Məhkəmə qərarları › İş №1(005)-31/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-31/2024

07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-31/2024 07.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 15 avqust 1995-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, "xxxx" MMC-nin təsisçisi və direktoru, "xxxx" MMC-nin Gömrük və Logistika şöbəsinin direktoru, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə gətməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə xx xxxxxx 1994-cü ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatı Baş Gömrük İdarəsində inspektor vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.1, 312-1.1 və 32.4, 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 3ni təmsilçisi Təqsirləndirilən şəxs1, əsas fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olmaqdan ibarət, əvvəllər barəsində cinayəthüquqi tədbirlər tətbiq edilməmiş, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs2 təhriki ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü, rəhbərlik etdiyi hüquqi şəxs və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxsin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi qeyrisinin təhriki ilə şəxsi niyyətlə bilə-bilə yalan məlumatları informasiya resursuna daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 14 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsində ********** nömrəli VÖEN-lə qeydiyyata alınan, hüquqi ünvanı ünvan 4ral 2019-cu il tarixdən təsisçisi olub, həmin tarixdən direktoru təyin edilməklə, həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən 14 fevral 2019-cu il tarixdə təsdiq edilmiş Cəmiyyətin Nizamnaməsinə əsasən, cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək, onun operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan cəmiyyətin adından öz səlahiyyətləri daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən, məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək, ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərarların vaxtında və lazımi qaydada icra olunmasını təmin etmək, öz səlahiyyətləri daxilində cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək (o cümlədən başqasına etibar etmək hüququ ilə), müvəkkil banklarda cəmiyyətin istənilən növ bank hesablarını açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqaviləsi bağlamaq, şərtlərini dəyişdirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, cəmiyyətin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, öz səlahiyyətləri da daxilində qərarlar qəbul etmək və həmin qərarları yazılı sürətdə əmrlə rəsmiləşdirmək və digər təşkilati-sərəncamverici səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi qohumluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs2 təhriki ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü, habelə təsis etməklə direktoru olduğu "xxxx" MMC və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni özünə müraciət etmiş Təqsirləndirilən şəxs2 yanında və rəhbəri olduğu Cəmiyyət üçün saxta nüfuz qazanmaq, eləcə də sonuncunun tanışı olan şəxslərin adlarına kredit rəsmiləşdirilməsinə kömək etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Təqsirləndirilən şəxs2 təhriki ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və adlarına kredit rəsmiləşdirilməsindən ötrü işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi üçün Təqsirləndirilən şəxs2 “İnstagram” sosial şəbəkəsi üzərindən reklam edilən “Faizə pul və kredit” səhifəsi vasitəsilə müraciət etmiş Şahid1 maddi vəziyyətinin yaxşı olmaması ilə əlaqədar ona kredit rəsmiləşdirilməsində köməklik etmək məqsədilə həmin şəxsin işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsinə dair 2022-ci ilin yanvar ayında özünə etdiyi müraciətlə əlaqədar onunla razılaşmaqla sövdələşib, Təqsirləndirilən şəxs2 təhriki əsasında sonuncuya müraciət etmiş Şahid1 guya 07 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə, ev 122, mənzil 91 ünvanında yerləşən "xxxx" MMC-yə gömrük işləri üzrə mütəxəssis vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə istifadəsində olan +**********65 nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 14 aprel 2022-ci il tarixdə "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə, ev 122, mənzil 91 ünvanında yerləşən ofisində istifadəsində olan kompüterdə daxil edib, həmin tarixli, xxxxxxx0003X0 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra Şahid1 tərəfindən Zərərçəkmiş şəxs ASC-yə ünvanlanmış müraciətə baxılması nəticəsində tərəflər arasında bağlanmış 14 aprel 2022-ci il tarixli, GTZK5067720A218 nömrəli kredit müqaviləsi əsasında 14 aprel 2022-ci il tarixdə Şahid1 5.075 (beş min yetmiş beş) manat məbləğində kredit ayrılmasına və məbləğin sonuncunun adına Zərərçəkmiş şəxs ASC-də olan 410100D**********218 nömrəli hesaba köçürülməklə həmin bankın Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 172 ünvanında yerləşən Bravo 3 filialının kassasından məxaric edilməsinə nail olmaqla, təkrarən, Təqsirləndirilən şəxs2 müraciət etmiş Şahid7 maddi vəziyyətinin yaxşı olmaması ilə əlaqədar ona kredit rəsmiləşdirilməsində köməklik etmək məqsədilə həmin şəxsin işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsinə dair 2022-ci ilin aprel ayının əvvəllərində özünə etdiyi müraciətlə əlaqədar onunla razılaşmaqla sövdələşib, Təqsirləndirilən şəxs2 təhriki əsasında sonuncuya müraciət etmiş Şahid7 guya 01 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə, ev 122, mənzil 91 ünvanında yerləşən "xxxx" MMC-yə mühasibat uçotu üzrə mütəxəssis vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə istifadəsində olan +**********65 nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 12 aprel 2022-ci il tarixdə "xxxx" MMCnin Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə, ev 122, mənzil 91 ünvanında yerləşən ofisində istifadəsində olan kompüterdə daxil edib, həmin tarixli, 6ESMVL4000501 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra Şahid7 tərəfindən Zərərçəkmiş şəxs ASCyə ünvanlanmış müraciətə baxılması nəticəsində tərəflər arasında bağlanmış 12 aprel 2022-ci il tarixli, GTZK5053771A218 nömrəli kredit müqaviləsi əsasında 12 aprel 2022-ci il tarixdə Şahid7 9.310 (doqquz min üç yüz on) manat məbləğində kredit ayrılmasına və məbləğin sonuncunun adına Zərərçəkmiş şəxs ASC-də olan 410100D**********218 nömrəli hesaba köçürülməklə həmin bankın Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 172 ünvanında yerləşən Bravo 3 filialının kassasından məxaric edilməsinə nail olmaqla, təkrarən Təqsirləndirilən şəxs2 cinayətdən xəbərsiz tanışı «Şahid6 vasitəsilə müraciət etmiş Şahid3 maddi vəziyyətinin yaxşı olmaması ilə əlaqədar ona kredit rəsmiləşdirilməsində köməklik etmək məqsədilə həmin şəxsin işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsinə dair 2022-ci ilin aprel ayının əvvəllərində özünə etdiyi müraciətlə əlaqədar onunla razılaşmaqla sövdələşib, Təqsirləndirilən şəxs2 təhriki əsasında sonuncuya müraciət etmiş Şahid3 guya 01 mart 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə, ev 122, mənzil 91 ünvanında yerləşən "xxxx" MMC-yə gömrük brokeri vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə istifadəsində olan +**********65 nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 13 aprel 2022-ci il tarixdə "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə, ev 122, mənzil 91 ünvanında yerləşən ofisində istifadəsində olan kompüterdə daxil edib, həmin tarixli, xxxxxxx000700 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra Şahid3 tərəfindən Zərərçəkmiş şəxs ASC-yə ünvanlanmış müraciətə baxılması nəticəsində tərəflər arasında bağlanmış 13 aprel 2022-ci il tarixli, GTZK5061236A218 nömrəli kredit müqaviləsi əsasında 13 aprel 2022-ci il tarixdə Şahid3 5.000 (beş min) manat məbləğində kredit ayrılmasına və məbləğin sonuncunun adına Zərərçəkmiş şəxs ASC-də olan 410100D**********218 nömrəli hesaba köçürülməklə həmin bankın Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 172 ünvanında yerləşən Bravo 3 filialının kassasından məxaric edilməsinə nail olmaqla təkrarən, Təqsirləndirilən şəxs2 müraciət etmiş Şahid5 maddi vəziyyətinin yaxşı olmaması ilə əlaqədar ona kredit rəsmiləşdirilməsində köməklik etmək məqsədilə həmin şəxsin işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsinə dair 2022-ci ilin aprel ayının əvvəllərində özünə etdiyi müraciətlə əlaqədar onunla razılaşmaqla sövdələşib, Təqsirləndirilən şəxs2 təhriki əsasında sonuncuya müraciət etmiş Şahid5 guya 01 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə, ev 122, mənzil 91 ünvanında yerləşən "xxxx" MMC-yə menecer vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə istifadəsində olan +994 ********* nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 14 aprel 2022-ci il tarixdə "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə, ev 122, mənzil 91 ünvanında yerləşən ofisində istifadəsində olan kompüterdə daxil edib, həmin tarixli, 5GD66BA000400 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra Şahid5 tərəfindən Zərərçəkmiş şəxs ASC-yə ünvanlanmış müraciətə baxılması nəticəsində tərəflər arasında bağlanmış 15 aprel 2022-ci il tarixli, GTZK5070870A218 nömrəli kredit müqaviləsi əsasında 15 aprel 2022-ci il tarixdə Şahid5 4.750 (dörd min yeddi yüz əlli) manat məbləğində kredit ayrılmasına və məbləğin sonuncunun adına Zərərçəkmiş şəxs ASC-də olan 410100D**********218 nömrəli hesaba köçürülməklə həmin bankın Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 172 ünvanında yerləşən Bravo 3 filialının kassasından məxaric edilməsinə nail olmaqla, təkrarən, Təqsirləndirilən şəxs2 cinayətdən xəbərsiz tanışı Şahid4 vasitəsilə müraciət etmiş Şahid2 maddi vəziyyətinin yaxşı olmaması ilə əlaqədar ona kredit rəsmiləşdirilməsində köməklik etmək məqsədilə həmin şəxsin işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsinə dair 2022-ci ilin aprel ayının əvvəllərində özünə etdiyi müraciətlə əlaqədar onunla razılaşmaqla sövdələşib, Təqsirləndirilən şəxs2 təhriki əsasında sonuncuya müraciət etmiş Şahid2 guya 15 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə, ev 122, mənzil 91 ünvanında yerləşən "xxxx" MMC-yə gömrük işləri üzrə mütəxəssis vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə istifadəsində olan +994 ********* nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 15 aprel 2022-ci il tarixdə "xxxx" MMCnin Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə, ev 122, mənzil 91 ünvanında yerləşən ofisində istifadəsində olan kompüterdə daxil edib, həmin tarixli, xxxxxxx0C0300 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra Şahid2 tərəfindən Zərərçəkmiş şəxs ASCyə ünvanlanmış müraciətə baxılması nəticəsində tərəflər arasında bağlanmış 15 aprel 2022-ci il tarixli, GTZK5072590A109 nömrəli kredit müqaviləsi əsasında 15 aprel 2022-ci il tarixdə Şahid2 4.050 (dörd min əlli) manat məbləğində kredit ayrılmasına və məbləğin sonuncunun adına Zərərçəkmiş şəxs ASC-də olan 410100D**********259 nömrəli hesaba köçürülməklə həmin bankın ünvan 6 ünvanında yerəşən Nərimanov rayon filialının kassasından məxaric edilməsinə nail olmaqla, ümumilikdə qeyd edilən qaydada cəmi 5 nəfərin 28.185 manat (iyirmi səkkiz min yüz səksən beş) manat məbləğində kredit almasına şərait yaratmaqla, Zərərçəkmiş şəxs ASC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə bilə-bilə yalan məlumatları informasiya resursuna daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs2 vəzifəli şəxs Təqsirləndirilən şəxs1 xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxsin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təkrarən təhrik etmiş, vəzifəli şəxs Təqsirləndirilən şəxs1 şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətməyə təkrarən təhrik etmiş, öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün dolayı yolla şəxsən maddi neməti istəyərək almaqla vəzifəli şəxsin qərarına təkrarən qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Belə ki, o, adına Zərərçəkmiş şəxs ASC-dən kredit rəsmiləşdirilməsindən ötrü işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2022-ci ilin yanvar ayında “İnstagram” sosial şəbəkəsi üzərindən reklam edilən “Faizə pul və kredit” səhifəsi vasitəsilə özünə müraciət edən Şahid1 ilə aralarında olan telefon danışıqları zamanı sonuncuya özünün təşkilati-sərəncamverici səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs olan 14 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsində ********** nömrəli VÖEN-lə qeydiyyata alınaraq əsas fəaliyyət istiqaməti gömrük brokerləri, gömrük daşıyıcısı, gömrük ərazisində malların emalı və gömrük ərazisindən kənarda malların emalı olan "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs1 tanışı olması ilə əlaqədar sonuncu ilə aralarındakı münasibətə əsasən, həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxs olan Təqsirləndirilən şəxs1 Şahid1 işləmədiyi halda onun adını rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə işçi kimi daxil etməsinə dair qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, bunun üçün aralarında olan danışıqlar zamanı Şahid1 özü üçün dolayı yolla, yəni ayrılacaq 5.000 (beş min) manat kredit üzrə maddi nemət qismində alacağı pul vəsaitindən 2.000 (iki min) manat məbləğini şəxsən istəyib, Şahid1 razılığını aldıqdan sonra cinayətkar niyyətini davam edərək, 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs1 müraciət edib Şahid1 adını işləmədiyi halda asan imza vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə işçi kimi daxil etməsini, buna görə Şahid1 kredit təyin edildikdən sonra bank hesabına köçürülən 2.000 (iki min) manat təşkil edən pul vəsaitini istəməsini ondan gizlətməklə, bildirməsinə əsasən, Təqsirləndirilən şəxs1 razılığını almaqla onunla sövdələşib, təhriki əsasında sonuncu xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan Şahid1 guya 07 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə, ev 122, mənzil 91 ünvanında yerləşən "xxxx" MMC-yə gömrük işləri üzrə mütəxəssis vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları istifadəsində olan +**********65 nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 14 aprel 2022-ci il tarixdə "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə, ev 122, mənzil 91 ünvanında yerləşən ofisində istifadəsində olan kompüterdə daxil edib, Şahid1 aid həmin tarixli, xxxxxxx0003X0 nömrəli əmək müqaviləsi bildirişin əldə edilməsindən sonra Şahid1 tərəfindən Zərərçəkmiş şəxs ASC-yə ünvanlanmış müraciətə baxılması nəticəsində tərəflər arasında bağlanmış 14 aprel 2022-ci il tarixli, GTZK5067720A218 nömrəli kredit müqaviləsi əsasında 14 aprel 2022-ci il tarixdə Şahid1 5.075 (beş min yətmiş beş) manat məbləğində kredit ayrılmasına, məbləğin sonuncunun adına Zərərçəkmiş şəxs ASC-də olan 410100D**********218 nömrəli hesaba köçürülməsinə və Şahid1 tərəfindən 14 aprel 2022-ci il tarixdə həmin bankın Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 172 ünvanında yerləşən Bravo 3 filialının kassasından məxaric edildikdən sonra əvvəlcədən sövdələşib razılaşdıqları qaydada həmin tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 172 ünvanında Şahid1 2.000 (iki min) manat pul vəsaitini cinayətdən xəbərsiz istintaqla şəxsiyyəti müəyyən edilməyən tanışı vasitəsilə əldə edib şəxsi ehtiyaclarına sərf edərək, təkrarən, "Kapital Bank” ASC-dən kredit rəsmləşdirilməsindən ötrü işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2022-ci ilin aprel ayında özünə müraciət etmiş X2 həqiq təsir imkanlarından istifadə edərək vəzifəli şəxs olan Təqsirləndirilən şəxs1 Şahid7 işləmədiyi halda onun adını rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə işçi kimi daxil etməsinə dair qərarına qanunsuz təsir etmək imkanına malik olmasını aralarında olan telefon danışıqları zamanı bildirib, sonuncudan özü üçün dolayı yolla, yəni ayrılacaq 9.310 (doqquz min üç yüz on) manat kredit üzrə maddi nemət qismində alacağı pul vəsaitindən 4.000 (dörd min) manat məbləğini şəxsən istəyib, Şahid7 razılığını aldıqdan sonra cinayətkar niyyətini davam edərək, 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs1 müraciət edib Şahid7 adını işləmədiyi halda asan imza vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə işçi kimi daxil etməsini, buna görə Şahid7 kredit təyin edildikdən sonra bank hesabına köçürülən 4.000 (dörd min) manat təşkil edən pul vəsaitini istəməsini ondan gizlətməklə, bildirməsinə əsasən, Təqsirləndirilən şəxs1 razılığını almaqla onunla sövdələşib, təhriki əsasında sonuncu xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan Şahid7 guya 01 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə, ev 122, mənzil 91 ünvanında yerləşən “N BROKER" MMC-yə mühasibat uçotu üzrə mütəxəssis vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları istifadəsində olan +994 ********* nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 12 aprel 2022-ci il tarixdə "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə, ev 122, mənzil 91 ünvanında yerləşən ofisində istifadəsində olan kompüterdə daxil edib, həmin tarixli, 6ESMVL4000501 nömrəli əmək müqaviləsi bildirişinin əldə edilməsindən sonra Şahid7 tərəfindən Zərərçəkmiş şəxs ASC-yə ünvanlanmış müraciətə baxılması nəticəsində tərəflər arasında bağlanmış 12 aprel 2022-ci il tarixli, GTZK5053771A218 nömrəli kredit müqaviləsi əsasında 12 aprel 2022-ci il tarixdə Şahid7 9.310 (doqquz min üç yüz on) manat məbləğində Kredit ayrılmasına, məbləğin sonuncunun adına Zərərçəkmiş şəxs ASC-də olan 410100D**********218 nömrəli hesaba köçürülməsinə və Şahid7 tərəfindən 12 aprel 2022-ci il tarixdə həmin bankın Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 172 ünvanında yerləşən Bravo 3 filialının kassasından məxaric edildikdən sonra əvvəlcədən sövdələşib razılaşdıqları qaydada həmin tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 172 ünvanında Şahid7 4.000 (dörd min) manat pul vəsaitini şəxsən əldə edib şəxsi ehtiyaclarına sərf edərək, təkrarən, Zərərçəkmiş şəxs ASC-dən kredit rəsmləşdirilməsindən ötrü işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2022-ci ilin aprel ayında özünə müraciət etmiş Şahid5 həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxs olan Təqsirləndirilən şəxs1 Əlizadə \/üsal Zöhrab oğlu işləmədiyi halda onun adını rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mücafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə işçi kimi daxil etməsinə dair qərarına qanunsuz təsir etmək imkanına malik olmasını aralarında olan danışıqlar zamanı bildirib, Şahid5 özü üçün dolayı yolla, yəni ayrılacaq 4.750 (dörd min yeddi yüz əlli) manat kredit üzrə maddi nemət qismində alacağı pul vəsaitindən 1.800 (min səkkiz yüz) manat məbləğini şəxsən istəyib, Şahid5 razılığını aldıqdan sonra cinayətkar niyyətini davam edərək, 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs1 müraciət edib Şahid5 adını işləmədiyi halda asan imza vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə işçi kimi daxil etməsini, buna görə Şahid5 kredit təyin edildikdən sonra bank hesabına köçürülən 1.800 (min səkkiz yüz) manat təşkil edən pul vəsaitini istəməsini ondan gizlətməklə, bildirməsinə əsasən, Təqsirləndirilən şəxs1 razılığını almaqla onunla sövdələşib, təhriki əsasında sonuncu xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqavi əsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan Şahid5 guya 01 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə, ev 122, mənzil 91 ünvanında yerləşən "xxxx" MMC-yə gömrük işləri üzrə menecer vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları istifadəsində olan +994 ********* nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 14 aprel 2022-ci il tarixdə "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə, ev 122, mənzil 91 ünvanında yerləşən ofisində istifadəsində olan kompüterdə daxil edib, Şahid5 aid həmin tarixli, 5GD66BA0004X0 nömrəli əmək müqaviləsi bildirişin əldə edilməsindən sonra Şahid5 tərəfindən “Kapital Bank" ASC-yə ünvanlanmış müraciətə baxılması nəticəsində tərəflər arasında bağlanmış 14 aprel 2022-ci il tarixli, GTZK5070870A218 nömrəli kredit müqaviləsi əsasında 15 aprel 2022-ci il tarixdə Şahid5 4.750 (dörd min yeddi yüz əlli) manat məbləğində kredit ayrılmasına, məbləğin sonuncunun adına Zərərçəkmiş şəxs ASC-də olan 410100D**********218 nömrəli hesaba köçürülməsinə və Şahid5 tərəfindən 15 aprel 2022-ci il tarixdə həmin bankın Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 172 ünvanında yerləşən Bravo 3 filialının kassasından məxaric edildikdən sonra əvvəlcədən sövdələşib razılaşdıqları qaydada həmin tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 172 ünvanında Şahid5 1.800 (bir min səkkiz yüz) manat pul vəsaitini cinayətdən xəbərsiz istintaqla şəxsiyyəti müəyyən edilməyən tanışı vasitəsilə əldə edib şəxsi ehtiyaclarına sərf edərək, təkrarən, tanışı Şahid2 adına Zərərçəkmiş şəxs ASCdən kredit rəsmləşdirilməsindən ötrü işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2022-ci ilin aprel ayında özünə müraciət etmiş Şahid4 həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxs olan Təqsirləndirilən şəxs1 Şahid2 işləmədiyi halda onun adını rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə işçi kimi daxil etməsinə dair qərarına qanunsuz təsir etmək imkanına malik olmasını Şahid2 cinayətdən xəbərsiz tanışı Şahid4 ilə aralarında olan telefon danışıqları zamanı bildirib, sonuncudan özü üçün dolayı yolla, yəni Şahid2 ayrılacaq 4.050 (dörd min əlli) manat kredit üzrə maddi nemət qismində alacağı pul vəsaitindən 1.700 (bir min yeddi yüz) manat məbləğini şəxsən istəyib, cinayətdən xəbərsiz Şahid4 vasitəsilə Şahid2 razılığını aldıqdan sonra cinayətkar niyyətini davam edərək, 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs1 müraciət edib Şahid2 adını işləmədiyi halda asan imza vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə işçi kimi daxil etməsini, buna görə Şahid2 kredit təyin edildikdən sonra bank hesabına köçürülən 1.700 (bir min yeddi yüz) manat təşkil edən pul vəsaitini Şahid4 istəməsini ondan gizlətməklə, bildirməsinə əsasən, Təqsirləndirilən şəxs1 razılığını almaqla onunla sövdələşib, təhriki əsasında sonuncu xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan Şahid2 guya 15 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə, ev 122, mənzil 91 ünvanında yerləşən "xxxx" MMC-yə gömrük işləri üzrə mütəxəssis vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları istifadəsində olan +**********65 nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 15 aprel 2022-ci il tarixdə "xxxx" MMCnin Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə, ev 122, mənzil 91 ünvanında yerləşən ofisində istifadəsində olan kompüterdə daxil edib, həmin tarixli, xxxxxxx000300 nömrəli əmək müqaviləsi bildirişinin əldə edilməsindən sonra Şahid2 tərəfindən Zərərçəkmiş şəxs ASC-yə ünvanlanmış müraciətə baxılması nəticəsində tərəflər arasında bağlanmış 15 aprel 2022-ci il tarixli, GTZK5072590A109 nömrəli kredit müqaviləsi əsasında 15 aprel 2022-ci il tarixdə Şahid2 4.050 (dörd min əlli) manat məbləğində kredit ayrılmasına, məbləğin sonuncunun adına Zərərçəkmiş şəxs ASC-də olan 410100D**********259 nömrəli hesaba köçürülməsirə və Şahid2 tərəfindən 15 aprel 2022-ci il tarixdə həmin bankın ünvan 6 ünvanında yerləşən Nərimanov rayon filialının kassasından məxaric edildikdən sonra cinayətdən xəbərsiz Şahid4 ilə əvvəlcədən sövdələşib razılaşdıqları qaydada həmin tarixdə ünvan 6 ünvanında Şahid4 1.700 (min yeddi yüz) manat pul vəsaitini cinayətdən xəbərsiz istintaqla şəxsiyyəti müəyyən edilməyən tanışı vasitəsilə əldə edib şəxsi ehtiyaclarına sərf edərək, təkrarən həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxs olan Təqsirləndirilən şəxs1 qərarına təkrarən qanunsuz təsir göstərmiş (nüfuz alveri etmiş), həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ASC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və vəzifəli şəxs kimi informasiya resursuna bilə-bilə yalan məlumatları vahid şəxsi niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığına təkrarən təhrik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 14 fevral 2019-cu il tarixdə Vergilər Nazirliyindən qeydiyyatdan keçirərək “N BROKER" MMC-ni təsis etmişdir. Cəmiyyətin təsisçisi və direktoru özüdür. Cəmiyyət ********** nömrəli VÖEN-lə fəaliyyət göstərmişdir. Cəmiyyətin fəaliyyəti idxal, ixrac əməliyyatları, ölkə daxilinə idxal edilmiş məhsulların gömrük bəyannaməsinin tərtib edilməsi, eyni zamanda broker xidmətinin təşkil edilməsindən və həmin malların logistikasından ibarətdir. 2022-ci ilin aprel ayının əvvəllərində qohumu Təqsirləndirilən şəxs2 ona müraciət edərək bir neçə tanışının broker xidməti göstərməsi üçün ixtisas attestatının alınmasından ötrü imtahan verməli olduqlarını bildirmiş və buna görə müvəqqəti olaraq işçi kimi həmin şəxslərin təsisçisi olduğu "xxxx" MMC-də işçi kimi qeydiyyata almağı xahiş etmişdir. O, Elməddinin xahişini nəzərə alaraq mühasibə bu barədə tapşırıq vermişdir ki, Elməddinin dediyi adamları müvəqqəti olaraq "xxxx" MMC-də işçi kimi qeydiyyata aldırsın. Lakin həmin şəxslər faktiki olaraq cəmiyyətdə işləməmişlər və əmək haqqı almamışlar. Şahid1, Şahid7, Şahid3, Şahid5, Şahid2 yalnız Şahid7 faktiki olaraq onun işçisi olmuş və Ceyhun bir neçə ay cəmiyyətdə işləmişdir. Elməddinin həmin şəxslərin adına kredit rəsmiləşdirməsi barədə heç bir məlumatı olmamışdır. Bu barədə yalnız Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət edildikdən sonra məlumatı olmuşdur. Əmisi oğlu Şahid7 kredit götürməsi barədə Zərərçəkmiş şəxs ASC-dən yalnız iyul ayının sonu zəng gəldikdə məlumatı olmuşdur. Adlarına Zərərçəkmiş şəxs ASC-dən kredit rəsmiləşdirilən Şahid1, Şahid3, Şahid5, Şahid2 tanımır və onların Zərərçəkmiş şəxs ASC-dən kredit götürməsindən məlumatı olmamışdır. O, yalnız qohumu Elməddinin xahişi ilə qeyd olunan şəxslərlə əmək müqaviləsi bağlayaraq onları "xxxx" MMC-yə işə qəbul etmişdir. Həmin şəxsləri işə qəbul etmək üçün heç kimdən, o cümlədən Elməddindən pul və ya digər maddi nemət istəməmiş və almamışdır. Həmin şəxsləri Elməddinin xahişi ilə işə qəbul etmiş, onların "Kapital Bank” ASC-dən kredit götürəcəkləri barədə məlumatı olmamışdır. Elməddin ona həmin şəxslərin özünün yaxın tanışları olduğunu bildirmiş və onların "xxxx" MMC-yə işçi kimi qeyd olunmasını xahiş etmişdir. Elməddin həmin şəxslərin gömrük orqanında keçirilən imtahanda iştirak etmələri üçün adlarının hansısa şirkətdə işə yazılmasını bildirdiyi üçün o, Elməddinin xahişini qəbul edib göstərilən şəxslərin adlarını işçi kimi “N BROKER" MMC-yə qeyd etdirmişdir. Sonda Təqsirləndirilən şəxs1 ona və təmsil etdiyi hüquqi şəxsə qarşı irəli sürülmüş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.4,308.1, 312-1.1 və 32.4,313-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, "xxxx" MMCnin direktoru Təqsirləndirilən şəxs1 onun doğma bibisi oğludur. O, Yusifdən kiminsə adını "xxxx" MMC-də işçi kimi qeydiyyata almasını xahiş etməmişdir. Şahid7 ifadəsində qeyd etdikləri yalandır. Şahid7 kredit düzəltməmiş və ondan hər hansı məbləğdə pul almamışdır. Şahid7 ona şəxsiyyət vəsiqəsinin şəklini göndərməmiş və Ceyhunun işə qəbul edilməsi üçün Yusifdən hər hansı bir xahiş etməmişdir. Şahid1, Şahid2, Şahid4 və Şahid5 tanımır. “İnstaqram” sosial şəbəkəsində “Faiza pul və kredit” səhifəsi ona aid olmamış və həmin səhifənin kimə məxsus olmasını bilmir. ***-***-**-** mobil nömrə onun istifadəsində olmuşdur. Lakin Şahid1, Şahid2, Şahid4 və Şahid5 ilə hər hansı telefon və digər danışığı olmamışdır. Həmin şəxslərin adına kredit rəsmiləşdirilməsinə köməklik etməmiş, onlardan bilavasitə və ya dolayı yolla hər hansı məbləğdə pul istəməmiş və almamışdır. Həmin şəxslərlə hər hansı bir əlaqəsi və ünsiyyəti olmamışdır. Şahid1, Şahid2, X4 və Şahid5 ona şəxsiyyət vəsiqəsinin və ya ona aid olan hər hansı digər sənədin şəklini göndərməmiş, o, həmin şəxslərin "xxxx" MMC-də işə qəbul edilməsi üçün Yusifdən və hər hansı digər şəxsdən xahiş etməmişdir. Həmçinin o, Təqsirləndirilən şəxs1 "xxxx" MMC-yə işçi kimi hansısa şəxsi qəbul etməyini xahiş etməmişdir. Sonda Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ASC-nin Hüquq və komplayens idarəsinin Fraud və dələduzluğa qarşı mübarizə şöbəsi tərəfindən aparılmış monitorinq zamanı bir neçə özəl müəssisə əməkdaşlarına verilmiş kreditlərdə şübhəli hallar aşkarlanmışdır. Belə ki, özəl müəssisələr bankdan kredit əldə etmək istəyən şəxs və ya şəxsləri keçmiş tarix ilə işə götürüb və kredit əldə etdikdən sonra işdən azad etmələri barəsində əsaslı şübhələr yaranmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin işçiləri Şahid1, Şahid7, Şahid3, Şahid5 və Şahid2 Zərərçəkmiş şəxs ASC-dən kredit götürmüşlər. Sonda Nümayəndə1 təqsirləndirilən şəxslərdən şikayətçi olduqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanımır. Təxminən 4 il tanıdığı Rauf adlı şəxs ona müraciət edərək uşağının xəstə olduğunu bildirmiş və ona köməklik etməyini xahiş etmişdir. O, avtomobil ustasıdır və Raufun avtomobilini təmir edərək onunla tanış olmuşdur. Raufla yaxın münasibəti olmuş və bir birinə etibar etmişlər. Rauf ona əvvəllər "xxxx" ASC-də işlədiyini və hal-hazırda işsiz olduğunu demişdir. Rauf uşağının xəstə olduğunu bildirdikdə dost kimi ona köməklik etməyə özünü borclu hiss etmişdir. Rauf onun adına Zərərçəkmiş şəxs ASCdən 3.000 manat kredit götürərək ona verməyini və krediti ayba ay özü ödəyəcəyini və hətda hər ay 1.000 manat ödəyərək krediti tez bir zamanda bağlayacağını bildirmişdir. Yaxın münasibəti olduğu üçün Raufa kömək eıtmək qərarına gəlmişdir. Hətta o, Raufa rəsmi iş yeri olmadığını və ona kreditin verilmədiyini demişdir. Rauf ona bütün sənədləşmə işini özü həll edəcəyini və yalnız banka gedərək müvafiq sənədlərə imza atdıqdan sonra 3.000 manat kreditin ona veriləcəyini bildirmişdir. O, Raufla razılaşdıqdan sonra xx.xx.2022-ci il tarixdə Raufla bir yerdə sonuncuya məxsus “Sonata” markalı avtomobil ilə Zərərçəkmiş şəxs ASC-nin Koroğlu Metrostansiyasının yaxınlığında “Bravo” Supermarketin üzərində olan fiialına getmişdir. Filiala daxil olduqdan sonra kredit mütəxəssisinə yaxınlaşmış, adını bilmədiyi kredit mütəxəssisi kredit götürməyi üçün ondan əmək haqqı kartını istəmişdir. O, həmin şəxsə rəsmi qaydada heç bir yerdə işləmədiyini bildirərək əmək haqqı kartının olmadığını demişdir. Bundan sonra həmin şəxs ona kredit verilməyəcəyini bildirmişdir. Daha sonra o, filialın içərisində onu gözləyən Raufa yaxınlaşmış və kredit mütəxəssisinin ona kredit düşmədiyi barədə dediklərini Raufa demişdir. Rauf həmin filialın adı yadında qalmayan müdirinin xidməti otağına getmək istəsə də müdir orada olmadığı üçün ona zəng etmişdir. Həmin şəxs sabah işdə olacağını və filala yaxınlaşmaqlarını Raufa bildirmişdir. xx.xx.2022-ci il tarixdə yenidən Raufla bir yerdə sonuncuya məxsus avtomobil ilə Zərərçəkmiş şəxs ASC-nin Koroğlu Metrostansiyasının yaxınlığında “Bravo” Supermarketin üzərində olan filialına getmişlər. Filiala daxil olduğu zaman Raufla dərhal filial müdürünün xidməti otağına yaxınlaşmışlar. O, qapıda dayanmış və Rauf otağa daxil olmuşdur. Rauf filial müdiri ilə çox səmimi şəkildə görüşmüşdür. Daha sonra Rauf otaqdan çıxaraq işi həll etdiyini, səhv etmirsə 1-ci masada olan kredit mütəxəssisinə yaxınlaşmağını bildirmişdir. O, Raufla birlikdə həmin adını bilmədiyi kredit mütəxəssisinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Daha sonra filial müdiri kredit mütəxəssisini yanına çağırmışdır. Həmin zaman Rauf istifadə etdiyi telefonu ona verməyini bildirmiş və mobil telefonu götürərək özünə məxsus digər yadında qalmayan nömrəni telefona yazmış və adını Qabil kimi qeyd etmişdir. Həmçinin Rauf ona bildirmişcir ki, kredit mütəxəssisi soruşduğu zaman mübasibin Qabil adlı şəxs olduğunu desin və qeyd etdiyi mobil nömrəni ona təqdim etsin. O, bunun səbəbini Raufdan soruşmamışdır. Bir qədər sonra kredit mütəxəssisi gələrək sənədləşmə işlərini tamamlamış və o, yadında qalmayan və tanış olmadığı sənədlərə imza etdikdən sonra bank tərəfindən ona 5.000 manat kredit verilmişdir. O, ilk öncə kredit götürmək üçün banka gəldiyi zaman məqsəd 3.000 manat kredit götürmək olmuşdur. Lakin Rauf filial müdiri ilə danışdıqdan sonra ona 5.000 manat kredit verilmişdir. Həmçinin həmin vaxt Rauf ona həyat yoldaşının da xəstə olduğunu və buna görə 5.000 manat kredit götürərək ona verməklə köməklik etməyini xahiş etmişdir. O, filialın kassasından 5.000 manat krediti götürdükdən sonra Raufla birlikdə sonuncuya məxsus avtomobil ilə onun Babək prospektində, ‘‘Okean" avtosalonu ilə üzbəüz yerləşən iş yerinə gəlmişlər. Orada o, 5.000 manatı Raufa təqdim etmişdir. Həmçinin Raufa 500 manat borcu olduğunu, həmin puldan 500 manatı ona verməsini və 5.000 manat kreditdən 500 manatı onun tərəfindən ödəniləcəyini bildirmişdir. Rauf 5.000 manat puldan 560 manat sayaraq ona vermişdir. O, Raufa götırülən krediti vaxtı-vaxtında ödəməsini xahiş etmiş və kreditə görə onu heç kimin narahat etməməsini bildirmişdir. Rauf ona narahat olmamağını və götürülən krediti tez bir zamanda ödəyib bağlayacağını bildirmişdir. O, götürdüyü 500 manat pulu 4-5 ay ərzində 100 və 200 manat ödəyərək təxminən 800-900 manat banka ödəniş etmişdir. Geridə qalan kredit məbləğini də Raufun ödədiyinə arxayın olmuşdur. Lakin bir müddət sonra bankdan ona zəng olunaraq adına olan kreditin ödənilmədiyini bildirmişlər. O, dərhal Raufla əlaqə saxlamış və krediti ödəməməsinin səbəbini soruşmuşdur. Rauf yalandan ona krediti vaxtıvaxtında ödədiyini və son ayda ödəyə bilmədiyi üçün bankdan zəng olunduğunu bildirmişdir. Daha sonra o, kreditin ödənilib-ödənilməməsi ilə bağlı bankla əlaqə saxlamışdır. Bankdan ona ödədiyi puldan başqa digər ödənişlərin olmadığı bildirilmişdir. Bundan sonra Raufun onu aldatdığını başa düşmüş və Raufla əlaqə yaradaraq krediti ödəməsini bildirmişdir. Rauf hər dəfəsində krediti ödəyəcəyini bildirsə də heç bir ödəniş etməmişdir. Ona kredit ayrılmasında sənədləşmə işlərini Rauf həll etmişdir. O, yalnız banka şəxsiyyət vəsiqəsini təqdim etmiş, müvafiq kredit sənədlərinə imza edərək kredit əldə etmiş və həmin pul vəsaitini Raufa vermişdir. "xxxx" MMC-nin işçisi olmamış və həmin cəmiyyətdə heç bir iş yerinə yetirməmişdir. "xxxx" MMC ilə heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımır, onlarla əlaqəsi olmamışdır. Həmçinin Şahid7, Şahid1, Şahid5 və Şahid2 tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs1 tanımır. Təxminən 2022-ci ilin aprel ayında anasının gözündən kritik əməliyyat olunması zərurəti olmuş, həmin əməliyyatın qiyməti 4.000 manat olmuşdur. Özündə pul olmadığı üçün bankdan kredit götürmək qərarına gəlmişdir. Bunun üçün müxtəlif banklara müraciət etsə də rəsmi iş yeri olmadığı üçün ona kredit verilməmişdir. Təxminən 2022-ci ilin aprel ayında “İnstaqram” sosial şəbəkəsində “Faiza pul və kredit” səhifəsinə rast gəlmişdir. Həmin səhifəyə kredit əldə etməyi üçün ona köməklik edilməsi barədə müraciət etmişdir. Daha sonra həmin ünvandan ona müsbət cavab verilmiş və kredit almağına köməklik ediləcəyi bildirilmişdir. Həmin səhifədən ona cavab yazan şəxs Elməddin adlı oğlan olmuşdur. Elməddin istifadəsində “Whatsapp” tətbiqi olan ***-***-**-** nömrəsini vermiş və bildirmişdir ki, həmin nömrənin “Whatsapp” tətbiqinə şəxsiyyət vəsiqəsinin şəklini göndərsin. Həmçinin Elməddin ondan nə qədər kreditə ehtiyacının olduğunu soruşmuşdur. O, Elməddinə 5.000 manat kreditə ehtiyacının olduğunu bildirdikdən sonra Elməddin ona bildirmişdir ki, kredit ayrılmasında köməklik edəcəksə həmin 5.000 manatdan 1.800 manatını ona verməlidir. Anasının əməliyyat olunması üçün Elməddindən ona 5.000 manat kredit ayrılmasında köməklik etməsini və 5.000 manatdan 1800 manat pul vəsaitini Elməddinə verəcəyini bildirmişdir. Onların danışıqları “Whatsapp” tətbiqi vasitəsilə olmuşdur. O, Elməddinə şəxsiyyət vəsiqəsinin şəklini göndərdikdən bir gün sonra Elməddin onunla əlaqə saxlamış və 2022-ci ilin aprel ayının xatırlamadığı tarixində "Kapital Bank” ASC-nin “Koroğlu” Metro Stansiyası yaxınlığında yerləşən “Bravo” Supermarketin 2-ci mərtəbəsində yerləşən filialına getməyini, orada şəxsiyyət vəsiqəsini təqdim etməyini və bundan sonra ona 5.000 manat kredit veriləcəyini bildirmişdir. O, həmin tarixdə Elməddinin dediyi filiala getmişdir. Həmin vaxtı orada Elməddin tərəfindən göndərilən adını xatırlamadığı oğlan da olmuşdur. Həmin oğlan filialın yaxınlığında onu qarşılamış və Elməddin tərəfindən göndərildiyini, Elməddinin qohumu olduğunu bildirmişdir. O, filiala daxil olub növbə götürmüşdür. Növbəsi çatdıqdan sonra kredit mütəxəssisi onu qəbul etmişdir. O, həmin şəxsə şəxsiyyət vəsiqəsini təqdim etmiş və 5.000 manat kredit götürmək istədiyini bildirmişdir. Kredit mütəxəsisi ona bir neçə sual vermiş və o, sualları cavablandırdıqdan sonra imza etməyi üçün ona müvafiq sənədlər vermişdir. Sənədləri imza etdikdən sonra ona 4.750 manat kredit verilmişdir. Həmin pul vəsaitini filialın kassasından götürdükdən sonra filialdan çıxmış yə filialın yaxınlığında Elməddinlə əvvəlcədən razılaşdığı qaydada 1.800 manat pul vəsaitini Elməddinin göndərdiyi şəxsə təqdim etmiş və bu barədə Elməddinə məlumat vermişdir. Həmin şəxsin adı yadında deyil və həmçinin həmin vaxt qeyd olunan şəxs adını ona bildirməmişdir. Həmin şəxs 157 sm boylarında, qara oğlan olmuş və təxminən 25 yaşlarında olmuşdur. O, Elməddinin qohumu olduğunu desə də adını ona deməmişdir. Krediti götürdükdən sonra kreditin aylığı 147 manat təşkil etmişdir. Elməddin ona ayba ay krediti ödəməyini və gecikdirməməyini demişdir. Lakin bir müddət aylıq ödəniş etsə də imkanı aşağı olduğu üçün növbəti ayların ödənişini edə bilməmişdir. Bir müddət sonra ona Zərərçəkmiş şəxs ASC-dən zəng etmişlər və götürdüyü krediti geri qaytarmasını bildirmişlər. O, banka heç bir saxta sənəd təqdim etməmişdir. Ona kredit ayrılmasında sənədləşmə işlərini Elməddin həll etmişdir. O, yalnız banka şəxsiyyət vəsiqəsi təqdim etmiş və kredit sənədlərinə imza edərək kredit əldə etmişdir. "xxxx" MMC-nin işçisi olduğu barədə son zamanlar məlumatı olmuşdur. Elməddinin "xxxx" MMC-də hansı işdə işlədiyini bilmir. O, Elməddini ona kredit verilməsinə köməklik göstərən şəxs kimi tanıyır. "xxxx" MMC-də işləməmiş, oranın işçisi olmamış və həmin şirkətlə heç bir əlaqəsi olmamışdır. Şahid7, Şahid3, Şahid1 və Şahid2 tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2018-ci ildə "xxxx" MMC əmisi oğlu Şahid7 tərəfindən təsis edilmiş və cəmiyyətin direktoru da özü olmuşdur. 2022-ci ilin aprel ayının əvvəllərində Yusifin dayısı oğlu Elməddin ona kredit götürmək istəyib-istəmədiyini soruşmuşdur. O, kredit götürmək istədiyini bildirmiş, lakin ona kredit verilmədiyini demişdir. Elməddin ona bu məsələni həll edə biləcəyini demiş və o, Elməddinin istəyi ilə şəxsiyyət vəsiqəsinin fotoşəklini “Whatsapp” tətbiqi vasitəsilə ona göndərmişdir. Təxminən bir neçə gün sonra Elməddin ona "Kapital Bank” ASC-nin Koroğlu filialına müraciət etməyini bildirmişdir. O, 2022-ci ilin aprel ayında Zərərçəkmiş şəxs ASC-nin Koroğlu filialına getmiş və orada kredit mütəxəsisi onunla kredit müqaviləsi bağlamışdır. O, kredit müqaviləsini imzaladıqdan sonra bankın kassasına yaxınlaşmış və 9.300 manat məbləğində kredit götürmüşdür. Bundan sonra onu çöldə gözləyən Elməddinə 4000 manat pul vəsaiti vermişdir. Kredit borcu üzrə ilkin olaraq 300 manat ödəmə etmiş, lakin sonradan maddi vəziyyətinin çətinliyi səbəbindən ödəmə edə bilməmişdir. "xxxx" MMC-də adı işçi kimi qeyd olunsa da həmin cəmiyyətdə işləməmiş və hər hansı bir əmək funksiyasını yerinə yetirməmişdir. Ona kredit verilmədiyi üçün Elməddin ona kredit verilməsi məsələsini həll etdiyindən Elməddinə 4000 manat pul vermişdir. Belə ki, həmin vaxt pula çox ehtiyacı olduğundan o, Elməddinin şərtilə razılaşmışdır. Şahid1, Şahid3, Şahid5 və Şahid2 tanımır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1, Şahid2, Şahid4 və Şahid6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid1, Şahid2, Şahid4 və Şahid6 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Həmçinin Şahid2 teleqram ilə məhkəməyə müraciət edərək cinayət işi üzrə istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işinin İ cildinin 13-cü vərəqində olan Zərərçəkmiş şəxs ASC-nin Hüquq və komplayens İdarəsinin baş direktoru tərəfindən Azərbaycan Respublikasının Baş prokuroruna ünvanlanmış 24 iyun 2022-ci il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs ASC-nin Hüquq və komplayens idarəsinin Fraud və dələduzluğa qarşı mübarizə şöbəsi tərəfindən aparılmış monitorinq zamanı bir neçə özəl müəssisə əməkdaşlarına verilmiş kreditlərdə şübhəli hallar aşkarlanmışdır. Belə ki, özəl müəssisələr bankdan kredit əldə etmək istəyən şəxs və ya şəxsləri keçmiş tarix ilə işə götürüb və kredit əldə etdikdən sonra işdən azad etmələri barəsində əsaslı şübhələr yaranmışdır. Hazırda aparılan araşdırma nəticəsi olaraq 20 özəl müəssisə əməkdaşlarına verilmiş kredit ödənişləri yoxlanılmışdır. Məlum olmuşdur ki, 20 müəssisə əməkdaşlarına ümumilikdə 1 445 896 (bir miliyon dörd yüz qırx beş min səkkiz yüz doxsan altı) manat kredit verilmişdir. Hal-hazırda verilmiş kreditlər ödənilmir. Həmin məktuba əlavə edilmiş cədvəldən görünür ki, "xxxx" MMC-nin işçiləri Şahid1, Şahid7, Şahid3, Şahid5, Şahid2 Zərərçəkmiş şəxs ASC-dən kredit götürmüşlər. Cinayət işinin İ cildinin 19-20-ci vərəqələrində olan GTZK5067720A218 saylı kredit müqaviləsindən görünür ki, Şahid1 14 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ASC-dən 5075 manat kredit götürmüşdür. Cinayət işinin İ cildinin 26-27-ci vərəqələrində olan GTZK5053771A218 saylı kredit müqaviləsindən görünür ki, Şahid7 12 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ASC-dən 9310 manat kredit götürmüşdür. Cinayət işinin İ cildinin 32-ci vərəqində olan GTZK5070870A218 saylı kredit müqaviləsindən görünür ki, Şahid5 15 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ASC-dən 4750 manat kredit götürmüşdür. Cinayət işinin İ cildinin 34-cü vərəqində olan GTZK5061236A218 saylı kredit müqaviləsindən görünür ki, Şahid3 13 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ASC-dən 5000 manat kredit götürmüşdür. Cinayət işinin İ cildinin 94-cü vərəqində olan Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi "xxxx" MMC xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır və qanuni təmsilçisi Təqsirləndirilən şəxs1dur. Cinayət işinin İ cildinin 95-ci vərəqində olan çıxarışdan görünür ki, "xxxx" MMC Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə, ev 122, mənzil 91-dir, təsisçisi Təqsirləndirilən şəxs1dur. Cinayət işinin İ cildinin 96-100-cü vərəqələrində olan "xxxx" MMC-nin Nizamnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 "xxxx" MMC-nin təsisçisidir. Cinayət işinin İ cildinin 167-ci vərəqində olan “Baxış keçirilməsi haqqında” 16 may 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən X1, Azərbaycan Respublikası CPM-nin 85 və 236-cı maddələrinə əsasən icraatında olan ********* nömrəli cinayət işi üzrə əhəmiyyət kəsb edəcəyini nəzərə alaraq "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş iki ədəd “CD” diskə baxış keçirtmiş, baxış keçirilməsi zamanı Şahid5 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında 2022ci ilin aprel-avqust aylarının müxtəlif günlərində danışıq aparılması müəyyən olunmuşdur. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs2 adına rəsmləşdirilmiş və istifadəsində olan ***-***-**-** mobil nömrənin anten dairələrindən həmin nömrənin istifadəçisinin 2022-ci ilin aprel ayı və digər aylar və illərdə günün əsasən gecə və səhər saatlarında Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində olduğu müəyyən edilmişdir. Cinayət işinin İ cildinin 177-178-ci vərəqələrində olan “Baxış keçirilməsi haqqında” 16 may 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən X1, Azərbaycan Respublikası CPM-nin 85 və 236-cı maddələrinə əsasən icraatımda olan ********* nömrəli cinayət işi üzrə əhəmiyyət kəsb edəcəyini nəzərə alınaraq “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 01 iyul 2021-ci il tarixli **********1 saylı məktubuna əlavə edilmiş 1 ədəd “CD” diskə baxış keçirtmiş, baxış keçirilməsi zamanı «Əmək müqaviləsi bildirişi» altsisteminə daxil edilmiş əmək müqaviləsi bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, işəgötürən "xxxx" MMC tərəfindən Şahid1 07 yanvar 2021-ci il tarixdə Cəmiyyətə gömrük işləri üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilməsi barədə xxxxxxx0003X0 nömrəli elektron əmək müqaviləsi 14 aprel 2022-ci il tarixdə «Əmək müqaviləsi bildirişi» altsisteminə əlavə edilərək müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmçinin işəgötürən "xxxx" MMC tərəfindən Şahid7 01 fevral 2021-ci il tarixdə Cəmiyyətə mühasibat uçotu üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilməsi barədə 6ESMVL4000501 nömrəli elektron əmək müqaviləsi 12 aprel 2022-ci il tarixdə «Əmək müqaviləsi bildirişi» altsisteminə əlavə edilərək müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmçinin işəgötürən "xxxx" MMC tərəfindən Şahid3 01 mart 2021-ci il tarixdə Cəmiyyətə gömrük brokeri vəzifəsinə işə qəbul edilməsi barədə xxxxxxx000700 nömrəli elektron əmək müqaviləsi 13 aprel 2022-ci il tarixdə tarixdə «Əmək müqaviləsi bildirişi» altsisteminə əlavə edilərək müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmçinin işəgötürən "xxxx" MMC tərəfindən Şahid5 01 dekabr 2020-ci il tarixdə Cəmiyyətə menecer vəzifəsinə işə qəbul edilməsi barədə 5GD66BA000400 nömrəli elektron əmək müqaviləsi 15 aprel 2022-ci il tarixdə «Əmək müqaviləsi bildirişi» altsisteminə əlavə edilərək müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmçinin işəgötürən "xxxx" MMC tərəfindən Şahid2 15 yanvar 2021-ci il tarixdə Cəmiyyətə gömrük işləri üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilməsi barədə xxxxxxx000300 nömrəli elektron əmək müqaviləsi 15 aprel 2022-ci il tarixdə «Əmək müqaviləsi bildirişi» altsisteminə əlavə edilərək müddətsiz əmək müqaviləsi bağlanmışdır. Cinayət işinin İ cildinin 209-210-cu vərəqələrində olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 16 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 7-9-cu vərəqələrində olan “Hüquqi şəxs barəsində cinayət hüquqi tədbirlərinin tətbiq edilməsi barədə icraatın başlanması haqqında” 25 may 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində ********** nömrəli VÖEN-lə qeydiyyata alınan, hüquqi ünvanı ünvan 10ndə cinayət hüquqi tədbirlərinin tətbiq edilməsi üzrə icraat başlanması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 12-13-cü vərəqələrində olan “Hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında” 25 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 "xxxx" MMC-nin nümayəndəsi kimi tanınması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 50-75-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayətlər nəticəsində Zərərçəkmiş şəxs ASC-yə vurulmuş 28185 (iyirmi səkkiz min yüz səksən beş) manat zərərdən 5443.67 (beş min dörd yüz qırx üç manat altmış yeddi qəpik) manat pul vəsaitinin cinayət işi üzrə dəymiş maddi ziyanın qismən ödənilməsi kimi qəbul edilməsi, cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə və üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işinin materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 01 iyul 2021-ci il tarixli **********1 saylı məktubuna əlavə edilmiş Şahid1, Şahid7, Şahid3, Şahid5, Şahid2 «Əmək müqaviləsi bildirişi» altsisteminə daxil edilmiş əmək müqaviləsi bağlanması və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatları özündə əks etdirən 1 ədəd disk, Zərərçəkmiş şəxs ASC ilə Şahid1, Şahid7, Şahid3, Şahid5 Zöhfab oğlu, Şahid2 arasında bağlanmış kredit müqavilələri, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd diskin iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 107-108-ci vərəqələrində olan “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Salyan Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(057)- 880/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh Şahid3 № GTZK5061236A218 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, 4562.51 manat məbləğində əsas, 664.28 manat məbləğində faiz olmaqla, cəmi 5226.79 manat məbləğində pul və ödənilmiş 72.27 manat dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs ASC-nə ödənilməsi qət edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, e- 2(012)-3992/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh Şahid5 xx.xx.2023-cü il tarixli, RGTK9374155A232 saylı kredit müqaviləsinə əsasən 4633,32 manat əsas, 462,36 manat faiz, cəmi 5095,68 manat borc və ödənilmiş 70,96 manat dövlət rüsumunun tutularaq iddiaçı Zərərçəkmiş şəxs ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Naxçıvan MR Babək Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, e-2(079)-94/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, Şahid7 Zərərçəkmiş şəxs ASC-nin xeyrinə 9202,14 manat (doqquz min iki yüz iki manat on dörd qəpik) əsas, 127.79 manat (bir yüz iyirmi yeddi manat yetmiş doqquz qəpik) faiz borcu olmaqla, cəmi 9329.93 manat (doqquz min üç yüz iyirmi doqquz manat doxsan üç qəpik) məbləğində borcun tutularaq iddiaçı Zərərçəkmiş şəxs ASC-yə ödənilməsi, Şahid7 113.30 manat (bir yüz on üç manat otuz qəpik) miqdarında dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Gədəbəy Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, e- 2(042)-301/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, Şahid2 3725.91 manat borc, 57.26 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə, 3783.17 manat alınaraq Zərərçəkmiş şəxs ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e- 2(037)-415/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh Şahid1 4973,42 manat əsas, 455,88 manat faiz və 74,29 manat ödənilmiş dövlət rüsum məbləği - cəmi 5503 (beş min beş yüz üç) manat 59 (əlli doqquz) qəpik tutularaq iddiaçı Zərərçəkmiş şəxs ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən "xxxx" MMC-nin mülkiyyətində olan daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin cari tarixə qalığı 0,00 olan ******************** və ******************** nömrəli hesabları mövcuddur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Reszpublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, DİN-nin Baş X8 İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "xxxx" MMC-nin adında və ya onun tərəfindən özgəninləşdirilən nəqliyyat vasitəsi yoxdur. Hazırki işə baxılması zamanı dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 aid hissədə irəli sürülmüş ittihamdan Şahid3 adına kredit alınmasına nail olunması epizodu üzrə Təqsirləndirilən şəxs2 təhrik etməsinə dair müddəaların xaric edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd olunur: “məhkəmə istintaqında tədqiq edilmiş sübutlar və daxili inam dövlət ittihamçısının ittihamla bağlı mövqeyinin formalaşmasının əsasını təşkil edir. Buna görə də dövlət ittihamçısı daxili inamına əsasən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın tədqiq edilmiş sübutlarla qismən təsdiq olunmadığı qənaətinə gələrsə, ondan qismən imtina etməyə də haqlıdır. Əks təqdirdə bu, bir tərəfdən onun obyektivliyinin şübhə altına alınmasına gətirib çıxarar, digər tərəfdən isə təqsirləndirilən şəxsin əsassız təqsirləndirilərək cəzalanmasına imkan yaratmış olardı. Azərbaycan Respublikası CPM-nin 43.1.1 və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən (o cümlədən, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində ittiham elan edildikdə, məhkəmə baxışında ittihamdan bir və ya bir neçə maddə üzrə) imtina edilməsini ehtiva edir. Məhkəmə, dövlət ittihamçısının Təqsirləndirilən şəxs1 aid hissədə irəli sürülmüş ittihamdan Şahid3 adına kredit alınmasına nail olunması epizodu üzrə Təqsirləndirilən şəxs2 təhrik etməsinə dair müddəaların xaric edilməsi ilə bağlı imtinasını nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslərinin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və barəsində cinayəthüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli qərarında qeyd edilir ki, “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur: - vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl; - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; - əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı hərəkətlərdə ifadə oluna bilər. Lakin cinayət tərkibi belə hərəkətlər qulluq mənafeyinə qəsdən zidd olaraq həyata keçirildikdə yaranır. Vəzifəli şəxslərin fəaliyyət dairəsi geniş olduğundan, vəzifə səlahiyyətlərindən sui-istifadənin konkret formaları da müxtəlif ola bilər. Sui-istifadə həm hərəkət, həm də hərəkətsizliklə edilə bilər. CM-in 308-ci maddəsinin məzmununa əsasən vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Şəxs qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin subyektiv cəhətinin daha bir zəruri əlaməti cinayətin motividir. CM-in 308-ci maddəsində bu cinayətin motivi vəzifəli şəxsin özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi kimi müəyyən olunmuşdur. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmənin subyekti yalnız vəzifəli şəxs ola bilər.”. Qərarda həmçinin qeyd edilir ki, CM-in 308-ci maddəsinin əvvəlki və yeni redaksiyada olan “Qeyd” hissəsində subyekt baxımından “vəzifəli şəxs” anlayışını birləşdirən məqamlar mövcuddur. Bu məqamlara görə vəzifəli şəxsləri üç kateqoriyaya bölmək olar: -hakimiyyət nümayəndəsinin funksiyasını daimi və ya xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər; -dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən şəxslər; -dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsinə əsasən şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi - altı min manatdan on min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə - iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli qərarında qeyd olunur ki, təşkilatçının, təhrikçinin, köməkçinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və yaxud hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti onların hərəkətləri (hərəkətsizliyi) deyil, məhz icraçının hərəkətləri formalaşdırır, törədilmiş əməlin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilir. Təşkilatçı da məhz həmin cinayəti təşkil etmiş, təhrikçi həmin cinayətə icraçını təhrik etmiş, köməkçi isə həmin cinayətdə icraçıya kömək etmiş şəxs hesab olunurlar. Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,308.1, 312-1.1 və 32.4,313-cü maddələri ilə, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxs (barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməlləri etiraf etməmələri barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadələrin onların tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəflərinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında birbirini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Eyni zamanda məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC tərəfindən törədilmiş Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər qrupuna aid olduğunu və sonuncu cinayət əməlinin xx.xx.2022-ci il tarixdə törədilməsini nəzərə alaraq hesab edir ki, hazırki ittiham üzrə həmin əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti - 2 (iki) il keçdiyindən, onlar həmin maddə ilə təqsirli bilinsə də, CM-nin 313-cü maddəsi ilə nəzərdə tutulan cinayətə görə ona cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 75.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə. Azərbaycan Respublikası CPM-nin: 39.1.1, 39.1.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna olmaqla) cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 44.2-ci maddəsi tələb edir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.1-ci maddəyə əsaəsn bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və barəsində cinayəthüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 gənc olmasını və ilk dəfə az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs1 əməllərində cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, baş vermiş cinayətdə rolunu nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə həmçinin törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini nəzərə alaraq belə gənaətə gəlir ki, onun barəsində müəyyən müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddiməsul vəzifələri tutma hüququndan məhrum etmə əlavə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, Təqsirləndirilən şəxs1 həmin maddə ilə cəza təyin edilməməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası və dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi-məsul vəzifələri tutma hüququndan məhrum edilmə əlavə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 gənc olmasını və ilk dəfə az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs2 əməllərində cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, baş vermiş cinayətdə rolunu nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 32.4,308.1 və 312- 1.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,308.1 və 312-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, Təqsirləndirilən şəxs2 həmin maddə ilə cəza təyin edilməməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza müəyyən edilməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 99-4.1-ci maddəsinə əsasən hüquqi şəxsə cinayət-hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir: 99-4.1.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 99-4.1.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 99-4.1.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 99-4.1.4. bu Məcəllənin 99-4.1.1—99-4.1.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 99-4.5-ci maddəsinə əsasən hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər bu Məcəllənin 137, 144, 144-1, 144-2, 144-3, 167–169, 169-1, 170–171-2, 192-2, 193-1, 194, 200-1, 200-2, 206.2-206.4, 206-1, 214–220, 233, 234, 237, 240, 242-244-1, 259-261, 271– 284, 303.2, 308, 311, 312, 312-1, 313, 315, 316-1, 316-2, 320 və 323–326-cı maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsinə görə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin şərh edilməsinə dair” 28 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyi cinayətin yeganə subyekti kimi fiziki şəxsləri tanıdığından, yalnız bu şəxslər tərəfindən hüquqi şəxsin xeyrinə cinayət törədildikdə hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunması mümkündür. Bu səbəbdəndir ki, Cinayət Məcəlləsində hüquqi şəxs cinayətin subyekti kimi deyil, cinayət məsuliyyətinin subyekti kimi nəzərdə tutulmuşdur. Qanunverici hüquqi şəxslərə cinayəthüquqi tədbirlərin tətbiq edilə bilməsini istisnasız olaraq Cinayət Məcəlləsinin 99-4.1-ci maddəsində göstərilən fiziki şəxslərin törətdiyi cinayətlərlə əlaqələndirmişdir. Həmin maddənin tələblərinə əsasən, hüquqi şəxsə cinayət-hüquqi tədbirlər onun xeyrinə və ya maraqlarının qorunması üçün aşağıdakı fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - yuxarıda göstərilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Maddədə göstərilən səlahiyyətlərin üçü hüquqi şəxsin yalnız vəzifəli şəxsinə məxsus ola bilər və hüquq nəzəriyyəsində, məhkəmə təcrübəsində belə vəzifəli şəxslər sırasına hüquqi şəxsin təkbaşına rəhbəri (direktor, müdir, sədr və s.), kollegial rəhbər orqanının üzvləri (direktorlar şurasının üzvləri, nəzarət-təftiş komisiyalarının üzvləri və s.), hüquqi şəxsin digər rəhbər işçiləri (direktor müavini, baş mühəndis və s.) aid edilmişdir. Hüquqi şəxsin vəzifəli şəxsi yuxarıda göstərilən səlahiyyətlərin birini və ya bir neçəsini eyni zamanda həyata keçirə bilər. Hüquqi şəxslərin cinayət məsuliyyətinin mühüm əlaməti cinayətin hüquqi şəxsin xeyrinə və ya onun maraqları naminə törədilməsidir. Cinayət Məcəlləsinin 99-4.1-ci maddəsinin mahiyyətinə uyğun olaraq, hüquqi şəxsin rəhbərinin qərarı hüquqi şəxsin qərarı kimi dəyərləndirilməli, çünki bu qərar sadəcə hüquqi şəxsin adından deyil, həm də onun xeyrinə və ya maraqları naminə qəbul edilmişdir. Əgər cinayət hüquqi şəxsin maraqları üçün törədilməyibsə, bu, hüquqi şəxsin deyil, məhz fiziki şəxsin törətdiyi cinayət kimi qəbul olunmalı və buna görə yalnız o, cinayət məsuliyyətinə cəlb oluna bilər. Məhkəmə işin hallarını, cinayətin ictimai təhlükəliliyinin xarakteri və dərəcəsini, cinayət nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini, nəzərə alaraq hüquqi şəxsə Azərbaycan Respublikası CM-nin 99-8-ci maddəsinə əsasən hüquqi şəxsi ləğv etmə növündə cinayət hüquqi tədbir tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli, CM-nin 99-8.1-ci maddəsinə əsasən barəsində hüquqi şəxsi ləğv etmə növündə cinayət-hüquqi tədbir tətbiq edilməlidir. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş Şahid1, Şahid7, Şahid3, Şahid5, Şahid2 «Əmək müqaviləsi bildirişi» altsisteminə daxil edilmiş əmək müqaviləsi bağlanması və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatları özündə əks etdirən 1 ədəd disk, Zərərçəkmiş şəxs ASC ilə Şahid1, Şahid7, Şahid3, Şahid5 Zöhfab oğlu, Şahid2 arasında bağlanmış kredit müqavilələri, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,308.1, 312-1.1 və 32.4,313-cü maddələri ilə təqsirləndirilmələrinə dair və hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 aid hissədə irəli sürülmüş ittihamdan Şahid3 adına kredit alınmasına nail olunması epizodu üzrə Təqsirləndirilən şəxs2 təhrik etməsinə dair müddəaların xaric edilməsi ilə bağlı dövlət ittihamçısının imtinası qəbul edilsin və həmin müddəalar ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə ona 1 (bir) il 6 (altı) ay müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 4000 (dörd min) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,308.1 və 312-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 32.4,308.1-ci maddəsi ilə 3000 (üç min) manat cərimə cəzası, Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə 8000 (səkkiz min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 9000 (doqquz min) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törədilmiş hesab olunsun və barəsində “hüquqi şəxsi ləğv etmə” cinayət-hüquqi tədbiri tətbiq edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törədilmiş hesab olunsun və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə cinayət-hüquqi tədbiri tətbiq edilməsin. İş üzrə maddi sübut olan - Şahid1, Şahid7, Şahid3, Şahid5, Şahid2 «Əmək müqaviləsi bildirişi» altsisteminə daxil edilmiş əmək müqaviləsi bağlanması və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatları özündə əks etdirən 1 ədəd disk, Zərərçəkmiş şəxs ASC ilə Şahid1, Şahid7, Şahid3, Şahid5 Zöhfab oğlu, Şahid2 arasında bağlanmış kredit müqavilələri, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar