Məhkəmə qərarları › İş №1(005)-311/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-311/2021

13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-311/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X2 iştirakı ilə, X2 X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması və onun işgüzar nüfuzunu, habelə şərəf və ləyaqətini ləkələyən məlumatların yayılmasına görə “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədovun üzərinə həmin məlumatları təkzib etmə vəzifəsinin qoyulması barədə xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 X5 CM-in 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmasını və onun işgüzar nüfuzunu, habelə şərəf və ləyaqətini ləkələyən məlumatların yayılmasına görə “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədovun üzərinə həmin məlumatları təkzib etmə vəzifəsinin qoyulmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 bildirdi ki, 6-7 aprel 2021-ci il tarixdə “Hürriyyət” qəzetinin nömrə 36(3136) sayında vəkil iş adamının yarım milyonluq əmlaklarını ələ keçirib, İsmayıl Hüseynov vəkil Sevil Hacıveva tərəfindən dələduzluğa məruz qalıb başlığı və Sevil Hacıyeva dələduzluq yolu ilə ələ keçirdiyi pulları rüşvət qismində hüquq mühafizə orqanlarına verərək, cinayət işini örtbasdır edir başlığı altında yazı dərc olunmuşdur. Bununla da barəsində onu nüfuzdan salan, həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır, yəni Hüseynov İsmayıl qəzetdə və sosial şəbəkədə etdiyi çıxışlarında onu həm külli miqdarda mənimsəmə, həm də külli miqdarda dələduzluq cinayətində ittiham edən böhtan atmışdır. Bunu nəzərə alaraq xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmuş barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 və “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov məhkəmə hazırlıq iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 299.11-ci maddəsinə əsasən məhkəmə hazırlıq iclasını barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, xüsusi ittiham qaydasında şikayət vermiş X2 izahatını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, CPM-in: 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş göstərilir; 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş göstərilməlidir. Lakin, X1 İsmayıl Qara oğlunun CM-in 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etsə də, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi digər şəxsin, yəni “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədovun üzərinə onun işgüzar nüfuzunu, habelə şərəf və ləyaqətini ləkələyən məlumatların yayılmasına görə həmin məlumatları təkzib etmə vəzifəsinin qoyulmasını xahiş etmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. CPM-in: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət CPM-in 293.3.1-293.3.7-cü maddəsində göstərilən xüsusi ittiham qaydasında verilmiş şikayətin forma və məzmununa dair tələblərinə riayət edilmədən verildiyindən, yəni X2 “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədovun cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahişi olmadığından xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və CPM-in 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması və onun işgüzar nüfuzunu, habelə şərəf və ləyaqətini ləkələyən məlumatların yayılmasına görə “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədovun üzərinə həmin məlumatları təkzib etmə vəzifəsinin qoyulması barədə xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar