqlar 30,00 manat; -1 ədəd üzərində “Glorgio Armani” markalanma yazıları olan, xarici görünüşünə görə uzun müddət istsmar olunmuş, 22x18sm qabarit ölçülü, süni dəridən tikilmiş, uzun qulplu qara rəngli kişi qol çantası, dəri cırılıb, sürtülüb, astarı cırılıb 10,00 manat; -1 ədəd qara üzərində markalanması olmayan, xarici görünüşünə görə istsmar olunmuş, 22x26sm qabarit ölçülü, təbii dəridən tikilmiş, uzun qulplu qara rəngli kişi qol çantası 30,00 manat; -1 ədəd qımızı rəngli qutuda olan, xarici görünüşünə görə istsmar olunmuş, gövdəsi sarı rəngli metaldan hazırlanmış qələm 40,00 manat; -1 ədəd qara rəngli qutuda olan, xarici görünüşünə görə istsmar olunmuş, gövdəsi ağ-qara rəngli metaldan hazırlanmış qələm 80,00 manat; -1 ədəd qutuda sarı metaldan, qulpu ağ farfordan təzə vilka 15,00 manat; -1 ədəd sarı metaldan təzə vilka 10,00 manat; -1 ədəd xarici görünüşünə görə istsmar olunmuş, 17x12sm qabarit ölçülü, süni dəridən tikilmiş, qara rəngli pul qabı 1,00 manat; -1 ədəd üzərində “made il Eqypt” markalanma yazıları olan, xarici görünüşünə görə istsmar olunmuş, 22x18sm qabarit ölçülü, oval formalı, ilan dərisinin naxışlarına oxşar süni dəridən tikilmiş, uzun qulplu aşıq qəhvəyi-boz rəngli qadın qol çantası 80,00 manat; -1 ədəd xarici görünüşünə görə istsmar olunmuş, 50x32x22sm qabarit ölçülü, oval formalı, zəncirbənd ilə bağlanan səyahət cemodanı 30,00 manat. Tədqiqata təqdim edilən 2 ədəd 190x200sm qabarit ölçülü tünd qəhvəyi rəngli kovrolit heyvan məşəlli dəridən fərdi qaydada hazırlandığından və onun qiyməti barədə Mərkəzdə məlumat olmadığından onların qiymətlərini müəyyən etmək mümkün olmadı. Cinayət işinin İV cildinin 12-13-cü vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, baxış obyekti ünvan 9 ünvanında yerləşən üç mərtəbəli fərdi yaşayış evidir. Həyətə giriş iki laylı dəmir darvazadan mümkündür. Baxış zamanı həmin evin birinci mərtəbəsində olan qonaq otağının pəncərəsinin üzərindəki dəmir barmaqlığı sınmış vəziyyətdədir. Evə daxil olduqda evin 7 otaq və bir mətbəxdən ibarət olduğu müşahidə olunur. Evin bütün otaqlarında əşyalar dağılmış vəziyyətdədir. Cinayət işinin Vİ cildinin 37-ci vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov tərəfindən imzalanmış 19 dekabr 2021-ci il tarixli, 3263 nömrəli Arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək saxlanılmış və xx.xx.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasında həbsdə saxlama müddəti qurtardığına görə müəssisə rəisinin protokoluna əsasən həbsdən azad olunub. Cinayət işinin Vİ cildinin 38-41-ci vərəqələrində olan “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətikmkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin Vİ cildinin 117-119-cu vərəqələrində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Salamzadə 69B ünvanında yerləşən həyət evidir. Həyət evinin həyətinə darvazadan və dəmir qapıdan giriş vardır. Ev daş hasarla hasarlanmışdır. Evin həyətinə daxil oldquqdan sonra həyətdə ağaclar və 2 mərtəbəli ev vardır. Evin 1-ci mərtəbəsindən zirzəmiyə giriş qapısı var. Həmin qapı dəmir qapıdır, heç bir iz yoxdur. Cinayət işinin Vİ cildinin 170-171-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli “Tutma Protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs 01 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin Vİ cildinin 195-ci vərəqində olan “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 02 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* saylı cinayət işi üzrə xx.xx.2021-ci il tarixli qərarla seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin seçilməsinin nəzərə alınması və onun saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin Vİ cildinin 198-230-cu vərəqələrində olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi, əməlin tövsif olunması, maddi sübut qismində tanınma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməsi və ona həmin maddələrdə nəzərdə tutulan yeni ittiham elan edilməsi, iş üzrə Təqsirləndirilən şəxs götürülmüş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 təhvil verilmiş 01 ədəd sarı metaldan eleklirik samovarı, 02 ədəd dəri kovralit, 01 ədəd balaca ölçülü nərd taxtası, 01 ədəd kişi ayaqqabısı, 02 ədəd qadın idman ayaqqabıları, 01 ədəd çomadan, 01 ədəd “Braun” markalı ütü, həmçinin Zərərçəkmiş şəxs1 təhvil verilmiş 02 ədəd suvenir canavar dəriləri, 01 ədəd suvenir təsbeh, 01 ədəd svarovski markalı və 01 ədəd “Dupont” markalı qələmlər, 05 ədəd qızılı rəngli çay qaşığı, 02 ədəd qızılı rəngli lmon çəngəli, 01 ədəd tutacaq yeri farfor çəngəl, 01 ədəd üzəri ilan dərisənə bənzər qadın çantası, 01 ədəd hematit daşları olan qadın boyunbağı, 01 ədəd oğlunun istifadə etdiyi üzərində “Galatasaray” yazısı olan qara idman çantası, 01 ədəd kəhrəba daşlardan düzəldilmiş boyunbağı-qolbaq və digər xırda bijuteriaların iş üzrə maddi sübut kimi tanınması və zərərçəkmiş şəxslərdə saxlanılmasının nəzərə alınması, iş üzrə Zərərçəkmiş şəxs3 məxsus bağ evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı hadisə yerindən götürülmüş 02 ədəd boz rəngli əlcəklərin maddi sübut kimi tanınması və saxlanılması üçün Nərimanov RPİ-nin Saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Oğurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və iki epizod üzrə vurulmuş zərərin ödənilməsinə cəhd etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o, əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, məhkəməyədək icraat zamanı həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - 01 ədəd sarı metaldan elektrik samovar, 02 ədəd dəri kovralit, 01 ədəd balaca ölçülü nərd taxtası, 01 ədəd kişi ayaqqabısı, 02 ədəd qadın idman ayaqqabıları, 01 ədəd çemodan, 01 ədəd “Braun” markalı ütünün zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan - 02 ədəd suvenir canavar dəriləri, 01 ədəd suvenir təsbeh, 01 ədəd svarovski markalı və 01 ədəd “Dupont” markalı qələmlər, 05 ədəd qızılı rəngli çay qaşığı, 02 ədəd qızılı rəngli lmon çəngəli, 01 ədəd tutacaq yeri farfor çəngəl, 01 ədəd üzəri ilan dərisənə bənzər qadın çantası, 01 ədəd hematit daşları olan qadın boyunbağı, 01 ədəd oğlunun istifadə etdiyi üzərində “Galatasaray” yazısı olan qara idman çantası, 01 ədəd kəhrəba daşlardan düzəldilmiş boyunbağı-qolbaq və digər xırda bijuteriaların Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs3 məxsus bağ evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı hadisə yerindən götürülmüş və saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş 02 ədəd boz rəngli əlcəklər məhv edilməlidir. Mülki iddiaya gəldikdə isə məhkəmə qeyd edir ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs3 mülki iddia verərək, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 10.000 (on min) manat maddi zərər, 120 manat isə ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 10.120 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, cinayət işi bitdikdən sonra ona dəymiş ziyanın 10000 manat olduğunu hesab edir. Belə ki, evin xarici ölkədə yaşayan sahibinin deməsinə görə, evdən oğurlanmış 01 ədəd elektrikli laqondanın və 01 ədəd direlin dəyəri 10000 manatdır. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» xx.xx.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Məhkəmə bu hissədə qeyd edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki iddiasında ona 10.000 manat məbləğində maddi zərərin vurulduğunu qeyd etmişdir. Cinayət işinin materiallarından isə aydın olur ki, Zərərçəkmiş şəxs3 cəmi 500 manat məbləğində ziyan vurulmaqla oğurluq törədilmişdir. Hazırki halda Zərərçəkmiş şəxs3 məhz iddia tələbində qeyd edilən olunan məbləğdə zərər vurulduğunu təsdiq edən zəruri sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 500 (beş yüz) manat vurulmuş maddi ziyanın əvəzi və dövlət rüsumunun iddianın təmin olunmasına mütənasib olan 6 (altı) manat hissəsi tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs3 ödənilməli, yerdə qalan dövlət rüsumu mülki iddiaçıya aid edilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutma altında və həbsdə saxlanıldığı 10 (on) ay 1 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - 01 ədəd sarı metaldan elektrik samovar, 02 ədəd dəri kovralit, 01 ədəd balaca ölçülü nərd taxtası, 01 ədəd kişi ayaqqabısı, 02 ədəd qadın idman ayaqqabıları, 01 ədəd çemodan, 01 ədəd “Braun” markalı ütünün zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan - 02 ədəd suvenir canavar dəriləri, 01 ədəd suvenir təsbeh, 01 ədəd svarovski markalı və 01 ədəd “Dupont” markalı qələmlər, 05 ədəd qızılı rəngli çay qaşığı, 02 ədəd qızılı rəngli lmon çəngəli, 01 ədəd tutacaq yeri farfor çəngəl, 01 ədəd üzəri ilan dərisənə bənzər qadın çantası, 01 ədəd hematit daşları olan qadın boyunbağı, 01 ədəd oğlunun istifadə etdiyi üzərində “Galatasaray” yazısı olan qara idman çantası, 01 ədəd kəhrəba daşlardan düzəldilmiş boyunbağı-qolbaq və digər xırda bijuteriaların Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs3 məxsus bağ evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı hadisə yerindən götürülmüş və saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş 02 ədəd boz rəngli əlcəklər məhv edilsin. İş üzrə ekspertiza xərci 125 (yüz iyirmi beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 500 (beş yüz) manat vurulmuş maddi ziyanın əvəzi və dövlət rüsumunun iddianın təmin olunmasına mütənasib olan 6 (altı) manat hissəsi tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs3 ödənilsin, yerdə qalan dövlət rüsumu mülki iddiaçıya aid edilsin, mülki iddia qalan hissədə təmin edilməsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar