Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-311/2025 31.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və onun müdafiəçi – «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi- «De Fendo»Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə; xx.xx.2007-ci il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda qeydiyyatda olmaqla ünvan 3 mənzil 26-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik edərək şəxs üzərində zor tətbiq olunması ilə müşaiyət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 14 mart 2025-ci il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Elmir” adlı şəxs ilə bir qrub şəxs halında Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 19 saylı ünvanda “Caspian Shopping center” ticarət mərkəzinin giriş qapısından 10 metr aralıda heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış əxlaq normalarını və qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını kobud surətdə pozaraq, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, öz şəxsiyyətini ətrafdakıların və zərərçəkmiş şəxsin fövqündə qoyub nümayişkəranə olaraq, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək Zərərçəkmiş şəxs yaxınlaşıb üzərində pulunun olub-olmamasını soruşmuş, sonuncu üzərində pulunun olmamasını bildirməsi zamanı aralarında baş vermiş mübahisə zamanı yumruqla onun sifət nahiyyəsindən vurduğu zərbədən yerə yıxmış, yerdə uzanmış vəziyyətə onu təpiklə vuraraq sağ təpə-gicgah nahiyyəsinin hematoması və tük dibinə qansızma, burun belinin və burun çəpərinin sıyrıqları, kürək nahiyyəsinin qançırı ilə nəticələnən sağlamlığa yüngül xəsarətlər yetirməklə qərəzli hərəkətlər etməklə, xuliqanlıq cinayəti törətmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik edərək şəxs üzərində zor tətbiq olunması ilə müşaiyət edilən qərəzli hərəkətlər edərək, xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 14 mart 2025-ci il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Elmir” adlı şəxs ilə bir qrub şəxs halında Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 19 saylı ünvanda “Caspian Shopping center” ticarət mərkəzinin giriş qapısından 10 metr aralıda heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış əxlaq normalarını və qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını kobud surətdə pozaraq, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, öz şəxsiyyətini ətrafdakıların və zərərçəkmiş şəxsin fövqündə qoyub nümayişkəranə olaraq, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək Zərərçəkmiş şəxs yaxınlaşıb üzərində pulunun olub-olmamasını soruşmuş, sonuncu üzərində pulunun olmamasını bildirməsi zamanı aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs1 yumruqla vurduğu zərbədən yerə yıxılmış Zərərçəkmiş şəxs yerdə uzanmış vəziyyətdə birlikdə təpiklə vuraraq sağ təpə-gicgah nahiyyəsinin hematoması və tük dibinə qansızma, burun belinin və burun çəpərinin sıyrıqları, kürək nahiyyəsinin qançırı ilə nəticələnən sağlamlığa yüngül xəsarətlər yetirməklə qərəzli hərəkətlər etməklə, xuliqanlıq cinayəti törətmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində məhəlləyə çıxmış, əvvəllər sosial şəbəkədə tanış olduğu “Kənan” və “Vaqif” adlı tanışları ilə Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik Mall” ticarət mərkəzinin qarşısında görüşmüşdür. Görüş zamanı Günəşli qəsəbəsinə getməli idi, lakin cibində pulu olmamışdır. Adını sonradan bildiyi Sarvan və Sarvanın dostuna yaxınlaşan zaman “Vaqif” və “Kənan” da onlara yaxınlaşmışdı. Sarvana yaxınlaşaraq ondan borca 1-2 manat pul istədikdə, Sarvan “yoxumdur” dedikdə, ona canın “sağ olsun” demişdir. Sarvan yoluna davam etmiş və sonra geri qayıdaraq ondan “neçə yaşın var” soruşduqda, ona 18 yaşı olduğunu demiş və ondan neçə yaşı olduğunu soruşduqda isə Sarvan ona “sənə dəxlisi yoxdur” demişdir. Sarvan onun adını soruşduqda adını ona demiş və ondan adını soruşduqda isə ona “sənə dəxli yoxdur” deyə onunla aqresiv danışmışdır. Bundan sonra Sarvanın sifət nahiyyəsindən yumruqla vurmuş və Sarvan yerə yıxılmışdır, Sarvan da onu vurmuş və sonra ayrılmışlar. “Vaqif” və “Kənan” adlı şəxslərlə hər hansısa bir şəxsə yaxınlaşıb pul istəyəcəkləri barədə razılıqları və belə bir fikirləri olmamışdır. Məhkəmənin sualına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, zərərçəkmiş şəxslə barışmış və ona vurulmuş maddi ziyan tam şəkildə ödəmişdir. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 orta ixtisas kollecində oxuyan dostları vasitəsi ilə tanımış, onunla ara-sıra “Gənclik Mall” deyilən ticarət mərkəzində görüşmüş və onunla dostluq münasibəti olmuşdur. 14 mart 2025-ci il tarixdə, saat 15-16 radələrində telefonla danışdıqları zaman onunla “Gənclik Mall” ticarət mərkəzində görüşmüşdür. Molda o, Nicat, adını “Pərvin” kimi bildiyi şəxs və Nicatın vasitəsi ilə tanıdığı “Murad” adlı şəxs olmuşdur. Sonradan adını Nicatdan eşitdiyi və Nicatın vasitəsi ilə tanıdığı “Elmir” adlı şəxs də gəlmişdir. Sonra danışıq zamanı “Loft” adlı çayxanada oturmaq istəmişlər. Pərvin həmin günü tez getmiş, bir qədər gəzişdikdən sonra saat 20 radələrində yolun qarşı hissəsi tərəfə “X9” adlanan ticarət mərkəzi tərəfə keçmişlər. Sonradan istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs Rəvad oğlunu yolun onların əks itiqaməti ilə gəlməsini görmüşdür. Nicat gələn Sarvana yaxınlaşaraq, “Günəşliyə getməliyəm, bir manat pul lazımdı” demişdir. Əlində siqaret olan Sarvan isə Nicata “Yandıranın var?” deyə soruşduqda, Nicat ona alışqanı vermiş və Sarvan əlindəki siqareti yandıraraq, cavab vermədən getdikdə, Nicat onun ardınca “ Mən sənə yandıranı verdim, sən də bizə kömək elə qaqam” demişdir. Sarvan yoluna davam etdiyindən, Nicat onu geri çağırmışdı. Sarvanla Nicat sözlə mübahisə etmiş, bu zaman Nicat yumruqla Sarvanın sifət nahiyəsindən vurmuşdu. Nicata əl atanda o, araya girmiş, orada Nicatı Sarvanın yanında olan dostu əl atmaq istəyəndə o, Sarvana boğaz nahiyəsindən yumruqla vurmuş, sonra Elmir Sarvanın ayaq hissəsinə girmiş və yerə yıxmışdı. Elmir Sarvanın baş nahiyəsindən vurmuş, Nicatın həmin vaxt nə etməsini görməmişdir. X11 çəkilən zaman Sarvan onun üstünə gələn zaman orada olan tanımadığı adamlar onları ayırmışdır. Məhkəmənin sualına cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, zərərçəkmiş şəxslə barışmış və ona vurulmuş maddi ziyan tam şəkildə ödəmişdir. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 14 mart 2025-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən “Caspian Shoping Ticarət Mərkəzi”-nin arxa hissəsi ilə dostu Mirhəsənlə piyada getdikləri zaman mobil telefonunu Mirhəsən istədiyinə görə ona vermişdir. Mirhəsən telefonla danışan zaman ondan təxminən 100-200 metr aralı olduğu vaxt, ona 3 nəfər cavan oğlan yaxınlaşmış, onların arasında Nicat kimi müraciət olunan oğlan ona yaxınlaşaraq, ondan “Üstündə pulun var ay brat?” deyə müraciət etdikdə, ona “Üzrlü sayasız, mənim üzərimdə pulum yoxdu”, dedikdə, ona “mənə pul ver” demişdir. Ona “pulu yoxdur” dedikdə, həmin adam ondan siqaret istədikdə, ona siqaret çəkən olmadığını demişdir.Həmin vaxt adını “Nicat” kimi eşitdiyi oğlan və yanındakı 2 nəfər şəxs onu vurub yerə yıxmış və yerdə də təpiklə vurmağa başlamışlar. Hadisə zamanı gözündə olan eynək sınmışdır. Bir qədər yerdə uzanılı vəziyyətdə qalmış, yanında olan dostu Mirhəsən isə qıraqdan durub seyr etmişdir. Onlar qaçdıqdan sonra Mirhəsən onu ayağa qaldırmışdır. Üstünü təmizlədikdən sonra evinə getmiş, sonra ərizə ilə Nərimanov RPİ-nin 18-ci PŞ-nə hadisə barədə müraciət etmişdir. Hadisə zamanı onun sifət nahiyyəsindən Nicat adlı şəxs yumruqla vurmuş, yerə yıxıldıqdan sonra isə hər üçü “Vaqif” və “Kənan” adlı şəxslər onu yerdə təpikləməyə başlamışlar. Vurulan zərbələrin üzünə dəyməməsi üçün əlləri ilə sifət nahiyyəsini tutmuşdu. Hadisə zamanı 950 abş dolları dəyərində olan əynindəki “Reganze” firmasından olan, qara rəngli, təbii dəri gödəkcəsi cırılmış və gözündəki 380 manat dəyərində olan optik eynəyi sınmışdır. Ümumilikdə ona 1900 manat zərər vurmuşlar.Hazırda təqsirləndirilən şəxslərlə barışmış, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq, ona dəyən zərər ödənmişdir, nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 14 mart 2025-ci il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 19 ünvanının qarşısında baş vermişdir. “şübhəli şəxsin tutulması haqqında” 16 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 16 mart 2025-ci il tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 4(005)- 376/2025 saylı qərarından görünür ki, AR CM-nin 221.2.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində 02 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 mart 2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx.xx.2025-cü il tarixli, 248 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər- sağ təpə-gicgah nahiyəsinin hematoması və tük dibinə qansızma, burun belinin və burun çəpərinin sıyrıqları, kürək nahiyəsinin qançırı küt əşyanın təsirindən törənib, ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli gödəkçəsi iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi, zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 264 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 almış olduğu bədən xəsarətləri-sol bazunun, sol baldırın sıyrıqları küt əşyanın təsirindən törənib, müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 325 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 almış olduğu bədən xəsarətləri-sol dirsək və bel nahiyələrində piqmentasiya sahələri keçmiş sıyrıq yerləri olub küt əşyanın təsirindən törənib, müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. “şübhəli şəxsin tutulması haqqında” 03 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 03 aprel 2025-ci il tarixdə saat 18:45-də şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 05 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; “Qətimkan tədbiri seçilməsi barədə” 05 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; İş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyanın ödənilməsi, onlara qarşı heç bir maddi və mənəvi iddia, tələbi və şikayəti olmadığı barədə, Bakı şəhəri 21 saylı notariat ofisinin Xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli reyestrdə 8İ -2728 №-ə ilə qeydə alınmış ərizəsi cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 Kompleks Ambulator Məhkəmə Psixatrik və Psixoloji Ekspertizanın xx.xx.2025-ci il tarixli, 1295 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərərkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 cğlunun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 Kompleks Ambulator Məhkəmə Psixatrik və Psixoloji Ekspertizanın xx.xx.2025-ci il tarixli, 1160 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi faəliyyətinin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olnan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafının xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. “Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinn uzadılmasına dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 12 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin uzadılmasına dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir; “Qətimkan tədbiri seçilməsi barədə” 16 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “Sübutların qiymətləndirilməsi haqqında” 03 iyun 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli gödəkçəsinin maddi sübut kimi tanınmış və ərizəsinə əsasən məhkəmə baxışı yekun nəticəyə gələnə kimi özünə qaytarılması nəzərə alınmışdır. İş materiallarında olan Nəsimi rayon MKİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əmisi X7 xx.xx.1993-cü il tarixdə ermənistan işğalına qarşı gedən döyüşlərdə vəfat etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin və təqsirləndirlən şəxslərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə verilən ittihamdan göründüyü kimi, 14 mart 2025-ci il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Elmir” adlı şəxs ilə bir qrub şəxs halında Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 19 saylı ünvanda “Caspian Shopping center” ticarət mərkəsinin giriş qapısından 10 metr aralıda heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış əxlaq normalarını və qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını kobud surətdə pozaraq, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, öz şəxsiyyətini ətrafdakıların və zərərçəkmiş şəxsin fövqündə qoyub nümayişkəranə olaraq, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yaxınlaşıb üzərində pulunun olub-olmamasını soruşmuş, sonuncu üzərində pulunun olmamasını bildirməsi zamanı aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs1 Hafis oğlunun yumruqla vurduğu zərbədən yerə yıxılmış Zərərçəkmiş şəxs yerdə uzanmış vəziyyətdə birlikdə təpiklə vuraraq sağ təpə-gicgah nahiyyəsinin hematoması və tük dibinə qansızma, burun belinin və burun çəpərinin sıyrıqları, kürək nahiyyəsinin qançırı ilə nəticələnən sağlamlığa yüngül xəsarətlər yetirməklə qərəzli hərəkətlər etməklə, xuliqanlıq cinayəti törətmişdir. CM-in 221.2.1-ci maddəsinə əsasən Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə — iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Xuliqanlığın əsas tərkibini təsbit edən CM-in 221.1-ci maddəsinin dispozisiyasından, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011 -ci il tarixli qərarlarından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə qeyd edir ki, xuliqanlıq niyyətinin mahiyyəti belə motivlə cinayət törədən şəxsin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsindən ibarətdir, həmin şəxs ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Hazırki iş üzrə təqsirləndirilən şəxslər tərəfindən xuliqanlıq niyyətinin mahiyyətini açıqlayan qeyd edilən hərəkətlərə yol verilməsi məhkəmə istintaqında öz təsdiqini tapmışdır. Belə ki, işin hallarından və araşdırılan sübutlardan göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yaxınlaşıb üzərində pulunun olub-olmamasını soruşmuş, sonuncu üzərində pulunun olmamasını bildirməsi zamanı aralarında baş vermiş mübahisə zamanı yumruqla onun sifət nahiyyəsindən vurduğu zərbədən yerə yıxmış, yerdə uzanmış vəziyyətə onu təpiklə vuraraq sağ təpə-gicgah nahiyyəsinin hematoması və tük dibinə qansızma, burun belinin və burun çəpərinin sıyrıqları, kürək nahiyyəsinin qançırı ilə nəticələnən sağlamlığa yüngül xəsarətlər yetirməklə qərəzli hərəkətlər etməklə, xuliqanlıq etmişlər. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, şəxslər üzərində zor tətbiq edilməsi və zorun tətbiq edilməsi hədəsi ilə xuliqanlıq qərəzli hərəkətlər etmişlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2nın əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmişin ona qarşı şikayət və tələbinin olmamasını, əmisinin qarabag uğrunda gedən döyüşlərdə şəhid olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini, cinayəti törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmişin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 02 ay həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 02 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM- 69.3),cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli gödəkçəsinin ona qaytarılması nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «De Fendo» Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «De Fendo» Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «De Fendo»Vəkil Bürosunun hesabına köçürülsün İş üzrə məhkəmə xərci, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 02 (iki) ay həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhəri Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 02 (iki) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhəri Probasiya idarəsinə həvalə edilsin. İş üzrə maddi sübut- Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli gödəkçənin zərərçəkənə qaytarılması nəzərə alınsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «De Fendo» Vəkil Bürosunun hesabına köçürülsün. X3 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «De Fendo» vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-311/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-311/2025
31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver