Məhkəmə qərarları › İş №1(005)-311/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-311/2023

16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-311/2023 16.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər – X11, X8, X6 və X1, Xüsusi ittiham qaydasında şikayət vermiş X2 iştirakları ilə, X11, X8, X6 və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2, 296, 297-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X11, X8, X6 və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2, 296, 297-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X11, X8, X6, X13 mənim barəmdə CM-nin 147, 148 ci maddələrilə xx.xx.2023-cü il tarixdə l(004)-304/2023 xüsusi ittiham qaydasında Yasamal Rayon Məhkəməsinə müraciət edərək əsası olmayan şər, böhtan xarakterli, məhkəmə zalında and içərək ifadə verərkən məlumatın həqiqətə uyğun olmadığını bilərəkdən qəsdən yalan ifadə verdilər. Şikayət ərizəsində qeyd olunmuşdur ki, guya o saxta profil açaraq yuxarıda adı keçən şəxslərin şəxsiyətini alçaldacaq sözlər istifadə etmişəm. Halbuki özləri mənim adımdan profillər yaradaraq təhqir edib sora silirlər. 2021-ci il noyabr ayının 21 də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən CM-nin 178.3.2 və 193-cü maddələri ilə ********* nömrəli cinayət işi açılaraq dələduz piramida şəbəkəsinin iki məsul şəxsini həbs etdilər. Hal hazırda istintaq hərəkatı yekunlaşmamış cinayətkar dəstənin digər üzvləri barəsində istintaq hərəkatı aparır. Onun barəsində şikayət verən X7, X5, X4 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində CM-nin 178.3.2 və 193-cü maddələri ilə ********* nömrəli cinayət işində Bakı şəhər Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı davam edir. Diqqətinizə onu da çatdırmaq istərdim ki, X7, X5, X4 zərərçəkənləri vardır. Külli miqdarda vəsait alaraq aldatdığı çoxsaylı vətəndaşlar var, özlərinin şikayətçisi və aralarında zərərçəkənləri ilə ədavətləri vardır. Və buna görə mən məsuliyyət daşımıram öz əmməllərinə görə insanların nifrətini qazanıblar. Bu şəxslər dələduz pirammida şirkətinin dırnaqarası adlarını lider adlandıraraq özlərinin dediyinə görə 140 min azərbaycan vətəndaşını, ancaq qanuni 216 nəfər vətəndaşı aldadaraq əmlak və pul vəsaitlərini ələ keçirmişdirlər. Mən - X3 istintaqın birinci yekunlaşmış qisminin zərərçəkəni kimi tanınmışam, 216 nəfər zərərçəkənlə birgə Ağır Cinayətlər Məhkəməsində zərərçəkən qismində iştirak edir. Cavabdeh X11 xx.xx.2023- cü il tarixdə l(004)-304/2023 nömrəli xüsusi ittiham qaydasında Yasamal Rayon Məhkəməsinə müraciət edərək məhkəmədə ifadə verərkən aldatmaq və ədalət mühakiməsinə mane olmaq məqsədi ilə and içərkən bilərəkdən yalan ifadə verdi. Bu hərəkət məhkəmə sisteminin bütövlüyünü pozur. Yalan ifadə verərək qeyd elədi ki, Günay onu təhqir eləyib, amma bununla bağlı maddi sübut və heç bir əsas gətirə bilmədi. X12 onun pul verdiyi bu şirkətin məhsul şəxsi olan, hal hazırda İstintaq təcridxanasında həbsdə olan Yeganə Məmmədovanın əmisi qızıdır. Cavabdeh X8 xx.xx.2023-cü il tarixdə 1(004)-304/2023 nömrəli xüsusi ittiham qaydasında Yasamal Rayon Məhkəməsinə müraciət edərək lakin məhkəmə prosesində iştirak edə bilməyəcəyi haqında heç bir səbəb bildirmədən gəlməmişdir Məhkəməyə hörmətsizlik etmişdir. Cavabdeh X6, xx.xx.2023-cü il tarixdə 1(004)- 304/2023 nömrəli xüsusi ittiham qaydasında Yasamal Rayon Məhkəməsinə müraciət edərək lakin məhkəmə prosesində iştirak edə bilməyəcəyi haqında heç bir səbəb bildirmədən gəlməmişdir Məhkəməyə hörmətsizlik etmişdir. İsmayılov Müslüm “İnvesland” adlı deleduzluq pramidasinda 2018- ci ildə- 178.3.2 maddəsi ilə həbs olunaraq məhkum həyatı sürmüşdür. Cavabdeh X13 xx.xx.2023- cü il tarixdə l(004)-304/2023 nömrəli xüsusi ittiham qaydasında Yasamal Rayon Məhkəməsinə müraciət edərək məhkəmədə ifadə verərkən aldatmaq və ədalət mühakiməsinə mane olmaq məqsədi ilə and içərkən bilərəkdən yalan ifadə verdi. Bu hərəkət məhkəmə sisteminin bütövlüyünü pozur yalan ifadə verərək qeyd elədi ki, Günay məni döydü. Bununla bağlı maddi sübut və heç bir əsas gətirə bilmədi. X13 ifadəsi zamanı bilərəkdən yalan ifadələr vermiş və bununla da ədalətin əsas prinsiplərini pozmuşdur. Cavabdehlər X11, X8, X6, X13 yuxarıda qeyd olunan hərəkətləri məhkəmədə düzgün ifadə vermək vəzifəsinə bilərəkdən etinasızlıq nümayiş etdirdilər, bu şəxslər and içərək yalan ifadələr verməklə məhkəmə prosesinin bütövlüyünü pozmuş və bütün tərəflərin hüquqlarını təhlükə altına qoymuşdurlar. Bu cür davranış ədalət mühakiməsinin həyata keçirilməsinə mane olur və ictimaiyyətin hüquq sisteminə inamını sarsıdır. Yalan şahidlik hüquq sistemimizin təməlini sarsıdır və ədalət mühakiməsinin həyata keçirilməsinə ictimai inamı azaldır. Bu ittiham aktı məhkəmələrimizin etibar etdiyi, ədalətlilik və dürüstlük prinsiplərinə xəyanət etməyi seçənləri məsuliyyətə cəlb etməyinizi xahiş etmişdir. Buna görə, bu şəxslərin məhkəmə prosesinin həqiqət və ədalət prinsiplərini qorumağa dəvət edilsin, müttəhim X11, X8, X6, X13 bu xüsusi ittihamnamədə təqdim olunan ittihamlara görə cavabdehlik daşısın. Məhkəmədə ifadə verən şəxslərin andının ağırlığını və vicdansızlığın nəticələrini başa düşmələri üçün qanunvericiliyə uyğun olaraq müvafiq cəzalar təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 şikayət ərizəsində göstərilənləri müdafiə edərək işin məhkəmənin icraatına qəbul edilməsini və qeyd olunan şəxslər barəsində cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 verilmiş şikayətin qanunsuz və əsassız olduğundan icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 barəsində verilmiş şikayətin qanunsuz və əsassız olduğundan icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 barəsində verilmiş şikayətin qanunsuz və əsassız olduğundan icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 barəsində verilmiş şikayətin qanunsuz və əsassız olduğundan icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir Məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbinə görə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ilkin olaraq aşağıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun deyildir, həmçinin şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə Məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bununla da, X2 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun deyil, xüsusi ittiham qaydasıda şikayət vermiş şəxsin ərizəsində X11, X8, X6 və X9 Azərbaycan Respublikaı Cinayət Məcəlləsinin 147.1, 147.2ci madədləri ilə yanaşı CM-nin 296 və 297-ci maddələri ilə də təqsirli bilinərək barələrində cinayət təqibinin başlanmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Qeyd olunan maddədə xüsusi ittiham qaydasında şikayət verilə bilən cinayət qanunvericiliyinin maddələri konkret göstərilmişdir. Buna görə də Cinayət Məcəlləsinin 296 və 297-ci maddələri üzrə xüsusi ittiham qaydasında şikayət verilməsi qanunvericiliyə ziddir. Bundan başqa xüsusi ittiham qaydasında verilmiş şikayətdə X11, X8, X6 və X13 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği göstərilməmişdir. Bundan başqa əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə belə hesab edir ki, X11, X8, X6 və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2, 296, 297-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi Azərbaycan Respublikasının CPM-si ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X11, X8, X6 və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2, 296, 297-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar